I f ə s I l Ümumi MÜDDƏalar m a d d ə Təbiəti mühafizə obyekti


XÜSUSİ  MÜHAFİZƏ  OLUNAN  TƏBİƏT  ƏRAZİLƏRİ  VƏ  OBYEKTLƏRİ



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix14.04.2022
ölçüsü0,59 Mb.
#55413
1   ...   12   13   14   15   16   17   18   19   20
Без названия

XÜSUSİ  MÜHAFİZƏ  OLUNAN  TƏBİƏT  ƏRAZİLƏRİ  VƏ  OBYEKTLƏRİ

Maddə 76.     Xüsusi mühafizə olunan təbiət ərazilərinin tərifi, kateqoriyaları və hüquqi statusu

Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  xüsusi  ekoloji,  elmi,  mədəni,  estetik,  sanitar-sağlamlaşdırma  əhəmiyyəti  daşıyan  təbiət

komplekslərindən  və  obyektlərindən,  “Qırmızı  kitab”a  salınmış  heyvan  və  bitki  növlərinin  yayıldığı  yerlərdən  ibarət  olan,  təsərrüfat

istismarından tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq və su məkanı (akvatoriya) hissələridir.

Qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin təqdimatı

ilə  respublika  Prezidenti  və  ya  Ali  Soveti  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərində  dövlət  qoruğu  (o  cümlədən  biosfer  qoruğu),  dövlət

təbiət rezervatı, milli park, qoruq yeri, dövlət yasaqlığı, mikroyasaqlıq, təbiət abidəsi, zooloji bağ, dendrari statusu verir.

Xüsusi mühafizə olunan təbiət əraziləri təbiətin rəngarəngliyini qorumaq, ekoloji tarazlığı saxlamaq və biosfer monitorinqini təşkil etmək

üçün  nəzərdə  tutulan  vahid  sistem  əmələ  gətirir.  Onların  məcmusu  Azərbaycan  Respublikasının  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri

fondunu əmələ gətirir.

Bütün səviyyələrə və istiqamətlərə aid olan planlar, sxemlər və proqramlar, o cümlədən iqtisadi və sosial inkişaf planları, yer quruluşu və

rayon planlaşdırması layihələri hazırlanarkən xüsusi mühafizə olunan təbiət əraziləri nəzərə alınır.

Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərini  əlverişsiz  antropogen  təsirdən  qorumaq  məqsədilə  ora  bitişik  olan  torpaq  və  su  sahələrində

mühafizə  zonaları  yaradıla  bilər;  bu  zonaların  torpaqlarında  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  təbiət  komplekslərinə  və

obyektlərinə zərərli təsir göstərən fəaliyyət qadağan edilir.

Maddə 77. Xüsusi mühafizə olunan təbiət ərazilərinin məqsəd və vəzifələri

Dövlət qoruqları səciyyəvi və nadir təbiət komplekslərini, bitkilərin və heyvanların genofondunu qorumaq və öyrənmək, təbii proseslərin və

hadisələrin dinamikasını izləmək mƏqsədi daşıyan təbiəti mühafizə və elmi tədqiqat idarələridir.

Təbii  landşaft  sahələrini  təmsil  edən  və  müəyyənləşdirilmiş  qaydada  beynəlxalq  biosfer  qoruqları  şəbəkəsinə  daxil  olan  dövlət  qoruqları

dövlət biosfer qoruğu statusuna malikdir.

Dövlət  qoruğu  ərazisinin  torpağı,  suyu  yer  təki  bitkilər  və  heyvanlar  aləmi  təsərrüfat  istismarından  tamamilə  və  həmişəlik  çıxarılıb

təmənnasız  olaraq  qoruqların  daimi  istifadəsinə  verilir.  Dövlət  qoruqlarının  torpaqlarını  və  başqa  təbii  ehtiyatlarını  icarəyə  vermək

qadağandır.

hər bir qoruq Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin təsdiq etdiyi Əsasnaməyə uyğun

olaraq fəaliyyət Göstərir.

M a d d ə 78. Xüsusi mühafizə olunan təbiət əraziləri üzərində dövlət mülkiyyəti

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri dövlət mülkiyyətidir. Dövlət qoruqları, rezervatları və milli parklar

respublika  mülkiyyəti  obyektlərinə  aiddir.  Başqa  kateqoriyalı  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  öz  əhəmiyyətinə  uyğun  olaraq

həmçinin Naxçıvan Muxtar Respublikasının, inzibati —ərazi qurumlarının mülkiyyəti obyektlərinə aid edilə bilər.

Respublika büdcəsinin və ya respublika ehtiyat təbiəti mühafizə fondunun vəsaiti hesabına saxlanan xüsusi mühafizə olunan təbiət

əraziləri respublika mülkiyyəti obyektlərinə aiddir.

Azərbaycan  Respublikasında  xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  üzərində  dövlət  mülkiyyəti  hüququnu  birbaşa  və  ya  gizli  şəkildə

pozan hərəkətlər qadağandır.

Maddə 79. Xüsusi mühafizə olunan təbiət ərazilərinin  torpaqları

Xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaqları müəyyənləşdirilmiş qaydada verilən təbiəti mühafizə və başqa təyinatlı torpaqlara

aiddir.

Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  torpaqlarında  onların  məqsədli  təyinatına  zidd  olan  fəaliyyət  qadağandır.  Göstərilən

torpaqlardan istifadə edilməsi və onların qorunması qaydası bu Qanunla və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə

müəyyən edilir.

Xüsusi mühafizə olunan təbiət əraziləri torpaq haqqı verməkdən azad edilir.



Dövlət  qoruqlarının  torpaqlarını  və  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  (dövlət  təbiət  qoruqları,  milli  parkların  qoruq  zonaları)

onlara bərabər tutulan başqa kateqoriyalarının və ya funksional  zonalarının  torpaqlarını  almaq qadağandır.

Dövlət  qoruqlarının  torpaqları  və  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  başqa  kateqoriyalarının  və  ya  funksional  zonalarının

torpaqları Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə mübadilə edilir.

Maddə 80. Xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması qaydası

Respublika  əhəmiyyətli  dövlət  qoruqları,  dövlət  təbiət  rezervatları,  milli  parklar,  habelə  qoruq  yerləri,  dövlət  yasaqlıqları  və  təbiət

abidələri. Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin təqdimatı üzrə, Azərbaycan Respublikası

Elmlər Akademiyasının tövsiyəsi əsasında, əlaqədar təşkilatların razılığı ilə yaradılır.

Yerli əhəmiyyətli qoruq yerləri, dövlət yasaqlıqları və təbiət abidələri Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə

Nəzarət  Komitəsinin  təqdimatı  üzrə,  Azərbaycan  Respublikası  Elmlər  Akademiyasının  tövsiyəsi  əsasında,  Naxçıvan  Muxtar  Respublikası

Nazirlər Kabinetinin və yerli icra hakimiyyəti orqanlarının razılığı ilə yaradılır.

Ərazidəki torpaq öz sahiblərindən və istifadəçilərindən alınmadan  həmin  ərazinin  dövlət  yasaqlığı,  təbiət  abidəsi  və  ya  milli  park  zonası(

qoruq  zonasından  başqa)  elan  edilməsinə  yol  verilir.  Bu  zaman  torpaqlarında  milli  parklar,  dövlət  yasaqlıqları  və  ya  təbiət  abidələri

yaradılan  müəssisələr,  idarələr  və  təşkilatlar  xüsusi  mühafizə  olunan  bu  təbiət  ərazilərində  müəyyən  olunmuş  rejimə  ciddi  əməl

etməlidirlər.

Dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının və milli parkların təşkili üçün həmin ərazidə təsərrüfat fəaliyyəti göstərən və təbiətdən

istifadə edən baş idarələrin, müəssisələrin, idarələrin və təşkilatların razılığı tələb edilmir, bu şərtlə ki, alınan torpaqlar onların sahibliyində

və ya istifadəsində olmasın.

Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  təşkili  və  torpaqların  alınması,  təbii  ehtiyatlardan  istifadə  hüququnun  xitamı  nəticəsində

müəssisələrə,  idarələrə,  təşkilatlara  və  vətəndaşlara  dəyən  bütün  zərər  (o  cümlədən  əldən  çıxmış  səmərə)  Azərbaycan  Respublikasının

qanunvericiliyi ilə müəyyən olunmuş qaydada tam həcmdə ödənilir.

Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  inkişafına  və  yerləşdirilməsinə  dair  baş  sxem  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti

tərəfindən  və  ya  təbiəti  mühafizənin  ərazi  sxemi  müvafiq  yerli  icra  orqanları  tərəfindən  təsdiq  edilməklə  bir  vaxtda  dövlət  qoruğunun,

dövlət  təbiət  rezervatının  və  ya  milli  parkın  təşkili  üçün  təklif  olunan  torpaq  sahəsini  ehtiyatda  saxlamaq  haqqında  qərar  qəbul  edilir.

həmin  ərazidə  torpaq  istifadəçilərinin  təsərrüfat  fəaliyyəti  məhdudlaşdırılır  və  ya  xüsusi  mühafizə  olunan  bu  təbiət  ərazilərinin  təşkili

haqqında qərar qəbul edilənədək xitam olunur.

Dövlət qoruqlarının, dövlət təbiət sahələrinin və dövlət milli parklarının  təşkili  layihələri  müvafiq  elm  və  layihə  təşkilatları tərəfindən

hazırlanır.

Məhdud,  ənənəvi  təbiətdən  istifadə  şəraitində  elmi  eksperimental  tədqiqatlar  aparılması,  təbiətdə  gedən  proseslərin  öyrənilməsi  üçün

dövlət biosfer qoruqlarının sınaq meydanları, o cümlədən torpaqdan istifadə hüququ olan sınaq meydanları yaradıla bilər.

Maddə 81.     Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkili, istifadəsi və mühafizəsi sahəsində Dövlət idarəetməsi və dövlət nəzarəti

Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  yaradılması,  istifadəsi  və  mühafizəsi  sahəsində  dövlət  idarəetməsini  xüsusi  səlahiyyət

verilmiş  orqan  kimi  Azərbaycan  Respublikasının  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsi,  habelə  müvafiq  yerli  icra

hakimiyyəti orqanları həyata keçirirlər.

Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  mühafizəsi  və  istifadəsi  sahəsində  Dövlət  nəzarətini  xalq  deputatları  Sovetləri  (müvafiq

səviyyələrdə) və Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi həyata keçirirlər.

Maddə 82.     Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin dövlət kadastrı

Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  dövlət  kadastrına həmin  ərazilərin  hüquqi  statusu,  coğrafi  mövqeyi,  kəmiyyət  və  keyfiyyət

xarakteristikaları, ekoloji, elmi, maarifçilik və digər əhəmiyyəti, torpaq istifadəçiləri haqqında məlumat daxildir.

Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin Dövlət kadastrı həmin ərazilər şəbəkəsinin planlaşdırılmasını təşkil

etmək,  onların  mühafizəsini  və  elmi  tədqiqatlar  aparılmasını  təmin  etmək,  onların  təbiəti  mühafizə  rejiminə  riayət  olunmasına  Dövlət

nəzarəti  səviyyəsini  yüksəltmək,  sosial-iqtisadi  inkişaf  və  məhsuldar  qüvvələrin  yerləşdirilməsi  planlaşdırılarkən  bu  əraziləri  nəzərə  almaq,

habelə Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət ərazilərinin və belə ərazilərin ümumdünya sistemini təşkil edən digər oxşar

ərazilərin təşkili, istifadəsi və mühafizəsi sahəsində fəaliyyəti əlaqələndirmək üçün aparılır.

Maddə 83. Xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsinin təşkili

Dövlət qoruqlarının və dövlət milli parklarının mühafizəsi dövlət  qoruqlarının  və  dövlət  parklarının  təbiətini  mühafizə  edən xüsusi

xidmət  bölməsi  tərəfindən  həyata  keçirilir  və  Azərbaycan  Respublikası  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsinin

təsdiq etdiyi Əsasnamə ilə tənzimlənir.

M a d d ə 84.  Nadir və kökü kəsilmək təhlükəsinə məruz qalan heyvanların və bitkilərin mühafizəsi

Azərbaycan  Respublikasının  təbii  şəraitində  daimi  və  ya  müvəqqəti  olan  (bitən)  heyvanların  və  bitkilərin  nadir  və  kökü  kəsilmək

təhlükəsinə  məruz  qalan  növləri  xüsusi  qorunmalıdır  və  Azərbaycan  Respublikasının  “Qırmızı  kitabı”na  daxil  edilir.  Azərbaycan

Respublikasının  “Qırmızı  kitabı”  haqqında  Əsasnaməni  Azərbaycan  Respublikasının  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət

Komitəsi təsdiq edir.

“Qırmızı  kitab”a  salınmış  nadir  heyvan  və  bitki  növlərini,  habelə  təbii  şəraitdə  bərpası  mümkün  olmayan  növləri  qoruyub  saxlamaq

məqsədilə  yerli  xalq  deputatları  Sovetləri,  təbiəti  mühafizə  və  təbii  ehtiyatlardan  istifadə  sahəsində  xüsusi  səlahiyyət  verilmiş  dövlət

idarəetmə orqanları göstərilən heyvan və bitki növlərinin mühafizəsini təmin etmək, onların yaşayış mühitini yaxşılaşdırmaq, törəyib artması

və yetişdirilməsi üçün lazımi şərait yaratmaq məqsədilə zəruri tədbirlər görməlidirlər.

M a d d ə 85. Dövlət  qoruqlarında  elmi  tədqiqat  fəaliyyəti

 



Dövlət  qoruqlarında  elmi  tədqiqat  fəaliyyəti  il  boyu  stasionar  müşahidələrin  və  çoxillk  kompleks  tədqiqatların  təşkili  yolu  ilə  həyata

keçirilir  və  ekoloji  şəraitin  qiymətləndirilməsi  və  proqnozlaşdırılması,  təbiəti  mühafizənin  elmi  əsaslarının  hazırlanması,  canlı  orqanizmlərin

gen fondunun (biosferin bioloji rəngarəngliyinin) qorunub saxlanması, təbii ehtiyatların artırılması və səmərəli işlədilməsi məqsədi ilə təbiət

komplekslərinin, ayrı-ayrı təbiət obyektlərinin, təbii proseslərin dinamikasının öyrənilməsinə yönəldilmişdir.

Bütün dövlət qoruqları hökmən “Təbiət salnaməsi” tərtib etməlidirlər.

Elmi tədqiqatların təşkili və aparılması üçün dövlət qoruqları elmi işçilər ştatı ilə təmin olunur. Elmi tədqiqatlar kənar təşkilatları və ayrı-

ayrı  mütəxəssisləri  cəlb  etməklə  də  aparıla  bilər.  Dövlət  qoruqlarında  elmi  şuralar  yaradıla  bilər.  Elmi  şuranın  tərkibini  və  onun  haqqında

Əsasnaməni Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi təsdiq edir.

Dövlət qoruqlarının elmi fondları müddətsiz saxlanmalıdır.

Dövlət qoruqlarına elmi əsərlər nəşr etmək hüququ verilir.

Maddə 86.     Dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının və dövlət milli parklarının təbiətini


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin