İxtisas: Tarix müəllimliyi Fənn: Arxeologiya Kurs: I qrup: 2204b tələbə: Meharlıyev Amid



Yüklə 378,36 Kb.
səhifə5/5
tarix05.12.2022
ölçüsü378,36 Kb.
#72523
1   2   3   4   5
Mehralıyev Amid - Arxeologiya

Çalağantəpə

  • Ağdam rayonunun Əfətli kəndi ərazisində yerləşən Eneolit dövrünə aid yaşayış yeridir. Çalağantəpə yaşayış yerində 315 kv.m sahədə qazıntı aparılmışdır. Мədəni təbəqənin qalınlığı 4,3 m-dir. Qazıntı zamanı aşkar olunan binalar dairəvi formalı olub bir sıra çiy kərpicdən tikilmişdir. Binalardan biri (№ 26) arakəsmə divarla iki hissəyə bölünmüşdür. Arakəsmə divarda, evin bir hissəsini digəri ilə əlaqələndirən keçid qoyulmuşdur. Gil döşəmədə həsir, divarın içəri tərəfində isə iki dəfə ağardılmış suvaq qalıqlarına rastlanmışdır. Ağardılmış divarlar qırmızı boya ilə naxışlanmışdır. Bu naxışlardan yarımdairəvi və dairəvi işarələr qalmışdır. Ehtimal ki, bu binadan ziyarətgah kimi istifadə edilmişdir. Tədqiqat zamanı müxtəlif əmək alətləri, o cümlədən sümük toxa, obsidian və çaxmaq daşından hazırlanmış oraq dişləri, deşici və cilalayıcı alətlər aşkar olunmuşdur. Çalağantəpənin keramika məmulatı bitki qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş, cilalanmışdır.

Leylatəpə

  • Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində yerləşən Eneolit dövrünə aid yaşayış yeridir. Abidənin yerüstü materiallar iki qrupa bölünür. Birinci qrup qum qarışığı olan gildən, əldə, olduqca kobud hazırlanmışdır. Bəzilərinin üzərində daraqvari alətin izləri saxlanmış, bəzilərinin isə ağzının kənarı çərtmələrlə naxışlanmışdır. İkinci qrup keramika bitki qarışığı olan gildən hazırlanaraq qırmızı rəngdə bişirilmiş, bəzən yaşıla çalan anqobla örtülərək qara rənglə naxışlanmışdır. Yaşıla çalan keramika Übeyd keramikası ilə bənzərlik təşkil edir. Qazıntı zamanı aşkar olunan dördkünc formalı binalar arakəsmələrlə bir neçə yerə bölünmüşdür.

Töyrətəpə

  • Ağstafa rayonunun Aşağı Göycəli kəndi ərazisindəŞomutəpəndən 2 km şimal-şərqdə yerləşən Neolit-Tunc dövrlərinə aid yaşayış yeridir. Yaşayış yerində 1961, 1962, 1964 və 1965-ci illərdə 100 kv.m sahədə qazıntı aparılmışdır. Qazıntı zamanı beş tikinti qatı aşkar olunmuşdur. Töyrətəpənin ən alt təbəqəsi olan beşinci tikinti qatında dairəvi formalı yarımqazma tipli binanın qalıqları, həmçinin dairəvi formalı bir sıra kərpicdən tikilmiş bina qalıqlarına rastlanmışdır. Töyrətəpənin digər tikinti qatlarında aşkar olunan bina qalıqları da dairəvi formalıdır. Evlərin içərisində döşəməyə basdırılmış təsərrüfat küplərinə də rastlanmışdır. Töyrətəpənin ikinci və birinci tikinti qatlarında həm də dördkünc bina qalıqları aşkar olunmuşdur. İkinci tikinti qatında olan dairəvi və dördkünc formalı binaların bəziləri (4 №-li bina) iki sıra çiy kərpicdən tikilmişdir.

Ədəbiyyat

  • https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycanda_qeydiyyata_al%C4%B1nm%C4%B1%C5%9F_d%C3%BCnya_%C9%99h%C9%99miyy%C9%99tli_arxeoloji_abid%C9%99l%C9%99rin_siyah%C4%B1s%C4%B1
  • https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_arxeologiyas%C4%B1

Yüklə 378,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin