İSTİqlal fəDAİLƏRİ – azərbaycan xalq cümhuriYYƏTİNİn daxiLİ İŞLƏr naziRLƏRİ



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə31/36
tarix05.03.2017
ölçüsü3,76 Mb.
#10119
1   ...   28   29   30   31   32   33   34   35   36

MAHMUD bəy FƏRZƏLİBƏYOV 

(1871-1937) 

 

Mahmud  bəy  Murtuzaqulu 



(Mürsəlqulu)  bəy  oğlu  Fərzəli-

bəyov 1871-ci ildə ġuĢada əsilzadə 

ailədə anadan olmuĢdu.1890-cı ildə 

ġuĢa  real  məktəbini  bitirmiĢdi. 

Sonra  Tiflisdə  ali  savad  almıĢdı. 

1891-ci  ildə  Qazax  Qəza  Ġdarəs-

ində  xidmətə  baĢlamıĢdı.  1893-cü 

il  iyunun  29-da  ġuĢa  Qəza  Ġdarə-

sinin tərcüməçisi təyin olunmuĢdu. 

1896-cı  il  avqustun  21-də  Quba 

Qəza  Ġdarəsinə  tərcüməçi  dəyiĢdi-

rilmiĢdi.  1900-cü  il  oktyabrın  15-

də  Bakı  Qəza  Ġdarəsinə  həmin  və-

zifəyə 


göndərilmiĢdi.1 

noyabr 


1901-ci ildə Bakı Dairə Məhkəmə-

sinə  tərcüməçi  vəzifəsinə  köçürül-

müĢdü.  24  sentyabr  1904-cü  ildə 

Bakı  Dairə  Məhkəməsi  katibinin  köməkçisi  təyin  edilmiĢdi.  7 

oktyabr 1908-ci ildə Bakı Dairə Məhkəməsinin DaĢlaqar məhkəmə 

sahəsinə barıĢdırıcı münsif təyin olunmuĢdu. 1911-ci il may ayının 

2-də  Bakı  Dairə  Məhkəməsinin  PriĢib  (indiki  Göytəpə)  məhkəmə 

Mahmud bəy Fərzəlibəyov 

(ayaq üstə soldan birinci) 


 

416 


sahəsinə məhkəmə təyinatçısı göndərilmiĢdi. 1914-cü il məlumatla-

rına görə ġuĢa Qəza Ġdarəsində kargüzar iĢləyirdi. 1917-ci il aprelin 

9-da ġuĢa Ģəhər Dumasına kargüzar təyin olunmuĢdu. 

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  Göyçay  qəza  rəisi 

Niftəli (əslində Lütvəli bəydir) Zülqədərovun böyük köməıçisi (1-ci 

mavin) vəzifəsində xidmət etmiĢdi... 

Azərbaycanda  sovet  dönəmində  Mahmud  bəy  Fərzəlibəyov 

(“Mahmud” ərəb sözüdür,”tərifli, təriflənmiĢ” deməkdir) 1922-ci il 

yanvarın  29-dan  1923-cü  ilədək  Bakı  Ģəhərində  ĠĢlər  Ġdarəsində 

kargüzar  vəzifəsində  çalıĢmıĢdı.  1923-cü  ildə  tərcüməçi  vəzifəsinə 

dəyiĢilmiĢdi.  1924-cü  ildə  Azərtütün  Ġdarəsinə  tərcüməçi  göndəril-

miĢ  və  ömrünün  sonunadək  həmin  iĢdə  çalıĢmıĢdı.  Mahmud  bəy 

Fərzəlibəyov 1937-ci ildə Bakıda 66 yaĢında vəfat etmiĢdir... 

 

 



 

 

417 


 

 

PRİSTAVLAR 

 

 

 



 

İSMAYIL bəy HACIBƏYOV 

 

Ġsmayıl  bəy  Hacı  bəy  oğlu 



Hacıbəyov 1887-ci ildə ġuĢa Ģəhə-

rində  anadan  olmuĢdu.  ġuĢa  qəza 

məktəbini  bitirmiĢdi.  Azərbaycan 

Xalq Cümhuriyyəti dövründə ġuĢa 

qəzasında  əvvəlcə  polis  pristavı 

iĢləmiĢdi.Sonra  CavanĢir  qəza-

sında xidmətini davam etdirmiĢdi. 

O, 1920-ci ilin aprelinədək Cavan-

Ģir  qəzasının  rəisi  Mustafa  bəy 

Qabulovun  (tarixi  ədəbiyyatda 

Kabulovda  yazılır)  böyük  kömək-

çisi  (1-ci  müavini)  vəzifəsində 

qulluq göstərmiĢdi... 

...Ġsmayıl  bəy  Hacıbəyovun 

Soltan  bəy  və  Osman  bəy  adlı 

oğulları, DilguĢə xanım adlı qızı vardı... 

 

 

 



NURƏDDİN bəy SEYİDZADƏ (SEYİDOV) 

(1896 – 1968) 

 

Nurəddin bəy Seyidzadə 1896-cı ildə Gəncə Ģəhərinin Zərrabi 

məhəlləsində  anadan  olmuĢdu.  Atası  Hacı  Seyid  Hüseyn  MəĢədi 

Ġsmayıl  oğlu  bir  müddət  Gəncədəki  “Çökək  hamamı”ı  iĢlətmiĢ, 



 

418 


Gəncədəki  ġah  Abbas  məscidində  piĢnamaz  (məsciddə  camaat 

(cümə)  namazında  qabaqda  duran  din  xadimi)  olmuĢdu.  Nurəddin 

Seyidzadənin  anası  ZərniĢan  xanım  Hidayət  bəy  qızı  Bakı  polis-

meysteri  Rüstəm  bəy  Mirzəyevin  bacısı  idi  (baĢqa  sözlə,  Rüstəm 

bəy  Nurəddinin  dayısı  idi).  Nurəddin  bəy  Seyidzadə  Gəncə  Ģəhər 

gimnaziyasını bitirmiĢdi.O, ”Gəncədə N. Nəsibbəylinin lider olduğu  

“Türk  Ədəmi  Mərkəziyyət”    firqəsinin,  daha  sonra  isə  “Müsavat” 

partiyasının fəal  üzvü  olmuĢdu. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) Nurəd-

din Seyidzadə dayısı, polkovnik rüstəm bəy Mirzəzadənin pəhbərlik 

etdiyi Bakı Ģəhər Polismeysterliyində xidmət göstərmiĢ, Polismeys-

terliyin 4-cü ġamaxı sahəsinin (əsasən indiki Səbail rayonu ərazisini 

əhatə edirdi) polis pristavı (5-ci dərəcə əmək haqqı tarifi üzrə ayda 

1800  manat  maaĢla)  olmuĢdu.  Pristavlıq  Spassk  (indiki  Zərgərpa-

lan)  küçəsi,  22-də  yerləĢirdi.  Pristav  Nurəddin  Seyidzadənin  kö-

məkçisi  Qərib-Sultan  Alboqaçiyev,  katib  isə  Adam  Ravinski  idi. 

Qeyd  etmək  lazımdır  ki,  Sahə  polis  pristavlıqları  hələ  çar  Rusiyası 

dövründə, 31 dekabr 1882-ci ildə yaradılmıĢdı. Sahə pristavı Nurəd-

din Seyidzadənin məvacibi o zaman 1800 manat idi... 

Azərbaycan  Cümhuriyyətinin  daxili  iĢlər  naziri  Mustafa  bəy 

Vəkilovun 1920-ci il 7 aprel tarixli əmri ilə dayısı Rüstəm bəy Mir-

zəyev  Bakı  polismeysteri  vəzifəsindən  azad  edildikdə  ,  Nurəddin 

Seyidov da iĢdən çıxarılmıĢdı. Onların iĢ yeri Balaxanı-Sabunçu po-

lismeysterliyinə  dəyiĢdirilmiĢdi.Hətta  qısa  müddətə  həbs  də  olun-

muĢ  və Bayıl   Dustaqxanasına salınmıĢdılar. Bu, 1920-ci  il martın 

23-də  “naməlum  adamlar”  tərəfindən  baĢı  kəsilməklə  öldürülmüĢ 

bolĢevik Əli Bayramovun iĢi ilə əlaqədar idi. Onları da baĢqaları ilə 

(o  cümlədən  Bakının  general-qubernatoru,  general-mayor  Murad 

Gəray bəy Tlexas və s.) birlikdə Ə. Bayramovun ölümünü təĢkil et-

məkdə  günahlandırmıĢdılar.  Lakin  hər  ikisini  tezliklə  burax-

mıĢdılar... 

Sovet  hakimiyyəti  qurulduqdan  sonra  Nurəddin  Seyidzadə 

daim təqib və təzyiqlərə məruz qalmıĢ, heç yerdə iĢləyə bilməmiĢdi. 

KeçmiĢinə  görə  hələ  1915-ci  ildə  Gəncədə  ermənilər  tərəfindən 

gənc ikən  (16  yaĢında) qətlə  yetirilmiĢ  qardaĢı  Mir  Ġsmayılın  dərdi 

də onu bir tərəfdən üzürdü... AXC dövründə xidmət göstərmiĢ sabiq 



 

419 


pristav  Nurəddin  Hacı  Seyid  Hüseyin  oğlu  Seyidzadə  1968-ci  ildə 

Gəncədə  vəfat  etmiĢ  və  oradakı  Səbizkar  qəbristanlığında  dəfn 

olunmuĢdu... Nurəddin Seyidzadənin ikimərtəbəli mülkü Gəncə Ģə-

hərindəki Firuz Məlikov küçəsindədir...  

 

 

 



İSRAFİL İBRAHİMOV 

(1897-1938) 

 

Ġsrafil  Ələkbər  öğlu  Ġbrahimov 



1897-ci  ildə  Ġrəvan  quberniyası,  Sür-

məli qəzasının Qaraqoyunlu kəndində 

anadan olmuĢdu.1918-ci ildən “Hüm-

mət” təĢkilatının üzvü olmuĢdu. 

Azərbaycan Xalq Cümhuriyyəti 

dövründə  Qazax  Ģəhərinin  polis  pris-

tavlığında  3-cü  sahənin  pristavı  və 

Ağstafada  Poyly  (Saloğlu)  stansiya-

sının polis pristavı vəzifəsində xidmət 

etmiĢdi... 

Sovet  hakimiyyəti  qurulduqda 

bolĢeviklər  partiyasına  daxil  olmuĢ-

du.  Partiya  ləqəbi  “Saqqal  Ġbrahim” 

idi.  Ġ.  Ġbrahimov  bir  təcrübəli  kadr  kimi  Azərbaycan  SSR  XDĠK 

orqanlarında müxtəlif məsul vəzifələrdə, o cümlədən 1921-1923-cü 

illərdə  XDĠK-in  müavini,  eyni  zamanda  BaĢ  Milis  Ġdarəsinin  rəisi, 

1925-1926-cı  illərdə  XDĠK  Kollegiyasının  üzvü  və  eyni  zamanda 

Ġslah Əmək Müəssisələri BaĢ idarəsinin rəisi olmuĢ, sonrakı illərdə 

Azərbaycan  SSR  XKS-də  və  Naxçıvan  MĠK-də  məsul  vəzifələrdə 

çalıĢmıĢ,  ġamaxı  rayonu  Ġcraiyə  Komitəsinin  sədri  iĢləmiĢdi.  Ġ. 

Ġbrahimov otuzuncu illərdə repressiyanın qurbanı olmuĢdu. 1937-ci 

ildə  “ġamaxı  iĢi”  üzrə  Həmid  Sultanovla  günahkar  bilinərək  həbs 

olunmuĢ və 1938-ci il yanvarın 20-dən 21-nə keçən gecə Azərbay-

can SSR xalq daxili iĢlər komissarı vəzifəsini icra edən T.M. Bor-

Ģovun (1901-1956) əmri ilə 41 yaĢında güllələnmiĢdi (Timofey Mi-


 

420 


xayloviç  BorĢov  Azərbaycan  SSR-in  Qusar  rayonunda  anadan 

olmuĢdu. Etdiyi cinayətlərə görə Bakıda M.C. Bağırovun məhkəmə-

sində (12-26 aprel 1956-cı il) məhkəmənin hökmü ilə güllələnməyə 

məhkum olunmuĢ, hökm həmin ilin may ayında yerinə yetirilmiĢdi) 

Ġ. Ġbrahimov o gecə güllələnən 7 nəfərin sırasında sayca 3-cü idi. 1-

ci isə Azərbaycan SSR-in ilk xalq daxili iĢlər komissarı Həmid Sul-

tanov (1889-1938) güllələnmiĢdi. 

Ġsrafil  Ġbrahimovun  Validə  və  Nəzakət  adlı  qızları  vardı. 

Onlar 80-ci illərin ortalarınadək Bakıda yaĢayırdılar... 

 

 



 

ABUTALIB SADIQOV 

(1867-1983) 

 

Abutalıb Hacı Sadıq oğlu Sadıqov 1867-ci ildə ġuĢa Ģəhərində 



anadan olmuĢdu. Molla yanında oxumuĢdu. Sonra ġuĢa real məktə-

bini  bitirmiĢdi.  ġuĢa  Qəza  Ġdarəsində  2-ci  dərəcəli  dəftərxana  xid-

mətçisi  kimi  əmək  fəaliyyətinə  baĢlamıĢdı...1919-1920-ci  illərdə 

Bakı  Qəza  Ġdarəsində-Balaxanı-Sabunçu  ərazisində pristav  və Bakı 

Ģəhər  Polismeysterliyinin  6-cı  Mixaylovski  sahəsinin  polis  pristavı 

vəzifəsində  (5-ci  dərəcə  əmək  haqqı  tarifi  üzrə  ayda  1800  manat 

olmaqla) xidmət etmiĢdi... 

Abutalıb Sadıqovun Adil adlı oğlu vardı... 

Adil Abutalıbov 1903-cü ildə ġuĢada anadan olmuĢdu. Sonra-

lar tibb sahəsində tanınmıĢ terapevt, tibb elmləri doktoru, professor 

olmuĢdu.  1929-cu  ildə  Azərbaycan  Tibb  Ġnstitunu  bitirmiĢdi... 

1965-1972-ci illərdə N. Nərimanov adına Azərbaycan Tibb  Ġnstitu-

tunun  (indiki  Azərbaycan  Tibb  Universitetinin)  daxili  xəstəliklə 

propedefikası kafedrasının professoru idi. Onun tədqiqatları əsasən, 

patalogiyaya, ürək-damar sistemi problemlərinə, qastroenterologiya 

və  kurortologiyaya  həsr  olunmuĢdu.  Professor  Adil  Abutalıb  oğlu 

Sadıqov 1983-cü ildə 80 yaĢında Bakıda vəfat etmiĢdir... 

 

 



 

 

421 


 

ŞAHZADƏ ƏRDƏŞİR mirzə QOVANLI-QACAR 

 

ġahzadə ƏrdəĢir mirzə Bəhmən mirzə oğlu 1875-ci il sentya-

brın 2-də Yelizavetpol (Gəncə) quberniyası, ġuĢa qəzasının ġuĢa Ģə-

hərində əsilzadə ailədə anadan olmuĢdu. ġahzadə ƏrdəĢir mirxə xü-

susi ailə tərbiyəsi almıĢdı. Anasının adı da Bərdə xanım idi. 

ġahzadə  ƏrdəĢir  mirzə  11  avqust  1908-ci  ildə  2-ci  dərəcəli 

dəftərxana  qulluqçisu  kimi  ġuĢa  Qəza  Polis  Ġdarəsində  xidmətə 

baĢlamıĢdı.  1912-ci  il  aprelin  18-də  Yelizavetpol  (Gəncə)  Quber-

niya  Ġdarəsinin  (qubernatorun)  əmri  ilə  ġuĢa  Qəza  Polis  Ġdarəsinə 

tərcüməçi təyin edilmiĢdi. 1914-cü il mayın 27-də ġahzadə ƏrdəĢir 

mirzə ġuĢa qəzasının Kirs,  Fingə  və Sarıbaba  ərazilərində  yerləĢən 

yaylaqlara dağbəyi vəzifəsinə göndərilmiĢdi. 1916-cı il mayın 21-də 

o, ġuĢa qəzasının Qırxqız və Meydan ərazilərində  yerləĢən  yaylaq-

lara həmin vəzifəyə təyin edilmiĢdi.  

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  ġahzadə  ƏrdəĢir 

mirzə 1919-cu ildən əvvəlcə ġuĢa Ģəhərinin ermənilər yaĢayan 1-ci 

hissəsinin,1920-ci  ildə  isə  2-ci  sahənin  polis  pristavı  vəzifəsində 

xidmət göstərmiĢdi... 

 

 

 



ƏLƏKBƏR bəy QALABƏYOV 

(1887-1920) 

 

Ələkbər  bəy  Bahadur  bəy  oğlu  Qalabəyov  1887-ci  ildə  Ca-



vanĢir  qəzasının  Bərdə  nahiyəsinin  Əyricə  kəndində  əsilli  ailədə 

anadan olmuĢdu. Ġlkin təhsilini ġuĢa real mətəbində və gimnaziyada 

almıĢdı.  Sonra  Sankt-Peterburq  Universitetinin  hüquq  fakultəsini 

bitirmiĢ.Yevlax sahə polis pristavı vəzifəsində xidmətə baĢlamıĢdı... 

Azərbaycanda sovet hakimiyyəti qurulduqadan sonra Ə. Qala-

bəyov 1920-ci ildə Əyricə kəndində bolĢeviklər tərəfindən cəmi 31 

yaĢı olarkən öldürülmüĢdü... 


 

422 


Ələkbər  bəy  öz  nəslindən  olan  Simuzər  xanım  Ġsmayıl  bəy 

qızı Qalabəyova ilə ailə qurmuĢdu. Onun Zülqədər bəy adlı oğlu və 

Dilbər xanım adlı qızı vardı... 

 

 



 

HÜSEYN bəy ŞIXLINSKİ 

(1886-1920) 

 

Hüseyn  bəy  ġərifbəy  oğlu  ġıxlınski  1886-cı  ildə  Qazax 



qəzasının  Ġkinci  ġıxlı  kəndində  anadan  olmuĢdu.  Hüseyn  bəy  ġıx-

lınski milli istiqlal hərəkatımızın fəal iĢtirakçılarından və fədailərin-

dən  biri  olmuĢdur...  Ali  təhsili  vardı...  Polisdə  xidməti  fəaliyyətə 

Tiflisdə  baĢlamıĢdı.  Oradan  Gəncəyə  dəyiĢilmiĢ,  Qəncə  Qəza  poli-

sinin 9-cu sahəsinin polis pristavı təyin edilmiĢdi. Sonra bir müddət 

ƏrəĢ Qəza Ġdarəsində də iĢləmiĢdi. 1914-1916-cı illərdə Nuxa (ġə-

ki) Qəza Ġdarəsində tərcüməçi olmuĢdu. 1916-1918-ci illərdə Nuxa 

Ģəhərinin pristavı vəzifəsində çalıĢmıĢdı... 

Hüseyn bəy ġıxlınski Azərbaycan Cümhuriyyəti DĠN-in əmri 

ilə 1918-1920-ci illərdə Bakı Polismeysterliyində Ģəhərin 6-cı polis 

sahəsinin və Liman sahəsinin (Minarət küçəsi-18) polis pristavı (5-

ci dərəcə əmək haqqı tarifi üzrə ayda 1800 manat məvacib almaqla) 

vəzifəsində  xidmət  etmiĢdi.  Azərbaycanda  sovet  hakimiyyətinin 

qurulmasından sonra (28 aprel 1920) təcrübəli kadr kimi Bakının 7-

ci sahə milis komissarı funksiyasında saxlansa da, 1920-ci il Gəncə 

üsyanında (24 may - 4 iyun 1920-ci il) iĢtirakda suçlandırılaraq həbs 

olunmuĢ və həmin il iyunun 27-də güllələnmiĢdir... 

 

 



 

BƏYLƏR bəy ƏLİYARBƏYOV 

 

Bəylər  bəy  Hüseyn  bəy  oğlu  Əliyarbəyov  1865-ci  ildə  ġuĢa 



Ģəhərində  anadan  olmuĢdu.  Ġbtidai  təhsilini  molla  yanında  almıĢdı. 

Sonra  ĢuĢa  real  məktəbində  oxumuĢdu.  ġuĢa  Qəza  Ġdarəsində  2-ci 

dərəcəli  dəftərxana  xidmətçisi  kimi  iĢə  baĢlamıĢdı.  Sonra  CavanĢir 


 

423 


qəzasında əvvəlcə tərcüməçi, sonra da pristav vəzifəsində çalıĢmıĢ-

dı.  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə,  1918-ci  ildə  Bəylər 

bəy  Əliyarbəyov  ġuĢa  qəzasının  4-cü  nahiyəsinin  (əslində  sahəsi-

nin) polis pristavı vəzifəsində xidmət aparmıĢdı... 

 

 

 



İBRAHİM bəy ƏLİBƏYOV 

 

Ġbrahim  bəy  Məhəmmədhüseyn  bəy  oğlu  1858-ci  ildə  ġuĢa 



qəzasının  Vərəndə  (indiki  Ağdərə)  sahəsinin  Dədəli  kəndində  ana-

dan olmuĢdu. ġuĢa Ģəhər qəza məktəbini bitirmiĢdi. Karyagin qəza 

polis idarəsində əvvəlcə tərcüməçi, sonra Bakı Ģəhərində polis pris-

tavı iĢləmiĢdi... 

 

 

 

MƏHƏMMƏDƏSƏN bəy MİRZƏCAMALOV 

 

Məhəmmədhəsən bəy MəmiĢ bəy oğlu Mirzəcamalov 1870-ci 



ildə  ġuĢa  Ģəhərində  doğulmuĢdu.  Əslən  Qarabağın  Hacılı  camaatı-

nın Gecəgözlü obasının Səlifbəyli tayfasından idi. ġəhər məktəbini 

bitirdikdən sonra ali pedaqoji məktəbə daxil olmuĢdu. Məktəblərdə 

rus dilini tədris edirdi. Onun gözəl aktyorluq bacarığıda vardı... 

Azərbaycan Xalq Cümhuriyyəti dönəmində M. Mirzəcamalov 

polisdə,  o  cümlədən  DĠN-də  ġuĢa  qəzası  üzrə  polis  redaktoru 

(kurator) vəzifəsində iĢləmiĢdi... 

Məhəmməd  Həsən  bəy  Mirzəcamalov  Sitarə  xanımla  ailə 

qurmuĢdu.  Onun  Əsgər  bəy,  Böyük  bəy,  Bala  bəy,  Firudun  bəy, 

Tofiq  bəy  adlı  oğulları,  Böyük  xanım,  Gülrux  xanım  və  Mahrux 

xanım adlı qızları vardı... 

 

 



 

 

424 


AĞA bəy MİSİRXANOV 

(1885-1938) 

 

Ağa  bəy  HəĢim  bəy  oğlu  Misirxanov  1885-ci  ildə  ġuĢa 



Ģəhərində dünyaya  gəlmiĢdi. Rusiyada 1917-ci  il fevral  inqilabına-

dək iri mülkədar, bəy olmuĢdu. Muradbəyli kəndində böyük torpaq 

sahələri vardı. A. Misirxanov çar hökuməti və Azərbaycan Cümhu-

riyyəti  dövrlərində  dövlət  qulluğunda  iĢləmiĢdi.  O  cümlədən,  Kar-

yagin  qəzasında  pristav,  Bakıda  Balaxanı-Sabunçu  Polismeyster-

liyində 6-cı polis sahə pristavının köməkçisi və pristav vəzifələrində 

xidmət göstərmiĢdi. Polisdə xidmətədək A. Misirxanov Milli Ordu-

muzun tərkibində Qarabağda ermənilərin separatçı çıxıĢlarının yatı-

rılmasında fəal iĢtirak etmiĢ, o cümlədən 1920-ci ilin mart-aprelində 

Əskəran döyüĢlərində dəstə komandiri kimi xüsusilə fərqlənmiĢdi... 

SovetləĢmənin ilk illərində həbs olunaraq,  güllələnəcıyini  yə-

qin bilən A. Misirxanov qısa müddət gizlənə bilmiĢdi...Lakin 11-ci 

ordu hissələri Qarabağa daxil olduqda A.Misirxanov aĢkar olunaraq 

1920-ci  ilin  mayında  həbs  edilmiĢdi.  Ġki  ilə  yaxın  həbsxanada 

yatdıqdan sonra azad olunmuĢ, keçmiĢdən tanıdığı,  sovet hakimiy-

yəti  qurulduqdan  sonra  məsul  vəzifələrdə  iĢləyən  dostları  Məm-

mədxan Məmmədxanovun, Əsəd Qarayevin, DadaĢ Bünyadzadənin, 

Mirzə  Məhəmməd  Qasımovun  köməkliyi  ilə  Ağdam  Kommunal 

Təsərrüfatı  Ġdarəsində  iĢə  düzəlmiĢdi.  1922-1929-cu  illərdə  burada 

iĢlədiyi  müddətdə  belə  A.Misirxanov  təqiblərdən  yaxa  qurtara 

bilməmiĢ, həbs edilmiĢ (1925), lakin yenə buraxılmıĢdı... A. Misir-

xanov  təcrübəli  kadr  olduğu  üçün  o,  1931-1932-ci  illərdə  Lahıcda 

(Ġsmayıllı)  və  Qubada  kommunal  təssərrüfat  idarələrində  də  iĢlə-

miĢdi.  Lakin  1932-ci  ildə  Qubada  səsvermə  hüququndan  (keçmiĢ 

mülkədar  və  Azərbaycan  Cümhuriyyətinin  məmuru  kimi)  məhrum 

edilərək  iĢdən  çıxarılmıĢdı.  Bir  müddət  Gəncədə  yaĢamıĢ  və  kənd 

təsərrüfatı iĢləri ilə məıĢğul olmuĢdu. A.Misirxanov otuzuncu illərin 

repressiya qurbanlarından biri olmuĢdu. O, 1938-ci il martın 15-də 

güya “trotskiçidir”, -deyə həbs olunmuĢ, əmlakı müsadirə edilməklə 

güllələnmə  cəzasına məhkum  edilmiĢdi. Hökm elə həmin il  yerinə 

yetirilmiĢdi... 


 

425 


Ağa  bəy  Misirxanov  Tərlan  xanım  Kərim  bəy  qızı  ilə  ailə 

qurmuĢdu. Onun 5 övladı - ġəmsəddin bəy, Tahir bəy adlı oğlanları, 

Sənubər xanım, Elza xanım və Rəhilə xanım adlı qızları vardı... 

 

 



 

TƏRLAN bəy ƏLİYARBƏYOV 

(1892-1956) 

 

Tərlan  bəy  Abdulla  bəy  oğlu 



ƏlĠyarbəyov 28 noyabr 1892-ci ildə 

Ağsu  Ģəhərində  anadan  olmuĢdu. 

Hərbçi  yolunu  seçən  Tərlan  bəy 

üçüncü  Qafqaz  alyında  əsgər  kimi 

xidmət edərkən, 1911-ci ildə Tiflis-

dəki Mixaylovsk piyada hərbi mək-

təbini  1-ci  dərəcəli  diplomla  bitir-

miĢdi.  Podporuçik  rütbəsində  ġa-

maxıdakı  205-ci  piyada  alayında 

xidmətə  baĢlamıĢdı.  1914  -1918-ci 

illər  Birinci  Dünya  müharibəsinin 

fəal  iĢtirakçısı  olmuĢ,  ağır  yara  al-

mıĢdı.  Dördüncü  dəfə  yaralanan 

Ģtabs-kapitan  bir  müddət  Brest 

Ģəhərindəki  hospitalda müalicə olunduqdan sonra  Bakıya  göndəril-

miĢdi. 1918-ci ilin avqustunda Azərbaycan Cümhuriyyəti ordusuna 

çağırılan  Tərlan  bəy  Əliyarbəyov  2-ci  alayın  komandir  köməkçisi 

təyin edilmiĢdi... 

Azərbaycan  Xalq  Cümhuriyyətinin  daxili  iĢlər  orqanlarında 

Tərlan bəy kimi kadrlara ehtiyac vardı. ġamaxı Ģəhər polis pristavlı-

ğında  pristav  kimi  xidmətə  qəbul  edilən  T.  Əliyarbəyov  çox  keç-

mədən,  1919-cu  ilin  noyabrında  27  yaĢında  ikən  ġamaxı  qəzasının 

rəisi  Azad  bəy  Qocamanbəyovun  (1860-1920)  köməkçisi  təyin 

edilmiĢdi... 

1920-ci  ilin  mayında  T.  Əliyarbəyov  Bakı  Hərbi  Ġdarəsinin 

rəis  müavini  olmuĢdu...  O,  1922-ci  ildə  Kürdəmir  və  Qaraqoyunlu 



 

426 


ərazilərində  “quldur  dəstəsi”nin  ləğvi  əməliyyatlarında  iĢtirak  et-

miĢdi...  1923-1929-cu  illərdə  Azərbaycan  SSR  hərbi  komissarının 

köməkçisi  (müavini)  və  ərazi  idarəsinin  rəisi  vəzifələrində  çalıĢ-

mıĢdı.  1927-ci  ildə  M.  Frunze  adına  Hərbi  Akademiyanın  Ali  ko-

manda heyəti kursunu bitirmiĢdi... 1925-1931-ci illərdə Azərbaycan 

KP MK-nın üzvlüyünə namizəd olmuĢdu. 1941-ci ildə M.F. Frunze 

adına Hərbi Akademiyanı bitirmiĢdi. 

1941-1945-ci  il Böyük  Vətən müharibəsi  baĢlananda polkov-

nik  T.  Əliyarbəyov 416-cı  atıcı  diviziyasının  komandiri,  58-ci  kor-

pusun komandir müavini olmuĢdu... Müharibə illərində T. Əliyarbə-

yovun  döyüĢ  xidmətlərini  yüksək  qiymətləndirən  SSRĠ  Ali  Soveti 

Rəyasət Heyətinin  fərmanı  ilə  1944-cü ildə  T. Əliyarbəyov  generl-

mayor rütbəsi ilə təltif edilmiĢdi. 

General T. Əliyarbəyov 1946-1948-ci illərdə Azərbaycan SSR 

maarif nazirinin müdafiə iĢləri üzrə müavini vəzifəsində çalıĢmıĢdı. 

General-mayor  T.Əliyarbəyov  15  fevral  1956-cı  ildə  Bakıda  64 

yaĢında  vəfat  etmiĢdi...  O,  Azərbaycan  SSR  Ali  Sovetinin  Ġkinci 

ÇağırıĢ  deputatı  olmuĢdu.  General  T.Əliyarbəyovun  xidmətləri 

Lenin  ordeni,  Qırmızı  Bayraq  ordeni,  Qırmızı  Ulduz  ordeni  və 

çoxlu  medallarla  təltif  olumuĢdu.  Doğulduğu  ġamaxıda  abidəsi 

qoyulmuĢ və adına küçə verilmiĢdir... 

T. Əliyarbəyovun iki oğlu vardır: Pərviz və Nadir. Pərviz Əli-

yarbəyov uzun illər milis və polis orqanlarında iĢləmiĢ, o cümlədən 

ġamaxı  Rayon  Daxili  ĠĢlər  Ġdarəsi  və  Polis  ġöbəsinin,  Bakının 

Nəsimi  Rayon  Polis  Ġdarəsinin  rəisi  vəzifələrində  iĢləmiĢdi.  O, 

Ģöhrətli atası kimi  yaxĢı xidmətlərinə görə bir sıra medallarla təltif 

olunaraq  təqaüdə  çıxmıĢdır...Tərlan  Əliyarbəyovun  nəvəsi,  Pərviz 

Əlyarbəyovun  oğlu  Fərman  Əlyarbəyovda  uzun  illər  polis 

orqanlarında  xidmət  göstərmiĢ,  polis  polkiovnik-leytenantı  rütbəsi-

nə  yüksəlmiĢ  və  hazırda  Azərbaycan  Respublikası  DĠN-in  Nəqliy-

yatda BaĢ Polis Ġdarəsinin Dəmir Yolunda Polis Ġdarəsinin TəĢkilti-

Ġnspektor ġöbəsinin zabitidir... 

 

 

 


 

427 


 

YUSİF bəy SULTANOV 

 

Yusif  bəy  Məmməd  bəy 



oğlu  Sultanov  1860-cı  ildə  ġuĢa 

qəzasının 

Zəngəzur  sahəsinin 

Püsyan  nahiyəsinin  Bəxtiyarlı 

kəndində  anadan  olmuĢdu.  Mək-

təb  təhsili  vardı...  Rus-yapon 

(1904-1905)  müharibəsində  iĢti-

rak  etmiĢ,  buna  görə  medal  al-

mıĢdı.  1899-cu  il  yanvarın  1-də 

kollec  qeydiyyatçısı,  titulyar  mü-

Ģavir  rütbələrinə  layiq  görülmüĢ-

dü. O, 3-cü Aleksandr, 4-cü dərəcəli ġiri-XurĢid (Ġran) ordenləri ilə 

də təltif olunmuĢdu. 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) 

Yusif bəy  ġamaxı qəzasının Mədrəsə sahəsinin polis pristavı vəzi-

fəsində  xidmət etrmiĢdi... 

Yusif  bəy  Sultanov  Qafur  ağa  Səmədovun  qızı,  qubalı  Fətəli 

xanın nəvəsi ilə ailə qurmuĢdu. Onun Bahadur bəy adlı oğlu, Göv-

hər xanım,  Sevda  xanım və Rübabə  xanım  adlı  qızları  vardı... 

 


 

428 


 

Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin