Immun Patoloji Proseslər İmmun sistemiNİn patologiyasi



Yüklə 208 Kb.
səhifə18/25
tarix02.01.2022
ölçüsü208 Kb.
#2028
1   ...   14   15   16   17   18   19   20   21   ...   25
Serum xəstəliyi. Bu xəstəlik insana heteroloji antitoksik serum (te-tanus, difteriya, botulizm, qazlı qanqrena, stafilokokk infeksiyası, ilan zəhəri və s. əleyhinə təsir göstərən serumlar) yeridildikdən sonra yarana bilər. Adətən antitoksik serumlar immunlaşdırılrmş heyvan qanmdan hazırlanır. Onlarm tərkibində olan zülallar insan üçün anti-gen xarakteri daşıyır. Nadir hallardahomoloji preparatlarla (qan, plazma və onun fraksiyaları, peptid təbiətli hormonlar) aparılan müalicədən sonra da serum xəstəliyi yarana bilər. Serum xəstəliyinin klinik əlamətləri yuxanda göstərilən preparatların inyeksiyasmdan 7-12 gün sonra meydana çıxır. Xəstədə ümumi halsızlıq, baş ağrıları, oynaqlarda və əzələlərdə ağrılar, öyümə müşahidə edilir; dəridə və se-likli qişalarda ödem və səpki əmələ gəlir; bədən temperaturu yüksəlir, ürək fəaliyyəti pozulur, proteinuriya aşkar edilir.

Serum xəstəliyinin patogenezində orqanizmdə heteroloji zülallarm zəif sürətlə parçalanmasmm mühüm rolu vardır. Bu zülallarm təsiri ilə orqanizmdə presipitin tipli antellər yaramr. Serumun yeridildiyi vaxtdan 7-8 gün sonra orqanzmdə yad zülallarla antigen-anticisimcik kompleksləri yarada bilən miqdarda anticisimcik toplanır. Əmələ gə-lən immun komplekslər kapillyarlarm endotel hüceyrələrinə, limfosit-lərə, dəriyə, böyrəklərə, qaraciyərə və başqa orqanlarm hüceyrələrinə fiksasiya olunub, onları zədələyir. Adətən xəstəliyin əlamətləri bir ne-çə gündən sonra keçib gedir.




Yüklə 208 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin