I f ə s I l Ümumi MÜDDƏalar m a d d ə Təbiəti mühafizə obyekti


DÖVLƏT EKOLOJİ EKSPERTİZASI



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix14.04.2022
ölçüsü0,59 Mb.
#55413
1   ...   4   5   6   7   8   9   10   11   ...   20
Без названия

DÖVLƏT EKOLOJİ EKSPERTİZASI

Maddə 29. Dövlət ekoloji ekspertizasının məqsəd və vəzifələri

Dövlət ekoloji ekspertizası təsərrüfat fəaliyyətinin və başqa fəaliyyətin təsiri nəticəsində ətraf təbii mühitə təsirin qiymətləndirilməsinin

dolğunluğunu və düzgünlüyünü, qəbul olunan qərarların ekoloji təhlükəsizlik dərəcəsini, təbii ehtiyatlardan səmərəli istifadə və ətraf təbii

mühitin mühafizəsi barədə təklif olunan tədbirlərin səmərəsini yoxlamaq məqsədi ilə Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən

İstifadəyə Nəzarət Komitəsi tərəfindən, dövlət sanitariya orqanlarının iştirakı ilə təşkil olunur və həyata keçirilir.

Dövlət  ekoloji  ekspertizası  ətraf  təbii  mühitin  mühafizəsi  üçün  zəruri  tədbirdir  və  ətraf  mühitə  mənfi  təsir  göstərə  biləcək  təsadüfi

qərarlar qəbul olunmasının qarşısını alır.

Dövlət ekoloji ekspertizasının vəzifələri  aşağıdakılardır:

nəzərdə tutulan və həyata keçirilən, ətraf təbii mühitin vəziyyətinə və əhalinin sağlamlığına hazırda və ya gələcəkdə bilavasitə və ya

dolayısı ilə təsir göstərə biləcək təsərrüfat fəaliyyətinin və başqa fəaliyyətin ekoloji təhlükəlilik səviyyəsini müəyyən etmək;

layihələşdirilən  təsərrüfat  fəaliyyətinin  və  başqa  fəaliyyətin  təbiəti  mühafizə  qanunvericiliyi  tələblərinə,  sanitariya  normalarına  və

qaydalarına, gigiyena normativlərinə uyğunluğunu qiymətləndirmək;

nəzərdə tutulan təbiəti mühafizə tədbirlərinin keyfiyyəti normativlərinin nə dərəcədə əsaslı olduğunu müəyyən etmək.

M a d d ə 30. Dövlət ekoloji ekspertizasının əsasları və prinsipləri

Dövlət  ekoloji   ekspertizası  aşağıdakılara   əsaslanır:

respublikanın beynəlxalq hüquq öhdəlikləri;

qanunçuluq,  elmi  əsaslılıq,  aşkarlıq  priNsipləri,  ekoloji,  sosial,  mühəndis.  texnoloji,  texniki,  arxitektura—planlaşdırma,  iqtisadi  və  başqa

qiymətlərin inteqrasiyası prinsipləri;

təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin kompleks sosial-ekoloji-iqtisadi qiymətləndirilməsi nəticələri.

Dövlət  ekoloji ekspertizası  aşağıdakıları əsas tutur:

bütün insanların sağlamlıq və rifah üçün əlverişli ətraf mühitə malik olmaq hüququ;

indiki və gələcək nəsillərin mənafeyi naminə ekoloji tarazlığın, genofondun və canlı təbiətin rəngarəngliyinin qorunub saxlanmasını təmin

etmək zərurəti;

təbiətdən tənzimlənməyən istifadənin potensial təhlükəsi prezumpsiyası;

fərz edilən qəzaların baş verməsinin mümkünlüyü;

ətraf təbii mühiti qoruyub saxlamağın inkişafın ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməsi.

Maddə 31. Dövlət ekoloji ekspertizasının obyektləri

Dövlət ekoloji ekspertizasının obyektləri aşağıdakılardır: respublikanın və xalq təsərrüfatı sahələrinin, Naxçıvan Muxtar Respublikasının

məhsuldar  qüvvələrinin  inkişafına  və  yerləşdirilməsinə  dair  planqabağı  və  layihəqabağı  sənədlərin  bütün  növləri  (o  cümlədən  dövlət,

respublika proqramlarının və beynəlxalq proqramların layihələri);

xalq  təsərrüfatı  obyektlərinin  və  komplekslərinin,  o  cümlədən  xarici  firmalarla  birgə  müəssisələrin  tikintisinin  (yenidən  qurulmasının,

genişləndirilməsinin, yeni texnika ilə təchiz edilməsinin) və ləğv olunmasının texniki-iqtisadi əsaslandırmaları (hesablamaları), layihələri;

sərbəst iqtisadi zonalarda təsərrüfat fəaliyyətini tənzimləyən sənədlər;

yeni texnikanın, texnologiyanın, materialların və maddələrin yaradılmasına, o cümlədən başqa ölkələrdən idxal edilməsinə dair sənədlər;

təbiətdən istifadəni tənzimləyən qanunvericiliyin, direktiv, normativ-hüquqi, təlimat-metodik və normativ-texniki sənədlərin layihələri;

təsərrüfat fəaliyyəti və ya fövqəladə vəziyyət nəticəsində yaranmış ekoloji şərait;

regionda, ayrı-ayrı təbii obyektlərdə, təbii kompleksdə (ekosistemdə) ekoloji şərait;

M a d d ə 32. Dövlət  ekoloji  ekspertizasının  təşkili

Dövlət ekoloji ekspertizasını Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi təşkil edir.

M a d d ə 33. Dövlət ekoloji ekspertizasının  keçirilməsi  qaydası

Dövlət  ekoloji  ekspertizasının  keçirilməsi  qaydasını,  təqdim  olunan  sənədlərin  həcmini  və  məzmununu,  habelə  ekspertizanın  keçirilməsi

müddətini və şərtlərini Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi müəyyən edir.

M a d d ə 34. Dövlət  ekoloji ekspertizasının rəyi




Sənədlərin  nəzərdən  keçirilməsi  nəticələri  “Dövlət  ekoloji  ekspertizasının  rəyi”  şəklində  rəsmiləşdirilir  və  onun  müddəalarının  icrası

məcburidir.

M a d d ə 35.   Təsərrüfat fəaliyyəti layihələrinin həyata keçirilməsinin maliyyələşdirilməsi

Təsərrüfat  fəaliyyəti  layihələrinin  həyata  keçirilməsi  yalnız  dövlət  ekoloji  ekspertizasının  müsbət  rəyi  olduqda  maliyyələşdirilməyə

başlanır.

M a d d ə 36 Layihənin sifarişçisinin və hazırlayıcısının vəzifələri

Təsərrüfat fəaliyyəti layihəsinin sifarişçisi və hazırlayıcısı aşağıdakıları təmin etməyə borcludurlar:

bu  Qanunun  31-ci  maddəsində  verilmiş  siyahıya  daxil  olan  obyektlər  üzrə  sənədlərin  dövlət  ekoloji  ekspertizasına  vaxtında  təqdim   

edilməsi;

dövlət ekoloji ekspertizasına təqdim edilən sənədlərin tələblərə uyğun şəkildə dolğunluğu;

dövlət  ekspertizasının  keçirilməsi  prosesində  zəruriliyi  aşkara  çıxmış  elmi-tədqiqat  və  axtarış  işlərinin  (əlavə  axtarışlar,  nəzarət

ölçmələri, sınaq nümunələrinin götürülməsi, analizi və i. a.) maliyyələşdirilməsi və keçirilməsi;

ekspertizanı keçirən ekspert orqanının tələbi. ilə ekspert komissiyasının (qrupunun, ekspertin) işi üçün zəruri olan əlavə məlumatın verilməsi.

M a d d ə 37.  Ekspert orqanlarının məsuliyyəti

Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsinin ekspert  orqanları  dövlət  ekoloji  ekspertizasının  keçirilməsi  işlərinin

respublikada  təşkili,  bu  Qanunun  31-ci  maddəsində  verilmiş  siyahıya  daxil  olan  obyektlər  üzrə  sənədlərin  tərtibi  üçün,  qüvvədə  olan

normaların,  aktların,  təbiəti  mühafizə  qanunvericiliyinin  tələblərinə  müvafiq  surətdə  əsaslı  rəylərin  verilməsi  üçün,  tabeliyində  olan

ekspertiza bölmələrinin işinə metodik rəhbərlik üçün tam məsuliyyət daşıyır və həmçinin aşağıdakılar üçün cavabdehdirlər:

ekspert komissiyalarının, qruplarının formalaşdırılması və ekspertlərin yığılması, onların əməyinin düzgün təşkil  edilməsi;

nəzərdən  keçirilən  təsərrüfat  fəaliyyəti  layihəsini  yerinə  yetirməyin  nəzərdə  tutulduğu  (yaxud  yerinə  yetirildiyi)  regionun  ətraf

mühitinin vəziyyəti haqqında mövcud məlumatla ekspertlərin təmin edilməsinə kömək göstərilməsi.

M ad d ə 38. Təsərrüfat  qərarının həyata   keçirilməsi   şərtlərini yerinə yetirməmək üçün məsuliyyət

Müəssisələrin, təşkilatların, idarələrin, nazirliklərin və baş idarələrin rəhbərləri, yerli hakimiyyət orqanlarının vəzifəli. şəxsləri və başqa

işçiləri  təsərrüfat  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  müvafiq  layihələrdə  və  dövlət  ekoloji  ekspertizasının  rəyində  müəyyən  edilmiş

şərtləri tam həcmdə yerinə yetirməməyə görə məsuliyyət daşıyırlar.

Göstərilən  şərtlər  pozulduqda  Azərbaycan  Respublikasının  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsinə  hüquq

verilir ki, təsərrüfat qərarının həyata keçirilməsi prosesini dayandırsın (ona xitam versin).

M a d d ə 39. Layihədən sonrakı təhlilin məqsəd və vəzifələri

Təsərrüfat fəaliyyətinin layihədən sonrakı təhlili təbiətdən istifadəyə nəzarət sahəsində vacib tədbirdir və aşağıdakı məqsədləri güdür:

proqnozların verifikasiyası;

ekoloji vəziyyətin proqnozlaşdırılma strukturunun və metodlarının təkmilləşdirilməsi;

təsir amillərini müəyyənləşdirməyin əsas istiqamətlərinin aşkara çıxarılması üsulunun təkmilləşdirilməsi;

monitorinq sisteminin təkmilləşdirilməsi;

ekoloji ekspertiza üsulunun təkmilləşdirilməsi;

M a d d ə 40. Layihədən sonrakı təhlilin təşkili

Ətraf  mühitə  yüksək  dərəcədə  təsir  göstərən  obyektlərin  təsərrüfat  fəaliyyətinin  layihədən  sonrakı  təhlilini  Azərbaycan  Respublikası

Dövlət ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin  qərarı  ilə  onun  ekoloji  ekspertiza  orqanları  müəssisələrin özlərinin apardığı

ekoloji  monitorinqin  məlumatlarına,  yoxlamaların,  reydlərin  nəticələrinə  və  nəzarət-müfəttişlik  orqanlarından  alınan  başqa    operativ

məlumata əsasən həyata  keçirirlər.

Layihədən sonrakı təhlil vaxtaşırı, hər 3—5 ildən bir keçirilməlidir.

Layihədən  sonrakı  təhlilin  nəticələri  ümumiləşdirilir,  müəssisənin  (zəruri  hallarda  konkret  tədbirlər  görmək  üçün  məcburi  göstəriş

şəklində) və respublika Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi   sisteminin nəzərinə çatdırılır.

Maddə 41. Tərəflərin fikir ayrılıqlarına baxılması qaydası

Dövlət  ekoloji  ekspertizasının  nəticələri  barəsində  təsərrüfat  fəaliyyəti  layihəsinin  sifarişçiləri  ilə  respublika  Dövlət  Ekologiya  və

Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi  sisteminin  ekspert  orqanı  arasında  əmələ  gələn  fikir  ayrılıqlarına  Azərbaycan  Respublikasının

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində baxılır.

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsində fikir  ayrılıqlarına  baxılması  müddəti,  bir  qayda  olaraq,  30  gündən çox

olmamalıdır.

Fikir ayrılıqlarına baxılmasının nəticəsinə dair qərardan .müəyyən edilmiş qaydada məhkəməyə şikayət etmək olar.

M a d d ə 42. Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi

Dövlət ekoloji ekspertizasının təşkili və keçirilməsi üçün maliyyələşdirmə mənbələri, vəsaitin daxil olması həcmi və qaydası aşağıdakıları

təmin etməlidir: .

ekspert orqanlarının   (bölmələrinin)   maliyyə müstəqilliyi;

dövlət ekoloji ekspertizasının yüksək keyfiyyəti və onun qərarlarının  əlaqədar   tərəflərin mövqelərindən  asılı olmaması;

dövlət ekoloji ekspertizası metodologiyasının inkişafı və təkmilləşməsi üçün şərait.

M a d d ə 43. Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi mənbələri

 



Dövlət ekoloji ekspertizası aşağıdakıların vəsaiti hesabına maliyyələşdirilir:

Azərbaycan Respublikasının dövlət büdcəsi;

sənədlərin sifarişçisi.

Xalq  təsərrüfatının  inkişafını  idarəetmə  sistemində  dövlət  ekoloji  ekspertizasının  statusu  və  onun  nəzarət  funksiyaları  dövlət  ekoloji

ekspertizası işlərinin ödənişi zamanı Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi sisteminin ekspert

orqanları  ilə  sənədlərin  sifarişçisi  və  yaxud  hazırlayıcısı,  habelə  əlaqədar  şəxslər  arasında  təsərrüfat  müqaviləsinə  əsaslanan  qarşılıqlı

münasibətləri istisna edir.

M a d d ə 44.  Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi və ona ayrılan vəsaitdən istifadə edilməsi qaydası

Dövlət ekoloji ekspertizasının maliyyələşdirilməsi    və    ona ayrılan vəsaitdən istifadə edilməsi qaydası respublika Dövlət Ekologiya və

Təbiətdən İstifadəyə Nəzarət Komitəsi tərəfindən müəyyən olunur.

M a d d ə 45. Dövlət ekoloji ekspertizası orqanlarının saxlanması

Dövlət  ekoloji  ekspertizası  orqanlarının  aparatı  yalnız  Azərbaycan  Respublikası  dövlət  büdcəsinin  əməliyyat  vəsaiti      hesabına

saxlanılır.

M a d d ə 46. Dövlət ekoloji  ekspertizasının ödənilməsi

Dövlət  ekoloji  ekspertizasının  təşkili  və  keçirilməsi  ilə  bağlı  bütün  xərcləri  sənədlərin  sifarişçisi  və  ya  onun  keçirilməsinə  təşviq  edən

orqan  (şəxs)  ödəyir.  Dövlət  ekoloji  ekspertizasının  ödənilməsi  məbləğləri  sənədlərin  mürəkkəbliyi  kateqoriyası  ilə  müəyyən  edilir  və  bu

materialın  dövlət  ekoloji  ekspertizasını  keçirmək  vəzifəsinin  tapşırıldığı  ekspert  orqanının  rəhbəri  ilə  qabaqcadan  razılaşdırılır.  Ayırmaların

məbləğlərini respublika Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi müəyyən edir.

Xarici  iqtisadi  fəaliyyətlə  bağlı  obyektlər  üzrə  sənədlərin  dövlət  ekoloji  ekspertizası  qismən  sərbəst  dönərli  valyuta  ilə  ödənilir.  Bu

zaman sərbəst dönərli valyuta şəklində ayırmaların miqdarı valyuta qoyuluşunun və ya müəssisənin mənfəətində onun payının nisbətinə

əsasən müəyyən edilir.

Vəsait sənədlər baxılmağa verilənədək təbiəti mühafizə üzrə müvafiq dövlət idarəetmə orqanının hesabına köçürülür.

Maddə 47.     Dövlət ekoloji ekspertizası rəyinin yerinə yetirilməməsinin nəticələri və səhv rəyə kərə ekspertlərin məsuliyyəti

Müəssisə,  təşkilat,  idarə  rəhbərləri,  başqa  vəzifəli  şəxslər  və  digər  işçilər  dövlət  ekoloji  ekspertizasının  rəsmi  rəyini  yerinə

yetirməməyə görə qüvvədə olan qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar. Göstərilən rəylərə zidd olan qərarlar etibarsızdır və

yerinə yetirilə bilməz.

Dövlət  ekoloji  ekspertizası  orqanlarının  vəzifəli  şəxsləri  və  digər  işçiləri  öz  qərarlarının  düzgünlüyü,  əsaslılığı  və  dolğunluğu  üçün

məsuliyyət daşıyırlar.

M a d d ə 48. Dövlət ekoloji ekspertizasının ekspert komissiyaları

Ən mühüm xalq təsərrüfatı problemlərinin həlli, dövlət proqramları, çox iri və mürəkkəb obyektlərin və komplekslərin tikintisinin texniki-

iqtisadi əsaslandırmaları (hesablamaları) və layihələri üzrə sənədlərin dövlət ekoloji ekspertizası alimlərdən, mütəxəssislərdən və ictimaiyyətin

nümayəndələrindən ibarət ekspert komissiyalarının   (qruplarının)   köməyi ilə həyata keçirilə bilər.

VIII   f ə s i l


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin