İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ


Mütəfəkkir –  ərəb sözüdür ,”düşünən, düşüncəli, filosof, alim” deməkdir.  Müvəkkil



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə34/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   ...   28   29   30   31   32   33   34   35   36

Mütəfəkkir –  ərəb sözüdür ,”düşünən, düşüncəli, filosof, alim” deməkdir. 

Müvəkkil –  ərəbcə “əl-müvəkkil” sözündəndir,”səlahiyyətli” deməkdir. 

Müvərrix –  ərəb sözüdür,”salnaməçi, tarix yazan” deməkdir. 

Möhtəsib  –  ərəb  sözüdür.  Orta  əsrlərdə  Azərbaycanda  və  digər  Şərq 

ölkələrində polis rəisi funksiyalarını həyata keçirən şəxsdir. 

Mövlud –  ərəb sözüdür,”anadan olunan gün” deməkdir. 

 

 

-N- 

 

Naçalnik  –  rus sözüdür,”rəis, müdir” deməkdir. 

Naib  –  ərəbcə  “müavin”,  farsca  “canişin,  soltan”  deməkdir.  Orta 

əsrlərdə polis rəisi vəzifəsini yerinə yetirən şəxsin köməkçisi idi. Bir sıra 

hallarda naib mahal başçısı da olurdu. 

Nahiyə  –  ərəb  sözüdür,”mahal,vilayət”  deməkdir.  Orta  əsrlərdə  geniş 

yayılmış inzibati ərazi vahididir. 

Naqan –  alman sözüdür, ”hərlənən , fırlanan, barabanlı  tapançadır”. 

Narkobiznes  –    narko  yunan,  biznes  ingilis  sözüdür,  ”narkotik 

maddələrin alveri” deməkdir. 

Nazir  –  ərəb  sözüdür  ,”nəzarət  edən,  nazirliyə  başçılıq  edən  hökumət 

üzvü,  idarə edən, inspektor” deməkdir. 

Nemezis –  yunan sözüdür, ”yunan  ilahəsi Nemezidanın adına işarədir”. 

Nəhr –  ərəb sözüdür ,”axar çay” deməkdir. 

 

446 


Nəsib –  ərəb sözüdür, ”əsli-nəsəbi olan” deməkdir. 

Nəzmiyyə –  ərəb sözüdür ,”İranda  polis, jandarm idarəsinin adıdır”. 

Nizamnamə –  nizam ərəbcə qanun, qərar, namə farsca “kağız, məktub”, 

yəni “qanunlar toplusu, əsasnamə, məcəllə” deməkdir. 

Notarius  –  latın sözüdür, ”mirzə, katib” deməkdir. 

Novator –  latın sözüdür, ”yenilikçi” deməkdir. 

Nümayiş  –    fransız  sözüdür,”siyasi-ictimai  əhval-ruhiyyəni  ifadə  edən 

kütləvi yürüş” deməkdir. 

 

 

-O- 

 

Orqanon –  yunanca “orqanon” sözündəndir, inzibati idarə ,inzibati təş-

kilat (məsələn, polis orqanı”, prokurorluq orqanı, məhkəmə orqanı və s.) 

deməkdir. 

Ofis - türk sözüdür,”idarə”,”müəssisə”,”şöbə”,”departament” deməkdir. 

Orden - latın sözüdür,”müxtəlif dərəcəli fərqlənmə nişanı” deməkdir. 

Opion -  latınca “optio” sözündən olub, ”seçmə” deməkdir. 

 

 

-

Ö- 



 

Ödül –  türk sözüdür,”mükafat” deməkdir. 

 

 

-P- 

 

Paritet –  alman sözüdür,”bərabər, bərabərhüquqlu” deməkdir. 

Pasport  –  fransızca ”passeport” sözündən olub, ilkin mənası “limandan 

keçmək üçün icazə” deməkdir. Parsport farsca bəndər, yəni “liman” de-

məkdir. Pasport vətəndaşın şəxsiyyətini təsdiq edən əsas hüquqi sənəddir. 

Parlament  –  ingiliscə  ”parliament”,  fransızca  “parlement”,  ”parle” 

sözündən  olub,  ”danışıram”  deməkdir.  Parlament  ilk  dəfə  1265-ci  ildə 

(13-cü  əsr)  İngiltərədə  silki  nümayəndəlik  orqanı  kimi  yaradılmışdır. 

Parlament qanunvericilik funksiyasını yerinə yetirən seçilmiş nümayəndəli 

orqan, ,ali qanunverici məclisdir. 

Patent  –  latınca  “patens”  sözündən  olub,  ”şəhadətnamə,  fərman, 

müəyyən hüquqi səlahiyyəti təsdiq edən sənəd” deməkdir. 

 

447 


Patronal  –  latınca  “patronatus”,  ”patronus”  sözündən  olub, 

”himayədarlıq”  deməkdir. 

Patrul –  fransız sözüdür,”təhlükəsizliyi, nizam və qayda-qanuna nəzarət 

edən polis, milis, əsgər və s.-dən ibarət kiçik silahlı dəstədir. 

Paşa –  türk sözüdür,”generala bərabər mülki rütbədir”. 

Paytakaran  –  fars sözü olub, ”Arranın anası” deməkdir. 

Periferiya –  yunanca “perphereia” sözüdür, ”əhatə”, rusca “periferiya 

isə “mərkəzdən uzaq yer, məhəlli” deməkdir. 

Petisiya  –  latın  sözüdür,  ”ali  orqanlara,  yuxarı  distansiyalara  təqdim 

edilən yazılı müştərək ərizədir”. 

Piyada –  ərəb sözüdür ,”idman” deməkdir. 

Plagiat –  latınca “plagio”, ”oğurlayıram” deməkdir. 

Plebissit  –   latınca  “pleisetum”-ple  “sadə  xalq”,  setum  “qərar”  demək-

dir. Plebissit əhali arasında aparılan sorğudur. 

Prins  –  almanca  ”prinz”,  latınca  “prinseps”  sözündəndir,”kralın 

(Avropa  ölkələrində)  varisi  olan  oğulun  titulidur”.  Polk  -  rus-sözüdür, 

”alay”a uyğun hərbi birləşmədir”. 

Podpolkovnik –  rus sözüdür, mayordan sonra gələn hərbi rütbədir (indi 

polkovnik-leytenant  deyilir).  Polkovnik-rus  sözüdür,  podpolkovnikdən 

sonra gələn hərbi rütbə və belə rütbə daşıyan şəxsdir (zabit). 

Poliqraf  –  yunanca  poli  “çoxlu”,”qraptos”  yazıram,deməkdir.  Hərfi 

mənası “çoxlu yazıram” deməkdir. 

Polis  –  almanca  “polizei”,  yunanca  “politea”  sözündən  olub,  klassik 

anlamda “dövlət işlərini idarə etmə”, ”idarə edən” deməkdir. 

Polismen –  ingilis sözüdür, əsasən ingilisdilli ölkələrdə işlənir . İngiltərə 

və ABŞ-da polismen “polis nəfəri”dir. 

Polismeyster  –  almanca  “polizeimeister”  sözündəndir,  ”polis  rəisi” 

deməkdir. 

Pornoqrafiya – yunanca pornos “əxlaqsız”, qrapko “yazıram” deməkdir. 

Poruçik –  polyak sözüdür (bax:səh161) 

Preambula – fransızca “preambul” və latınca “preambulus” sözlərindən 

olub,”qabaqda  gedən”  deməkdir.  Preambula  beynəlxalq  müqavilə  və  ya 

sazişin giriş hissəsidir. 

Presedent – latınca “prousenes”,”prasedentis” sözlərindən olub, ”əvvəl-

ki, qabaqdan gələn” deməkdir. 

Prokuror  –  latın  sözü  olub,  ”qanunların  dəqiq  icrasına  nəzarəti  həyata 

keçirən vəzifəli şəxs, dövlət məmurudur”. 

Prokurorluq  –  latınca  “prokuro”  sözündən  olub,  ”qayğısına  qalıram, 

təmin edirəm, qarşısını alıram” deməkdir. 

 

448 


Publisist –  yunanca “publikus” sözündən olub,  ”ictimai” deməkdir. 

Pud  –   fars sözüdür, çəki vahididir. Pud 16   kiloqramdır. 

 

 

-R- 

 

Rabitə  –  ərəb  sözüdür,  ”iki  şeyi  bir-birinə  bağlayan  ip,  bağ,  əlaqə, 

ünsüyə  körpüsü” deməkdir. 

Ratfikasiya  –    latın  sözüdür  ,”hökumətin  dövlətləarası  müqaviləni  və 

digər sənədi təsdiq etməsidir”. 

Reablitasiya  –  latın  sözü  olub,  ”hüquqlarının  bərpa  olunması  barədə 

bəraət almaq” deməkdir. 

Real –  latınca “realis” sözündən olub, ”kerçək, həqiqi” deməkdir. 

Referendum  –  latınca  “xəbər  verilməli  şey,  ümumxalq  səsverməsi” 

deməkdir. 

Reforma  –  fransızca  reforme,  latınca  “reformare”  “yenidənqurma” 

deməkdir. 

Rekvizit  –  latınca  “requistum”  sözündən  olub,  ”tələb  olunan,  zəruri” 

deməkdir. 

Residivisit – latınca “resdivus” sözündəndir” geri qayıdan,təkrar”,rusca 

“residivist”  mühakimə  olunmuş  şəxsin  ienidən  cinayət  etməsi,  təkrar 

cinayət edən cani “deməkdir. 

Respublika  –  latın  sözüdür,  res  “iş”,  publikus  “ictimai,  ümumi,  yəni 

ümumxalq, ictimai idarəetmə hakimiyyəti” deməkdir. 

Rəis  –  ərəb  sözüdür,”başçı,  başçılıq  edən,  sədr,  amir,  amirlik  edən, 

rəhbər, rəhbərlik edən, idarə edən” deməkdir. 

Rotmistr  –    polyak  sözüdür,süvari  qoşunlarda  zabit  rütbəsi  və  belə  rüt-

bəni daşıyan zabit. Rotmistr kapitan rütbəsinə uyğundur... (bax səh161). 

Rövşən –  fars sözüdür, ”aydın,  aşkar,  işıqlı” deməkdir. 

Rütbə –  ərəb sözüdür ,”xidməti dərəcə, xidməti ad”dır. 

 

 

-S- 

 

Sabit –  ərəb sözüdür,”dəyişməz, möhkəm” deməkdir. 

Sabotaj  –  fransız  sözüdür,”qəsdən  işləməmək,  işə  mane  olmaq,  işi 

pozmaq” deməkdir. 

Sadizm  –  fars  sözüdür.  ”Başqasına  əziyyət  verməkdən  həzz  almaq” 

deməkdir. 

Salyan –  farsca “illik bağ, illik gəlir” deməkdir. 

 

449 


Samux  –  alban  sözüdür,  ”meşəlik,  ov  yeri”  deməkdir.  Samux  həm  də 

farsca “üç çay” deməkdir. 

Sancaq –  türk sözüdür,”bölgə, mahal, inzibati ərazi” deməkdir. 

Sanksiya  –  latınca “sanctio” sözündən olub,”ciddi qərar” deməkdir. 

Satranc –  ərəb sözüdür ,”şahmat, şahmat oyunu” deməkdir. 

Saziş –  fars sözüdür, ”qarşılıqlı razılıq”, anlaşma, fikir birliyi, həmrəy-

lik, müqavilə” deməkdir. 

Seym  –  polyak  sözüdür,”qanunverici  orqan”  anlamındadır.  Məsələn, 

Polşa seymi və s. 

Sədr –  ərəb sözüdü, ”ən yüksək vəzifə, başçı, rəis, idarə edən” deməkdir. 

Səhih –  ərəb sözüdür,”dəqiq, düzgün, doğru” deməkdir. 

Səhm –  ərəb sözüdür,”hissə, pay” deməkdir. 

Səltənət –  ərəb sözüdür,”sultanlıq, hökmdarlıq” deməkdir. 

Səlim –  ərəb sözüdür ,”sağlam, eybsiz, nöqsansız” deməkdir. 

Sərəncam  –  ərəb  sözüdür,”hökm,  ixtiyar,  əmr,  göstəriş,  təmimnamə” 

deməkdir. 

Səməd  –  ərəb  sözüdür,”əbədi,  daimi,  əbədiyaşar,  əbədi  mövcud  olan” 

deməkdir. 

Sərbaz –  fars sözüdür,”piyada əsgər” (İranda) deməkdir. 

Situasiya  –    fransızca  “situation”,  rusca  “sutiasiya”  sözündən 

olub,”vəziyyət, şərait” deməkdir. 

Siyasi  –    ərəb  sözüdür,  ”dövlətə,dövləti  idarəyə  aid”  deməkdir. 

Soltanbud-farsca şəxs adı, bud “təpə”, yəni Soltan təpəsi deməkdir. 

Siyasət –  ərəb sözüdür,”hiylə, fənd, biclik” deməkdir. 

Solidarizm  –  fransız  sözüdür,  ”həmrəylik,  mənafeylərin  ümumiliyi” 

deməkdir. 

Subay  –  türk sözüdür ,”zabit” deməkdir. 

Status  –  latın  sözüdür,”beynəlxalq  hüquqda,  yaxud  vətəndaşların,  hər 

hansı hüquqi şəxsin hüquqi vəziyyəti” deməkdir. 

Statut  –  latınca “statium” sözündən olub ,”qərara alıram”  deməkdir. 

Suveren  –  alman  sözüsür,”istiqlaliyyətə,  müstəqilliyə  malik  olmaq” 

deməkdir. 

Suverenitet 

–  (suverenlik)  almanca  “souveranitat”,  fransızca 

souverainete” sözündən olub,”ali hakimiyyət” deməkdir. 

Süqut  –  ərəb sözüdür, ”yıxılma”, düşmə.enmə” deməkdir. 

Sülalə –  ərəb sözüdür, ”soy, nəsil, övlad, xanədan” deməkdir. 

Sülh  –  ərəbcə  sələm,  silm  sözündən  olub,”sizə  sülh  və  əmin-amanlıq 

olsun!” deməkdir. 

Seyid –  ərəbcə “seyyidi” sözündən olub, ”böyük, başçı, ağa” deməkdir. 

 

450 


 

-Ş- 

 

Şamaxı –  ərəbcə “hündürlük” deməkdir. 

Şeyx –  ərəbcə “şaxə” sözündəndir,”qocalmaq” deməkdir. 

Şəriət –  ərəb sözüdür,”məqsədə doğru aparan düzgün yol, ilahi qanun” 

deməkdir. Şəriət həm də elmdir. 

Şeyxülislam  –  ərəbcə “şeyx əl-islam” sözündən olub.müsəlmanların çox 

nüfuzlu  və  şərəfli  ali  dini  rütbəsi  ,ən  mötəbər  dini  başçısıdır.  Zaqafqa-

ziyada şeyxülislam rütbəsi 1823-cü ildə təsis olunmuşdur. 

Şəcərə –  ərəb sözüdür ,”nəsil, budaq, nəsil ağacı” deməkdir. 

Şəmkir –  türk sözüdür. ”Şəms”, “Günəş”, Kir”, “tapınan”, yəni Günəşə 

tapınanlar yurdu” deməkdir. 

Şəmkür –  ərəbcə “Kür qalası, Kür mayağı” deməkdir. 

Şəmşir  –  fars sözüdür,”qılınc” deməkdir. 

Şiə –  ərəb sözüdür, hərfi  mənası “tərəfdar” deməkdir. 

Şura –  ərəb  sözüdür , ”müzakirə, məşvərət, məsləhət yeri” deməkdir. 

Şurta –  ərəb  sözüdür, ”siyasi polis”  deməkdir. 

 

 

-T- 

 

Tabur  –  türk sözüdür ,”batalyon” (hərbi hissə) deməkdir. 

Tabor –  türk sözüdür ,”üç bölükdən ibarət hərbi qurumdur”. 

Takım  –  türk sözüdür, ”bölüm, qisim” deməkdir. 

Taqım  –  türk  sözüdür,”üç  manqadan  ibarət  hərbi  qurum  (vzvod) 

deməkdir. 

Tahir –  ərəb sözüdür, ”pak ,təmiz” deməkdir. 

Teqmen –  türk sözüdür ,”leytenant (hərbi rütbə)” deməkdir. 

Teokratiya – yunan sözüdür,”hakimiyyətin ruhanilərdən,din xadimlərinin 

əlində olduğu dövlət idarəçilik üsulu” deməkdir. 

Təkamül  –    ərəb  sözüdür,  ”tədrici  inkişafla  kamilliyə  catma, 

mükəlləşmə” deməkdir. 

Təmərküzləşmə – ərəb sözüdür, ”mərkəzləşmə, mərkəzləşdirmə” deməkdir. 

Tənzimat – ərəb sözüdür, ”islahat, islahetmə, dirçəlmə” deməkdir. 

Təsis –  ərəb sözüdü, ”əsasını qoyma ,yaratma” deməkdir. 

Təsnifat  –   ərəb sözüdür, ”siniflərə ayırma” deməkdir. 

Təşəkkül  –  ərəb sözüdür,”təşkilolunma,  formalaşma,  müəyyən  bir  şəkilə 

düşmə” deməkdir. 

 

451 


Tbilisi –  gürcü sözüdür, ”isti ,isti yer ,isti qalar  yer”  deməkdir. 

Tiflis –   ərəb sözüdür, ”isti, isti yer, isti qalar  yer” deməkdir. 

Tiryək  –  fars  sözüdür,  ”yetişməyən  xaş-xaşın  qüvvətli  narkotik  maddə 

olan qurudulmuş şirəsi”dir. 

Total –   fransız  sözüdür, ”ümumi”,  bütöv, tam”  deməkdir. 

Trafik –   türk  sözüdür  ,”küçə” deməkdir. 

Tranzit –  latınca “transistus” sözündən olub,”keçid, birbaşa” deməkdir. 

Treninq –  ingilis  sözüdür, ”təlim” deməkdir. 

Törə –  türk sözüdür ,”qanun”  deməkdir. 

Turnir  –  alman  sözüdür  ,”yarış”  deməkdir. 

 

 

-U- 

 

Ultimatum -  latın  sözüdür, ”qəti, qeyd-şərtsiz tələbdir”. 

Uryadnik  -  rus  terminidir,  çar  Dusiyasında  qəza  polisinin  aşağı  rütbəli 

polis məmuru idi. Uryadniklik 1878-ci ildə təsis olunmuş və 1917-ci ilədək 

fəaliyyət göstərmişdi. 

 

 

-Ü- 

 

Üsyan  –    ərəb  sözüdür,”kütləvi  silahlı  çıxış”,”baş  qaldırma”,”üzə 

durma” deməkdir. 

 

 

-V- 

 

Vali – ərəbcə “valiyyə” sözündəndir,”vilayət hakimi, canişin, qubernator, 

idarə etmək” deməkdir. Türklər valiyə (qubernatora) ilbaşı deyirlər. 

Vəhdət –  ərəb  sözüdür, ”əlaqə”, ”birlik” deməkdir. 

Vəkil  –  ərəb sözüdür, Allahın 99 gözəl adından biridir. 

Vəliəhd –  ərəb sözüdür, ”şahzadə”, ”varis” deməkdir. 

Vəzifə  –  ərəb  sözüdür ,”yerinə  yetirilməs i məcburi  olan  iş” deməkdir. 

 

 

 

452 


-Y- 

 

Yarbay  –  türk  sözüdür,  ”podpolkovnik  (polkovnik-leytenant)  hərbi 

rütbəsidir. 

Yasa –  türk sözüdür ,”qanun”  deməkdir. 

Yasavul  –    monqol    sözüdür  ,”qanun,  qayda,  fərmanı,  qanunu  həyata 

keçirən deməkdir”. Yasavul orta  əsrlərdə saraylarda mərasim və məclis-

ləri  mühafizə  edən  məmur  idi.  Çar  rusiyasında  əsasən  kənd  yerlərində 

polis  nəfəri  vəzifəsini  görən  şəxsiydi.  Kazak  qoşununda  yasavul  kapitan 

çininə uyğun gələn zabit rütbəsi idi. 

Yefretor  –   alman  sözüdür ,”süravi əsgərə verilən hərbi rütbədir. 

Yusif  –      ərəb    sözüdür,  ”Günəş,  fövqəladə  gözəllik  və  sədaqət  timsa-

lı”dır. Məsələn, Yusif Peyğəmbər. 

Yunker  –  alman  sözüdür,  ”çar  Rusiyasında  zabit  hazırlayan  hərbi 

məktəbin müdavimidir. 

Yüzbaşı –  türk  sözüdür, ”rotmistr,  kapitan”  hərbi  rütbəsinə  deyilir. 

 

 

-Z- 

 

Zahid  –  ərəb  sözüdür,”tərki  dünya”,  ”guşənişə  çəkilmiş”,  ”ibadətlə 

məşğul olan”,”asket” deməkdir. 

Zatən –  ərəb sözüdür,”əslində” deməkdir. 

Zira –  ərəb sözüdür,”çünki” deməkdir. 

Zülfüqar  –  ərəb  sözüdür,  ”qılınc”  deməkdir.  (Zülfüqar  dedikdə,  ilk 

növbədə  Həzrəti Əlinin məşhur  ikiağızlı qılıncı  başa  düşülür). 

 

 



 

 

 

 

 

 

 

 

453 


 

 

 

 

 

 

 

 

S X E M L Ə R

 

454 


Схем 1 

Bакы шящяр полисинин тяшкилат-структур гурулушу (1918-1920-жи илляр) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Qeйд: Схемлярдя мютяризядяки рягямляр щямин структурларын йаранма тарихинi gюстərir. 

Бакы Халг Комиссарлары Совети 

Халг Дахили Ишляр Комиссарлыьы (ХДИК) 

(12.04.1918) 

Халг Дахили Ишляр Комиссары 

Мцавин  


Бандитизмля мцбаризя цзря 

фювгяладя комиссар (26.05.1918) 

Мцвяккил  

Мцвяккил  

 

Милис шюбяси 



Бакы Советинин Инзибати 

Шюбяси.Милисйарымшюб

яси 

Бакы шящяри вя 



районларынын фящля-

кяндли милис 

комиссарлыглары 

М

аш



таь

а 

кя



нд

 с

ащ



я 

м

ил



ис

 

ко



м

ис

са



рл

ы

ьы



 

Г

ал



а 

кя

нд



 

са

щ



я 

м

ил



ис

 

ко



м

ис

са



рл

ы

ьы



 

Са

ра



й

 

кя



нд

 

са



щ

я 

м



ил

ис

 



ко

м

ис



са

рл

ы



ьы

 

Бин



яг

яди


 

кя

нд



 с

ащ

я 



м

ил

ис



 

ко

м



ис

са

рл



ы

ьы

 



Щярби Ингилаби 

Трибунал 

Фящля-кяндли 

милис мяктяби 

Гяза Милис 

Комиссарлыглары 

Ш

ам

ах



ы

 

гя



за

 м

ил



ис

 

ко



м

ис

са



рл

ы

-ьы



 

Г

уб



а 

гяз


а 

ф

ящ



ля

-

кян



дл

и 

м



ил

ис 


ко

м

ис



са

рл

ы



-

ьы

 



Ля

нк

яр



ан 

гя

за



 

ф

ящ



ля

-

кя



нд

ли 


м

ил

ис



 

ко

м



ис

са

рл



ыьы

 

Жа



ва

д 

гя



за

 

ф



ящ

ля

-



кя

нд

ли 



м

ил

ис



 

ко

м



ис

са

рл



ы

ьы

 



Э

юйчай


 

гя

за



 (би

р 

щ



ис

ся

си) 



ф

ящ

ля



-

кя

нд



ли 

м

ил



ис

 

ко



м

ис

са



рл

ы

ьы



 

Да

ьы



ста

н 

вил



айя

ти 


ф

ящ

ля



-

кя

нд



ли 

м

ил



ис

 к

о-



м

ис

-



са

рл

ы



ьы

 

Мцавин  



 

455 


Схем 2 

Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin