I. HÜQuqi ŞӘxs anlayişi vә onun әsas әlamәTLӘRİ II. HÜQuqi ŞӘxslәRİn hüquq subyektliYİ, yaradilmasi və Xİtami III. HÜQuqi ŞӘxslәRİn tәSNİfati


I. HÜQUQİ ŞӘXS ANLAYIŞI VӘ ONUN ӘSAS ӘLAMӘTLӘRİ



Yüklə 1,81 Mb.
səhifə2/9
tarix13.12.2023
ölçüsü1,81 Mb.
#174897
1   2   3   4   5   6   7   8   9
referat 1441

I. HÜQUQİ ŞӘXS ANLAYIŞI VӘ ONUN ӘSAS ӘLAMӘTLӘRİ
Hüquqda şәxslәr dedikdә müәyyәn hüquq vә vәzifәlәrә sahib olan varlıqlar başa düşülür ki, bunlar da ayrı-ayrı insanlar olduğu kimi onların birliklәri dә ola bilәr. Bu baxımdan müasir hüquq sistemlәri insanlar vә ya onların әmlak birliklәrindәn ibarәt qurumlara da hüquq vә vәzifәlәr әldә etmәk sәlahiyyәti vermişdir ki, bunlar da hüquqi şәxslәr (yәni fiziki şәxslәr kimi tәbiәt tәrәfindәn deyil, mövcud hüquq sistemi tәrәfindәn yaradılan) adlandırılmışdır. Bir sözlә, hüquqi şәxslәr - müәyyәn bir mәqsәdin reallaşdırılması mәqsәdilә müstәqil bir varlıq halında tәşkilatlanmış, hüquq vә vәzifәlәrә sahib olma sәlahiyyәti mövcud hüquq sistemi tәrәfindәn tәsbit edilmiş, vәtәndaşların vә ya onların әmlak birliyidir. AR Mülki Məcəlləsi hüquqi şəxsə belə anlayış verir: “Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.” (Maddə 43.1)
Müasir Mülki Hüquq әdәbiyyatlarında hüquqi şәxs anlayışına hüquq institutu vә konstruksiya kimi iki cür yanaşma mövcuddur:
Hüquqi şәxs - hüquq institutu kimi
Hüquq institutu mәnasında hüquqi şәxslәr dedikdә, hüquqi şәxslәrin yaradılması, fәaliyyәti vә lәğvi ilә bağlı yaranan münasibәtlәri tәnzimlәyәn hüquq normalarının mәcmusu başa düşülür. Bu normalar isә ayrı-ayrı normativ-hüquqi aktlarda ifadә olunur. Mәs. Azәrbaycan Respublikasında “Mülki Mәcәllә”, “Hüquqi şәxslәrin dövlәt qeydiyyatı haqqında”, “SC haqqında”, “Kooperasiya haqqında”, “Dini etiqad azadlığı haqqında”, “Siyasi partiyalar haqqında” qanunlar belә normativ-hüquqi aktlardandır.
Hüquqi şәxs - konstruksiya kimi
Konstruksiya latınca constructio sözündәn götürülmüşdür ki, mәnası quruluş vә ya qurğu demәkdir. Bu baxımdan konstruksiya mәnasında hüquqi şәxslәr dedikdә, fiziki şәxslәrin mülki dövriyyәdә kollektiv şәkildә iştirakını tәmin edәn bir forma vә ya vasitә başa düşülür. Yәni hüquqi şәxs ayrı-ayrı vәtәndaşların öz әmәk, kapital vә tәbii resurslarını birlәşdirәrәk müәyyәn bir mәqsәdi birgә hәyata keçirmәlәrinә şәrait yaradan bir qurğudur.
Hüquqi şәxslәrin genezisi dedikdә, onların әmәlә gәlmәsinin tarixi köklәri vә formalaşma xüsusiyyәtlәri nәzәrdә tutulur. Bu baxımdan hüquqi şәxslәrin genezisi araşdırılarkәn Qәdim Roma Hüququ vә hüquqi şәxslәr nәzәriyyәsinin tam şәkildә formalaşması dövrü üzәrindә ayrı-ayrılıqda dayanmaq zәruridir.
Roma Hüququnda hüquqi şәxslәr
Müasir Mülki Hüquq elminin ilkin mәnbәyini tәşkil edәn Qәdim Roma Hüququnda hüquqi şәxs anlayışının da rüşeyimlәrini görmәk mümkündür. Belә ki, Roma Hüququnda hüquqi şәxs anlayışı bir hüquq subyekti kimi işlәnmәsә dә, Marsian, Alfen, Ulpian kimi hüquqçular bәzәn mülkiyyәtin ayrı-ayrı şәxslәrә deyil, onların birliklәrinә mәnsub olmasından bәhs edirdilәr. Onlar hәtta korporasiyalarla (“universitas”) şirkətlər (“sosietas”) arasındakı fәrqlәrin izahını da vermәyә çalışırdılar. Romada XII Cәdvәl qanunu açıq şәkildә korporasiya, kollegiya vә assosiasiyaların yaradılmasına tam sәrbәstlik verirdi. Lakin bu tәşkilatlar hüquq subyekti ola bilmәdiyindәn onların işlәrini fiziki şәxslәr icra edirdi. Bu zaman tәşkilat personaevice (şәxsin әvәzinә, şəxs kimi) vә ya privatorum loco (ayrı-ayrı şәxslәrin vәziyyәtindә) kimi nәzәrdә tutulurdu.
Hüquqi şәxs nәzәriyyәsinin formalaşması
Hüquqi şәxs anlayışının köklәri hәlә Qәdim Roma Hüququna dayansa da, sonralar hakim olan feodal-natural tәsәrrüfatı geniş ölçüdә onların inkişafının qarşısını almışdır. Belә ki, tamamilә qapalı vә istehsalın şәxsi istehlak üçün davam etdiyi bir sistemdә insanların öz resurslarını birlәşdirmәyә ehtiyacı qalmırdı. Lakin kapitalist münasibәtlәrinin genişlәndiyi, milli vә beynәlxalq bazarların formalaşdığı, rәqabәtin güclәndiyi, xüsusilә XIX әsrin II yarısından etibarәn bazar subyektlәrinin öz imkanlarını birlәşdirәrәk fәaliyyәt göstәrmәlәrını zәruri etdi. Nәticәdә, milli, regional vә beynәlxalq sәviyyәdә bir sıra tәsәrrüfat vә peşә birliklәri meydana gәldi ki, bunların da әn mәşhurları ticarәt kompaniyaları idi. Mәhz bu dövrdәn başlayaraq da Qitә Avropası ölkәlәrindә xüsusilә Alman vә Fransız hüquqçuları olan Girke, Dernburg, Salleyl,İerinq, Savinyi vә.s tәrәfindәn hüquqi şәxslәrin müasir dövrdә öyrәnilәn nәzәriyyәsinin әsası qoyulmağa başlandı. “Hüquqi şәxs” termini dә ilk dәfә olaraq Alman hüquq elmindә “juristische person” formasında işlәnmәyә başladı.
Mürәkkәb bir konstruksiya olan hüquqi şәxslәrin mahiyyәti 150 ildәn artıq bir müddәtdir ki, müxtәlif nәzәriyyәlәrlә izah olunmağa çalışılır. Bu nәzәriyyәlәri ümumi şәkildә iki qrupa ayırırlar.
1. Hüquqi şәxslәr haqqında fiksiya nәzәriyyәlәri
Fiksiya nәzәriyyәlәri öz kökünü orta әsr Kilsә Hüququndan götürsә dә, әsasәn XIX әsrdә formalaşmışdır. Bu nәzәriyyәlәrә görә yalnız insanlar hüquq vә vәzifәlәrә sahib olub, hüquq vә fәaliyyәt qabliyyәti әldә edә bilәr. Lakin bәzәn hüquq vә vәzifәlәr konkret bir şәxsә aid olmadığı halda, qanunverici şәxslәrin vә onların әmlak birliklәrini insan kimi fәrz edәrәk, onların müәyyәn hüquq vә vәzifәlәrә sahib olmaq hüququnu tәsbit edir vә belәliklә hüququn “uydurma” subyekti olan hüquqi şәxslәr hüquqi bir ehtiyacdan meydana gәlir.
(fiksiya sözü dә latınca “ficta” – uydurma mәnasındadır).
Bu nәzәriyyәlәrdәn әn geniş yayılmışları bunlardır :
Mülkiyyәtin bölünmәsi nәzәriyyәsi
Bartol tәrәfindәn ortaya atılan bu nәzәriyyәyә görә korporasiyalar hüququn qondarma vә real subyektlәrindәn ibarәtdir vә bunlar әmlak üzәrindә fәrqli sәlahiyyәtlәrә malikdir. Qondarma subyekt olan korporasiya özü ali, real subyekt kimi korporasiya üzvlәri isә asılı mülkiyyәtçilәrdir.
Mәqsәdli әmlak nәzәriyyәsi
XIX әsrdә alman hüquqçu A.F Brinsin irәli sürdüyü bu nәzәriyyә hüquqi şәxslәrin real subyektliyini rәdd edir vә gostәrir ki, hüquqi şәxs әmlakdır vә mәqsәdli şәkildә ayrılmış bu әmlak yalnız hüquq subyekti rolunu oynamaq imkanı yaradır. Nә vaxtadәk bu rolu oynamaq mәqsәdi mövcud olacaq, o vaxta qәdәr dә hüquqi şәxs mәqsәdli әmlak formasında saxlanacaq.
Kollektiv mülkiyyәt nәzәriyyәsi
XX әsrin әvvәllәrindә Fransız M.Planiol tәrәfindәn irәli sürülmüşdür. O, hesab edirdi ki, hüquqi şәxsin әmlakı bütün kollektivin әmlakıdır vә kollektivin hәr hansı bir üzvü özünü bu әmlakın müәyyәn bir hissәsinin mülkiyyәtçisi hesab edә bilmәz. Hüquqi şәxs kollektiv әmlakının xüsusi idarәetmә formasıdır vә kollektiv әmlak olan hüquqi şәxs hüquq subyekti sayılmamalıdır.
Mәnafe nәzәriyyәsi
Mәnafe nәzәriyyәsi XIX әsrdә Alman hüquqçu R.F.İerinq tәrәfindәn yaradılmışdır. Bu nәzәriyyә hesab edir ki, hüquqi şәxsin özünün mәnafeyi yoxdur, o yalnız onu tәşkil edәn fiziki şәxslәrin mәnafelәrini tәcәssüm etdirmәk mәqsәdilә yaradılan süni bir mәrkәzdir .
Yalnız fiziki şәxslәrin mәnafelәri var vә yalnız onlar hüquqi şәxsin әmlakından faydalanırlar. Belә olduğu halda da hüququn hәqiqi subyekti rolunda yalnız fiziki şәxslәr çıxış edirlәr.
2. Hüquqi şәxslәrin reallığı nәzәriyyәlәri
Hüquqi şәxslәr haqqında fiksiya nәzәriyyәlәrinә qarşı, onların irәli sürdüyü fikirlәrin әksini irәli sürәn nәzәriyyәlәr yaranmışdır ki, bunlar da hüquqi şәxslәrin reallığı nәzәriyyәlәri adlanır. Bu nәzәriyyәnin tәrәfdarları hüquqi şәxslәri hәqiqi sosial varlıq kimi qәbul edәrәk göstәrirlәr ki, şәxslәrin vә ya onların әmlak birliklәri cәmiyyәtdә mövcud olan varlıqlardır vә qanunverici bunları yaratmır, sadәcә mövcudluqlarını tәsbit edir. Bununla yanaşı hüquqi şәxslәrin dә iradәsi var vә bu onların “orqanları” vasitәsilә ifadә olunur.
Bu nәzәriyyәlәrdәn әn geniş yayılmışları bunlardır :
Üzvi nәzәriyyә
Әsası Alman hüquqçusu O.F Girke tәrәfindәn qoyulan bu nәzәriyyә hüquqi şәxslәri maddi tәrәfi birliyin daxili strukturu, mәnәvi tәrәfi isә ümumi iradәsi olan vahid canlı varlıq, ictimai orqanizm kimi ifadә edәrәk gostәrir ki, onun bu cür mahiyyәti ona tam şәkildә hüquq subyekti olmaq imkanı verir. Bu isә dövlәt tәrәfindәn yalnız etiraf oluna bilәr.
Sosial reallıq nәzәriyyәsi
Bu nәzәriyyә bir növ üzvi nәzәriyyәnin davamı kimi çıxış edir vә әsası Fransız P.Mişu vә R. Salleyl tәrәfindәn qoyulmuşdur. Onlara görә müәyyәn әmlak kompleksinә vә ümumi iradәyә sahib olmaq, fiziki şәxslәr arasında әlaqәni ifadә etmәk, onların ümumi mәnafeyinә vә mәqsәdlәrinә nail olmalarına xidmәt etmәk baxımından hüquqi şәxs bioloji vә ya biososioloji yox, tam mәnada bir sosial reallıqdır.
Tәbii ki, bu nәzәriyyәlәrin hәr biri hüquqi şәxs anlayışını müәyyәn tәrәflәrdәn izah etmәk baxımından әhәmiyyәtlidir, lakin Azәrbaycan Respublikasının qanunvericiliyi dә daxil olmaqla, әksәr ölkәlәrin qanunvericiliyindә bu anlayışa daha çox hüquqi şәxslәrin reallığı nәzәriyyәlәri nöqteyi-nәzәrindәn yanaşma meyli daha güclüdür. Keçmiş Sovet әdәbiyyatlarında isә onlara adamların müәyyәn şәkildә yaranmış mütәşәkkil kollektivi kimi baxmaq meyli hakim idi.
Hüquqi әdәbiyyatlarda hüquqi şәxslәrin әsasәn aşağıdakı funksiyalarına rast gәlinir:
Vәsaitlәrin birlәşdirilmәsi
Hüquqi şәxslәrin klassik funksiyalarından biridir. Belә ki, hüquqi şәxslәr imkan verir ki, bazar subyektlәri tәkbaşına hәyata keçirә bilmәdiklәri vә ya keçirәcәklәri halda uğursuzluğa düçar olacaqları layihәlәri öz kapital, tәbii vә әmәk resurslarını birlәşdirәrәk birgә hәyata keçirsinlәr.
Fiziki şәxslәrin iqtisadi riskini azaltması
Bilindiyi kimi, fiziki şәxslәr iqtisadi dövriyyәdә iştirak etdiyi zaman öz öhdәliklәrinә görә bütün әmlakları ilә mәsuliyyәt daşıyırlar. Lakin müxtәlif tәşkilati-hüquqi formalı hüquqi şәxslәr müstәqil әmlak mәsuliyyәtinә malik olduqlarından onun üzvlәri dә mövcud öhdәliklәrә görә yalnız hüquqi şәxsdә sahib olduqları pay hәcmindә mәsuliyyәtli olurlar ki, bu da iqtisadi dövriyyәdә iştirak risqinin azalması demәkdir.
Vәsaitlәrdәn sәmәrәli istifadә edilmәsi
Müasir dövrdә hüquqi şәxslәr әsasәn istehsal-tәsәrrüfat fәaliyyәti ilә mәşğul olan bazar subyektlәri olduğundan, onların vәsaitlәrdәn daha sәmәrәli istifadә etmәk funksiyaları da önә çıxmaqdadır. Belә ki, hüquqi şәxslәrin peşәkar idarәetmә orqanları, marketinq, reklam, maddi texniki tәchizat, maliyyә vә.s xidmәtlәrә sahib olması onlara bu funksiyanı effektli şәkildә hәyata keçirmәk imkanı yaradır.
Kollektiv maraqların reallaşdırılması
Hüquqi şәxslәr nә qәdәr müstәqil әmlaka, iradәyә, maraqlara malik olursa olsun, yenә dә onlar onu tәşkil edәn kollektivin maraqlarının ifadәçisidir, onların maraqlarını reallaşdırır, rәsmilәşdirir vә müdafiә edir. Özü dә bu halda tәkcә qısamüddәtli deyil, hәm dә uzunmüddәtli, strateji maraqlardan söhbәt gedir.
Mәhz hüquqi şәxslәrin yaradılmasında әsas mәqsәdlәrdәn biri dә insan ömrünün reallaşdırılmasına yetmәdiyi, bәzi maraqların uzunmüddәtli reallaşdırılmasıdır.
Hüquqi şәxslәrin әlamәtlәri dedikdә isə, ona mәxsus olan elә daxili xüsusiyyәtlәr başa düşülür ki, hәmin xüsusiyyәtlәr әsasında müvafiq qurum mülki hüququn subyekti kimi tanınır.
Bu әlamәtlәrә aşağıdakılar aiddir:
Tәşkilati vahidliyi
Tәşkilati vahidlik dedikdә, hüquqi şәxsin öz mәnafelәrini hәyata keçirmәk üçün yaratdığı idarәetmә orqanları vә funksional bölmәlәrә malik olmasında ifadә olunan daxili strukturu başa düşülür. Ölkә qanunvericiliyinә görә hüquqi şәxslәr mülki hüquq vә vәzifәlәri öz orqanları vasitәsilә әldә edirlәr.
Hüquqi şәxsin orqanları vә onların fәaliyyәti mövcud qanunvericilik vә hüquqi şәxsin nizamnamәsi ilә tәnzimlәnir.
Müstәqil әmlak sahibliyi
Hüquqi şәxs öz nizamnamәsindә göstәrdiyi mәqsәdlәrә nail olmaq, mülki dövriyyәdә müәyyәn öhdәliklәr götürә bilmәk üçün tәbii ki, ayrıca әmlaka vә ya әmlak müstәqilliyinә malik olmalıdır. Hüquqi şәxslәrin bu әlamәti AR-nin Mülki Mәcәllәsinin 43.1-ci maddәsindә dә öz әksini tapmışdır. Onların әmlakı ilkin nizamnamә fondundan vә sonradan fәaliyyәti nәticәsindә әldә etdiyi әmlakdan ibarәtdir ki, bunların da hәcmi vә tәrkibi onların müstәqil Mühasibat Balansında öz әksini tapır.
Mülki dövriyyәdә öz adından müstәqil çıxış etmәsi
Hüquqi şәxslәrin müstәqil әmlak sahibliyinin davamı kimi onların mülki dövriyyәdә öz adından müstәqil çıxış etmәsi әlamәtidir.Yәni hüquqi şәxs ayrıca әmlaka sahib olmaqla öz adından müstәqil әmlak vә şәxsi-qeyri әmlak hüquq münasibәtlәrinә daxil olur vә müstәqil surәtdә mülki-hüquqi mәsuliyyәt daşıyır.
Mәhkәmәdә cavabdeh vә ya iddiaçı olması
Hüquqi şәxslәr bir mülki hüquq münasibәtlәrinin subyekti kimi, öz öhdәliklәrinә vә ya yol verdiyi qanun pozuntularına görә mәhkәmә qarşısında cavabdeh, öz mәnafelәrinin müdafiәçisi kimi isә iddiaçı ola bilәr. Hәr hansı bir qurum bu imkanı әldә etmәk üçün hökmәn hüquqi şәxs statusuna malik olmalıdır. Mәsәlәn, bir qurum kimi, filialların belә bir imkanı mövcud deyildir.

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin