İlan mifinin mənşəyi



Yüklə 215 Kb.
səhifə6/8
tarix02.01.2022
ölçüsü215 Kb.
#35132
1   2   3   4   5   6   7   8
MİFOLOGİYA LEMAN CAVAB

"İncil"də edilən günahların əvəzində qəzəblənmiş tanrı insanları cəzalandırır.

Tufan əfsanəsi-Nuhun Kənan adlı oğlu düşmənlərin zümrəsilə yaşayır, atasından uzaq gəzirdi. O, hələ də atasının dininə iman gətirməmişdi. Su bütün yer üzünü basanda Nuh və onunla birlikdə gəmidə olanlar o dəhşətli mənzərəyə tamaşa edirdilər. Birdən Nuhun gözü, başqa zalımlar kimi özünü boğulmaqdan xilas etməyə cəhd edən oğluna sataşdı. Nuhda atalıq məhəbbəti coşaraq onu çağırıb dedi: -"Oğlum, bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!" O bədbəxt o qədər təkəbbürün əsiri idi ki, bu iztirablı halda atasının sözlərinə qulaq asmadan ona belə cavab verdi: -"Mən bir dağa sığınaram, o da məni sudan qoruyar." Amma bundan qafil idi ki, bu sel kiçik, adi sellər kimi deyil, bəlkə Allahın tufan və sel şəklində düşən qəzəbidir və bu tufan qudurmuş, zalım insanları udur. Ondan qurtarmaq üçün heç bir çıxış yolu yoxdur. Nuh da bu məsələni ona başa saldı və ürəyi yanaraq dedi: -"Allahın iradə etdiklərindən başqa, bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz. Nəhayət, (onun sözləri qurtarıb-qurtarmamış) dalğa ata ilə oğlunun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu."

38.Transformasiya anlayışı və bunun mif mətnlərində ifadəsi

Qədim cəmiyyətlərin ibtidai təfəkkürünün nəticəsi olan bir çox mif motiv və süjetləri cəmiyyətin inkişafı nəticəsində zamanla formalaşan folklor mətnlərinə bu və ya digər şəkildə transformasiya edilirdi. İlkin mətnlərin (invariantların) müxtəlif transformasiyaların (köçürülmələrin) ilkin sxemi qorunması şərti ilə digər folklor mətnlərinə təhrif olunması şəklində qorunub saxlanılır. “Oğuznamə”nin uyğur variantında Oğuz xaqan Ay xaqanın gözündən doğulmuşdur. Onun zoomorf görkəmi özündə totemizmi ehtiva edirsə, zahiri görkəmində öz əksini tapmış rənglərin semantikası məhz, kosmoqoniyanı, kainatı və zamanı ehtiva edir. Qəhrəmanın saçının qaralığı kainatın və ya gecənin rəngidirsə, ağzının al-qırmızı olması günəşin semantik yozumudur. Yaxud “Koroğlu” və “Goroğlu” paralellərinə diqqət yetirək. Dastanın daha arxaik versiyası olan “Goroğlu”da qəhrəmanın anasının işıqdan hamilə qalması və qəhrəmanın gorda doğulması dastanın sonrakı variantı olan “Koroğlu” dastanında da özünü biruzə verir. Qəhrəmanın əsl adı Rövşəndir. Rövşən adı işıq, aydınlıq mənalarını verir. Bu onun mənşəyini bildirir. Alı kişinin kor edilməsi isə qəhrəmanın doğulduğu yeri goru, qaranlığı ehtiva edir. Bu isə ilk əcdad qəhrəmanın doğuluşu və xaos-kosmos qarşıdurmasının göstəricisisidir.

39.Mifin dastan və nağıllara transformasiyası

1. “Koroğlu” və “Goroğlu” paralellərinə diqqət yetirək. Dastanın daha arxaik versiyası olan “Goroğlu”da qəhrəmanın anasının işıqdan hamilə qalması və qəhrəmanın gorda doğulması dastanın sonrakı variantı olan “Koroğlu” dastanında da özünü biruzə verir. Qəhrəmanın əsl adı Rövşəndir. Rövşən adı işıq, aydınlıq mənalarını verir. Bu onun mənşəyini bildirir. Alı kişinin kor edilməsi isə qəhrəmanın doğulduğu yeri goru, qaranlığı ehtiva edir. Bu isə ilk əcdad qəhrəmanın doğuluşu və xaos-kosmos qarşıdurmasının göstəricisisidir.

2.Mif mətn­lə­rinin və personajlarının müəyyən bir zamandan sonra epik əsər­lərə transformasiyası artıq məlumdur.Buna “Dirsə xan oğlu Buğac xan boyu”, “Qanlı qoca oğlu Qan­turalı boyu”, “Basatın Təpəgözü öldürdüyü boy” nümunə kimi göstərilə bilər. Bu boylardakı qəhrəmanlardan olan Buğac vəhşi buğa, Qanturalı aslan, buğa və buğra, Basat isə, əfsanədən də bilindiyi kimi, xalqa zülm edən Təpəgözlə döyüşərək qalib gəl­mişlər. Bu boylar içərisində “Basatın Təpəgözü öldürdüyü” boy bu cəhətdən xüsusilə diqqətəlayiqdir. Çünki mədəni qəhrəmana xas olan bu keyfiyyət, yəni xalqı əziyyətdən qurtarıb, rahat yaşa­yışını təmin etmək bu boyda eynilə əks olunmuşdur. Əvvəlcə əfsa­nə şəklində bir çox türk xalqları arasında yayılmış olan bu boy sonradan “Kitabi Dədə Qorqud” dastanına daxil edilmişdir. Bu boyun qəhrəmanı olan Basat da əfsanəvi qəhrəmanın epik transformasiyasıdır. Təpəgözlə bağlı miflər nağıl­lara da transformasiya edilmişdir.

40.İnterpretasiya hadisənin ozan-aşıq ədəbiyyatında təzahürü bax

Türk mifoloji təfəkküründə yer alan qurban mərasimləri də bu və ya digər şəkildə dastan yaradıcılığında öz əksini tapırdı. “Kitabi-Dədə Qorqud” dastanında “İç oğuzun taş oğuza asi olduğu Bəyrək öldügü boyu beyan edər xanım hey!” boyuna diqqət yetirək: “Üç ok Boz ok yığnak olsa, Qazan evin yağmaladardı. Qazan geri evin yağmalatdı. Ana Taş Oğuz bilə bulunmadı. Həmin İç Oğuz yağmaladı”. Mətnin bu şəkildə interpretasiyasına dastanda öz əksini tapmış bu motiv qurbanvermə ayininin interpretasiyası idi. Mifoloji məntiqdə zaman məsələləri ilə bağlı olan hadisə təqvim mifinin transformasiyası kimi dəyərləndirilə bilər. Yəni bu hal il təzələnməsinə bir işarədir. Yaxud “Dirsə xan oğlu Buğac boyunu bəyan edər xanım hey!” boyunda Dirsə xan övladsızlıq ucbatından Bayandır xanın göstərişi ilə qara çadırda oturdulur. Bu hadisə Dirsə xana ağır təsir edir. O, evinə döndükdən sonra, qadınını təhdid edir və ona şikayətlənir. Qadını Dirsə xana nəzir-niyaz paylamasını məsləhət görür. Demək, övlad qazanmaq üçün bir neçə şərtlərdən keçmək lazımdır. Öncə qurbanvermə aktı icra edilməlidir. Bu uşaqları qoruyan, uşaqverən hami ruhlara qurban verilməsi ilə bağlıdır. Belə hami ruh türk inanclarında Umay ananın adı ilə bağlı idi.

41. “Goroğlu” və “Koroğlu dastanında ortaq motivlər”

“Koroğlu” və “Goroğlu” paralellərinə diqqət yetirək. Dastanın daha arxaik versiyası olan “Goroğlu”da qəhrəmanın anasının işıqdan hamilə qalması və qəhrəmanın gorda doğulması dastanın sonrakı variantı olan “Koroğlu” dastanında da özünü biruzə verir. Qəhrəmanın əsl adı Rövşəndir. Rövşən adı işıq, aydınlıq mənalarını verir. Bu onun mənşəyini bildirir. Alı kişinin kor edilməsi isə qəhrəmanın doğulduğu yeri goru, qaranlığı ehtiva edir. Bu isə ilk əcdad qəhrəmanın doğuluşu və xaos-kosmos qarşıdurmasının göstəricisisidir.


  1. Sehrli nağıllarda mifoloji motivlər

Sehrli nağıllarda һər hansı yasaq edilmiş bir hadisənin, şərtin pozulması, sirrin açılması nəticəsində də müxtəlif çevrilmələr baş verir, qəhrəman müxtəlif cildlərə düşür, quşa, heyvana çevrilir, daşa dönür və s. Xüsusən, çətin bir tapşırığı yerinə yetirməyə yola düşən qəhrəman möcüzəli köməkçinin dediklərini unudanda çətinliyə düşür. Yalnız sehrin, tilsimin sındırılmasından sonra qəhrəman öz əvvəlki vəziyyətinə dönə bilir. Qəhrəmanın çətinliyə, dara düşməsi о saat onun köməkçisinə əуаn olur və onun köməyilə qəhrəman ölümdən xilas olur.Sehrli nağıllarda çevrilmələrin müxtəlif növləri ayrıayrı süjet tiplərində geniş yayılmışdır. İnsanın başqa bir varlığa – quşa, heyvana, ağaca, daşa və əksinə çevrilməsi əski inamlardan qaynaqlanır: “Mifik əfsanə, mifik deyim, nağıl, dastanda insan, heyvan, daş, ağac və s. bir-birinin ardınca dürlü şəkillərə düşür.


Yüklə 215 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin