İQLİm plan


İqlim əmələgətirən əsas amillər



Yüklə 86,42 Kb.
səhifə2/6
tarix02.01.2022
ölçüsü86,42 Kb.
#40708
1   2   3   4   5   6
8. İqlim

1. İqlim əmələgətirən əsas amillər

İqlim əmələ gətirən üç əsas atmosfer prosesləri mövcuddur. Bunlar istilik dövranı, rütubət dövranı və atmosfer sirkulyasiyasıdır. Biz bunlar haqqında ətraflı danışmışıq. Belə ki,günəş radiasiyası, temperatur,yağıntılar,onların yer üzərində paylanması, yüksəkliyə doğru dəyişməsi və s, həmçinin atmosfer sirkulyasiyasını ətraflı dəyişirik.

Bu üç iqlimyaradıcı proseslər qarşılıqlı əlaqədardır. Belə ki, səth örtüyünün,deməli həm də atmosferin termik rejiminə buludluğun təsiri böyükdür. Çünki, buludlar günəş radiasiyanın qarşısını alır. Buludların yaranması rütubət zonasının bir elementidir. Lakin o,öz növbəsində səth örtüyünün və atmosferin istilik şəraitindən,bu ikisi isə istiliyin adveksiyası, yəni atmosferin ümumi dövranından asılıdır. Atmosfer dövranı həmçinin su buxarının və buludların aparılmasına,deməli rütubət dövranına böyük təsir göstərir.

İqlimin hər bir ünsürünü rejimi üçün üç iqlim yaradıcı alimin birgə təsirinin əhəmiyyəti olduqca böyükdür. Məs. Yer kürəsində yağıntıların paylanması rütubət dövranının nəticəsidir; belə ki, yağıntıların yağması bununla əlaqədardır. Lakin yağıntı rejiminə səth örtüyü və atmosferin istilik şəraitinin təsiri böyükdür. Bu istilik rejimi istilik dövranı nəticəsində yaranır.

Havanın rütubət tutumuna və istilik şəraitinə istiliyin və rütubətin adveksiyasına təsiri böyükdür. Havanın yuxarıya qalxması,buludların yaranması və yağıntı yağması üçün lazım olan rütubət, əsasən atmosfer sirkulyasiyası prosesində yaranır. Deməli atmosferin ümumi sirkulyasiyası əsas iqlim yaradıcı prosesdir. Göründüyü kimi iqlimin yaranmasında rütubət dövranı, istilik dövranı və atmosferin ümumi sirkulyasiyası başlıca rol oynayırlar.

İqlimin coğrafi amilləri.

Coğrafi şərait hər üç əsas iqlim yaradıcı amillərə təsir edir. İqlimin əsas coğrafi amilləri aşağıdakılardır.

Dəniz səviyyəsindən yüksəklik, Yer kürəsində quru və suyun paylanması, quru səthinin oroqrafiyası, okean cərəyanları,bitki,qar və buz örtükləri, coğrafi en dairəsi.

Coğrafi en dairəsi. İqlimin ən başlıca amillərindən biri coğrafi en dairəsidir. İqlim ünsürlərinin paylanmasındakı zonallıq en dairəsindən çox asılıdır. Günəş radiasiyası atmosferin yuxarı sərhəddinə coğrafi en dairəsindən asılı olaraq gəlib çatır. Günəş radiasiyasının paylanması yer səthində daha mürəkkəbdir. Çünki, o, buludluqdan,səthin albedosundan,atmosferin şəffaflıq dərəcəsindən asılıdır. Lakin onun da paylanmasında müəyyən zonallıq nəzərə çarpır. Havanın temperaturunun paylanmasının əsasını da zonallıq təşkil edir. Əlbəttə bu paylanma təkcə udulan asılı olmayıb, həm də sirkulyasiyası şəraiti ilə əlaqədardır.

Atmosfer sirkulyasiyasının özündə də müəyyən zonallıq mövcuddur. Təkcə onu qeyd etmək kifayəttdir ki, atmosferin ümumi sirkulyasiyasının kinematik amili olan Koriois qüvvəsi coğrafi en dairəsindən asılıdır.

Temperaturun paylanmasındakı zonallıq,iqlimin əsas ünsürlərinin paylanmasında zonallığa səbəb olur.

Dəniz səviyyəsindən yüksəklik. Dəniz səviyyəsindən yüksəklik iqlimin coğrafi amillərindən biridir. Yüksəklik boyu atmosferin təzyiqi azalır,Günəş radiasiyasının temperatura aşağı düşmə,temperaturunun azalır, rütubət aşağı düşür,küləyin sürəti və istiqaməti mürəkkəb şəkildə dəyişir. Belə dəyişikliklərə sərbəst atmosferdə baş verir. Təxminən belə dəyişikliklər dağlarda da müşahidə edilir. Dağlarda yüksəklik boyu yağıntılar əvvəlcə və artır, müəyyən yüksəklikdən başlayaraq azalır. Nəticəaə dağlarda şaquli iqlim zonallığı meydana çıxır.

Beləliklə eyni bir dağlıq rayonda iqlim şəraiti yüksəklikdən asılı olaraq kəskin fərqlənə bilər. Hələ də yüksəklik boyu ünsürlərin dəyişməsi,en dairəsi üzrə olan dəyişikliklərdən daha qüvvətli olur.



Şaquli iqlim zonallığı. Şaquli zonallığın mahiyyəti ondan ibarətdir ki,dağlarda meteoroloji ünsürlərin yüksəklik boyu dəyişməsi,bütün iqlim şəraitləri komplüksinin çox tez dəyişməsinə gətirib çıxarır. Nəticədə bir-birinin üzərində yerləşən iqlimzonaları (qurşaqları) əmələ gəlir ki, onların özündədə uyğun bitki örtüyü dəyişmələri mövcud olur. Belə yüksəklik iqlim zonallığı, en dairələri istiqamətində iqlim zonalarının biri-birini əvəz etməsini xatırladır. Fərq bircə burasındadır ki, belə dəyişilmələrin üfiqi istiqamətdə baş verməsi üçün min kilometrlər lazım olduğu halda,dağlarda yüksəkliyin bir neçə kilometr dəyişməsi kifayətdir. Dağlarda bitki örtüyü aşağıdakı kimi dəyişir. Əvvəlcə yarpaqlı meşələr gəlir: həm də quru iqlimdə onlar bilavasitə dağ ətəyindən başlayıb,müəyyən yüksəklikdən başlayaraq. Bu elə bir yüksəklikdir ki, orada rütubətin miqdarı ağac bitkilərinin inkişafına imkan verir. Bundan yuxarıda iynəyarpaqlı meşələr, kolluqlar,alp çəmənlikləri,daha yuxarıda yəni qar səmitindən yuxarıda daimi qar və buzlar zonası yerləçir.

Ekvatorda meşələrin yuxarı sərhəddi 3800m yuksəklikdə,subtropiklərin quraq rayonlarında isə 4500m-dən yuxarıda yerləşir. Mülayim qurşaqdan qütblərə getdikcə meşələrin yuxarı sərhəddi aşağı düşür. Bu onunla əlaqədardır ki,meşələrin yuxarı sərhəddi orta iyul temperaturunun + 10+120izotermi ilə məhdudlaşır. Tundurada meşə ümumiyyətlə olmur.

Quru və dənizlərin paylanması. İqlim tiplərinin dəniz və kontinental iqlimlərə aparılması quru və dənizlərin paylanması ilə əlaqədardır.

Temperaturun,yağıntıların və digər iqlim ünsürlərinin yer kürəsində paylanmasını öyrənərkən biz gördük ki, bu ünsürlərin paylanmasında zonallıq,quru və dənizlərin qeyri bərabər paylanmasının təsiri altında çox zaman pozulmuş olur. Okean səthinin üstün olduğu və qurunun daha simmetrik paylandığı cənub yarımkürəsində temperatur,təzyiq və küləyin paylanmasında zonallıq şimal yarımkürəsinə nisbətən daha aydın nəzərə çarpır.

Atmosferin təsir mərkəzləri quru və dənizlərin paylanması ilə əlaqədardır. Subtropik yüksək təzyiq sahələri (zonaları) yayda materiklər üzərin də paylanırlar: mülayin en dairələrindəmateriklər üzərində qışda təzyiqin yüksək,yayda isə alçaq olması aydın nəzərə çarpır.

Bu atmosfer sirkulyasiyası sistemini,demli iqlim şəraitlərinin yer üzərində paylanmasını mürəkkəbləşdirmə.

Oroqrafiya. İqlimə oroqrafiyanın təsiri böyükdür. Dağlarda iqlim şəraitinə təkcə ərazinin dəniz səviyyəsindən yüksəkliyi deyil,həm də dağ silsilələrinin hündürlüyü və istiqamətini,yamacların cəhətlərə və hakim küləklərə nisbətən səmti,dərələrin eni və yarmacaların sərtliyi və s. əhəmiyyətli təsir göstərir. Hava axınları silsilələr tərəffindən qarşısı alınır və meyl etdirilir. Silsilələr arasındakı dar keçidlərə küləyin sürəti artır və istiqaməti dəyişir.Dağlarda yerli dağ-dərə,buzlaq küləkləri yaranır. Relyef formaları termik rejimə əhəmiyyətli təsir göstərir. Hava axınları,dağları açıb keçərkən,küləkləri yamaclarda buludluluq və

yağıntılar artır. Külək tutmayan yamacları əksinə, fiyonlar yaranır,rütubət və buludluluq azalır. Bu göstərilən hadisələr iqlimin çoxillik rejimində də öz əksini tapır.




Yüklə 86,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin