İqtisadiyyat və innovativ idarəetmə” kafedrası


Mülkiyyət kateqoriyası və onun məzmunu



Yüklə 134,9 Kb.
səhifə4/4
tarix16.01.2020
ölçüsü134,9 Kb.
#30198
1   2   3   4
İqtisadiyyata giriş - final imtahan sualları


Mülkiyyət kateqoriyası və onun məzmunu

Mülkiyyət bütün iqtisadi sistemlərin əsasıdır. Mülkiyyət münasibətlər sistemidir. Dünyanın görkəmli elm xadimləri mülkiyyətin fəlsəfi, iqtisadi, hüquqi mahiyyətini və onun cəmiyyətin həyatında oynadığı rolunu açıb göstərmişlər. Mülkiyyət əşya, predmetlərlə bağlı olsa da o, əşya, şey deyildir. O, insanlar arasında sosial-iqtisadi münasibətdir. İqtisadiyyat elmi mülkiyyətə çox mühüm bir kateqoriya, münasibət kimi baxır.

Mülkiyyət – istehsal vasitələri və istehsalın nəticəsi olan məhsullar (nemətlər) və xidmətlərin müəyyən ictimai formada mənimsənilməsidir. İctimai formada mənimsəmənin müxtəlif formalarda olduğunu başa düşmək üçün aşağıdakı sualların cavablarına fikir vermək lazımdır. Bu müəssisə kimindir? –Mənimdir! Bu müəssisə kimindir? – Sahibkarındır! Bəs bu müəssisə kimindir? – Bizimdir! O müəssisə kimindir? – Dövlətindir və s. Burada mənimdir, sahibkarındir, bizimdir və dövlətindir ifadələri mənimsəmənin (mülkiyyətin) müxtəlif formalarda olduğunu ifadə edir.

Mülkiyyət həm də hüquqi kateqoriyadır. Bu müəyyənlikdə mülkiyyət sahib olmaq, sərəncam vermək və istifadə etmək kimi hüquqi anlayışlarda ifadə olunur.



Mənimsəmə - mülkiyyət obyektinin digər subyektlərdən ayrılaraq (kənarlaşdırılaraq) hüquqi sənədlər əsasında xüsusi mülkiyyətə kiminsə (fiziki şəxsin, dövlətin, bələdiyyənin və s.) sahibliyinə keçməsidir.

Sahibolma – tam və natamam ola bilər. Tam sahiblikdə mülkiyyətçi mütləq mənimsəmə hüququna malik olur. Natamam sahiblikdə isə torpaq, müəssisə, xidmət obyekti mülkiyyətçisi öz obyektinin yalnız bir hissəsinə sahiblik edərək, digər hissəsini başqasına verə bilər.

İstifadə - əmlak və əşyalardan öz təyinatına görə faktiki istifadə edilməsidir, həmçinin mülkiyyətin, sahibolmanın həyata keçirilməsi reallaşdırılması formasıdır. Deməli, sahibolma mülkiyyətin funksiyasıdır, istifadəetmə isə sahibolmanın funksiyasıdır.

Sərəncam – mülkiyyət obyektinin fəaliyyətinə göstəriş vermək barədə sahibkarın yaxud onun tapşırığı ilə digər şəxsin qərar qəbul etməsidir. Bu zaman sərəncam verən, mülkiyyət formasından asılı olaraq dövlət məmuru, xüsusi şəxslər, fiziki və hüquqi şəxslər ola bilər.

Hər bir cəmiyyətdə qanunvericilik əsasında mülkiyyətin formaları sistemi təsdiq edilir. Mülkiyyətin mənimsənilməsi üsuluna uyğun olaraq onun fərdi, kollektiv və dövlət formaları vardır.

Mülkiyyət formaları bir vəziyyətdən digərinə keçə və müxtəlif tiplərdə reallaşdırıla bilər. Bu baxımdan, aşğıdakı prosesləri qeyd etmək vacibdir: milliləşdirmə, yaxud nasionalizasiya, özəlləşdirmə, yaxud privatizasiya (lat. privatus – özəl).

Milliləşdirmə (ing. nationalization) xüsussi mülkiyyətin dövlət mülkiyyətinə (torpaq, nəqliyyat, sənaye) keçməsidir.

Özəlləşdirmə (ing. privatization) isə, əksinə dövlət mülkiyyətinin xüsusi mülkiyyətə verilməsi prosesidir. Hüquqi və fiziki şəxslər tərəfindən, müəyyən şərtlər əsasında dövlət mülkiyyətinin əldə edilməsi kimi reallaşdırılır.

Özəlləşdirmə iqtisadiyyatın dövlət bölməsinin özəlləşdirilməsi kimi irimiqyaslı prosesin tərkib hissəsidir. Iqtisadiyyatın dövlət bölməsinin özəlləşdirilməsi isə dövlətin iqtisadiyyatda rolunun məhdudlaşdırılmasına istiqamətlənmiş və dövlət mülkiyyətinin özəl mülkiyyətə keçməsi kimi təzahür edən tədbirlərin məcmusudur. Lakin dövlət mülkiyyətinin özəl mülkiyyətə keçməsi dövlətin iqtisadi sferadan geri çəkilməsi demək deyil. Danılmaz faktdır ki, müasir istehsal prosesi dövlət tənzimlənməsi olmadan effektli və uğurlu şəkildə inkişaf edə bilməz. Dövlət mülkiyyətinə əsasən hərbi müdafiə və strateji obyektlər, dəmir yolları, mühüm mədənlər, rabitə sistemləri, inzibati binalar, mədəni abidələr, gəliri az olan, riskli və çox vəsait tələb edən sahələr, habelə digər mühüm tikintilər daxildir.

Bazar iqtisadiyyatı üsulu ilə inkişaf edən ölkələrdə özəlləşdirmənin əsas məqsədləri aşağıdakılardan ibarətdir: dövlət bölməsində meydana gəlmiş borcların azaldılması, bazarın inkişaf etdirilməsi, sahibkarlığın stimullaşdırılması, fərdi azadlıqların genişləndirilməsi, xalq kapitalizminin bərqərar edilməsi və inkişafı, həmkarlar ittifaqlarının zəiflədilməsi.


  1. İctimai təsərrüfatın əsas formaları

Cəmiyyətin inkişafı tatixində ictimai təsərrüfatın (ing. social economy) iki əsas forması təşəkkül tapmışdır. Bunlardan biri natural ictimai təsərrüfat (ing. natural social economy), digəri isə əmtəə təsərrüfatıdır (ing. commodity economy).

Natural təsərrüfat — elə təsərrüfatçılıq formasıdır ki, burada maddi nemətlər və xidmətlər öz istehlakı üçün, ayrıca təsərrüfat vahidi daxilində istehlak edilməsi üçün istehsal olunurlar. Natural təsərrüfatın maddi əsası ictimai əmək bölgüsünün aşağı səviyyədə olmasıdır. Natural təsərrüfat üçün müstəqil, qapah, lokal, həmin təsərrüfatın çərçivəsiylə məhdudlaşan istehsal səciyyəvidir. İctimai əmək bölgüsünün meydana çıxması natural təsərrüfatın əmtəə təsərrüfatı ilə əvəzlənməsini zəruri etdi.

Əmtəə (bazar) təsərrüfatı — əmtəə istehsalına əsaslanan istehsalçı və istehlakçı arasında qarşılıqlı əlaqəni bazar vasitəsilə təmin edən iqtisadiyyatın ictimai təşkil formasıdır. Əmtəə istehsalı məhsulun hər birini hər hansı bir məhsulun istehsalı üzrə ixtisaslaşmış ayrı-ayrı, özəl, təcrid olunmuş istehsalçılar tərəfindən hazırlanmasını nəzərdə tutur.

İqtisadi münasibətlər sistemində ən vacib məqamlardan biri olan mübadilə posesinin əsas elementi əmtəədir. “Əmtəə (ing. product) – digər əşyalara azad mübadilə olunan hər hansı əşyadır. Satış üçün yaradılan, yaxud istehsal edilən məhsuldur. Mübadilə üçün nəzərdə tutulmamış məhsul isə əmtəə deyil” Əmtəə istehsalının ilk zəruri şərti ictimai əmək bölgüsüdür. İctimai əmək bölgüsü baş verdikcə, istehsalçıların hər hansı bir məhsulun istehsalı üzrə ixtisaslaşması baş verir. Mübadilə zərurəti yaranır.

Əmtəə istehsalının səbəbi əmtəə istehsalçılarının müxtəlif mülkiyyətçilər kimi iqtisadi cəhətdən təcrid olunması hesab olunmalıdır. Mübadilənin əmtəə mübadiləsinə çevrilməsi üçün bu zəruri və kifayətdir. Yalnız müxtəlif mülkiyyətçilər arasında mübadilə əmtəə mübadiləsi olur. Natural təsərrüfatdan fərqli olaraq əmtəə təsərrüfatı istehsalın elə bir təşkili formasıdır ki, burada istehsal olunan məhsullar ancaq mübadilə sferasına daxil olur. Əmtəə təsərrüfatının olması üçün aşağıdakı şərtlər tələb olunur.

1.İctimai əmək bölüsü.

2.Mülkiyyət formaları.

3.İstehsalçılar arasında iqtisadi əlaqə forması kimi əmtəə mübadiləsi olmalıdır.

4.Təsərrüfatın bazarla tənzimlənən xarakteri.

Sadə əmtəə istehsalı — müstəqil xüsusi əmtəə istehsalçıları — kəndlilər və sənətkarlar tərəfindən mübadilə üçün məhsul istehsalıdır.

İnkişaf etmiş əmtəə istehsalında (kapitalist əmtəə təsərrüfatı) yalnız bütün əmək məhsulları deyil, həm də istehsal amilləri (torpaq, əmək, kapital və sahibkarlıq qabiliyyəti) əmtəə olurlar. Artıq dörd əsrə yaxın bir dövrdən bu günə kimi mövcud olan kapitalist əmtəə təsərrüfatının (ing. capitalist commodity economy) əsas məzmununu odur ki, əmtəələr muzdlu işçilər tərəfindən istehsal olunur. Kapitalist əmtəə təsərrüfatının əsas xüsusiyyətləri aşağıdakılardır: 1. Kapitalist əmtəə təsərrüfatının əsasını kapital üzərində xüsusi mülkiyyət təşkiul edir və muzdlu əməkdən istifadə edilməsi zərurətini nəzərdə tutur. 2. Məhz kapitalist əmtəə təsərrüfatında şəxsi istehsal vasitələrindən və müstəqil yaşamaq imkanlarından məhrum olmuş işçi qüvvəsi əmtəə kimi təzahür edir. 3. İstehsal prosesinin başlıca məqsədini izafi dəyərin və yüksək gəlirin əldə olunması təşkil edir. 4. İşçilər tərəfindən yaradılan izafi dəyərin kapitalistlər tərəfindən təmənnasız olaraq mənimsənilməsi kimi təzahür edən istismar mövcuddur. 5. Kapitalist əmtəə təsərrüfatında əmtəə-pul münasibətləri ümumi, yaxud total xarakter daşıyır. O, əmtəə təsərrüfatı olaraq təkcə iqtisadi sferaları deyil, bilavasitə iqtisadiyyatla əlaqəsi olmayan sferaları – siyasəti, mədəniyyəti, incənəti və hətta əxlaq və mənəviyyatla bağlı sferaları əhatə edir.

Sadə əmtəə istehsalından fərqli olaraq kapitalist əmtəə istehsalında muzdlu əməkdən istifadə edilir.

XX əsrdə geniş yayılmış ictimai təsərrüfatın əsas formalarından biri də planlı əmtəə təsərrüfatıdır (ing. planned commodity economy). Spesifik qaydalara əsaslanan belə təsərrüfatda maddi resurslar ictimaiyyətin mülkiyyətində olur və mərkəzləşdirilmiş şəkildə bölüşdürülür. Bu isə ayrı-ayrı şəxslərin və müəssisələrin qarşısında mərkəzləşdirilmiş iqtisadi planlaşdırmaya müvafiq olaraq ciddi vəzifələr qoyur. Planlı əmtəə təsərrüfatında dövlət orqanları praktiki cəhətdfən və bütövlükdə malların və xidmətlərin istehsal keyfiyyəti və həcmini planlaşdırır, amirlik metodlarına əsaslanaraq bütün məhsulların qiymətini və əmək haqlarının həcmini tənzimləyir, sərmayələrlə bağlı məsələlər haqqında qərarlar mərkəzləşdirilmiş şəkildə qəbul olunur.



  1. Nemət və xidmət. Əmtəə və onun xassələri. İstehlak dəyəri. Mübadilə dəyəri

İqtisadi sferada insanların həyat motivlərini təyin edən əsas anlayışlardan biri “nemət” anlayışıdır. Nemət, öz həyatlarını layiqli tərzdə təmin etmək üçün insanların can atdığı məfhumdur. Elmi ədəbiyyatlarda insanların gündəlik həyati tələbatlarını ödəyən, onlara fayda gətirən və zövq verən hər şey nemət adlanır.

Nemətləri xarakterinə və təyinatına görə sinifləşdirirlər. Beləliklə, mahiyyətinə görə nemətlər təbii iqtisadi kimi iki tipə ayrılır. Təbii sərvətlər insan əməyi olmadan təbiət tərəfindən təqdim olunan nemətlərdir (hava, su, günəş işığı və s.). iqtisadi nemətlər isə, bilavasitə insan əməyi, iqtisadi fəaliyyət nəticəsində əldə olunan sərvətlərdir. İqtisadi nemətlər özündə iki əsas kateqoriyanı birləşdirir: mal və xidmətlər.

Bazar (əmtəə) təsərrüfatı nəzəriyyəsinin əsas kateqoriyası əmtəədir ki, bundan öncə tarixi və məntiqi olaraq «nemət» kateqoriyası gəlmişdir.

Əgər nemət müəyyən müsbət məna daşıyan hər şey, yəni insanın bu və ya digər tələbatını ödəyən və maraqlarına, meyllərinə müvafiq olan cisim, hadisə, əmək məhsuludursa, onda əmtəə xüsusi iqtisadi nemətdir. Əmtəənin nemətdən fərqli olaraq xüsusiliyi ondadır ki, o sadəcə olaraq iqtisadi fəaliyyətin nəticəsi deyil (yəni iqtisadi nemət), alqı-satqı (Ə- P-Ə) yolu ilə mütləq mübadiləsi (Ə - Ə) üçüıi yaradılmışdır ki, burada Ə - əmtəə, P - puldur.

Əmtəə - mübadilə üçün nəzərdə tutulmuş və insanın hər hansı tələbatını ödəyə bilən əmək məhsuludur.

Hər üç xüsusiyyət əmtəənin müəyyən edilməsində olduqca vacibdir. Nemət əmək məhsulu deyilsə, o əmtəə (meşədə yabanı alma, hava və s.) olmur. Əgər nemət əmək məhsulu olmasına baxmayaraq hər hansı tələbatı ödəmir və heç kimə lazım deyilsə, o əmtəə deyildir. Əgər nemət təsərrüfat daxilindən istehlak olunursa, yəni daxili istehlak üçün yaradılmışsa, o əmtəə deyildir (natural, şəxsi yardımçı və ev təsərrüfatında).

Verilmiş tərifdən belə çıxır ki, əmtəə özü-özlüyündə iki xüsusiyyətə malikdir:

■ insanın hər hansı tələbatını ödəmək qabiliyyətinə;

■ mübadiləyə yararlılığa.

Yəni əmtəənin iki dəyəri var:

1. İstehlak dəyəri (ing. consumer value) - malın istahlakçı üçün faydalı və qiymətli olması).

2. Mübadilə dəyəri (ing. exchange value) – malın başqa mallarla, layiqli və ədalətli şəkildə dəyişdirilməsi dəyəri.

Əmtəənin insanın bu və ya digər tələbatını ödəmək qabiliyyəti onun istehlak dəyərini təşkil edir. İstənilən əmtəə istehlak dəyərinə malikdir.



  1. Qiymət və dəyər. Dəyərlilik, faydalılıq

Bazar iqtisadiyyatının qiymət, dəyər, dəyərlilik, faydalılıq kimi terminləri iqtisadi nəzəriyyənin fundamental anlayışları hesab olunur. Qiymət satıcının mübadilə qismində əmtəənin vahidini ötürməyə (satmaq) hazır olduğu pulların kəmiyyətidir. Mahiyyət etibarı ilə qiymət konkret malın pulla dəyişdirilməsi əmsalı kimi təzahür edir. Malların könüllü mübadiləsi zamanı yaranan nisbət ölçüsü isə dəyər adlanır. Bu baxımdan, qiymət mal vahidinin pulda ifadə olunan dəyəridir. Gündəlik həyatda “qiymət” anlayışı, malın dəyəri ilə sinonim təşkil edir və onlar məna baxımından biri-birilərini qarşılıqlı şəkildə əvəz edirlər.

Qeyd etmək lazımdır ki, “qiymət” və “dəyər” kimi anlayışlar, təkcə, iqtisadi nəzəriyyənin deyil, həm də fəlsəfənin tədqiqat obyekti olmuşdur. Qədim yunan filosofu, tarixin ən fenomenal dühalarından biri olan Aristotel (e.ə. 384-322) qiymətin iki mahiyyəti olduğunu iddia edirdi: 1) insanın yaşaması və təkrar istehsalı üçün zəruri olmayan hər şeyin, yaxud mənfəətin dövr etməsinə xidmət edən mübadilə kateqoriyası; 2) dəyəri olan sərvətin ifadəsi.

Siyasi iqtisad elminin nümayəndələrinin də qiymət və dəyər anlayışlarına çox maraqlı yanaşmaları var. Əvvəlcə Adam Smit, daha sonra David Rikardo, Karl Marks və b. qiymətin ikili və ziddiyyətli mahiyyəti haqqında dərin araşdırmalar aparmışdılar. Onlar iddia edirdilər ki, bir tərəfdən qiymət obyektiv dəyərin pul ifadəsidir və onun ölçüsü sərf edilmiş əmək məsrəflərindən, yaxud iş vaxtı sərfiyyatından asılıdır. Digər tərəfdən isə, qiymət tələbatların subyektiv qiymətləndirilməsindən asılıdır və bu tələb və təklifin ölçülərinin dəyişməsinə gətirib çıxarır.

Marksizm iqtisadi nəzəriyyəsinin banisi K.Marks dəyərə təsir edən obyektiv amilləri, xüsusilə də ictimai-zəruri əmək məsrəflərini, həmçinin sahələrdaxili və sahələrarası rəqabəti dərindən tədqiq etmişdi. Onun “izafi dəyər” (ing. surplus value) nəzəriyyəsi istehsalın və əmtəə mübadiləsinin hər mərhələsində dəyər ekvivalenti və könüllülük prinsiplərinə əməl olunması şərti ilə gəlir əldə edilməsi imkanlarını izah edir. Bu isə qiymətin obyektiv tərəfini dərk etməyə imkan verir.

Müasir bazar münasibətləri sistemində qiymətyaradan amillər xüsusi əhəmiyyət kəsb edir. Bir qayda olaraq, qiymət yaratmanın aşağıdakı amillərini fərqləndirirlər: 1.Məhsulun istehsalına sərf olunan xərclər. 2. Məhsulun dəyərliliyi. 3. Məhsula olan tələbəat və onun elastikliyi. 4. Rəqabət. 5. Dövlətin təsiri.

Məlum olduğu kimi, dəyər, ilk növbədə, iqtisadi hadisədir. Lakin o, özündə, eyni zamanda sosial-fəlsəfi, əxlaqi-mənəvi və estetik-mədəni mahiyyət daşıyır. İqtisadi baxımdan dəyər, mülkiyyətçilər arasında əmtəənin könüllü mübadiləsi zamanı kəmiyyət nisbətinin əsası kimi təzahür edir. Tarixən müxtəlif yönümlü iqtisadi məktəblər “dəyər” anlayışaının təbiətinə münasibətdə son dərəcə fərqli və orijinal ideyalar irəli sürmüşlər. İctimai-zəruri iş vaxtının sərfiyyatı, tələb və təklifin balanslaşdırılması, istehsal xərcləri, məhdud faydalılıq kimi anlayışlar “dəyər” anlayışının mahiyyətini fərqli prizmalardan ifadə edir. Mühsibat uçotunda və statistikada dəyər obyektin emalına, yaxud əldə edilməsinə sərf olunan xərclərin pulda ifadə olunan ölçüsüdür.

Qiymət və dəyər kimi, kifayət qədər mücərrəd məvhumların arxasında, dəyərlilik və faydalılıq kimi daha konkret hadisələr dayanır. Dəyərlilik hər hansı əşyanın mühüm, faydalı, xeyirli, əhəmiyətli olmasını və sadalanan bu kyfiyyətlərin səviyyəsini ifadə edir. Zahirən qiymətlilik predmetin, yaxud hadisənin xassəsi kimi ortaya çıxır. Lakin, bir məqamı vurğulamaq vacibdir ki, mühümlülük, faydalılıq, xeyirlilik və əhəmiyətlilik kimi keyfiyyətlər predmetlərə və hadisələrə üzvi şəkildə məxsus deyil. Bu keyfiyyətlər onların konkret xassələrinin subyektiv mövqedən qiymətləndirilməsidir. Qiymətləndirmə prosesi isə, bilavasitə ictimai münasibətlər sistemində, insanların maraqları və təlabatları ilə əlaqədar baş verir. Beləliklə, dəyərlilik predmetin mühümlüyünü təsdiq edən xassəsi kimi təqdim olunur. İqtisadi sferada dəyərlilik, ilk növbədə, maddi nemətlər mövqeyindən təsdiq olunur. Lakin dəyərliliyin ruhani cəhətləri də vardır. “Əbədi, yaxud ümumbəşəri dəyərlər”, həmçinin “estetik dəyərlər” kimi anlayışlar da məlumdur.

Dəyərliliyin müxtəlif səciyyəli və təyinatlı olmasına baxmayaraq, o, cəmiyyətin sosial-iqtisadi və əxlaqi-mədəni həyatında həlledici rol oynayır və kompleks şəkildə təzahür edir. Məsələn, ilk baxımdan sırf iqtisadi xərakter kəsb edən çörək, özünün təbiəti və əvəz olunmazlığı ilə əlaqədar, həm də ruhani, ümumbəşəri, yaxud əbədi dəyər xarakteri daşıyır.

Su, hava, Günəş işığı və s. kimi təmənnasız nemətlər maddi dəyərlər kateqoriyasına daxil olsalar da, müqəddəslik və ruhanilik möhürü daşıdıqlarına görə, şərti olaraq, həm də mənəvi dəyərlər kateqoriyasına aid edilir.

Dəyərlilik hadisəsini faydalılıq məfhumu ilə qarış-dırmaq olmaz. Dəyərli olmaq, eyni zamanda faydalı olmaq demək deyilddir. Obyekt, yaxud predmet özlüyündə yüksək dəyər kəsb edə bilər, lakin insanlar üçün faydasız ola bilər. Məsələn, almaz, yaxud onun cilalanmış forması olan brilliant özlüyündə yüksək dəyər kəsb etsədə maddi, yaxud mənəvi cəhətdən tamamilə faydasızdır.

Beləliklə, faydalı olan obyekt, yaxud obyektin faydalılığı insan ehtiyaclarını qarşılamaq üçün onun lazımi səviyyədə yararlı olmasıdır. Lakin onu da qeyd etmək lazımdır ki, insan tələbatlarının ödənilməsi iqtisadi nemətlərin konkret kəmiyyətindən asılıdır. Məhz, bu baxımdan onlar konkret dəyər kəsb edir. İqtisadi nəzəriyədə bu vəziyyət “dəyərlilik təzadı” kimi xarakterizə olunur. Karl Menger iddia edirdi ki, minlərlə insanın mədənlərdə çalışması nəticəsində, yaxud təsadüfən əldə edilməsindən asılı olmayaraq almaz eyni fövqəladə dəyər kəsb edir. Bu, o anlama gəlir ki, real həyatda bu və ya digər nemətin mənşəyi çox az adamı maraqlandırır. Bu vəziyyətdən Menger belə bir nəticə çıxarır ki, dəyərlilik insanların predmet və obyektləri subyektiv şəkildə qiymətləndirməsindən asılıdır. Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, insanlar nadir, aztapılan (lat. raritas– nadir, aztapılan) mahiyyət kəsb edən predmetləri və obyektləri yüksək qiymətləndirirlər. Qiymətləndirmə mexanizmləri, həmçinin nüfuza, populyarlığa, hətta mistik möcüzəli və məcazi əlamətlərlə bağlılığa əsaslanır. Məsələn, Pablo Pikasso (1881-1973), Salvador Dali (1904-1989), Kazimir Maleviç (1879-1935) kimi məşhur rəssamların əsərləri estetik cəhətdən nə qədər mübahisəli olsalar da, kifayət qədər məşhur və populyar olmayan rəssamların əsərləri, hətta daha dərin fəlsəfi məzmun kəsb etsə belə, onlar qədər dəyər qazana bilmir. Burada isə, izah edilməsi mümkün olmayan gizli bir əlamətin iştirakı şübhəsizdir.

Qeyd etdiyimiz kimi əmtəənin, yaxud nemətin faydalılığı insanın hər hansı bir tələbatını layiqli və uyğun formada ödəmək bacarığıdır. Dəyərlilikdə olduğu kimi faydalılıq da obyektiv və subyektiv xarakter kəsb edir. Hər bir fərd faydalılığı öz subyektiv baxışlarına uyğun olaraq qiymətləndirir. Faydalılığın obyektiv mahiyyəti isə obyektin ilk baxışdan gizli qalan, lakin mütləq qaydada xeyir və səmərə gətirən daxili məzmunu ilə bağlıdır. Faydalılıq əmsalı obyektin, yaxud predmetin daha yüksək faydalılığa malik olmasını, bu tələbatın hansı səviyyədə ödəməsini və hansı sayda insana xidmət göstərməsini ifadə edir. Faydalılıq hər hansı predmetin mübadilə dəyəri kəsb etməsi üçün son dərəcə vacibdir. Qeyd etmək lazımdır ki, “faydalılıq” termini ilk dəfə ingilis filosofu İyeremiya Bentam (1748-1832) tərəfindən elmi dövriyyəyə daxil edilmişdir. Bentama görə “faydalılıq prinsipi” insanlara hansı səviyyədə xoşbəxtlik bəxş edən, yaxud bu xoşbəxtliyə maneə törədən hər hansı fəaliyyətin təqdir edilməsinin səviyyəsinə əsaslanır.




  1. Pul sistemləri və onların təkamülü

Pul sistemləri ölkədə tarixən yaranan və milli qanunvericiliklə təsbit edilən pul tədavülünün təşkili formasıdır.

Pul sisteminin tipi pulun hansı formada - ümumi ekvivalent olan əmtəə kimi, yaxud dəyərin nişanları kimi fəaliyyət göstərməsindən asılıdır. Bununla əlaqədar olaraq pul sistemlərinin aşağıdakı tiplərini ayırırlar:



  • pul əmtəəsinin bilavasitə tədavül etdiyi və pulun bütün funksiyalarını yerinə yetirdiyi, kredit pulların isə metala dəyişdirilə bildiyi metal tədavülü sistemləri;

  • qızılın tədavüldən sıxışdınlıb çıxarıldığı kredit və kağız pulların tədavül sistemi.

Bir qayda olaraq, pul sistemlərinin iki əsas tipini ayrıd edirlər: 1) metal pulların dövriyyəsi sistemi; 2) kağız pul nişanlarının sistemi. Kağız pul nişanları qızıl və gümüşün pul qismində dövriyədən sıxışdırılıb çıxarıldığı zaman tədavülə verilir. Metal pul dövriyyəsi sistemləri öz növbəsində bimetalmonometal sistemlərə bölünür. Bimetal pul sistemində dövlət qanunvericilik qaydasında qızıl və gümüş kimi nəcib metalların simasında ümümi ödəniş ekvivalentini təyin edir. Monometal pul sistemində ümumi ekvivalent kimi bir nəcib metal – qızıl, yaxud gümüş çıxış edir. belə sistemlərdə dövriyyədə digər ödəniş vasitələri – banknotlar, xəzinə biletləri, xırda pullar da olur və onlar qızıla, yaxud gümüşə azad şəkildə dəyişdirilə bilirlər. Dünyanın müasir maliyyə sistemində daha çox qızıl monometallizm yayılmışdır. Adətən, qızıl monometallizmin üç növünü fərqləndirirlər: qızıl monetlər, qızıl külçələr, qızıl deviz standartı. Qızıl monet monometallizmi zamanı əmtəələrin qiyməti qızılla ölçülür və ölkə daxili tədavüldə tam qiymətli qızıl monetlər olur. Qızıl pulun bütün funksiyalarını həyata keçirir. Qızıl monetlər azad şəkildə zərb edilməsinə icazə verilir. Bütün pul nişanları (banknotlar, xırda pullar) azad şəkildə qızıla dəyişdirilir. Qızılın azad şəkildə ixracına və idxalına icazə verilir. Ölkədə azad qızıl bazarları fəaliyyət göstərir.

I Dünya müharibəsindən sonra dünyanın çoxlu sayda ölkələrində qızıl monet monometallizmin əvəzinə qızıl külçə və qızıl valyuta, yaxud qızıl deviz standartı (ing. gold exchange standard - 1922-ci ildə Genuya valyuta sistemi çərçivəsində qüvvəyə minmişdi) sistemləri tətbiq olundu. Qızıl külçə standartı zamanı banknotlar və digər pullar, yalnız 12,5 kq çəkidə olan qızıl külçələrə dəyişdirilir. Qızıl deviz standartı zamanı isə banknotlar və digər pullar ölkələrin valyuta devizlərinə dəyişdirlir.

1929-1933-cü illərd ABŞ-da “Böyük Depressiya“ (ing. Great Depression) başa çatdıqdan sonra, əvvəlcə ABŞ-da, daha sonra dünyanın digər ölkələrində qızıl monometallizmin bütün formaları ləğv edildi. 1944-cü il iyul ayının 1-dən 2-ə qədər ABŞ-ın Nyu-Hempşir ştatının Bretton-Vuds kurortunda keçirilən konfransda qızıl standartına əsaslanan maliyyə sistemi ləğv edildi və yeni maliyyə sistemi yaradıldı. Yeni sistemə görə qızıl azad tədavüldən çıxarılır və yalnız ölkələr arasında yekun hesablaşmaları rolu oynayır. Qızılla yanaşı, beynəlxalq ödəniş vasitəsi və ehtiyat valyuta qismində ABŞ dolları və Böyük Britaniya funt-sterlinqi çıxış edir. Bundan sonra qızılla yalnız ehtiyat valyutalar dəyişdirilə bilər.

Bretton-Vuds konfransında Yenidəqurma və İnkişaf üzrə Beynəlxalq Bankının (RİBB) və Beynəlxalq Valyuta Fondunun (MVF) əsası qoyuldu. Bretton-Vuds pul sistemi ABŞ dolları əsasında beynəlxalq qızıl-deviz monometallizmini elan etdi.

1976-ci ilin yanvarında Yamaykanın paytaxtı Kinqston şəhərində keçirilən beynəlxalq konfransdan sonra Bretton-Vuds pul sistemini “Yamayka pul sistemi” əvəz etdi. Bu sistemə görə “dünya pulu” (ing.world money – bütün dünyada universal ödəniş vasitəsi kimi təsdiq olunmuş pul) “Xüsusi Borcalma Hüqualrı” – XBH (ing. Spesial Drawing Rights - SDR) adlanan beynəlxalq pul vahidi yaradıldı. Lakin bununla belə ABŞ dolları beynəlxalq hesablaşmalarda və valyuta rezervlərində öz vacib rolunu qoruyub saxladı. Hüquqi cəhətdən qızılın demonetizasiyası (qızılın pul funksiyasınını itirməsi) başa çatdırıldı.

Ölkədə ümumi ekvivalent və pul tədavülü bazası kimi qəbul olunmuş metaldan asılı olaraq bimetalizm və monometalizm fərqləndirilir.

Bimetalizm ümumi ekvivalent rolunu iki nəcib metalın (adətən qızıl və gümüş) oynadığı, hər iki metaldan sərbəst pul kəsilməsi və onların qeyri-məhdud tədavülü nəzərdə tutulan pul sistemidir.

Lakin bimetal pul sistemi inkişaf etmiş bazar təsərrüfatına uyğun gəlmir, çünki eyni zamanda iki metalın dəyərin ölçüsü kimi istifadə edilməsi pulun bu funksiyasının təbiətinə ziddir. Ümumi dəyərin ölçüsü yalnız bir əmtəə ola bilər.

Bazarın inkişafı sabit pul, vahid ümumi ekvivalent tələb edirdi. Ona görə də bimetalizm yerini monometalizmə verdi.

Monometalizm bir metalın (qızıl və ya gümüş) ümumi ekvivalent və pul tədavülünün əsası olduğu pul sistemidir.




  1. Pulun funksiyaları və təyinatı

Pul nədir sualına ən sadə cavab belədir; «Pul adətən əmtəə və xidmətlər müqabilində mübadilədə götürülən şeydir».

Həqiqətən də, keçmişdə bir çox şeylər: balıqqulağı, fil sümüyü, duz, xəzlər və s. pul kimi istifadə olunurdu. Lakin bu cür cavab elmi deyil.

Pul - ümumi ekvivalent rolunu oynayan xüsusi növ əmtəədir.

Ümumi ekvivalent əmtəənin istənilən digər əmtəəyə dəyişdirilə bilmə qabiliyyətini bildirir.



Pul bəşər cəmiyyətinin ən vacib elementlərindən biri kimi özünü spesifik funksiyalarında ifadə və təsdiq edir. Pul, təkcə, universal ödəniş vasitəsi deyil, həm də insanların iqtisadi həyatının hərəkətverici motividir. Bir qayda olaraq, pulun aşağıdakı ənənəvi funksiyalarını ayrıd edirlər:

1. Dəyər ölçüsü – müxtəlif əmtəə və xidmətlərin qiymət əsasında (pul kütləsində ifadə olunan mübadilə əmsalı) uyğunlaşmasını unikal şəkildə təmin edir.

2. Tədavül vasitəsi – pul mal dövriyyəsində vasitəçi qismində çıxış edir. Bu funksiya üçün pulun digər əmtəə və xidmətlərə dəyişdirilməsində sürətlilik və asanlılıq (likvidlik) həlledici əhəmiyyət kəsb edir.

3. Ödəniş vasitəsi – pul borcların qeydiyyatı və onların ödənilməsi rolunu icra edir.

4. Yığım, yaxud sərvət vasitəsi – sərvət məqsədi ilə toplanan və istifadə olunmayan pullar, onların alıcılıq qabiliyyətinin bu gündən gələcəyə ötürülməsi kimi imkanlar açır. Lakin bir məqamı xüsusi nəzərə almaq lazımdır ki, istifadə olunmayan və sərvət məqsədi ilə toplanan pulun gələcəyi inflyasiya adlanan maliyyə situasiyasından asılıdır.

5. Dünya pulu funksiyası – bir qayda olaraq, xarici ticarət əlaqələrində partnyorlarla etibarlı iqtisadi əlaqələr qurmaq üçün istifadə olunur. Dünya pulu statusuna, adətən, ehtiyyat valyutalar (ABŞ dolları, İsveçrə frankı, avro, ingilis funtu, yapon ienası, Çin yuanı) malikdir.



  1. Bazar mexanizmi və onun elementləri

Bazar iqtisadiyyatında subyektlər arasında formalaşmış münasibətlər sistemi “bazar mexanizmlərii” adlanır. Bazar mexanizmləri dedikdə, bazarın əsas elementləri (tələb, təklif, qiymət, rəqabət və əsas iqtisadi qanunlar) arasında qarşılıqlı təsir başa düşülür və bazarın əsas parametrlərini təşkil edir.

Məhz, bazar münasibətlərinin özəyi olan bu meyarları istehsalçılar və istehlakçılar öz iqtisadi fəaliyyətlərində rəhbər tuturlar.

Bazar mexanizmi, çoxlu sayda iqtisadi qanunların əsasında fəaliyyət göstərir. Bu qanunlar sırasına - tələbin və təklifin dəyişməsi, tarazlıq qiyməti, rəqabət, dəyər, faydalılıq, gəlir və s. haqqında qanunlar daxildir.

Bazar mexanizminin prinsiplərinə uyğun olaraq təklif istehsalın elementi kimi, tələb isə istehlakın elementi kimi çıxış edir. Bu iki element qırılmaz formada bir-biri ilə bağlıdır.



Tələb ümumiləşdirici anlayışdır və əmtəənin faktiki və potensial alıcılarını təcəssüm edir. Onu pul ekvivalenti ilə təmin olunmuş insan tələbatlarının xüsusi ifadə forması kimi xarakterizə etmək olar. Lakin tələb bütün tələbatların məcmusunu deyil, yalnız insanların alıcılıq qabiliyyətinin aid olduğu, yəni pul ekvivalenti olan hissəsini ifadə edir.

Təklif də tələb kimi ümumiləşdirici anlayışdır. O, əmtəənin faktiki və potensial istehsalçılarının davranışını ifadə edir. Bəzən “təklif” anlayışını bazarda olan istehsalçıların satmaq istədikləri müəyyən qiyməti olan əmtəələrin məcmusu kimi müəyyən edirlər. Beləliklə, təklif bazarda mövcud olan, yaxud bazara çatdırılması nəzərdə tutulan məhsul kimi çıxış edir.

Bazar mexanizminin daha bir vacib elementi qiymətdir. Bazar mexanizmində qiymət malın dəyərinin pul ifadəsidir. Qiymət bir qayda olaraq, əmtəənin dəyərindən və tələblə təklifin qarşılıqlı münasibətlərindən asılıdır. Bazarda qiymətin təyin olunması bəzi iqtisadi qanunların, xüsusilə də dəyər qnununun təsiri ilə müəyyən olunur.


  1. Dəyər qanunu, onun mahiyyəti və funksiyaları

Bazar mexanizmi sistemində qanunlar xüsusi rolu və həlledici əhəmiyyəti ilə seçilir. Bu qanunlar icərisində dəyər qanununun fövqəladə çəkisi vardır. Dəyər qanunu (ing. law of value) əmtəə istehsalında iqtisadi qanundur. Bu qanuna görə əmtəənin istehsalı və mübadiləsi ictimai zəruri əmək məsrəflərinə uyğun qaydada həyata keçirilir. Dəyər qanunu, bir qayda olaraq, həm də qiymət qanunu kimi ifadə olunur. Qiymət dəyərin pul ifadəsi, ictimai zəruri əmək məsrəflərinin təzhürüdür. Marksizm iqtisadi nəzəriyyəsində dəyər qanunu ilə əlaqədar deyilir: “Əmtəə mübadiləsi ilə əlaqədar dəyər qanununa uyğun olaraq, ictimai əməyin bərəbar kəmiyyətdə ekvivalentləri mübadilə edilir”.

Qeyd etmək lazımdır ki, ekvivalent mübadilə zamanı keçmiş və canlı əməyə sərf olunan xərclərin ödənilməsi baş verir, istehsalın genişləndirilməsi üçün şərait yaradılır, fərdi xərclərin aşağı salınmasına və əməyin qənaətinə münasibətdə stimul yaranır.

Mübadilənin ekvivalentliyi pozulan zaman, əmtəə istehsalçıları öz xərclərini ödəmək imkanlarından məhrum olurlar. Onların istehsalın təkmilləşməsinə və inkişafına olan maraqları minimuma enir.

Bir qayda olaraq, istehsal vasitələri üzərində xüsusi mülkiyyət şəraitində dəyər qanunu istehsalın kortəbii tənzimləyicisi qismində çıxış edir. Məhz, dəyərlə əlaqədar baş verən qiymətin kortəbii dəyişməsi əmtəə istehsalçılarını, bu və ya digər əmtəənin, yaxud məhsulun istehsalını genişləndirməyə, yaxud məhdudlaşdırmağa, tələbin təsiri altında qiymətlərin dəyərdən yüksək olduğu sahələrə nüfuz etməyə məcbur edir. Qiymət mexanizmlərinin köməkliyi ilə dəyər qanunu əmtəə təsərrüfatının, məhsuldar qüvvələrin inkişafının hərəkətverici qüvvələrinin, əmtəə istehsalçılarının differensiasiyasının tənzimləyicisi funksiyasını icra edir. İstehsalın kortəbii tənimləyicisi kimi dəyər qanununun funksiyaları qiymət mexanizmi vasitəsi ilə ictimai tələbatlara uyğun olaraq müxtəlif sahələr üzrə əmək bölgüsünün formalaşdırılmasından ibarətdir.

Dəyər qanunu funksiyası hərəkətverici qüvvə kimi onunla şərtlənmişdir ki, ictimai dəyərə malik olan məhsulların mübadiləsi istehsalçıları məcbur edir ki, onlar daim istehsalın fərdi məqsədlərini arxa plana keçirsinlər. Hansı istehsalçı bu tədbiri həyata keçirirsə, daha yüksək səmərə əldə etməyə nail olur və əlavə gəlirlər əldə edir. Lakin belə tədbirlərin həyata keçirilməsi zamanı rəqabət mübarizəsində məğlub olmamaq və bazarda mövqelərini itirməmək məqsədi ilə əhalinin böyük kütləsi üçün əmtəə və xidmətlər istehsal edən sahibkar istehsalı daim təkmilləşdirməli, yeni, mütərəqqi texnologiyalar tətbiq etməli, məhsulun keyfiyyətini artırmalıdır. Bu isə, bilavasitə məhsuldar qüvvələrin inkişafı və əməyin ictimai məhsuldarlığının artması deməkdir.

Dəyər qanunu konkret funksiyalarını icra edərkən, əmtəə istehsalçılarının ictimai differensiasiyasına birbaşa təsir göstərir. Bu zaman onların bəzi hissəsi istehsalı genişləndirməyə meyl edən uğurlu sahibkarlara, digərlərini isə müflisləşən və bazar sistemini tərk edən uğursuz sahibkarlara çevrilir. Bu proses əmtəə istehsalçılarının müxtəlif qruplarını, xüsusilə də kiçik və orta sahibkarları əhatə edir və onların mülkiyyət təbəqələşməsini gücləndirir.

Konkret olaraq dəyər qanunu aşağıdakı əsas funksiyaları icra edir: 1. Tənzimləyici funksiya (ing. requlating function). Bu funksiya belə bir vacib məqamı ifadə edir ki, onun köməkliyi ilə ayrı-ayrı əmtəələrin istehsalının və satışının həcmini və bununla da ictimai istehsalın bütün strukturunu, sahələr arasındakı istehsal və əmək vasitələrinin paylanmsını tənzimləyir. Bu tənzimləmə bazardakı əmtəələrin qiymətlərinin onların dəyərindən ciddi qaydada fərqlənməsi kimi baş verir. Qiymətlərin belə səviyyəsi şəraitində tələbin və təklifin bərabərliyi istehsalın sabit həcmini qoruyub saxlamağa imkan verir. Beləliklə, əmtəəyə tələbat, onun təklifindən az olarsa, bu zaman onun qiyməti dəyərindən aşağı olur və belə əmtəənin istehsalı iqtisadi cəhətdən əlverişsiz olur. Belə vəziyyət əlverişsiz əmtəənin istehsalının məhdudlaşdırılmasına və işçi qüvvəsinin digər sahələrə ötürülməsinə gətirib çıxarır. 2. Stimullaşdırıcı funksiya (ing. stimulating function), bir qayda olaraq, istehsala çəkilən xərclərin aşağı salınmasına, məhsuldarlığın artırılmaına, elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiq edilməsi bazasında istehsalın effektivliyinin yüksəldilməsinə xidmət edir. Bu zaman istehsal olunan malın qiyməti orta ictimai-zəruri əmək xərclərinin ətrafında dəyişir. Bu, o deməkdir ki, bazar daim əmtəə istehsalçılarının iqtisadi stimullaşdırılmasını yaradır, onlarda əmtəənin istehsalına çəkilən fərdi xərclərin aşağı salınması meylləri yaradır. Belə vəziyyət isə onların bazarda sabit vəziyyətini təmin edir.

Yuxarıda göstərilən məqamları ümumiləşdirərək belə bir nəticəyə gəlmək olar ki, dəyər qanunu əmtəə təsərrüfatında fövqəladə rol oynayır. Bu rol dəyər qanunnunun aşağıdakı müxtəlif keyfiyyətlərdə təzahür etməsi ilə nəticələnir: 1. Ictimai istehsalın proporsiyalarının (sahələr arasında əmək bölgüsü) kortəbii tənzimləyicisi kimi çıxış edir. 2. İstehsalçıların differensiasiyasının əsası kimi təzahür edir və bu zaman bütün fərdi xərclər ictimai-zəruri xərclər kimi ifadə olunur. 3. Kapitalist münasibətlərinin meydana gəlməsinə və formalaşmasına təsir edir. 4. Məhsuldar qüvvələrin inkişafını stimullaşdırır. Bu zaman fərdi və ictimai-zəruri iş vaxtının arasındakı fərq cəmiyyətin məhsuldar qüvvələrinin inkişafında hərəkətverici qüvvəyə çevrilir




  1. Bazar mexanizmi sistemində rəqabət və onun növləri

Rəqabət (“konkurensiya”) sözü latın dilindən tərcümədə “toqquşmaq” deməkdir. Iqtisadi baxımdan geniş mənada, bazar təsərrüfatı subyektlərinin istehsalın daha əlverişli şərtləri və istehsal olunan əmtəələrin reallaşdırılması (alqı-satqı) uğrunda mübarizəsidir. Bazar iqtisadiyyatında bu mübarizə bir zərurətdir və aşağıdakı obyektiv şərtlərdən yaranır: 1) eyni hüquqlu bazar subyekylərinin olması; 2) bazar subyektlərinin hər birinin iqtisadi müstəqilliyi; 3) bazar subyektlərinin bazar konyukturasından asılılığı; 4) alıcılıq tələblərinin təmin edilməsi uğrunda mübarizədə bütün digər bazar subyektləri ilə qarşıdurma.

Göründüyü kimi bazar iqtisadiyyatında rəqabət iqtisadi tərəqqinin əsas hərəkətverici qüvvəsi, onun mühərrikidir. Lakin onu da vurğulamaq lazımdır ki, bazar rəqabəti sahibkarın öz təsərrüfatını, təkcə, qoruyub saxlamaq qayğısına qalanda deyil, həm də onu genişləndirmək üçün daim tədbirlər görəndə - texniki təminatı və təşkilati strukturu təkmilləşdirəndə, məhsulun keyfiyyətini davamlı şəkildə artıranda, məhsul vahididnin istehsalına çəkilən xərcləri aşağı salanda və bununla da qiymətlərin aşağı salınması imkanlarını əldə edəndə, malların çeşidlərini davamlı olaraq artıranda, alıcıların ticarət və ticarətdən sonrakı xidmətini daim yaxşılaşdıranda daha mükəmməl effekt verir.



Bazar mexanizmi sistemində rəqabətin aşağıdakı növlərini fərqləndirirlər: 1) funksional rəqabət, yaxud müəyyən mal uğrunda rəqbət; 2) növ rəqabəti, yaxud qiymət və keyfiyyət uğrunda rəqabət; 3) firmalararası rəqabət – müxtəlif firmalar və təşkilatlar arasında rəqabət; 4) sahələrdaxili və sahələrarası rəqabət; 5) mükəmməl və qeyri-mükəmməl rəqabət.


  1. İqtisadiyyatda inhisarçılıq və onun növləri

Müasir iqtisadi sistemlərdə ən geniş yayılmış problemlərdən biri inhisarçılıqla bağlıdır. İqtisadiyyatda inhisarçılıq (ing. monopoly in the economy) fövqəladə əhəmiyyət kəsb edən müəssisələrin və təşkilatların istehlakçıları alternativ seçimdən məhrum etmək yolu yüksək gəlir əldə etmək istəyidir. Elmi ədəbiyyatlarda “inhisar” (yun. “monos” – tək, “poleo” - satıram) bir və bir neçə məhsulun istehsalına və satışına nəzarət edən iri müəssisə kimi xarakterizə olunur. Monopoliya elə bir strukturdur ki, onun fəaliyyəti ilə əlaqədar bazarda tək bir müəssisə mütləq şəkildə fəaliyyət göstərir və rəqabət olmur. Belə müəssisə bazarda analoqu olamyan nadir məhsul istehsal edir və bazara digər rəqabət qabiliyyətli subyektlərin daxil olmasına yol vermir.

Bazar iqtisadiyyatında inhisarlar aşağıdakı əsas səbəblərdən yaranır: 1. İnhisar gəlirləri əldə etmək. 2. Daim baş verən böyük həcmdə xərclər. 3. Digər müəssisələrin fəaliyyəti qarşısımda qoyulan qanunvericilik maneələri (lisenziya, sertifikat və s.). 4. Ölkənin iqtisadi subyektlərini dəstəkləmək və daxili bazarı xarici rəqabətdən qorumaq məqsədi ilə həyata keçirilən xarici iqtisadi siyasət. 5. Firmaların qovuşması, yaxud bir firmanın digəri tərəfindən udulması. 6. Rəqiblərin qorxudulması – heyətə fiziki, yaxud müssisənin rəhbərliyinə psixoloji təsir.

Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatında inhisarçılıq müxtəlif növlərdə təzahür edir: 1. Təbii inhisarçılıq – bazarda vahid satış təşkilatında birləşən müəssisələr. Belə bazarda rəqabətin olmaması ilə əlaqədar tələblərin ödənilməsi istehsalın texnoloji özəlliklərinə uyğun həyata keçirilir. Subyektlər tərəfindən istehsal edilən əmtəə və xidmətlər isə istehlakda digər əmtəə və xidmətlərlə əvəz oluna bilməz. 2. Qapalı, yaxud dövlət inhisarçılığı – qanunvericilik baryerləri vasitəsi ilə yaradılan inhisardır. Bu zaman qanunvercilik baryerləri inhisarçı bazarın mal və məhsul sərhədlərini, inhisarçılığın subyektlərini (inhisarçı), inhisarçının fəaliyyətinin tənzimlənməsi və ona nəzarəti, həmçinin nəzarət edən orqanın səriştəsini təyin edir. 3. Açıq inhisarçılıq – müvəqqəti situasiya kimi təzahür edir. Belə inhisarçılıq bir müəssisə tərəfindən aparıcı texnologiyalardan, müəyyən bir zaman kəsiyində (digər rəqiblər, yaxud bazar subyektlri bu texnologiyaları mənimsəyənə qədər) istifadə etməsi nəticəsində daha keyfiyyətli məhsulların istehsal edilməsi ilə bağlıdır. 4. Xalis inhisar– bazarda tələb olunan mal və xidmətlərin yalnız tək bir satıcının olduğu zaman meydana gələn iqtisadi situasiyadır.



  1. Tələb və təklif qanunu

Tələb – müəyyən bir vaxt kəsiyində bazarda istehlakçıların müxtəlif qiymət səviyyəsində satın almağa razı olduqları əmtəə və xidmətlərin miqdarıdır. Hər hansı bir əmtəənin (X əmtəəsi) tələbinə aşağıdakı amillər təsir edir:

– əmtəənin öz qiyməti,

– tamamlayıcı əmtəələrin qiymətləri,

– əvəzləyici əmtəələrin qiymətləri,

– istehlakçının gəliri,

– istehlakçının gözləntiləri,

– istehlakçıların sayı,

– istehlakçının zövqü və seçimi

Burada biz digər bütün şərtlər sabitkən hər hansı bir X əmtəəsinə olan tələbin miqdarının onun qiymətindən asılı olduğunu görürük. Bu asılılıq isə tərs mütənasiblək şəklindədir. Yəni bir əmtəədən satın alınmaq istənən miqdarı ilə onun qiyməti arasında tərs mütənasiblik mövcuddur. Belə ki, əmtəənin qiyməti yüksək olarsa, ona olan tələb miqdarı az, əksinə əmtəənin qiyməti aşağı qiymətə olarsa ona olan tələb miqdarı çox olacaqdır. Bu hala iqtisadi ədəbiyyatda tələb qanunu deyilir.

X əmtəəsinin müxtəlif qiymətlərini koordinat sistemində Y xəttinində, X əmtəəsindən tələb edilən miqdarları isə X xəttində göstərsək, istehlakçının, X əmtəəsi üçün fərdi tələb əyrisini aşağıdakı qaydada göstərmək mümkündür:



Təklif müəyyən bir vaxt kəsiyində bazarda istehsalçıların müxtəlif qiymət səviyyəsində satmağa razı olduqları əmtəə və xidmətlərin miqdarıdır. Hər hansı bir əmtəənin (X əmtəəsi) təklifinə aşağıdakı amillər təsir edir:

– əmtəənin öz qiyməti,

– istehsal xərcləri və ya istesalda istifadə olunan resurların qiyməti,

– başqa əmtəələrin qiyməti,

– texnologiya,

– gözləntilər,

– vergilər,

– dövlətin maliyyə yardımları (subsidiya, subvensiya və s.)

– bazardakı firma sayıdır.

Təklif qanunu – bir əmtəədən satmaq istənən miqdarı ilə onun qiyməti arasında düz mütənasibliyin olduğunu izah edir. Yəni qiymət atarsa təklif də artar, qiymət azalarsa isə təklif də azalar. Təklif əyrisinin şəklini müəyyənləşdirmək üçün daha öncə tələb əyrisini müəyyənləşdirirərkən istifadə etdiyimiz cədvəldəki göstəricilərə oxşar göstəricilərdən istifadə edəcəyik.



X əmtəəsinin müxtəlif qiymətlərini koordinat sistemində Y xəttində, X əmtəəsindən təklif edilən miqdarları isə X xəttində göstərsək, istehsalçının X əmtəəsi üçün fərdi təklif əyrisini aşağıdakı qaydada göstərmək mümkündür:




  1. Ev təsərrüfatı. Ailənin iqtisadi fəaliyyəti və onun bazar iqtisadiyyatında rolu

  2. Ev təsərrüfatının maliyyə sistemi, gəlirləri və xərcləri

  3. Ev təsərrüfatının funksiyalar sistemi: sosial və iqtisadi funksiyalar

Ev təsərrüfatı, ailənin iqtisadi fəaliyyəti və onun bazar iqtisadiyyatında rolu iqtisadi nəzəriyyədə mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Qeyd etmək lazımdır ki, ev təsərrüfatı iqtisadiyyatın özəl bölməsində ilk komponentdir. Burada iqtisadi resurslar formalaşır və digər sahələrə təklif olunur. Resurslardan istifadə müqabilində əldə olunan gəlirlər saxlanılır.

İqtisadi subyekt kimi ev təsərrüfatı iqtisadiyyatda ikili rol oynayır: 1) gəlirlər əldə edən subyekt rolu; 2) istehlak xərcləri sərf edən subyekt rolu. İqtisadi sistem çərçivəsində insanlar daim əmtəələrə və xidmətlərə olan tələbatların ödənilməsini maksimuma çatdırmağa və öz resurslarının satışından yüksək gəlir əldə etməyə can atırlar.

İqtisadi münasibətlər baxımından “ailə” dedikdə, ailə-qohumluq əlaqələri ilə birləşmiş və ümumi büdcəyə sahib olan birlik başa düşülür. Ev təsərrüfatına gəldikdə o, ümumi vəzifələr, yaşayış yeri, büdcə və bir qayda olaraq, qohumluq münasibətləri ətrafında birləşmiş insan qruplarının birliyidir. Ailənin fəaliyyəti özündə həm iqtisadi, həm də bioloji, demoqrafik, psixoloji, sosial və s. məqamları ifadə edir.

Ailənin iqtisadi fəaliyyətini və yerinə yetirdiyi funksiyaları üç əsas mərhələyə bölmək olar: 1) təhsil; 2) istehsal; 3) insan kapitalının reallaşdırılması.

Ev təsərrüfatının uğurlu fəaliyyətini təyin edən ən vacib məqamlardan biri onun gəlirləri və xərcləri ilə bağlıdır. Ümumi formada ev təsərrüfatının gəlirləri və xərcləri “ev təsərrüfatının maliyyəsi” adlanır.


Ev təsərrüfatının gəlirləri (ing. household income) həm pul, həm də natural formada olur. Natural gəlirlərə yardımçı təsərrüfatdan əldə olunan qida məhsulları, həmçinin müəssisələrdə iş, yaxud xidmət müqabilində ödənilən natural əmək haqqı aiddir.

İnkişaf etmiş bazar iqtisadiyyatında ev təsərrüfatlarının gəlirlərinin pul forması üstünlük təşkil edir. Belə gəlirlərin daxil olduğu mənbələr müxtəlif olur: 1.Əmək haqqı. 2. Təqaüd və digər sosial yardımlar. 3.Sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər. 4.Daşınmaz əmlakdan və maliyə bazarında pul vəsaitləri əməliyyatlarından əldə olunan gəlirlər.


Ev təsərrüfatının xərcləri (ing. household expenses) müxtəlif yanaşmalardan asılı olaraq təsinifləşdirilir. Müddət baxımından aşağıdakı xərcləri fərqləndirirlər: 1.Qısamüddətli xərclər – qısa müddətə (1-2 ay) hesablanmış xərclərdir. Məsələn, qidaya, nəqliyyata və s. çəkilən xərclər. 2. Ortamüddətli xərclər – orta müddətə (bir neçə ay, bəzən 1 ildən artıq) hesablanmış xərclərdir. Məsələn, paltar, ayaqqabı və s. alınması. 3. Uzunmüddətli xərclər – uzun müddətə (bir neçə il) hesablanmış xərclər. Məsələn, mənzil, avtomobil, mebel və s.

Funksional təyinat baxımından ailə təsəsrrüfatının xərclərini aşağıdakı əsas qruplara bölmək olar: 1) şəxsi istehlak xərcləri –alışı, xidmət xərcləri; 2) vergilər və digər məcburui ödənişlər; 3) qənaət edilmiş və toplanmış pullar;




  1. Bazar iqtisadiyyatında dövlətin funksiyaları

Dövlət cəmiyyətin iqtisadi və siyasi sisteminin əsas instittutu kimi insanların birgə fəaliyyətini və onların arasında yaranan münasibətləri istiqamətləndirir və onlara nəzarət edir. Lakin digər subyektlərə münasibətdə dövlət müəyyən statusa malikdir və bu status ona imkan verir ki, təsərrüfat agentləri sırasında xüsusi yer tutsun. Bu baxımdan, dövlətin yeri və rolu, başlıca olaraq onun icra etdiyi funksiyalarla təyin olunur. Bazar iqtisadiyyatında dövlətin funksiyaları (ing. function of the state in a market economy) aşağıdakılardan ibarətdir: 1. Hüquqi funksiya. Dövlətin bu funksiyası ictimai həyatın özünəməxsus institutu kimi təzahür edir. O, dövlət müdafiəsini tələb edən təsərrüfat subyektləri arasında mühüm münasibətləri tənzimləyir. Burada söhbət iqtisadi agentin statusunun formalaşmasından, təsərrüfatçılığın norma və qaydalarının yaradılmasından, idarəçiliyin təşkilati strukturunun bərqərar edilməsindən, mülkiyyət münasibətlərinin reqlamentləşdirilməsindən, müəssisələrin yaradılması və ləğv edilməsi qaydalarının konkretləşdirilməsindən və s. gedir. 2. Təkrar istehsal və texnologiya funksiyası. Dövlətin bu funksiyası, əsas etibarı ilə istehsal prosesinin normal gedişini şərtləndirir. O, istehsalı zəruri resurslarla təmin etmək, insanları maddi və mənəvi nemətlər baxımından qane etmək, həmçinin həyat, təlim və təhsil üçün şəraitin yaradılması kimi ifadə olunur. 3. Rəqabətin müdafiəsi funksiyası. Dövlətin bu funksiyası təsərrüfat subyektlərinin yarışı kimi təyin olunur. Bu funksiya, təsərrüfat subyektlərinin imkanlarının məhdudlaşdırılması zamanı icra olunur. 4. Sabitləşdirici funksiya. Dövlətin bu funksiyası hökumətin iqtisadi artıma, tam məşğulluğa və qiymətlərin sabitliyinə yönəlmiş fəaliyyətini nəzərdə tutur. Burada əsas məsələ ondan ibarətdir ki, istehsalın həcmini artırmaq üçün məcmu xərcləri artırmaq tələb olunur və bazarın bu qaydanı reallaşdırmağa gücü çatmır. Bu zaman işsizlik və inflyasiya kimi mənfi situasiyalar yaranır. Buna görə də dövlət tam məşğulluğu təmin etmək və inflyasiya qarşısında sədd çəkmək üçün məcmu xərcləri artırır. 5. Proqnozlaşdırıcı funksiya. Dövlətin bu funksiyasıiqtisadi inkişafın prioritet istiqamətlərini təyin edir. İqtisadiyyatın inkişafı ilə bağlı verilən proqnozlar gələcək iqtisadi meylləri və istiqamətləri təyin etməyə yardımçı olur, bazar təsərrüfatının gələcək mexanizmlərinin formalaşdırılması haqqında ideyaların reallaşmasına zəmin yaradır, məşğulluğun təmin edilməsi və işsizliyin tənzimlənməsi üçün perspektiv layihələr hazırlanmasına təkan verir. 6. Tənzimləmə funksiyası. Dövlətin bu funksiyası ən geniş və çoxşaxəli fəaliyyət mexanizmi kimi təzahür edir. Bu zaman hökumət qarşısına, həyata keçirilməsi son dərəcə vacib olan bir sıra məqsədlər qoyur: 1) bazar iqtisadiyyatının fəaliyyətinin mənfi nəticələrini minimuma endirmək; 2) bazarın fəaliyyətinin hüquqi, sosial və maliyyə əsaslarını yaratmaq; 3) əhalinin sosial müdafiəsini təmin etmək.

İqtisadiyyatın dövlət tənzimlənməsi əsas iqtisadi prosesləri təyin və düzəliş etmək üçün tətbiq olunan kompleks fəaliyyət prosesidir. Bununla əlaqədar olaraq dövlət fiskal və monetar siyasəti, xarici ticarət əlaqələrinin tənzimlənməsini, gəlirlər üzərində nəzarəti öz öhdəsinə götürür. Dövlət bu vəzifəni konkret mexanizmlər vasitəsi ilə həyata keçirir: 1. Vergi-büdcə (fiskal) siyasəti. Bu mexanizm vasitəsi ilə dövlət vergi qoyulması, dövlət xərcləri və dövlət büdcəsi sahələrində tənzimləyici fəaliyyət göstərir. Bu fəaliyyət, bir qayda olaraq, iqtisadiyyatın sabit inkişafının formalaşdırılmasına, inflayasiyanın qarşısının alınmasına və əhalinin məşğulluğunun təmin edilməsinə xidmət edir. 2. Pul-kredit (monetar) siyasəti. Bu mexanizm vasitəsi ilə dövlət iqtisadiyyatda mövcud olan pul kütləsi üzərində nəzarəti reallaşdırır. Əsas məqsəd isə iqtisadiyyatın davamlı və sabit inkişafını təmin etməkdir.

İqtisadiyyatın dövlət tənzimlənməsi müxtəlif metodlar vasitəsi ilə və müxtəəlif formalarda həyata keçirilir. Bu metodlar sırasına aşağıdakılar aiddir: 1. Birbaşa tənzimləmə – inhisarçılıq üzərində nəzarət, ekoloji vəziyyətə nəzarət, müvafiq iqtisadi standartların (məsələn, keyfiyyət nişanları, dövlət standartları, aksiz markaları və s.) yaradılması və onların dəstəklənməsi. 2. Dolayı yolla tənzimləmə – pul siyasətinin həyata keçirilməsi, gəlirlərə nəzarət edilməsi, sosial siyasət və s. 3. Xaici iqtisadi münasibətlərin tənzimlənməsi.

Dövlətin iqtisadiyyatı tənzimləmə tədbirləri aşağıdakı formalarda həyata keçirilir: 1. Dövlətin məqsədli (sosial) proqramlarının yaradılması və reallaşdırılması. 2.İqtisadiyyatda baş verəcək gələcək hadisə və proseslərin proqnozlaşdırılması. 3. Ayrı-ayrı iqtisadi xarakterli hadisə və proseslərlə bağlı situasiyaların modelləşdirilməsi.

Qeyd etmək lazımdır ki, dövlət tənzimlənmsəi iqtisadi fəaliyyətin texniki cəhətlərinə də sirayət edir. Bu prosedur “texniki tənzimləmə” adlanır. O, ümümi, mərkəzləşdirilmiş mexanizmlərə malikdir. Bu müxanizmlər normalaşdırma, sertifikatlaşma, nəzarət, lisenziya, akkreditasiya, nümayəndəliklər, qeydiyyatlar, sanksiyalar və apellyasiyalar vasitəsi ilə reallaşdırılır.


  1. Dövlət maliyyəsi. Büdcə, onun prinsipləri və funksiyaları

Müasir cəmiyyətin təsərrüfat mexanizminin ən mühüm elementi pulun bir sahibkardan digərinə hərəkəti ilə bağlı olan maliyyədir. Müasir şəraitdə maliyyə anlayışı bir tərəfdən dövlət maliyyəsini, digər tərəfdən isə müəssisə və korporasiyaların maliyyələrini ehtiva edir.

Dövlət xəzinəsinin hökmdarın şəxsi xəzinəsi və mülkiyyətindən ayrılmasından sonra isə “dövlət maliyyəsi” və “dövlət büdcəsi” anlayışları yaranmışdı.



Maliyyə sistemidövlətin öz siyasi və iqtisadi funksiyalarını yerinə yetirməsini təmin etməyə təyinatlanmış maliyyə hissələrinin məcmusudur. O, dörd əsas hissədən - dövlət büdcəsi, yerli (bələdiyyə) maliyyələr, dövlət müəssisələrinin maliyyələri və xüsusi hökumət fondlarından ibarətdir.

Dövlət büdcəsi dövlətin baş maliyyə planıdır, müvafiq dövlət orqanlarının vəzifə və funksiyalarını yerinə yetirmək üçün lazım olan pul vəsaitləri fondunun yığılınası və istifadə olunması üçün formalaşdırılmış sənəddir. Onun məqsədi ölkənin iqtisadi, sosial və digər strateji problemlərinin həlli, habelə, dövlətin digər funksiyalarının yerinə yetirilməsı üçün zəruri olan maliyyə vəsaitinin qanunvericiliklə müəyyən edilmiş qaydada toplanmasını və istifadəsini təmin etməkdir. Büdcə həm də ölkənin iqtisadi-sosial proseslərini tənzimləmək alətidir.

Büdcə adi mühasibatlıqda olduğu kimi, iki tərəfə malikdir:  gəlir (mədaxil) və xərc (məxaric). Birinci tərəf vergilər, rüsumlar və qeyri-vergi ödənişləri, ikinci tərəf isə özündə səhiyyə, təhsil, elm, sosial təminat, müdafiə, idarəetmə, həmçinin dövlət subsidiyaları və iqtisadiyyatın ayrı-ayrı səhələrinə yönəlmiş xərcləri əks etdirir. Büdcənin gəlirlər hissəsində zəruri vəsaitin toplanması və onların proqnozlaşdırılan məbləği, xərclər hissəsində isə dövlətin başlıca funksiyaları və həyata keçirdiyi proqramlar üzrə il ərzində xərclənməsi nəzərdə tutulan vəsaitlərin məbləği öz əksini tapır.

Dövlət büdcəsi hökumət tərəfindən hər bir il üzrə ayrıca tərtib olunur və ölkənin parlamenti tərəfindən qəbul edilib, qanun statusu alır. Hər bir il üçün dövlət büdcəsi həmin il başlayana qədər (başqa sözlə, əvvəlki ilin dekabrında) artıq təsdiq edilir. Zərurət yarandığı hallarda büdcənin icra olunduğu il ərzində büdcədə dəyişikliklər edilir.



Dövlət xərcləri

Dövlət xərcləri ölkə iqtisadiyyatını tənzimləməkdə istifadə olunan ən əsas alətlərdən biridir. Dövlət xərcləri büdcənin xərc hissəsində öz əksini tapır.

Funksional təsnifata əsasən büdcə xərclərinə aiddir:


  1. Təhsil

  2. Səhiyyə

  3. Nəqliyyat

  4. Milli təhlükəsizlik

  5. Elmin inkişafı

  6. Ekoloji təmizlik

  7. Sosial müdafiə və s.

Dövlət gəlirləri

Dövlət xərcləri hərbi və polisdən tutmuş təhsil və səhiyyəyə kimi xidmətlərə eləcə də, əhalinin az gəlirli hissəsinə ödənən transfertlərə yönləndirilə bilər. Bu xərclər dövlət gəlirləri hesabına maliyyələşdirilir. Dövlət gəlirləri dövlətin öz funksiyalarını həyata keçirilməsi üçün toplanan maliyyə vəsaitidir. Bu gəlirlər bir çox mənbədən formalaşır:



  • Vergilər;

  • Rüsum və cərimələr;

  • Daxili və xarici borcların alınması;

  • Dövlət rəsmi ehtiyatlarının xərclənməsi;

  • Dövlət aktivlərinin satılması;

  • Senyoraj (pul çapından əldə edilən gəlir);

  • Dövlət müəssisələrinin mənfəəti.

Bəzən adamlarda belə təsəvvür yaranır ki, dövlət iqtidar sahibidir və o, istədiyini edə bilər. Ancaq normal iqtisadiyyata malik dövlət vergi və rüsumlar şəklində əldə etdiyi vəsaitlərdən artıq xərcləyə bilməz.

Dövlətin büdcə gəlirinin əsasındaa vergilər durur. Vergilər - dövlət tərəfindən fiziki və hüquqi şəxslərdən tutulan məcburi ödəmələrdir. Ümumiyyətlə, dövlət vergiləri tətbiq etməklə əsasən 3 məqsəd güdür:



  • dövlət büdcəsinə lazımi vəsaitlər yığmaq;

  • əhalinin müxtəlif təbəqələrinin yaşayış səviyyəsindəki fərqləri azaltmaq;

  • iqtisadiyyatın sahə və regional inkişafını balanslaşdırmaq, dövlət üçün önəmli sahələrdə

iqtisadi inkişafı stimullaşdırmaq.


  1. İstehsal və təkrar istehsal

İqtisadiyyatın və iqtisadi sistemin fundamental əsaslarını istehsal və təkrar istehsal (ing. production and reproduction) təşkil edir. İstehsal resursların hazır məhsula çevrilməsi aktıdır. İstehsal natural kəndli təsərrüfatından tutmuş kütləvi istehsala əsaslanan müasir emal sənayesinə qədər ən müxtəlif formalarda həyata keçirilir. Istehsal prosesində istifadə olunan resurslar, bir qayda olaraq, əməyin, torpağın və xammalın uzlaşması kimi təzahür edir. Onları, adətən, istehsal amilləri (ing. Factors of production) adlandırırlar. Istehsal amillərinə olan tələbat törəmə xarakter daşısa da istehsal prosesinin effektli səciyyəsinə kifayət qədər güclü təsir göstərir.

İqtisadi anlamda istehsal hər hansı məhsulun yaradılması prosesidir. Başqa sözlə o, insan tərəfindən təbii resursların hər hansı məhsula aktiv şəkildə çevrilməsidir. İstehsal prosesi, bir qayda olaraq ictimai xarakter daşıyır.

Müasir ictimai istehsal özündə həm maddi nemətlərin, həm də qeyri-maddi nemətlərin (yeni elmi kəşflər, texniki ixtiralar, xalq təhsili, mədəniyyət, incəsənət, səhiyyə, məişət xidməti, idarəçilik, maliyyə və kredit, idman və s.) istehsalını birləşdirir.

İstehsal prosesinin fasiləsiz, yenilənən, təkrar olunan forması təkrar istehsal (ing. ing. reproduction) adlanır. Təkrar istehsal, bir qayda olaraq, iki formada təzahür edir: 1) fərdi təkrar istehsal – ev təsərrüfatı, yaxud sahibkar firmaları çərçivəsində həyata keçirilir; 2) ictimai təkrar istehsal – milli iqtisadiyyat miqyasında həyata keçirilir.

İctimai məhsulun əldə olunan həcmindən asılı olaraq təkrar istehsalın aşağıdakı tiplərini fərqləndirirlər: 1) sadə təkrar istehsal – bu zaman ÜDM-in kəmiyyəti və digərmeyarları, növbəti dövrlərdə dəyişməz qalır; 2)genişləndirilmiş təkrar istehsal – bu zaman ÜDM-in kəmiyyəti və digər meyarları növbəti dövrlərdə artır. Genişləndirilmiş təkrar istehsalın mənbəyi kimi əlavə məhsul çıxış edir. Qeyd etmək lazımdır ki, təkrar istehsal prosesində istehsal amilləri də ciddi dəyişikliklərə məruz qalır.

Təkrar istehsal prosesində ictimai məhsulun yaradılmasının xüsusi rolu vardır. İctimai məhsul (ing. public product) müəyyən zaman ərzində ölkənin bütün istehsal sisteminin ümumi işinin nəticəsidir. İstehsal prosesində ictimai məhsul dörd əsas mərhələdən keçir: 1) istehsal – təkrar istehsal prosesinin ilkin başlanğıcı, məhsulun yaradılması sferası və prosesi; 2) bölüşdürmə –yaradılmış məhsulun subyektlər arasında müəyyən nisbətlərdə bölüşdürlməsi kimi təzahür edən təkrar istehsal mərhələsi; 3) mübadilə – bölüşdürmə və istehlak arasında əlaqə yaradan, fəaliyyətin, yaxud məhsulun sadə, yaxud mal mübadiləsi kimi təzahür edən mərhələsi; 4) istehlak – fərdin, yaxud cəmiyyətin müəyyən tələbatlarını ödəmək üçün məhsuldan istifadə edilməsi kimi təzahür edən təkrar istehsal mərhələsi.




  1. İqtisadiyyat və siyasət. İqtisadi siyasətin mahiyyəti

İqtisadiyyat və siyasət (ing. economics and politics) bir-biri ilə bağlı olan və cəmiyyətin siyasi və iqtisadi meyllərinin inkişafı ilə əlaqədar fəaliyyət göstərən sistemlərdir.

İqtisadiyyat” anlayışı bəşəriyyəti maddi nemətlərlə təmin etməyə cavabdeh olan və öz həyat fəaliyyəti sferası ilə onların ehtiyaclarını ödəyən sitemi ifadə edir. Bu sistem özündə bir-biri ilə bağlı olan iki elementi birləşdirir. Bunlardan biri məhsuldar qüvvələrin məcmusu, yəni bəşəriyyətin bütün istehsal resurslarının toplusudur. İkinci elment isə çoxşaxəli spesifik struktura malik olan istehsal münasibətləridir.

Siyasət”(yun. politicus – idarəçilik sənəti) anlayışı isə özündə dövlət hakimiyyəti orqanlarının fəaliyyətini və dövlət idarəçiliyini, həmçinin dövlətin fəaliyyəti ilə bağlı olan ictimai həyatın hadisələrini və problemlərini əks etdirir. Siyasətin elmi cəhətdən öyrənilməsi “politologiya” adlanan təlim çərçivəsində həyata keçirilir. Belə bir fikir də mövcuddur ki, siyasət mövcud qaydaların qorunmasına, yaxud dəyişdirilməsinə, hakimiyyətin və mülkiyyətin bölüşdürülməsinə yönəlmiş sosial fəaliyyətdir. Bu baxımdan, siyasətin iqtisadiyyatla bağlılığının və qarşılıqlı əlamətlərinin daha çox formaları üzə çıxır. Bu zaman ölkə daxili münasibətlərin təşkili – daxili siyasət, regional və qlobal miqyasda həyata keçirilən münasibətlərin təşkili və idarə olunması isə – xarici siyasət, yaxud dünya siyasəti adlanır. Qeyd etmək lazımdır ki, bütün mərhələlərdə siyasət iqtisadi münasibətlərlə və onların idarə olunması ilə vəhdət təşkil edir. Beləliklə, siyasət çoxcəhətli sosial hadisə kimi cəmiyyətin düşünülmüş şəkildə özünütəşkili qismində ifadə olunur.

Siyasi fəaliyyət, bir qayda olaraq, həm də iqtisadi fəaliyyət anlamına gəlir. Əgər, istehsal proseslərinin subyektləri arasında münaqişələr yaranırsa, yaxud münaqişələrin miqyası ölkə sərhədlərini aşaraq dünya bazarına çıxırsa, bu zaman siyasətin işə qarışması zərurət kimi ortaya çıxır.

İqtisadiyyatla siyasət arasında qarşılıqlı münasibətlər problemi həmişə kəskin olmuş, çoxlu sayda suallar doğurmuş, lakin onlar heç vaxt sona qədər həll olunmamışdır. Hələ ilk dövlətlərin yaranmasından bəri iqtisadiyyatın müəyyən hakimiyyət dairələri tərəfindən tənzimlənməsi məsələsi ortaya çıxmışdı. Lakin çox vaxt istehsal sferasının subyektləri siyasətin iqtisadi məsələlərə müdaxilə etməsini narazılıqla qarşılamışlar. Bu isə inhisarların iqtisadiyyatda siyasi tədbirləri bəyənməməsi ilə əlaqədar olmuşdur.

Siyasətlə iqtisadiyyat arasında qarşılıqlı əlaqələr və siyasətin iqtisadi münasibətlər sisteminə aktiv şəkildə müdaxilə etməsi, xüsusilə cəmiyyət üçün həyati əhəmiyyət kəsb edən qlobal dəyişikliklər – islahatlar, inqilablar, bir iqtisadi sistemdən digərinə keçid zamanı daha kəskin şəkildə özünü büruzə vermişdir.

Mövcud iqtisadi nəzəriyyələrə görə dövlət siyasəti iqtisadi münasibətlər sisteminə müxtəlif formalarda təsir göstərir: 1. Dövlət öz fəaliyyəti ilə iqtisadi inkişaf sistemini ləngidə bilər, bu isə inqilabların və böyük resurs itkilərinin baş verməsi təhlükəsi yaradır. 2. Dövlət siyasəti dövlət iqtisadiyyatının inkişafının müəyyən sferalarında katalizator qismində çıxış edə və bununla da dövlət səviyyəsində bazar münasibətləri subyektlərinin təsərrüfat həyatının pozitiv, yaxud neqativ nəticələrini sürətləndirə bilər. 3. Hakimiyyəti öz əlində cəmləşdirən siyasətçilərin (ing. establishment – qurum, özül – hakimiyyət mənsubları, hakim dairələr, siyasi elita) fəaliyyətinəticəsində dövlət siyasətinin bəzi istiqamətlər üzrə inkişafını ləngidə bilər. Lakin praktikada hər üç təsir növü müstəqil şəkildə, nadir hallarda fəaliyyət göstərir. Çox vaxt, bu və ya digər səviyyədə hər üç elementin uzlaşması baş verir.


Bazar iqtisadiyyatı sistemli ölkələrdə dövlətin iqtisadi siyasəti özündə bir çox məqsədləri ifadə edir. Məsələn:

1. İqtisadi proseslərin tarazlaşdırılması;

2. Pul tədavülünün sabitləşdirilməsi;

3. Rəqabətin stimullaşdırılması;

4. Xarici-iqtisadi tarazlığın təmin edilməsi;

5. Milli iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi;

6. Məşğulluğun təmin edilməsi;

7. Qiymətlərin sabitliyinin təmin edilməsi;

8. Sosial həmrəyliyin gözlənilməsi;

9. Ətraf mühitin yaxşılaşdırılması və müdafiəsi.




  1. Dünya təsərrüfatının qloballaşması

Bu gün professional və gündəlik leksikonda dövrün hadisə və proseslərini ifadə edən anlayışlardan və terminlərdən istifadə olunur. Bu anlayışlar içərisində müasir iqtisadiyyatı, onun ayrı-ayrı elementlərini təcəssüm etdirən anlayışlar da mövcuddur (məsələn, qlobal iqtisadiyyat, transmilli korporasiyalar, nanotexnologiyalar və s.). Müasir iqtisadi nəzəriyyədə ən geniş yayılmış anlayışlardan biri də “dünya təsərrüfatı” (ing. world economy) anlayışıdır. Dünya təsərrüfatı, yaxud dünya iqtisadiyyatı elmi ədəbiyyatlarda aşağıdakı kimi xarakterizə olunur: “Dünya təsərrüfatı ayrı-ayrı təsərrüfat sahələrində tarixən baş verən və öz aralarında beynəlxalq əmək bölgüsü sistemi və beynəlxalq iqtisadi münasibətlər vasitəsi ilə birləşən ictimai əmək bölgüsünün məcmusudur”.

Öz inkişafı tarixində dünya təsərrüfatı bir neçə mərhələ keçmişdir: 1. Təsərrüfatın preindustrial mərhələsi. Bu mərhələ XVII əsrin sonlarına qədər beynəlxalq ticarətin meydana gəlməsi ilə əlaqədar formalaşmışdır. 2. İkinci mərhələ XVIII əsrin əvvəlləri – XIX əsrin ortalarını əhatə edir. Bu mərhələdə mal istehsalının növbəti inkişafı dövrü baş verir və onun daim artan kütləsi ölkələr arasındakı daimi mübadiləyə daxil olur. Xarici ticarət milli iqitsadiyyatın tərkib hissəsinə çevrilir. Nəhayət, kapitalizmin ən böyük nailiyyəti olan dünya bazarı (ing. world market) yaranır. 3. Üçüncü mərhələ XIX əsrin sonu, XX əsrin əvvələrini əhatə edir. Bu mərhələdə iri maşın istehsalı əsasında dünya təsərrüfatı sisteminin formalaşması başa çatır. 4. Dördüncu mərhələ XX əsrin 20-ci illərindən başlayaraq 80-ci illərin ortalarınadək davam etmişdir. Bu mərhələnin əvvəlində, I Dünya müharibəsindən sonra dünya təsərrüfatının keyfiyyət cəhətdən dəyişməsi prosesi başlayır və bu proses kapitalizmin müstəmləkə sisteminin dağılması ilə başa çatır. Məhz bu dövrün əvvəlində dünya siyasətində olduğu kimi dünya iqtisadiyyatında da parçalanma baş verir və dünya təsərrüfatı iki fərqli istiqamət – kapitalizm və sosializm istiqamətləri üzrə inkişaf etməyə başlayır. Bu dövrdə dünya təsərrüfatına müstəmləkə zülmündən azad olmuş çoxlu sayda milli dövlətlər daxil olur. Sözügedən mərhələdə bazar iqtisadiyyatı gözəçarpan səviyyədə sosial təsərrüfatçılıq istiqamətində təzahür etməyə başlayır. Makroiqtisadiyyat səviyyəsində bazar alətləri dövlət tənzimlənməsi ilə uzalaşmağa başlayır. Məhsuldar qüvvələrin və təsərrüfat münasibətlərinin inkişafı ilə əlaqədar qarışıq iqtisadiyyat aktiv şəkildə özünü təsdiq etməyə başlayır. Bu dövrün sonunda dünya təsərrüfatının bazar sistemini 160 dünya dövləti, həmçinin 30, sənaye cəhətdən inkişaf etmiş dövlət təmsil edirdi. 5. Beçinci mərhələ XX əsrin 80-ci illərinin sonlarından 90-cı illərinin əvvələrinə qədər olan dövrü əhatə edir. Bu mərəhələnin əsas fərqli xüsusiyyəti istehsalda irimiqyaslı inteqrasiya prosesinin genişlənməsi, onun təşkilati-iqtisadi formalarının inkişafı ilə bağlıdır.

Dünya təsərrüfatı çoxlu sayda müxtəlif subyektlərlə təmsil olunur. Bu subyektlər içərisində ən vacibləri aşağıdakılardır: 1. Beynəlxalq iqtisadi təşkilatlar (Beynəl-xalq Valyuta Fondu (MVF), Dünya Bankı (DB), Beynəl-xalq Əmək Təşkilatı (BƏT) və s.). 2. Transmilli korpora-siyalar və onların uzunmüddətli alyansları. 3. Tramnsmilli banklar. 4. Birjalar. 5. İri sahibkarlar. 6. Dövlətlər, onların əraziləri və administrasiya vahidləri. 7. Dünya iqtisadi və maliyyə təşkilatları.

Müasir dünya təsərrüfatının formalaşması aşağıdakı qanunlar əsasında baş verir: 1. İstehsalın beynəlmiləşdiril-məsi qanunu. 2. Dəyər qanunu. 3. Beynəlxalq rəqabət qanunu. 4. İqtisadi inkişafın qeyri-bərabərliyi qanunu. 5.Tələb və təklif qanunu. 6. Məhsuldar qüvvələrin inkişafı səviyyəsinin istehsal münasibətlərinin xarakterinə uyğunlu-ğu qanunu. 7. Zamana qənaət qanunu. Dünya təsərrü-fatı kifayət qədər mürəkkəb və dialektik cəhətdən bir-birinə zidd olan münasibət və proseslərlə, dövlətlər arasındakı qarşılıqlı münasibətlərlə müşayət olunur. Bütün bu müna-sibətlər nə qədər ziddiyyətli olsalar da, dünya təsərrüfatının formalaşdırılmasının qanunauyğunluqları kimi təzahür edir. Bu qanunauyğunluqlar sırasında ən vacibləri aşağıdakılardır: 1. Bazar təsərrüfatının milli çərçivədən kənara çıxması və beynəlmiləşmə kimi təzahür etməsi. 2.Dünya təsərrüfatının çoxölçülü və çoxukladlı olması və burada müxtəlif səviyyəli təsərrüfat subyektlərinin iştirakı. 3.Dünya təsərrüfatının subyektlərinin sayının daim artması və onların arasında şəxsi maraqlara əsaslanan və daim inkişaf edən qarşılıqlı təsir mexanizmlərinin güclənməsi.




  1. Xarici ticarət faydaları və qarşılıqlı iqtisadi asılılıq

Tələb və təklif qanunu xarici ticarət sferasında da fəaliyyətdədir. Əgər ölkədə xarici ticarət siyasəti tələb və təklifə əsasən qurulursa və bu siyasət təşkilatlararası münasibətlər sistemindən ibarət olaraq minimum dövlət müdaxiləsinə məruz qalırsa, onda belə siyasəti azad ticarət (free trade) siyasəti adlandırırlar. Əksinə gedən proseslər isə himayəçilik prinsiplərinə əsalandığından ona xarici ticarətdə himayədarlıq siyasəti deyilir.

Himayədarlıq (proteksionizm) dövlətin tarif və qeyri-tarif tənzimləmə alətlərinə söykənərək, yerli firmaları xarici şirkətlərin rəqabətindən qorumaq məqsədilə apardığı xarici ticarət siyasətidir.

Bəs, görəsən xarici ticarətə qoşulmaq, beynəlxalq əmək bölgüsündə iştirak etmək üçün ölkə hansı siyasətə üstünlük verməli və hansı məhsulların istehsalı üzrə ixtisaslaşmalıdır?

Adam Smit hesab edir ki, bu suala bazar cavab verə bilər, lakin bu zaman hər bir ölkənin təbii və qazanılmış üstünlüklərini nəzərdən qaçırmaq olmaz. Belə ki, hələ vaxtilə Smit də əsərlərində sübut edirdi ki, əgər ticarət məhdudlaşdırılmırsa azaddırsa, onda hər bir ölkə rəqabətdə üstünlük qazandığı malların istehsalı üzrə ixtisaslaşır. Beləliklə də bu ölkələrin resursları rentabelli sahələrə axır və nəticədə ölkə qeyri-rentabelli sahələrlə rəqabət apara bilmir.

Bu sualın cavabını taparkən ilk növbədə müxtəlif malların istehsalı ilə əlaqədar olan məsrəflərə nəzər yetirməli və o məhsulu seçmək lazımdır ki, onun həmin ölkədə buraxılışı ucuz başa gəlir. Məsələn, biz hamımız təsdiq edərik ki, Azərbaycanda ananasın istehsalına çəkilən xərc Ekvadordan xeyli çoxdur. Çünki, ananası Azərbaycanda yalnız istixanalarda yetişdirmək olar ki, bu da çoxlu xərc və xüsusi qulluq tələb edir. Amma Ekvadorda ananas təbii yetişir. Bu o deməkdir ki, Ekvador ananas istehsalında mütləq üstünlüyə malikdir. Azərbaycanın isə Ekvador qarşısında mütləq üstünlüyü neft hasilatı hesab olunur. Bu çox sadə haldır. Deməli, isti tropik ölkələrə biz neft, sənaye məhsulları ixrac edə, ordan isə banan, ananas və digər tropik meyvələr gətirə bilərik. Bunu ilk dəfə olaraq məhşur ingilis iqtisadçısı David Rikardo müqayisəli üstünlüklər vasitəsilə sübuta yetirmişdir.

Beləliklə, Adam Smitin əsasını qoyduğu bu nəzəriyyəni sonradan David Rikardo inkişaf etdirərək müqayisəli üstünlüklər nəzəriyyəsini yaratdı. O təsdiq edirdi ki, ticarətdə onsuz da uduş var, lakin bunun üçün ölkə daha effektiv məhsulların istehsalı üzrə ixtisaslaşmalıdır.


Mütləq üstünlüklər

Bir ölkə digər ölkə ilə müqayisədə resursların miqdarından asılı olaraq daha çox məhsul istehsal edə bilər.


  1. Nisbi üstünlük


Bir ölkə digəri ilə müqayisədə aşağı alternativ dəyərlə daha çox məhsul istehsal edə bilər.

İqtisadçılar müqayisəli üstünlüklər barəsində danışarkən ayrı-ayrı insanların müxtəlif qabiliyyətlərindən misal gətirirlər.

Təsəvvür edin ki, kiçik bir şəhərdə ən yaxşı ixtisas sahibləri olan menecer eyni zamanda yazı maşınında sərbəst işləməyi hamıdan yaxşı bacarır.

Menecerin texniki assistent işini yerinə yetirməsinin iqtisadi mənası varmı?

Əlbəttə ki, yox. Menecer enerjisini öz işinin yerinə yetirilməsinə sərf etməklə daha çox pul qazana bilər, lakin bu zaman mütləq ixtisaslı işçini –referenti işə götürmək tələb olunur.
Təbii üstünlüklər

Ölkə təbii resurslarına və iqlim şəraitinə minnətdar olaraq təbii üstünlüklərə nail ola bilər.


Qazanılmış üstünlüklər

İstehsalatda –texnoloji üstünlüklərə və imkanlara söykənərək müxtəlif və mürəkkəb məhsullar hazırlamaq qabiliyyətidir. Məsələn, Yaponiya poladın iki əsas komponenti olan dəmir və kömürü idxal etməsinə baxmayaraq dünyanın ən iri polad ixracatçısıdır. Bu müvəffəqiyyətin əsas səbəbi onunla bağlıdır ki, Yaponiyanın poladəritmə zavodları yüksək effektli texnoloji proseslər tətbiq edir, əməyə və materiala qənaətlə yanaşır.

Oxşar olaraq ölkələr də ticarətdə o vaxt udur ki, öz resurslarını daha effektiv istehsalatda cəmləyə bilsinlər.

İndi isə gəlin üstünlüklər nəzəriyyəsinin aparıcı xəttini təşkil edən resurslardan effektiv istifadə ilə bağlı vəziyyəti iki ölkənin timsalında nəzərdən keçirək.

Fərz edək ki, iki dövlət (ABŞ və Şri-Lanka) çay və buğda istehsalı üçün eyni miqdarda resurslara (torpaq, kapital, əmək resurslarına) malikdir.

Yaponiyanın dünya iqtisadiyyatında ABŞ-la rəqabət apardığını yəqin ki, eşitmişsiniz. Bəzi cəhətlərdən bu həqiqətən də belədir, məsələn bir çox Amerika və Yaponiya şirkətləri eyni malları istehsal edir. Avtomobil bazarında Ford və Toyota eyni müştərilər üçün rəqabət aparır. Kompüter bazarında isə Compaq ilə Toshiba müştəri qazanmaq üçün bir-biri ilə mübarizə aparır.

Bununla belə, ölkələr arasındakı rəqabət mövzusunda asanlıqla aldanmaq mümkündür. ABŞ ilə Yaponiya arasındakı ticarət, heç də, yalnız bir tərəfin qələbəsi ilə nəticələnən idman yarışına bənzəmir. Əslində, bunun tamamilə əksinədir: İki ölkə arasındakı ticarət onların hər ikisi üçün faydalı ola bilər.

Bunun necə mümkün olduğunu anlamaq üçün, ticarətin sizin ailəyə olan təsirini düşünün. Ailənin hər hansı üzvü iş axtararkən, digər ailələrin iş axtaran üzvləri ilə rəqabət aparır. Hər bir ailə ucuz qiymətə ən keyfiyyetli məhsulları almaq istədiyindən, ailələr həm də bazarlıq edərkən bir-biri ilə rəqabət aparırlar. Deməli, müəyyən mənada, iqtisadiyyatdakı hər ailə bütün digər ailələrlə rəqabətdədir. Bu rəqabətə baxmayaraq, digər ailələrdən təcrid olunmaq ailəniz üçün faydalı olmazdı. Belə etmiş olarsa, ailəniz özünüzə qida yetişdirməli, paltar tikməli, evinizi tikməli olacaq. Aydındır ki, ailəniz başqaları ilə ticarət etməkdən xeyli fayda götürür. Ticarət insanlara kənd təsərrüfatı, dərziçilik, inşaat və s. kimi ən yaxşı bacardığı fəaliyyət sahəsində ixtisaslaşmaq imkanı verir. Başqaları ilə ticarət etməklə insanlar daha aşağı qiymətlərlə daha böyük çeşiddə əmtəə və xidmətləri ala bilirlər.



Ailələr kimi, ölkələr də, bir-biri ilə ticarət etmək imkanından faydalanır. Ticarət nəticəsində ixtisaslaşa bilir, daha geniş əmtəə və xidmət seçiminə nail olurlar. Yaponlar, Fransızlar, Misirlilər və Braziliyalılar dünya iqtisadiyyatında rəqiblərimiz olduqları dərəcədə həm də bizim ortaqlarımızdır.
Yüklə 134,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin