Immun Patoloji Proseslər İmmun sistemiNİn patologiyasi



Yüklə 208 Kb.
səhifə25/25
tarix02.01.2022
ölçüsü208 Kb.
#2028
1   ...   17   18   19   20   21   22   23   24   25
İMMUNOLOJİ TOLERANTLIQ.İnsan və heyvan orqanizminin eyni növdən olan başqa orqanizm-lərdə immun cavab reaksiyası törədən hər hansı bir antigenə qarşı areaktivlik halı immunoloji tolerantlıq adlanır (tolerantia -■ səbir, dö-züm). Məlumdur ki, orqanizm özünə məxsus olan saysız-hesabsız an-tigenlərə qarşı immun reaksiya vermir. Eksperimental tədqiqatlardan aydın olmuşdur ki, immunoloji areaktivlik halı təkcə orqanizmin özü-nəməxsus olan antigenlərlə məhdudlaşmır. Müəyyən şəraitdə or-qanizmdə ekzogen təbiətli antigen əleyhinə də anlicisimciklər yaran-maya bilər. 1945-ci ildə R.Ouen müxtəlif yumurta hüceyrələrindən in-kişaf edən əkiz heyvanlar üzərində tədqiqat apararaq, belə nəticəyə gəlmişdir ki, bətndənxaric inkişaf dövründə həmin heyvanlarm bir hissəsinin orqanizminə digər əkiz heyvanm hüceyrələri daxil edildikdə immun cavab reaksiyası yaranmır. R.Ouen bu hadisəni embrional in-kişaf dövründə həmin heyvanlarm cift vasitəsilə bir-birilə əlaqəli ol-ması ilə izah edirdi. Bətndaxili inkişaf dövründə bu heyvanlarm qanı bir-birilə qarışır. Bunun nəticəsində fərdi həyatm sonrakı dövründə onlarm birindən digərinə köçürülən toxumalarda transplantatm ayrıl-ma reaksiyası müşahidə edilmir. Bu, həmin heyvanlarm orqanizmlə-rində bir-birinin antigenlərinə qarşı immunoloji tolerantlıq yaranması ilə izah edilir.

İmmunoloji tolerantlıq hadisəsinin mahiyyətini nəzəri cəhətdən ilk dəfə F.Bernet və İ.Fenner (1948) izah etmişlər. Onlarm fikrinə görə,, embrional inkişaf dövründə hər hansı antigenlə təmasda olan orqa-nizmdə həmin antigenə qarşı immunoloji areaktivlik halı yaranır. Sonralar R.Bilinhem, L.Brent və P.Medovar (1953) bu fıkri eksperi-mental şəraitdə sübuta yetirdilər. Onlar embrional və neonatal (yeni-doğulma) dövrdə olan siçan orqanizminə başqa nəsildən olan siçanla-rm qanyaradıcı hüceyrələrini yeritmişdilər. Fərdi həyatın sonrakı dövrlərində həmin siçanlara donor nəslindən olan siçanların dərisi köçürülmüşdü. Adi siçanlardan fərqli olaraq, üzərində bu cür təcrübə aparılan siçanlarda transplantatm ayrılma reaksiyası müşahidə edil-məmişdi. Eyni zamanda təcrübə altmda olan siçanlarm bir hissəsinə başqa (3-cü) nəsildən olan siçanlarm dərisi köçürülmüş və bu halda transplantatm ayrılma reaksiyası müşahidə ediimişdi. M.Qaşek (1953) belə təcrübələri toyuqlar üzərində aparmış və eyni nəticə almış-dır. Beləliklə, embrional inkişaf dövründə hər hansı antigen yeridilmiş orqanizm həyatmm sonrakı dövıiərində həmin antigenin təkrarən ye-ridilməsinə qarşı immun cavab reaksiyası vermir. Çünki, orqanizm embrional inkişaf dövründə təmasda olduğu antigenləri özünəməxsus olan maddələrdən fərqləndirmək qabiliyyətini itirir. Belə güman edilir ki, rüşeymin inkişafmın ilk dövrlərində onun öz antigenlərini «tanı-maq» və bu antigenlər əleyhinə anticisimciklər sintez etmək qabiliyyə-tinə malik olan immunokompetent hüceyrələri ya tələf olur, ya da hə-min hüceyrələrin fəaliyyəti blokadaya alımr. Orqanizmin öz zülallan-na qarşı anadangəlmə immunoloji toleranthğı bununla əlaqədardır.

İmmunoloji tolerantlığm yaranması yetişmiş halda doğulan hey-vanlarda embrional dövrdə, tam yetişmədən doğulanlarda isə bətn-dənkənar inkişaf dövrünün ilk günlərində başa çatır (məsələn, siço-vulda yenidoğulma dövründən 2 həftə sonraya qədər immunoloji to-lerantlıq yaratmaq mümkündür).

Yaşh orqanizmə məhlul şəklində olan antigenlərin (məsələn, mik-rob polisaxaridləri) çox yüksək dozaları yeridildikdə immun sistemdə həmin antigenlər əleyhinə təsir göstərən anticisimciklər sintez edilmir. Bu hadisə immunoloji iflic (Felton sindromu) adlanır. İmmunoloji if-lic hadisəsinin mexanizmi belə izah edilir: məhlul şəklində olan anti-gen hissəcikləri immunokompetent hüceyrələrə asanlıqla daxil olur. Onların yüksək dozaları özlərinə qarşı həssas olan əsas immunokom-petent hüceyrələri zədələyir. Lakin başqa antigenlərə qarşı sensibili-zasiyaya uğramış immunosit klonları zədələnmədiyinə görə, orqa-nizm yalnız immunoloji iflic hadisəsini törədən antigenlərə cavab ver-mək qabiliyyətini itirir. İmmunoloji iflic vəziyyəti 2-3 ay davam edir.

Bütün immun proseslər kimi, tolerantlıq da spesifiklik xassəsinə malikdir. Müəyyən bir antigenə qarşı tolerant olan orqanizm başqa antigenlərə immun cavab vermək qabiliyyətini itirmir. Orqanizmin öz antigenlərinə qarşı immunoloji tolerantlığı sabit xassə deyil. O, müx-təlif patoloji proseslərin təsiri ilə pozula bilər. Belə hallarda autoim-mun xəstəliklər meydana çıxır. Məsələn, qırmızı qurdeşənəyi xəstəliyi orqanizmdə onun öz dezoksiribonuklein turşularmm (DNT) əleyhinə təsir göstərən anticisimciklərin sintez edilməsi ilə əlaqədardır.

İmmunoloji tolerantlıq hadisəsinin öyrənilməsinin immun sistemin patologiyasınm aydmlaşdırılmasmda və transplantologiya problemlə-rinin həllində böyük əhəmiyyəti vardır





Yüklə 208 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin