İQLİm plan



Yüklə 86,42 Kb.
səhifə5/6
tarix02.01.2022
ölçüsü86,42 Kb.
#40708
1   2   3   4   5   6
8. İqlim

2. İQLIM TƏSNIFATI

İqlimin rayonlaşdırma prinsipi

İqlimin təsnifatında müxtəlif amillər müxtəlif üsullara əsaslanırlar. MDB iqliminin təsnifatını bəziləri bitki örtüyünə əsasən, bəziləri çay şəbəkəsinə, bəziləri bir və ya bir neçə əsas iqlim ünsürünə, bəziləri iqlimin əmələ gəlməsinə görə və s. aparırlar. MDB iqliminin təsnifatında Fiqurovski, L.S.Berq və B.P.Alisov, iqlim rayonlaşdırılmasında isə P.İ.Brounov, A.A.Kaminski, A.V.Voznesenski və L.S.Berq böyük rol oynamışlar.

1.Brounov yüksək təzyiq oxundan şimala və rütubəti əsas götürür, onların sərhəddini və səviyyəsini verir.

2.A.A.Kaminski rayonlaşdırmada hərarət və rütubəti əsas götürür və iqlimin bitki örtüyünə təsirini nəzərə alır.

3.A.V.Voznesenski MDB – nin iqlim xəritəsində əvvəlkilərdən fərqli olaraq bütün ölkəni rayonlaşdırır.Onun təsnifatı Keppenin təsnifatı əsasında qurulmuşdur. A.V.Voznesenski öz xəritəsində

1) qütb iqlim : orta temperatur həmişə 00 – dən olan daimi şaxtalar sahəsi EF orta aylıq temperatur 100 – dən az olan Tundra FT, sonra isə

2 – böyük sahəni tutan bareal iqlim D götürür ki, bu da 4 yarım tipə bölünür : Dd - ən soyuq ayın orta temperaturun -380 – dən az DS -380 – dən çox, Dv - ən isti ayı 220 – dən aşağı, Da - ən isti ayının orta temperaturu 220 – dən çox, bundan Başqa çöllər BS, səhralar BW ilə göstərilir və bunlarda özlüyündə yarım tiplərə ayrılı. Bu yarım tiplərdə hərarət və yaömurlar əsas götürülür. Beləliklə, Voznesenskinin xəritəsində qütb iqlim E, Şimal buzlu okean sahillərinin və yüksək dağları əhatə edib və ümumi sahənin 6% - ni, bareal iqlim bu sahənin 88% -n, cənubda, orta Asiyada və Xəzər sahilində yayılmış olan mülayim isti iqlim isə ümumi sahənin 6% -ni əhatə edir.

4. B.P.Alisov iqlim təsnifatını onun mənşəyinə əsasən verir. Burada siklon və antisiklonlar nəzərdə tutulur Lakin iqlimin bu cür təsnifatı ancaq sxematik təsnifat olub təcrübədə çox az əhəmiyyətə malikdir.

5. L.S.Berq coğrafi zonalar əsasında iqlimin təsnifatını verir. Berq 8 iqlim növü göstərir: 1) tundra, 2) tayq, soyuq qışla mülayim qurşağın meşələri ; 3) isti qışlı mülayim qurşağın meşələri, 4) mülayim qurşağın musson tipi, 5) çöllər, 6) soyuq qışlı qeyri – tropik səhralar, 7) Aralıq dənizi tipi, 8) subtropik meşələr ; bundan başqa yüksəkliklərin iqlimidə ayrınca izah olunur. Berq iqlimlə coğrafi mühitin təsvirini ətraflə verir.

A.A. Borisov Berqin fiziki – coğrafi landşaft sahələri üzrə apardığı iqlim təsnifatını və ayrı – ayrı kiçik sahələrin iqlimini nəzərə alaraq 2 iqlim sahəsi və 19 yarım sahə götürür. Borisov xüsusilə dəniz və dağların iqlimini düzgün təsnif edir.

A. D ü z ə n l i k l ə r i n i l i m i

1. Dənizlərin iqlimi

1. Şimal dənizlərinin iqlimi 2. Şərq dənizlərinin iqlimi 3. Cənub dənizlərinin və göllərin iqlimi.

II. Quruların iqlimi.

4. Tundra 5. Mülayim qurşağın meşələri a) tayqa b)qarışıq və enliyarpaq meşələr. 6. Meşəli çöl 7.Çöllər 8. Yarım səhralar 9. Səhralar.

B. Yü k s ə k l i k l ə r i n i q l i m i

1.Xibin, 2.Ural, 3.Uzaq Şərq, 4. Zabaykale, 5. Altay və sayan 6. Orta Asiya 7.Qafqaz 8. Krım 9. Prikarpatiya və Zakarpatiya.

Yer kürəsində iqlimin coğrafi enlikdən asılı olaraq qanunauyğun dəyişməsini tədqiq edən alimlər burada istilik və rütubətin temperaturdan asılı olaraq müxtəlif iqlim qurşaqları ayırmışlar. Hal-hazırda bir çox alimlər tərəfindən 7-si əsas, 6-sı keçid olmaqla 13 iqlim qurşağının ayrılması qəbul olunmuşdur. bu təsnifatın kökündə məhsun rus alimi Alisovun hazırladığı prinsiplər olunur.

Bu təsnifatda aşağıdakı iqlim qurşaqları ayrılır.


  1. Ekvatorial qurşaq: Alçaq təzyiq qurşağı, qalxan hava kütlələri, il boyu bol yağıntıların bərabər paylanması (2000-3000mm), sutkalıq və illik temperatur amplitudalarının kiçik olması fəsillərin aydın seçilməməsi, orta illik temperaturun (26-28°) olması ekvatorla 10-15° şm və cən enliklərini əhatə edir.

  2. Subekvatorial qurşaq. Keçid qurşaqdır. İsti dövrdə ekvatorial hava kütlələri hakim olduğundan hava isti və bol yağıntılı. ilin II yarımda isə tropik hava kütlələri hakim olduğundan isti və quru hava kütlələri hakim olur.

Əsas 2 tipə bölünür: rütubətli və quraq

  1. Tropik qurşaq. Tropik hava kütlələrinin hakim olduğu yüksək təzyiq və enən hava kütləsi qurşaqdır. İl boyu aydın buludsuz hava hökm sürür. Yağıntının miqdarı 100mm – dən aşağı olur.

Fəsillər aydın seçilmir. Tərkibində tropik səhra, tropik musson. tropik dəniz tipii ayrılır.

  1. Subtropik iqlim qurşağı. İlin isti dövründə tropik hava kütlələri hakim olduğundan ya çox isti və quraq olur, soyuq dövrdə isə mülayim hava kütlələri daxil olduğundan temperatur xeyli aşağı düşür, buludluluq və yağıntının miqdarı xeyli artır ilin bütün fəsilləri aydın seçilir. Tərkibində subtropik dəniz, mülayim kontinental, dəniz və musson iqlim tipləri ayrılır.

  2. Mülayim qurşaq. Mülayim hava kütlələri hakimdir. Alçaq təzyiq qurşağı və qalxan hava kütlələri hakimdir. Yay əsasən sərin və rütübətli olur, qış isə mülayim rütübətli olur ilin bütün fəsilləri aydın seçilir. Yağıntıların miqdarı və havanın temperaturu ekvatora nisbətən aşağıdır. Tərkibində mülaim dəniz, mülayim kontinental, kəskin kontinental və musson tipləri ayrılır əsasən 50-60° -lik şimal və cənub enlikləri əhatə edir.

  3. Subarktik və subantarktik iqlim qurşaqları – çox qısa 2-3 ay dövründə mülayim hava kütlələri hakim olan yay sərin (10-12°) bol yağıntılı olur. Uzun sürən qış dövründə isə 9-10 ay arktik və antarktik hava kütlələri. Lakin olduğun olan qış çox utun, sərt soyuq və quru olur. Yağıntıların miqdarı 200-300mm-dən artıq olmur ilin 2 fəsli seçilir.

  4. Arktik, antarktik iqlim qurşaqları. arktik antarktik hava kütlələri. yüksək təzyiq və enən hava kütlələri hakimdir. Hava daim buludsuz və çox soyuq olur ilin fəsilləri aydın seçilmir. Daimi donuşluq zonalarıdır.

Hər hansı bir ərazinin iqlim xüsusiyyətlərinin dəyişməsi relyefdən asılıdır. Dağın ətəyindən zirvəsinə doğru dağıntının miqdarı orta dağlara artır, yüksəklikliyə doğru azalır. Bu istiqamətdə isə havanın temperaturu qanunauyğun olaraq aşağı ölüsür. Hər bir bu qanunun pozulması isə iqlim inversiyasını yaradır.

Ölkəmizin iqlim haqqında ilk məlumatı bizə eramızdan əvvəl VI əsrdə Skifiyaya (cənubi Avropaya ) gəlmiş Heradot verir. O, burada qışın 8 ay davam etdiyini və Kerç boğazının donduğunu yazır. Sonra o, Koxidaya gəıərək oranın iqlimini təsvir edir.

Eramızın I əsrində Strabon ölkəmizin iqlimi haqqında, qütb dairəsi və onun keçilməzliyi haqqında yazır. O, öz kitabında Qafqazın iqlimini təsvir edərək Kür-Araz ovalığını ən məhsuldar sahə adlandırır.

X əsrdən kilsə kitablarında yağışlı və quraq illəri, çayların daşması və s. göstəeilməyə başlanır. Lakin bu müşahidələrin hamısı ya təxmini materiallardan və yaxud da təsadüfü yazılardan ibarət idi.

Termometr və barometr ixtira olunduqdan ( XVII əsr) sonra XVII əsrdə ilk cihazlarla müşahidə başlandı. 1781-92 illərdə Romadakı Platin meteoroloji cəmiyyəti. Rusiyada ilk stansiyaları təşkil edir.

Rusiyada iqlimşünaslığın inkişafı burada yaranan ilk fiziki rəsədxananın ( 1849) açılması ilə başlandı. 1857-ci ildə akad. Veselovski bütün materiallrara əsaslanaraq ilk dəfə “Rusiyanın iqlimi haqqında“ kitabını yazır. 1884-cü ildə Voeykovun “Yer kürəsinin iqlimi kitabında artıq 35-40 illik materiala yekun vuruldu. 1900-cu ildə Rəsədxana “İqlim atlası buraxdı. Sonra isə iqlimşünaslığa aid bir neçə kitab nəşr olundu. İnqilabdan sonra MDB-nin iqlimi və iqlim ünsürləri daha ətraflı öyrınilməyə başlandı. MDB-nin iqlimini düzgün öyrənmək üçüçn hazırda

1) ayrı-ayrı təbii iqlim sahələrini və onların sərhədlərini öyrənmək və iqlim ünsürləri ilə ətraflı tanış olmaq.

2 ) rayonlaşdırma ilə paralel olaraq MDB iqlimini təsnif etmək və 3 ) iqlimin dəyişməsini düzgün və ətraflı öyrənmək sahəsində iş aparılır.

MDB iqliminin müxtəlifliyinə, onun sahəsinin böyük olması, relyefinin müxtəlifliyi, üç tərəfdən böyük okeanlarla əhatə olunması və atmosferin ümumi sirkulyasiyası böyük təsir göstərir. Ümumiyyətlə kötürdükdə MDB Avropa hissəsinin iqlimi mülayim kontinental, Asiya hissəsinin iqlimi isə kəskin kontinental, Asiya hissəsinin iqlimi isə kəskin kontinentaldır. Bütün iqlim ünsürləri en dairəsindən asılı olaraq dəyişdiyi kimi, en dairələri böyunca iqlim növləri də dəyişir. İqlimin, eləcə də təbiətin bu zonallığı haqqında L.S BERQ daha düzgün fikir yürütmüşdür. MDB iqliminə ən çox atlant okeanı təsir göstərir. Belə ki MDB-nin qərb sərəhddindən şərqə uzaqlaşdıqca iqlim olduqca çox soyuyur. Məs. Çkalov Arxangelskdən, Həştərxan isə Vıborqdan soyuq olur. Sibirin soyuq qışı okean təsirinin olmamısı ilə izah olunur. Şimal buzlu okeanından gələn dəniz havasında mütləq rütubət az olduğu üçün iqlimi mülayimləşdirmir. Cənuba irəlilədikcə bu hava nisbətən qızır, doyma dərəcəsindən uzaqlaşır. Və kəskin kontinental iqlim yaranmasına səbəb olur. Yay yağmurları da (həmçinin orta illik yağıntı ) qərbdən şərqə doğru artır, çünki bu vaxt okeanın təsiri zəifləyir və yerli buxarlanma artır. MDB-nin Avropa hissəsində yüsək dağlar olmadığı üçüçn soyuq hava cənuba, isti hava isə uzaq şimala qədər gedib çata bilir. Nəticədə hər yerdə yayda 300-yə qədər istilik, qışda 30o-yə qədər şaxta müşahidə olunur. Qazaxstanda qışda şərq hissə qərbə nisbətən isti olur. Qapalı Verxoyansk çökməsi soyuq hesab olunur. Ümumiyyətlə, MDB-nin bütün qərb vilayətləri rütubətli qərb küçələrinin təsiri altındadır. Sentyabrda isə Avropa hissəsinin mərkəzi və cənubu aydın payız küləkləri əmələ gətirən yüksək təzyiq oxunun təsiri altında qalır. Yayda küləklərin dəyişməsi ilə əlaqədar olaraq bu hissədə dəniz sahillərində hərarət qüvvətli dəyişir. Bundan başqa şimal dənizlərindən gələn hava kütlələrinin də böyük təsiri vardır.

MDB ərazisinin hər yerində siklon və antisiklonlar təkrar olunur və kontinental bareal hava kütlələri keçir. Şimal- şərqdə ən çox dəniz havası müşahidə olunur. Burada DAH- Sibirə nisbətən üç dəfə çox müşahidə olunur. Bu sahə island minimumu və Atlant okeanı təsiri altındadır.

Çimal- şərq sahəaində ən çox KAH, ən az isə DAH müşahidə olunur. Arktik hava (AH) burada KBH-yə nisbətən az müşahidə olunur. Burada bareal ( KBH) hava şimal qərbdə 7 % çox müşahidə olunur. Bundan sonra 18% təşkil edən DBH başlanır. Burada siklon və antisiklonlar çox müşahidə olunur (22-28%).

Cənub sahəsindən KBH 54%, DBH 12% DTH 13% müşahidə olunur. Burada mərkəzi sahəyə nisbətən kontinentallıq xeyli azalır və Qara dəniz siklonları çox müşahidə olunur. Cənub Şərqi Sibir sahəsi ən çox qışda antisiklon nəticəsində gələn KBH, AH ilə səciyyələnir. BU iqlimin ən səciyyəvi cəhəti şaxtalı dumanlar və daimi buzlaşmadır. Uzaq şərq sahəsi qışda KAH, yayda isə BH ilə səciyyələnir. İlin çox vaxtı antisiklon təsiri altında qalır. Mussonlardan asılı olaraq yayı yağmurlu, qışı isə əksinə, çox quru keçir.

Qazaxıstan sahəsi KBH, KTH və azacıq KAH hava kütlələri ilə səciyyələnir. Yayı çox isti, qışı şaxtalı keçir. Yayda antisiklon zonasında qalın toz müşahidə olunur.

MDB iqliminə siklon və antisiklonların da böyük təsiri vardır. Siklon vaxtında hərarət nisbətən yüksək olur və yaömurlar artır. Bundan başqa MDB ərazisində cəbhələr və müxtəlif hava kütlələrinin qarşılaşması da çox olur ki, bu da qüvvətli tağmur verir. Qitə daxilində isə antisiklonlar müşahidə olunur. MDB-də Termez, Qaqra, Verxoyansk, Batumi, Xoroq, Ac çöl öz iqlimi ünsürlərinə görə yür kürəsində Antarktika, Ölüm dərəsi, Marşal adaları, Yeni Qvineya, Çerropuca, Kamerun və s. nöqtələrə uyğun gəlir. Verxoyansk öz amplitudunun böyüklüyünə görə dünyada yeganə nöqtə sayılır.




Yüklə 86,42 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin