İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında


Təhqiqat komissiyasının işinin təşkili



Yüklə 33,7 Kb.
səhifə5/10
tarix28.12.2016
ölçüsü33,7 Kb.
#3731
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10
3. Təhqiqat komissiyasının işinin təşkili

 

3.1. Təhqiqat komissiyası əmək qanunvericiliyinə və bu Qaydaya əsasən bədbəxt hadisənin təhqiqatının aparılması müddətinə, müvəqqəti olaraq yaradılır.



Təhqiqat komissiyası heyətinin ezamiyyə xərcləri hər bir komissiya üzvünün mənsub olduğu təşkilat tərəfindən (verilmiş əmrə əsasən) ödənilir, təhqiqat işinin gedişi dövründə onun aparılması ilə əlaqədar ortaya çıxan digər əlavə xərclər isə hadisə baş vermiş müəssisə və ya onun tabeçiliyi üzrə yuxarı orqanı tərəfindən ödənilir.

Təhqiqat komissiyasının yekun sənədi (akt) komissiyanın bütün üzvləri tərəfindən imzalanır. Akt tərtib edilən zaman komissiyanın hər bir üzvü öz rəyini yazılı şəkildə komissiyanın sədrinə təqdim edir.

Baş vermiş bədbəxt hadisələrin təhqiqatı komissiya tərəfindən 20 gün müddətinə aparılır və xüsusi təhqiqat aktı tərtib edilir (əlavə 4). Zəruri hallarda, Təhqiqat komissiyası sədrinin əsaslandırılmış müraciətinə əsasən bu müddət komissiyanın yaradılması barədə sərəncam (əmr) verən orqan tərəfindən artırıla bilər.

Komissiyanın üzvləri zərərçəkənlərlə və ya onların ailə üzvləri ilə görüşərək, bədbəxt hadisə ilə əlaqədar qüvvədə olan qanunvericiliyə müvafiq, onların hüquqlarını izah etməlidir.

3.2. Təhqiqat komissiyasının tələbi ilə işəgötürən aşağıdakıları təmin etməyə borcludur:

bədbəxt hadisənin təhqiqatında iştirak etmək üçün mütəxəssis-ekspertlər dəvət etmək;

texniki-hesablamalar, laboratoriya təhqiqatları, sınaqlar və başqa aidiyyəti işlərin aparılmasını təşkil etmək;

bədbəxt hadisənin baş verməsinə səbəb olmuş obyektin, bədbəxt hadisənin yerinin fotoşəklini və komissiyanın işinə lazımi digər materialları təqdim etmək;

təhqiqat üçün lazım olan nəqliyyat və rabitə vasitələrini təmin etmək;

bədbəxt hadisənin xüsusi təhqiqat materiallarının çap edilməsini, lazım olan miqdarda çoxaldılmasını təmin etmək.

3.3. Dəvət olunmuş mütəxəssislər tərəfindən texniki hesablamaların, laboratoriya təhqiqatlarının, sınaqlarının və başqa işlərin aparılması üçün xərcləri hadisənin baş vermiş olduğu müəssisə ödəyir.

3.4. Təhqiqat komissiyasının üzvləri təhqiqatın gedişində müəssisənin, onun struktur bölmələrinin rəhbərlərindən, şahidlərdən və digər şəxslərdən yazılı izahatlar almaq hüququna malikdirlər.

Təhqiqat komissiyasının sədri zərərçəkənin aldığı xəsarətin xarakteri ilə ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında müalicə-profilaktika idarəsinin, məhkəmə-tibb ekspertizasının rəyini almaq hüququna malikdir.

Təhqiqat zamanı, zəruri hallarda Təhqiqat komissiyası sədrinin sərəncamı ilə ekspert dəvət olunur və yaxud ekspert komissiyası yaradılır. Ekspert və ya ekspert komissiyası aparılan ekspertizanın nəticəsi barədə rəsmi rəy verməlidir.

Yol-nəqliyyat qəzası nəticəsində baş vermiş bədbəxt hadisələrin səbəbi barədə rəy alınması üçün Təhqiqat komissiyasının sədrinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qurumlarına müraciət etmək hüququ vardır.[18]

3.5. Təhqiqat aktına aşağıdakı sənədlər əlavə olunmalıdır:

hər bir zərərçəkən üçün İZ formalı aktın surəti;

hadisə yerinin planı, sxemləri (eskizləri), müşahidə protokolları və fotoşəkilləri;

sorğu protokolları;

bədbəxt hadisənin şahidlərinin və digər aidiyyəti şəxslərin, eləcə də dövlət standartlarının, əməyin təhlükəsizliyi standartlarının, əməyin mühafizəsi üzrə qayda və normaların tələblərinə riayət edilməsinə cavabdeh olan vəzifəli şəxslərin izahatları;

ekspert komissiyasının yaradılması barədə sərəncam (qərar, əmr);

zərərçəkənin təlim keçməsi və təlimatlandırılması haqqında sənədlərdən çıxarış;

zərərçəkənin aldığı xəsarətin xarakteri və ağırlıq dərəcəsi, ölümünün səbəbləri haqqında tibbi rəy;

bədbəxt hadisənin səbəbləri haqqında ekspert komissiyasının rəyi (lazım gəldikdə), laboratoriya təhqiqatlarının və başqa təhqiqatların, təcrübələrin, analizlərin və s. nəticələri;

qəza ilə əlaqədar olaraq dəymiş maddi ziyan haqqında arayış;

istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin surəti;[19]

təhqiqat komissiyasının yaradılması haqqında əmrin (sərəncamın) surəti;

təhlükəsiz əmək şəraitinin təmin edilməsi üzrə tədbirlər və bunun üçün məsul şəxsləri müəyyən edən təlimatlardan, əsasnamələrdən, əmrlərdən, digər aktlardan çıxarışlar vəFövqəladə Hallar Nazirliyinin texniki təhqiqat aktının surəti.[20]

Siyahıya Təhqiqat komissiyası üzvlərinin xüsusi rəylərinin surətləri (belə hal olduqda) əlavə olunur.

3.6. Bədbəxt hadisə Fövqəladə Hallar Nazirliyinin dövlət nəzarətini həyata keçirdiyi obyektdə qəza nəticəsində baş vermişsə, qəzanın başvermə səbəbləri barədə nazirliyin tərtib etdiyi akt Təhqiqat komissiyasına təqdim olunur.[21]

3.7. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən təhqiqat materialları Təhqiqat komissiyası üzvlərinin təmsil etdiyi müəssisə, təşkilat və orqanlara icra və məlumat üçün göndərilir.[22]

 


Yüklə 33,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin