İlan mifinin mənşəyi



Yüklə 215 Kb.
səhifə8/8
tarix02.01.2022
ölçüsü215 Kb.
#35132
1   2   3   4   5   6   7   8
MİFOLOGİYA LEMAN CAVAB

 “Köç dastanı”    “Ergenekon dastanı”  “Alp Ər Tonqa dastanı”. 

Əski hunların soyundan olan Göytürklər Aşina adlı bir nəsildən törəmiş, ayri-ayrı oymaqlara yayılmışdır. Lin adlı bir məmləkət tərəfindən basılıb öldürülmüşlər. Ancaq on yaşında bir uşaqları qalmışdır. Düşmən bu uşağın çox kiçik olduğunu görüncə ayaqlarını kəsərək bir bataqlığa atdı. Orada bir qurd göründü, uşağı ətlə bəslədi. Düşmən uşağın yaşadığını eşidib onu öldürmək istədi. Qurd bir dağa qaçıb mağaraya sığındı. Sağ qalan uşaq böyüyüb evləndi, on uşağı oldu. On soy oldular. Aşina da onlardan biri idi. Çoxaldılar, yüz ailə oldular.Bir neçə nəsil sonra mağaradan çıxdılar. Altay dağları ətəklərində yerləşərək avarlara dəmirçilik etməyə başladılar və onlara tabe oldular. Qardaşlar özlərinə başçı seçərək, ona Türk adı verdilər. Anaları öləndən sonra böyük bir ağacın altına toplandılar. Ağaca  doğru ən yüksək tullananı başçı seçmək istədilər. Türkün ən kiçik oğlu qələbə qazanıb başçı seçildi.

Azərbaycan mifoloji mətnlərində dünyanın yaradılması müəyyən nizam üzrə baş verir; başlanğıcda xaos var, sonra ən önəmli addım atılaraq yer yaradılır və eyni zamanda yerin göydən ayrılması baş verir, daha sonra Gün, Ay, ulduzlar, ondan sonra isə zaman, bitkilər, digər canlılar və s. meydana gəlir. Yəni kosmoqonik miflərdə dünyanın yaranması başlıca ikili qarşıdurmaların ardıcıl surətdə yerləşdirilməsinin nəticəsidir. Mifoloji sistemlərin çoxunda göylə sular aləminin başlanğıcda eyniyyət təşkil etməsi fikri hakim olmuşdu. Yerin sular aləmindən, göyün isə yerdən aralanması nəticəsində yeraltı dünya, Yer üzü və göy olmaqla üçlü dünya yaranmış, Tanrı və mədəni qəhrəmanların həmin dünyalardakı fəaliyyəti nəticəsində isə dünya nizama salınmışdı.Kosmoqonik miflərin bir hissəsini dünyanın sonu haqqında təsəvvürlərlə bağlı esxatoloji miflər təşkil edir. Mifoloji düşüncədə yaradılış aktı zaman və məkan sərhədləri olan, həyatın axarında dövr edən, vaxtaşırı təkrarlanan hadisədir. Bu mənada kosmoloji modelin başlanğıc anını kosmoqonik miflər əks etdirirsə, dünyanın sonu ilə bağlı düşüncələrin təsvirini də məhz esxatoloji miflər verir. Beləcə, həm kosmoqonik, həm də esxatoloji miflər vahid kosmoloji model ətrafında birləşmiş olur. 



  1. Miflə mərasimin ortaq yönlərinə dair

İbtidai cəmiyyətlərdə miflə mərasim bir-biri ilə üzvü şəkildə bağlı olmuşdu. Sözlü mətnlə müşayiət olunmayan hansısa mərasimin varlığını təsəvvür etmək mümkün deyil. Mərasim mədəniyyəti mifoloji təfəkkürün bir hissəsi kimi təzahür edir və miflər onu izah etməyə, əsaslandırmağa xidmət etmişdi.Mövsüm mərasimləri ənənədə daha geniş yayılmış və təqvim dövrləri ilə bağlı olmuşdu. Bura Böyük çillənin girdiyi dövrdən etibarən keçirilən Çillə gecələri, Kiçik çillə ərzində keçirilən Xıdır Nəbi, Boz ayın sonunda qeyd olunan Axır çərşənbə, əkinə başlanması və məhsul yığımı münasibətilə keçirilən bayramlar, yağış yağdırmaq, Qodu-qodu və s. mərasimlər daxildir.Məişət mərasimlərinə isə insanın doğulması, evlənməsi və ölməsi münasibətilə keçirilən mərasimlər daxildir. Bu mərasimlər əski dövrün etiqad və baxışlarını, mifoloji, fəlsəfi anlayışların, dini görüşlərin izini daşıyır. Məişət mərasimləri içərisində toy nikbin, əyləncəli xarakteri, musiqi, əyləncə, oyun, rəqs kimi melopoetik ünsürləri özündə ehtiva etməsi baxımından diqqəti cəlb edən mürəkkəb ritual sistemdir.“Miflə ayinin bir-biri ilə sıx bağlı olması danılmazdır. Lakin hələ də mədəni inkişafdan geri qalan bir çox xalqların miflərinin araşdırılması bu mərasim nəzəriyyəsinin o qədər də sadə olmadığını sübut edir. Beləliklə də elə miflər mövcuddur ki, onlar yalnız ayini izah etmir (Buna bəzi “Edda” miflərini də aid etmək olar). Elə miflər də var ki, onlar mərasimlə müşayət olunmur. Bəzi xalqların mifləri çox, mərasimləri isə azdır. Yaxud əksinə, bəzən elə olur ki, miflər ayində icra olunur, lakin heç bir mif mətnindən istifadə olunmur.

  1. Mifologiyada şaman obrazı

Dinin ilkin forması olan şamanizmın əsasında şamanın ruhlarla ünsiyyəti yer almaqdadır. Buna türk qövmündə qamlama deyilir. Şamanizm magiya, animizm, fetişizm və totemizmlə əlaqəlidir. Onun elementlərinə müxtəlif dini sistemlərdə rast gəlmək olar. Şamanizm, əsasən, Şimali Avropada fin-saamlarda, Uzaq Şərqdə, Cənub-Şərqi Asiyada və Afrikada, Şimali Amerika hindularında və qismən də Cənubi Amerika da yayılmışıdır. Bu və ya digər formada şamanizm bir çox dünya xalqlarının mədəniyyətlərində mövcud olmuşdur. Bu mənada şamanizmi qədim din hesab etmək olar. Xəstənin sağalması üçün şamanın icra etdiyi ayinlərdən birinə nəzər salaq: Xəstəliklər zamanı xəstənin qohumları ilk növbədə xəstə üzərində calbıyıı ayinini icra edən şamanı dəvət edirdilər. Bu mərasimdə, şaman dua oxuyaraq, xəstə üzərinə bir dəstə at tükü yapışdırılmış uzun quru şax budaq yelləyirdi (budaq calbıyıı adlanırdı, dəstələrin sayı isə şamanın gücünə bağlıdır.) Q.U. Erqisin məlumatına görə, bu manipulyasiya hərdən yüngül naxoşluğun sağalmasına, paroksizmi uzaqlaşdırmağa, yaxud əhəmiyyətsiz yorğunluğun qovulmasına xidmət edirdi.Şaman ruhlar tərəfindən seçilir. Öz iradəsi ilə şaman olmaq mümkün deyil, şamançılıq öyrədilmir və bir şəxsdən digərinə ötürülmür, şamanlıq, yalnız ruhların iradəsi ilə baş verir. Şaman olacaq şəxs bu statusu qazanmadan öncə, üç və ya yeddi gün dərin yuxuya gedir. O, yuxuda olarkən, ruhlar onun bədənini tikə-tikə doğrayaraq ağacdan asırlar. Yalnız şamanlığı qəbul edəcəyinə söz verdikdən sonra, ruhlar onu azad buraxır.

  1. Kitabi-Dədə Qorqud dastanında mifoloji motivlər

Salur Qazanı “Kitabi-Dədə Qorqud”un bir çox digər obrazlarından fərqləndirən bir əsas keyfiyyət də onun həm də mifoloji qüvvələrlə çarpışan qəhrəman kimi təqdim olunmasıdır. O, əjdaha ilə çarpışan qəhrəmandır. Dastanda bu baxımdan onunla yalnız Basat müqayisə oluna bilir. Basatın vuruşduğu Təpəgöz pəri qızın oğlu olaraq yarıinsani, yarımifoloji obrazdır. Əjdaha obrazı tipologiyasına görə mifoloji personajdır. V.V.İvanov onun mifoloji xüsusiyyətləri ilə bağlı göstərir ki, o, qanadlı (uçan) ilan, müxtəlif heyvan elementlərinin birləşməsi şəklində təsəvvür olunan mifoloji varlıqdır.Əjdaha ilan obrazının sonrakı inkiĢafı sayıla bilər. Əjdaha ilə bağlı əsas əlamət və mifoloji motivlər əsas cizgiləri etibarilə mifoloji ilanı səciyyələndirən əlamət və motivlərlə üst-üstə düşür. Əjdaha da ilan kimi, məhsuldarlıqla və sahibi kimi çıxış etdiyi su stixiyası ilə bağlıdır. Əjdahanın dünya miflərində ilan obrazı ilə bağlılığı, elə dastandan verdiyimiz bu parçada da var.Göründüyü kimi, Qazan əjdahanı həm də ilan adlandırır.

  1. Möcuzəvi doğum aktı mifoloji motiv kimi

48.Mifologiya və Tarix

Folklor yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən biri də xalqın tarixi yaddaşını özünəməxsus şəkildə, hiperbolizə edərək, fantastik şəklə salaraq, nəsildən-nəsilə ötürməkdir. Bir sözlə, folklor yaradıcılığı bir xalqın adət-ənənələrini, ilkin dini görüşlərini yaşatmaqla, yanaşı qismən tarixi yaddaşını da özündə ehtiva edir. Xalqın zamanla üzləşdiyi tarixi hadisələr fantastik rəvayətlərə qarışaraq özlüyündə müəyyən bir sinkretiklik yaradır. Bir çox hallarda isə müəyyən tarixi dövrlərdə yaşamış sərkərdələrin həyatı fantastik dastan qəhrəmanlarının prototipinə çevrilir. Məsələn, Mete xanın Oğuz obrazı ilə əlaqəsi, böyük hun sərkərdəsi Atillanın “Böyük Edda” əsrində Atli kimi təqdimatı, Çingiz xanın qurd soyundan olması ilə bağlı rəvayətlər və s. bu qəbildən sayıla bilər.

“Kitabi-Dədə Qorqud dastanında” hülakilərin başçısı Qazan xanın dastan yaradıcılığında öz əksini tapması, yaxud XIII əsrdə məşhur Qıpçaq xanı Məlikşahın prototipi olan Qıpçaq Məlik obrazı buna bariz nümunədir. “Oğuznamə”nin uyğur versiyasında Oğuzun Rumelini fəth etməsi bizim tarixi məkanla qarşılaşmamıza səbəb olur. Bilindiyi kimi, Anadolu ərazisi ilk dövrlərdə tarixdə Rum eli olaraq adlanmaqda idi. Bu nümunələrin sayını yetəri qədər artırmaq mümkündür.

49.Mifopetik elementlər

Buna nümunə olaraq, “Oğuznamə”nin uyğur variantını nümunə göstərmək olar. “Oğuznamə” əsərinin uyğur versiyasında Oğuz Xaqanın üzü göy, ağzı qırmızı, gözləri al, saçları və qaşları isə qara rəngdə təsvir olunur. Qəhrəmanın bu şəkildə təsviri, yəni üzünün göy olması səmanın, ağzının, gözlərinin al olması günəşin, qaşlarının və saçlarının qara olması gecənin rəmzi xarakteri kimi dəyərləndirilə bilər.Mifoloji düşüncənin məhsulu olan xeyir və şər anlayışları xarakter etibarı ilə bir-birindən kəskin şəkildə fərqlənir. Bu hadisələrin açılmasında mifopoetik təsvir vasitələri önəmli yer tutur. Türk inanclarına görə, bütün xeyirxah işlərin sahibi xeyir Tanrısı Ülgəndir. Yaxşılıq tanrısı Ülgənin məkanı göydür. O, işıqla, ağla (göylə) aydınlıqla əlaqədardır. Şər ruhların sahibi isə şər tanrısı Erlik xandır. O, qaranlığı simvolizə edir, yer altında yaşayır, vəzifəsi isə insanlara pislik etməkdir. Bütün şər qüvvələr onun əmrinə tabedir. Göründüyü kimi, xarakterlərin və məkanın açılmasında rənglərin rolu olduqca önəmlidir.

50.Türk mifologiyasında uçan atlar

Türk mifoloji təfəkküründə bu atlar, əsasən, su ruhundan yaranan varlıqlar kimi təqdim olunurdular. Suda yaşayan atlarla bağlı belə bir inanc var ki, uçan atlar Qaf dağında yerləşən süd gölündə yaşayırlar. Belə rəvayət edirlər ki, Xızır ölümsüzlüyü axtararkən, bu atları süd gölündə görür. Onları tutmaq üçün nə qədər çalışsa da, mümkün olmur. Buna görə də sonda o, süd gölünə şərab tökərək atları sərxoş edir. Bundan sonra bir cütünü tutaraq onların qanadlarını qoparır. Sonra bu atları cütləşdırir. At nəsli buradan yaranıb. Yaxud sudan çıxan atlarla bağlı belə bir əfsanə vardır ki, su ayğırları sudan çıxdıqları kimi yenə də suya geri qayıdırlar. Sayı qırx olan bu atlar sehrlidirlər. Yaşadıqları dənizdən kənara çıxaraq bulaq suyu içmək istədikləri zaman əgər kimsə onlardan birini tutub belinə minsə, ayğır buna çox sevinər, həmin şəxsi külək sürəti ilə istədiyi yerə aparar. Su ruhundan törəmiş atlara türk dastan yaradıcılığında kifayət qədər rast gəlinir.

51. Mifoloji düşüncədə üç, dörd. Yeddi, doqquz rəqəmlərinin mifoloji açımı

Mirça Eliade də öz araşdırmalarında mifoloji düşüncədə sayların mistikası ilə bağlı tədqiqatlar aparmış, şamanist düşüncəyə malik xalqlarda 3, 6, 9 saylarının kosmik məkan anlayışı ilə bağlı göy, yer, yeraltı dünya ilə əlaqələndirir, şumer tanrılarının 7 və ya 9-cu göydə oturmasını və onların inanclarda dünya ağacının doqquz budaqlı olmasından söz açırdı. Eyni zamanda müəllif qeyd edirdi ki, yakutların Tanrıya kəsdikləri qurbanı Aytoyona çatdırmaq üçün şaman doqquz yarpaqlı ağacdan istifadə edirdi .


  1. Levi-Brül isə 7 rəqəmi ilə bağlı yazırdı ki, mifoloji inamlara görə dünyanın dörd tərəfi və üçlü kosmik məkan yeddi rəqəmini yaradırdı . Belə bir düşüncə zamanla formalaşan folklor yaradıcılığında da öz əksini tapırdı. Epik yaradıcılıqda bu hal daha çox mifopoetik təsvir vasitələri ilə ifadə olunurdu. “Oğuznamə”nin uyğur versiyasında Oğuzun oğlanlarını müxtəlif istiqamətlərdə (sağ və sol istiqamətlərdə) oturtması Bozoxlara ağ qoyun, Üçoxlara qara qoyun verməsi əslində dünyanın iki müxtəlif istiqamətlərinə şərqə və qərbə işarə idi. M. Seyidov Boz rəngi Ülgənin rəngi kimi dəyərləndirdi. Çox güman ki, boz ox dünyanın rəglər vasitəsi ilə ifadəsi ola bilərdi. Əgər belə idisə, o zaman ağ göyün, qara yeraltı dünyanın boz isə hər iki rəngin harmoniyasından yaranan yerin rəngi ola bilərdi. “Oğuzmanə”nin uyğur versiyasında öz əksini tapmış altı rəqəmi, yəni oğuzun altı oğlunun olması oğlanların adından da göründüyü kimi kosmoqoniyanın elementlərinə işarə idi.

52.Şumer mifologiyasında dünyanın yaradılışı

Şumer-akkadlara məxsus yaradılış mifində isə dünyanın yaradılışı bir qədər fərqli şəkildə düşünülür. Dünyanın yaradılışı ilə bağlı mifdə deyilir ki, heç bir şey yaradılmadan öncə, Tanrı olaraq kainatda şirin suyu təmsil edən Apsu və duzlu suyu təmsil edən Tiamat varmış. Onların birləşməsindən dalğaların səsi Mummu və iki nəhəng ilan Lakmu və Lakhamu yarandı. Bu ilanların birləşməsindən maddi dünyanı ifadə edən kişi Anşar və mənəvi dünyanı təmsil edən qadın Kişar yarandı. Onların birləşməsindən də Anu, Bel Marduk, Ea, İgigilər və Anunnakilər doğuldular. Bir müddətdən sonra onların səs-küyü Absunu narahat etməyə başladı. Absu və Tiamat bütün yaratdıqlarını məhv etməyə qərar verdilər. Savaş zamanı Marduk Tiamata qalib gəlir. Onu parçalayaraq bir hissəsindən göy üzünü yaradır. Sonra da çayları, bitkiləri heyvanları yaradır. İnsanı isə Marduk Tiamatın qanından yaradır.

53.Mifologiyada Xaos və Kosmos münasibətləri

Mifoloji sistemdə əsas yerlərdən birini də dünyanın yaranması və sonu ilə bağlı miflər tutur. İbtidai inanc sistemində yer alan əsas miflər Xaos-Kosmos əlaqələri üzərində qurulub. Bu miflərdə dünyanın əvvəli, yaranması və sonu ilə bağlı düşüncələr özünəməxsus şəkildə ifadə olunurdu. Miflərin mahiyyətini dərk etmək üçün əsas vasitələrdən biri də müxtəlif xalqların Xaos-Kosmos anlayışını qarşılıqlı şəkildə təhlil etməkdir. Bunun vasitəsi ilə isə uyğun mif motivlərinin genezisində yer alan əsas faktoru üzə çıxarmaq mümkündür. Mifoloji düşüncədən qaynaqlanan tipoloji uyğunluq ibtidai insanın sosial-psixoloji durumunun açılmasına xidmət göstərir. Bunu nəzərə alaraq, araşdırma zamanı tipoloji-müqayisəli metoddan istifadə etməklə ibtidai insanın təfəkküründə mifin mahiyyətini önə çıxarmaq olar.Qədim xalqların miflərində dünyanın əvvəli, yaranması və sonu ilə bağlı bir çox söyləmələr mövcuddur. Bu hal mifoloji düşüncədə Xaosdan Kosmosa keçidlə müşahidə olunmaqdadır. Xaosdan Kosmosa keçid hər bir xalqın düşüncəsində özünəməxsus şəkildə ifadə olunmaqdadır. Ümumiyyətlə, yunan, çin, hind və başqa xalqların mifoloji təsəvvürlərində olduğu kimi, türk mifologiyasında da dünya ilkin vəziyyətdən- xaos, torpaq və ya sudan yaranmışdır.




Yüklə 215 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin