İxtisas: Qrup: Kurs



Yüklə 27,1 Kb.
səhifə1/4
tarix15.01.2022
ölçüsü27,1 Kb.
#51301
növüReferat
  1   2   3   4
Büdcə sistemi


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Biznes Universiteti

Fakültə:

İxtisas:

Qrup:

Kurs:

Kafedra: Mühasibat uçotu və audit

Fənn: Büdcə sistemi

Mövzu: Naxçıvan MR-nın büdcəsi və yerli büdcələr

REFERAT

Elmi rəhbər:

Tələbə:

Plan

Giriş


1) Naxçıvan MR-nın büdcəsi və onun gəlir mənbəyi

2) Yerli büdcələrin gəlirlərinin formalaşması xüsusiyyətləri

3) Yerli büdcələrin xərcləri və onların strukturu

4) Naxçıvan MR-nın büdcəsinin və yerli büdcələrin tərtibi, təsdiqi və icrası

Nəticə

Ədəbiyyat



Giriş

Yerli büdcələrin gəlirləri - AR-nın qanunvericiliyinə uyğun olaraq yerli özünüidarəetmə orqanlannm sərəncamına əvəzsiz olaraq daxil olan pul vəsaitidir. Yerli büdcənin vəsaitləri bələdiyyə mülkiyyətinin obyektidir. Bu büdcə vəsaitinin mülkiyyətçisini müəyyən edir. Deməli, büdcə vəsaitinin mülkiyyətçisi yerli hakimiyyət orqanı deyil, inzibati ərazi qurumudur. Hakimiyyət və idarəetmə orqanları öz səlahiyyətləri çərçivəsində bu mülkiyyətə sərəncamı həyata keçirirlər. AR-sı qanununa əsasən (Maddə 33) bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan yerli büdcələrin vəsaitlərindən əlavə büdcədənkənar fondlar və yerli özünüidarəetmə orqanlarına mənsub dövlət və bələdiyyə qiymətli kağızları, bələdiyyə mülkiyyətində olan sair pul vəsaiti də daxildir. AR-nın qanunu bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi prinsipləri, yerli büdcə prosesinin əsaslan və bu sahədə bələdiyyələrin səlahiyyətləri və onların müvafiq icra orqanları ilə qarşılıqlı münasibətlərini ifadə edir. Yerli (bələdiyyə) maliyyənin formalaşması qaydaları AR-nın Konstitusiyası ilə, «Büdcə sistemi haqqında», «Bələdiyyələrin maliyyəsinin əsaslan haqqında», «Bələdiyyələrin statusu haqqında», «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR-nın qanunları və digər normativ-huquqi aktlarla müəyyən edilir. Yerli büdcələrin formalaşması və istifadəsi müstəqillik, dövlət maliyyə yardımı, maliyyə resurslarının formalaşması və istifadəsinin aşkarlığı prinsiplərinə əsaslanır.

1) Naxçıvan MR-nın büdcəsi və onun gəlir mənbəyi

Naxçıvan MR-nın büdcəsi Azərbaycan Respublikasının Konstitulsiyası və Naxçıvan MR-nın Konstitutsiyası ilə, “Büdcə Sistemi haqqında” AR-nm qanunu və digər qanunvericilik aktları ilə müəyyən edilir. Naxçıvan MR-nın büdcəsi AR-nın Vergi Məcəlləsi ilə müəyyən olunmuş dövlət vergiləri, digər ödənişlər, həmin vergi və ödənişlərə görə hesablanmış faiz və sanksiyalar, habelə digər daxil olmalar hesabına formalaşır. AR-nın Vergi Məcəlləsinə əsasən Muxtar Respublika vergilərinə aşağıdakılar aiddir;


1) Fiziki şəxslərin gəlir vergisi;
2) Hüquqi şəxslərin mənfəət vergisi;
3) Əlavə dəyər vergisi;
4) Aksizlər;
5) Hüquqi şəxslərin əmlak vergisi;
6) Hüquqi şəxslərin torpaq vergisi;
7) Mədən vergisi;
8) Sadələşdirilmiş vergi. Naxçıvan MR-nın büdcəsinin vəsaiti Muxtar Respublikanın sosial - iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istifadə edilir. Naxçıvan MR-nın büdcəsinin layihəsi “Büdcə sistemi haqqında” AR-nın qanunu və Naxçıvan MR-nın qanunvericiliyinə uyğun olaraq tərtib olunur. Yerli büdcənin köməyi ilə ərazilərin iqtisadi və sosial inkişaf səviyyəsinin bərabərləşdirilməsi həyata keçirilir. Bu məqsədlə zəruri hallarda büdcələrarası münasibətlərdən istifadə etməklə kəndlərin və şəhərlərin abadlaşdırılması, yol şəbəkəsinin inkişafı, mədəni - maarif abidələrin bərpası üzrə regionların iqtisadi və sosial inkişaf proqramı formalaşdırılır və həyata keçirilir.

Maliyyə resursları olmaqla bələdiyyə hakimiyyət orqanlarına qeyri-istehsal sahəsi (məktəb, xəstəxana və s.) müəssisələrində bələdiyyə xidməti göstərməyə maliyyə məsrəfləri normativlərini artırmaq və azaltmaq səlahiyyətləri vardır. Qanunvericilik və icra hakimiyyəti orqanlar yerli büdcələrdə maliyyə resursları təmərküzləşdirməklə onları mərkəzləşdirilmiş qaydada regionların və üstun .sahələrin inkişafının strateji məsələlərinin həllinə yönəldə bilər. Bələdiyyələrin maliyyə orqanları yerli büdcələr vasitəsi ilə əsash və cari məsrəflərin maliyyələşdirilməsində optimal proporsiyaların əmələ gəlməsinə, maddi və əmək resurslarından səmərəli istifadə edilməsinə, yeni yerli istehsal və digər sahələrin yaradılmasının stimullaşdırılmasına təsir göstərə bilər. Qanunvericilik yerli büdcələrin möhkəmlənməsi üçün dövlətin üzərinə aşağıdakı əlavə məsuliyyətləri qoyur. 1)investisiya və pul-kredit siyasəti əsasında istehsal sferasının inkişafına şərait yaratmaq; 2)yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcə gəlirləri hesabına maliyyələşdirmək mümkün olmadıqda yerli büdcə kəsirini ödəmək üçün dövlət büdcəsinin imkanlarını nəzərə alaraq əlavə gəlir mənbələrini müəyyən etmək və ya dövlət büdcəsindən dotasiya və subvensiya ayırmaq; 3)yerli büdcələrin gəlirlərinin azalması və xərclərinin artması baş verdikdə uyğun azalma və ya artma məbləğləri nin müvafiq qərar qəbul edən orqan tərəfindən konpensasiya edilməsi.




Yüklə 27,1 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin