İxtisas: Biologiya Fənn: Biologiyada informasiya texnologiyalarının tətbiqi Kurs: 2 Qrup: 338


) İnformasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi



Yüklə 152,29 Kb.
səhifə15/24
tarix31.12.2021
ölçüsü152,29 Kb.
#50144
1   ...   11   12   13   14   15   16   17   18   ...   24
M.Fidan Biotex sərbəst iş

9) İnformasiya təhlükəsizliyi insidentlərinin idarə edilməsi;

10) Təşkilatın fasiləsiz fəaliyyətinin idarə edilməasi – fövqəladə hallarda təşkilatın fasiləsiz işinin təmin edilməsi üçün fəaliyyət planı;

11) Qanunvericiliyin tələblərinə uyğunluq – müvafiq mülki və cinayət qanunvericiliyinin, müəllif hüquqları və informasiyanın mühafizəsi qanunları daxil olmaqla, tələblərinin yerinə yetirilməsi.

3. Ən populyar virtual ensiklopediyalar

Virtual ensiklopediya — informasiyanın internet üzərindən axtarışı üçün istifadə olunan platformadır. İnformasiyanın növündən asılı olmayaraq axtarıldığı vəsaitin dəqiq və etibarlı olması ən vacib şərtdir. Bu səbəbdən də informasiya axtarışı zamanı müraciət olunan ən böyük mənbə ensiklopediyalardır. Ensiklopediyalar isə sorğu kitabı olub insan biliyinin bütün sahələrini ardıcıl şəkildə və ətraflı əhatə edirlər. Elm və texnologiyada müşahidə olunan sürətli inkişaf real cəmiyyətin virtual cəmiyyətlə əvəz olunmasına gətirib çıxarır. Bu əvəzlənmə nəinki digər sahələrə həmçinin informasiya axtarışına da təsir edir. İnternet üzərindən pulsuz bir ensiklopediya yaratmaq fikri Inerpedia tərəfindən 1994-cü ildə təklif etmişdir, təklifdə hər kəsin material qatqı edəbiləcəyi qeyd olunmuşdu.



Vikipediya

Vikipediya (ing. Wikipedia) — ümumi internet vasitəsilə azad yayımlanan ensiklopediyadır və dünyanın bir çox dillərində viki texnologiyasının tətbiq edilməsi nəticəsində könüllü istifadəçilər tərəfindən yaradılır. Viki havay dilində "nə qədər mümkünsə daha tez" mənasını verir. Məhz yerli sakinlər Qonolulu aeroportundan şəhərə gedən avtobusları belə adlandırırlar. Viki texnologiyası əsasında qurulan virtual ensiklopediya bir axtarış sistemi kimi istifadəçilərin sorğuları əsasında tez bir zamanda informasiya xidməti göstərmək məqsədini daşıyır. Sistemdə verilən informasiyalar konkret olmaqla, yalnız hər hansı obyekt haqqında qısa informasiya verilir. Vikipediya virtual ensiklopediyası 15 yanvar 2001-ci ildə fəaliyyətə başlamışdır. Onun yaradıcıları Oqayo universitetinin Fəlsəfə doktoru Larri Sanqer və amerikalı sahibkar Cimmi Uelsdir. Onlar əvvəlcə ― Nupediya — İnternet ensiklopediyasını yaratdılar. Bu virtual ensiklopediya öz sahəsinin mütəxəssisləri olan könüllü müəlliflər tərəfindən yazılırdı. Lakin iş uzanırdı, məqalələrin sayı isə yüzdən də az idi və Senqerlə Uels ikinci layihəni – Vikipediyanı buraxmaq qərarına gəldilər. Onlar fəlsəfəsi tamamilə fərqli olan, biliklərini paylaşan insanlar sayəsində meydana gələcək, dünyanın ən dolğun onlayn ensiklopediyasını yaratmaq istəyirdilər. Bu təşəbbüs özünü doğrultmuş və Vikipediyanı dünyanın ən populyar 10 saytı sırasına daxil etmişdir. Viki proqramının köməyi ilə yaradılan ensiklopediya sayta daxil olan hər bir kəsə istənilən informasiyanı dəyişmək imkanı verməklə, bu dəyişikliyi digər İnternet istifadəçilərində görünməsini təmin edir.




Yüklə 152,29 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin