İxtisas: Biologiya Fənn: Biologiyada informasiya texnologiyalarının tətbiqi Kurs: 2 Qrup: 338



Yüklə 152,29 Kb.
səhifə18/24
tarix31.12.2021
ölçüsü152,29 Kb.
#50144
1   ...   14   15   16   17   18   19   20   21   ...   24
M.Fidan Biotex sərbəst iş

Sitizendium

Sitizendium (ing. Citizendium – citizens compendium of everything) – universal vətəndaş xəzinəsi. Vikipediyanın yaradıcılarından biri olan Larri Sanqer 2007-ci il martın 26-da virtual ensiklopediyaya alternativ olan Sitizendium onlayn ensiklopediyasını yaratdığı barədə xəbər verdi. Senqer təkcə ingilis dilində 2,4 mln. məqaləyə malik olan Vikipediyanın müvəffəqiyyətini etiraf edir. Vikipediyada olduğu kimi Sitizendium da pulsuzdur və istifadəçilər tərəfindən doldurulur. Lakin burada müəllifin göstərilməsi vacibdir, məqalələr isə ekspertlər tərəfindən təsdiq olunmalıdırlar. Məqsəd isə Vikipediyada olan problemin Sitizendiumda qarşısını almaqla çoxsaylı səhvlərdən və ziyankarlıqlardan ensiklopediyanın qorunmasıdır.

Hal-hazırda mətnlərin düzəlişində iştirak üçün təqribən 900 müəllif və 200 redaktor cəlb edilmişdir. Saytda artıq 7000-dən çox məqalə yerləşdirilmişdir ki, onlardan çoxu ekspertlər tərəfindən təsdiqlənmış, diğərlərinin dəqiqlik dərəcələri yaşıl işarə ilə bildirilmişdir. Sitizendium layihəsi birinci növbədə Vikipediyada olan nöqsanların aradan qaldırılmasına istiqamətlənmişdir. Vikipediyanın bütün müsbət keyfiyyətlərini saxlamaqla əsas problem sayılan anonim istifadəçilərin səhv və ziyankarlıqlarından xilas olmaq Sitizendiumda öz həllini tapmışdır. Senger bildirmişdir:

“Əgər yeni pulsuz ensiklopediya buraxılırsa, o zaman o, hiss olunacaq qədər daha yaxşı olmalıdır. İstifadəçilərin bütün səlahiyyətlərə malik olduqları halda Vikiyə ziyan vurmaqları məni məyus etdi. Odur ki, mən onun inkişaf etdirilməsində bir növ mümkünlük görmürəm”

Avtorizasiyanın mütləq olması Sitizendium ensiklopediyada qalmaqalların qarşısını alacaqdır. Necə ki, bu yaxınlarda Vikipediyada anonim ― "ekspertlərin" yaratdıqları bəzi məqalələr üzündən məhkəmələrə müraciətlər olunmuşdur. Senqer hesab edir ki, Vikipediyanın "normal" istifadəçiləri Sitizendiuma uyğun kontentlər daxil etməklə, onun zənginləşdirilməsini təmin edəcəklər. Burada da hər kəs məqalədə düzəliş və əlavələr edə bilər ki, bu düzəlişlər sonradan redaktorlar tərəfindən nəzərdən keçiriləcəklər. Senqer əmindir ki, Sitizendiumun professional və əlyetərli olması Vikipediyadan fərqli olaraq daha çox auditoriya cəlb edəcəkdir.


Yüklə 152,29 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin