İqtisadiyyat və innovativ idarəetmə” kafedrası


İqtisadi nəzəriyyənin digər elmlərlə əlaqəsi



Yüklə 134,9 Kb.
səhifə2/4
tarix16.01.2020
ölçüsü134,9 Kb.
#30198
1   2   3   4
İqtisadiyyata giriş - final imtahan sualları


İqtisadi nəzəriyyənin digər elmlərlə əlaqəsi

İqtisadi nəzəriyyə tarix, fəlsəfə, hüquq və b. yanaşı ictimai elmlərdən biridir. O, insanın həyat fəaliyyətinin sosial hadisələrinin müəyyən hissəsini, hüquq elmi bir, mənəviyyat elmi digər tərəfini açıqlamağa təyinatlanıb.

İqtisadi nəzəriyyə başqa iqtisadi elmlərin, həmçinin sosiologiya, psixologiya, tarixin əldə etdikləri bilikləri nəzərə alır, çünki onlar nəzərə alınmazsa, iqtisadi nəzəriyyənin gəldiyi qənaətlər səhv ola bilər. İctimai elmlərin hamısı bir-biri ilə sıx əlaqədədir. İqtisad elminin digər ictimai elmlərlə qovşağında yerləşən ən müasir sahələri kimi davranış iqtisadiyyatı, xoşbəxtlik iqtisadiyyatı, müasir iqtisadi fəlsəfəni və s. misal göstərə bilərik.

İqtisadi nəzəriyyə insan davranışlarını öyrənən elm olsa da, bu sahəni öyrənən yeganə elm deyildir. Məsələn, psixologiya elmi də insanların etdikləri seçimlərin öyrənilməsi ilə məşğul olur. Son zamanlar davranışın iqtisadi nəzəriyyəsi adlandırılan yeni bir elm sahəsi ortaya çıxaraq, psixologiyada əldə olunan ən sadə nəticələrin iqtisadi nəzəriyyəyə tətbiq olunmasına başladı. İqtisadi nəzəriyyədə xüsusi növ canlı varlıqlardan söz edilir. Bəzən bu canlı varlıqlara homo ekonomikus (iqtisadi insan) deyilir. Bu növün üzvləri həmişə rasional davranır. Firma rəhbərİəri kimi, onlar mənfəətlərini maksimallaşdırır. İstehlakçı kimi isə öz faydalarını maksimallaşdırır (və ya ən yüksək bitərəflik əyrisindəki nöqtəni seçir). Bu canlı varlıqlar, mövcud məhdudiyyətləri nəzərə alaraq, bütün fayda və məsrəfləri qiymətləndirir və hər zaman ən düzgün yolu seçir.

Real insanlar isə, homo sapiensdir. Bir çox hallarda onlar iqtisadi nəzəriyyədə iştirak edən rasional, hər şeyi dəqiqliklə hesablayan insanlara bənzəsələr də, əslində onlardan çox mürəkkəbdirlər. Real insanlar bəzən yaddan çıxartmaq, hirslənmək, çaşmaq və uzağı görməmək kimi xüsusiyyətlərə malik olur. İnsan düşüncəsində olan bu cür qeyri-mükəmməlliklər psixoloqların çörək ağacı olsa da, çox yaxın vaxtlara qədər, iqtisadçılar bunlara məhəl qoymurdu. Belə ki, davranış iqtisadiyyatı psixoloji, idrak, emosional, mədəni və sosial faktorların fərdlərin və institutların iqtisadi qərarlarına necə təsir etdiyini öyrənən sahədir. 

Bir ictimai elm kimi iqtisad elmində də xüsusilə 20-ci əsrin 70-ci illərindən başlayaq Xoşbəxtlik anlayışı daha da önəm qazanmış və bir çox iqtisadi ədəbiyyatda “Xoşbəxtlik iqtisadiyyatı” deyilən anlayış formalaşmışdır. Hətta 2015-ci il İqtisadiyyat üzrə Nobel Mükafatı laureantı Angus Deaton bu mükafatı bir növ ”xoşbəxtliyin qiyməti”-ni ölçdüyü üçün qazanıb. Belə ki, Deaton 2008-ci ildə 450 min Amerika vətəndaşının iştirak etdiyi sorğu-araşdırmasında bu nəticəyə gəlib ki, illik 75 min ABŞ dolları həcmində gəlir günlük yaşayışda nisbətən xoşbəxtlik gətirə bilər. Ümumi olaraq xoşbəxtlik iqtisadiyyatı dedikdə fərdlərin xoşbəxtlik səviyyəsini artıracaq  sosial siyasətin nələrdən ibarət ola biləcəyini  araşdıran bir sahə başa düşülür. 

İqtisadiyyat fəlsəfəsi iqtisad elminin fəlsəfi problemlərini tədqiq edir. O "Müasir iqtisadi sistem" nədir? Müasir kapitalist sistemdə "Ədalət" məfhumunun yeri varmı? Əxlaq, hüquq və iqtisadiyyat bir araya gələ bilərmi? İqtisadiyyat, mədəniyyət və sivilizasiya arasında nə kimi əlaqə var? Müasir dünyaya hakim olan siyasi-iqtisadi sistem hansıdır? Tam sərbəst iqtisadiyyatı tətbiq edən sistem bütün hüquqları qoruya bilirmi? Müasir dünyaya hakim olan sistem üçün insan faktoru önəmlidir, yoxsa burada yalnız kapital vacib şərtdir? Müasir kapitalist sistem nə istəyir? Hara gedir? Məqsədi nədir? İqtisadiyyatda həqiqətin meyarı nədir? İqtisadi təfəkkür nədir və necə formalaşır? Hər bir şeyi pulla almaq mümkündürmü? Dünyanı kapital idarə edir, yoxsa mütəfəkkirlər? Əgər dünyanı kapital idarə edirsə o zaman Əxlaq filosoflarının-mütəfəkkirlərin humanist tövsiyələri absurd deyilmi? Bütün bunlar iqtisadi fəlsəfənin fundamental suallarıdır.




  1. Resurslar onların məhdudluğu və tələbatların sonsuzluğu problemi

Müasir  iqtisadi  nəzəriyyənin  (economicsin,  iqtisadiyyatın,  siyasi  iqtisadın) əsasında, şübhəsizmüəyyən fərqlərə baxmayaraq, bir-biri ilə sıx və dialektik vəhdət təşkil edən 2 amil fakt, reallıq durur. Bu iki qarşılıqlı əlaqədə olan cəhət, economicsin bütün əsas prob-lemlərini və müxtəlif cəmiyyətlərin iqtisadi proseslərini özündə birləşdirir. 

Birincisi insan cəmiyyəti yarandığı dövrdən bizim günlərimizə qədər onun ayrı-ayrı 
üzvlərinin, müxtəlif  təsisatlarının,  nəhayət  bütövlükdə  məcmu  maddi-mənəvi  təlabatları 
artmağa doğru getmiş və bu meyl indi də davam etməkdədir. Təsadüfi deyildir ki, iqtisadi 
ədəbiyyatda  belə  bir  fikir  xüsusi  vurğulanır:  tarixən  cəmiyyətin  maddi-mənəvi  tələbatları 
sonsuzdur,  hüdudsuzdur  və  görünür  heç  vaxt  tam  ödənilməyəndir.  Çünki  planet 
miqyasında  əhalinin  sayının  son  200  ildə  6-7  dəfə  artması,  insanların  zövq,  seçim, 
tələblərinin  dəyişməsi,  «arzunun  özündən  doğan  arzular»  kimi  elmi-texniki  kəşflər,  yeni 
mütərəqqi  texnologiyalar  bazasında  əvvəllər  məlum  olmayan  xüsusi  keyfiyyətlərə  malik 
materiallardan  hazırlanmış  əmtəələr  istehsalı,  habelə  müxtəlif  təyinatlı  xidmətlərin 
göstərilməsi,  bu  prosesə  istər  mütləq,  istərsə  də  nisbi  mənada  həqiqətən  müəyyən  bir 
sonsuzluq xarakteri verir. Son 100 il ərzində cəmiyyətin iqtisadi-sosial həyatına, gündəlik 
məişətinə,  mənəviyyatına  daxil  olmuş  saysız-hesabsız  məhsullar,  xidmətlər,  dəyərlər, 
habelə  bunların durmadan artması gözlərimiz önündə  baş  verir. Hesablamalar göstərir ki, 
hazırda  dünyada  40  milyon  adda,  necə  deyərlər  iynədən  tutmuş  hərbi  raketlərə  qədər  və 
ərzaq  məhsullarından  başlamış  qiymətli  zinyət  əşyalarına  kimi  məhsullar  istehsal  olunur, 
habelə xidmətlər göstərilir. Həmin məhsul-xidmətlərin illik ümumi dəyəri 60 trilyon dolları 
ötür. 

Bütövlükdə iqtisadi tələbatlar daim kəmiyyət və keyfiyyət cəhətdən qeyri-məhdud şəkildə artsa da, onların, yalnız bəzilərini tam qaydada təmin etmək və ödəmək mümkündür. Lakin var-dövlətə, pula və sərvətə münasibət-də insanların fərdi arzularının konkret ifadə edilmiş hüdudu yoxdur. Əgər, söhbət kollektiv, ictimai və dövlət tələbatlarından gedirsə, onların tam şəkildə təminatının konkret sərhədlərini təyin etmək, ümumiyyətlə mümkün deyil. Tələbatların artması qanunu o deməkdir ki, cəmiyyətin iqtisadi tərəqqisi ilə onun tələbatları da artır. Tələbatların artması obyektiv bir zərurətdir və qanun statusuna malikdir. Cəmiyyətin tarixi inkişafı gedişində onun tələbatları kəmiyyətcə artır və keyfiyyətcə dəyişir. Tələbatların bir çoxu yox olur, yeniləri meydana gəlir və onların tərkibi də dəyişir. Buna uyğun olaraq ictimai sərvətin strukturu da dəyişir.



İkincisi,  cəmiyyətin  iqtisadi  resursları,  onun  sərancamında  olan  istehsal  vasitələri 
(maddi-texniki  imkanları),  ayrı-ayrı  növ  və  çeşidləri  ilə  seçilən,  habelə  müxtəlif  təyinatlı 
xidmətlər  göstərmək  üçün  tələb  olunan  xammal,  yanacaq,  materialları  isə  qismən,  yaxud 
tamamilə  məhduddur. Tələbatları ödəmək üçün istehsalı genişləndirmək lazımdır. Bundan ötrü isə istehsal üçün tələb olunan resurslar lazımi qədər olmalıdır. Lakin hər bir konkret zamanda istehsal üçün lazım olan resurslar məhduddur, yəni tələb olunandan azdır.

Deməli,  ölkədə  iqtisadi  resursların  (ehtiyatların,  sərvətlərin)  məhdudluğu,  yaxud 


obyektiv-subyektiv  səbəblər  üzündən  bunlardan  cəmiyyətin  tələbatlarını  ödəməyin 
çətinliyi, ya mövcud imkanlardan son dərəcə qənaətlə (effektli) istifadə olunmasını, ya da 
həmin  məhsul-xidmətlərə  olan  tələblərin  başqa  dövlətlərdən  (beynəlxalq bazardan) idxal 
edilməsi vasitəsilə yerinə yetirilməsini irəli sürür.

Zaman  keçdikcə  bütövlükdə  cəmiyyətin  və  ailələrin,  nəhayət  hər  birimizin 


tələbatlarının tədricən artması, habelə dəyişkən zövq müxtəlifliyi reallığında iqtisadiyyatın 
başlıca  vəzifəsi,  bu  çoxsaylı  tələblərin  ödənilməsindən  ibarətdir.  Həmin  fasiləsiz  əmtəə-
xidmətlərin  istehsal  prosesini  isə  ölkənin  imkanlarını  nəzərə  almaq,  istehsalın  optimal 
strukturunu formalaşdırmaq, daxili-xarici iqtisadi əlaqələrin tarazlı nisbətini gözləmək yolu 
ilə həyata keçirmək mümkündür.

Mütəxəssislərin hesablamalarına görə yer kürəsində mövcud olan bütün təbii ehtiyatlar 500 yüz ildən sonra tükənəcəkdir. Resurslar hər bir istehsalın əsasını təşkil edir. İqtisadi nəzəriyyə bütün resursları iki əsas tipə ayırır: maddi və insani resurslar. Maddi resurslar – kapital, təbii ehtiyatlar və torpaq, insani resurslar isə əmək, sahibkarlıq bacarığı və istehsal prosesində tələb olunan bilik və bacarıqlardır. Müasir qlobal cəmiyyətdə, biz iqtisadi resursların tükənən olması və iqtisadi tələbatların sonsuz olması faktı ilə daha tez-tez qarşılaşırıq. Təsərrüfat həyatında təzahür edən bu iki tipik mühit iqtisadiyyatın və iqtisadi nəzəriyyənin əsas motivlərini təşkil edir. Beləliklə, müasir iqtisadi nəzəriyyənin qarşısında duran ən vacib vəzifə məhdud və tükənən resurslardan effektli və səmərəli qaydada istifadə etməklə insanların maddi tələbatlarını maksimal şəkildə təmin etməkdən ibarətdir. Beləliklə, insan elə varlıqdır ki, onun iqtisadi tələbatları maddi nemətlərin istehsalı imkanlarını üstələyir. Bu onunla əlaqədardır ki, zəruri tələbatlar təmin olunan kimi, dərhal digər, yeni tələbatlar ortaya çıxır.


  1. İqtisadi resurslar və onların növləri

Milli və qlobal iqtisadiyyatda “iqtisadi resurslar” anlayışı xüsusi əhəmiyyət kəsb edir. İqtisadi resurslar inkişafın xarakterini, funksiyalarını, sürətini, strukturunu və miqyaslarını ifadə edir. İqtisadi resurslar nemətlərin elə növüdür ki, digər nemətlərin istehsal edilməsi üçün istifadə olunur. İqtisadi resursların aşağıdakı növləri mövcuddur:

1. Sahibkarlıq potensialı (ing. businessman poten-tial) – nemətlərin istehsalında əhalinin müxtəlif formalarda təşkilatçılıq bacarığıdır. 2. Biliklər (ing. knowledge) – nemətlərin istehsalının və mənimsənilməsinin təşkili prosesində yüksək keyfiyyətli konkret elmi-texniki layihələrdir. 3. Təbii ehtiyatlar (ing. natutal resources) – konkret faydalı qazıntılar – torpaq, yeraltı sərvətlər, həmçinin coğrafi mühit və iqlim şəraiti. 4. İnsan resursları (ing. human resources) – ölkənin və planetin, müəyyən keyfiyyət göstəriciləri ilə – təhsil, mədəniyyət, peşəkarlıq, seçilən əhalisinin konkret sayı. 5. Maliyyə resursları (ing. financial resources) – milli və qlobal iqtisadiyyatda konkret pul vəsaitləri ilə təmsil olunan kapital.

Təbii ehtiyatlar kəşf edilmiş (istismar olunan), məlum olan (müəyyən səbəblərdən hələ istismar olunmayan) və proqnozlaşdırılmış (mövcudluğu fərziyyə olunan, lakin hələ məlum olmayan) kimi üç tipə ayrılır.

Məlum olduğu kimi nemətlər tələbatların ödənilməsi üçün istehsal prosesində yaradılır və bəşəriyyətin davamlı mövcudluğuna və inkişafına xidmət edir. Burada istehsal insan tələbatlarını təmin etmək üçün bəşəriyyət tərəfindən maddələrin (resursların) öz tələblərinə uyğunlaşdırması və onların mənimsənilməsidir.

Elmi ədəbiyyatda məqsədli qaydada istifadə olunan hər şey, o cümlədən insan fəaliyyətinin özü belə “resurs” (fr. resource – köməkçi vasitə) adlanır. Resurs anlayışı, həmçinin insanlar tərəfindən yaradılan məhsulun xarakterini təyin etmək üçün işlədilir. Resurslar, bütövlükdə insan fəaliyyətinin kəmiyyət baxımından ölçülə bilən imkanlarıdır. Müəyyən dəyişikliklər sayəsində arzu olunan nəticələrin əldə edilməsi üçün imkan yaradan real və potensial şəraitdir. İstehsal prosesində ümumiləşdirilmiş şəkildə “resurslar”, bir qayda olaraq “istehsal amilləri” adlanır. Ənənəvi olaraq istehsalın aşağıdakı amillərini ayırd edirlər:



1. Torpaq

2. Əmək

3. Kapital

4. Sahibkarlıq qabiliyyəti

5. İnformasiya amili



  1. İqtisadi tələbatlar və onların təsnifatı

İqtisad elminin ən vacib kateqoriyalarından biri də ehtiyac, tələbat və tələbdir. Ehtiyac – insanın yaşaması və fəaliyyət göstərməsi üçün nəyinsə çatışmadığını hiss etməsi, duymasıdır. İnsanın ehtiyacları sabitdir və insandan insana dəyişmir. İnsanlar ehtiyaclarını necə qarşılayacağı haqqında düşünür. Nəticədə insan beynində müəyyən çıxış yolları formalaşır və məhz nəyə ehtiyacı olduğunu təsəvvür edir. Beləliklə, tələbat yaranır.

Tələbat – ehtiyac duyulan bir şeyi müəyyən formada təsəvvür etməkdir. Tələbat insanın dünyagörüşünə, şəхsiyyətinə, həyat tərzinə və s. хüsusiyyətlərinə uyğun olaraq spesifik forma alan və ödənilməsi zəruri olan ehtiyaclardır. Bir qrup insan özünün yeməyə olan ehtiyacını bir fincan kofe, digər qrup insanlar isə müəyyən хörəklərlə təmin edə bilirlər. Tələbatı ödəmək imkanı isə tələbi yaradır. Tələb tələbatın ödənilmək imkanı olan (əldə edilməsi mümkün olan) hissəsidir.

Mənafe tələbatın ifadəçisidir. Tələbat insanın ictimai mühitə olan münasibətidirsə, mənafe dərk edilmiş tələbatdır. Tələbat insanda fəaliyyət yaratmır, yalnız fəaliyyətə sövq edir. İnsan öz tələbatını ödəmək üçün işə başladıqda tələbatlar “əşyaviləşməyə” başlayır, bir sözlə onların əsasında motivlər əmələ gəlir. Göründüyü kimi insan fəaliyyətə başlamasa motiv əmələ gəlməz. Motiv insanın öz fəaliyyətinin mahiyyətini dərk etməsidir. Motiv ilə digər kateqoriyalar arasında aşağıdakı əlaqə mövcuddur:


EHTİYAC

TƏLƏBAT

MƏNAFE

MOTİV

FƏALİYYƏT








İnsanın iradi fəaliyyət yolu

İstehsal bir neçə istiqamətdə insanların tələbatına təsir göstərir:

Birincisi, istehsal konkret bir nemət yaradır və insanın müəyyən ehtiyacının reallaşmasına səbəb olur. Bu isə özlüyündə yeni ehtiyaclar doğurur. Belə hesab edək ki, fərd bir maşın alıb. Bundan sonra onun yeni və çoxlu ehtiyacları meydana çıxır. O, maşını sığortalamalı, ona qaraj tikməli, yanacaq almalı, ehtiyat hissələri tapmalıdır.

İkincisi, istehsalın texniki yeniləşməsi sayəsində yeni şeylər meydana gəlir, həyat şəraiti dəyişir və keyfiyyətcə yeni tələbatlar meydana gəlir. Məsələn, yeni maşınlar, mobil telefonlar, videomaqnitofonlar və s. satışa çıxarılır və adamlarda onları almaq istəyi yaranır.

Öz növbəsində, tələbatlar da istehsala güclü təsir göstərir. Bu təsir iki xətlə baş verir:

Birincisi, tələbat yaradıcı fəaliyyətin daxili hərəkətverici qüvvəsi və istiqamətvericisidir. İkincisi, insanların tələbləri kəmiyyət və keyfiyyət baxımından tez dəyişəndir. İnsanların tələbatları yeni məhsulların meydana gəlməsinə təkan verir. Tələbat bəzən istehsalı qabaqlayır və istehsalı yeni məqsədlərə cavab verməyə təhrik edir.

Amerikalı psixoloq Abraham Maslounun "Ehtiyaclar pramidası" adlı bir nəzəriyyəsi var və bu nəzəriyyə ehtiyacları anlamaqda bizə kömək edə bilər. Maslou insanın ən əsas olan ehtiyaclarını nizamlayaraq, maraqlı bir sxem ortaya çıxarıb.

Maslou deyir ki, insanda ən vacib bu ehtiyaclar mövcuddur:



  1. Fizioloji ehtiyaclar (oksigen, su, qida).

  2. Təhlükəsizlik ehtiyacı.

  3. Sosial ehtiyaclar (dostluq, sevgi (sevmək və sevilmək), özünə hörmət istəyi).

Sonra gəlir daha ali ehtiyaclar:
4. Dərketmə və estetik ehtiyac (nizam, ədalət, gözəllik, simmetriya ehtiyacı).
5. Mənəvi ehtiyaclar (özünə qalib gəlmə, fədakarlıq, özünü tənzimləmə, altruizm)


Maslou iddia edir ki, insanın bu əsas ehtiyacları onda pərakəndə deyil, pramida şəklində düzlüb - üst-üstə. Yəni, ən alt qatda olan birinci-ikinci ehtiyaclar ödənməyincə insan sonrakı ehtiyaclarını arzulamır belə. Başqa sözlə desək, məsələn, müharibə şəraitində yaşayan, üstəlik gecələri ac-yalavac yatan insanın dostluq, sevgi, gözəllik, nə bilim, ədəbiyyat, kino və s. yadına düşmür. Çox vaxt şikayətlənirik ki, insanlarımız oxumur, teatra getmir, siyasətə qarışmır, haqqın keşiyində dayanmır. Əslində bütün bunlar insanın təbii ehtiyaclarıdır, fəqət baxın Maslounun pramidasında onlar neçənci pillədə dayanır? Çox qabaqda, 4-cü, dərketmə və estetik ehtiyacda. Bir cəmiyyət ta ən ibtidai ehtiyaclardan - iqtisadi yetkinsizlikdən əziyyət çəkirsə, onun nəyinə lazım kitab!

Maslou deyirdi ki, vur-tut bir-iki faiz insan ən üst pillə tələbata gedib çıxa bilir.. Qalanları isə əvvəlki pillələrin gah birində, gah digərindədir. Və bu, statik deyil. İnsan var ki, elə doğularkən artıq onun fizioloji və təhlükəsizlik tələbatı ödənib. Belə olanda, xoş halına, fərd birbaşa piramidanın üçüncü pilləsində olur. İnsan da var ki, ömrünü elə birinci-ikinci ehtiyacı təmin etməklə başa vurur, çox vaxt da bu onda doğru-dürüst alınmır da heç.



Maslounun qənaətinə görə, daha aşağı səviyyədə narahatlıq başlayanda, insanın bütün resursları həmin tələbatın ödənməsinə yönəldilir və bu vaxt nisbətən “yuxarı” tələbat unudulur.


  1. İqtisadi sistem və onun əsas ünsürləri

İqtisadi sistem — maddi və qeyri-maddi nemət və xidmətlər istehsalçıları və istehlakçıları arasındakı xüsusi şəkildə nizamlanmış əlaqələr sistemidir. İqtisadi sistemdə təsərrüfat fəaliyyəti həmişə bu və ya digər şəkildə təşkil olunmuş, əlaqələndirilmiş olur.

M.Fridmen “Kapitalizm və azadlıq” kitabında insanların iqtisadi fəaliyyətinin iki əlaqələndirilmə üsulunu nəzərdən keçirir. Birincisi, məcburetmə ilə müşayiət olunan mərkəzləşdirilmiş rəhbərlik və ya iyerarxiyadır; ordunun, müasir totalitar dövlətin metodları belədir. İkincisi, fərdlərin könüllü əməkdaşlığı və ya spontan (kortəbii) nizamdır; burada fəaliyyətə əsas siqnal qiymətlərdir. Resurslara və əməyin nəticələrinə qiymətin enməsi və ya qalxması təsərrüfatçılara hansı istiqamətdə hərəkət etmək lazım olduğunu göstərir.

İqtisadi sistem anlayışı müxtəlif iqtisadçılar tərəfindən müxtəlif cür şərh edilir. “İqtisadi sistem - müəyyən coğrafi ərazi hüdudlarında istehsal, gəlir və istehlakla bağlı qərarların qəbul edilməsi və həyata keçirilməsi ilə bağlı mexanizmlər və institutların cəmidir”.

“İqtisadi sistem - özündə iqtisadi davranış və nəticələrə bilavasitə və ya dolayısı ilə təsir edən bütün institutlar, təşkilatlar, qanun və qaydalar, ənənələr, mövqelər, dəyərləndirmələr, qadağalar və davranış sxemlərini əhatə edir”.

İqtisadi sistemlər özlərinin texniki inkişaf səviyyəsinə, mülkiyyətin münasibətlərinə, təsərrüfat mexanizminə və idarəetmə sistemlərinə görə və başlıca sosial-iqtisadi problemlərin həllinin təşkili və həlli üsullarına görə fərqlənirlər.


Yüklə 134,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin