İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında


Bədbəxt hadisələr haqqında hesabat və onların başvermə səbəblərinin təhlili



Yüklə 33,7 Kb.
səhifə6/10
tarix28.12.2016
ölçüsü33,7 Kb.
#3731
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10
4. Bədbəxt hadisələr haqqında hesabat və onların başvermə səbəblərinin təhlili

 

4.1. Təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib Təhqiqat aktında göstərməlidir.



4.2. İşəgötürən hər ilin sonunda İZ formalı aktlara əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilmiş formalarda istehsalatda bədbəxt hadisələr nəticəsində zərərçəkənlər haqqında hesabat tərtib edir.

4.3. İşəgötürən istehsalatda baş vermiş bədbəxt hadisənin səbəblərinin təhlili, onların sex və digər bölmələrin əmək kollektivlərində müzakirəsini, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üzrə tədbirlərin hazırlanmasını və həyata keçirilməsini təmin etməyə borcludur.

4.4. Bədbəxt hadisə baş vermiş nazirlik, baş idarə və digər müstəqil iri təşkilat strukturu və müəssisə rəhbərləri bədbəxt hadisənin nəticələrini müzakirə edir və gələcəkdə qarşısının alınması üzrə tədbirlər hazırlayır, yerinə yetirilməsini təmin edir.

4.5. İşəgötürən bədbəxt hadisələrin xüsusi təhqiqat materiallarını öyrənməyə, Təhqiqat komissiyası tərəfindən təklif edilmiş bədbəxt hadisəyə gətirib çıxarmış səbəblərin aradan qaldırılması haqqında tədbirlərin yerinə yetirilməsinə və əməyin mühafizəsi tələblərinin pozulmasına yol vermiş şəxslərin cəzalandırılması barədə müvafiq əmr (sərəncam) verməyə borcludur.

İşəgötürən Təhqiqat komissiyası tərəfindən müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsi barədə müddət başa çatdıqdan sonra Dövlət Əmək Müfəttişliyi Xidmətinə və həmçinin digər dövlət nəzarəti orqanlarının obyektləri üzrə isə onların yerli orqanlarına məlumat verməlidir.

4.6. Qrup halında və ölümlə nəticələnmiş bədbəxt hadisələr təhqiqat materiallarına əsasən yuxarı tabeçilik orqanlarında, Dövlət Əmək Müfəttişliyi Xidmətində və digər dövlət nəzarəti orqanlarında müzakirə edilməlidir.[23]

4.7. Ağır nəticəli (iki və daha artıq işçinin həlak olması) bədbəxt hadisələr Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (və yaxud onun tapşırığı iləDövlət Əmək Müfəttişliyi Xidmətində), Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının və Fövqəladə Hallar Nazirliyinin (bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə baş vermişsə) nümayəndələrinin iştirakı ilə müzakirə olunur, lazım gəldikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinə məlumat verilir.[24]

4.8. Azərbaycan Respublikası üzrə bədbəxt hadisələrin uçotu müəssisələrdə, Dövlət Əmək Müfəttişliyi Xidmətində, Dövlət Statistika Komitəsində aparılır.

 

 


 

1 nömrəli əlavə

İZ forması



“Təsdiq edirəm”

______________________________________

______________________________________

______________________________________

______________________________________

(müəssisənin adı, təsdiq edən vəzifəli şəxsin soyadı, adı, imzası, möhür)



 

 


Yüklə 33,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin