İlan mifinin mənşəyi



Yüklə 215 Kb.
səhifə4/8
tarix02.01.2022
ölçüsü215 Kb.
#35132
1   2   3   4   5   6   7   8
MİFOLOGİYA LEMAN CAVAB

Asena- Əski türk mifologiyasında qutsal dişi qurddur. Əsil Ana (Asil Ana) sözündən törəmiş ola bilir. «Bozqurd» dastanında Lin adlı yad ölkəylə savaşan türklərdən yeganə sağ qalan 10 yaşlı türkü himayəyə götürən, gələcəkdə onunla evlənən qurddan törəmiş on çocuqdan biri Asenadır. Ərgənəkon dastanında türklərə qurtuluş yolunu dişi qurd – Asena göstərir. 552-ci ildə Bumın Xaqanın başqanlığıyla qurulan Göytürk Xaqanlığı da Asena (Aşina) boyunun adıyla bağlıdır.Göytürk dastanı olan “Bozqurd”da da, “Doqquz Oğuz-On Uyğur dastanı”nda, “Ərgənəkon dastan”da, “Oğuz Xaqan dastanı”nda, “Törəyiş dastanı”nda, “Asena əfsanəsi”ndə, uyğurların “Köç” dastanında da qurd yol göstərən, qurtarıcıdır. “Manas” dastanın da isə bozqurdu yolgöstərən qutsal varlıq obrazında, Tanrısal qüdrət sahibi olaraq görürük. Əsgi türk yazılı abidəsi olan Kül Tikin kitabələrindən birində qurddan süd əmən uşaq təsviri, Bilgə Xaqan kitabəsində isə; “Tanrı güc verdiyi üçün babam Xaqanın əsgərləri qurd kimi imiş, düşmanları qoyun kimi imiş.” deyə qeyd olunmaqdadır. Dastanların çoxunda bozqurdun göydən endiyinə, “Oğuz Xaqan dastanı”nda isə ağ işığın içindən çıxdığı göstərilməkdədir. Bu isə türklərin bozqurdu ülvü varlıq hesab etməklərindən irəli gəlməkdədir. Bu səbəbdən də bozqurda Gök Börü də deyilməkdədir.Qurdytürklərin dinində, yəni inanclarında istifadə edilən müqəddəs bir heyvandır. Dastanlarda, ənənələrdə və dinlərdə qurdla bağlı bir çox elementə rast gəlirik. Qurd qədim türklərdə ən vacib heyvan simvollarından biridir. Göytürklərin bayraqlarında və paltarlarında qurd simvolundan istifadə edilmişdir və ənənələrinin davam etdirilməsində istifadə olunan vacib bir elementdir. Qurd simvolu türklər üçün böyük bir məna daşıyır. Qurd cəsarət, azadlıq daşıyan bir heyvandır.

27.Təqvim miflərinın mifoloji funksiyaları və mərasimlərdə təzahürü

Təqvim mifləri mifoloji düşüncədə zaman anlayışı ilə bağlıdır. İbtidai düşüncədə dünyanın qorunması özünəməxsus şəkildə düşünülürdü. Belə ki, Xaosdan Kosmosa keçid mövcud olduğu kimi, Kosmosdan Xaosa dönüş də mövcud idi. İbtidai cəmiyyətdə bu prosesi dayandırmaq üçün müəyyən mərasimlər həyata keçirilirdi. Lap qədim zamanlarda aylar yox imiş. Bir vaxt insanlar görür ki, ilin günlərini qatışdırırlar. Durub ilin günlərini aylara böldülər. Hər aya otuz iki gün verdilər, boz aya on dörd gün qalır. Görürlər ki, boz ay inciyir, durub qalan ayların payından bir gün alıb verirlər boz aya. Onlar olur otuz bir gün, boz ay olur iyirmi beş gün. Görürlər ki,boz ay yenə razılaşmır. Qayıdıb aylardan yenə bir gün istəyirlər. Ayların yarısı deyir ki, daha otuz bir günümüz var, verə bilmərik. O biri yarısı isə boz aya bir, iki, üç gün verir. Boz ay olur otuz bir gün. Qalanlarının da bəzisi otuz bir gün, bəzisi otuz gün, bəzisi isə iyirmi doqquz, iyirmi səkkiz gün olur. Boz ay günlərin çoxunu o biri aylardan aldığı üçün qatışıqdır, bir cür deyildir. Çünki boz ay soyuq günləri qış aylarından alıb, isti günləri yaydan alıb, yağışlı günləri yaz ilə payızdan alıb.

28.Mifllərin genetik yöndən tədqiqi

29.Şamanizmin mifoloji təfəkkürlə əlaqəsi

Dinin ilkin forması olan şamanizmın əsasında şamanın ruhlarla ünsiyyəti yer almaqdadır. Buna türk qövmündə qamlama deyilir. Şamanizm magiya, animizm, fetişizm və totemizmlə əlaqəlidir. Onun elementlərinə müxtəlif dini sistemlərdə rast gəlmək olar. Şamanizm, əsasən, Şimali Avropada fin-saamlarda, Uzaq Şərqdə, Cənub-Şərqi Asiyada və Afrikada, Şimali Amerika hindularında və qismən də Cənubi Amerika da yayılmışıdır. Bu və ya digər formada şamanizm bir çox dünya xalqlarının mədəniyyətlərində mövcud olmuşdur. Bu mənada şamanizmi qədim din hesab etmək olar. Xəstənin sağalması üçün şamanın icra etdiyi ayinlərdən birinə nəzər salaq: Xəstəliklər zamanı xəstənin qohumları ilk növbədə xəstə üzərində calbıyıı ayinini icra edən şamanı dəvət edirdilər. Bu mərasimdə, şaman dua oxuyaraq, xəstə üzərinə bir dəstə at tükü yapışdırılmış uzun quru şax budaq yelləyirdi (budaq calbıyıı adlanırdı, dəstələrin sayı isə şamanın gücünə bağlıdır.) Q.U. Erqisin məlumatına görə, bu manipulyasiya hərdən yüngül naxoşluğun sağalmasına, paroksizmi uzaqlaşdırmağa, yaxud əhəmiyyətsiz yorğunluğun qovulmasına xidmət edirdi.Şaman ruhlar tərəfindən seçilir. Öz iradəsi ilə şaman olmaq mümkün deyil, şamançılıq öyrədilmir və bir şəxsdən digərinə ötürülmür, şamanlıq, yalnız ruhların iradəsi ilə baş verir. Şaman olacaq şəxs bu statusu qazanmadan öncə, üç və ya yeddi gün dərin yuxuya gedir. O, yuxuda olarkən, ruhlar onun bədənini tikə-tikə doğrayaraq ağacdan asırlar. Yalnız şamanlığı qəbul edəcəyinə söz verdikdən sonra, ruhlar onu azad buraxır.



  1. Yaradılış əfsanəsində mif motivlərinin özəllikləri

Yaradılış əfsanəsi-“Oğuz Qağan”, “Yaradılış”, “Şu”, “Manas”, “Kitabi-Dədə Qorqud” və s. türk mifologiyasının əsas mənbələri sayılır.Türklərin mifoloji sistemində Altay yaradılış dastanları geniş yayılmışdır. Altay yaradılış dastanının V.Verbitski variantında Ağ Ananın ( Ak Ene) təklifi ilə dünyanı yaratmaq istəyən Ülgenin “Yaradılsın yer!”, “Yaradılsın göy!” deməsi nəticəsində kainat yaranmış və üç böyük balıq üstündə qərar tutmuşdur.

Erlik Tanrı Qara xandan xahiş etdi ki, özü üçün bir göy yaratsın. İcazə alıb yaratdı və aldatdığı şər ruhları öz göyündə yerləşdirdi. Qara xan görəndə ki, erliyin təbəəsi ondan daha yaxşı yaşayır, mələklərindən birini göndərib oranı dağıtdırdı. Göy yıxılıb dağlar, dərələr, meşələr əmələ gətirdi. Tanı Qara xan erliyi yerin ən aşağı qatına qovdu. Buyurdu ki, dünyanın sonuna qədər orada qalsın. Tanrı Qara xan göyün on yeddinci qatında oturub kainatı idarə edir. Ondan bir qat aşağıda Bay Ölgün Altun dağda taxt üstündə oturur. Göyün yeddinci qatında Gün Ana, altıncı qatında Ay Ata otururlar.

31.Türk yaradılış dastanı

Yaradılış əfsanəsi-“Oğuz Qağan”, “Yaradılış”, “Şu”, “Manas”, “Kitabi-Dədə Qorqud”. “Köç dastanı”    “Ergenekon dastanı”  “Alp Ər Tonqa dastanı”. 

Əski hunların soyundan olan Göytürklər Aşina adlı bir nəsildən törəmiş, ayri-ayrı oymaqlara yayılmışdır. Lin adlı bir məmləkət tərəfindən basılıb öldürülmüşlər. Ancaq on yaşında bir uşaqları qalmışdır. Düşmən bu uşağın çox kiçik olduğunu görüncə ayaqlarını kəsərək bir bataqlığa atdı. Orada bir qurd göründü, uşağı ətlə bəslədi. Düşmən uşağın yaşadığını eşidib onu öldürmək istədi. Qurd bir dağa qaçıb mağaraya sığındı. Sağ qalan uşaq böyüyüb evləndi, on uşağı oldu. On soy oldular. Aşina da onlardan biri idi. Çoxaldılar, yüz ailə oldular.Bir neçə nəsil sonra mağaradan çıxdılar. Altay dağları ətəklərində yerləşərək avarlara dəmirçilik etməyə başladılar və onlara tabe oldular. Qardaşlar özlərinə başçı seçərək, ona Türk adı verdilər. Anaları öləndən sonra böyük bir ağacın altına toplandılar. Ağaca  doğru ən yüksək tullananı başçı seçmək istədilər. Türkün ən kiçik oğlu qələbə qazanıb başçı seçildi.

32.Türk mifolojiyasında dünya modeli

Dünyanın üçlü modelini ifadə edən əsas faktorlara ağac, dağ, dirək, çadır kimi ünsürlər aid olunurdu. Onlardan ən geniş yayılanı isə ağac idi. Belə ki, ağacın başı üst dünyanı, kökləri yeraltı dünyanı, gövdəsi isə orta dünyanı özündə ehtiva edirdi.

Dünyanın üçlü modelini özündə ehtiva edən Dünya Ağacı bəzi hallarda dirək kimi də təsvir olunurdu. Məsələn, uyğur dastanı “Oğuznamə”də Oğuzun oğlanları üçün basdırdığı dirəklərdən söz açılır. Yaxud “Maaday-Kara” dastanında Dünya Ağacı funksiyasını daşıyan dirəkdən bəhs olunur. Dastanı tədqiq edən türk folklorşünas alimlərindən S. Bekki “Maaday-Kara” dastanında yer alan Dünya dirəyini belə təsvir edir: “Maaday-Kara” dastanının girişində Dünya Ağacının analoqu olan at çakı doqquz tərəfli, kənarları gümüşdən təsvir olunur. Doxsan tərəfli möhtəşəm çadırın qarşısında olan at çakı hörmətli qonaqların qarşılandığı yerdir. Buraya gələn qəhrəman ağacın yanında atından yenər, qonaq olacağı şəxsin yurduna doğru gedər. Dastandakı Dünya Ağacı kimi at çakı da ilahi mənşəlidir. Dünyanın əsasını təşkil etdiyinə inanılan bu qeyri-adı təsisin yuxarı hissəsi Ulu Tanrı Üç-Kurbustana doğru uzanır və ona at çakı olur. Alt ucu aşağı dünyadadır və Aybıstan ona atını bağlayır. Bu qeyri-adi təsisin orta hissəsi qəhrəmanın payına düşür və onun at çakısı olur”

33.Tük mifologiyasında kultçuluq

Kult kəliməsi hərfi mənada latın dilindən tərcümədə sitayış, səcdə etmək mənasındadır. İbtidai düşüncədə kultçuluq müxtəlif real varlıqlar və tanrılar da daxil olmaqla, fövqəltəbii qüvvəyə sahib fantastik varlıqlara olan inamla bağlı idi. İbtidai düşüncəyə sahib qəbilələrdə müxtəlif kultlarla qarşılaşmaq mümkündür. Od kultu, ocaq kultu, su kultu, heyvan kultu, bitki kultu və s. bu qəbildəndir. Kultun əsas elementi magik mərasimlərlə müşahidə olunmaqdadır. Türk etnik-mədəni ənənəsinə nəzər saldıqda ağac kultu türk təfəkküründə yaradılış səbəblərinin başlıca motivlərindən biri olduğunu görürük. Bu düşüncəyə görə ilk insan doqquz budaqlı bir ağacın altında yaradılmışdır.



Türk mifologiyasında “Övliya Ağac” Tanrıya qovuşmanın yoludur. Inanca görə müqəddəs ağaclar gözlə görünməyəcək qədər göylərə yüksələr və işıq dolu cənnət aləminə çatar. Beləliklə, “Övliya Ulu Ağac” türk xalqlarının təfəkküründə Tanrının ilahi xüsusiyyətlərini simvolizə edir. “Övliya ağac” mifologiyasına dair ədəbiyyatlarda “Dünya ağacı”, “Şaman ağacı” kimi adlara rast gəlinir. Şamanist türklərin ən müqəddəs bildikləri ağac, qayın ağacıdır. Müqəddəs  sayıldığı üçün də “Bay qayın” deyilən bu ağac bütün şaman ayinlərində  iştirak edər. Ağac motivi olan qayın Altaylarda,şaman ayinlərində, doğum, toy və bayramlarda əhəmiyyətli ünsürdür.“Qaba ağac” anlayışına Kitabi-Dədə Qorqudda da rast gəlinir. Qabalıq, kobudluq ağacın ululuğuna, müqəddəsliyinə işarədir.

  1. Türk mifologiyasında Tanrıçılıq

Dünyanın üçlü, yəni şaquli modelinə əsasən, dünya üç hissəyə bölünürdü. Yuxarı dünya yaxşılıq tanrılarının məskəni, yeraltı dünya isə yamanlıq tanrılarının toplandığı yer hesab olunur, eyni zamanda ölümü, qaranlığı özündə ehtiva edirdi. Bu hal əsasən, məkan vasitəsi ilə özünü göstərirdi. Belə ki, səma yaxşılıq tanrılarının, yeraltı dünya isə yamanlıq tanrılarının məskəni idi.Türk tanrıçılıq sistemində yaxşılıq tanrısı Ülgən göylərin sahibidirsə, yamanlıq tanrısı Erlik yeraltı dünyanın sahibidir. Bu tanrıların ailələri olmaqla yanaşı, onların insanlara yardım, yaxud yamanlıq etməsi üçün sahib olduqları ayələri vardır. M.Uraz “Türk mifologiyası” əsərinin “Tanrıların xarakteri və vəzifələri” bölümündə yazırdı: “Türk tanrıları vəzifələri baxımından belə cəmləşdirilə bilər: ibtidai yaradıcı göy tanrıları, yaxşılıqistər qoruyucu tanrılar, yamanlıq və yeraltı tanrıları, fırtına, göy gurultusu, şimşək, ildırım, yağış, müharibə, ədalət, xəstəlik və ölüm tanrıları, gözəllik tanrıçaları, cəhənnəm tanrı və tanrıçaları, qəhrəman tanrılar, kosmik varlıqları təmsil edən tanrılar, heyvanların, bitkilərin, çobanların tanrıları, bərəkət, bolluq, mövsüm tanrıları, dəniz, su, dağ, meşə, bulaq, dəmir, mədən, od tanrıları, bölgələrin qoruyucu tanrıları. Qədim türk təsəvvürlərinə görə, göydə məskən salan tanrılar yer üzünə, o cümlədən insana yardım göstərən idilər. Altay inanclarına görə Ülgən, Ağac Xan, Aiyanar, Ancazin, Ayata, Erdenay, Erlik Han, Mergen, Mucera, Oba, Odine Suiyesi, Tanqasit, Tuiyesi, Turun, Yalpağan, tanrıçalardan Ana Maygil, Günana Tanrı panteonuna aiddirlər. Onların funksiyaları da müxtəlifdir. Məsələn, Ancazin İldırım Tanrısıdır. Yaxud Erdenay tanrıların insanlara etdikləri yaxşılıqları xəbər verən Tanrıdır. Baş tanrılardan olan Mergen isə Qara Xanın digər oğlu Ülgənin qardaşıdır. Animistik düşüncənin bariz nümunəsi kimi Ağac xan Ağac Tanrısı, Suiyesi Su Tanrısı, Tuiyesi isə Dağ Tanrısı hesab olunur. Yaxşılıq tanrıları kimi yamanlıq tanrıları da Altay inanclarında geniş yer almaqdadır. İldırımın yağışla, rifahla bağlı olması sosial-psixoloji səbəblərdən qədim cəmiyyətlərdə ildırımın yaxşılıq tanrısı kimi düşünülməsinə səbəb olmuşdur. Nümunə gətirdiyimiz xalqların folklorundakı İldırım Tanrısı anlayışı ilə türk xalqlarının folklorundakı İldırım Tanrısı anlayışı arasındakı uyğunluqlar demək olar ki, üst-üstə düşür. Türklərin İldırım Tanrısının şərəfinə ildırım çaxdığı zaman göyə ayran süd səpələməyi və Torun keçilərlə birlikdə görünməyi demək olar ki, eyni hadisədir. Çünki keçi südün, ayranın bir sözlə bolluq və bərəkətin simvolu idi.

  1. Türk mifologiyasında totemizm: qurd kultu

Kult kəliməsi hərfi mənada latın dilindən tərcümədə sitayış, səcdə etmək mənasındadır. İbtidai düşüncədə kultçuluq müxtəlif real varlıqlar və tanrılar da daxil olmaqla, fövqəltəbii qüvvəyə sahib fantastik varlıqlara olan inamla bağlı idi. İbtidai düşüncəyə sahib qəbilələrdə müxtəlif kultlarla qarşılaşmaq mümkündür. Od kultu, ocaq kultu, su kultu, heyvan kultu, bitki kultu və s. bu qəbildəndir. Kultun əsas elementi magik mərasimlərlə müşahidə olunmaqdadır.

Totemizm – ayrı-ayrı insan dəstələrinin elə bir inanc formasındır ki, icma üzvlərinin hər hansı bir heyvan, yaxud bitki ilə qohumluğunun olmasına əsaslanır.




Yüklə 215 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin