Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq



Yüklə 1,01 Mb.
səhifə12/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   8   9   10   11   12   13   14   15   ...   28
N 16


13-3. Samerilər
Samerilərin adı Həzrət Süleymandan (ə) sonra Fələstinin bölün-məsi nəticəsində İsrailin mərkəzi şəhərinə çevrilmiş Samere şəhərin-dən gəlir. Bu firqə Yəhudilərin Babilistandan geri qayıtmasından sonra əmələ gəldi və bəzilərinin nəzərincə onlar ümumiyyətlə İsrail nəslindən deyillər. Böyük ehtimala görə onlar İsraillilərlə Assuri-yalıların qarışığıdırlar.

156


Bu balaca və məhv olmaqda olan firqə Tövratın beş bölümünü qəbul edir və Əhdi-Ətiqin digər 34 kitabını rədd edir. Eləcə də, onlar-da hal-hazırda geniş yayılmış Yuşe kitabından fərqli olan başqa bir Yuşe kitabı da mövcuddur. Onların Tövratı da hal-hazırda geniş ya-yılmış Tövratdan fərqlidir. Samerilərin İbrani dili də İbrani dilindən azacıq fərqlənir.

Samerilər Nablos şəhərinin yaxınlığında yerləşən Cerezim da-ğının müqəddəsliyinə inanırlar və həmin dağı öz qiblələri bilirlər. Onların sözlərinə əsasən Həzrət Musanın (ə) da qibləsi bu dağ olmuş-dur, amma Həzrət Davud (ə) Süleyman məbədinin yerini (Məscidül Əqsanı) özündən qiblə təyin etmişdir.



13-4. İsinilər
“İsini” sözünün kökü böyük ehtimala görə “Şəfa verən” demək-dir. Belə ki, onlar öz ruhlarının şəfası fikrində idilər. Bu sözün başqa cür açıqlaması da vardır və başqa ehtimallar da mövcuddur (Müqəd-dəs suda qüsl verən).

Adı çəkilən firqə təxminən eradan əvvəl ikinci əsrdə yarandı və Urşəlimin dağıdılmasından sonra Sədduqilər və bir neçə başqa firqə-lər kimi səhnədən getdi. Bizə gəlib çatan yalnız onların adlarıdır. Amma, 1947-ci ildə Ölü dənizin sahilində yerləşən Fələstin mağara-laqrında Əhdi-Ətiqin yazılı nüsxəsilə birlikdə onların bəzi yazılı kita-bələri tapılmışdır. Bununla da, onların etiqadları sahəsində qaranlıq qalmış bir çox məsələlərə aydınlıq gəlmişdir.


İsinilər fərdi malikiyyəti qəbul etmirdilər və evlilik məsələsini də yaxşı qarşılamırdılar. Gündə bir neçə dəfə qüsl alırdılar. Onlar bu məqsədlə böyük hovuzlar da inşa etmişdilər və son arxeoloji qazıntı-lar zamanı həmən hovuzlar aşkarlanmışdır. Onlar dan yerinin sökül-məsilə yuxudan ayılırdılar və ibadətlərini başa vurduqdan sonra gü-nortaya qədər öz işlərilə məşğul olurdular. Sonra işlərini saxlayaraq kollektiv şəkildə nahar və şam yeyirdilər. Şənbə günü təmamilə iş görmürdülər və ibadətlə, Tövratın mütaliəsi və təfəkkürü ilə məşğul

157


olurdular. Qeyd etmək lazımdır ki, onların qibləsi Süleyman məbədi yox günəş idi və onların bu adəti Mitraistlərdən götürməsi nəzərə çar-pır.
Onların təfsir və irfan barədəki məlumat səviyyələri yüksək idi və birinci əsrdə onların təxmini sayı 4000 nəfərə çatırdı. O zamanlar üzv olmaq sahəsində mövcud olan çətinlikləri nəzərə alsaq bu o qədər də az say deyildir.

Bəzi alimlərin nəzərincə bu firqənin düşüncə tərzi Xristyanlığın əsasını qoydu. Hətta bu firqənin bütün davamçılarının Xristiyan ol-ması da mümkündür. Qeyd etmək lazımdır ki, Həzrət Yəhya ibn Zə-kəriyya (ə) da İsinilər firqəsindən olmuşdur. Həm İncillərə, həm də İslami hədislərə əsasən O Həzrətin səhralarda keçirdiyi həyat tərzi bunun bariz nümunəsidir.


13-5. Qariun yaxud Qaraim
Qariun, yaxud Qaraim həm Ərəb, həm də İbrani dilindəki “Qə-rəə” feli kökdən əmələ gəlmişdir və Ferisilərin şişirdilmiş təfsirlərinə qarşı çıxaraq səmavi kitabın qiraət və tilavət olunmasına işarədir.
Bu firqə İslam dininin yaranmasından sonra meydana çıxdı. Qa-riun firqəsinin davamçıları Təlmudu qəbul etmirdilər, Tövratın zahiri mənasına təəssübkeşliklə yanaşırdılar və daim Ferisilərlə üz-üzə gə-lirdilər. İlk öncə onların lideri Enan adlı bir Yəhudi ruhanisi idi və o öz məktəbini əhli-sünnənin böyük alimi Əbu Hənifənin baxışları üzə-rində qurmuşdu. O, bu firqəni Mənsur Dəvaniqinin zamanında Bağ-dad şəhərində yaratdı. Sonralar Benyamin Nəhavəndi adlı şəxs bu fir-qəni o dövrün İran torpaqlarında yaymağa başladı, bu məktəbdə də-yişikliklər meydana çıxartdı və Qariun adını Enaniyyə adı ilə dəyiş-dirdi. Qaraim İbrani dilindədir və tərcümədə qiraət edənlər deməkdir.
Ötən əsrlərdə Qariunların əksəriyyəti müsəlman ölkələrində ya-şayırdılar. Hal-hazırda bu firqə davamçılarının sayı 10000 nəfərdir. Onların iki min nəfəri İsraildə və qalan səkkiz min nəfəri Rusiya, Ukrayna və digər ölkələrdə yaşayırlar. Ukraynada yerləşən Krım (Crimea) yarımadasının adı da “Qaraim” sözündən götürülmüşdür.

158


Onların arasında böyük alimlər olmuşdur və onların Yəhudi ilahiy-yatı sahəsindəki nəzərləri tədqiqatçıların geniş rəğbətilə üzləşmişdir. Qariunlarrın Ərəb dilində də kitabları vardır və onlar öz dini bəhslə-rində Hənəfi məzhəbinin Fiqhi terminlərindən istifadə edirlər.
13-6. Dunmə
Dunmə firqəsinin adı İstanbul Türkcəsindəki “Dönmə” sözün-dən götürülmüşdür. Bəzən onları “Şebbetien” adlandırırlar, yəni fir-qənin banisi olan Şabbetay Tsevinin (Shabbetai Tsevi) şərəfinə.
Şabbetay Tsevi 1626-cı ildə Türkiyənin Qərbindəki İzmir şəhə-rində dünyaya gəlmişdir və Yəhudi irfanı və ilahiyyatı barəsində mü-taliələr etdikdən, araşdırmalar apardıqdan sonra Yəhudilərin Məsihası olduğu və onlara nicat vermək üçün gəldiyi iddiasını irəli sürmüşdü. Yəhudilər onun müydana çıxmasından öncə çoxlu müsibətlər gör-müşdülər və onun Məsiha kimi qəbul edilməsi üçün bütün münbit şərait var idi. Elə bu səbəbdən də, Avropa, Türkiyə və Orta Şərq Yə-hudilərinin əksəriyyəti onun dəvətini qəbul etdilər və onun ətrafına çoxlu sayda insan toplaşdı.

O, özünü tanrının ilk övladı adlandırırdı və 1666-cı ildə çevriliş edəcəyini deyirdi. O qiyam vaxtının yaxınlaşmasından öncə Urşəlimə və Qahirəyə səfər etdi. Həmin dövürdə Yəhudilər sevincdən bayram edirdilər və “Yaşasın şahımız Məsih”, “Yaşasın sultanımız Tsevi” sözlərini təkrarlayırdılar.


Şabbetay Tsevi 1666-cı ildə Urşəlimə getmək əvəzinə İstanbula getdi və dərhal Osmanlı padşahları tərəfindən həbs olundu. 1666-cı ilin sentyabr ayının 16-da onu Osmanlı padşahının yanına gətirdilər və müsəlman olmasını istədilər. O, İslam dinini qəbul etdikdən sonra adını dəyişdirərək “Muhəmməd Əfəndi” etdi və müsəlman xanımla ailə qurdu.

O, öz davamçılarının əksəriyyətini İslam dinini qəbul etməyə həvəsləndirdi, amma buna baxmayaraq Yəhudilərin əksəriyyəti onun Məsiha olduğunu bildirirdilər. Yəhudilər bu məsələyə aydınlıq gətirə-rək bildirirdilər ki, onun oxşarlarından biri müsəlman olub və özü isə


159


Bəni-İsrailin itmiş qəbiləsini tapmaq üçün göylərə qalxmış və tezliklə zühur edəcəkdir. Bu firqənin ən aktiv üzvlərindən biri belə deyirdi: “Musanın Fironun sarayında böyüyüb başa çatdığı kimi Məsihanın da Osmanlı padşahlarının sarayında böyüyüb başa çatması lazım buyu-rulmuşdur. Yəni, bu yolla o azmış müsəlmanları da düz yola hidayət edə bilər.”

Şabbetay Tsevi öz Məsiha obrazını qoruyub saxlaya bildi və beləliklə də, Yəhudilərin arasında İslam dinini yaymaq üçün onlarla təmasda ola bilirdi. Onun yaratdığı firqənin davamçıları müsəlman adət-ənənəsinə uyğun olaraq başlarına əmmamə qoydular, İslam adət-ənənəsinin davamçıları oldular və Bəni-İsrailin xilaskarı olan Şabbetay Tsevinin tezliklə qayıdacağı ümidi ilə yaşadılar.


O, 1676-cı ildə dünyasını dəyişdi. Onun qardaşı və digər yaxın şəxsləri davamçılarını öz ətraflarına toplayaraq bu hərəkatın aradan getməsinə icazə vermədilər. Sonralar bu firqənin davamçıları zahirdə özlərini müsəlman göstərmələrinə baxmayaraq batində Yəhudi adət-ənənəsinə sadiq qaldılar. Hal-hazırda onların bir hissəsi Türkiyədə yaşayır.
14. Məsihanın zühuru intizarını çəkərkən

Qədim dövrlərdə yaşayan xalqların hamısı yaşadıqları vəziyyət-dən narazı və gələcəklərinin naməlum olması səbəbində keçmişləri ilə öyünürdülər. Belə xalqlar milli və ictimai sevinclərini yalnız bun-da bilirdilər. Keçmişlə yaşayan bəzi xalqlar, o cümlədən Yunanlar və Romalıların Hesiod və Ovid qəsidə yazanları öz şanlı keçmişlərini möhtəşəm əsərlərdə böyük məharətlə təsvir etmişlər. Onların hər ikisi dünya üçün beş dövür və beş ardıcıl nəsil nəzərdə tutaraq belə deyir-dilər: “İnsanlar Qızıl əsr adlanan dövrdə şad və firavan, qəm, kədər-dən uzaq, qətl törətmədən və torpağın onlara bəxş etdiyi nemətlərlə yaşayırdılar. Onların ölümü də yuxusuz yatmağı və qanad çalaraq


160


dünyanın qoruyucu mələklərinə tərəf qanadlanmağı xatırladırdı. Elə-cə də, ən son dövr Dəmir əsri adlandırılırdı. Dəmir əsrində dünya çaxnaşma içərisində idi və bu iki qəsidə yazan həmin dövürdə, yəni dəmir əsrində yaşayırdılar.

Yəhudilər dünyanın kamil varlıq tərəfindən yaradılmasını nəzərə alaraq kamilliyi yaranışın lap yuxarı təbəqəsində yerləşdirirdilər və Allah tərəfindən yaradılan ilk insanın kamil insan olduğunu bildirir-dilər. Elə bu səbəbdən də, Yəhudilər fəzilət və xoşbəxtliyi Qızıl əsrdə yox gələcəkdə, “Sonuncu gündə” axtarırlar. Müqəddəs kitabdan gö-türülmüş bu ifadə Yəhudilər arasında geniş yayılmışdı: “Sənin əv-vəlin kiçik olsa belə sonun çox əzəmətli olacaq!” (Əyyub 8:7)


Yəhudilər Qüds şəhərinin birinci dəfə dağıdılmasından sonra hə-mişə ilahi rəhbərin intizarında olmuşlar və onun qüdrət və əzəmətlə Allahın qövmünü Davud və Süleymanın (ə) zamanında olan parlaq əsrə aparacaqlarına inanmışlar. İntizarında olduqları şəxs Maşiyəh (Məsih, Məsh edilmiş) adlanırdı. Maşiyəh Bəni-İsrailin qədim pad-şahlarının ləqəbi idi. Çünki, öncə də qeyd etdiyimiz kimi peyğəmbər-lər hamının gözü önündə padşahların başına zeytun yağı sürtərək, yəni məhs edərək onları müqəddəsləşdirirdilər. Sonralar bu ad Yəhu-dilərin intizarında olduqları və onlara nicat verəcək sonuncu padşaha aid edildi. Maşiyəh ifadəsi Təlmudda dəfələrlə qeyd olunmuşdur, am-ma Əhdi-Ətiqdə yalnız Daniyalın kitabında (9:25-26) rast gələ bilər-siniz.1
Məsih (Christ)2 sözünün Həzrət İsaya (ə) aid edilməsi səbəbin-dən alimlər Yəhudilərə nicat verəcək şəxs üçün “Məsiha” (Messiah) sözündən istifadə etməyə başladılar. Məsiha barəsinə verilmiş ən bö-yük müjdə Eşəya peyğəmbər kitabında qeyd olunmuşdur:



  1. Klassik tarixçilər Daniyal kitabının eradan əvvəl altıncı əsrdə yazılması iddiasını qəbul etmirlər və bu kitabın qələmə alındığı il eradan əvvəl 165-ci olmasını bil-dirirlər.

  2. Yunan dilindəki “Christos”, yəni yağ sürtülmüş sözü Avropa dillərində bəzi dəyi-şikliklərə uğrayaraq “Christ” formasına düşmüşdür.

161


Yəssanın (Davudun atası) nəslindən yeni tumurcuq pöhrələyə-cək, bu tumurcuqlar (ağaclara çevrilərək) qol-budaq atacaq və kök salacaq və Allahın ruhu onda yerləşəcək. Yəni, onda hikmət və dərra-kə ruhu, məşvərət və güc ruhu, ilahi mərifət və Allahdan qorxu ruhu qərar tutacaq. Onun ən xoş anları Allahın qorxusunu gördüyü zaman olacaq, yalnız gözləri ilə gördüyünə görə mühakimə etməyəcək və qu-laqları ilə eşitdiyinə əsasən tənbeh etməyəcəkdir. Əksinə miskinlər üzərində ədalətlə hakimlik edəcək və məzlumların haqqını müdafiə üçün bütün lazımi işləri görəcəkdir. Öz əsası ilə dünyanın ağzından vuracaq və pis insanları dodaqlarının arasından çıxan üfürməsi ilə öldürəcəkdir. Belinə bağladığı qurşağı ədalət və əmanət olacaqdır. Qurdla quzu bir yerdə yaşayacaq, bəbirlə keçi bir yerdə yatacaq və şir ilə dana bir yerdə oynayacaq və balaca uşaq belə onları qova bi-ləcək. İnək ayı ilə otlayacaq, onların balaları bir yerdə yatacaq və şir inək kimi saman yeyəcək və südəmər uşaq ilan yuvası ilə oynayacaq. Süddən təzə kəsilmiş uşaq əlini rahat şəkildə əfi ilanın yuvasına qo-yacaq.1 Mənim müqəddəsdağımın hər yerində zərər, ziyan və fəsad işlər etməyəcəklər. Çünki, dünya İlahi mərifətlə dolacaq, dənizin hər yerini örtən su kimi. (Eşeya 11:1-9)
Bəni-İsarilin hamısının qəlbi Məsihaya olan sevgi ilə dolu idi, amma onlardan fərqli olaraq zalım hökümdarlar belə nicat verici rəh-bərlər üçün tələlər quraraq pusquda oturmuşlar. Matta İncilinin ikinci fəslində oxuyuruq ki, Fələstinin hökümdarı olan Böyük Hirodis Həz-rət İsanın (ə) dünyaya gəlməsindən sonra onu qətlə yetirmək qərarına gəlir. Amma, İlahi əmrə əsasən onu Misirə apardıqları üçün bu hadisə baş tutmadı.
Yəhudilər məsihanın amallarını genişləndirərək ona digər məsə-lələri də əlavə etdilər və Məsihanın dövründə təbiətin daha da bərə-



  1. Bəzi insanlar bu sözləri birbaşa olaraq qəbul edirlər və Məsihanın zühur edəcəyi dövürdə ədalətin hər tərəfdə bərqərar olacağı üçün sadaladığımız bu hadisələrin hamısı baş verəcəkdir. Bəziləri isə bunları məcazi olaraq qəbul edərək bunların hə-min dövürdə ədalətin nə dərəcədə güclü olacağına işarə kimi qəbul edirlər. Bəziləri isə canavar, quzu və digər heyvanları yaxşı və pis insanlara işarə kimi qəbul edirlər. Qeyd etdiyimiz bu üç nəzər müxtəlif dinlərdən götürülmüşdür.

162


kətli olacağı iddiasını irəli sürdülər. Onlar Həzrət Davud və Süleyma-nın (ə) parlaq hakimiyyət dövründə olmayan bəzi şeylərin belə Məsi-hanın zamanında olacağını bildirdilər. Məsələn; onların iddialarına əsasən Məsihanın zühur edəcəyi zamanda günəş, ay, külək, bulud və fələk Bəni-İsrailin xeyrinə hərəkət edəcək, yerdən bişmiş çörəklər və hazır tikilmiş paltarlar çıxacaq. Bu utopik amallar bir çox kitablarda qeyd olunmuşdur və bununla da “Apokaliptik ədəbiyyat” meydana çıxmışdır. Əhdi-Ətiqdə olan Daniyalın kitabında (bir çox alimlərin nəzərincə Daniyalın kitabı eradan əvvəl 165-ci ildə qələmə alınmış-dır) belə nümunələr gözə çarpır. Bir çox alimlər və tədqiqatçılar bu düşüncənin zərdüştlükdən mənşə aldığını bildirirlər. Onların nəzərin-cə Zərdüştlərin bu sahədə olan düşüncə tərzi Yəhudiliyə təsir etmiş və Maşiyəhin qiyam edəcəyinə inamın əsasını qoymuşdur.1
14-1. Məsiha iddiasında olanlar
Yəhudilərin və xristyanların enişli-yoxuşlu tarixində sonuncu xi-laskarın intizarı məsələsi özünəməxsus yerə malik olmuşdur. Yəhudi-lər möhnət və çətinliklərlə dolu tarixləri boyu bu qədər məşəqqətlərə dözmələrinin yeganə səbəbi Məsihanın gəlməsi və onları zillət, dərd, əzabdan qurtarması və onların dünyanın hökümdarına çevirəcəkləri ümidi olmuşdur. Lap qədim dövürlərdən indiyədək yüzlərlə adam xilaskar olmalarını iddia etmişlər, bir müddət sadə Bəni-İsrailliləri arxalarınca apararaq bu qövmün başına müxtəlif bəlalar açmışlar. Məsələn, eranın başladığı vaxtdan bir neçə əsr sonra “Kert” adasında Musa adlı bir İlahi aşiq meydana çıxdı və özünü Məsiha adlandırma-ğa başladı. Musa o zamanın ən mühim Yəhudi mərkəzlərindən olan Kert adasının bütün icmalarını özünə cəzb etdi.O, dedi: “Bir gün sizi Aralıq dənizindən keçirərərk Fələstinə aparmaq və orada Məsiha dövlətini qurmaq istəyirəm.” Yəhudilər bütün işlərini və gündəlik hə-yatlarını başlı-başına buraxaraq bulanlıq ümid arxasınca getdilər. On-


  1. Yəhudi dininin minillikləri fəslində aşağıdakı mənbələrə müraciət edə bilərsiniz: CulyusQrinstoun, “Yəhdilikdə Məsihanın intizarı”.

163


lar yeni Musanın dənizi qurutmaqla və möcüzənin köməkliyi ilə on-ları vədə verilmiş torpaqlara aparmaq üçün liderlik etməyə hazır ol-duğuna inandılar. Bəni-İsrail onun xilaskar və qüdrət sahibi olmasına elə dərəcədə inannırdılar ki, bütün var-dövlətlərini ona təqdim etdilər və hamı, istər kişi, istərsə də qadın onun ardınca dənizə tərəf yola düşdülər. O, dənizə tərəf dayanmış böyük bir daşın üzərinə çıxaraq arxasınca gələn insanları dənizin quruyacağına inandıraraq onlara suya tullanmalarını əmr etdi. Bu hadisənin nəticəsini təsəvvür etmək


  1. qədər də çətin deyil. Bir dəstə insan suda boğuldu və bir qismini də dənizçilər sudan çıxartdılar.

Sonrakı əsrlərdə də yalançı Məsihalar Yəhudi xalqı üçün böyük problemlər yaratdılar və bəzən də bizim dövrümüzə qədər gəlib çat-mış bəzi firqələr yaratdılar. Məsələn; Şabatay Sevi ən məşhur yalançı Məsiha Türkiyədə “Dönmə” firqəsini yaratdı və bu firqə bizim döv-rümüzə qədər gəlib çatmışdır.

Bu arada Həzrət İsa ibn Məryəm (ə) zühur etdi və böyük şəxsiy-yətə, ilahi ruhiyyəyə malik olduğu üçün böyük bir dinin təməlini qoydu. Qeyd etmək lazımdır ki, Yəhudilərin əksəriyyəti onu qəbul et-mirdilər.
14-2. Məsihanın intizarı məsələsinin hal-hazırki vəziyyəti Bizim dövrümüzdə də Yəhudilərin bir qismi ayağa qalxaraq Fə-
ləstini işğal etməklə Yəhudi qövmünün tarix boyu yaşadığı zəlaləti aradan qaldırmaq niyyətindədirlər. Onların qəlblərindəki son xilaska-ra olan ümid məsələsi zəifləməmişdir və onlar Məsihanın gəlməsi üçün günləri sayırlar. Təxminən yüz il öncə Yəhudi mütəfəkkirləri dedilər: “Bizim qövmümüz tarix boyu Məsihanın gəlməsi ümidilə ya-şamışlar, amma ondan xəbər çıxmamışdır. Artıq bu intizarın sonu çatmışdır və səbr kasamız dolub daşmışdır. Artıq bu vəziyyəti yaxşı-laşdırmaq üçün özümüz ayağa qalxmalıyıq.” Onlar Sionizm məktəbi-ni yaradaraq Fələstini işğal etmək qərarına gəldilər. Yəhudilərin bö-yük əksəriyyəti bunun düzgün iş olmamasını vurğulayırdılar, çünki dini inanclara əsasən yalnız Məsiha özü bu işlə məşğul ola bilər. Sio-

164


nistlər dedilər ki, Məsihanın qiyamı üçün Fələstin torpaqlarında mər-kəz hazırlamalıyıq. Əsrlər boyu öz xəyallarında Məsihanın gələcəyi günü yaşadan qövmü belə bir işə razı salmaq çətin idi. Amma, onlar səbrlə bu məsələ sahəsində geniş təbliğat aparmağa başladılar, Fələs-tinin işğal edilmiş ərazilərinə köçkün Yəhudiləri aparmaqla İsrail hö-kumətini yaratdılar. Qeyd etmək lazımdır ki, hal-hazırda da Yəhudi-lərin olduqca az qismi Sionist hökumətin yaranmasının Məsiha amalı ilə uyğun gəlməməsini vurğulayırlar və onlara qarşı çıxaraq intizar ənənəsinin davam etdirilməsinə təkid edirlər.

Bir məsələni qeyd etməkliyik ki, hal-hazırda sionistlərin ən ifrat-çı dəstəsi olan “Quşemunem” və ən ifratçı anti-sionist qruplaşmalar olan “Netvari Karta” eyni dərəcəd Məsihanın zühur edəcəkləri günün intizarındadırlar.


Mənbə


  1. Müqəddəs kitabların təfsirli tərcüməsi, İngiltərə, 1995




  1. Hikmət, Əli Əsğər, “Dinlər tarixi”, Tehran 1966




  1. Ramyar, Mahmud, “İsrail və xristyan peyğəmbərliyinin bir hissəsi”, Tehran

  2. Zərrinkub, Əbdülhüseyn, “Vicdan barəsində”, Tehran 1996




  1. Müqəddəs kitab, London, 1904




  1. Kohen.A, “Təlmuddan bir xəzinə”, Tehran 1971




  1. Qrinstoun. Culyos, “Yəhdilikdə mövcud olan Məsihanın intizarı məfhumu”, tərcüməçi: Hüseyn Tofiqi, Qum 1998

  2. Mustəfəvi, Əli Əsğər, “Qurbanlıq əfsanəsi”, Tehran 1990




  1. Nas. Con.B, “Dinlərin ümumi tarixi”, tərcüməçi: Əli əsğər Hikmət, Tehran 1991

  2. Haks Amerikalı, “Müqəddəs kitabın lüğəti”, tehran 1998




  1. Hyum. Robert. A, “Dünyanın diri dinləri”, tərcüməçi: Əbdürrəhim Qovahi, Tehran 1994

  2. Arberry, A.J.(ed), “Religion in the Middle East”,Cambridge, 1969




  1. Epstein, I. (tr), “The Babylonian Talmud”, London




  1. Epstein, I. “Judaism: A Historical Representation”, England 1974




  1. Peters, F.F, “Judaism, Christianity and Islam”, New Jersey 1990

165




    1. Xristyanlıq



  1. Həzrət İsanın (ə) zühuru dövrü

Həzrət İsa Məsih (ə) Romalılar tərəfindən yenicə zəbt olunmuş torpaqlarda, yəni Romalıların ən gec işğal etdikləri Fələstin torpaqla-rında dünyaya gəlmişdir. Həmin dövrdə Yəhudilər olduqca arzuolun-maz bir şəkildə yadellilərin hücumları və istilası altında yaşayırdılar. Roma imperiyasının onlara göstərdikləri təzyiqləri olduqca kəskin idi. Fələstinin müxtəlif bölgələrində heç bir nəticə verməyən qiyam-lar və hərəkatlar baş qaldırdı. Həzrət İsanın (ə) hərəkatı da ilk il-lərində mərkəzi hökumət tərəfindən əzildi, amma O Həzrətin şagird-ləri dəmir iradə və qorxmazlıq nümayiş etdirərək bu dinin yayılması yolunda böyük səy göstərdilər. Bu hərəkatdan öncə olan digər hə-rəkatların pərakəndə qüvvələri bu dinin içərisində əridilər.




  1. Həzrət İsanın (ə) zühuru barəsində verilmiş xəbərlər

Kitabın başlanğıcında qeyd etdiyimiz kimi dünyada bir neçə din qrupu vardır: İbrahimi dinlər, Hind və Çin dinləri və s. Yəhudilik, Xristyanlıq və İslam İbrahimi dinlərin ən tanınmışıdır. Digər dinlər


166

də zühur olmalarının onların meydana çıxmalarından öncə xəbər verilməsini iddia etmişlər. Xristiyanlar da lap qədim zamanlardan Həzrət İsanın (ə) zühur etməsi barəsindəki xəbərin öncədən verilmə-sini Yəhudilərin müqəddəs kitabı sayılan Əhdi-Ətiqdə tapmağa çalış-mışlar. Əhdi-Ətiqin heç bir yerində İsa ibn Məryəmin adının qeyd olunmamasına görə Xristyanlar öz məqsədlərinə çatmaq üçün bəzi dəyişikliklər aparmışlar və başqalarına aid olan öncədən verilən xə-bərləri O Həzrətə aid etməyə çalışmışlar. Bu metod Matta İncilində çox gözə çarpır və bəzi iddialara əsasən Matta bu incili Yəhudiləri dəvət üçün yazmışdır.


Xristianlar bu qeybi xəbərlərin əksəriyyətini Həzrəti İsanın (ə) çarmıxa çəkilməsi ilə əlaqələndirməyə çalışırlar və onların bu iddiası Qurani-Kərim tərəfində səhv məlumat kimi dəyərləndirilmiş və tək-zib edilmişdir.
(Onların lənətə düçar olmalarının bir səbəbi də:) ”Biz, Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük”, - demələridir. Halbuki onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlarda yalnız be-lə bir təsəvvür yarandı. Bu haqlı ixtilafda olanlar onun (şəxsən öldü-rülməsi) barəsində, əlbəttə, şəkk-şübhə içərisindədirlər. Onların bu-na dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Hə-qiqətdə onu (İsanı) öldürməmişdilər” (Nisa surəsi, 157)
3. Tarixdə mövcud olan İsa barəsində araşdırma

İlahi dinlərə baş əyənlər öz dini etiqadlarına əsasən Allah elçi-lərinin tarixdə mövcud olmasına tam yəqinliklə inanırlar. Amma, dini etiqadı olmayan bəzi alimlərin problemlərindən biri də peyğəmbərlərin tarixdə mövcud olması barədədir. Artıq iki yüz ildir ki, alimlər Həzrət İsanın (ə) tarixdə mövcud olub olmaması barəsində mübahisələr apa-rırlar və bu məsələyə tərəddüdlə yanaşırlar: “Doğurdanmı İsa mövcud olub? Xristiyanlığın banisinin həyatı insanların üzləşdikləri qəm-qüs-


167


sədən əmələ gələn utopik düşüncələr, arzular və ümidlərdimi? Onun hekayəsi müşriklərin Tanrılarının əfsanələrinə bənzəyirmi?”

18-ci əsrdə İsanın (ə) məsələsinin və hekayəsinin əfsanə olması barədə bəhs olunurdu. Həmin əsrdə növbəti dəfə İsanın həyatını tənqid atəşinə tutan 1727-1768-ci illərdə Hamburq Universitetinin şərq dilləri üzrə müəllimi, Professor Herman Samuel Raymaros olmuşdur. Hətta 18-ci əsrdə belə artıq sübuta yetirilmiş sayılan və cəmiyyətdə tam təs-diqlənmiş inanclarla qarşı çıxmaq olduqca qorxulu idi və Raymaros həyatda olarkən öz yazılarını çap etdirməyə cəsarət tapmadığından onun yazılarını Lesinq adlı bir şəxs onun vəfatından sonra çap et-dirdi.

Raymaros onunla eyni zamanda yaşayan filosofların Deisti ba-xışlarını qəbul edərək möcüzələrin mövcudluğunu qəti şəkildə rədd etmişdir. O, müqəddəs kitabı azad şəkildə tənqid edərək İsanı Məsi-halıq iddiası ilə çıxış edən, bəzi vədlər verməklə ətrafına bir qrup insan toplayan bir şəxs kimi qələmə vermiş və ölkənin güc struktur-ları ilə üzləşərkən qətlə yetirildiyini bildirmişdir. İsanın davamçıları öz arzularına çatmaq üçün onun cənazəsini oğurlamışlar, onun yeni-dən dirilərək geriyə qayıtmaq hekayəsini qurmuşlar və kilsə yarat-mışlar. Raymarosun öz baxışlarından əldə etdiyi nəticə böyük qəzəb dalğasının yaranmasına səbəb oldu və Lesinq üçün böyük problemlər yarandı. Bu nailiyyətlər bir sıra araşdırmalardan sonra tamamlanma-mış halda təsdiq edildi və cəmiyyətdə olan qəzəbin yatmasından son-ra yaddan çıxdı.

Raymarosdan sonra möcüzələrin faydası məsələlərini irəli sürən və xristiyanlığın köklərini araşdıran bir neçə yazıçı meydana çıxdı, amma onlar düşüncə nöqteyi-nəzərindən Raymarosdan fərqlənirdilər. Bu yazıçıların əksəriyyəti universitetlərdə və digər dövlət idarələrin-də çalışırdılar. Onlar artıq cəmiyyətdə təsdiq olunmuş dinə qarşı hər bir fundamental addımı onların düşüncələri ilə üst-üstə düşmədiyini bildirirdilər. Onların nəzərincə İncil kitablarındakı möcüzəli ünsürləri kənara qoysaq yalnız İsanın həyatı barədə mötəbər mənbə qazanmış oluruq. Belə olduqda İsanı müasir dünya üçün ən böyük əxlaq müəl-


168


limi kimi qəbul edə bilərik. Belə tənqidçiləri Rationalistlər adlan-dırırdılar, yəni İncildəki hekayələri məntiq və ağıl yolu ilə çözmək istəyənlər. Bundan sonra qeyd etdiyimiz termin daha geniş və dərin mənada istifadə edilməyə başladı.

Volney adlı bir alim 1790-cı ildə qələmə aldığı “İmperatorluğun xarabalıqları” adlı əsərində bu şübhəni daha qabarıq formada gündə-mə çıxarmışdı. Napoleon 1808-ci ildə Almaniyanın tanınmış yazıçısı Veylandla (Wieland) görüşəndə ondan siyasət və müharibə barəsində heç nə soruşmadı, əksinə İsanın tarixdə doğurdan mövcud olub olma-masını soruşdu.1


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin