Iv fəSİl I avropa Oyunları 2015



Yüklə 3,29 Mb.
Pdf görüntüsü
səhifə4/41
tarix06.09.2017
ölçüsü3,29 Mb.
#29142
1   2   3   4   5   6   7   8   9   ...   41

 
X X X 
 
Təşkilat Komitəsinin sədri 
Mehriban xanım Əliyevanın çıxışı 
(2 fevral 2013-cü il)  
 
- Hörmətli cənab Prezident! 
Hörmətli müşavirə iştirakçıları! 
2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında 2015-ci ildə 
I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Avropa Olimpiya Komitəsinin 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
21 
 
üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli səsvermədə 38 ölkə lehinə, 8 ölkə 
əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi təsdiqlənmişdir. I Avropa Oyunlarının 
Bakıda  keçirilməsi  ölkəmiz  üçün,  ümumiyyətlə,  bütün  Avropa  Olimpiya  hərəkatı  üçün  tarixi  hadisədir. 
Regionun  lider  dövlətinə  çevrilən  Azərbaycanın  sürətli  inkişafı,  dünya  birliyində  tutduğu  mövqe,  mövcud 
ictimai-siyasi  sabitlik  beynəlxalq  ictimaiyyətdə  əminlik  yaradıb  ki,  ölkəmiz  bu  mötəbər  tədbirə  uğurla  ev 
sahibliyi  edə  biləcəkdir.  Bu  qərarın  qəbul  edilməsi  respublikamızda  çoxsaylı  idman  yarışlarının,  Avropa  və 
dünya çempionatlarının yüksək səviyyədə  keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda  əldə etdikləri 
nailiyyətlərə,  ümumilikdə  Azərbaycanda  idman  sahəsində  görülmüş  işlərə  beynəlxalq  və  Avropa  Olimpiya 
Komitəsi tərəfindən verilən yüksək qiymətdir.  
Şübhəsiz ki, bu hadisə ölkəmizin, Azərbaycanın növbəti qələbəsidir və cənab Prezident, icazə verin, ilk 
növbədə,  bu  qələbə  münasibətilə  Sizi  təbrik  edim  və  Təşkilat  Komitəsinin  bütün  üzvləri  adından  bizə 
göstərdiyiniz etimada görə Sizə dərin minnətdarlığımı bildirim.  
Azərbaycanda  keçirilən  beynəlxalq  tədbirlərdə,  o  cümlədən  Avropa  və  dünya  çempionatlarında, 
“Eurovision-2012”  mahnı  müsabiqəsində  əldə  etdiyimiz  təcrübəyə  əsaslanaraq,  I  Avropa  Oyunlarının  da  ən 
yüksək  səviyyədə  keçirilməsi  üçün  əlimizdən  gələni  əsirgəməyəcəyik  və  bütün  gücümüzlə  çalışacağıq  ki, 
göstərdiyiniz etimadı doğruldaq.  
İndi isə icazənizlə, Bakıda keçiriləcək I Avropa Oyunlarının hazırlıq işləri ilə bağlı bəzi vacib məqamları 
Sizin diqqətinizə çatdırım.  
I Avropa Oyunlarının 2015-ci ilin iyun-iyul aylarında keçirilməsi nəzərdə tutulub. Bu oyunlarda Avropa 
Olimpiya  Komitəsinin üzv  ölkələrinin  iştirakı  gözlənilir.  Avropa  Olimpiya  Komitəsi ilə  əldə  olunmuş  razılığa 
əsasən,  Bakıda  keçiriləcək  yarışlarda  5  min  nəfərədək  idmançının  iştirakı  nəzərdə  tutulub.  Rəsmi  nümayəndə 
heyətinin  sayının  təxminən  min  olması  gözlənilir.  Tədbirin  işıqlandırılması  üçün  Bakıya  2  min  nəfərədək 
beynəlxalq  kütləvi  informasiya  vasitələri  nümayəndələrinin  gəlişi  gözlənilir.  Avropa  Olimpiya  Komitəsi  və 
Avropa idman federasiyaları ilə ilkin razılaşmaya əsasən I Avropa Oyunlarının proqramına 28 Olimpiya idman 
növündən minimum 12-ci və iki qeyri-Olimpiya idman növü daxil olmalıdır. Bu, ümumi qaydalardır. Yarışların 
17 Olimpiya idman növü üzrə keçirilməsi ilə bağlı Avropa idman federasiyalarından niyyət məktubu artıq daxil 
olmuşdur. Bu idman növləri güləş, həndbol, voleybol, gimnastika, çimərlik voleybolu, boks, cüdo, taekvondo, 
badminton, qılıncoynatma,  atıcılıq,  kamandan  oxatma,  stolüstü tennis,  üzgüçülük,  suyatullanma,  su  polosu  və 
reqbi-7  daxildir.  Avropa  Oyunlarının  tarixində  ilk  dəfə  keçiriləcəyini  nəzərə  alaraq,  bir  çox  məsələlər  üzrə 
Avropa Olimpiya Komitəsi ilə danışıqlar davam edir və bu gün səsləndirilən göstəricilər dəyişə bilər. Proqrama 
daxil olacaq iki qeyri-Olimpiya idman növünün müəyyən edilməsi istiqamətində Avropa Olimpiya Komitəsi və 
Avropa idman federasiyaları ilə danışıqlar aparılır.  
Hörmətli cənab Prezident, I Avropa Oyunlarına hazırlığın ilkin mərhələsində yarışların keçirilmə yerləri 
müəyyən  edilmişdir.  Yarışların  Heydər  Əliyev  adına  İdman-Konsert  Kompleksi,  Tofiq  Bəhramov  adına 
Respublika  Stadionu,  “Baku  Crystal  Hall”,  “Sərhədçi”  İdman  Kompleksi,  Əl  Oyunları  Sarayı,  8-ci  Kilometr 
stadionu,  Güllə  atıcılığı  stendi  və  Bakı  Ekspo  Mərkəzində  keçirilməsi  mümkündür.  2015-ci  ilədək  Olimpiya 
Stadionunun, Su İdman Növləri Mərkəzinin və Gimnastika Kompleksinin inşasının bitməsi planlaşdırılır və bu 
yeni  qurulan  idman  sarayları  da  oyunlar  zamanı  istifadə  olunacaqdır.  I  Avropa  Oyunlarının  rəsmi  açılış  və 
bağlanış  mərasimlərinin  Bakıda,  Böyükşor  gölünün  yaxınlığında  inşa  olunan  65  min  yerlik  Olimpiya 
Stadionunda keçirilməsi nəzərdə tutulub.  
Müxtəlif idman növləri üzrə yarışların keçiriləcəyi idman obyektləri haqqında ilkin təklifləri diqqətinizə 
çatdırmaq istərdim. Güləş və cüdo idman növləri üzrə yarışların 7 min 100 yerlik Heydər Əliyev adına İdman-
Konsert  Kompleksində  keçirilməsi  nəzərdə  tutulub.  25  min  tamaşaçı  tutumu  olan  “Baku  Crystal  Hall”da 
həndbol  və  voleybol  idman  növləri  üzrə  yarışların  keçirilməsi  nəzərdə  tutulub.  Reqbi-7  idman  növü  üzrə 
yarışların 11 min tamaşaçı tutumu olan 8-ci Kilometr stadionunda keçirilməsi nəzərdə tutulub. Stolüstü tennis, 
qılıncoynatma və taekvondo idman növləri üzrə yarışların Bakı Ekspo Mərkəzində keçirilməsi nəzərdə tutulub. 
Boks üzrə yarışların 3 min 250 yerlik “Sərhədçi” İdman Kompleksində, badminton üzrə yarışların 1628 yerlik 
Əl  Oyunları  Sarayında,  kamandan  oxatma  üzrə  yarışların  isə  7  min  yerlik  “Şəfa”  stadionunda  keçirilməsi 
nəzərdə tutulub.  
I  Avropa  Oyunları  zamanı  idman  və  bədii  gimnastika  üzrə  yarışların  Gimnastika  Kompleksində 
keçirilməsi nəzərdə tutulub. Üzgüçülük və suyatullanma üzrə yarışların Bakıda inşa olunan Su İdman Növləri 
Mərkəzində  keçirilməsi  nəzərdə  tutulub.  Su  polosu  üzrə  yarışların  keçirilməsi  üçün  Mərkəzin  yanında 
müvəqqəti  arena  inşa  olunmalıdır.  Atletika  üzrə  yarışlar  keçirilsə,  32  min  200  yerlik  Tofiq  Bəhramov  adına 
Respublika  Stadionundan istifadə oluna bilər. Çimərlik  voleybolu üzrə yarışların keçirilməsi üçün dənizkənarı 
bulvarda müvəqqəti arenanın inşası tələb olunur.  
Hörmətli cənab Prezident! 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
22 
 
I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin təşkili ilə bağlı dünyanın bu sahədə böyük 
təcrübəyə malik aparıcı şirkətləri ilə danışıqlar başlanmışdır. Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil 
olacaq I Avropa Oyunlarının loqotip və şüarının müəyyən edilməsi, simvolun seçilməsi və himnin bəstələnməsi 
istiqamətində  işlər  görülür.  I  Avropa  Oyunları  mövzusunda  açıq  loqotip  müsabiqəsi  artıq  elan  edilmişdir.  
Qaydalara uyğun olaraq Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar ev sahibi olan ölkənin 
Milli  Olimpiya  Komitəsi  tərəfindən  hazırlanır  və  Avropa  Olimpiya  Komitəsi  ilə  razılaşdırılır.  Hazırda 
medalların dizaynı ilə bağlı təkliflər hazırlanmaqdadır.  
Oyunlarda iştirak edəcək idmançıların yerləşdirilməsi məqsədi ilə Atletlər Kəndi yaradılmalıdır. Kütləvi 
İnformasiya Vasitələrinin nümayəndələri Media Kəndində yerləşdiriləcəklər. Bu ərazidə yaradılacaq mərkəzdə 
və “Baku Crystal Hall”dakı Media Mərkəzində onlara tələb olunan şərait yaradılacaqdır.  
Oyunların  keçiriləcəyi  müddətdə,  yəni,  2015-ci  ilin  iyun,  iyul  aylarında  Bakıya  çoxsaylı  qonaqlar 
gələcək.  İdmançıların,  rəsmi  nümayəndə  heyətlərinin,  turistlərin  və  qonaqların  yerləşdirilməsi  üçün  Bakı  və 
Abşeronda  mövcud  olan  otellərin  sayı  və  tutumu  dəqiqləşdirilmişdir.  Seçim  imkanını  artırmaq  üçün  şəhərə 
yaxın  istirahət  düşərgələri  və  yeni  inşa  olunan  otel  komplekslərindən  də  istifadə  olunacaqdır.  
Tədbirin dünyada təbliği və informasiya dəstəyi qarşımızda duran ən vacib məsələlərdən biridir. Birinci addım 
olaraq  oyunlar  haqqında  hərtərəfli  məlumatı  əks  etdirən  internet  portalı  hazırlanmalıdır.  Dünya  mediasında  I 
Avropa  Oyunlarının  keçirilməsi  barədə  informasiyanın  yayılmasına,  ümumiyyətlə,  Azərbaycan  haqqında, 
xüsusilə idman sahəsində əldə olunmuş nailiyyətlərimiz barədə nəşrlərin, reklam çarxlarının hazırlanması, baner 
və posterlərin quraşdırılmasına geniş kampaniya şəklində bu ildən başlamaq lazımdır. Avropanın və dünyanın 
nüfuzlu  kütləvi  informasiya  vasitələrinin  təbliğat  kampaniyasına  cəlb  olunması,  onlarla  əməkdaşlıq 
perspektivləri müzakirə olunmalıdır.  
Bu gün bütün dünyada mötəbər tədbirlərin keçirilməsinə gənclərin cəlb olunması geniş vüsət alıb. Bizim 
bu  sahədə  böyük  təcrübəmiz  vardır.  “Eurovision-2012”  mahnı  müsabiqəsini  hazırlayanda  biz  gənclərin, 
könüllülərin yardımından çox gözəl istifadə etmişdik və gənclərimiz özlərini çox gözəl göstərmişdi. Ona görə də 
I Avropa Oyunlarının təşkilati işlərində də könüllülərin aktiv fəaliyyəti nəzərdə tutulub.  
I Avropa Oyunlarının yayımı xüsusi əhəmiyyət kəsb edir. Tədbirin yayım hüququnun verilməsi ilə bağlı 
hazırda müvafiq təşkilatlarla danışıqlar aparılır. Oyunların keçirilməsinə beynəlxalq və yerli sponsorların cəlb 
edilməsi istiqamətində işlər görülür.  
I  Avropa  Oyunlarına  ev  sahibliyi  edən  Bakı  şəhərinin  tədbirə  hazırlanması  xüsusi  önəm  daşıyır.  Şəhər 
infrastrukturunun yaxşılaşdırılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi, təhlükəsizliyin təmin edilməsi, tibbi 
xidmətin  optimallaşdırılması,  informasiya-kommunikasiya  texnologiyalarının  imkanlarından  geniş  istifadə 
olunması, turizm marşrutlarının və mədəni proqramların tərtib edilməsi üzrə təkliflər bütün cavabdeh təşkilatlar 
tərəfindən hazırlanır. 
Bugünkü müşavirədə biz oyunların qaydaları və keçirilməsi haqqında və əldə olunmuş informasiyanı və 
fəaliyyətimizin əsas istiqamətlərini müzakirə edirik. İcrası vacib olan  əsas məsələlərin həlli ilə bağlı aparılmış 
monitorinqlərin  nəticələrini  təqdim  edirik.  Monitorda  gördüyünüz  məlumatlar  ümumi  xarakter  daşıyır.  
Oyunların yüksək səviyyədə keçirilməsi məqsədi ilə müvafiq qurumların nümayəndələrindən ibarət işçi qrupu 
yaradılacaqdır.  Hazırda  yarışların  keçirilməsi  ilə  bağlı  bütün  istiqamətləri  əhatə  edən  və  hər  bir  qurumun 
vəzifəsini  müəyyən  edən  geniş  tədbirlər  planı  hazırlanır.  Həmin  tədbirlər  planı  qısa  müddət  ərzində  Sizin 
diqqətinizə təqdim olunacaqdır.  
Sonda  bir  daha,  cənab  Prezident,  bizə  göstərdiyiniz  yüksək  etimada  görə  Sizə  dərin  minnətdarlığımızı 
bildiririk.  Sizi  əmin  edirik  ki,  I  Avropa  Oyunları  ölkəmizin  tarixində  Sizin  və  hər  bir  azərbaycanlının  növbəti 
qələbəsi kimi qalacaqdır. Diqqətinizə görə çox sağ olun. 
Prezident İlham ƏLİYEV: İndi isə söz verilir gənclər və idman naziri Azad Rəhimova. 
 
X X X 
 
Nazir Azad RƏHİMOV çıxış edərək dedi: 
- Möhtərəm cənab Prezident! 
Hörmətli müşavirə iştirakçıları! 
Azərbaycan  gəncinin  potensial  gücü  çox  böyükdür.  Həm  fiziki  gücü  böyükdür,  həm  də  mənəvi  iradəsi 
böyükdür.  Əgər  biz  hamımız  idmanın  inkişafına  şərait  yaratsaq,  idmanı  kütləvi  etsək  və  bütün  insanlar  üçün 
bədən tərbiyəsini onların həyatının bir hissəsinə çevirsək, xalqımızın fiziki, mənəvi sağlamlığını təmin edəcəyik. 
Ulu öndər Heydər Əliyevin bu tövsiyəsi və qarşımızda qoyduğu vəzifələr, Sizin rəhbərliyiniz altında aparılan 
düşünülmüş  siyasət,  ardıcıl  və  məqsədyönlü  fəaliyyət  Azərbaycanda  idmanın  kütləviliyini  təmin  etmiş, 
ölkəmizin idman şöhrətini yüksəklərə qaldırmışdır. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
23 
 
Müstəqillik  dövründə  Azərbaycan  idmançılarının  Olimpiya  oyunlarında  qazandığı  nəticələrin  artan 
dinamikası  bu  sözləri  sübut  edir.  Eyni  zamanda,  Azərbaycanda  keçirilən  yarışların  sayı  və  keyfiyyəti  ilbəil 
artmaqdadır.  
Son  on  il  ərzində  Azərbaycanda  300-ə  yaxın  beynəlxalq  səviyyəli  idman  tədbiri  yüksək  səviyyədə 
keçirilmişdir. 
Bu tədbirlərin, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində 
təşkilinin  ənənəvi  hal  alması,  ölkəmizdə  yüksək  səviyyədə  yarışların  keçirilməsi  Olimpiya  ailəsində  inam 
yaratmışdır. 
Ölkəmizdə  aparılan  böyük  tikinti-quruculuq  işləri,  həyata  keçirilən  infrastruktur  layihələri  Bakını 
dünyanın  ən  gözəl  şəhərlərindən  birinə  çevirmiş,  bütövlükdə  Azərbaycanda  müasir  idman  infrastrukturunun 
yaradılması  sahəsində  böyük  işlər  görülmüş  və  bu  işlər  yüksək  templə  davam  etdirilməkdədir. 
2016-cı  ildə  XXXI  və  2020-ci  ildə  XXXII  Yay  Olimpiya  Oyunlarının,  2017-ci  ildə  IV  İslam  Həmrəyliyi 
Oyunlarının  keçirilməsi  üçün  Bakının  namizədliyinin  irəli  sürülməsi,  FİDE-nin  qərarına  əsasən  ölkəmizin 
Dünya Kuboku-2015 və Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi hüququnu əldə etməsi dünya 
idman və Olimpiya aləminin Azərbaycana olan marağını daha da artırmışdır. Odur ki, ilk Avropa Oyunlarının 
Bakı şəhərində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil. 
Bakıda  keçiriləcək  birinci  Avropa  Oyunlarının  təşkili  prosesində  bir  sıra  məsələlərin  həll  olunması  da 
zəruridir.  Təşkilat  Komitəsinin  sədri  Mehriban  xanım  Əliyevanın  qeyd  etdiyi  kimi,  bəzi  idman  növləri  üçün 
müvəqqəti idman qurğularının inşa edilməsi vacibdir. Mart ayının ikinci yarısında Avropa idman federasiyaları 
ilə müvafiq sənədlər imzalanandan sonra bir sıra idman qurğularının, o cümlədən atıcılıq üçün müvafiq stendin, 
voterpol üçün müvəqqəti arenanın, çimərlik voleybolu üçün müvəqqəti meydançanın və s. obyektlərin müvafiq 
beynəlxalq standartlara uyğun inşasına ehtiyac yaranacaqdır.  
Eyni  zamanda,  bir  sıra  idman  obyektləri  beynəlxalq  standartlara  uyğunlaşdırılmalıdır.  Həmin  idman 
obyektləri həm müasir, həm də beynəlxalq federasiyaların texniki tələblərinə uyğun vəziyyətə gətirilməlidir. Bu 
tələblər,  eyni  zamanda,  məşq  prosesinin  təşkil  edilməsinə  də  aid  olmalıdır.  Təcrübə  göstərir  ki,  iştirak  edən 
idmançılar məşq zallarının yarış keçirilən arenaların texniki şərtlərinə və şəraitlərinə uyğun olmasını istəyirlər. 
Bunu da qeyd etmək vacibdir ki, media nümayəndələri idmançıların məşq proseslərini daha çox izləyir və məşq 
zallarında olan şərait ümumi rəyə ciddi təsir edir. 
Vacib sahələrdən biri yarışlar zamanı idmançıların və məşqçilərin, eyni zamanda qonaqların qidalanması, 
tibbi xidmət və nəqliyyat məsələləridir. Atletlər kəndində xüsusi poliklinikanın və yeməkxananın yaradılması ilə 
bağlı  planlar  da  müzakirə  edilir.  Eyni  zamanda,  yarış  yerlərində  xüsusi  qonaqlar  üçün  VİP  salonlar,  yarışda 
iştirak  edən  idmançıların  qidalanması  və  tamaşaçılar  üçün  iaşə  obyektləri  şəbəkəsi  yaradılmalıdır.  
Yarış  günlərində  şəhərin  nəqliyyat  sisteminin  təkmilləşdirilməsi  ilə  yanaşı,  idmançıların,  rəsmi  nümayəndə 
heyətlərinin, jurnalistlərin və digər qonaqların şəhərdə, atletlər kəndi-idman obyektləri marşrutu ilə maneəsiz və 
fasiləsiz  hərəkətini  təmin  etmək  üçün  kiçik  və  irihəcmli  nəqliyyat  vasitələrinin  alınmasına  ehtiyac  vardır. 
Atletlər  kəndində  idmançılar,  məşqçilər  və  yardımçı  heyət  üçün  nəzərdə  tutulan  yaşayış,  inzibati,  rəsmi  və 
təsərrüfat  təyinatlı  otaqlar  və  sahələr  müvafiq  mebel,  avadanlıq  və  ləvazimatla  təchiz  edilməlidir.  
Eyni zamanda, atlet kəndində yaşayan bütün kateqoriya qonaqlar üçün müvafiq infrastruktur yaradılmalıdır, o 
cümlədən trenajor zalları, hovuz, xidmət sahələri, bank, foto, kimyəvi təmizləmə, bərbərxana, poçt məntəqəsi, 
internet klub, kafe, asudə vaxtın keçirilməsi üçün yer və s. 
Oyunların keçirilməsi zamanı vacib elementlərdən biri də könüllülərin bu işdə fəal iştirakı, bütün idman 
obyektlərində,  atlet  kəndində,  hava  limanında  və  digər  iaşə  və  infrastruktur  obyektlərində  təcrübəli  gənclərin 
xidmət göstərməsidir.  
Təcrübə göstərir ki, bu cür oyunların keçirilməsi yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlərin də cəlb 
olunmasını tələb edir. Bununla bağlı, Gənclər və İdman Nazirliyi Milli Olimpiya Komitəsi ilə birgə London Yay 
Olimpiadası-2012,  Vankuver  Qış  Olimpiadası-2010  və  Futbol  üzrə  Dünya  Çempionatı-2010  kimi  yarışların 
təşkilində  iştirak  etmiş  şirkət  və  mütəxəssislər  ilə  birbaşa  danışıqlar  aparır.  Bu  görüşlərin  nəticəsi  olaraq 
müraciətlərə  baxılmasından  sonra  işçi  qrupunun  tərkibi  ilə  bağlı  təkliflər  irəli  sürüləcəkdir.  Bununla  yanaşı, 
oyunların daha peşəkar idarə olunması üçün idman, nəqliyyat, təhlükəsizlik, protokol, maliyyə məsələləri, açılış 
və bağlanış mərasimləri və digər sahələr üzrə dünyada tanınmış ekspertlərin və mütəxəssislərin dəvət olunması 
planlaşdırılır.  
Əlbəttə,  oyunların  keçirilməsi  həmin  idman  yarışlarında  yüksək  səviyyədə  iştirak  etmək  üçün  bizim 
qarşımızda çox ciddi tələblər qoyur. Təşkilatçı ölkə kimi, Azərbaycan bütün idman növləri üzrə təmsil olunmaq 
hüququna  malik  olacaqdır.  Bununla  bağlı  nazirlik  tərəfindən  artıq  ciddi  işlərə  başlanılmış,  hər  bir  idman 
növündə  perspektivli  idmançılar  müəyyən  edilir.  Eyni  zamanda,  bu  oyunların  ölkəmizdə  keçirilməsi 
ümumilikdə idmanın inkişafına böyük təkan verəcəkdir. 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
24 
 
Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakının 
üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Oyunlar zamanı paytaxtımıza 10 minədək idmançının, 
məşqçinin, rəsmi şəxsin, jurnalistin gələcəyi gözlənilir. Yarış günlərində Avropanın, eləcə də dünyanın aparıcı 
telekanalları  Bakıdan  xəbərlər  yayacaq,  paytaxtımız  növbəti  dəfə  dünya  idmanının  mərkəzinə  çevriləcəkdir. 
Bundan  başqa,  Oyunlar  Azərbaycanda  turizmin,  nəqliyyat  infrastrukturunun  və  digər  sahələrin  inkişafına  da 
böyük təkan  verəcəkdir. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm 
yarışlara  ev  sahibliyi  etməyimizə  şərait  yaradacaq  və  təcrübəmizi  artıracaqdır.  Ən  əsası  isə  Yay  Olimpiya 
Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaqdır. 
Möhtərəm cənab Prezident! 
Gənclər  və  İdman  Nazirliyi,  ölkəmizin  bütün  gəncləri  və  idman  ictimaiyyəti  bu  möhtəşəm  idman 
yarışlarının 
ən 
yüksək 
səviyyədə 
keçirilməsi 
üçün 
bütün 
səylərini 
səfərbər 
edəcəkdir.  
Diqqətinizə görə çox sağ olun! 
 
X X X 
 
Prezident  İlham  ƏLİYEV:  Oyunların  yüksək  səviyyədə  keçirilməsi  üçün  əlbəttə  ki,  təhlükəsizlik 
tədbirləri  də  yüksək  səviyyədə  görülməlidir.  Bu  barədə  danışmaq  üçün  söz  verilir  daxili  işlər  naziri  Ramil 
Usubova. 
 
X X X 
 
Nazir Ramil USUBOV çıxış edərək dedi:  
-  Möhtərəm  cənab  Prezident!Ümummilli  lider  Heydər  Əliyevin  uzun  dövrə  hesablanmış  strateji  siyasət 
kursunu  xalqın  və  dövlətin  maraqlarına  uyğun,  müvəffəqiyyətlə  inkişaf  etdirməniz  sayəsində  ölkə  həyatının 
bütün  sahələrində  davamlı  tərəqqiyə  nail  olunmuş,  respublikamızın  beynəlxalq  nüfuzu  əhəmiyyətli  dərəcədə 
yüksəlmiş, Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. 
Sözsüz  ki,  rəhbərliyiniz  altında  əldə  edilən  bu  nailiyyətlər,  həmçinin  ölkəmizdə  ictimai  asayişin, 
sabitliyin,  insan  hüquq  və  azadlıqlarının  etibarlı  qorunmasında  da  mühüm  rol  oynamışdır. 
Uzun illərdir ki, Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və daxili təhlükəsizliyin təmini sahəsində MDB və 
Şərqi  Avropa  məkanında  lider  dövlətlərdəndir.  Bu  müsbət  təmayül  2012-ci  ildə  də  davam  etmişdir. 
Zati-aliləri! 
Ölkəmizi  dünya  və  Avropa  birliyinin  çox  etibarlı  üzvü  kimi  tanıtmanızın  məntiqi  nəticəsidir  ki, 
Azərbaycan  Respublikası  və  onun  paytaxtı  Bakı  şəhəri  beynəlxalq  əhəmiyyətli  mühüm  tədbirlərin  keçirildiyi 
məkana  çevrilmişdir.  Təkcə  ötən  il  respublikanın  müxtəlif  yerlərində  keçirilən  500-ə  yaxın  belə  beynəlxalq 
tədbirdə  digər  hüquq  mühafizə  və  xüsusi  xidmət  orqanları  ilə  birgə  ictimai  asayiş  və  təhlükəsizlik  yüksək 
səviyyədə qorunmuşdur. 
Çox sevindirici haldır ki, Azərbaycanın iqtisadi, siyasi və əmin-amanlığın təmini baxımından özünü sabit 
ölkə kimi tam təsdiqləməsi 2015-ci ildə birinci Avropa Oyunlarının məhz Bakı şəhərində keçirilməsi ilə bağlı 
tarixi qərarın qəbul edilməsi ilə nəticələnmişdir. 
Əlbəttə,  bu  mühüm  hadisənin  təməlində  ölkəmizdə  idmanın  inkişafına  Zati-aliniz  tərəfindən  göstərilən 
qayğı, o cümlədən müasir idman infrastrukturunun yaradılması istiqamətində gördüyünüz böyük işlər və bunun 
nəticəsi  kimi  idmançılarımızın  ən  yüksək  səviyyəli  beynəlxalq  yarışlarda  qazandığı  nailiyyətlər  dayanır. 
Möhtərəm cənab Prezident! 
Məruzə  edirəm  ki,  2015-ci  ildə  keçiriləcək  birinci  Avropa  Oyunları  ərəfəsində  və  dövründə  daxili 
sabitliyin, ölkəmizə gələcək nümayəndə heyətlərinin və bütün qonaqların təhlükəsizliyinin təmin olunması ilə 
bağlı hazırlıq işlərinə Sizin göstərişinizlə artıq başlanılmışdır. 
Qarşıda  duran  vəzifələrin  uğurlu  icrası  üçün  müasir  informasiya-kommunikasiya  texnologiyalarından 
geniş istifadə olunacaqdır. Bu baxımdan, hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsində əhəmiyyətli 
rolu  olan  “Təhlükəsiz  Şəhər”  sisteminin  videomüşahidə  vasitələrinin  əhatə  dairəsinin  genişləndirilməsi 
istiqamətində 
işlər 
Sizin 
böyük 
qayğınız 
sayəsində 
ardıcıllıqla 
həyata 
keçirilməkdədir. 
Sistemin fəaliyyətə başladığı 2008-ci ildən bu günədək respublika üzrə 1330 yerdə 5790, o cümlədən paytaxtda 
1064 yerdə 2902, Gəncədə 131 yerdə 370, Sumqayıtda 85 yerdə 228, Abşeron rayonunda 19 yerdə 55, habelə 
Bakı metropolitenində 73 yerdə 1974 kamera quraşdırılmışdır. 
Cari  ilin  birinci  rübündə  isə  paytaxtda  daha  150  yer  üzrə  210  videomüşahidə  vasitəsi  istismara 
veriləcəkdir. Bu sahədə fəaliyyətin davam etdirilməsi məqsədilə yüksək diqqətinizə məruzə olunan məsələlər, o 
cümlədən 150 yerdə “Üztanıma” funksiyasına malik kameraların alınmasına zəruri maliyyə vəsaitinin ayrılması 

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT  KİTABXANASI 
───────────────────────────────────────────────────────────── 
25 
 
və  qarşıda  duran  digər  vacib  vəzifələrin  reallaşması  üçün  göstərdiyiniz  əvəzsiz  köməkliklərə  görə  Zati-aliləri, 
Sizə dərin minnətdarlığımı bildirirəm. 
Bundan  əlavə,  ötən  il  keçirilmiş  “Eurovision-2012”  mahnı  müsabiqəsi  ərəfəsində  Azərbaycan 
Respublikası  Prezidentinin  Ehtiyat  Fondundan  ayrılmış  vəsait  hesabına  yol-patrul  avtomobilləri,  əl  metal 
detektorları  və  digər  xüsusi  vasitələr  alınmış,  bütün  yol-patrul  avtomobilləri  bort  kompyuterlərlə  təchiz 
olunmuşdur. 
Birinci  Avropa  Oyunları  ilə  əlaqədar  təminat  tədbirləri  çərçivəsində  əlavə  olaraq  post-patrul  xidməti 
avtomobillərində  də  bort  kompyuterlərin  quraşdırılması,  piyada  naryadlar  üçün  planşet  kompyuterlərin, 
radiostansiyaların və metal axtaran detektorların alınması nəzərdə tutulmuşdur. 
Asayişin  təmini  tədbirlərində  iştirak  edəcək  bayır  xidməti  əməkdaşlarının  professional  və  fiziki 
hazırlığının artırılması, habelə ingilis dili kurslarına cəlb olunması sahəsində tədbirlər də davam etdiriləcəkdir. 
Bununla bərabər, strateji  əhəmiyyətli mühüm obyektlərdə mühafizə-rejim tədbirləri, ölkədə akkreditə olunmuş 
diplomatik  nümayəndəliklərin  qorunması  gücləndiriləcək,  insanların  sıx  toplaşdığı,  o  cümlədən  istirahət  və 
gəzinti  yerlərində  hüquq  qaydasının  təmin  olunmasına  cəlb  ediləcək  qüvvələrin  sıxlığı  dislokasiya  üzrə 
artırılacaqdır. 
Yarışlar  keçirilən  ərazidə  və  qonaqların  yerləşəcəyi  mehmanxanaların  ətrafında  nəzarət-buraxılış  işinin 
təşkili, habelə nəqliyyatın normal hərəkətinin təmin edilməsi, xarici ölkələrin nümayəndə heyətlərinin müşayiəti 
üçün lazımi sayda yol-patrul naryadlarının ayrılması, bütövlükdə isə bu mühüm  beynəlxalq tədbirə polisin və 
Daxili  Qoşunların  20  mindən  çox  əməkdaşının  və  hərbi  qulluqçusunun  cəlb  edilməsi  nəzərdə  tutulmuşdur. 
Digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqədə mümkün təxribatların qarşısının alınması, həmçinin ölkəyə 
qanunsuz  gələn  və  yaşayan  əcnəbilərin  müəyyən  edilməsi,  paytaxtda  yaşayış  yeri  üzrə  qeydiyyat  qaydalarına 
riayət olunması istiqamətində tədbirlər də nəzarətdə saxlanılacaqdır. 
Yarışlara  hazırlıq  dövründə  həyata  keçiriləcək  bütün  tədbirlərin  gedişi  barədə  Zati-alinizə  və  Birinci 
Avropa  Oyunlarının  keçirilməsi  üzrə  Təşkilat  Komitəsinin  sədri,  çox  hörmətli  Mehriban  xanım  Əliyevaya 
mütəmadi məruzə olunacaqdır. 
Cənab  Prezident,  Sizi  əmin  edirəm  ki,  daxili  işlər  orqanlarının  bütün  əməkdaşları  bu  Olimpiya 
Oyunlarının təhlükəsiz keçirilməsi üçün əllərindən gələni əsirgəməyəcəklər. 
Diqqətinizə görə sağ olun! 
Yüklə 3,29 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin