I. HÜQuqi ŞӘxs anlayişi vә onun әsas әlamәTLӘRİ II. HÜQuqi ŞӘxslәRİn hüquq subyektliYİ, yaradilmasi və Xİtami III. HÜQuqi ŞӘxslәRİn tәSNİfati



Yüklə 1,81 Mb.
səhifə4/9
tarix13.12.2023
ölçüsü1,81 Mb.
#174897
1   2   3   4   5   6   7   8   9
referat 1441

Sәrbәst sistem

Sәrbәst quruluş sistemindә hüquqi şәxslәrin yaradılması yalnız vә yalnız tәsisçilәrin onları yaratmaqla bağlı iradәlәrini ifadә etmәsilә baş verir. Başqa sözlә, hüquqi şәxsin yaradılması zamanı heç bir rәsmi prosedur vә ya icazә sistemi yoxdur. Sadәcә qurumun tәsis edilmәsi ilә bağlı dövlәt tәrәfindәn bәzi qaydalar tәqdim edilә bilәr ki, bunlar da tövsiyә xarakteri daşıyır.
Bu sistem tәsisçinin sәrәncamından asılı olduğundan irәli gәlәrәk bәzәn sәrәncam üsulu da adlanır. Bu sistem hәlә Qәdim Roma Hüququnda XII Cәdvәl qanunlarında da nәzәrdә tutulmuşdu. Belә ki, birliklәrin yaradılması vә әsasnamәlәrinin formalaşdırılması tam sәrbәst xarakter daşıyırdı. Yalnız bu zaman qәbul olunmuşdu ki, kütlәvi qanunları pozan hәrәkәtlәrә yol verilmәsin.

  1. İcazәli sistem

İcazәli sistemin köklәri Qәdim Roma Hüququna dayanır. Romada Avqust korporasiyaların yaradılması zamanı ilk öncә senatdan icazә alınması ilә bağlı qanunu qәbul etmişdir ki, bu sistem dә o dövrdә konsessiya (concessio) anlayışı ilә ifadә olunmuşdur.
Sonralar XIX әsrdә Fransa, Avstriya, Almaniya kimi Avropa ölkәlәrindә, müasir dövrdә dә bir sıra ölkәlәrdә bu sistemin tәtbiq olunmasına rast gәlinir.
Göründüyü kimi sistemin mahiyyәti ondan ibarәtdir ki, hüquqi şәxs yaradılmamışdan öncә hökmәn müәyyәn bir rәsmi orqanın icazәsini almalıdır. Bu sistem AR qanunvericiliyindә kütlәvi şәkildә tәtbiq olunmasa da, bir sıra hallarda, xüsusilә antiinhisar qanunvericiliyinә әsasәn bәzi müәssisә vә birliklәrin yaradılması zamanı antiinhisar qanunvericiliyinә әmәl olunmasına nәzarәt etmәk mәqsәdilә tәtbiq olunur. Qanun müәssisә vә birliklәrin yaradılmasının bir sıra hallarında dövlәtin antiinhisar nәzarәtini hәyata keçirәn
orqanından( hal-hazırda bu İİN-nin müvafiq departamentidir ) icazә alınmasını tәlәb edir.

  1. Qeydiyyatlı sistem

Bәzi әdәbiyyatlarda normativ üsul kimi ifadә olunan qeydiyyatlı sistem dünyanın әksәr demokratik ölkәlәrindә әn geniş yayılmış sistemdir. Respublikamızda da tәtbiq olunan bu sistemdә hüquqi şәxslәrin yaradılması ilә bağlı minimum qaydalar qanunla tәsbit olunur vә bu qaydalara әmәl edilib-edilmәmәsini xüsusi dövlәt orqanı yoxladıqdan sonra müvafiq hüquqi şәxsin dövlәt qeydiyyatına alınıb alınmaması ilә bağlı qәrar çıxarır. Әgәr qaydalara tam әmәl olunubsa, hüquqi şәxsin dövlәt qeydiyyatına alınmamasına heç bir sәbәb yoxdur. Mәhz dövlәt qeydiyyatına alındığı andan da hüquqi şәxs hüquq subyektliyi qazanır.
Hüquqi şәxslәrin dövlәt qeydiyyatı onların yaradılmasının yekun vә әhәmiyyәtli mәrhәlәsi hesab olunur. Mәhz tәsis sәnәdlәri hazır olduqdan sonra onlar müvafiq dövlәt orqanlarına tәqdim olunur vә qeydә alındıqdan sonra da hüquqi şәxs statusu alırlar.
Azәrbaycan Respublikasında hüquqi şәxslәrin dövlәt qeydiyyatı proseduru ölkә qanunvericiliyinin bu sahәdә olan normaları ilә tәnzimlәnir. Bu normalar AR Konstitusiyası, “Mülki Mәcәllә”, “Hüquqi şәxslәrin dövlәt qeydiyyatı haqqında” qanun , “Sәhmdar cәmiyyәti haqqında” qanun,“Siyasi partiyalar haqqında” qanun, “Dini etiqad azadlığı haqqında” qanun,“Qeyri-hökumәt tәşkilatları haqqında” qanun vә digәr normativ-hüquqi aqtlarda öz әksini tapmışdır.
Mövcud qanunvericilik ayrı-ayrı növ hüquqi şәxslәrin qeydiyyat proseduruna fәrqli yanaşmalar gәtirsә dә, ümumi şәkildә onların qeydiyyatı aşağıdakı mәrhәlәlәrdәn keçir :
- Qurumun tәsisçisinin (təsisçilərinin) vә ya onun (onların) vәkil etdiyi şәxsin imzasını daşıyan әrizә ilә hüquqi şәxsin dövlәt qeydiyyatına alınması üçün müvafiq dövlәt orqanına (hal-hazırda bu orqan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergilər Departamenti Kommersiya Hüquqi Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsidir) müraciәt edılır. Bu zaman әrizәyә aşağıdakı sәnәdlәr dә әlavә olunmalıdır :

  • Təsis sənədləri - hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar;

  • Dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

  • Təsisçi hüquqi şəxs olduqda - onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti.

  • Təsisçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

  • Qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;

  • Hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;

  • Qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

  • Fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;

  • Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd.

- İkinci mәrhlәdә dövlәt orqanı tәrәfindәn әrizәyә baxılır. Müvafiq dövlәt oqanı hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatını 5 gündən gec olmayaraq, hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun, habelə xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatını, bir qayda olaraq, 40 gündən gec olmayaraq həyata keçirir. Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, müvafiq dövlət orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir.
- Sonuncu mərhələdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə həmin dövlət orqanı dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verir. Verilmiş şәhadәtnamә hüquqi şәxslәrin möhür, ştamp, firma blanklarının vә әmtәә nişanlarının hazırlanması, bank hesablarının açılması, habelә vergi orqanlarında uçota alınmaları üçün әsas sәnәddir. Bununla yanaşı dövlәt qeydiyyatına alınmış hüquqi şәxs üçün statistika orqanından identifikasiya kodu alınır vә onlar müvafiq say altında dövlәt qeydiyyatı orqanında aparılan dövlәt qeydiyyatı kitabına daxil edilirlәr. Dövlәt qeydiyyatı üçün tәqdim olunmuş bütün sәnәdlәr dә müvafiq saylı sәnәdlәr toplusunda (işdә) saxlanılır.
Hüquqi şәxslәrin hәyat tsikli fiziki şәxslәrdәn fәrqli olaraq mәhdud olmamasına baxmayaraq, әbәdi dә deyildir. Yәni hüquqi şәxslәr dә müәyyәn sәbәblәrdәn irәli gәlәrәk öz fәaliyyәtlәrini dayandıra vә ya xitam verә bilәrlәr. Bu sәbәlәrә misal olaraq bunları göstәrmәk olar :
- Hüquqi şәxsin öz qarşısına qoyduğu mәqsәdinә artıq nail olduğunu müәyyәnlәşdirdikdә ;
- Hüquqi şәxsin qarşısına qoyduğu mәqsәdә çatmasının praktiki vә hüquqi baxımdan mümkün olmaması vәziyyәti yarandıqda ;
- Hüquqi şәxs müәyyәn bir müddәt üçün qurulduğu halda hәmin müddәtinin başa çatması ;
- Hüquqi şәxsin sәlahiyyәtli orqanları tәrәfindәn onun lәğvinә qәrar verilmәsi ;
- Mәhkәmә tәrәfindәn hüquqi şәxsin lәğvinә qәrar verilmәsi ;
- Әgәr hәr hansı bir icra hakimiyyәti orqanına belә bir sәlahiyyәt verilmişsә, hәmin orqanın hüquqi şәxsin lәğvi ilә bağlı qәrar vermәsi vә.s
AR Mülki Məcəlləsinin 59.1-ci maddəsinə görə : “Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.”
Hüquqi şәxsin fәaliyyәtinә müxtәlif әsaslara (vә ya hüquqi faktlara) görә xitam verilә bilәr ki, bunlar da xrakterinә görә iki yerә bölünür :
1. Hüquqi şәxsin fәaliyyәtinә xitam verilmәsinin mәcburi әsasları
Hüquqi şәxsin fәaliyyәtinә xitam verilmәsinin mәcburi әsasları dedikdә, әsasәn bununla bağlı mәhkәmә qәrarları nәzәrdә tutulur. Yәni bu әsaslar hüquqi şәxslәrin iradәsindәn asılı olmayaraq meydana gәlmiş vә icrası da onların iradәsindәn asılı deyildir. Mәs. ölkә qanunvericiliyinә görә bunara aşağıdakı qәrarları göstәrmәk olar :
- Hüquqi şәxsin müflis heab edilmәsi ilә bağlı mәhkәmә qәrarı;
- Hüquqi şәxs yaradıldığı zaman yol verilmiş qanun pozuntuları ilә әlaqәdar onun qeydiyyatının mәhkәmә tәrәfindәn eibarsız sayılması ilә bağlı qәrar;
- Qanunla müәyyәnlәşdirilmiş hallarda hüquqi şәxsin yenidәn tәşkili ilә bağlı mәhkәmә qәrarı
2. Hüquqi şәxsin fәaliyyәtinә xitam verilmәsinin könüllü әsasları
Hüquqi şәxsin fәaliyyәtinә xitam verilmәsinin könüllü әsasları dedikdә, hüquqi şәxsin tәsisçilәrinin vә ya onların nizamnamә ilә vәkil edilmiş orqanlarının xitamla bağlı verdiklәri qәrarlar nәzәrdә tutulur.
Hüquqi şәxslәrә xitam verilmәsi yaratdığı nәticәlәri baxımından iki yolla hәyata keçirilә bilәr :
- Yenidәn tәşkil yolu ilә hüquqi şәxsin fәaliyyәtinә xitam verilmәsi ;
- Lәğvetmә yolu ilә hüquqi şәxsin fәaliyyәtinә xitam verilmәsi.
Yenidәn tәşkil yolu ilә hüquqi şәxsin fәaliyyәtinә xitam verilmәsi
Bu yola hüquq әdәbiyyatlarında nisbi xitam olunma yolu adı da verilmişdir. Bu zaman bir hüquqi şәxsin fәaliyyәtinә xitam verilir vә onun bir sıra xüsusiyyәtlәrini özündә birlәşdirәn yeni hüquqi şәxs yaranır. Ümumiyyәtlә hüquqi şәxslәrin yenidәn tәşkili aşağıdakı formalarda ola bilәr :

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin