Immun Patoloji Proseslər İmmun sistemiNİn patologiyasi


Patofizioloji dəyişikliklər mərhələsi



Yüklə 208 Kb.
səhifə14/25
tarix02.01.2022
ölçüsü208 Kb.
#2028
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
Patofizioloji dəyişikliklər mərhələsi. Bu mərhələ allergen-anticisim-cik komplekslərinin və bioloji aktiv maddələrin təsiri ilə orqanizmdə meydana çıxan funksional pozğunluqlarla xarakterizə edilir. Bu dəyi-şikliklər allergik xəstəliklərin klinik əlamətlərinin əsasını təşkil edir. Patofizioloji mərhələdə xəstəliyin növündən asılı olaraq müxtəlif lo-kalizasiyalı allergik iltihablar, hemodinamika pozğunluqları, saya əzələ liflərinin spazmı və digər xəstəlik əlamətləri müşahidə edilir. Bu mərhələdə toxuma və orqanlar həm bilavasitə allergen-anticisimcik komplekslərinin təsiri ilə, həm də həmin orqanlarm fəaliyyətinin ney-rohumoral tənziminin pozulması nəticəsində zədələnə bilər.

SÜRƏTLİ ALLERGİK REAKSİYALAR.Anafilaktik sok. «Anafilaksiya» (atıa - əks, phylaxia - müdafiə) terminini ilk dəfə 1902-ci ildə Rişe və Portye işlətmişlər. Onlar bu ter-minlə orqanizminə təkrarən aktiniya ekstraktı yeridilmiş itlərdə mü-şahidə edilən qeyri-adi (çox vaxt heyvanm tələf olması ilə nəticələnən) reaksiyanı ifadə edirdilər. 1905-ci ildə bu cür reaksiyanı rus alimi Q.P.Saxarov dəniz donuzunda müşahidə etdi. Əvvəllər belə hesab edirdilər ki, anafilaksiyanı yalnız eksperimental şəraitdə yaratmaq mümkündür. Lakin zaman keçdikcə, insanlarda də bu cür reaksiyalar olduğu haqqmda məlumatlar əldə edildi və ona «anafilaktik şok» adı verildi. İnsanda anafilaktik şok dərman preparatlarmm və profilaktik vaksinlərin təsiri ilə yarana bilər. Demək olar ki, bütün dərman pre-paratları və profilaktik vaksinlər insan orqanizmində sensibilizasiya və anafılaktik şok törədə bilir. Onlarm əksəriyyəti orqanizmin zülalla-rı ilə birləşdikdən sonra antigen xassəsi əldə edir (haptenlər). Zülal və polipeptid təbiətli preparatlar isə tamkeyfiyyətli antigen xassəsinə malikdir. Orqanizmə təkrarən antitoksik serumlar, homoloji qamma- qlobulinlər, polipeptid təbiətli hormonİar və antibiotiklər yeridildik-də anafilaktik şok əmələ gəiə bilər. Bəzi hallarda zəhərli həşəratların sancması da insanda anafilaktik şokun işkişafma səbəb olur.

Anafilaksiya reaksiyaları bütün istiqanlı heyvanlarda müşahidə edilir. Soyuqqanh heyvanlarda isə anafilaksiyayabənzər dəyişikliklər yalnız müəyyən şərait yaradıldıqda (məsələn, heyvanm bədən tempe-raturunu süni surətdə yüksəltdikdə) əmələ gəlir.

Anafılaksiya reaksiyaları ümumi (anafılaktik şok) və yerli (məsə-lən, Overi fenomeni) olmaqla 2 qrupa bölünür. Anafilaksiyanm inki-şafmda 3 dövr ayırd edilir: 1) sensibilizasiya; 2) həlledici mərhələ (anafilaktik şok); 3) desensibilizasiya.

Eksperimentdə anafilaksiya reaksiyasını müşahidə etmək üçün çox vaxt dəniz donuzundan istifadə edilir. Heyvanlarda sensibilizasiya hahnı 2 üsulla - aktiv və passiv sensibilizasiya üsulları ilə yaratmaq olar.

Aktiv sensibilizasiya üsulunda heyvan orqanizminə parenteral yol-la yad zülal yeridilir. Klassik təcrübələrdə bu məqsədlə sağlam at qam serumundan istifadə edilir. Aktiv üsulla sensibilizasiya yaratmaq üçün dəniz donuzunun dərisi altma cüzi miqdarda (10-6 ml-ə qədər) serum yeritmək kifayətdir. İlk inyeksiyadan 10-14 gün sonra heyvan orqanizminin allergenə qarşı həssaslığı ən yüksək səviyyəyə çatır. Bu müddət ərzində dəniz donuzunun orqanizmində at serumunun anti-genləri əleyhinə anticisimciklər yaranır.

Passiv sensibilizasiya yaratmaq üçün sağlam dəniz donuzunun ümumi qan dövranma aktiv surətdə sensibilizasiya edilmiş başqa bir heyvanm qan serumu yeridilir. Belə hallarda serumun yeridilməsin-dən 18-24 saat sonra heyvanda yüksək həssaslıq əmələ gəlir. Bu müd-dətdə donorun qan serumunda olan anticisimciklər resipientin toxu-ma və hüceyrələrinə təsbit olunur. \\ Anafilaksiyanm 2-ci mərhələsini, yəni anafilaksiya şokunu yarat-maq üçün sensibilizasiya edilmiş heyvanın ümumi qan dövranına tək-rarən antigen (anafılaktogen) yeridilir. Anafilaktogenin həlledici do-zası sensibilizasiyaedici dozadan təxminən 10 dəfə artıq olmalıdır.

Müxtəlif heyvan növlərində anafılaktik şokun əlamətləri bir-birin-dən fərqlənir. Dəniz donuzunda şokun ilk əlamətləri antigenin həlle-dici dozasmm yeridilməsindən qısa müddət (30-60 san) sonra müşahi-də edilir. Bu vaxt dəniz donuzu narahat olur; tükləri pırpıziaşır, ilk saniyələrdə heyvan burnunu və gözlərini qaşıyır. Bundan sonra təng-nəfəslik, qeyri-iradi sidik və nəcis ifrazı, qıcolma müşahidə edilir. Ar-terial təzyiq əvvəlcə yüksəlir (100-140 mm. c. st-na qədər), sonra isə aşağı enir (vazomotor mərkəzin iflici nəticəsində). Qanda leykopeni-ya və eozinofıliya müşahidə edilir. Qanm laxtalanma qabiliyyəti kəs-kin surətdə zəifləyir, fıbrinolitik aktivliyi yüksəlir. Getdikcə heyvan müvazinətini itirir və yıxılır. Həlledici inyeksiyadan 5-10 dəqiqə sonra heyvan tələf olur. Tələf olmuş heyvanm döş qəfəsini dərhal yardıqda ağciyərlərdə emfizema və atelektaz ocaqları nəzərə çarpır; şişmiş ağci­ yərlər ürəyin üzərini tamamilə örtür; ürəyin sağ kameralarmda və da-laqda qan durğunluğu aşkar edilir. Başqa heyvanlardan fərqli olaraq, anafilaktik şokdan tələf olmuş heyvanları yardıqda ağciyərlərin şiş-kinliyi azalmır. Bu, bronxospazmla əlaqədardır.

Müxtəlif heyvan növlərində arıailaktik şokun əlamətləri onlarda hansı orqanm daha artıq zədələnməsindən asılıdır. Məsələn, itdə ana-filaktik şok zamam qaraciyər venalarmm sfinkterləri sıxılır (spazm). Nəticədə qaraciyərdə qan durğunluğu yaranır. İtdə anafılaktik şok təngnəfəslik, qusma, qeyri-iradi nəcis ifrazı kimi əlamətlərlə təzahür edir; qanm laxtalanması kəskin surətdə zəifləyir (tosqun hüceyrələr-dən azad olan heparinin təsiri ilə), qanda leykositlərin miqdarı azalır; sinir sisteminin funksiyası pozuhır (ataksiya). Çox vaxt anafilaktik şok keçirən itlər sağalır. Nadir hallarda isə anafilaktik şok itin tələf olması ilə nəticələnir.

Dovşanda anafilaktik şokun patogenezində ağciyər arteriyası spazmmm nıühüm rolu vardır. Bıınun nəticəsində kiçik qaıı dövra-mnda durğunluq yaranır, ürəyin sağ hissəsi kəskin surətdə genişlənir.

Anafılaktik şok insanda təsadüf edilən allergik reaksiyalarm ən təhlükəli növüdür. Adətən şok dövründə bronxiollarda spazm olur, ağclyər ventilyasiyası pozulur, arterial təzyiq və bədən temperaturu aşağı düşür, qanın laxtalanma qabiliyyəti zəifləyir. Bronxioilarm spazmı nəticəsində nəfəsvermənin çətinləşməsi ilə müşayiət olunan təngnəfəslik yaranır. Bu, asfiksiyanm inkişafma səbəb olur. Xəstəni soyuq tər basır. O, nəbzşəkilli baş ağnlarmdan, qulaqlarda küydən və qaşmmadan şlkayət edir. İnsanda şokun ağır formaları ölümlə nəticə-İənir. Adətən müxtəlif xəstələrdə anafilaktik şokun əlamətləri və gedi-şi bir-birindən fərqlənir. Lakin bir qayda olaraq, şokun əlamətləri al-lergenin orqanizmə daxil olduğu dövrdən sonra nə qədər tez başlayır-sa, gedişi də bir o qədər ağır olur. Allergenin orqanizmə daxil olduğu vaxtdan sonrakı 3-10 dəqiqə ərzində başlayan anafilaktik şok daha ağır keçir və təxirəsalmmaz tədbirlər görülmədikdə ölümlə nəticələnir.

Anafilaktik şok keçirmiş orqanizm anafilaktogenə qarşı həssashğı-nı itirlr. Buna desensibilizasiya deyilir. İnsan orqanizmində desensibi-lizasiya halı 2-3 həftəyə qədər davam edir, sonralar isə yenidən sensi-bilizasiya ilə əvəz olunur.



Müşahidələr göstərmişdir ki, desensibilizasiya dövrünün ilk günlə-rində (dəniz donuzunda 7-8 günə qədər) heyvan orqanizminə allerge-nin həlledici dozası yeridildikdə şok yaranmır. Belə heyvan desensibi-İizasiya dövrünün sonunda da anafilaktogenin təsirinə qarşı qeyri-həssas olar. Bu hal dəniz donuzunda 2 həftəyə qədər davam edir. Təcrübələrdən aydm olmuşdur ki, sensibilizasiya dövrü başa çatdıq-dan sonra dəri altma və ya əzələ daxilinə kiçik dozalarda antigen ye-ritməklə, orqanizmdə spesifik desensibilizasiya yaratmaq mümkün-diir. Bu təcrübələrin nəticələrindən allergik reaksiyalarm profilaktika-smda istifadə edilir.


Yüklə 208 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin