İxtisas: Qrup: Kurs


) Naxçıvan MR-nın büdcəsinin və yerli büdcələrin tərtibi, təsdiqi və icrası



Yüklə 27,1 Kb.
səhifə4/4
tarix15.01.2022
ölçüsü27,1 Kb.
#51301
növüReferat
1   2   3   4
Büdcə sistemi

4) Naxçıvan MR-nın büdcəsinin və yerli büdcələrin tərtibi, təsdiqi və icrası

Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları ilə, «Büdcə sistemi haqqmda» qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikasının büdcəsi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş dövlət vergiləri, digər ödənişlər, həmin vergi və ödənişlərə görə hesablanmış faiz və sanksiyalar, habelə digər daxilolmalar hesabına formalaşır. Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti Muxtar Respublikanın sosial və iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istifadə edilir. Naxçıvan Muxtar Respublikasının büdcəsinin layihəsi «Büdcə sistemi haqqında» AR-nın qanunu ilə müəyyən edilmiş dövlət büdcəsinin təqviminə və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinə uyğun olaraq tərtib olunur. Növbəti il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsi cari ilin dekabr ayının 25-dən gec olmayaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsdiq edilir və Naxçıvan Muxtar Respublikasının mətbuatında dərc olunur. Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrası «Büdcə sistemi haqqında» AR-nm qanuna və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyinə uyğun olaraq həyala keçirilir. Naxçıvan Muxtar Respublikasının büdcəsinin kassa icrası dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilir. Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrasına nəzarəti Azərbaycan Respublikasının Hesablama Palatası və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi həyata keçirir. Yerli (bələdiyyə) büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, bələdiyyələrin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirmək üçün fomıalaşan və istifadə olunan maliyyə vəsaitidir. Yerli büdcənin tərtibi və icrası büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümum prinsipləri əsasında və Azərbaycan Respublikasında tətbiq olunan Vahid büdcə təsnifatına uyğun olaraq həyata keçirilir. Yerli (bələdiyyə) büdcənin layihəsi bələdiyyə ərazisində fəaliyyət göstərən müəssisələrinin və digər hüquqi şəxslərin, habelə fiziki şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, sosial -iqtisadi proqnozlar və məqsədli proqramlar əsasında formalaşır. Bələdiyyələr büdcə ilindən sonrakı ilin birinci iş günü gəlir vo xərclər üzrə əməlyyatlann dövlət xəzinədarlığı vasitəsilə həyata keçirilməsindən imtina edə bilərlər. Yerli büdcələrin icrası prosesində bələdiyyələr büdcənin dəqiqləşdirilməsi barədə qərar verə və dövlət büdcəsindən alınmış məqsədli vəsait istisna olmaqla, mədaxil və moxaric maddələrində büdcə təsnifatı üzrə təsdiq edilmiş ləxsisal həddində dəyişikliklər apara bilərlər. Yerli büdcələrin icrası zamanı qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ili qurtardıqda başa çatır və istifadə olunmayan vəsait bələdiyyələrin sərəncamında qalır. Bələdiyyələr maliyyə əməliyyatları apararkən bütün maliyyə qaydalarına riayət edilməsinə və maliyyə vəsaitindən, təyinatı üzrə istifadə olunmasına görə məsuliyyət daşıyırlar. Yerli büdcənin icrası haqqında illik hesabat bələdiyyələrin nizamnaməsində müəyyən edilmiş qaydada təsdiq edilir və bu barədə bələdiyyənin ərazisində yaşayan əhaliyə məlumat verilir. Yerli büdcələrin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu, büdcə kəsirinin son həddinin aşmasına səbəb olarsa, müdafiə olunan xərc maddələri istisna olmaqla, digər xərclərə sekvestr tətbiq edilir. Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna nəzarət bələdiyyə tərəfindən həyata keçirilir və bu məqsədlə müstəqil auditorlar cəlb edilir. Qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrə verdikləri səlahiyyətlərin yerinə yetirilməsi üçün ayırdıqları maliyyə vəsaitinin istifadəsinə nəzarəti həmin orqanlar həyata keçirirlər.

Nəticə

Yerli büdcələrinin formalaşdırılması, tərtibi, müzakirəsi, təsdiqi və icrasına nəzarət «Büdcə sistemi haqqında» Azərbaycan Respublikasının Qanunu əsasında həyata keçirilir. Yerli büdcələrin iqtisadi mahiyyəti onun təyinatında öz əksini tapır və aşağıdakı funksiyaları həyata keçirir. - yerli bələdiyyə orqanlarının fəaliyyətinin maliyyə təminatı olan pul fondlarının yaradılması. - fondların təsərrüfatın müxtəlif sahələri arasında bölgüsü və istifadə olunması. - bu orqanların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların maliyyətəsərrüfat fəaliyyətinə nəzarət. Yerli büdcənin tərtibi və icrası prosesində büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsiplərindən və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatından istifadə olunur. Yerli büdcələrin yerinə yetirilməsinə xidmət göstərmək və işi səmərəli təşkil etmək üçün bələdiyyələr dövlət xəzinədarlığının ərazi (rayon) orqanları ilə müqavilələr bağlayaraq, yaxud da yerli büdcənin vəsaitləri hesabına bələdiyyə xəzinədarlığı yarada bilərlər. Yerli büdcənin müstəqilliyi öz daxili mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaitinə sərəncam vermək barədə müstəsna hüququ ilə təmin edilir. Azərbaycan Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə, Azərbaycan Respublikasının qanunlannda nəzərdə tutulmuş hallar istisna olmaqla yol verilmir. Bələdiyyə (yerli) büdcənin maliyyə ihnin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir.



Ədəbiyyat

1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu.

3. Ş.S.Bədəlov, R.B. Məhərrəmov ,F.Ə.Qurbanov . Büdcə sistemi. Bakı 2003.

4. Kollektiv müəlliflər. Maliyyə. Bakı 2007.

5. N.Novruzov, X.Hüseynov. Maliyyə. Bakı 2007.

6. M.M.Sadıqov, S. M.Məmmədov.Maliyyə. Gəncə 2010.




Yüklə 27,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin