İxtisas: Biologiya Fənn: Biologiyada informasiya texnologiyalarının tətbiqi Kurs: 2 Qrup: 338



Yüklə 152,29 Kb.
səhifə19/24
tarix31.12.2021
ölçüsü152,29 Kb.
#50144
1   ...   16   17   18   19   20   21   22   23   24
M.Fidan Biotex sərbəst iş

Nupediya

Nupediya (ing. Nupedia) — ingilis dilində fəaliyyət göstərmiş ensiklopediya layihəsidir. Ensiklopediyada məqalələr ekspertlər tərəfindən yaradılaraq internetdə azad yayılırdı. Ensiklopediya layihəsinin baş redaktoru və təşkilatçısı Lourens Senqer və Bomis şirkətinin icraçı direktoru Cimmi Uels tərəfindən yaradılmış Nupediya 2000-ci ilin mart ayından 2003-cü ilin sentyabr ayına qədər fəaliyyət göstərmişdir. Nupediya ensiklopediyasını viki-sayt hesab etmək olmazdı. Onun əsasını alim və mütəxəsislər tərəfindən məqalələrin dəqiq yoxlanması təşkil edirdi. Lakin Nupediyada məqalələrin daxil olunması prosesi çox ləng getdiyindən onun bağlanması haqqında qərar qəbul edildi. Nupediya ensiklopediyası bağlanarkən orada 25 tamamlanmış, 74 yoxlama prosesində olan məqalə var idi. Vikipediya açıq ensiklopediyası Nupediya ensiklopediyası əsasında yaradılmışdır. Lakin Nupediyadan fərqli olaraq, burada məqalələr könüllü İnternet istifadəçiləri tərəfindən yoxlanılır. 



PlanetMath

PlanetMath — ingilis dilində fəaliyyət göstərən, azad onlayn riyazi ensiklopediyadır. PlanetMath virtual ensiklopediyası da Vikipediya kimi GFDL lisenziyası ilə işləyir. Layihə Virciniya Texniki Kollecinin Rəqəmsal Tədqiqat laboratoriyasının kitabxanasında yerləşir. Layihə MathWorld azad ensiklopediyasının məhkəmə tərəfindən 12 aylıq bağlanmasına cavab olaraq yaradılmışdır. PlanetMath ensiklopediyasının yaradılmasında və idarə edilməsində Perl proqram təminatından istifadə olunur. Layihənin əhatəli olması məqsəd qoyulmuşdur. Hal-hazırda Waterloo Universiteti serverlərində yerləşdirilib.



Scholarpedia

Scholarpedia — İngilis dilində, onlayn, ümumiyyətlə xüsusiyyətli bir məzmuna sahib olmağı məqsəd qoyan hərkəsə əl çatan olan akademik jurnalları ehtiva edən viki əsaslı bir ensiklopediyadır. Scholarpedia məqalələri, dəvət edilən mütəxəssis yazarlar tərəfindən yazılır və bənzər qiymətləndirməyə tabedir. Scholarpedia bir məqaləyə daxil olan bütün yazarlarının, kurator və redaktorların gerçək adlarını və əlaqələrini izah edir. Ancaq bənzər qiymətləndirmə prosesi anonimdir. Scholarpedia məqalələri hərkəsə əldə edə biləcəyi bir məlumat hovuzunda saxlanılır və ənənəvi jurnal məqalələri olaraq istinad istifadə edilə bilir (Scholarpedia ISSN nömrəsi: 1941–6016). Scholarpedia'nın istinad sistemində revizyon ədədlərinə dəstək daxildir.

Bu layihə Fevral 2006 Eugene M. İzhikeviç tərəfindən, sinir elmi İnstitutu , San Diego, Kaliforniyalı bir tətqiqatcı olduğu vaxt yaradıldı. İzhikeviç eyni zamanda bu ensiklopediyanın baş redaktorudur. Məqalələrin mütəxəssislər tərəfindən yazıldığına əmin olmaq məqsədiylə, Scholarpedia'daki müxtəlif məqalə yazarları ya baş redaktor və ya kurator tərəfindən dəvət edilir ya da xalqa açıq seçkilərlə seçilir. Məsələn, Cimi Vals və Larri Sanger Vikipedia ilə əlaqədar məqalənin yazılması üçün namizəd göstərilmişdir. May 2009-dan etibarən, yazar siyahısı dörd Fields medal sahibi və on altı Nobel mükafatı sahibi yazıçısı ehtiva etməkdədir. Scholarpedia Vikipediya, MediaViki ilə eyni ancaq revizyon səs verməni dəstəkləyici dəyişikliklər ehtiva edən viki mühərrikini istifadə edir. Proqramın inkişaf etdirilməsi gizli olaraq həyata keçirilir.

ScienceWorld

ScienceWorld — Eric Weisstein'in Elm Dünyası olaraq tanınan bir onlayn ensiklopediyadır. 2002-ci ilin yanvar ayından 2007 ci ilin noyabr ayına kimi fəaliyyət göstərmiş bu ensiklopediya özündə 4000-dən çox istifadəçini əhatə edirdi. Özündə elmin bir çox sahələri haqda məlumatları daşıyan ensiklopediyada astronomiya, fizika, kimya və biologiya üzrə yüzlərlə elm adamlarının yazıları saxlanılırdı.




Yüklə 152,29 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin