Immun Patoloji Proseslər İmmun sistemiNİn patologiyasi


AUTOALLERGİYA VƏ AUTOALLERGİK XƏSTƏLİKLƏR



Yüklə 208 Kb.
səhifə24/25
tarix02.01.2022
ölçüsü208 Kb.
#2028
1   ...   17   18   19   20   21   22   23   24   25
AUTOALLERGİYA VƏ AUTOALLERGİK XƏSTƏLİKLƏR.Orqanizmin özünəməxsus zülalları normal halda immunokompe-tent hüceyrələrin reaksiyasma səbəb olmur. Bu, orqanizmin öz zülal-larma qarşı anadangəlmə immunoloji tolerantlığı ilə (bax: §106) əla-qədardır. Orqanizmin immun sistemində onun öz zülallarına qarşı ca-vab reaksiyalarının yaranmaması xüsusi T-limfosit-supressorların fəaliyyəti ilə izah edilir. T-supressorlarm fəallyyəti pozulduqda limfo-sitlər autoallergenlərin təsiri ilə asanlıqla serısibilizasiyaya uğrayır.

Yuxanda göstərildiyi kimi, autoallergik proseslərin inkişafma sə-bəb olan allergenlər (autoallergenlər) təbii və qazanılma olmaqla qrupa bölünür (bax: §100). Təbii autoallergenlər qrupuna orqaniz-min bəzi toxumalarının dəyişikliyə uğramamış zülalları aiddir (qalxa-nabənzər vəzinin kolloid follikullarının, sinir liflərində olan mielin qi-şasının, göz büllurunun və b. toxurnalarm zülalları). Adi halda onlar orqanlzmdə immun sistemin hüceyrələrindən təcrid olunmuş vəziy-yətdə yerləşirlər. Buna görə, orqanizmdə həmin zülallara qarşı immu-noloji tolerantlıq yaranmır. Bu zülallar yalnız yerləşdikləri toxumala-rm zədələnməsi sayəsində immunokompetent hüceyrələrlə təmasda olurlar. Belə hallarda orqanizmdə həmin zülalların əleyhinə təsir gös-tərən autoanticisimciklər sintez edilir. Adətən təbii autoallergenlərin antigen xassəsi zəif olur; onlarm törətdiyi allergik reaksiyalar zəif sü-rətlə keçir, lakin kifayət qədər spesifık olur.

Qazanılmış autoallergenlərin də 2 qrupu vardır: 1) qeyri-infeksion və 2) infeksion mənşəli autoallergenlər. Orqanizmin toxumaları fiziki (isti, soyııq) və kimyəvi amillərin təsiri ilə zədələndikdə onlarda qeyri-384 infeksion autoallergenlər əmələ gələ bilər. Bundan əlavə, hipoksiya ilə əlaqədar olan toxuma zədələnmələri də qeyri-infeksion autoallergen-lərin əmələ gəlməsinə səbəb olur (məsələn, ürək əzələsinin qan dövra-nı pozulduqda miokard zülallarınm strukturunun dəyişməsi). Qeyri-infeksion mənşəli autoallergenlərin əsas növlərindən biri də toxuma zülallarınm sadə kimyəvi maddələrlə və dərman preparatları üə kom-pleks birləşmələridir. Göstərilən amillərin təsiri ilə dəyişikhyə uğra-yan zülallar autoallergen xassəsi əldə edir. Bu allergenlərin təsiri ilə yaranan autoanticisimciklər çox vaxt orqanotrop xassəli olur. Yəni onlar yalmz autoallergenlərin mənbəyi olan orqanlara zədələyici təsir göstərirlər.

İnfeksion mənşəli autoallergenlərin bir hissəsi mikroorqanizmlərin və onlarm toksinlərinin toxuma zülalları ilə kompleks birləşmələrin-dən ibarətdir (kompleks autoallergenlər). Onlarm immunokompetent hüceyrələrə təsiri sayəsində əmələ gəİən anticisimciklər həm zülal-mikrob və ya zülal-toksin kompleksləri ilə, həm də bu komplekslərin tərkibinə daxil olan zülallarla və mikrobİarla ayrıhqda reaksiyaya gi-rə bilir. İnfeksion mənşəli autoallergeniərin ikinci qrupu aralıq au-toallergenlər adlanır. Oniar da mikrob və ya viruslarm toxumalara zədələyici təsiri nəticəsində əmələ gəlirlər. Lakin onlar antigenlik xas-sələrinə görə, həm toxuma zülallarmdan, həm də mikrob və viruslar-dan fərqlənirlər. Bu antigenlərin əleyhinə yaranan anticisimciklər ay-ıılıqda nə hüceyrələrlə, nə də viruslarla reaksiya verir.

Autoanticisimciklər autoaliergik proseslərin mexanizmində müxtə-lif yollarla iştirk edirlər. A.D.Ado (1960) autoanticisimcikləri təsir mexanizmlərinə görə, 3 qrupa bölmüşdür: 1) aqressiv və ya zədələyici autoanticisimciklər - bunlar müvafiq toxumalara sitotoksik təsir gös-tərirlər; bu anticisimciklər komplementlə biriəşmək xassəslnə rnalik olur və komplementin birləşmə reaksiyası vasitəsilə təyin edilirlər; 2) autoanticisimcik-«şahidlər» - bu anticisimciklərin qanda tapılması bu və ya digər toxumanm zədələnməsinə dəlalət edir, lakin onlar or-qanizmə patogenetik təsir göstərmir, komplementlə birləşmir və pre-sipitasiya reaksiyalarma girmirlər; 3) mühafizəedici autoanticisimcik-lər - immunitet reaksiyalarmda iştirak edən autoanticisimciklərdir.

Bəzi allergik mənşəli olmayan xəstəliklər də orqanizmdə autoal-lergenlərin yaranması ilə müşayiət olunur. Onlar xəstəliklərin müəy-yən inkişaf mərhələsində əmələ gəlir və xəstəliyin gedişini ağııiaşdırır-lar. Məsələn, miokard infarktı xəstəliyinə tutulmuş insamn orqaniz-mində ürək əzələsinin nekrozlaşmış sahələrindən qana keçən zülallar əleyhinə autoanticisimciklər yaranır. Onlar ürək əzələsinin sağlam hissələrinin də zədələnməsinə səbəb olurlar. Bu yolla meydana çıxan dəyişikliklərə autoallergik sindromlar deyilir. İnfeksion hepatit, qara-ciyərin kəskin distrofiyası, yanıqlar, şüa xəstəliyi və bir sıra başqa xəstəliklər autoallergik sindromlarla ağırlaşa bilər.

İnsan xəstəliklərinin böyük bir qrupunun patogenezində autoaller-gik komponentə təsadüf edilir. Onlara autoallergik xəstəliklər deyilir.

Belə xəstəliklərə simpatik oftalmiya (bir göz zədələndikdə digər gözdə əmələ gələn allergik iltihab), diffuz qiomerulonefrit, Xaşimato xəstəli-yi (autoallergik tireoidit), sklerodermiya, qırrmzı qurdeşənəyi, ensefa-lomielit, revmatizm, dağımq skleroz və b. aiddir. Autoallergik xəstə-liklər 3 yolla əmələ gəlir. Bunlardan birincisi autoallergenlərin yuxarı-da təsvir edilən üsullarla əmələ gəlməsindən ibarətdir. Belə hallarda autoantigenlərin zərərsizləşdirilməsinə və orqanizmdən kənar edilmə-sinə yönəlmiş immun reaksiyalar baş verir. Lakin bu reaksiyalar mü-hafizəedici xarakterdə olsalar da, bir sıra hallarda orqanizmin hücey-rə və toxumalarmı zədələyir. Autoallergik xəstəliklərin patogenezinin ikinci yolu immun mexanizmlərin tənziminin pozulması ilə əlaqədar-dır. Belə güman edilir ki, patoloji şəraitdə orqanizmdə autoanticisim-cik sintez edən limfoid hüceyrələr yarana bilər. Onlarm yaranma me-xanizmi hələlik tam aydmlaşdınlmayıb. Aydmdır ki, belə hüceyrəiər limfositlərin somatik mutasiyaları nəticəsində əmələ gələ bilər. Bəzi autoallergik xəstəliklərin (revmatizm, tireoidit və s.) ailəvi şəkildə rast gəlməsi onlarm patogenezində genetik amilin rolu olduğunu sübut edir.

Bəzi mikroorqanizmlər təkamül prosesində fiziki-kimyəvi xassələ-rinə görə, makroorqanizmin zülallarma oxşayan zülali maddələr əldə etmişlər. Bunun sayəsində orqanizmdə həmin mikroblara qarşı mü-hafizə reaksiyalarmm inkişafı ləngiyir. Lakin bu antigenlər orqaniz-min öz züiallarından az da olsa fərqlənir. Buna görə, həmin zülallar da orqanizmdə immun cavab reaksiyaları törədə bilir. Həmin zülalla-rm təsiri ilə sintez edilən anticisimciklər həm onların özləri ilə, həm də onlara oxşar olan makroorqanizm zülalları ilə birləşib, immun komplekslər əmələ gətirir və müvafiq toxumalan zədələyir. Autoaller-gik xəstəliklərin mexanizminin 3-cü yolu bundan ibarətdir.


Yüklə 208 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin