I f ə s I l Ümumi MÜDDƏalar m a d d ə Təbiəti mühafizə obyekti


EKOLOJİ TƏHSİL VƏ TƏRBİYƏ, ELMİ TƏDQİQATLAR



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə14/20
tarix14.04.2022
ölçüsü0,59 Mb.
#55413
1   ...   10   11   12   13   14   15   16   17   ...   20
Без названия

EKOLOJİ TƏHSİL VƏ TƏRBİYƏ, ELMİ TƏDQİQATLAR

Maddə 68. Ekoloji təhsilin və tərbiyənin ümumiliyi, kompleksliliyi və fasiləsizliyi

Azərbaycan  Respublikasında  cəmiyyətin  ekoloji  mədəniyyətini  və  mütəxəssis  kadrların  peşə  hazırlığını  yüksəltmək  məqsədi  ilə

məktəbəqədər,  məktəb  təlim-tərbiyəsini,  orta  ixtisas  və  ali  tədris  müəssisələrində  mütəxəssislərin  peşə  hazırlığını,  onların  ixtisasının

artırılmasını əhatə edən ümumi, kompleks, fasiləsiz və müyəssər ekoloji təhsil və tərbiyə sistemi müəyyən edilir.

M a d d ə 69. Tədris müəssisələrində ekoloji biliklərin tədrisinin icbariliyi

Vətəndaşların  ekoloji  mədəniyyətinin  formalaşmasında  zəruri  olan  minimum  ekoloji  biliklərə  yiyələnmək  üçün  Azərbaycan

Respublikasının  ərazisində  fəaliyyət  göstərən  bütün  orta  ixtisas  və  ali  tədris  müəssisələrində  onların  profilinə  uyğun  olaraq  təbiəti

mühafizə və təbiətdən səmərəli istifadə üzrə xüsusi kursların tədrisi nəzərdə tutulur.

M a d d ə 70. Rəhbər işçilərin və mütəxəssislərin peşəkar ekoloji hazırlığı

Ətraf  təbii  mühitə  və  insanın  sağlamlığına  zərərli  təsir  Göstərən  fəaliyyətlə,  habelə  təbiətdən  istifadə  ilə  bağlı  olan,  yaxud  təbiəti

mühafizə  və  ya  təbiətdən  istifadənin  təşkili  ilə  bilavasitə  və  ya  dolayısı  ilə  əlaqədar  funksiyaları  yerinə  yetirən  dövlət  müəssisələrinin,

təşkilatlarının və idarələrinin rəhbər işçiləri, digər vəzifəli şəxsləri və mütəxəssisləri zəruri ekoloji hazırlığa malik olmalıdırlar, işçi vəzifəyə

təyin edilərkən, attestasiya və yenidən attestasiya keçərkən bu hazırlıq nəzərə alınır.

Göstərilən hazırlığa malik olmayan şəxslər müvafiq ekoloji biliklər tələb edən dövlət təşkilatlarında işləri yerinə yetirməyə buraxılmırlar.

Maddə 71. Ekoloji biliklərin təbliği

Azərbaycan təbiətinə qayğıkeş münasibətin tərbiyə olunması, onun sərvətlərindən səmərəli istifadə edilməsi. məqsədilə ekoloji biliklər və

ekoloji mədəniyyət, habelə Azərbaycan Respublikasının təbiətdən istifadə qanunvericiliyi geniş təbliğ olunur.




Ekoloji biliklərin və ekoloji mədəniyyətin təbliği Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinə,

Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  dövlət  sanitar  nəzarəti  orqanlarına,  digər  dövlət  və  ictimai  orqanlara  və  təşkilatlara,  mətbuata,

radio və televiziyaya, başqa kütləvi informasiya vasitələrinə, muzeylərə, sərgilərə, digər mədəniyyət idarələrinə həvalə edilir.

M a d d ə 72. Ekologiya sahəsində elmi tədqiqatlar

Azərbaycan  Respublikasının  Elmlər  Akademiyası,  sahə  elmi  tədqiqat  təşkilatları,  Azərbaycan  Respublikasının  Dövlət  Ekologiya  və

Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Azərbaycan Respublikasının nazirlikləri və baş idarələri, ali tədris müəssisələri təbiəti mühafizə, təbii

ehtiyatlardan  səmərəli  istifadə,  onların  bərpası  və  artırılması,  ətraf  təbii  mühitin  sağlamlaşdırılması,  ehtiyatların  qənaətlə  işlədilməsi,  təbii

komplekslərin və ekoloji sistemlərin əlverişli rejiminin saxlanması, ətraf mühitin insana və canlı təbiətə mənfi təsirinin qarşısının alınması

sahəsində elmi tədqiqatları müqavilələr əsasında təşkil edir və həyata keçirir, səmərəli elmi tədqiqatlar aparılması və əldə edilmiş nəticələrin

tətbiq edilməsi üçün lazımi şərait yaradırlar.

Təbiəti  mühafizəni  və  təbiətdən  istifadəni  elmi  cəhətdən  təmin  etmək  məqsədilə  üstünlük  verilən  elmi  tədqiqatlar  aşağıdakılara

yönəldilir:

respublikanın  təbiəti  mühafizə  siyasətinin  elmi  əsaslarının  hazırlanması,  sənaye,  nəqliyyat,  kənd  təsərrüfatı  və  başqa  müəssisələrin,

qurğuların  və  obyektlərin  istismarı  zamanı  onların  ekoloji  təhlükəsizliyini  təmin  edən  az  tullantılı  və  tullantısız  mütərəqqi  texnoloji

proseslərin və müasir texniki vasitələrin yaradılması;

təbiətdən iqtisadi cəhətdən səmərəli istifadənin, xammalın qənaətlə işlədilməsinin təmin olunması;

ətraf təbii mühitin vəziyyətinə fasiləsiz nəzarət, istehsalatı idarəetmə, avadanlığın qəzasız və təhlükəsiz istismarı vasitələrinin yaradılması;

antropogen fəaliyyətin təsiri altında təbii mühitdə baş verən proseslərin həmin ərazini məruz qoyduğu ekoloji gərginliyin yol verilə bilən

son həddinin müəyyən edilməsi;

ətraf təbii mühitə zərərli təsirin nəticələrini aradan qaldırmaq,  azaltmaq üçün mümkün üsulların müəyyən edilməsi;

təbii mühitin və təbii ehtiyatların keyfiyyətinin bərpa olunması.

Elmi  idarələrin  alim  və  mütəxəssislərin  məqsədli,  kompleks  ekoloji  proqramların  hazırlanmasında  və  həyata  keçirilməsində  iştirak  edir,

təbiəti  mühafizə  üzrə  elmi-texniki,  ekspert  və  ictimai  şuraların  tərkibinə  daxil  olur,  layihələrin  ekoloji  ekspertizası  üzrə  rəylər  verir,  təbii

ehtiyatlardan  səmərəli  istifadə  və  təbiəti  mühafizə  sahəsində  əməli    məsələlərin    həllinə      kömək    göstərir,  cəmiyyətin    ekoloji

mədəniyyətinin  formalaşmasında  iştirak edir və öz  araşdırmalarının  elmi  nəticələrinə  və ekspert rəylərinə görə şəxsi məsuliyyət daşıyır.

Ətraf mühiti çirkləndirən respublika nazirlikləri, baş idarələri, birlikləri və müəssisələri tabeliyindən asılı olmayaraq, birbaşa müqavilələr

əsasında  elmi-tədqiqat  və  layihə-konstruktor  təşkilatlarının  gücü  ilə  ehtiyatlara  qənaət  edən  və  ekoloji  cəhətdən  təmiz  texnologiyalar

hazırlamağa və tətbiq etməyə, yaxud istehsalatda tətbiq etmək üçün belə texnologiyaları satın almağa borcludurlar.

 

XII   f ə s i l




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin