I. HÜQuqi ŞӘxs anlayişi vә onun әsas әlamәTLӘRİ II. HÜQuqi ŞӘxslәRİn hüquq subyektliYİ, yaradilmasi və Xİtami III. HÜQuqi ŞӘxslәRİn tәSNİfati



Yüklə 1,81 Mb.
səhifə6/9
tarix13.12.2023
ölçüsü1,81 Mb.
#174897
1   2   3   4   5   6   7   8   9
referat 1441

III. HÜQUQİ ŞӘXSLӘRİN TӘSNİFATI

Әvvәllәr dә qeyd etdiyimiz kimi, müasir bazar iqtisadyyatı şәraitndә hüquqi şәxslәr geniş vә mürәkkәb növ müxtәlifliyinә malikdir vә bu müxtәliflik dә qanunvericilik tәrәfindәn tәsbit edilmişdir. Buna görә dә onların mahiyyәti vә cәmiyyәt hәyatındakı rolunu daha aydın dәrk etmәk üçün elmi şәkildә işlәnib hazırlanmış bir tәsnifata da ehtiyac vardır. Hüquqi şәxslәrin tәsnifatı dedikdә, onların ayrı-ayrı növlәrdә qruplaşdırılması vә birlәşdirilmәsi başa düşülür.


Belә tәsnifatlar müxtәlif ölkәlәrin hüquq sistemindә bir-birindәn çox da fәrqlәnmәyәn formalarda hәyata keçirilmişdir. Azәrbaycan Respublikasının da mövcud hüquq sistemi bizә imkan verir ki, hüquqi şәxslәri aşağıda göstәrilәcәk meyarlara әsasәn qruplaşdıra bilәk:

  1. Mülkiyyәt formasına görә hüquqi şәxslәrin tәsnifatı

1995-ci ildә qәbul olunmuş Azәrbaycan Respublikası Konstitusiyasının 13-cü maddәsindә açıq şәkildә göstәrilmişdir ki, mülkiyyәt dövlәt, xüsusi vә bәlәdiyyә mülkiyyәtindә ola bilәr. Buna görә dә hüquqi şәxslәr dә daxil olmaqla ölkәdә fәaliyyәt göstәrәn istәnilәn bazar subyekti yalnız bu mülkiyyәt formalarının birinә vә ya onların birgә formasına әsaslana bilәr. Bu baxımdan mülkiyyәt formasına görә hüquqi şәxslәri aşağıdakı növlәrә bölürlәr :
- Dövlәt hüquqi şәxslәri : Bunlara dövlәt mülkiyyәtli bir sıra müәssisә vә idarәlәri aid etmәk olar;
- Bәlәdiyyә hüquqi şәxslәri : Bәlәdiyyә әmlakı әsasında fәaliyyәt göstәrәn hüquqi şәxslәrdir ;
- Özәl hüquqi şәxslәri : Bazar iqtisadiyyatı şәraitindә fәaliyyәt göstәrәn hüquqi şәxslәrin әksәriyyәti fiziki vә ya hüquqi şәxslәrin özәl әmlakına әsaslanan hüquqi şәxslәrdir;
- Qarışıq hüquqi şәxslәri : Bu hüquqi şәxslәr göstәrilәn müxtәlif mülkiyyәt formalı bazar subyektlәrinin birgә әmlakı әsasında formalaşaan hüquqi şәxslәrdir;
2. Yaradılma qaydalarına görә hüquqi şәxslәrin tәsnifatı
Yaradılma qaydalarına görә hüquqi şәxslәrin tәsnifatı dedikdә, yaradılma sistemlәri baxımından onların fәrqlәndirilmәsi nәzәrdә tutulur. Bu baxımdan onlar aşağıdakı kimi bölünürlәr:

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin