I. HÜQuqi ŞӘxs anlayişi vә onun әsas әlamәTLӘRİ II. HÜQuqi ŞӘxslәRİn hüquq subyektliYİ, yaradilmasi və Xİtami III. HÜQuqi ŞӘxslәRİn tәSNİfati



Yüklə 1,81 Mb.
səhifə5/9
tarix13.12.2023
ölçüsü1,81 Mb.
#174897
1   2   3   4   5   6   7   8   9
referat 1441

Hüquqi şәxslәrin birlәşmәsi : Bu halda bir vә ya bir neçә müstәqil hüquqi şәxsin fәaliyyәtinә xitam verilir vә onların bazasında yeni hüquqi şәxs yaranır. Bu zaman fәaliyyәtinә xitam verilәn müstәqil hüquqi şәxslәrin hәr birinin hüquq vә vәzifәlәri tәhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şәxsә keçir.
Hüquqi şәxsin digәr hüquqi şәxsә qoşulması : Bir vә ya bir neçә hüquqi şәxsin öz fәaliyyәtinә xitam verәrәk digәr hüquqi şәxsә qoşulması yolu ilә baş verir. Bu zaman qoşulan hüquqi şәxslәrin hüquq vә vәzifәlәri tәhvil aktına uyğun olaraq qoşulduqları hüquqi şәxsә keçir.
Hüquqi şәxsin bölünmәsi : Bir hüquqi şәxsin fәaliyyәtinә xitam verilib, onun bazasında bir neçә müstәqil hüquqi şәxs yaradılmasına әsaslanır. Bu zaman bölünәn şәxsin hüquq vә vәzifәlәri bölünmә balansına uyğun olaraq yeni yaranmış hüquqi şәxslәrә keçir.
Hüquqi şәxsin ayrılması : Bu halda hüquqi şәxsin tәrkibindәn bir vә ya bir neçә müstәqil hüquqi şәxs ayrılır, lakin әvvәlki hüquqi şәxs dә fәaliyyәtinә xitam vermir, sadәcә yenidәn tәşkil edilmiş şәkildә fәaliyyәt göstәrir. Bu zaman da Mülki Mәcәllәyә görә yenidәn tәşkil olunan hüquqi şәxsin hüquq vә vәzifәlәri bölünmә balansına uyğun olaraq ayrılan hüquqi şәxslәrin hәr birinә keçir.
Hüquqi şәxsin çevrilmәsi : Bu zaman eyni hüquqi şәxs әvvәlki fәaliyyәtinә xitam verir vә tәşkilati-hüquqi formasını dәyişәrәk yeni hüquqi şәxslә әvәz olunur ki, bu zaman da tәhvil aktına uyğun olaraq onun hüquq vә vәzifәlәri yeni yaradılmış hüquqi şәxsә keçir.
Hüquqi şәxs yenidәn tәşkil olunduğu zaman hökmәn yenidәn dövlәt qeydiyyatından keçmәlidir. Burada qanunvericilik yalnız qoşulma yolu ilә yenidәn tәşkil zamanı fәrqli qayda müәyyәnlәşdirmişdir. Belә ki ,qoşulan hüquqi şәxslәrin fәaliyyәtinә xitam verilmәsi ilә bağlı qeyd dövlәt reyestrinә daxil olduğu andan hәmin hüquqi şәxs yenidәn tәşkil edilmiş sayılır.
Hüquqi şәxslәr yenidәn tәşkil olunarkәn fәaliyyәtinә xitam verilәn hüquqi şәxslәrin hüquq vә vәzifәlәri, onların kreditor vә debitor borcları ilә bağlı mәsәlәlәrinin yenidәn tәşkil olunmuş hüquqi şәxslәrә keçmәsi qaydalarını rәsmilәşdirәn sәnәdlәrin böyük әhәmiyyәti vardır. Belә ki, bölünmә vә ayrılma yolu ilә yenidәn tәşkil zamanı “Bölünmә Balansı”, digәr hallarda isә “Tәhvil Aktı” adlanan bu sәnәdlәr tәsisçilәr vә nizamnamә ilә vәkil edilmiş orqanlar tәrәfindәn tәsdiq edilәrәk nizamnamә ilә birlikdә qeydiyyat üçün müvafiq icra hakimiyyәti orqanına göndәrilir.
Lәğvetmә yolu ilә hüquqi şәxsin fәaliyyәtinә xitam verilmәsi
Hüquqi şәxslәrin fәaliyyәtinә xitam verilmәsinin ikinci yolu onların lәğv edilmәsidir. Hüquqi şәxslәrin lәğv edilmәsi dedikdә, onun mövcudluğuna vә fәaliyyәtinә hüquq vә vәzifәlәri hüquq varisliyi qaydasında başqa şәxslәrә keçmәdәn xitam verilmәsi başa düşülür.
Ölkә qanunvericiliyinә görә hüquqi şәxslәr aşağıdakı hallarda lәğv oluna bilәr:
- Hüquqi şәxsin tәsisçilәrinin vә ya hüquqi şәxsin nizamnamә ilә vәkil edilmiş orqanlarının qәrarı ilә, o cümlәdәn hüquqi şәxsin mövcudluğu üçün nәzәrdә tutulmuş müddәtin qurtarması vә ya yaradılması zamanı qarşıya qoyulan mәqsәdin әldә edilmәsi ilә әlaqәdar olaraq ;
- Hüquqi şәxsin yaradılması zamanı yol verilmiş qanun pozuntuları ilә әlaqәdar onun qeydiyyatının mәhkәmә tәrәfindәn etibarsız sayılması halında ;
- Lazımi xüsusi icazә (lisenziya) olmadan fәaliyyәt vә ya qanunla qadağan edilmiş fәaliyyәt hәyata keçirildikdә vә ya qanunvericilik digәr şәkildә dәfәlәrlә vә ya kobudcasına pozulduqda vә ya ictimai birlik vә ya fond onun nizamnmә mәqsәdlәrinә zidd fәaliyyәtlә müntәzәm mәşğul olduqda, habelә qanunvericiliklә nәzәrdә tutulan başqa hallarda mәhkәmәnin qәrarı ilә Hüquqi şәxslәrin yuxarıda göstәrilәn әsaslarla lәğv edilmәsi tәlәbini mәhkәmәyә qanunla bu tәlәbi irәli sürmәk hüququ verilmiş dövlәt vә ya yerli özünüidarә orqanı irәli sürә bilәr.
Lәğv edilmәnin digәr bir xüsusi halı da müflis olunma yolu ilә lәğv edilmәdir. Әgәr lәğv edilәn hüquqi şәxsin әmlakı kreditorların tәlәblәrinin ödәnilmәsi üçün yetәrli deyilsә, onda onun yalnız müflis elan edilmәklә lәğv edilmәli olduğu qanunvericiliklә tәsbit edilmişdir. Çünki bu zaman hüquqi şәxsin fәaliyyәtini davam etdirmәsi üçün onunla bağlı bir sıra sağlamlaşdırıcı tәdbirlәr dә nәzәrdә tutulmuşdur.
Hüquqi şәxslәrin lәğv edilmәsi proseduru dedikdә, onların lәğv edilmәsi zamanı әmәl olunmalı olan qaydaların mәcmusu başa düşülür ki, bunlara da әmәl edilmәsi qanunvericilik tәrәfindәn mәcburi hesab edilmişdir. Bunun mәcburi hesab edilmәsindә әsas mәqsәd lәğv edilmә prossesindә xüsusilә dә kreditorların hüquqlarının vә qanuni mәnafelәrinin müdafiәsini tәmin etmәkdir. Belәliklә, ölkә qanunvericiliyi hüquqi şәxslәrin lәğv edilmәsi zamanı aşağıdakı prosedur qaydalarını tәsbit etmişdir :
- Birinci mәrhәlәdә әsasәn lәğvetmә komissiyası yaradılır. Bu komissiya hüquqi şәxsin tәsisçilәri vә ya nizamnamә ilә vәkil edilmiş orqanı tәrәfindәn tәyin edilir vә tәyin edildiyi gündәn dә, hüquqi şәxsin orqanlarının bütün hüquq vә vәzifәlәri bu komissiyaya keçir vә komissiya әsas etibarilә debitor vә kreditor borcların müәyyәnlәşdirilmәsi vә hesablaşmaların hәyata keçirilmәsi ilә mәşğul olur ;
- İkinci mәrhәlәdә lәğvetmә komissiyası hüquqi şәxsin debitor vә kreditor borclarının müәyyәnlәşdirilmәsinә başlayır. Bunun üçün ilk növbәdә hüquqi şәxsin dövlәt qeydiyyatının dәrc olunduğu mәtbu orqanda hüquqi şәxsin lәğv olunması vә kreditorların öz tәlәblәrini bildirmәsi ilә әlaqәdar qaydaları dәrc etdirir. Bu zaman kreditorların tәlәblәrini bildirә bilәcәyi müddәt bu mәlumatın dәrc edildiyi gündәn hesablanaraq iki aydan az ola bilmәz.
Bu mәrhәlәdә komissiya hәm dә debitor borcları müәyyәn edir vә onların ödәnilmәsi ilә bağlı lazım olduqda mәhkәmәyә belә müraciәt edir ;
- Üçüncü mәrhәlәdә lәğvetmә komissiyası hüquqi şәxsin aktivlәrinin vә passivlәrinin tәrkibinin müәyyәnlәşdiyi, onların qiymәtlәndirildiyi, kreditorların tәlәblәrinә baxılması nәticәlәrini özündә birlәşdirәn vә hüquqi şәxsin tәsisçilәri vә ya nizamnamә ilә vәkil edilmiş orqanlarının tәsdiq etdiyi aralıq lәğvetmә balansını tәrtib edir. Bu kreditorların tәlәblәrini irәli sürә bilәcәklәri iki aylıq müddәtin tamam olmasından sonra hәyata keçirilir ;
- Beşinci mәrhәlә aralıq lәğvetmә balansı hazır olduğu gündәn başlayır ki, bu da hәmin balans әsasında hüquqi şәxslin kreditor borclarının müәyyәn növbәlilik prinsipi üzrә ödәnilmәsi mәrhәlәsidir. Bu zaman hüquqi şәxsin pul vәsaitlәri bu ödәmәlәr üçün yetәrli olmasa, o zaman onun әmlakı da komissiya tәrәfindәn hәrraca çıxarıla bilәr. Ödәmәlәrlә bağlı yaranan hәr hansı problemi isә kreditorlar mәhkәmә vasitәsilә hәll edә bilәrlәr ;
- Altıncı vә sonuncu mәrhәlә isә hüquqi şәxsin qәti lәğvetmә balansının hazırlanması ilә başa çatır. Bu balans kreditorlarla hesablaşmalar bitdikdәn sonra müәssisәnin yerdә qalan әmlakının vәziyyәtini әks etdirir ki, bu da tәsisçilәr vә ya nizamnamә ilә vәkil edilmiş orqan tәrәfindәn tәsdiq edilir. Sonra isә komissiya bu balansı digәr zәruri sәnәdlәrlә birgә hüquqi şәxslәrin dövlәt qeydiyyatını aparan orqana göndәrir vә bu orqan da hüquqi şәxsin lәğvi ilә bağlı mәlumatı dövlәt reyestrinә daxil edir. Bu mәlumatın reyestrә daxil edildiyi andan da lәğvetmә rәsmәn başa çatmış olur ; Әgәr hüquqi şәxsin bütün borcları ödәndikdәn sonra müәyyәn әmlak qalmışsa, Mülki Mәcәllәyә görә onun nizamnamәsindә ayrı qayda nәzәrdә tutulmamışdırsa, tәsisçilәr arasında bölüşdürülmәlidir.

Yüklə 1,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin