İxtisas: Biologiya Fənn: Biologiyada informasiya texnologiyalarının tətbiqi Kurs: 2 Qrup: 338


İnformasiya ehtiyatlarının yaradılması



Yüklə 152,29 Kb.
səhifə2/24
tarix31.12.2021
ölçüsü152,29 Kb.
#50144
1   2   3   4   5   6   7   8   9   ...   24
M.Fidan Biotex sərbəst iş

İnformasiya ehtiyatlarının yaradılması. Dövlət orqanları və bələdiyyələr ictimai informasiyaları açıqlamaq üçün İnternet informasiya ehtiyatları yaradırlar. Müvafiq icra hakimiyyəti orqanları onların tabeliyində olan dövlət orqanlarının İnternet informasiya ehtiyatları formalaşdırmalarına şərait yaratmalıdırlar. Bu məqsədlə sahə (korporativ), regional və s. formada İnternet informasiya ehtiyatları yaradıla bilər. Informasiya sahibləri ictimai informasiyaları açıqlamaq məqsədi ilə İnternet şəbəkəsində ayrı-ayrılıqda və ya birgə informasiya ehtiyatları yarada bilərlər.

İnternet informasiya ehtiyatlarının yaradılması formaları və qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

İnternet informasiya ehtiyatlarına verilən tələblər:


  • İnformasiya sahibləri: İnternet informasiya ehtiyatları ilə tanış olmaq imkanları barədə məlumatı əks etdirən müvafiq ünvanları və ya onlara edilən dəyişiklikləri kütləvi informasiya vasitələrində açıqlamaq yolu ilə ictimaiyyətə çatdırırlar;

  • İnternet informasiya ehtiyatlarında ən yeni və aktual informasiyaları yerləşdirirlər;

  • köhnəlmiş, natamam, qeyri-dəqiq və ya çaşqınlıq yaradan informasiyaları İnternet informasiya ehtiyatlarında yerləşdirməkdən imtina edirlər;

  • İnternet informasiya ehtiyatlarının etibarlı fəaliyyətini təmin edirlər.

İnformasiya sahibi İnternet informasiya ehtiyatlarında sənədin yerləşdirildiyi vaxtı göstərməlidir. Onlar İnternet informasiya ehtiyatlarında yerləşdirilən ictimai informasiyaların tez və asan əldə edilməsi üçün şərait yaratmalıdırlar.


Yüklə 152,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin