İxtisas: Qrup: Kurs


) Yerli büdcələrin gəlirlərinin formalaşması xüsusiyyətləri



Yüklə 27,1 Kb.
səhifə2/4
tarix15.01.2022
ölçüsü27,1 Kb.
#51301
növüReferat
1   2   3   4
Büdcə sistemi

2) Yerli büdcələrin gəlirlərinin formalaşması xüsusiyyətləri

Bir qayda olaraq yerli büdcələrin gəlirləri aşağıdakı mənbələr hesabına formalaşır.


• Yerli vergi və rüsumlar;
• tənzimləyici gəlir və ödənişlərdən ayırmalar;
• qeyri -vergi gəlirləri. Yerli vergi və rüsumlar - qanunvericiliyə uyğun olaraq yerli özünüidarəetmənin səlahiyyətli orqanları tərəfindən müəyyən edilmiş vergi və rüsumlardır. Tənzimləyici gəlirlər-dövlət vergiləri və digər ödənişlərdir ki, bunlar üzrə qanunla yerli büdcələrə növbəti maliyyə ilinə normativ ayırmalar (faizlə) müəyyən edilir. Yerli büdcələrin xeyrinə ayırmalar aşağıdakılar üzrə həyata keçirilir:
• dövlət vergilərindən ayırmalar;
• məqsədli büdcə fondlarından vəsaitlər;
• yuxarı büdcələrdən dotasiya, subsidiya və subvensiya;
• qarşılıqlı hesablaşma qaydasında yuxarı büdcələrdən daxil olmalar;
• rüsum, yığım, ödənişlər və haqlar; Yerli vergi və ödənişlər, tənzimləyici gəlirlər və habelə vergi olmayan ödənişlər birlikdə yerli büdcələrin xüsusi gəlirlərini təşkil edir. Başqa sözlə, yerli büdcələrin xüsusi gəlirləri daimi əsaslarla qanunvericiliklə yerli büdcələrə tam və ya qismən həvalə edilmiş yerli vergilər və vergi olmayan ödənişlərdir. Azərbaycan Respublikasının «Vergi Məcəlləsinə» əsasən yerli (bələdiyyə) vergilərə aşağıdakı dörd vergi aid edilmişdir;
1) fiziki şəxslərin torpaq vergisi;
2) fiziki şəxslərin əmlak vergisi;
3) yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
4) bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Yerli ödənişlərə isə aşağıdakılar aiddir;


• bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə (divar) reklamın yerləşdirilməsi və yığımı üçün ödəniş;
• Azərbaycan Respubllikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsi, kirayə və istifadəyə verilməsindən daxil olan ödəniş;
• bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətələrə görə ödəniş;
• bələdiyyə ərazisində mehmanxana, stasionar - kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada şərti maliyyə vahidinin 1 mislindən çox olmamaqla müəyyən edilir.
• bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada şərli maliyyə vahidinin 0,1 mislindən çox olmamaqla müəyyən edilir. 2011-ci ildə Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 4420,0 mln. manat, o cümlədən yerli gəlirlər 447,0 mln. manat, «Avtomobil Yolları» Məqsədli Büdcə fondu məbləği 58,0 mln. manat nəzərdə tutulmuşdur. Həmin şəhər və rayonlann yerli xərclərindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 2145,0 min manat proqnozlaşdırılmışdır. Yerli gəlirləri və xərcləri təmizləmək üçün mərkəzləşdirilmiş xərclərdən aynİan vəsait 858,8 mln. manat həcmində nəzərdə tutulmuşdur. 2011-ci ildə Azərbaycan Respublikasının yerli (bələdiyyə) büdcə gəlirlərinin ÜDM-da xüsusi çəkisi yalnız 1,0 faiz təşkil edəcəyi gözlənilir. Müqaisə üçün qeyd edək ki, Türkiyədə bu göstərici 4,4 faizə bərabərdir. Azərbaycan Respublikasının yerli büdcə gəlir və xərclərinin dövlət büdcəsi gəlirlərinə və xərclərinə nisbəti də hələ ki, aşağı səviyyədədir. Belə ki, cari büdcə ilində ümumi büdcə gəlirlərində yerli (bələdiyyə) büdcənin gəlirlərinin nisbəti 2,8 faiz, ümumi xərclərdə isə yerli xərclərin nisbəti 8,2 faizə bərabərdir. Lakin Rusiyada bu rəqəm 27 faiz, Fransada 19 faiz və Çexiyada isə 21 faizdir. Azərbaycan Respublikası yerli (bələdiyyə) büdcələrinin gəlir və xərclər üzrə proqnozları bir qayda olaraq yerinə yetirilmir. Belə ki, 2009-cu ildə yerli özünüidarə orqanlarının (bələdiyyələrin) büdcə gəlirləri 41,9 faiz, xərcləri isə 41,4 faiz yerinə yetirilmişdir. Bu isə çoxsaylı bələdiyyələrin ərazilərində yaşayanların maddi durumunun yaxşı olmaması ilə əlaqədardır.


Yüklə 27,1 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin