İxtisas: Tarix müəllimliyi Fənn: Arxeologiya Kurs: I qrup: 2204b tələbə: Meharlıyev Amid


Qobustan dövlət tarixi-bədii qoruğu



Yüklə 378,36 Kb.
səhifə4/5
tarix05.12.2022
ölçüsü378,36 Kb.
#72523
1   2   3   4   5
Mehralıyev Amid - Arxeologiya

Qobustan dövlət tarixi-bədii qoruğu

  • Qaradağ rayonunun Qobustan qəsəbəsində, Bakıdan 56 km aralıda yerləşir. Qobustan qışlaq kimi Azərbaycan maldarlarına çoxdan məlum olmuşdur. Lakin oradakı maddi-mədəniyyət qalıqları və qayaüstü təsvirləri ilk dəfə Azərbaycan arxeoloqlarından prof. İshaq Cəfərzadə 1939 – 1940–cı illərdə aşkara çıxarmışdır. 1941–ci ildə başlanan Böyük Vətən Müharibəsi ilə əlaqədar olaraq axtarışlar dayandırılmış və bir də 1947–ci ildə davam etdirilmişdir. İ. Cəfərzadə illər boyu apardığı çətin elmi axtarışların və tədqiqatların nəticəsi olaraq 750 qaya üzərndə döymə, qazma və sürtmə üsulla çəkilmiş 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar – petroqliflər qydə almış, 20 qayaaltı sığınacaq aşkarlamışdır. Bunlardan sonra İ. Cəfərzadənin rəhbərliyi altında C. Rüstəmovun və F. Muradovanın apardıqları axtarışlar və arxeoloji qazıntılar nəticəsində çoxlu rəsmlər, yaşayış məskənləri və maddi-mədəniyyət qalıqları aşkara çıxarılmışdır.

Əliköməktəpə

  • Cəlilabad rayonunun Üçtəpə kəndi ətrafında, İncəçayın sağ sahilində yerləşir. Eneolit dövrünə aid yaşayış yerinin mərkəzində 600 kv. m sahədə qazıntı aparılmışdır. Мədəni təbəqənin qalınlığı 5,1 m-dir. Qazıntı zamanı altı tikinti qatının olduğu müəyyən edilmişdir. Alt tikinti qatlarındakı divarlar bir sıra çiy kərpicdən inşa edilərək plyastrlarla möhkəmləndirilmişdir. Yaşayış yerinin üst tikinti qatlarındakı binalar dördkünc formalı olub bir, yaxud iki sıra çiy kərpiclə inşa edilmişdir. Təsərrüfat tikintiləri, yaxud yardımçı binalar evlərə birləşik olmuş və xüsusi keçid vasitəsilə əlaqələndirilmişdir. Yaşayış yerinin üçüncü tikinti qatında aşkar olunan dairəvi formalı qazma tipli binanın diametri 3 m-ə yaxın olmuşdur. Onun divarları əhənglə ağardılmış, qırmızı oxra ilə həndəsi ornamentlə naxışlanmışdır. Ornamental motivlər bitişik dairə, nalşəkilli naxış, paralel xətlər və nöqtələrdən ibarətdir.

Yüklə 378,36 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin