Immun Patoloji Proseslər İmmun sistemiNİn patologiyasi


Transplantatın ayrılma reaksiyası



Yüklə 208 Kb.
səhifə23/25
tarix02.01.2022
ölçüsü208 Kb.
#2028
1   ...   17   18   19   20   21   22   23   24   25
Transplantatın ayrılma reaksiyası. Məlumdur ki, bir orqanizmdən digərinə köçürülən toxuma və ya orqan (transplantat) sinir lifiərindən məhrum olur və onun qan dövranı kəskin surətdə pozulur. Bu amillər transplantatm resipient orqanizminə uyğunlaşmasım çətinləşdirir. Bunlardan əlavə, transplantat resipient orqanizmində immun siste-min təsirinə məruz qalır. Yalnız eyni orqanizmin bir nahiyəsindən di-

gərinə (və ya bir yumurta əkizlərinin birindən digərinə) köçürülən transplantat yeni şəraitə tam müvəffəqiyyətlə uyğunlaşa bilir. Bir hey-van növündən digərinə (heterotransplantasiya) və ya hətta eyni növ-dən olan canlılarm birindən digərinə (homotransplantasiya) köçürül-müş transplantat isə çox vaxt destruktiv dəyişikliyə uğrayıb tələf olur (nekrozlaşır). Bəzi hallarda bədən səthinə köçürüİən dəri transplantatı tədricən resipient orqanizmindən aynlsa da, zədələnmiş nahiyənin ət-rafmda yerİəşən epitel hüceyrələri proliferasiyaya uğrayıb defektli sa-həni tutur.

Transplantatm köçürüldüyü sahədə baş verən destruktiv və reaktiv dəyişikliklər mexanizminə görə, ləng tipli allergik reaksiyalara müva-fiq gəlir. Transplantatm resipient orqanizminə köçürülməsindən


  1. həftə sonra onda olan kapillyarlarm endotel hüceyrələrində və bazal membranlarmda şişkinlik aşkar edilir, parenximatoz elementlər isə distrofik və nekrobiotik dəyişikliklərə uğrayır. Sonralar iri damarlar-da tromblar əmələ gəür. İlk günlərdən orqanizmə köçüriilmüş toxuma və ya orqanm ətrafmda iltihabi infiltrasiya inkişaf edir (xüsusən dəri damarlarmm ətrafmda). İnfiltrat limfoid hüceyrələrdən, histiositlər-dən və plazmatik hüceyrələrdən ibarət olur.


Yüklə 208 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin