İQLİm plan



Yüklə 86,42 Kb.
səhifə6/6
tarix02.01.2022
ölçüsü86,42 Kb.
#40708
1   2   3   4   5   6
8. İqlim

İqlimin dövri dəyişməsi.

İqlimin dövrü dəyişməsini öyrənməyin böyük əhəmiyyəti vardır. Bu cür iqlim dəyişməsi bizə bitki qalıqları və minerallar vasitəsilə məlum olur. Beləlikə, bu hesab amada 8000 – 10000 ilin heç bir əhəmiyyəti yoxdur, bu müdətdə heç bir iqlim dəyişməsi müşahidə edilmir. Məsələn, 8 min il bundan əvvəl Misrin iqlimi çox quru, Hindistanınkı çox yağışlı olmuş, o vaxtdan qalan yazılara görə, Nil çayı ildə iki dəfə ( yazda və payızda ) daşmışdır. Bu iqlim həmin ölkələrin müasir iqliminin demək olar ki, eynidir. Yakutiyadfa 100 m dərinlikdə donuqluğun temperaturu üzərində aparılan müşahidələr göstərmişdirki son 10 min il ərzində Yakutyanın iqlimi dəyişməmişdir ancaq temperatur şəraitində cüzi dəyişiklik olmuşdur. Əgər hər hansı bir yüz min illik dövrü götürəcək, iqlimin bu müddət ərzində dəyişməsini müşahidə edərik. Məsələn, milyon il bundan əvvəl Şlisberqen və Qrenlandiya adaları sıx subtropik meşələrlə örtülmüş, Mərkəzi Afrikada hazırkı sıx ekvatorial meşələrin yerində qumlu səhralar, Cənubi Afrikada isə qalın buzlaqlar olmuşdur. Həmçinin geoloji dövrlər ərzində bir çox ölkələr gah isti, gah da soyuq iqlimə məruz qalmışdır. İqlimin geoloji eralar boyunca əsaslı dəyişməsinin üç səbəbi ( kosmik, astronomik və geoloji ) vardır. Kosmik səbəb əsasən günəş sabitinin dəyişməsindən və ya günəş sisteminin hər hansı dumanlığa rast gələrək kosmik fəzanın öz şəffaflığını itirməsindən ibarətdir. Astronomik amil əsasən 1) Yer oxunun ekliptika səthinə olan meyil bucağının 40 min ildən bir, 2) Gecə - gündüz bərabərlik vaxtının 21 min ildən bir və 3) Yer orbitinin 92 min ildən bir dəyişməsindən ibarətdir. Geoloji səbəb isə quru və su səthi nisbətinin dəyişməsi və qitələrin coğrafi yerləşməsindən ibarətdir. Alimlərin əksəriyyəti kosmik və astronomik amili ikinci dərəcəli, geoloji amili isə birinci dərəcəli hesab edirlər..Geoloji amil əsasında iqlimin dəyişməsi haqqındakı nəzəriyyəni Keppen və Vegener söyləmişlər. Onlar iqlimin dövri dəyişməsində coğrafi yerləşməsini əsas götürürlər. İzostatsiya nəzəryəsinə görə, yerin nüvəsi yüngül maye və maye halında olan minerallardan təşkil olunmuş, bunun üzərindəki bərk qabıq yerin fırlanması və maqmanın qabarıb çəkilməsi təsiri ilə yerin dəyişə bilir. Vegener belə fərz edirki, bu qanuna əsasən materiklərdə bir – birinə nisbətən yerini dəyişirki buda geoloji dövrlər boyunca iqlimin dəyişməsinə səbəb olur. Vegener və Keppen ayrı – ayrı geoloji dövrlər üçün buzlaşma izlərinə və başlıca faydalı qazıntı yataqlarına əsasən qitələrin xəritəsini düzəltmişlər. Onların fikrincə, daş kömür çıxan yerlərdə o vaxt ekvator keçmiş, duz və gips çıxan yerlər isə səhra olmuşdur. Buzlaq izləri isə qütbün yaxınlığını göstərir. Onların yura və daş kömür dövrləri üçün düzəltdikləri xəritəyə görə Afrika mərkəzdə olmaqla bütün materiklər bir olmuş ekvator kömür çıxan sahələrdən keçmiş və düz deyil, əyri xətt olmuş, qütblər isə yenədə ekvatordan eyni məsafədə olmuş və buzla örtülmüşdür. Yura və daş kömür dövrünün xəritələrini müqayisə etdikdə ekvatorun və tropiklərin getdikcə indikinı yaxınlaşdığını görürük. Lakin Vikener və Keppenin xəritələri heçdə onu göstərmirki zaman keçdikcə yerin ekliptika oxu dəyi.şir. Əksinə bu xəritələr onu göstərirki maqama üzərində üzən bərk qabıq ancaq coğrafi enliyini dəyişmiş, astronomiq amillər isə, bəzi tərəddüdlər nəzərə alınmassa sabit qalmışdır. Beləliklə, Vegener və Keppen nəzəriyyəsi iqlimin tarixi dəyişməsi düzgün izah etmir. Lakin yerin bərk qabığının üzərək coğrafi enliyi dəyişməsi bu qədər tez ola bilməzdiki, IV dövrdə bir – birini bu qədər tez – tez əvəz edən buzlaqlar baş versin. Yəqinki Milankoviçin göstərdiyi kimi, Vegener - Keppen sistemindən başqa, iqlimin dəyişməsinə astranomiq səbəblərdən radiasiya rejiminin dəyişməsi və böyük təsir göstərir. Milankoviç son 600 min il üçün radiasiyanın dəyişməsini hesablamış və minimum radiasiyanın buzlaq dövrünə təsadüf etdiyini müəyyən etmişdir. İqlimin dəyişməsində quruya nisbətidə böyük rol oynayır. Hazırda qurunun suya nisbəti təxminən 2 : 5-dir. Əgər qurunun bir hissəsi çökərsə, okenlar materiklərin düzənlik hissəsinə dolar. Temperatur rejimi onunla əlaqədar olaraq sirkuliyasiya və iqlimdə dəyişir. Ola bilsin ki, keçmiş geoloji dövrlərdə də iqlim bu səbəbdən dəyişilmişdir. Bütün bu nəzəriyyələrə əsasən belə nəticəyə gəlmək olar ki, iqlim ümumiyyətlə çox yavaş dəyişir və bu dəyişmə coğrafi yerləşməsi, yerin şüalanma şəraitinin dəyişməsi və suyun quruya nisbəti əsas amillərin birgə təsiri ilə əmələ gəlmişdir. Bu amillər keçmiş geoloji dövrlərdə baş verdiyi kimi, gələcəkdə də baş verə bilər. Ona görədə yerdəki həyatın sonrakı geoloji dövrlərdə əlverişli dərəcədə dəyişəcəyini gözləmək olar.

İqlimin tərəddüd etməsi.



İqlimin müəyyən edərkən onun coğrafi şəraitdə yaranmış atmosfer proseslərinin çox illər ərzindəki ardıcıllığı və ildən-ilə radiasiya balansının saxlanması kimi yox, eyni zamanda ayrı-ayrı illərdə onda baş verən xüsusiyyəti nəzərə almaq lazımdır. Həm də səhv olaraq iqlim çoxillik metroloji proseslərin orta və ya normal həddi kimi götürmək olmaz, çünki normal və ya orta hədd özü də dəyişilir. Məs. Moskvada 100 il ərzində orta yanvar temperaturu 11,10 olmuşdur. Son 40 ildə isə heç bir ilin orta yanvar temperaturu bu rəqəmə uyğun gəlməmişdir. Çox vaxt bu dəyişmə 5 – 70 ə çatır. İqlim əslində dəyişməz amil olmayıb müəyyən müddətlərdə dəyişir. İqlim əmələ gəlməsi hər il ardıcıl davam edir və hər bir yeni - yeni qatlaşma əmələ gətirir ki, bununlada çox illik rejim əmələ gəlir. Bu çox illik rejim hədsiz arta bilməz, çünki vaxt getdikcə müəyyən coğrafi rayonun iqlimi əsaslə sürətdə dəyişir. Beləliklə, hər dövrün özünün çox illik dövrü var buda geddikcə dəyişir. Bunula əlaqədar olaraq çox illik iqlim dövrünün maksimal və minimal uzunluğu meydana çıxır. Çoxillik dövrün maksimal uzunluğu iqlimin əsrlər boyu dəyişməsi ilə, minimal uzunluğu isə hər ilki metreoloji rejimin çox illikdən tərəddüd etməsi ilə hesablanır. İqlimin dəyişməsi o qədər yavaş olurki hətta 100 illərlə mövcud olan istansiya belə bunu duya bilməz. Hazırda Arktikanın isinməsini iqlimin tərəddüdü hesab etmək lazımdır, bu əks istiqmətdədə dəyişə bilər. Əks dəyişmənin böyüklüyü və intensivliyi hələ məlum deyildir. Metroloji ünsürlərin illik tərəddüdü o qədər mürəkkəbdirki bunların heç birini çox illik ünsür kimi qəbul etmək olmaz. 1937-ci ildə Varşavada çağırılan beynəlxalq və meteoroloji konqres 1901 – 1930 cu illər arasındakı iqlim dövrünün çoxillik iqlim dövrü kimi götürməyi kimi təklif etmişdir. Beləliklə, iqlimin dəyişməsi 2 hissəyə : 1) hər il meteoroloji rejimin orta çoxillik rejimində tərəddüd etməsinə və 2 )geoloji dövrlər boyunca iqlimin əsasının dəyişməsinə bölünür.

İqlimin illik tərədüdü əsasən sirkuliyasiya rejiminin il ərzində dəyişməsindən aslıdır. Orta illikdən olan bu tərəddüd anomallıq adlanır və bu bəzən bir ay bəzən isə eyni rayonda baş verməklə çox sahə tutur. Sirkuliyasiyanın anomanlığı hər şeydən əvvəl temperatur yağmurların paylanmasına təsir göstərir və anomalını əmələ gətirir. XX əsrin əvvələrində Bruknerin 35 illik dövrü daha düzgün sayılırdı. Lakin sonrakı hesablamalar göstərdiki bu dövr orta hesabla 35 ilə yaxındır. Əslində isə bir neçə on illərlə davam edə bilər, onagörədə Brukner dövrünün təcrübi əhəmiyyəti yoxdur. Bruknerin rolu ancaq o olmuşdurki, o iqlimin tərəddüd etdiyini lakin qısa vaxt ərzində dəyişmədiyini müəyyən etmişdir. Sirkuliyasiyon rejimin dəyişməsi bizə daha az məlumdur. Tam düzgün olmayan məlumata görə, sirkuliyasiyanın dəyişməsi 7-14 ildən bir günəş üzərindəki ləkələrin artması ilə izah olunur. Lakin buda çox vaxt düzgün nəticə vermir. Beləliklə iqlimin tərəddüdü ancaq yaxın keçmiş üçün müəyyən edilmiş, yaxın gələcək üşün isə bunu müəyyən etmək hələ mümükün olmamışdır. Ona görə də iqlimin tərəddüdünün təcrübi əhəmiyyəti yoxdur.
Yüklə 86,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin