Iv fəSİl I avropa Oyunları 2015


Azərbaycan beynəlxalq müstəvidə idman ölkəsi kimi tanınır



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə3/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   2   3   4   5   6   7   8   9   ...   41

Azərbaycan beynəlxalq müstəvidə idman ölkəsi kimi tanınır 
 
Ümummilli  lider  Heydər  Əliyevin  siyasətini  uğurla  və  uzaqgörənliklə  davam  etdirən  Prezident  İlham 
Əliyev  idmanın  inkişafının  əhəmiyyətinə  toxunaraq  bildirmişdir:  “Biz  idmanın  inkişafına  geniş  prizmadan 
yanaşırıq və kompleks tədbirlər görülür. Əlbəttə, ilk növbədə, dövlət siyasəti bu istiqamətdə çox uğurla aparılır. 
Dövlət siyasətinin nəticəsidir ki, bu gün biz Azərbaycanı dünya birliyinə idman dövləti kimi təqdim edə bilirik. 
Təsadüfi deyildir ki, 2012-ci il Azərbaycanda “İdman ili” elan edilmişdir. Bu, özlüyündə bir göstəricidir”. 
Nəticə  etibarilə,  Azərbaycanın  idman  müstəvisində  beynəlxalq  nüfuzu  güclənməkdə  və  bu  istiqamətdə 
beynəlxalq  aləmdə  ölkəmizin  uğurları  artmaqdadır.  Bütün  bunların  nəticəsi  kimi,  bir  sıra  mötəbər  idman 
yarışlarının  təşkil  olunması  Azərbaycana  etibar  edilir.  Məsələn,  London  Olimpiadası  başa  çatdıqdan  sonra 
avqust  ayında  Bakıda  yeniyetmələr  arasında  sərbəst,  yunan-Roma,  qadın  və  çimərlik  güləşi  üzrə  Dünya 
Çempionatı  keçirildi.  16  ölkənin  futbol  komandalarının  iştirakı  ilə  keçirilən  FİFA  U-17  qadınlararası  Dünya 
Çempionatı  isə  artıq  Azərbaycanın  çoxsaylı  beynəlxalq  tədbirlərə  ev  sahibliyi  etməsi  ənənəsinə  sadiq 
olmasından  xəbər  verirdi.  Məlumat  üçün  bildirək  ki,  FİFA  prezidenti  Yozef  Blatter  və  digər  rəsmi  qonaqlar 
Dünya  Çempionatının  açılış  mərasimində  iştirak  edərək  mundialın  yüksək  səviyyədə  təşkil  olunduğunu 
vurğulayıblar.  
Digər  tərəfdən,  uğurlardan  bəhs  edərkən  2012-ci  ilin  təkcə  9  ayı  ərzindəki  statistik  rəqəmlərə  diqqət 
çəkmək kifayət edər. Belə ki, bəhs edilən dövrdə ölkəmizdə 145 respublika, 33 beynəlxalq yarış keçirilib, 248 
beynəlxalq  yarışda  və  83  təlim-məşq  toplantısında  idmançılarımızın  iştirakı  təmin  olunub.  Gənc  və 
yeniyetmələrimiz  dünya,  qitə  çempionat  və  birinciliklərində  83  qızıl,  125  gümüş  və  182  bürünc  medal  əldə 
ediblər.  
Bir sözlə, sadalananların nəticəsi kimi qeyd etmək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti 
ilə  Azərbaycanın  hər  bir  bölgəsində  idman  arenalarının,  müasir  komplekslərin  tikilərək  yeniyetmələrin, 
gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını və idmanın inkişafını təmin 
edib.  Eyni  zamanda,  bir-birini  əvəzləyən  idman  yarışları  Bakının  daha  böyükmiqyaslı  yarışlara  ev  sahibliyi 
etmək imkanlarını artırıb. Ölkəmizin Olimpiya Oyunları kimi planetin bir nömrəli idman  yarışına ev sahibliyi 
etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın 
inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
15 
 
Məhz bu amilləri nəzərə alan Avropa Olimpiya Komitəsi 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının 
Bakıda  keçirilməsi  ilə  bağlı  qərar  qəbul  edib.  Şübhəsiz,  Avropa  Olimpiya  Oyunlarının  Bakıda  keçirilməsi 
ölkəmizin  çox  böyük  tarixi  uğurdur.  Prezident  İlham  Əliyev  də  xalqa  təbrikində  bu  qərarı  tarixi  uğur  kimi 
dəyərləndirib:  “Bu,  doğrudan  da  tarixi  hadisədir.  Çünki  bu  vaxta  qədər  Avropa  Olimpiya  Oyunları 
keçirilməmişdir və ilk oyunların Bakıda keçirilməsi böyük tarixi hadisədir, ölkəmizin böyük uğurudur”. 
 
“Yeni Azərbaycan”ın Analitik Qrupu 
 
“Yeni Azərbaycan”.-2012.-13 dekabr.-№229.-S.4. 
 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
16 
 
I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi üzrə  
Təşkilat Komitəsinin yaradılması haqqında 
 
Azərbaycan Respublikası Prezidentinin sərəncamı 
(17 yanvar 2013-cü il) 
  
2012-ci  il  dekabrın  8-də  Avropa  Olimpiya  Komitəsi  Baş  Assambleyasının  2015-ci  ildə  I  Avropa 
Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etməsi böyük tarixi hadisədir. Avropa tarixində ilk dəfə 
təşkil  olunan  bu  oyunların  məhz  Azərbaycana  həvalə  edilməsi  Beynəlxalq  və  Avropa  Olimpiya  hərəkatı 
tərəfindən  ölkəmizdə  görülən  bütün  işlərə,  o  cümlədən  idman  və  bədən  tərbiyəsi  sahəsində  əldə  edilən 
nailiyyətlərə verilən yüksək qiymətdir. 
İdmançılarımızın  olimpiya  oyunlarında,  dünya  və  Avropa  çempionatlarında  inamlı  qələbələri 
respublikamızda  idmana  olan  qayğının  bariz  nümunəsi  kimi  Olimpiya  hərəkatında  yüksək  dəyərləndirilərək 
ölkəmizin idman şöhrətinin artmasına xidmət etmişdir. Eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə daim 
artan nüfuzu, iqtisadi qüdrəti, dinamik inkişafı, genişmiqyaslı müasir infrastruktur layihələri, mövcud ictimai-
siyasi sabitlik və həyata keçirilən islahatlara ümumxalq dəstəyi bu tarixi qərarın qəbul edilməsində öz mühüm 
rolunu  oynamışdır.  Hal-hazırda  Bakı  dünyanın  ən  gözəl  şəhərlərindən  birinə  çevrilmiş,  bütövlükdə 
Azərbaycanda  müasir  idman  infrastrukturu  yaradılmış  və  həmin  sahədə  müvafiq  proseslər  davam 
etdirilməkdədir. Bütün bunlar I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə böyük imkanlar açır. 
Bu  oyunların  Bakıda  təşkili  ölkəmizin  bədən  tərbiyəsi  və  idman  sahəsində  həyata  keçirilən  dövlət 
siyasətinin  gücləndirilməsinə,  Azərbaycanın  beynəlxalq  nüfuzunun  daha  da  artmasına,  dünya  idman  aləmində 
önəmli yer tutmasına şərait yaradacaqdır. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər  tutaraq,  I  Avropa 
Oyunlarının 2015-ci ildə Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 
1.  2015-ci  ilin  iyun-iyul  aylarında  Bakı  şəhərində  I  Avropa  Oyunlarının  keçirilməsi  üzrə  aşağıdakı 
tərkibdə Təşkilat Komitəsi yaradılsın: 
 
 
Təşkilat Komitəsinin sədri 
Mehriban Əliyeva - 
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi 
İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun xoşməramlı səfiri 
 
Təşkilat Komitəsinin üzvləri 
Hacıbala 
Abutalıbov 

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya 
Komitəsinin üzvü 
Azad Rəhimov 

Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli 
Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü 
Elmar 
Məmmədyarov 
- Azərbaycan Respublikasının xarici işlər naziri 
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri 
Samir Şərifov 
- Azərbaycan Respublikasının maliyyə naziri 
Ramil Usubov 
- Azərbaycan Respublikasının daxili işlər naziri 
Eldar Mahmudov  - Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri 
Ziya Məmmədov  - 
Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya 
Komitəsinin üzvü 
Oqtay Şirəliyev  - Azərbaycan Respublikasının səhiyyə naziri 
Əbülfəs Qarayev  - Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri 
Əli Abbasov 
- Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri 
Əli Əsədov 
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini 
Fatma 
Abdullazadə 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri 
şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü 
Elçin Quliyev 
- Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
17 
 
Aydın Əliyev 
- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri 
Cahangir Əsgərov - 
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan 
Respublikası Milli Olimpiya Komitəsinin üzvü 
Etibar 
Pirverdiyev 
- “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti 
Baba Rzayev 
- “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin sədri 
Çingiz 
Hüseynzadə 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya 
Komitəsi İcraiyyə Komitəsinin üzvü 
Anar Ələkbərov  - Heydər Əliyev Mərkəzinin direktoru 
Ağacan Abiyev 

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi 
İcraiyyə Komitəsinin üzvü 
Fərhad Hacıyev 
- Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru 
Mikayıl Cabbarov  - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi 
İlham Mədətov 

XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin 
rəhbəri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin 
katibi) 
Namiq Abdullayev  - 
Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə 
Komitəsinin üzvü 
Zemfira 
Meftaxetdinova 

Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə 
Komitəsinin üzvü 
Fərid Mansurov 
- Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü 
Elnur Məmmədli  - Olimpiya çempionu, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü 
Toğrul Əsgərov 
- Olimpiya çempionu 
Şərif Şərifov 
- Olimpiya çempionu 
 
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan 
Respublikası Milli  Olimpiya  Komitəsi ilə  birlikdə  I  Avropa  Oyunlarının  keçirilməsi  ilə  bağlı  xüsusi  tədbirlər 
planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etsin. 
3.  Təşkilat  Komitəsi  I  Avropa  Oyunlarının  2015-ci  ildə  Bakı  şəhərində  keçirilməsi  ilə  bağlı  zəruri 
məsələləri həll etsin. 
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
 
Bakı şəhəri, 17 yanvar 2013-cü il 
 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
18 
 
Prezident İlham ƏLİYEV:  
“Avropa Olimpiya Oyunlarını ən yüksək səviyyədə keçirəcəyik” 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 15-də keçirilmiş Nazirlər 
Kabinetinin  2012-ci  ilin  sosial-iqtisadi  inkişafının  yekunlarına  və  2013-cü  ildə  qarşıda  duran  vəzifələrə 
həsr olunmuş iclasında dövlətimizin başçısı tarixdə ilk dəfə təşkil ediləcək Avropa Olimpiya Oyunlarının 
keçirilməsi hüququnun Bakiya verilməsi məsələsi üzərində də ətraflı dayanmışdır. 
Avropa  Olimpiya  Komitəsinin  (AOK)  Baş  Məclisi  birinci  Avropa  Olimpiya  Oyunlarının  2015-ci  ildə 
Azərbaycan paytaxtında keçirilməsi haqqında qərar çıxarmaqla ölkəmizə yüksək etimad göstərmişdir.  Hazırlığı 
böyük zəhmət, qarşıda duran işlərə əsl peşəkar münasibət, yüksək təşkilatçılıq bacarığı, zəruri maddi imkanlar 
tələb  edən  bu  mötəbər  yarışların  AOK  rəsmilərinin  ümüdlərini  tam  doğruldub  idmanımızın  tarixində,  Avropa 
Olimpiya Hərəkatında özünə layiqli yer edəcəyinə şübhə yoxdur. 
Bu  barədə  qəti  fikir  söyləməyə  ciddi  əsas  vardır.  Paytaxtımız  ötən  illərdə  idmanın  ayrı-ayrı  növləri  üzrə 
dünya  və  Avropa  çempionatlarını,  Dünya  kuboku  yarlışlarını,  Olimpiya  təsnifat  turnirlərini,  “Qran-Pri”ləri, 
digər mötəbər beynəlxalq startları ən yüksək səviyyədə təşkil etmiş və bu yarışların iştirakçısı olmuş güləşçilər, 
boksçular,  taekvondoçular,  voleybolçular,  şahmatçılar  və  digər  növlərin  nümayəndələri,  eləcə  də  beynəlxalq 
federasiyaların rəhbərləri respublikamızdan vətənlərinə zəngin təəsüratla qayıtmışlar. Ötən ilin payızında Bakı 
və Lənkəranda keçirilmiş 17 yaşadək qadınlardan ibarət komandalar arasında futbol üzrə dünya çempionatının 
final  mərhələsinin  də  xarici  qonaqlara  neçə  güclü  təsir  bağışladığı,  çempionatın  iştirakçısı  olmuş  bütün  16 
kollektivin respublikamızda onlara göstərilən qonaqpərvərlikdən, yarışların yüksək səviyyədə təşkilindən böyük 
zövq aldığı dünya idman ictimayyətinə yaxşı məlumdur. Bu çempionatın Azərbaycanda keçirilməsi ölkəmizdə 
futbolun  inkişafına yeni təkan verəcək, xüsusən də qadın və qızlar arasında ona marağı daha da artıracaqdır. 
Doğrudur, idmanın on beşə qədər növünü özündə birləşdirən Avropa Olimpiya Oyunları ilə ayrı-ayrı növlər 
üzrə çempionatların təşkili arasında böyük fərq var. Lakin təcrübə göstərir ki, Azərbaycanın idman təşkilatları 
komleks  yarışları  da  yüksək  səviyyədə  keçirə  bilərlər.  Onların  bu  vəzifəni  də  layiqincə  yerinə  yetirmək  üçün 
kifayət qədər bacarığı, səriştəsi  və imkanı vardır. 
Birinci  Avropa  Olimpiya  Oyunlarının  Bakıda  keçirilməsi  haqqında  Avropa  Olimpiya  Komitəsi  Baş 
Məclisinin  qərarını  ayrı-ayrı  ölkələrin  dövlət  başçıları,  beynəlxalq  federasiyaların  rəhbərləri  də  ölkəmizə  və 
idmanımıza  böyük  rəğbətlə,  məhəbbətlə  qarşılamışlar.  Ötən  ilin  dekabrında  Bakının  qonağı  olmuş  Ukrayna 
Prezidenti Viktor Yanukoviç Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı demişdir:  “...Əlbəttə, mən 
çox şadam ki, Azərbaycan birinci Avropa Olimpiya Oyunlarını keçirən ölkə olacaqdır”. 
Elə həmin günlərdə paytaxtımızın digər qonağı - Beynəlxalq Ağır Atletika Federasiyasının prezidenti Tomaş 
Ayan  da  “Abşeron”  mehmanxanasında  88  ölkədən  200-dək  nümayəndənin  iştirakı  ilə  keçirilən  federasiyanın 
növbəti konqresində 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Azərbaycanda təşkil olunması ilə bağlı 
qərarın  qəbul  edilməsinə  görə  xalqımızı  təbrik  etmiş,  idmançılarımızın  beynəlxalq  yarışlarda  qazandıqları 
nailiyyətləri yüksək qiymətləndirmişdir. 
Bakının,  ölkəmizin  ən  yüksək  vəzifələri  də  layiqincə  həll  etmək  gücündə  olmasına  böyük  inam  isə 
Azərbaycan  iqtisadiyyatının  sürətli  inkişafına  əsaslanır.  Portuqaliya  mətbuatı  ötən  il  sentyabrın  11-də  futbol 
üzrə dünya çempionatının seçmə yarışları çərçivəsində bu ölkənin milli komandasının Azərbaycana qarşı görüşü 
ərəfəsində  rəqiblərin  oyun  səviyyəsini  onların  təmsil  etdikləri  ölkələrin  iqtisadiyyatı  ilə  müqayisə  etmişdi.  O 
zaman “A Bola” qəzeti yazmışdı ki, Portuqaliya futbolda nə qədər irəlidədirsə, Azərbaycan da iqtisdiyyatda bir 
o qədər öndədir". Bax belə, qitəmizdə Azərbaycanın birinci Avropa Olimpiya Oyunlarını öz adına layiq, yüksək 
səviyyədə keçirəcəyinə inam böyükdür. 
Elə  Prezident  İlham  Əliyev  də  Nazirlər  Kabinetinin  yuxarıda  xatırlatdığmız  iclasında  bu  barədə  qətiyyətlə 
demişdir:  “Bu  ildən  biz  Avropa  Olimpiya  Oyunlarına  hazırlıq  işlərinə  də  başlamalıyıq.  Keçən  ilin  sonunda 
Avropa  Olimpiya  Komitəsinin  Baş  Məclisində  birinci  Avropa  Olimpiya  Oyunlarının  Bakıda  keçirilməsi 
haqqında  qərar  qəbul  edilmişdir.  Mən  bu  məsələ  ilə  bağlı  Azərbaycan  xalqını  təbrik  etmişəm,  Azərbaycan 
xalqına müraciət etmişəm. Çünki hesab edirəm ki, bu çox ciddi hadisədir. Bu, eyni zamanda, Azərbaycanda son 
illər  ərzində  görülən  işlərin  təzahürüdür,  beynəlaxaq  imicimizin  yüksək  səviyyədə  olmasının  əlamətidir. 
Azərbaycanın iqtisadi və siyasi cəhətdən sabit ölkə kimi tanınmasının nəticəsidir. Böyük məsuluyyətdir, böyük 
şərəfdir və böyük etimaddır. Mən heç də şübhə etmirəm ki, biz bu məsuliyyəti şərəflə hiss edərək lazım olan 
bütün  tədbirləri  görəcəyik  və  Avropa  Olimpiya  Oyunlarını  ən  yüksək  səviyyədə,  yəni,  Beynəlaxaq  Olimpiya 
Oyunları səviyyəsində keçirəcəyik...” 
“Xalq qəzeti”.-2013.-24 yanvar.-N 16.-S.5. 
 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
19 
 
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2015-ci ildə Bakıda keçiriləcək  
birinci Avropa Oyunları Təşkilat Komitəsinin ilk iclası olmuşdur 
(2 fevral 2013-cü il) 
 
Bakı, 2 fevral (AzərTAc). Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi 
ilə 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclası olmuşdur. 
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı. 
 
Prezident İlham Əliyevin giriş nitqi 
(2 fevral 2013-cü il) 
 
-  Bu  gün  biz  Avropa  Oyunlarının  Təşkilat  Komitəsinin  birinci  iclasını  keçiririk.  Bildiyiniz  kimi,  keçən 
ilin  sonunda  –  dekabr  ayında  Avropa  Olimpiya  Komitəsinin  Baş  Məclisində  2015-ci  ildə  birinci  Avropa 
Oyunlarının  Azərbaycanda  keçirilməsi  haqqında  qərar  qəbul  edilmişdir.  Avropanın  idman-olimpiya  ailəsi 
Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləmişdir. 
Bu,  böyük  tarixi  hadisədir.  Çünki  ilk  dəfədir  ki,  Avropa  Oyunları  keçirilir.  Baxmayaraq  ki,  Olimpiya 
Oyunları Avropa qitəsində yaranmışdır və ondan sonra Avropa qitəsində də bərpa edilmişdir. Ancaq bu günə 
qədər  Avropa  Oyunları  keçirilməmişdir.  İlk  oyunların  Bakıda  keçirilməsi  əlbəttə  ki,  böyük  nailiyyətdir,  bizim 
böyük  uğurumuzdur.  Yanvarın  17-də  Avropa  Oyunlarını  yüksək  səviyyədə  keçirmək  üçün  Təşkilat  Komitəsi 
yaradılmışdır və bu gün biz Təşkilat Komitəsinin birinci toplantısını keçiririk. 
Bu tarixi qərarın qəbul edilməsində əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynamışdır. Son 
illər  ərzində  Azərbaycan  dünya  miqyasında  özünü  dinamik  inkişaf  edən  müasir  güclü  ölkə  kimi  təqdim  edə 
bilmişdir.  Baxmayaraq  ki,  biz  cəmi  21  ildir  müstəqil  dövlət  kimi  yaşayırıq,  bu  gün  Azərbaycan  dünya 
miqyasında çox etibarlı tərəfdaş və etibarlı dost kimi tanınır. Bizim beynəlxalq nüfuzumuzun yüksək səviyyədə 
olmasını, eyni zamanda, BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz də təsdiqləyir. Bu da tarixi bir qərar idi. 
Müstəqilliyimizin 20-ci ildönümünə təsadüf edən bu tarixi qərar əslində 20 il ərzində görülən işlərin təzahürü 
idi.  Bu  gün  Azərbaycan  dünya  birliyinin  bir  nömrəli  qurumunun  üzvüdür  və  keçən  ilin  may  ayında  BMT 
Təhlükəsizlik Şurasına sədrlik etmişdir. 
Əlbəttə  ki,  beynəlxalq  mövqelərimizin  möhkəmlənməsi  və  təsir  imkanlarımızın  genişləndirilməsi 
sayəsində ölkəmizin gələcək maraqları daha dolğun şəkildə təmin ediləcəkdir. Şübhəsiz ki, Avropa Oyunlarının 
Azərbaycanda  keçirilməsi  haqqında  verilmiş  qərarın  əsasında  məhz  bu  amil  dayanmışdır.  Bununla  bərabər, 
ölkəmizin  dinamik  iqtisadi  inkişafı  əlbəttə  ki,  öz  rolunu  oynamışdır.  Hətta  böhranlı  illərdə  Azərbaycan 
iqtisadiyyatı inkişaf etmiş və bütün beynəlxalq mötəbər qurumlar bunu təsdiqləyir. Keçən il dünyanın aparıcı 
“Fitch”,  “Moody's”  və  “Standard  &  Poor's”  reytinq  agentlikləri  ölkəmizin  kredit  reytinqini  artırmışlar. 
Baxmayaraq  ki,  bəzi  inkişaf  etmiş  ölkələrin  reytinqi  aşağı  salınmış,  bizim  reytinqimiz  qaldırılmışdır.  
Bu yaxınlarda mən Davosda Ümumdünya İqtisadi Forumunda iştirak etmişəm. Deyə bilərəm ki, Azərbaycan və 
ölkəmizdə gedən proseslər orada diqqət mərkəzində idi. Bu Forum, bildiyiniz kimi, dünyanın siyasi və iqtisadi 
elitasını cəmləşdirir. Çox sevindirici hal ondan ibarətdir ki, Azərbaycan haqqında dünya ictimaiyyətində, dünya 
siyasi  və  iqtisadi  elita  nümayəndələri  arasında  çox  müsbət  imic,  müsbət  rəy  vardır.  Təsadüfi  deyil  ki,  Davos 
Ümumdünya  İqtisadi  Forumunun  hesablamalarına  görə,  Azərbaycan  iqtisadiyyatı  MDB  məkanında  rəqabət 
qabiliyyətliliyinə  görə  birinci,  dünya  miqyasında  isə  46-cı  yerdədir.  Yəni,  bu  amillər  də  əlbəttə  ki,  oyunların 
Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsində öz rolunu oynamışdır.  
İqtisadiyyatımız  son  doqquz  il  ərzində üç  dəfə  artmış  və  bu  gün  iqtisadiyyat  şaxələndirilmiş,  dayanıqlı 
iqtisadiyyatdır.  İqtisadi  inkişafın  genişləndirilməsi  üçün  çox  gözəl  imkanlar  vardır.  Eyni  zamanda,  əlbəttə  ki, 
maliyyə  resurslarımız  da  kifayət  qədər  böyükdür,  çoxdur  və  bu  amil  də  oyunların  Bakıda  keçirilməsini 
şərtləndirdi. 
Digər səbəblər də vardır. Ölkəmizdə son illər ərzində yaradılmış idman infrastrukturu dünya səviyyəsinə, 
dünya  standartlarına  cavab  verir.  Hazırda  tikilmiş  və  tikilməkdə  olan  obyektlər,  idman  qurğuları  bizə  imkan 
verəcəkdir  ki,  oyunları  yüksək  səviyyədə  keçirək.  Çünki  hesab  edirəm  ki,  əsas  idman  qurğuları  oyunların 
keçirilməsinə  imkan  yaradacaqdır.  Əgər  əlavə  bir  idman  obyektinin  tikilməsinə  ehtiyac  yaranarsa,  biz  bunu 
2015-ci ilə qədər həll edəcəyik. 
Bu  oyunların  Bakıda  keçirilməsi  əhali  tərəfindən  çox  yüksək  səviyyədə  dəstəklənir.  Biz  bu  dəstəyi 
əvvəlki  dövrdə  də  hiss  etmişik.  Çünki  bildiyiniz  kimi,  Azərbaycan  iki  dəfə  öz  namizədliyini  Yay  Olimpiya 
Oyunlarının  keçirilməsi  üçün  vermişdir.  O  zaman  rəy  sorğuları  keçirilmiş  və  müəyyən  edilmişdir  ki, 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
20 
 
Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini arzulayır, dəstəkləyir və bu amil də çox mühüm 
rol oynayır.  
Şəhər  infrastrukturu  müasirləşir.  Bu  gün  Bakı  dünyanın  ən  gözəl  şəhərlərindən  biridir.  Həm  gözəlliyi, 
həm  tarixi  siması,  həm  də  müasirliyi  ilə  fərqlənir.  Şəhər  infrastrukturunun  inkişafı  ilə  bağlı  əlavə  tədbirlər 
görüləcək və biz Bakını bundan sonra da inkişaf etdirəcəyik, daha da gözəlləşdirəcəyik. 
Bizim  artıq  mötəbər  beynəlxalq  tədbirlərin  keçirilməsində  gözəl  təcrübəmiz  vardır.  Azərbaycanda 
mütəmadi  qaydada  dünya,  Avropa  çempionatları  keçirilmişdir.  Keçən  il  ilk  dəfə  olaraq  futbol  üzrə  qızlar 
arasında dünya çempionatı yüksək səviyyədə keçirilmişdir. İki həftədən çox bir müddətdə bütün idmançılar və 
şəhərimizin  qonaqları  Azərbaycan  xalqının  qonaqpərvərliyini  hiss  etmiş  və  ölkəmizdə  gedən  sürətli  inkişaf 
prosesini  izləmişlər.  FİFA  və  UEFA  rəhbərliyi  tərəfindən  bu  çempionatın  keçirilməsinə  və  bizim  təşkilatçılıq 
qabiliyyətimizə çox yüksək qiymət verilmişdir.  
Yəni, biz bu tədbirləri keçirməklə və öz təşkilatçılıq qabiliyyətimizi göstərməklə bir növ yeni standartlar 
tətbiq  edirik.  Bu,  artıq  Azərbaycan  standartlarıdır.  Çünki  istənilən  beynəlxalq  tədbir  Azərbaycanda,  Bakıda 
yüksək  səviyyədə  keçirilir  və  hesab  edirəm  ki,  Avropa  Oyunları  da  yüksək  səviyyədə  keçiriləcəkdir.  
Hesab  edirəm  ki,  Avropa  idman  ailəsinin  bizə  göstərdiyi  etimadın  təməlində,  eyni  zamanda,  idmançılarımızın 
uğurları da böyük rol oynamışdır. Çünki Azərbaycan bu gün dünyada və Avropada idman dövləti kimi tanınır. 
İdmançılarımızın  uğurları  həm  Avropa,  həm  dünya  çempionatlarında,  həm  də  Olimpiya  Oyunlarında  özünü 
göstərir.  London  Yay  Olimpiya  Oyunlarında  Azərbaycan  tarixi  qələbə  -  10  medal  qazanmışdır  və  Avropa 
ölkələri  arasında  15-ci  yerə  layiq  görülmüşdür.  Əlbəttə  ki,  idmançıların  uğurlu  çıxışları  bu  oyunların  Bakıda 
keçirilməsinə müsbət təsir göstərmişdir. 
Əlbəttə ki, digər amillər də öz rolunu oynamışdır. Ancaq əsas amillər bunlardan ibarətdir. İndi isə hazırlıq 
dövrü başlayır. Bu, çox məsuliyyətli bir dövr olacaqdır. Çünki Yay Olimpiya Oyunlarından fərqli olaraq bizim 
hazırlıq üçün cəmi iki il vaxtımız vardır. Çünki bildiyiniz kimi, Yay Olimpiya Oyunlarının hazırlığı üçün 6-7 il 
vaxt  verilir.  Yəni,  bu  ilin  sentyabr  ayında  2020-ci  ildə  keçiriləcək  Olimpiya  Oyunlarının  şəhəri  müəyyən 
ediləcəkdir. 
Yəni,  o  oyunları  keçirəcək  ölkə  təqribən  6-7  il  ərzində  hazırlıq  işləri  görəcəkdir.  Bizim  isə  hazırlıq 
işlərinin görülməsi üçün cəmi 2 il vaxtımız vardır. Bu, çox böyük məsuliyyətdir. Eyni zamanda, böyük inamdır, 
böyük  şərəfdir.  Mən  əminəm  ki,  bütün  müvafiq  qurumlar  bu  oyunların  yüksək  səviyyədə  keçirilməsi  üçün 
səylərini  əsirgəməyəcəklər  və  həmişə  olduğu  kimi,  biz  bu  dəfə  də  ölkəmizin  qüdrətini,  xalqımızın 
qonaqpərvərliyini, Azərbaycanın dinamik inkişafını Avropaya və beləliklə, bütün dünyaya nümayiş etdirəcəyik. 
Bayaq qeyd etdiyim kimi, oyunları yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat 
Komitəsində həm dövlət qurumlarının nümayəndələri, Milli Olimpiya Komitəsinin üzvləri, idmançılar, ictimai 
sahədə  fəaliyyət  göstərən  insanlar  cəmləşib.  Təşkilat  Komitəsinə  isə  Mehriban  Əliyeva  sədrlik  edir.  Deyə 
bilərəm ki, Mehriban Əliyeva, eyni zamanda, keçən il “Eurovision” mahnı müsabiqəsinin Təşkilat Komitəsinə 
rəhbərlik etmişdir. Ümumi rəyə görə, “Eurovision” mahnı müsabiqəsi Bakıda ən yüksək səviyyədə keçirilmişdir 
və  bəlkə  də  “Eurovision”  müsabiqəsinin  tarixində  belə  gözəl  müsabiqə  keçirilməmişdir.  Bütün  təşkilati 
məsələlər öz həllini tapmışdır, qonaqlar həm şəhərimizin gözəlliyi ilə tanış olmuşlar, eyni zamanda, özlərini çox 
rahat  hiss  etmişlər.  Çünki  həm  insanların  qonaqpərvərliyi,  eyni  zamanda,  şəhərimizdə  hökm  sürən  asayiş, 
sabitlik  öz  rolunu  oynamışdır.  Əminəm  ki,  Avropa  Olimpiya  Komitəsinin  bizə  göstərdiyi  etimadı  Mehriban 
Əliyevanın  rəhbərliyi  altında  Təşkilat  Komitəsi  yüksək  səviyyədə  doğruldacaq  və  bu  oyunlar  Olimpiya 
Oyunlarının  tarixində  sadəcə,  birinci  Avropa  Oyunları  kimi  deyil,  eyni  zamanda,  ən  gözəl  oyunlar  kimi 
qalacaqdır.  
Bu gün isə biz artıq Təşkilat Komitəsinin görəcəyi işlərlə tanış olacağıq və məruzə etmək üçün söz verilir 
Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin