Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq



Yüklə 1,01 Mb.
səhifə14/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   10   11   12   13   14   15   16   17   ...   28
N 16


9-2. Qan içində qüsl
Həzrət İsa (ə) həyəcanla dolu moizələrindən birində Allah yo-lunda şəhidlik arzusunu bəyan etmək üçün “Xaç suyunda qüsl” mü-qəddəs sözündən istifadə etdi. Qeyd etmək lazımdır ki, “Qan içində qüls və xaç suyuna girmək” məcazən şəhid olmaq mənasını kəsb edir.

181


(İslami ədəbiyyatda istifadə olunan qanla dəstəmaz almaq kimi). Mark İncilində (10:38-39) xaç suyuna girmək şəhidlik mənasında is-tifadə olunmuşdur. İncillərdə suda xaç suyuna girmək və qüsl almaq-dan əlavə odda və müqəddəs ruhda xaç suyuna girmək də gözə çarpır (Matta 2:11, Mark 1:8, Luka 3:16). Qurani-Kərimdə (Bəqərə surəsi 138-ci ayə) istifadə olunan “Sibğətullah” termini də bəzi təfsir alim-lərinin nəzərincə “İlahi qüsl” mənasını verir.
Mən yer üzərindən od alovlandırmağa gəlmişəm. Elə isə indi alovlandığı və tutaşdığı zaman nə istəyirəm? Amma mən bir qüsl et-məliyəm, onu tapmalıyam və onu tapana qədər böyük çətinliklər içə-risindəyəm. Siz mənim yer üzərində salamatlıq bəxş etmək üçün gəl-diyimi düşünürsüz? Xeyr, mən sizə deyərəm: təfriqə üçün! Çünki, bir evdə olan bu beş nəfərdən sonra ikisi üçündən və üçü ikisindən ayrı-lacaq: Ata oğuldan, oğul atadan, ana qızından, qız anasından, bəy gəlindən, gəlin bəydən”. (Luka 12:49-53)
9-3. Şəhidlik xaçı (Səlib)
Xristyanlar Həzrət İsa Məsihin (ə) bəşəriyyətin günahları yolun-da çarmıxa çəkilməsinə görə xaç işarəsini boyunlarından asırlar. Həz-rət İsa (ə) dəfələrlə böyük təkidlə onun əsil davamçısının öz xaçını özü ilə daşayan və onun arxasınca gedən şəxs olduğunu vurğulamış-dır. O Həzrətin bu sözündən aydın şəkildə anlamaq olar ki, xaçın bo-yundan asılmasının tarixi keçmişi Həzrət İsa Məsihin (ə) hələ həyatda olduğu zamana qayıdır və xaçı onun çarmıxa çəkilməsinin nişanəsi kimi qəbul etmək yalnışdır. Bu adəti “Özünü inkar” və Allah yolunda şəhid olmağa hər an hazır olmaq kimi açıqlamaq lazımdır. Bir çox inqilablarda inqilabçıların kəfən geyərək küçələrə çıxmaları da təxminən bu mənanı kəsb edir.
Çoxlu sayda insan onunla gedəndə üzünü onlara tərəf çevirə-rək dedi: “Mənim yanıma gələn insan atasını, anasını, arvadını, öv-ladını, qardaşlarını, bacılarını və hətta öz canını özünə düşmən bil-məzsə mənim şagirdim ola bilməz. Öz xaçını götürərək mənim ar-xamca gəlməyən şəxs mənim şagirdim ola bilməz.” (Luka 14:25-27)

182


Camaatı şagirdləri ilə birlikdə yanına çağıraraq dedi: “Mənim arxamca gəlmək istəyən hər bir şəxs özünü inkar etməlidir, öz xaçını götürməlidir və mənim arxamca gəlməlidir. Çünki, özünü xilas etmək istəyən hər bir insan onu öldürməlidir, öz canını mənim və incilin yolunda fəda edən şəxs onu xilas etmiş olar.” (Mark 8:34-35, 16:24-26, Luka 9:23-25)
9-4. Sabitlik əvəzinə qılınc
Asayiş və rahatlıq sevən insanlar xilaskar Məsihanın amallarını yalnış təsəvvür etmişlər. Həzrət İsa Məsih (ə) onların düşüncə tərz-lərini düzəltmək üçün öz peyğəmbərliyinin məqsədini aydın formada açıqlayır:
Mən yer üzərində sabitlik yaratmaq üçün gəlməmişəm, sabitlik gətirməmişəm, əksinə qılınc gətirmişəm. Çünki, gəlmişəm kişini ata-sından, qızı anasından, gəlini qaynanasından ayıram. Hər bir şəxsin düşməni onun ev əhli olacaqdır. (Matta 10:34-36)
9-5. Silahli müdafiəyə çağırış
Həzrət İsanın (ə) təqib edilməsi və həbs olunması məsələsi qəti-ləşəndə, onunla adı cinayətkar kimi davranılacağı məlum olanda O Həzrət silahlı müdafiə üçün sonuncu dəfə səy göstərdi, amma lazımi cavab almadı:
Sonra onlara dedi: “Qılıncı olmayan insan libasın sataraq qılınc alsın, çünki sizə deyirəm ki, bu yazı (yəni öncədən verilmiş xə-bər, Aşiya 53:12) artıq həyata keçməkdədir. Yəni, günahkarlarla eyni qəbul edilməm. Çünki, mənim barəmdə olan hər şey həyata keçmək-dədir.” Dedilər: “Ey Rəbbimiz, bu da iki qılınc.” Onlara dedi: “Ki-fayət edər.” (Luka 22:36-38)


  1. Həzrətin silahdaşları xilaskar Məsiha barəsində lazımi məlu-mata sahib olmadıqları səbəbindən onun üçün hər hansı bir qorxunun yarana biləcəyini düşünmürdülər və bu səbəbdən də, onun qılınc al-maq barəsindəki təkidlərinə o qədər də ciddi yanaşmadılar. Amma çoxlu sayda insanın qılınc və dəyənəklərlə ona hücum etdiyini görən-

183


də silahın nə dərəcədə əhəmiyyətli olduğu anladılar. Onlar bu vəziy-yətə hazır olmadıqları üçün belə böhranlı vəziyyətdə qılıncdan istifa-də nəticəsiz və mənasız bir iş idi. Elə bu səbəbdən də, Həzrət Məsih (ə) belə bir addım atmağı onlara qadağan etdi:1

Birdən İsanın silahdaşlarından biri (Şamun Petros) qılıncını qınından çıxardaraq rəisin nökərinə zərbə endirdi və onun qulağını başından ayırdı. İsa ona dedi: “Qılıncını qınına qoy, çünki əlinə qı-lınc alan hər bir kəs qılıncla da həlak olacaq.” (Matta 26:9, Matta 26:51-52, Mark 14:47, Luka 22:50-51, Yühənna 18:10-11)


9-6. Padşahın təhqir edilməsi
Həzrət İsa Məsih (ə) Celil bölgəsinin padşahı Hirodisi tülkü ad-landırdı. Həzrət İsa (ə) Həzrət Yəhyanın (ə) qatılı olan Hirodisin za-limlığından və daş ürəkli olmasında zərrə qədər də ehtiyat etmədi:

Həmən gün Ferisilərdən bir neçə nəfər gələrək ona dedilər: “Uzaqlaş və burdan get! Çünki, Hirodis səni qətlə yetirmək istəyir.” Onlara belə cavab verdi: “Gedin və o tülküyə deyin ki, bu gün ya sabah (Dəlilərin bədənlərindən) cinləri çıxaracağam, xəstələrə şəfa verəcəm və otuzuncu gün (işlərimi görmək üçün) hazır olacağam. Amma, bu gün. Sabah, yaxud birisigün (peyğəmbərliyimi təbliğ etmək üçün) yol getməliyəm. Çünki, hər hansı bir peyğəmbərin Urşəlimdən kənarda öldürülməsi qeyri-mümkündür.” (Luka 13:31-33)


Həzrət Məsih (ə) Celil bölgəsinin padşahı ilə belə sərt davran-mışdı. Amma, Paul hökümdarlara itaət etməyi tövsiyyə edərək bu sözləri vurğulayır:

Hər bir şəxs özündən daha qüdrətli şəxsə itaət etməlidir, çünki Allahdan savayı qüdrət sahibi olan yoxdur və əgər varsa da o Allah tərəfindən təyin edilmişdir. Özündən daha qüdrətli şəxsə müqavimət göstərən insan Allaha qarşı çıxmışdır və özünə ziyan etmişdir. Çünki, insanın yaxşı əməlinin cəzası yoxdu, əksinə pis əməlin cəzası var.





  1. İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) də müsəlmanların Məkkə şəhərində yaşadığı çətin zamanlarda lazımi müdafiə şəraitinin yaranmamasına görə onları silahlı münaqişəə girməkdən çəkindirdi.

184


Onda bu qüdrətdən qorxmaq istəmirsənsə yaxşılıq et və onun tərifini eşit, çünki Allahın sənin üçün buyurduğu yaxşı xidmətçisidir. Pislik etdiyin zaman qorx. Çünki, qılıncını boş yerə qaldırmaz, çünki o Al-lahın xidmətçisidir və azğınlardan intiqam alar. Buna görə də ona itaət etmək lazımdır. Yalnız qorxu üzündən yox, daxildən gələn istək-lə. Çünki, buna görə xərac da verirlər, çünki bu işin qoruyucularıdır-lar. Onda hər kəsin haqqını özünə qaytarın. Xəracı xərac verməyə la-yiq, cizyəni cizyə verməyə layiq, qorxunu qorxmağa layiq və hörməti hörmətə layiq insanlara qaytarın. (Romalılara məktub 13:1-7)
9-7. Allah və Sezar
Bir məsələni qeyd etmək lazımdır ki, İncillərdə bu söz gözə çarpır: “Sezarın işini sezarın üzərinə buraxın və Allahın işini Allaha.” Amma bunu da qeyd etmək lazımdır ki, (birinci) qeyd etdiyimiz mə-na İncillərdə belə gəlmişdir: “Sezarın malını sezara verin və Allahın malını Allaha”, (ikinci) bu söz heç nəyə dəlalət etmir. Çünki, Həzrəti İsa (əs) bu sözləri təqiyyə şəraitində demişdi:
Onu nəzarətdə saxlayırdılar. Əməlisaleh insanlar cildində ca-suslar göndərdilər ki, ondan söz alsınlar və onu hakimin qüdrəti və hökmünə buraxsınlar. Elə bu məqsədlə də ondan soruşdular: “Ey Ustad, biz bilirk ki, sən düz söz danışırsan, təlim verirsən və heç kim-dən də çəkinmirsən, əksinə Allahın yolunu sədaqətlə öyrədirsən. Bi-zim sezara xərac verməyimiz düzgündür ya yox?” O, onların hiylə-sini dərk etdi və onlara dedi: “Məni nə üçün sınayırszı? Mənə bir di-nar göstərin.” (Onlar ona bir dinar verdilər və o soruşdu) ”Üzərin-dəki görüntü və rəqəm kimindir?” Onlar cavab verdilər: “Sezarın-dır!” O onlara dedi: “Onda Sezarın malını Sezara verin və Allahın malını Allaha.” Onu insanların yanında məcbur edə bilmədilər və cavabından təəccüblənərək sakit dayandılar. (Luka 20:20-26, Matta 22:15-22, Mark 12:13-17)
Bu hekayənin əvvəlindən, orasından və axırından məlum olur ki, onlar bu sualı Həzrət Məsihi (ə) cəncələ salmaq üçün vermişdilər. O Həzrət də birbaşa cavabın əvəzinə (hə ya yox), dinar istəməklə məsə-

185


lənin məğzini dəyişdirir və onların xərac barəsindəki suallarını ca-vabsız qoyaraq onları istəklərinə çatmaqda nakam qoyur.
9-8. Yalançı Yəhudi ruhaniləri ilə qarşıdurma
Həzrət İsa Məsih (ə) xudbin, ikiüzlü və dünyapərəst dini başçı-ları kəskin şəkildə tənqid edirdi. Elə bu məsələ də, onları Həzrət İsa Məsihi (ə) məhv etmək üçün hiyləgərlik etməyə və məkirli siyasət yürütməyə sövq etdi. O Həzrətin bu barədə buyurduğu sözlərindən:
Vay olsun sizlərə ey ikiüzlü Katiblər və Ferisilər. Siz İlahi Mə-ləkutun qapılarını insanların üzünə bağlayırsınız, çünki özünüz ora daxil olmursunuz və daxil olmaq istəyənlərə də mane olursunuz. Vay olsun sizlərə ey ikiüzlü Katiblər və Ferisilər. Siz dul qadınların ev-lərini əllərindən alırsınız və riyakarlıq üçündən namazlarınızı uzun qılırsınız. Elə buna görə də şiddətli əzab tapacaqsınız. Vay olsun siz-lərə ey ikiüzlü Katiblər və Ferisilər. Siz özünüzə mürid tapmaq üçün qurunu və suyu gəzirsiniz, amma tapandan sonra onu özünüzdən da-ha alçaq və rəzil cəhənnəm övladına çevirirsiniz. Vay olsun sizlərə ey ikiüzlü Katiblər və Ferisilər. Siz peyğəmbərlərin qəbirlərini tikirsiniz, Sadiqlərin qəbirlərini ziynətləndirirsiniz və “Atalarımızın dövründə yaşasaydıq peyğəmbərlərin qanını axıtmaqda onlarla şərik olmaz-dıq” deyirsiniz. Deməli siz peyğəmbərlərin qatillərinin övladları ol-duqlarınızı təsdiq edirsiniz. Onda siz də öz atalarınızın badələrini doldurun ey ilanların və əfilərin övladları. Siz cəhənnəm əzabından necə qaçaqsınız......” (Matta 23:1-36, Luka 11:39-54)
9-9. Güc və qüdrət nümayişi
Həzrət İsa (ə) dedi:
İnsan övladı öz mələkləri ilə öz atasının hüzuruna gələndə hər kəsi öz əməllərinə uyğun olaraq cəzalandıracaq. Hər halda sizə deyi-rəm ki, burada onlanların bəziləri insan övladının öz mələkutuna da-xıl olmasını görmək istəmirlər və belə olmadan onlar ölümü dadma-yacvaqlar.” (Matta 16:27-28, Mark 9:1, Luka 9:26-27)

186


Sonda O Həzrət həyatının son günlərində bir uzunqulağın üzə-rində İlahi mələkutunun intizarında olan insanların səmimi qarşıla-maları ilə Qüds şəhərinə daxil oldu. Həmən gün deyilən şüarlardan biri də belə idi: “Allahın adı ilə gələn İsrail padşahı mübarək olsun!” Mətnə nəzər saldıqda onun da bu şüarı təsdiqləməsi məlum olur:
O zaman Ferisilərdən bəziləri ona dedilər: “Ey Ustad, öz şa-girdlərini qorxut.” O onların cavabında dedi: “Sizə deyirəm ki, əgər bunlar sakit dayanarlarsa daşlar dilə gələcək!” (Luka 19:39-40)

  1. Həzrət böyük əzəmətlə məbədə daxil oldu və həmin müqəd-dəs məkanı orada alış-verişlə məşğul olan insanlardan təmizlədi. Bə-ziləri xilaskar Məsihanın ata minməsini zülmkar padşahların taxtını aşırdacağını düşünürdü, amma Həzrət İsa Məsihin (ə) belə bir şərait-də gördüyü iş adi uzunqulağa minməsi və sonra məbədə daxil olması oldu: “Sərrafların piştaxtalarını və göyərçin satanların yerlərini dağıt-dı.” (Matta 21, Mark 11, Luka 19 və Yühənna 12)

Həqiqətə gəldikdə isə Həzrət Məsih (ə) öz işləri ilə Bəni-İsrail cəmiyyətini sınayırdı və məbəddə islahatçı addımlarının ardınca Feri-silərin açıq-aşkar müxalifətlərindən sonra inqilab üçün lazımi şəraitin mövcud olmamasının şahidi oldu. Elə bu səbəbdən də, onları dan-ladıqdan sonra Qüds şəhərinə xitabən belə buyurdu:


Ey Urşəlim, Urşəlim! Peyğəmbərlərin qatili və sənə göndəril-mişləri daşqalaq edən! Neçə dəfə sənin övladlarını toplamaq istədim, balalarını öz qanadlarının altına yığmaq istəyən quş kimi, amma is-təmədiz. Artıq evləriniz xarabalıqlara çevrilir, çünki sizə daha məni görməyəcəksiniz və Allahın adı ilə gələn mübarək olsun deyə bilmə-yəcəksiniz.” (Matta 23:37-39, Luka 13:34-35)
9-10. Qisası təsdiqləməsi və bağışlamağı tövsiyə etməsi
Həzrət İsa Məsih (ə) dağ başında söylədiyi nitqdə öz peyğəm-bərliyini belə şərh edir:
Mənim Tövratı və yaxud peyğəmbərlərin Sühufunu batil etmək üçün gəlməmi güman etməyin. Mən batil etmək üçün gəlməmişəm, ək-sinə tamamlamaq üçün gəlmişəm. Çünki, sizə deyirəm ki, göy və yer

187


məhv olmayana qədər Tövratın bir nöqtsi belə aradan getməyəcək. Onda ən xırda dini hökmü belə pozan və insanlara tədris edən şəxs ilahi mələkutda ən aşağı şəxs hesab olunacaq. Amma, düzgün əməl edərək tədris edən şəxslər ilahi mələkutda böyük bilinəcək.... Bu sözü

eşitmisiniz gözə göz və dişə diş. Amma mən deyirəm ki, şər insanlarla mübarizə aparmayın, əksinə sağ üzünə sillə vurduqda sol üzünü də irəli verin....” (Matta 5:17-48)
Bəzi insanlar yuxarıdakı sözləri zalımlar qarşısında təslim olmaq və onların zülmlərini qəbul etmək kimi başa düşürlər, amma əslində bu biraz şişirdilmiş etik tövsiyədir və yalnız insanın şəxsi bağışla-masına aiddir. Qurani-Kərimdə və İslami hədislərdə səbr, günahkar-ları bağışlamaq, mədəniyyətsiz insanlara salam vermək, onların pis-likləri müqabilində böyüklük göstərmək kimi bir çox tapşırıqlara rast gəlmək olar. Belə davranışları İlahi övliyaların davranışlarında da aydın şəkildə gözə çarpır.1
Həzrət Əmirəlmöminin Əli (ə) təqvalı insanların ən gözəl xüsu-siyyətlərindən birinin ona zülm və haqsızlıq edən insanların günahın-dan keçmək olduğunu buyurmuşdur. O Həzrət İmam Həsən Müctə-baya (ə) ünvanladığı məktubunda belə məsələlərə təkid edərək buyu-rub: “Bu işləri ondan kənar və ona layiq olmayan kəslər barəsində ic-ra etmək olmaz!”2 Başqa bir rəvayətdə isə İmam Cəfər Sadiq (ə) sillə vurmaq barədəki məsəlin Həzrət İsa Məsih (ə) aid olduğunu buyur-muşdur. İncildən oxuyuruq:
O zaman Petros onun yanına gələrək dedi: “Ey Xudavənd, qardaşımın mənə qarşı buraxdığı xətaları neçə dəfəyə qədər ba-ğışlamalıyam? Yeddi dəfəyə qədər?” İsa ona dedi: “Sənə yeddi dəfə demirəm yetmiş yeddi (70*7) dəfə.” (Matta 18:21-22, Luka 17:3-4)


  1. Nümunə üçün Qurani-Kərimin Nəhl surəsinin 126-218-ci ayələrinə, Möminlər surəsinin 96-cı ayəsinə, Furqan surəsinin 63 və 72-ci ayələrinə və Fussilət surəsinin 34-36-cı ayələrinə müraciət edə bilərsiniz.




  1. Nəhcül Bəlağə, məktub 31

188


Yühənnanın sözlərinə əsasən Həzrət İsa (ə) həbs edilərkən düş-mənlərindən biri ona möhkəm sillə vurdu. O Həzrət dərhal etiraz edə-rək dedi: “Nəyə görə məni vurursan?” (Yühənna 18:22-23).1
Eləcə də Həzrət İsanın (ə) “şər insanlara müqavimət göstərmə-məyi” deməsinə baxmayaraq O Həzrətin şagirdləri bu sözlərin öz şəxsi məsələlərinə aid olduğunu bildirirlər və zülmkarların müqabi-lində həmişə müqavimət göstərirdilər. (Bu müqavimət və mübarizə-lərin şərhi “Həvarilərin işləri” kitabında qeyd olunmuşdur). Onlar padşahların və dinin düşmənlərinin müqabilində müqavimət göstər-mək üçün Allahın dərgahına əl açaraq belə dua etdilər:
Ey Allah! Sən göyü, yeri, dənizi və onlarda olan hər şeyi yara-dan Allahsan.... Sən öz müqəddəs bəndən olan İsanı məsh etdin. Hi-

rodis və Pontius Pilatos İsrail ümmətləri və qövmləri ilə bir araya gələrək sənin təqdir buyurduğun hadisəni həyata keçirdilər. İndi ey Allah sən onların hədələrinə nəzər yetir və öz bəndələrinə sənin kə-lamınla söz demələrini əta et.” (Həvarilərin işləri 4:24-29)
10. Kilsənin yaranması

Barəsində Əhdi-Cədiddə söz açılan Xristyan icması “Həvarilərin kilsəsi” adlanırdı və bu sözü deməkdə məqsəd elçilərin və xristyan-ların birinci nəslidir. Bu icma təxminən 30-100 illərə, “Gül yağışı bayramından” müqəddəs kitabın sonuncu bölməsinin hazırlandığı vaxta qədər olan zaman kəsiyini əhatə edir.


Birinci Xristyan icması belə olmuşdur:
(Yeni Xristyanlar) elçilərin təlim olunmasında, onların çörək sındıraraq dualar oxumalarında ehtiyat edirdilər. Bütün insanlar qorxdu və elçilərin əlindən bir çox möcüzələr gəlirdi. Bütün imanlılar birlikdə yaşayırdılar və hər şeydə şərik idilər. Onlar bütün mal-mülk-



  1. Eləcə də Hollandiyalı filosof Espinoza İncildə qeyd olunmuş bu sözü özünün “İlahiyyat və siyasət barəsində tezis” əsərinin yeddinci fəslində çox gözəl açıqlayır və siz oxuculara bu dəyərli sözləri oxumağı məsləhət görürəm.

189


lərini satdılar və hər kəsə ehtiyacı olduğu qədər verdilərHər gün mə-bəddə bir ürəyə bağlanırdılar və evlərdə çörək kəsirdilər, yeməyi xoşluqla, sadəliklə yeyirdilər, Allaha şükrlər oxuyurdular və bütün insanlar arasında çox hörmətli olurdular. (Həvarilərin işləri 2:42-47)
Bu izzət və böyüklük çox uzun çəkmədi və zaman ötdükcə öncə Yəhudilər və sonra da Roma imperatorları düşmən olmağa başladılar.

Urşəlimdə Həvari Yaqub tərəfindən əslən Yəhudi olan Xristyan-lardan ibarət icma yaradıldı və həmin icmaya üzv olan şəxslərin sayı həm Urşəlimdə, həm də Fələstinin digər ərazilərində artmağa başladı. Pavlos və Barnaba adlı digər Həvarilər “müjdəni” digər qeyri-Yəhudi qövmlərə də çatdırdılar.


Bu hadisədən sonra kilsə üçün ilk problem meydana çıxdı və bu promlem ondan ibarət idi ki, xristyanlığı yenicə qəbul etmiş bütpə-rəstlər xristyanlığı qəbul etməmişdən öncə Yəhudi dinini qəbul etmə-lidirlər, ya yox? Pavlosun nəzərincə Allah İsanı ölülərin arasından qaldırıb və bu əməlilə xilas üçün yeni dövr yaradıb. Buna görə də, bundan sonra xristyanlar Yəhudi şəriyyətinə boyun əymək məcburiy-yətində deyillər.
Bundan sonra Roma imperiyasının hər yerində Həvarilərin büt-pərəstləri xristyan etmək fəaliyyətləri daha da gücləndi və qeyri-Yəhudilikdən xristyanlığa gəlmişlərin sayı kilsədə əksəriyyət təşkil etməyə başladı. Xırda mömin icmaları Suriyadan tutmuş Misirə qə-dər imperiyanın bütün şəhərlərində, daha sonra Anadoluda, Yunanıs-tanda və sonda İtaliyada yaranmağa başladı. Klassik deyimlərə əsa-sən Petros ilk olaraq Urşəlimdə, sonra Antakyada və sonda Romada elçilər icmasının başçısı seçildi və o İmperator Neronun zamanında Romada edam edildi.

190


11. Xristyanlığın yayılması

Dinin inkişafında və genişlənməsində iki amil əsas rol oynayır: birincisi, əzablara dözmək və ikincisi təbliğ. Din kənara qoyulduqda məhv olur.


Xristyanlar təxminən 300 il böyük əzab-əziyyətlər çəkdilər və bu yoldu saysız-hesabsız şəhidlər verdilər. Xristyanlığın əsası da elə bu 300 il ərzində qoyuldu və müxtəlix xalqları bu dinə dəvət etmək sahəsində də böyük uğurlar əldə olundu. Roma imperiyasında xrist-yanların sayının durmadan artması nəticəsində 4-cü əsrin əvvəlrində həmin imperiyanın rəsmi dini kimi qəbul edildi. Geniş təbliğat işləri nəticəsində isə dünyanın bir çox yerlərində genişlənməyə başladı.
Bəzi dinlərdə, o cümlədən Yəhudilikdə təbliğ yoxdur və davam-çıların sayının çoxalmasına vacib məsələ kimi baxılmır. Amma, İs-lam və Xristyanlıq kimi dinlərdə təbliğ məsələsinə böyük önəm ve-rilir. Xristiyan təbliğatçılarından ibarət heyətlər qədim zamanlardan dünyanın müxtəlif ölkələrinə səfər edərək bu dini hər yerdə yaymaqla məşğul oldular. Eləcə də, son əsrlərdə qərb mədəniyyətinin çiçəklən-məsi, istismarçılığın və mədəniyyət hücumunun başlaması nəticə-sində Xristyanlıq şərq ölkələrində də geniş yayılmışdır.
12. Kəlami ixtilafların yaranması

Sonda Xristyanlıq Roma imperiyasının hər yerinə yayıldı və dini mütəfəkkirlər Həzrə İsa (ə) ilə Allah arasındakı əlaqənin necəliyini açıqlamaq məqsədilə fəlsəfi terminlərdən, həmin dövrdə geniş yayıl-mış anlamlardan yararlanaraq xristyanlıq dininin ilahiyyat elmini meydana çıxartdılar.


İlkin xristyanlar Nastik düşüncə tərzinin təsiri altına düşərək İsa-nın (ə) insan olmasını inkar etməyə başladılar. Nastiklər onun bəşə-

191


riyyət üçün sirli mərifət elmini gətirən mələk olmasını bildirirdilər. Eləcə də, Doketistlər İsanın (ə) insani cismə malik olmadığını və çar-mıxa çəkilərkən ölmədiyini bildirirdilər. Onların nəzərincə İsa (ə) yalnız zahirən adam şəklində idi. Xristyan kilsələri 2-ci əsrdə Nas-tiklərlə Doketistlərin yaydıqları dini təlimlərin səhv olduğunu elan etdilər və İsanın (ə) insan olması məsələsinə daha çox təkid etdilər.

13. Xristyanlıq Romada

Kilsə yarandı və möhkəmləşdi. Bütün yerli kilsələrin başında Yepiskpolar dayandılar. Keşişlər Yepiskopların müavini vəzifəsini icra etməyə başladılar və Şəmmaslar qocalarla zavallıların məsələlə-rini araşdırmaqla yanaşı müxtəlif növ xeyirxah işlərlə məşğul oldular. Xristyan cəmiyyəti arasında bu şəxslərdən əlavə kilsəyə xidmət gös-tərmək və onun möhkəmlənməsi üçün ilahi nemətlərdən bəhrələnmiş şəxslər də mövcud idi. Bunlar müəllimlər, çobanlar, elçilər və s. idi-lər və onlar Allahın ruhundan ilham alaraq danışırdılar. Bəzi şəxslər də möcüzə göstərmək, xəstələrə şəfa vermək və müxtəlif dillərdə da-nışmaq kimi müxtəlif qeyri-adi bacarıqlara malik idilər.


Roma mərkəzi hökuməti bəzi vaxtlarda kilsələrlə xoş davranırdı-lar. Amma, Roma hökümdarları çox vaxt möminlərə əzab-əziyyətlər verirdilər. Belə haqsızlıqlar nəticəsində Petros və Pavlos kimi insan-lar qətlə yetirildilər.
Zaman ötdükcə bəzi böyük əhəmiyyət kəsb edən mərkəzlərin sayı artmağa başladı. Roma, Urşəlim, İskəndəriyyə və Antakyanı belə qüdrət mərkəzlərinə nümunə kimi çəkmək olar. Bu dörd şəhərin dini işləri Patriarxlara tapşırıldı. Eləcə də, qeyd olunmuş bölgələrdə “Yepiskopun əraziləri” adlı fərdi ərazilər meydana çıxdı və adından da məlum olduğu kimi bu ərazilər yepiskopların nəzarəti altında idi. 4-cü əsrdə Konstantinin yeni paytaxt, Konistantinopolu inşa etməsinə görə bu şəhər də böyük əhəmiyyət kəsb edən mərkəzlərdən birinə

192


çevrildi. Digər yerlərdə olduğu kimi bu şəhərdə də kilsə Patriarxın əlində idi.

Konstantinin zamanında (vəfatı 337-ci il) Xristyan cəmiyyəti Roma imperatorları tərəfindən əzab-əziyyətə tuş gələn dəstə anlamını itirərək “Dövlət kilsəsi” statusuna qədər yüksəldi və mərkəzi höku-mət onu rəsmən tanıdı. Belə dəyişikliklər nəticəsində kilsə həyatında əsaslı dəyişikliklər meydana çıxdı, Bizans və Roma imperiyasında Yəhudiləri çıxmaq şərtiylə yaşayan insanların əksəriyyəti ən azı üzdə də olsa xristyanlığı qəbul etdilər. Şərq və qərb kilsələri arasında par-çalanma tam müəyyənləşdikdən sonra hər iki tərəf müstəqil şəkildə ibadət, fəlsəfə, ilahiyyat və adət-ənənə mərasimlərini yaratdılar. Elə-cə də, Misirdə Qibti (Kopt), Suriyada Suryani, İraq və İranda Nesturi kilsələri özünəməxsus dini adət-ənənələr meydana çıxartdılar.

7-ci əsrin əvvəllərində Ərəbistan yarımadasında İslam dini yara-nandan və müsəlman hökümdarlar Misirdə, Şamda, Mesopotamiyada və Afrikanın şimal bölgələrində yaşayan xristyanların idarəetmə işlə-rini ələ aldıqdan sonra xristyanlar İslam dininə hörmətlə yanaşmağı anladılar. Onlar müsəlmanları imanlı dostları, həmvətənləri və çox vaxt da hökümdarlarını kimi qəbul etdilər.
11-ci əsrdən 13-cü əsrədək Avropa dövlətləri Xaç yürüşlərinə başladılar və beləliklə təkcə müsəlmanlarla yəhudilər arasında deyil, qərbi Avropa və Bizans xristyanları arasında da böyük nifrət qazandı-lar. Xristyanların 1099-cu ildə Qüdsə və 1204-cü ildə Konistantino-pola hücumları zamanı törətdikləri qırğınlar və etdikləri işkəncələr istər müsəlmanların, istərsə də Şərq xristyanlarının zehnində mənfi təəssüratlar yaratmışdır.
14. İsa (ə) rahiblər üçün nümunədir

Həzrət İsa (ə) ibadətlə dolu pak həyat yaşadığı üçün xristiyan rahiblərin ən böyük nümunəsinə çevrildi. O Həzrət özü barəsində belə deyirdi: “Göydə uçan quşların belə yuvaları var, amma insan öv-


193


ladının baş qoymaq üçün yeri yoxdur.” (Matta 8:20, Luka 9:59) O Həzrətin ən böyük şagirdi Petros ona dedi: “Biz hər şeydən üz dön-dərərək sənin arxanca gedirik.” (Matta 19:27, Mark 10:28, Luka 18:28) Elə bu səbəbdən də, xristiyanlar o Həzrəti özləri üçün nümunə götürərək evlilikdən üz döndərdilər və rahibliklə məşğul olmağa baş-ladılar.

Eləcə də, O Həzrət təkidlə tövsiyyə edərək bildirmişdi ki, bütün davamçıları bir-biriləri ilə qardaş olsunlar, heç kim özünü başqa-sından üstün bilməsin və heç kim özünə “Ağa”, “Ata”, “Rəhbər” lə-qəbini götürməsin:


Sizi “Ağa” adlandırmasınlar, çünki sizin ustadının birdir, Mə-sihdir və siz bir-birinizlə qardaşsınız. Yer üzərində heç kimi “Ata” adlandırmayın, çünki sizin atanız takdir və o da göylərdədir. Heç zaman da sizi “Rəhbər və öncül” adlandırılmasına icazə verməyin, çünki sizin rəhbəriniz də birdir, Məsihdir. Sizdən daha böyük məqam sahibləri zizin xidmətçiləriniz olacaqlar və özünü böyük bilən hər kəs alçalacaq və təvazökarlığı özünə peşə edən şəxslər də böyüklüyə ça-tacaqlar. (Matta 23: 8-12)


  1. Həzrət sonda insanların arasından getdi və olduqca çətin, məsuliyyətli olan idarəçilik işləri elçilərin üzərinə düşdü. O Həzrətin təyin etdiyi elçilər həmin zamanlar böyük əzab əziyyətlərə dözərək İlahi tərəfindən göndərilən fərmanları dövrün ictimai şəxsiyyətlərinə və hökümdarlarının çıxardığı fərmanlara qurban vermədilər. Məsə-lən, Petros və Yühənna belə şəraitlərdə öz müxaliflərinə açıq-aydın şəkildə bildirdilər: “Əgər sizə itaət etməyin Allaha itaət etmədən üs-tün olması Allah yanında savab sayılırsa, onda əmr edin..... Allaha in-sanlardan daha çox itaət etmək lazımdır. (Həvarilərin işləri 4:19, 5:29)

Xristyanların sonrakı nəsilləri də uzun müddət ərzində bu yolu davam etdirərək bütün çətinlikləri alınaçıq şəkildə qarşıladılar və Ro-manın müşrik hökümdarlarına qarşı mübarizə apardılar. Hökümdar-lara qarşı olan etinasızlıq və laqeyidlik (313-cü ildə xristyanlığın Ro-mada azad edilməsindən sonra belə) Romanın birinci xristyan sezarı-


194


nın zamanınadək davam etdi. Məsələn, 4-cü əsrin sonlarında Roma imperatoru Teodosius Milan şəhərində keçirilən Pasxa bayramında kilsəyə daxil olarkən Müqəddəs Embros şəxsən özü Salonik əhalisi ilə pis davrandığına və əli günahsız insanların qanına bulandığına gö-rə onun kilsəyə daxil olmasına icazə vermədi və tövbə etməyəcəyi təqdirdə kafir elan ediləcəyini bildirdi. İmperator səmimi şəkildə töv-bə etdi və müqəddəs Embros onun tövbəsini qəbul etdi.
Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin