İlan mifinin mənşəyi


Çevrilmə motivi mifoloji mətnlərdə müxtəlif formada özünü göstərir. Be­lə ki, cansız varlıqlara çevrilmədə ən çox təsadüf edilən daşa çevrilmə mo­ti­vi­dir



Yüklə 215 Kb.
səhifə7/8
tarix02.01.2022
ölçüsü215 Kb.
#35132
1   2   3   4   5   6   7   8
MİFOLOGİYA LEMAN CAVAB

Çevrilmə motivi mifoloji mətnlərdə müxtəlif formada özünü göstərir. Be­lə ki, cansız varlıqlara çevrilmədə ən çox təsadüf edilən daşa çevrilmə mo­ti­vi­dir. “Çoban sürüsünü otarırmış. Onu bir bulağın başında yuxu tutur. Ayı­lıb görür ki, sürü yoxdu.Əhd eləyir ki, sürnü tapsam, bir qoç qurban kəsəcəyəm. Çoban sü­rü­nü tapır, lakin əhdinə əməl eləmir. Ona görə sürüsü ilə bərabər daşa dönür” Burada çevrilmə əhdə əməl etmədiyi üçün cəza olaraq gərçəkləşir. Amma da­şa dönmə ilə bağlı digər nümunələrdə çevrilmə motivinin mahiyyəti dəyişir, belə ki, çətinliyə düşən gəlin, qız düşməndən qurtulmaq üçün Allaha yalvarır və daşa dönür.

43.Divlərin mifoloji personajlar kimi funksiyaları

Türk folklorunda tanrı və qutsal heyvan obrazları ilə yanaşı, qeyri-adi fiziki görünüşlü personajlar da mövcuddur. Bunlara öncəliklə divləri aid etmək olar. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanından tanıdığımız Təpəgözün yalnız bir gözü vardır. Divlər çox zaman üç qardaş, yeddi qardaş kimi təqdim olunurlar. Azərbaycan nağıllarında divlər xüsusiyyətlərinə görə Ağ div və Qara div adlandırılırlar. Onların bəzən anası da olur. Divlər adam ətini yeməyi sevirlər. Bu varlıqlar əksər hallarda ayı və ya günəşi qaçırır, başlarını qızların dizi üzərinə qoyaraq yuxuya gedirlər. Bəzi hallarda isə onlar həyat almasını oğurlayırlar. Mifoloji kontekstdə bu hal xaosun əlamətidir. Almanı geri almaq, ay və ya günəş qızı xilas etmək isə sehrli nağıl qəhrəmanının üzərinə düşür. Çox zaman divlərin ürəyi onlardan kənarda olur. Belə motivlərə “Tilsimə düşmüş qız” nağılında da rast gəlmək olar. Bununla yanaşı pərilər, cinlər də türk mifologiyasında geniş yayılmışdır.


  1. Miflərdə dünyanın yaradılışı

Yaradılış əfsanəsi-“Oğuz Qağan”, “Yaradılış”, “Şu”, “Manas”, “Kitabi-Dədə Qorqud”.


Yüklə 215 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin