I f ə s I l Ümumi MÜDDƏalar m a d d ə Təbiəti mühafizə obyekti


mühafizə üzrə dövlət müfəttişlərinin hüquqları



Yüklə 0,59 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix14.04.2022
ölçüsü0,59 Mb.
#55413
1   ...   12   13   14   15   16   17   18   19   20
Без названия

mühafizə üzrə dövlət müfəttişlərinin hüquqları

Dövlət  qoruqlarının,  dövlət  təbiət  rezervatlarının,  qoruq  yerlərinin,  dövlət  yasaqlıqlarının  və  dövlət  milli  parklarının  təbiətini  mühafizə

üzrə dövlət müfəttişləri aşağıdakı hüquqlara malikdirlər:

dövlət  qoruqlarının,  Dövlət  təbiət  rezervatlarının,  qoruq  yerlərinin,  dövlət  yasaqlıqlarının  və  Dövlət  milli  parklarının,  onların  mühafizə

zonalarının ərazilərində və onlara tabe olan başqa ərazilərdə olmaq, təbiətdən istifadə etmək və başqa fəaliyyətlə  məşğul olmaq hüququ

barəsində vətəndaşların və vəzifəli şəxslərin sənədlərini. yoxlamaq;

qoruqların  rejimini  pozanları  tutmaq  və  şəxsiyyətlərini  müəyyənləşdirmək  üçün  onları  milis  şöbələrinə,  yerli  hakimiyyət  orqanlarına

gətirmək;

müəyyən olunmuş rejimin pozuntuları haqqında protokollar tərtib etmək;

müəyyən  olunmuş  rejimi  pozanlardan  məhsulları  və  təbiətdən  qanunsuz  istifadə  alətlərini,  nəqliyyat  vasitələrini,  habelə  müvafiq

sənədləri almaq;

şəxsi axtarış aparmaq, əşyalara, nəqliyyat vasitələrinə baxmaq, təbiətdən istifadə alətlərini və məhsullarını yoxlamaq;

təbiəti mühafizə qanunvericiliyinin tələblərinə əməl edilməsini yoxlamaq üçün dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq

yerlərinin, dövlət yasaqlıqlarının, dövlət milli parklarının,  onların  mühafizə  zonalarının  ərazilərində  və  onlara  tabe  olan  başqa  ərazilərdə

yerləşən müəssisələrə, hidrotexniki qurğulara, idarələrə və təşkilatlara, gəmilərə və digər nəqliyyat vasitələrinə maneəsiz daxil olmaq;

göstərilən ərazilərdə təsərrüfat fəaliyyəti və başqa fəaliyyətlə məşğul olan vəzifəli şəxslərin qüvvədə olan qanunvericiliyə və dövlət

qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının, milli parkların, onların mühafizə zonalarının və onlara tabe

olan digər ərazilərin müəyyən edilmiş rejiminə zidd olan Göstərişlərini dayandırmaq və ləğv etmək.

Dövlət  qoruqlarının,  dövlət  təbiət  rezervatlarının,  qoruq  yerlərinin,  Dövlət  yasaqlıqlarının  və  milli  parkların  təbiətini  mühafizə  üzrə  baş

Dövlət müfəttişlərinə, habelə onların tabe olduğu orqanların rəhbərlərinə aşağıdakı hüquqlar verilir:

dövlət qoruqlarının, dövlət təbiət rezervatlarının, qoruq yerlərinin, dövlət yasaqlıqlarının, milli parkların, onların mühafizə zonalarının və

onlara  tabe  olan  başqa  ərazilərin  rejiminin  pozulması  haqqında  inzibati  işlərə  müəyyən  olunmuş  qaydada  baxmaq,  həmin  işlər  üzrə

müqəssirləri cərimə etmək;

dövlət qoruqlarının, milli parkların, onların mühafizə zonalarının və onlara tabe olan başqa ərazilərin müəyyən edilmiş rejiminin pozulması

nəticəsində  dəymiş  zərərin  ödənilməsi  üçün  dövlət  qoruqlarının,  milli  parkların  və  mühafizə  olunan  digər  ərazilərin  mədaxilinə  vəsait

keçirmək barədə müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara iddia vermək.

Dövlət qoruqlarının və xüsusi mühafizə olunan başqa təbiət ərazilərinin rəhbərləri öz ərazisinin hüdudları daxilində dövlət təbiəti mühafizə

müfə'işlərinin hüquqlarına   malikdirlər.

Dövlət  qoruqlarının,  dövlət  təbiət  rezervatlarının,  qoruq  yerlərinin,  dövlət  yasaqlıqlarının  və  milli  parkların  mühafizə  işçiləri  xidmət

vəzifələrinin icrası zamanı silah və xüsusi vasitələr gəzdirmək hüququna malikdirlər.

Silah və fəal müdafiə vasitələri xüsusi mühafizə olunan təbiət ərazilərinin rejimini qorumaq sahəsində xidmət vəzifələrini və ya ictimai

borcunu yerinə yetirən mühafizə işçilərinə və başqa şəxslərə  basqını,  habelə  onların  həyatını  və  sağlamlığını  təhlükəyə  məruz  qoyan  başqa

basqını dəf etmək üçün son tədbir kimi tətbiq oluna bilər.     

Silah və xüsusi vasitələr silahlı müqavimət Göstərən şəxsin müqavimətini başqa vasitələrlə qırmaq və ya silahı vermək barəsində qanuni

tələbi yerinə yetirməkdən boyun qaçıran silahlı cinayətkarı başqa vasitələrlə tutmaq mümkün olmadıqda da tətbiq edilə bilər.

Silah  və  fəal  müdafiə  vasitələri  tətbiq  olunmazdan  əvvəl  xəbərdarlıq  edilməlidir.  Silah  və  fəal  müdafiə  vasitələri  qəfil  basqın  zamanı,

odlu döyüş silahından, habelə nəqliyyat vasitələrindən istifadə etməklə basqın zamanı xəbərdarlıqsız tətbiq oluna bilər.

Silah və xüsusi vasitələr müəyyən olunmuş qaydalara əsasən verilir, saxlanılır, gəzdirilir və istifadə olunur.

Təbiət  abidələri  və  xüsusi  mühafizə  olunan  digər  təbiət  əraziləri  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş

qaydada mühafizə edilir.

Maddə 87. Xüsusi mühafizə olunan təbiət ərazilərinin rejimini pozmağa görə məsuliyyət

Xüsusi  mühafizə  olunan  təbiət  əraziləri  rejiminin  pozulmasında  müqəssir  olan  vətəndaşlar  və  vəzifəli  şəxslər  Azərbaycan

Respublikasının qanunvericiliyinə müvafiq surətdə cinayət məsuliyyəti, inzibati və başqa məsuliyyət daşıyırlar.

Müəssisələr, idarələr, təşkilatlar və vətəndaşlar, habelə birgə müəssisələr, xarici hüquqi və fiziki şəxslər xüsusi mühafizə olunan təbiət

ərazilərinin  rejimini  pozaraq  vurduqları  zərəri  Azərbaycan  Respublikasının  qanunvericiliyində  müəyyən  edilmiş  məbləğdə  və  qaydada

ödəməlidirlər.

M a d d ə 88. Xüsusi mühafizə olunan təbiət ərazilərinin təşkilində, istifadəsində və mühafizəsində ictimaiyyətin iştirakı

İctimai  təşkilatlar  və  ayrı-ayrı  vətəndaşlar  xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  təşkili,  istifadəsi  və  mühafizəsi  tədbirlərini  həyata

keçirməkdə  dövlət  orqanlarına  kömək  Göstərirlər.  Dövlət  orqanları  göstərilən  tədbirləri  həyata  keçirərkən  ictimai  təşkilatların  və  ayrı-ayrı

vətəndaşların təkliflərini hər vasitə ilə nəzərə alırlar.




M a d d ə 89.       Xüsusi mühafizə olunan təbiət ərazilərinin və təbiət abidələrinin mühafizə rejimi və onun təmin edilməsi

Xüsusi  mühafizə  olunan  təbiət  ərazilərinin  və  təbiət  abidələrinin  mühafizə  rejimi  Azərbaycan  Respublikası  Dövlət  Ekologiya  və

Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin müəyyənləşdirdiyi qaydalara əsasən təmin edilir.

 

XIV   f ə s i l




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin