Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq



Yüklə 1,01 Mb.
səhifə6/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   2   3   4   5   6   7   8   9   ...   28
N 16


1-2. Əsərləri
Konfutsinin ömrünün son illərində Çinin klassik ədəbiyyatı incilərindən biri hesab edilən kitablar qələmə almışdır. Həmin kitab-lar aşağıdakılardır:


  1. Şu Çinq (Tarix kitabı)




  1. Şi Çinq (Şeir kitabı)




  1. Li Çi (Adət-ənənələr kitabı)




  1. Ey Çinq (Mübadilələr kitabı)




  1. Çun Çiu (Bahar və payız təqvimi)

İlk dörd kitabda əcdadların sözlərindən seçilmiş hissələr də yer tapmışdır, amma beşinci kitab təmamilə onun özünə aiddir.


1-3. Təlimləri
Konfutsinin təlimləri əxlaq elminin əsaslarının, siyasətin və bəzi dini mövzuların birləşməsindən meydana çıxan təlimlərdir. Onun nəzərincə insanların əcdadları “Li” qanun-qaydasına uyğun olaraq ya-şayırdılar və elə buna görə də, xoşbəxtliyə və müxtəlif nemət-bərə-kətlərə malik idilər. Amma, onun dövrünün insanları həmin həyat dərslərini və yaşamaq metodlarından uzaqlaşdıqları üçün həmin ne-mət və bərəkətlərdən məhrum olmuşlar. Konfutsinin nəzərincə “Li”-nin müxtəlif mənaları var idi və paklıq, ədəb qaydaları, adət-ənənə və ibadət sahələrində istifadə edilirdi. Onun nəzərincə “Li”-dən yararlanmaqla hər bir iş yoluna düşər və utopik cəmiyyətə qovuşmaq mümkün olar.

77


1-4. Əxlaq prinsipləri
O, beş növ əlaqəni sadalayaraq həmin əlaqələrin düzgün qurul-duğu təqdirdə bütün işlərin düz axarla inkişaf edəcəyini bildirirdi. Həmin əlaqələr bunlardır:


  1. Ata-oğul əlaqələrində mehribanlığın mövcud olması




  1. Böyük qardaşın özündən balaca qardaşa nəzakət və mehriban-lıq göstərməsi və kiçik qardaşın özündən böyük qardaşa itaətini nümayiş etdirməsi

  2. Ərin öz həyat yoldaşı ilə ədalətlə davranması və qadının da öz ərinə itaət etməsi




  1. Aşağı mənsəbli insanların bir-birinə mehribanlıq nümayiş et-dirməsi və onların yüksək mənsəb sahiblərinə itaət etməsi

  2. Hakimiyyət başında dayananların rəiyyətlə mehriban davran-ması və rəiyyətin də öz növbəsində hökümdarlarına sədaqətli olması

Konfutsi utopiya və hökümdarla rəiyyət arasında əlaqə sahəsində təlimlər keçirdi. Onun təlimlərinə əsasən hökümdarların qanunlara sadiq qalacağı və bu qanunları həyata keçirəcəyi təqdirdə bütün insan-lar, yüksək mənsəb sahiblərindən tutmuş ölkənin ən zavallı şəxsinə qədər hamı bu qanuna riayət edəcəkdir. O, kamil insan və şəxsiyyət barəsində də söz açaraq kamil insanın malik olduğu beş xislət barədə belə demişdir: “Mənəvi böyüklük və izzət, İlahilik, Niyyətin paklığı və saflığı, Əmələ göstərilən şövq və istək, Xoş rəftara malik olmaq.”
1-5. Dini və şəri qanun-qaydalar
Konfutsinin hər şeydən öncə əxlaq müəllimi olmasına və bundan daha çoxuna iddia etməməsinə baxmayaraq insanlar onun təlimlərin-də böyük mənəvi ruhun mövcudluğu müşahidə etdilər və onu dindar-lığın ən yüksək mərtəbəsi kimi qəbul etdilər. Onun təbliğ etdiyi din olduqca sadə və fövqəltəbii məsələlərdən kənar idi. Onun üzərində ən çox dayandığı məsələ özünü ibadətə və dini adət-ənənələrə bağla-maqdan ibarət idi. O, həmişə deyərdi ki, keçmiş zamanların xaqanları və hökümdarları xoşbəxt insanlar idilər. Çünki, onlardan qalan övla-

78


dalrın bəziləri qurban mərasimlərini, ibadəti və onlara ehtiramı tam diqqətlə yerinə yetirirdilər.
1-6. Davamçıları və rəqibləri
Konfutsinin yetmiş nəfərdən ibarət olan şagirdləri Çinin bütün bölgələrinə səfər etdilər və hökümdarların, yüksək mənsəb sahiblə-rinin təlimi ilə məşğul olmağa başladılar. Onlardan bəziləri də xəlvət guşəyə çəkilərək təklikdə ibadətə üz tutdular. Bu filosofun təlimləri ondan iki nəsil sonrakı dövrədək şagirdləri tərəfindən yayıldı. Feoda-lizmin zəifləməsindən və müxtəlif rəqib fəlsəfə məktəblərinin meyda-na çıxması ilə Konfutsinin fikirlərinin və təlimlərinin yayımı müxtəlif problemlərlə üzləşməyə başladı. Bu fəlsəfi məktəblərin hər birisi ayrılıqda Konfutsinin fəlsəfi düşüncələrinə hücum edirdi. Belə qar-şıdurmalarda qələbə bəzi vaxtlar Konfutsinin davamçılarının, bəzən də digər fəlsəfi məktəblərin davamçılarını olurdu. Amma sonda Bud-dizmin Çinə daxil olması ilə düşüncə savaşı Buddizmin qələbəsi ilə başa çatdı və Konfutsinin düşüncələri müəyyən qədər kənarda qaldı. Buna baxmayaraq onun şöhrəti və əzəməti daim Çinlilər arasında mövcud olmuşdur və hal-hazırda da mövcud olmaqdadır.
1-7. Rəsmi din
Çin hökümdarları müxtəlif dövürlərdə həmişə Konfutsiyə və onun fəlsəfi məktəbinə ehtiram göstərmişlər və rəsmi şəkildə onu ən böyük filosof kimi qəbul edərək onun ruhuna ehtiram göstərmişlər. Onun məqbərəsi yanında qurban kəsmək adət-ənənəsi şagirdlərinin zamanından həyata keçirilməyə başlanılmışdır, amma ilk dəfə belə addım atmış padşah Kau Tsu olmuşdur. O, eradan əvvəl 195-ci ildə hakimiyyət başında olduğu ildə Konfutsinin qəbrini ziyarət etdikdən sonra elə həmin məkanda qurban kəsmişdir. Ondan sonra digər pad-şahlar da bu adət-ənənəni davam etdirmişlər və böyük filosofun ru-huna qurbanlar kəsərək hədiyyələr əta etmişlər. 1911-ci ildən rəsmi və dövlət səviyyəsində Konfutsinin ruhuna ehtiram adəti yığışdırıl-mağa başlanıldı. Bir müddətdən sonra Çin hökuməti böyük filo-

79


soflsrın yanında Konfutsinin düşüncələrinin də dirildilməsi məsələsi ətrafında bəzi işlər görməyə çalışdı, amma 1949-cu ildə Çində baş vermiş Kommunist inqilabından sonra onun düşüncələri ilə kəskin mübarizəyə başlanıldı. Kommunistlər onu zəhmətkeş təbəqəyə qarşı çıxdığını və zadəganları müdafiə etməsi iddiasını irəli sürməyə baş-ladılar.
2. Taoizm

Taoizm, yaxud Daoizm eradan əvvəl 517-ci ildə dünyadan köç-müş filosof Laotseyə mənsubdur. Onun həqiqətən mövcud oması, ya-xud tam əfsanəvi şəxs olması sahəsində alimlər arasında ciddi fikir ayrılıqları mövcuddur. Dini adət-ənənə və tarix nöqteyi nəzərindən o eradan əvvəl 604-cü ildə Çində dünyaya gəlmişdir və ömrünün bir hissəsini şahın sarayında sənədlərin saxlanıldığı yerin, dövlət arxivi-nin başçısı vəzifəsində çalışmışdır. Bir müddət bu vəzifədə çalışdıq-dan sonra işindən istefa vermişdir və ruhi paklığını kamilləşdirmək üçün bu işlərini, hətta təhsilini belə dayandırmışdır və evdə xəlvətə çəkilmişdir. İnsanlar onun barəsində maraqlanmağa başladılar və onun düşüncələri ilə tanış olmaq üçün görüşünə tələsdilər. Qeyd et-mək lazımdır ki, Konfutsi də onun görüşünə getmişdir. O, insanların müraciətlərindən yorulduqdan sonra öz el-obasını tərk edərək müha-cirət etməli olmuşdur. Şəhər qapılarının qoruyucularından biri onu səfər edərkən gördü və ona nəsə öyrətməyini xahiş etdi. Laotsey bir kənarda dayanaraq ona bir mətn yazdı və həmin mətn hələ də möv-cuddur. Həmin mətnin adı Taute Çinq, yəni “Taunun vəhyi və onun xasiyyəti”-dir. Bu risalə qısa hikmətli sözlərdən ibarətdir və bəziləri-nin mənası aydın deyildir. O, bu risaləni qapıçıya verdi, oradan getdi və bundan sonran ondan xəbər çıxmadı. Bəzilərinin iddialarına görə o, eradan əvvəl 517-ci ildə dünyasını dəyişdi.


80


Laotseyni əfsanəvi şəxs qəbul edən insanlarin nəzərincə onun meydana çıxardığı fəlsəfə Konfusiusun yaratdığı fəlsəfədən daha qə-dimidir və qeyd olunmuş risalə qədim zamanlardan mövcud olmuş-dur.
2-1. Laotsey və Taute Çinq fəlsəfəsi
Laotseyə aid olan bu risalə bir nəfərin düşüncəsinin yaratdığı məhsul deyildir. Belə ki, əsrlər boyu onun üzərində bir çox dəyişik-liklər aparılmışdır. Amma bu risalənin məzmununun əksər hissəsi eradan əvvəl dördüncü əsrə qayıdır.
Antik Çin filosoflarının nəzərincə dünyada baş verən bütün ha-disələr Tao adlanan quruluşunu təsiri altında meydana çıxır. Tao Çin dilində düzgün yol və ən dərin mənasında çayın dibi mənasını verir. Bu fəlsəfə davamçıları dünyada baş verən dəyişikliklər sahəsində ça-yın dibinə bənzər və həmişə sabit qalan qanunun olmasını bildirir-dilər. Onlar deyirdilər ki, Taonun əvvəli və sonu yoxdur və maddi dünyanın yaranmasından sonra Tao da uyğunluqların, tarazlığın mey-dana çıxması üçün mövcud olmuşdur. Elə bu səbəbdən də, Tao sözü məna baxımından Yunanlıların Kosmos, yəni tənasüb (qanunauy-ğunluq) sözünə yaxındır. Yunanlılar dünyanı kosmos adlandırırlar.
Taote Çinq risaləsində belə qeyd olunmuşdur ki, əşya hər zaman öz təbii məkanında hərəkət edərsə, onun bu hərəkəti ən yüksək tə-nasüb və qanunauyğunluqla olacaqdır. Amma öz təbii mühitindən kə-nara çıxdığı halda bu qanunauyğunluq itəcəkdir. İnsanın ən son məqsədi özünü Tao ilə ahəngdar etməkdən ibarətdir.
2-2. Çuanq Tse və onun məqalələri
Çuanq Tse Laotseydən sonra mövcud olan ən tanınmış Taoizm filosofudur. O, eradan əvvəl dördüncü əsrdə öz fərzi müəllimi Laot-seyin təlimlərini yaymaqla məşğul olmuşdur. Bu böyük filosofun otuz üç məqaləsi olduğu bildirilmişdir və bu məqalələrin əksəriyyəti həqiqətən də ona aiddir. O, dünyada baş verən dəyişiklikləri dövran və zaman formasında nümayiş etdirmişdir. O eləcə də, ziddiyyət təş-

81


kil edən şeylərin bir-birinə təsir göstərməsinə və bundan sonra məhv olmasına inanırdı. Çuanq Tse xeyirlə şər arasında nisbiliyin mövcud olmasına inanırdı və öz düşüncələrini ifadə etməkdən ötrü təmsillər-dən geniş şəkildə istifadə edirdi.
2-3. Rəsmi din
İlk dəfə olaraq 165-ci ildə Çin şahlarından biri Laotseyin adına məbəd inşa etdirdi və bu məbədə hədiyyələr verdi. Amma Taoizm heç vaxt geniş şəkildə inkişaf etmədi və çox zəif inkişaf edərək yalnız 7-ci əsrdə Çində rəsmi din statusunu əldə edə bildi. Həmin zamanlar Çində Buddizm və Konfusius fəlsəfə məktəbi güclü şəkildə inkişaf etmişdilər. Bir qrup insan Buddizmin Çinin yerli dini olmaması və Hindistandan bu ölkəyə gəldiyi üçün Taoizmi inkişaf etdirməyə başladı. Onlar yeni adət-ənənələr yaratdılar və müxtəlif şeylər üçün Tanrılar yaratmağa başladılar. Amma buna baxmayaraq Çində bu dinin davamçıları az olması səbəbindən səhnədən getdi. Çinin kom-munist hökumətinin dini düşüncələrlə mübarizə aparmasına bax-mayaraq, bəzi insanlar hələ də Taoizmin cadu tərəfləri ilə maraqla-nırlar.
3. Sintoizm

“Tanrıların yolu” mənasını verən Sinto Yaponiyanın qədimi din-lərindəndir. Bu dinin təlimlərinə əsasən Günəş İlahəsi Amaterasu əc-dadlardan qalan torpaqların qoruyucusudur və imperator ailəsinin bu Tanrının nəslindən olduğu və onun təcəssümü olduğu bildirilir.


3-1. İctimai keçmiş
Buddizmin Mahayana firqəsi təxminən eradan əvvəl 552-ci ildə
Yaponiyaya daxil oldu və Sintoizm dini ilə qarşılaşdıqdan sonra
Buddizmin bir çox anlamları və təlimləri Sintoizm məzhəbinə köçü-

82


rüldü. Milli Tanrılara və imperatora sitayiş etmək, ölülər üçün qurban kəsərək xüsusi əməllər həyata keçirtmək və vətənpərvərlik bu məzhə-bin adət-ənənələrindəndir. Buşido, (yəni igidlərin yolu) adlı mərdlik məktəbi də müəyyən miqdarda Zen məzhəbindən ilham almışdır və şərəfin, mənliyin, namusun qorunub saxlanılması üçün mərdliyin və müqavimətin vacib olduğunu bildirmişdir. Elə buna görə də, əsgərlər və döyüşçülər məğlub olarkən xüsusi mərasim daxilində ömür boyu özləri ilə gəzdirdikləri xəncər vasitəsilə qarınlarını yırtırdılar. Şinto məzhəbi dəfələrlə yenilənmişdir və sonda 1946-cı ildə imperatora sitayiş etmək ənənəsi imperatorun özü tərəfindən ləğv edilmişdir. Hal-hazırda bu din Buddizmlə birlikdə Yaponiyada həyatını davam etdirir.
3-2. Sintoizmin müqəddəs kitabları
Sintoizmdə əcdadların adət-ənənələrini özündə əks etdirən kitab-lar mövcuddur. Bu kitablar tarixın müxtəlif dövrlərində hazırlanmış-dır. Onlardan biri 806-cı ildə qələmə alınmışdır və bu kitab ruhani təbəqəsinin müdafiə olunması barədə yazılmış hekayələrdən ibarət-dir. Kitablardan digəri 10-cu əsrdə qələmə alınmışdır və bu kitabda Sintoizmin ibadətləri, adət-ənənələri və xüsusən də imperatora sitayiş adətləri barəsində geniş məlumat verilmişdir.
3-3. Riyobo
Buddizm 8-ci əsrdə Yaponiyada tam formada genişləndi və öl-kənin yüksək çinli məmurları belə bu dini rəsmən qəbul etdilər. Elə bu səbəbdən də, həmən zamanlar yerli və qədimi din olan Sinto ilə yeni meydana çıxmış, əcnəbi din olan Buddizm arasında uyğunluğun yaradılması ehtiyacı meydana çıxdı. O zaman Buddizmin bəzi ruhaniləri araşdırmalarını elan edərək bildirdilər ki, Yaponiyanın qə-dim Tanrıları hər birisi ayrı-ayrılıqda Budi Satva olublar və elə orada zühur ediblər. Eləcə də, günəş Tanrısı olan Amaterasunun Buddanın Yaponiyadakı tam zühuru olduğunu bildirdilər. Bu firqəni Riyobo, yəni qarışıq Sintoizmizm adlandırdılar və onun genişləndirməyə,

83


yaymağa başladılar. Beləliklə, Sintoizmizm yeniləşdi və yenidən dirildi.
3-4. Rəsmi din
Təxminən doqquz əsr sonra 17-ci əsrdə bəzi dini liderlər qədimi Şinto dininin yenidən dirildilməsi nəzərini irəli sürdülər və sonda 1768-ci ildə Yaponiya xalqının ictimai həyatında yeni dəyişiklik baş verdi. Bir müddət sonra imperator Sintoizmi rəsmi din elan etdi və Buddizmə aid bütün nişanələrin məhv edilməsini əmr etdi. Bu iş başlanğıcda güc yolu ilə həyata keçirilirdi, çünki hələ insanların bir hissəsi Buddizmi sevirdilər və bu dinə inanırdılar. Sonda 1889-cu ildə ölkə konistitusiyasında tam dini azadlıq hüququnun bütün yaponi-yalılara aid olması bəndinin əlavə edilməsindən sonra din seçimi azad buraxıldı, amma Yaponiya hökuməti yenə də Sintoizmi dəstəklədi.
Hökumət dini olan Sintoizm 1945-ci ildə Amerikanın Yaponi-yana atom bombası atdığı və ölkənin Amerikalılar tərəfindən işğal edildiyi vaxta qədər davam edirək yaşayırdı. Bu dinin təlimləri gəncləri qərb mədəniyyətinin hücumları müqabilində müqavimət et-məyə dəstəkləyirdi. 1945-ci ildən sora bu dinə aid mərasimlərin keçi-rilməsi ixtiyarı xarakter daşımağa başladı.
Mənbə


  1. Bahar. Mehrdad, “Asiya dinləri”, Tehran 1996




  1. Hikmət, Əli Əsğər, Dinlər tarixi, Tehran 1966




  1. Zərrinkub, Əbdülhüseyn, “Vicdan barəsində”, Tehran 1978




  1. Nas, Con. B, “Dinlərin ümumi tarixi”, Tərcüməçi: Əli Əsğər Hik-mət, Tehran 1991

  2. Hyum. Robert. A, “Yaşayan dünya dinləri”, tərcüməçi: Əbdürrəhim Qovahi, Tehran 1994

  3. Konfutsi, “Söhbətlər”, tərüməçi: Kazımzadə İranşəhr, Tehran 1961

84





  1. Qədim İran



    1. Muğan dini

Zərdüştün meydana çıxmasından öncə, yəni Midiyalılardan öncə İran ərazilərində yaşayan yerli qeyri-Ariyayilərin dini Muğan dini adlanırdı. Muğ (Maquş) sözü qədim İran dillərində xidmətçi mənası-nı verirdi. Belə nəzərə çarpır ki, Muğlar İranın yerli sakinlərindən idilər və Hindistandakı Dravedilər kimi Ariyayilərin bu ərazilərə da-xil olmasından sonra öz torpaqlarını onlara təslim etdilər. Ərəblərin zərdüştlər üçün istifadə etdikləri Məcus sözü də elə həmin Məquş sö-zündən mənşə almışdır.


Bəzi tədqiqatçıların nəzərincə zərdüştlük dinində yaxşılıqların və pisliklərin tanrılarına olan ikili ibadət İranda qədimdən də mövcud olan Muğan dininə aiddir. Çünki, tarixi kitablara nəzər saldıqda belə qənaətə gəlmək olar ki, Muğan dininə sitayiş edənlər iki Tanrıya, Yaxşılıq və Pislik Tarısına sitayiş edirdilər. Muğanların dini əqidələ-rində qiyamət gününə iman da var idi.

85


2. Zərdüşt dini

Ariyayilərin İran ərazilərinə daxil olmasından bir neçə əsr keç-məsindən sonra bu xalqın nümayəndələri yavaş-yavaş şəhər yaşayış tərzinə keçdi və bu da onların dünya görüşlərinə güclü şəkildə müs-bət təsir göstərdi.




  1. zamanlar islahatçı insan meydana çıxdı, İranlıları yeni bir dinə dəvət etdi və Muğan dinini rəqabət meydanından çağırdı. Özünü yax-şılıq və aydınlıq Tanrısının elçisi kimi qələmə verən bu islahatçı pey-ğəmbərin adı Zərdüşt idi. O, öz dinini Ahura Mazdadan kəsb etmə-sini və dünyanı qaranlıqdan xilas edərək yaxşılığa və aydınlığa doğru aparacağını iddia edirdi.

Zərdüştlər məcus, Gəbr və Parsi adları ilə tanınırdılar. Məcus sözü yalnız bir dəfə Qurani-Kərimin Həcc surəsinin 17-ci ayəsində tövhidi dinləri qeyd etdikdən və müşriklərə işarə etməmişdən öncə mövcuddur. İslam alimlərinin əksəriyyəti Məcusları kitab əhli kimi qəbul edirlər və bu barədə bəzi hədislər də mövcuddur. “Gəbr” sözü Süryani dilində kafir mənasını daşıyır və “Zərdüşt” sözü hindistan zərdüştlərinə aid edilir. Zərdüştlük dini təxminən eradan bir əsr öncə bəzi dəyişikliklərə uğradı və bu dəyişilmiş formanı Məzdayəsna ad-landırırlar. Məzdayəsna tərcümədə “Məzdaya sitayiş” mənasını verir.
2-1. Zərdüştün həyatı
Alimlər qədim İranda mövcud olan peyğəmbərin tarixi mövcud-luğuna şübhə ilə yanaşırlar, amma eləcə də həmin peyğəmbərin möv-cudluğunu inkar da etmirlər. Zərdüşt, zərtüşt, zəradüşt, zəratüşt, zər-dəhəşt və s. Zərəsuştra sözünə bənzər sözlərdirlər ki, Qatlarda (Zər-düştlərin müqəddəs kitabının bir hissəsidir) qeyd olunmuşdur. Daha düzgün nəzəriyyəyə əsasən “Zərdaştər”, yəni “Sarı dəvə sahibi”-dir.
Onun atasının adı Puruşəsb, yəni qoca at sahibi, anasının adı
Doğdo, yəni inək sağan, ailəsinin və nəslinin adı isə Spitəmə, yəni
Ağ nəsilli idi.

86


Məşhur islam tarixçisi Təbəri və Zərdüştün bəzi şagirdləri onun Fələstindən olduğunu qeyd edirlər və onun həmin ərazilərdən İrana köçdüyünü vurğulayırlar. Amma tarixçilərin əksəriyyəti və eyni za-manda Zərdüştlərin özləri də onun İranlı və Azərbaycanlı olduqlarını bildirirlər. Onların nəzərincə Zərdüştün meydana çıxdığı yer təxmi-nən Urmiya gölünün ətrafındakı dağlar yerləşən məkandır. Elə buna görə də, Urmiya gölünün suyu Zərdüşt dinin davamçıları üçün mü-qəddəsdir. Bəzi tədqiqatçıların nəzərincə isə o qədim İranın şərq böl-gələrindəndir.

Zərdüştün meydana çıxdığı zaman barədə də nəzərlər müxtə-lifdir və bəzi alimlərin nəzərincə onun meydana çıxdığı zaman eradan 6000 il əvvələ qayıdır. Amma daha məşhur nəzəriyyəyə əsasən o eradan əvvəl 660-cı ildə dünyaya gəlmişdir və eradan əvvəl 630-cu ildə, yəni 30 yaşında peyğəmbərliyə çatmışdır.


Zərdüşt peyğəmbərliyə çatdıqdan sonra dövrünün şahı Güştasbın yanına getdi və onu öz dininə dəvət etdi. Şah Güştasb dərhal onun di-nini qəbul etdi. Əbülqasim Firdovsinin “Şahnamə” əsərində belə qeyd olunmuşdur ki, İranlıların Turanlılara bac və xərac ödədikləri zamanda Zərdüşt meydana çıxdı və şaha əcnəbilərə xərac ödəməkdən boyun qaçırmağı əmr etdi. Şah Güştasb onun sözlərini qəbul edərək bu işə son qoydu. Qeyd etmək lazımdır ki. İranlıların bu addımı Turanlıların qəzəblənməsinə səbəb oldu. Onlar Güştasba yeni dindən əl çəkməyi əmr etdilər, amma şah bunu qəbul etmədi. Elə bu sə-bəbdən də Turanlılar İrana hücum etdilər və bəzi rəvayətlərə əsasən Zərdüştün özü də həmin müharibə zamanı həlak oldu. Sonda Güştasb işğaıçılara qalib gəldi və Zərdüştlüyü yaymağa davam etdi. O, oğlu İsfəndiyarı bu dini yaymaq məqsədilə bir çox yerlərə göndərdi.
Zərdüşt eradan əvvəl 583-cü ildə, 77 yaşında hal-hazırda Əfqa-nıstanda yerləşən Bəlx şəhərindəki Atəşgahda Turanlılar tərəfində qətlə yetirilmişdir.
Zərdüştün peyğəmbərliyə çatması məsələsi Şahnamə əsərində mövcuddur, amma çox təəssüflər olsun ki, bu məsələ Şahnamənin əf-sanələr bölümündə qeyd olunmuşdur. Belə ki, Güştasb (Zərdüştün

87


dəvət etdiyi və bu dini qəbul edən ilk şah) barəsində çoxlu ixtilaflı nəzərlər mövcuddur. Bəziləri onun Viştasb, Əhəməni şahı birinci Daranın atası olduğunu bildirirlər. Digər tərəfdən tarixi nöqteyi-nə-zərdən tam məlumdur ki, Viştasb padşah olmamışdır. O, mahal əmiri olmuşdur.
2-2. Avesta
Zərdüştlərin müqəddəs kitabı Avesta, yəni əsas və özül mətn ad-lanır. Bu kitab Avesta dili və xətti ilə qələmə alınmışdır və antik İran aiddir. Qeyd etmək lazımdır ki, Avesta dili Sanskrit dili ilə eyni kök-lüdür. Bir çox tədqiqatçıların nəzərincə Avesta xətti 226-641-ci il-lərdə meydana çıxmışdır və o zamana qədər insanların əzbər olaraq zehnlərində saxladıqları Avestanın mətni bu xəttin vasitəsilə qələmə alınmışdır. Bəzi nəzərlərə əsasən isə Avesta İslam dininin peyda ol-masından sonra qələmə alınmışdır.
Həm Zərdüştlər, həm də bu sahədə araşdırma aparan tədqiqat-çılar yekdilliklə bu məsələni qəbul edirlər ki, əslində Avesta çox iri həcmli olmuşdur və bəzilərinin nəzərincə 12000 inək dərisinin üzə-rinə yazılmışdır. Hal-hazırda mövcud olan Avesta 83000 sözdən iba-rətdir və böyük ehtimala görə bu kitabın ilkin mətni 345 min 700 söz-dən ibarət olmuşdur. Yəni, hal-hazırda mövcud olan Avestadan dörd dəfə böyük. Əsil Avesta 21 Nəskdən, (bölüm və yaxud kitabdan) iba-rət idi və indi mövcud olan Avesta da 21 Nəskdən ibarətdir.
Avesta 5 bölümdən ibarətdir:


  1. Yəsna (Bayram və sitayiş): Bu bölmənin bir hissəsi Qat-lar adlandırılır (Nəğmə və müsiqi mənasında). Qatlar dualardan, dini elmlərdən ibarətdir və Avestanın ən mühim hissəsidir. Bu hissənin Zərdüştün özünə aid olunduğu bildirilir, halbu ki, Avestanın digər hissələri Zərdüşt dininin digər rəhbərlərinə aid edilir.




  1. Visperəd (Bütün ağalar): Müxtəlif sitayişlərdən ibarətdir.




  1. Vəndida (Div, yəni şeytana qarşı qanun): Bu bölümdə halal, haram, nəcis və pak şeylər barədə yazılmışdır.




  1. Yəştha (Sitayiş, dini nəğmə və zikr):

88


  1. Xorde Avesta (Balaca Avesta): Dini bayramlar və mərasim-lər, eləcə də həmin mərasimlərə uyğun dini nəğmələrin seçilməsi ba-rəsində olan bölüm.

Zərdşütlərin Avestadan əlavə “Zənd Avesta” adında təfsir kitabı və müxəlif başqa kitablar da mövcuddur.
2-3. Zərdüştün təlimləri
Zərdüştlükdə üç əsas prinsip mövcuddur: Düzgün danışıq, Düz-gün düşüncə və Düzgün əməl. Biz müxtəlif dinlərdə buna bənzər prinsiplərlə üzləşirik.
Xeyir və parlaqlıq tanrısının nişanələrindən olan oda hörmət nümayiş etdirmək, odu həmişə yanar halda saxlamaq, Atəşkədə, ya-xud atəşgah adlanan məbədlərdə odun ətrafında məxsusi mərasimlər keçirtmək bu dinin ən əsas özəlliklərindəndir. Bu dində eləcə də abadlıq yaratmaq, əkinçilik, təsərrüfat, maldarlıq və şəhərsalma si-tayişə layiq məsələlər sırasındadır. Heyvanlara, xüsusən də itə və inə-yə hörmətlə yanaşmaq və insanlarla xoş rəftar etmək xüsusi yerə ma-likdir. Zərdüştlər qədim zamanlarda öz ölülərinin cəsədlərini nə tor-pağa basdırırdılar, nə də suya atırdılar, çünki onlar həm suyu, həm də torpağı müqəddəs bilirdilər və onları çirkləndirmək istəmirdilər. Elə bu səbəbdən də, cənazələri Dəxme adlanan yerlərdə saxlayırdılar və leş yeyən heyvanlar həmin cənazələri yeyirdilər. Amma artıq neçə əsrlərdir ki, öz ölülərini torpağa tapşırırlar.

İrandakı bəzi adət-ənənələr, o cümlədən Novruz bayramından öncə olan çərşənbələr, işığın və çırağın parlaqlığına and içmək və di-gər məsələlər Zərdüştlük təlimləri ilə əlaqəlidir. İslam dininin ilk əsr-lərində mövcud olan zındıqların bəziləri də Zərdüştlüyün davamçıları idilər.


2-4. Yaranışın və ikili sitayişin hekayəsi
Heç kim Zərdüştlərin iki tanrıya (xeyir Tanrısı Ahura Mazda və şər Tanrısı Əhrimən, yaxud işıq Tanrısı və qaranlıq Tanrısı) sitayişi məsələsi hansı əsrdə başlamışdır. Avestanın Qatlarında, yəni Zərdüşt-

89


lərin müqəddəs kitabının Zərdüşt peyğəmbərin özünə aid olan hissə-sində Əhrimən tək Tanrı olan, parlaqlıq və qaranlıq Tanrılarından da-ha üstün sayılan, varlığın yaradıcısı Ahuraməzdanın deyil Müqəddəs ağılın müqabilində dayanmışdır. Sasanilərin hakimiyyəti dövründə Zərdüştlərin bir qolu da meydana çıxdı və bu dəstənin adı Zərvanilər idi. Onların nəzərincə tək Allah mövcuddur və onun adı Zərvandır. Zərvanilər tək Tanrılarını xeyir və şər Tanrılarından daha yuxarı və üstün bilirdilər. Bu dinin o zamanlar davamçıları həddən ziyadə idi.1
Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin