Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq



Yüklə 1,01 Mb.
səhifə15/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   11   12   13   14   15   16   17   18   ...   28
N 16


15. Papalar

Amma vəziyyət belə davam etmədi və Jan Jak Russo vəziyyətin dəyişməsi barəsində vurğuladığı sözlər çox maraqlıdır:


Bütpərəstlərin qorxduğu hadisə baş verdi. Hicablı və məzlum xristyanlar öz davranışlarını dəyişdirdilər. Qısa zaman ərzində axirət səltənəti kimi adlandırılan səltənət zahirpərəst və maddiyyatçı başçı-nın hakimiyyəti altında ən kəskin istismarçı və dünyəi səltənətə çev-rildi.1
Kilsə yavaş-yavaş güclənirdi və siyasətə müdaxilə etməyə baş-layırdı. Zaman ötdükcə kilsənin siyasi müdaxilələrinin təsiri də artır-dı. 800-cü ildə xristyanların rəhbəri olan Papa Fransa şahı Şarlmanın tacqoyma mərasimini keçirtdi və bununla da “Müqəddəs Roma İmpe-riyasının” təməlini qoydu. Bu zamandan sonra xristyan ruhanilərinin siyasətə birbaşa və kobud müdaxiləsi başlanıldı. Xaç yürüşləri və İn-kivizisiya məhkəmələri də bu dövrdə meydana çıxdı. Bu müdaxilə 1806-cı ilə qədər davam etdi.
Dini liderlər Həzrət İsanın (ə) tövsiyəsinin tam əksinə olaraq “Ata”-“Papa” adını üzərilərinə götürdülər. Yepiskop və keşiş kimi lə-qəblər də onların arasında kəskin şəkildə çoxalmağa başladı. Roma şəhərinin Yepiskopu Papa adlandırılırdı və Yunan dilində bu ata mə-nasını kəsb edirdi. Bu sözün Fransız dilindəki tələffüzü “Pap” idi.



  1. İctimai saziş, dördüncü kitab, 8-ci fəsl

195


İndiyə qədər 260-dan artıq Papa Katolik xristyanların rəhbərliyi-nə nail olublar. Bir neçə müxalif Papa da mövcud olmuşdur və Onları “Antipope” yəni, Antipapa adlandırmışlar. Bir neçə nəfərin Papa və yaxud Antipapa olması ixtilaflı məsələ kimi qalmışdır. Bəzən Papalar boyunlarından daim asılmış xaçdan əlavə kəmərlərin iki ədəd qılınc bağlayırdılar. Halbuki, tarixdə kəmərinə iki qılınc bağlayan höküm-dar və şah belə olmamışdır. Papalar digər rəhbərlər kimi üç hissəyə bölünürlər; bəziləri təqvalı, bəziləri orta təqvalı və bəzilər də pozğun olmuşlar. 896-cı ildə Roma Papası altıncı Stefan neçə ay öncə basdı-rılmış sabiq Papa Formosusun cənazəsinin qəbirdən çıxarılması əmri-ni verdi. Ölmüş Roma Papasını qəbirdən çıxararaq müttəhimlər kür-süsündə oturtdular və mühakimə etdərək cəzalandırılması hökmünü çıxartdılar. Cəzaya uyğun olaraq onun burnunu və qulaqlarını kəsdi-lər, bir neçə hissəyə parçaladılar və Romadan keçən Tibr çayına atdı-lar. Bir müddətdən sonra rahiblərdən biri cənazənin hissələrini topla-yaraq basdırdı. Roma Papası altıncı Aleksandrın (1492-1503) həyata keçirdiyi pozğunluqlar və dəhşətli əməllər tarixdə çox məşhurdur. Amma bu işlərin heç birisi dünya katoliklərinin belə Papaları Antipa-palar kimi tanımasına səbəb olmadı.
Papa olmaq müddətli deyildir və ömürünün axırınadək davam edir. Papa dünyasını dəyişəndə “Kardinal” adlandırılan yüksək mə-qamlı Yepiskoplar yeni Roma Papasının seçilməsi üçün Vatikanda bir araya gəlirlər və Papanın kim olması barəsində məşvərət aparırlar. Lazımi qədər səs toplanıldıqda rəy kağızları xüsusi samanla birlikdə yandırırlar və məxsusi tüstü borusundan üğ tüstü çıxır. Tüstü boru-sundan ağ tüstünün çıxması yeni Papanın seçilməsini insanlara çat-dırmaq mənasını daşıyır. Bir müddətdən sonra Kardinallardan biri eyvana çıxaraq qaydaya uyğun olaraq Latın dilində bu sözləri söy-ləyir: “Habemus Papam”, yəni “Bizim Papamız var”. Bu sözdən son-ra yeni Papanın adını söyləyir. Tanıdılma mərasiminin başa çatma-sından sonra yeni Papa eyvana çıxaraq insanları əlinin yelləyərək sa-lamlayır. Amma lazımi qədər səs toplanılmadıqda rəy kağızları xüsu-si otla yandırılır və tüstü borusundan boz tüstü çıxır. Bu işarə insan-

196


lara yeni Papanın hələ seçilmədiyini və müzakirələrin davam etdiyini çatdırır.

Artıq min ildir ki, Papalar seçiləndən sonra öz adlarını dəyişdi-rirlər. Bu müddət ərzində Papaların iyirmi üç nəfərinin adı “Jan” və altı nəfərinin adı “Pol” olmuşdur. Roma Papası iyirmi üçüncü Jan 1963-cü ildə dünyasını dəyişdi və altıncı Pol onun yerinə keçdi. Onun 1978-ci ildə vəfat etməsindən sonra seçilən Papa tarixdə ilk də-fə olaraq adını “ Birinci Jan Pol” qoydu. O bu addımı ilə özündən ön-cə olan hər iki Papanın yolunu davam etdirmək istədiyini bildirdi. Amma, bu Ropma Papası 28 gündən sonra dünyasını dəyişdi və Pol-şalı Kardinal Karol Voytila Papa seçildi və özündən öncə olan üç Papaya hörmət əlaməti olaraq özünü “İkinci Jan Pol” adlandırdı. İkinci Jan Pol katolik kilsənin ən məşhur Papalarından biri kimi tari-xə düşdü. O, 27 illik Papalıq dövründə dünyanın müxtəlif ölkələrinə yüzdən çox səfərlər etdi. Qeyd etmək lazımdır ki, İkinci Jan Polun Papa seçilməsindən sonra Roma Papası olmaq inhisarçılığı İtaliyanın əlindən çıxdı və o ilk qeyri-İtaliyalı Papa oldu.


15-1. Papa və İmperator
528-565-ci illərdə Şərqi Romanın imperatoru olmuş Yustinyan din və dövlət arasındakı əlqəni belə qeyd edir:
Kilsə və İmperatorluq Allahın öz tükənməz rəhmətilə bəşəriy-yətə bəxş etdiyi ən böyük nemətlərdəndir. Kilsə ilahi məsələlərlə məş-ğul olur və imperatorluq insanların işlərinə nəzarət və onlara başçı-lıq etmək üçün nəzərdə tutulur. Bunların hər ikisi eyni yerdən qay-naqlanır və bəşəriyyəti irəliyə doğru hidayət edir. Elə bu səbəbdən də, İmperatorlar üçün onların rifahı üçün dua edən keşişlərə hörmət və ehtiram etməkdən mühim iş ola bilməz. Əgər kilsə hər yerdə eyib-siz çalışarsa və imperatorluq Allaha tam arxalanaraq ədalət və insaf-la dövləti idarə edərsə, hamıya müsbət təsir göstərəcəkdir və bütün yaxşılıqlar insanlara nazil olacaqdır. Deməli, biz ilahi məsələləri təlim etmək və kilsənin hörmətini qorumaq üçün daha diqqətli olma-lıyıq və bu məsələyə əhəmiyyət verməliyik. Əgər qeyd olunan məsələ-

197


lər lazımınca yerinə yetirilərsə Allahın əta edə biləcəyi ən böyük ri-fah və yaxşılıq meydana çıxacaqdır. Bizim əldə etdiyimiz nemətlər daimi olacaqdır və malik olmadığımız nemətlər bizə nazil olacaq-dır.... Bizim nəzərimizcə bu hadisələr kilsənin müqəddəs qanunlarını

həyata keçirdiyimiz təqdirdə baş verəcəkdir. Bu qanunları bizə təqva-lı və möhtərəm elçilər, eləcə də Allah sözünə xidmət edənlər çatdır-mışlar və müqəddəs atalar onlara açıqlama verərək bizim üçün qoruyub saxlamışlar.”1
Papalıq məqamı 868-1049-cu illərdə, yəni iki yüz ilə yaxın zəif-lədi və öz qüdrətini itirdi. Belə ki, o dövrün bəzi Papalarını Avropa-nın zadəgan ailələrindən olan olan Marusya adlı bir qız Papalığa tə-yin edirdi. Bu Papalar namünasib şəkildə pozğun və pis insanların arasından seçilirdi. Həmən şəxslərin bəzilərinin Marusiya ilə yaxınlıq əlaqələri də olmuşdur. O zamanlar Papalıq məqamına çatmaq üçün qətl, rüşvət və digər pozğun əməllərdən istifadə olunurdu. Məsələn, doqquzuncu Benedikt 12 yaşında Papa məqamına seçildi və bu mə-qamda olduğu müddətdə pozğun həyat tərzi keçirtdi. Bu dövr rühani-lərinin əksəriyyəti də pozğunluq və əxlaqsızlıqla məşğul olmağa başladılar.
Papalıq məqamının yenidən təmizlənməsindən və islah edilmə-sindən sonra onları siyasi qüdrətləri tədricən xristyan şahların qüdrə-tindən daha çox oldu və Papalar həmən şahları nəzarətləri və fər-manları altında saxlamağa başladılar. Roma Papası Üçüncü İnnoken-tin (1198-1216-cı illərdə Papa olmuşdur) İngiltərə padşahının sualla-rına cavab olaraq ünvanladığı məktubda bu üstünlüyün şahidi ola bi-lərsiniz:
Allahın bəndələrindən biri olan Yepiskop İnnosentdən xristyan-lıqdakı sevimli oğlu, canı, İngiltərənin məşhur padşahı və onun qa-nun, azadi varislərinə əbədiyyətə qədər salam olsun.
Şahlar şahı və ağalar ağası! Əbədiyyətə qədər ən yüksək mərtə-bəli kahin kimi qalacaq İsa Məsih kilsə səltənətini və kahinliyini elə



  1. R. Schoel, Corpus Iuris Civilis, vol III, Novellae (Berlin, 1912) pp.35-36

198


bir şəkildə təsis etmişdir ki, onlardan biri kahinlərin səltənəti və di-gəri padşahların səltənəti olmuşdur. Musa Tövratda (Xuruc 19:6) və Petrosun birinci məktubu(2:5-10) qeyd etdikləri kimi. O, bir nəfəri hamıdan yüksəyə qaldırdı və onu özünün yer üzərindəki xəlifəsi təyin etdi ki, bütün dizlər, istər göylərdəki, istər yerdəki və istərsə də yerin altındakı məxluqların dizləri İsa üçün qatlansın. Buna görə də, hamı onun xəlifəsinə itaət etməlidir və bir başçının və çobanının olmasına çalışmalıdır. Yer üzərində mövcud olan bütün şahlar Allahın xətrinə bu xəlifəyə və canişinə hörmət qoymalıdırlar və ona baş əymədikləri təqdirdə onların hakimiyyətinin düzgünlüyü sual altına düşməlidir.
Əziz və sevimli oğlum! Siz bu məsələyə ağıllı tərzdə yanaşdınız və şahların ürəklərini əlində saxlayan və onları istədiyi şəkildə idarə edən Allahın rəhmanlığından ilham alaraq öz məmləkətinizin dünyəvi işlərini mənəviyyat baxımından onun rəiyyətlərindən olan bir kəsə təslim edəsiniz. Beləliklə də, padşahlıq və kahinlik ruh və bədən kimi xeyirli işləri görmək və böyük amalları həyata keçirmək üçün Məsi-hin canişini olan bir şəxsdə birləşəcəkdir. (İsa) çox qeyri-adi bir iş görmüşdür..... Qədim zamanlardan belə müqəddəs Roma kilsəsini öz
mənəvi işlərinin hakimi kimi təyin edən məmləkətlər indi kilsəni özlə-rinin dünyəvi işlərinin hakimi kimi də təyin etmişlər. Siz layiqli xid-mətçi kimi Allah tərəfindən bu məqama seçilmisiniz. Siz Allaha, onun Petros, Pavlos kimi elçilərinə,müqəddəs Roma kilsəsinə, bizə və bi-zim canişinlərimizə ildə yüz min mark1 ödəmək yolu ilə özününzün, İngiltərə və İrlandiyanın hüquq və hörmətini, eləcə də saray əhlinin gücləndirilməsi sahəsindəki əzmkarlığınızı nümayiş etdirmisiniz. Siz öz ehtiramınızı bildirdiyiniz məktuba qızıl möhürünüzü də qoymusu-nuz ki, bizim haqqımız və mülkiyyətimiz olsun. Məktubun mətni eynilə belədir....”2
Papaların və xristyan hökümdarların qüdrətlərinin enişli-yoxuşlu tarixi və bu sahədə meydana çıxmış qarşıdurmalar orta əsrlər tarixi-



  1. Qızıl pul

  2. W. Stubbs, Select Charters (Oxford, Clarndon, 1885)

199


nin böyük hissəsini əhatə etmişdir. O dövrdə yazılmış siyasi yazılarda belə bu barədə geniş söhbətlər açılmış və katolik Roma kilsəsindən, yaxud müqəddəs Roma padşahlığından hansı birisinin daha üstün ol-ması barədə nəzərlər söylənilmişdir.

On üçüncü əsrdə müqəddəs Tomas Akvinas (1274-cü ildə vəfat etmişdir) “İlahiyyatın xülasəsi” adlı kitabında kilsənin ifa etdiyi rolu dəstəkləmişdir və on dördüncü əsrdə yaşamış Dante “Səltənət barə-sində” adlı kitabında imperatorla Papanın birgə nəzarəti altında olan vahid xristyanlıqdan söz açır.


15-2. Papa məqamı uğrunda olan çəkişmələr
İmperator Dördüncü Filipin təzyiqləri nəticəsində 1309-cu ildə Papanın qərargahı İtaliyanın Roma şəhərindən Fransanın Avinyon şə-hərinə köçürüldü və bu vəziyyət 1377-ci ilədək, yəni təxminən yet-miş il davam etdi. Bu hadisəni Yəhudilərin eradan əvvəl 6-cı əsrdə Babilistandan qovulmasına bənzədərk “Papaların Babilsayağı qovul-ması” adlandırdılar.
Papaların qərargahı yenidən Romaya qaytarılanda Avinyondan yeni Papalar meydana çıxdı və onları sonralar Anti-Papa adlandırmağa başladılar. Bu məsələ tarixdə “Böyük parçalanma” kimi qeyd olun-muşdur və 1377-ci ildən 1417-ci ilədək, yəni qırx il davam etmişdir.
15-ci əsrin əvvəllərindən qarşıdurmaların və çaxnaşmaların güc-lənməsi nəticəsində katoliklərin kilsəsində üç Papa rəqabət etməyə başladı. Çünki, Roma Papası On ikinci Qriqori, Avinyonun Anti-Pa-pası Üçüncü Benedikt və İmperatorun Papa kimi təyin etdiyi iyirmi üçüncü Jan Papalığa iddialı idilər. Beləliklə də, xristyanlıq üç iddiaçı ilə üzləşdi və onların hər birisi iki rəqibinin səhv, özünün haqq və düzgün olduğunu bildirirdilər. Bu və digər məsələlərə baxmaq, onları araşdırmaq məqsədilə yaradılmış Konstans Şurası (1414-1418-ci il-lərdə) hər üç iddiaçını bu mıqamdan uzaqlaşdıraraq Beşinci Martini Papa elan etdi və bununla da “Böyük parçalanma” sona çatdı.
Bu zaman kəsiyində güclü Papalar meydana çıxdı və onların ən tanınmışı Altıncı Aleksandr idi. Altıncı Aleksandrın böyük əxlaqi

200


pozğunluqlarına baxmayaraq, xristyanlığın inkişafı və çiçəklənməsi sahəsində atdığı möhtəşəm addımlara görə tarixdə adı müsbət qeyd olunmuşdur.
15-3. Papaların siyasi qüdrətlərinin azalması
16-cı əsrdə Nikola Makyavelli qələmə aldığı “Hökümdar” əsə-rində qüdrətə və hakimiyyətə çatmaq üçün hansı meyarlardan istifadə etmək məsələsini araşdırmışdır. O, hakimiyyətə çatmaq istəyən şəxs-lərə məsləhət verərək qüdrətə və hakimiyyətə çatmaq üçün əxlaq nor-malarını nəzərə almamalarını bildirilmişdir.
Papaların nəzarəti altında olan ərazilərdə onların qüdrətini və hörmətlərini aşağı saldı. Onların ən mühimi Lüterin 1517-ci ildə Pa-palara qarşı həyata keçirdiyi qiyam olmuşdur. O, Almaniya höküm-darlarının köməkliyi ilə müvəffəqiyyət qazandı. Lüterin 1520-ci ildə böyük hiddətlə bildirdiyi amallarından biri Almaniyanın Papa haki-miyyəti altından çıxarılması idi. Başqa silahlı şəxslər Avropanın di-gər bölgələrində də xırda hökümətlər yarada bildiər.
1651-ci ildə Tomas Habs (Thomas Hobbes) “Levyatlar” (Levia-than) kitabında belə yazır ki, “Hakim qüvvənin qüdrəti məhdudlaş-mamalıdır. Çünki, bu qüdrət ictimai sazişdən mənşə alır və buna görə də, hökumət ictimai təhlükəsizliyi təmin etməlidir və insanların istək-lərini həyata keçirmək üçün bütün lazımi işləri həyata keçirməlidir.” O, bu kitabında yazır: “Papalıq məqamı Roma imperatorluğunun qəbri üstündə oturmuş və başına tac qoymuş imperatorluğa bənzər bir qurluşdur.”1
Elə o zamanlar, Con Lok belə deyirdi: “Hökumət insanların mü-qabilində üzərilərinə düşən öhdəlikləri həyata keçirməkdən boyun qa-çırmaq istərsə onu devirmək lazımdır.
Sonda kilsənin siyasi və ictimai məsələlərinə lüzumsuz müdaxi-lələrinə görə qərb ölkələrinin alim və mütəfəkkirləri belə bir nəticə çatdılar ki, dinin siyasətə müdaxiləsi yalnız və yalnız ruhani ataların



  1. Levtatlar, 4:47

201


xeyrinədir və insanların əksəriyyəti bu yersiz müdaxilədən əziyyət çəkirlər. İnsanlar da kilsənin bu ədalətsizliklərindən bezərək bu fikri dəstəklədilər və illər boyu ideloji, hərbi mübarizə aparmaq kilsənin caynaqlarından özlərini qurtara bildilər.

Papanın siyasi qüdrəti illər boyu davam edən sakitlikdən sonra zəifləməyə başladı. Fransa və İtaliyanın başçıları hərbi yolla və ümumi fikrə arxalanaraq Papaların saraylarını, imarətlərini və mülklərini mü-sadirə etdilər və 1806-cı ildə onları siyasi hakimiyyətinə son qoydular.


Papaların itaət altına salınması asan iş deyildi. Elə bu səbəbdən də, İtaliya hökuməti zəmanət qanunlarında (18 oktyabr 1870-ci ildə) sarayların bəzilərini Papaya qaytardılar və müəyyən qədər siyasi hü-quq verdilər.
Papa zəmanət qanununu qəbul etmədi və bu hadisə 60 il ərzində İtaliya hökuməti ilə Vatikan arasındakı əlaqələrin kəsilməsinə səbəb oldu. Sonda, üç il davam edən müzakirələrdən sonra 1929-cu ilin fev-ral ayının 11-də Vatikanla İtaliya arasında Latran sazişi imzalandı və Papa hökumətinin Vatikanın ixtiyarında qalması ilə Romanın bu sahədə üzləşdiyi problemlər öz həllini tapdı. Beləliklə, “Dinin siya-sətdən ayrılması” Avropada rəsmiləşdi.
1984-cü ildə Vatikanla İtaliya arasında yeni saziş imzalandı və Latran sazişinin yerini tutdu. Artıq iki yüz ilə yaxındır ki, Papa Va-tikan hökuməti məhdud şəkildə davam edir.
16. Digər xristyan quruluşları

Böyük Roma İmperiyasının 395-ci ildə parçalanmasından sonra paytaxtı Konstantinopol olan Şərqi Roma, Bizans imperatorluğu ilə paytaxtı Roma olan Qərbi Roma İmperiyasının və Roma Papasının arasında 1453-cü ilədək, yəni Soltan Məhəmməd Fateh Osmanlının Konstantinopolu fəth etdiyi zamanadək rəqabət mövcud olmuşdur. 1054-cü ildə daha da kəskinləşən bu rəqabət sonda Ortodoks kilsəsi-


202


nin yaranması ilə nəticələndi. Ortodoks kilsəsilə katolik kilsəsi ara-sında mövcud olan qarşıdurma rəhbərlik və liderlik məsələsi sahəsin-də olmuşdur. Ortodokslar Roma yepiskopunu, yəni Roma Papasını xristyanların tək rəhbəri kimi qəbul etmək istəmirdilər və rəhbərlərin sayının çox olmasını və artırılmasını istəyirdilər.
Şərqi Roma İmperatoru ilə dini lider arasındakı əlaqə Simfoniya adlandırılırdı. Əslən Qeysəriyyə şəhərindən olan Yosebius tərəfindən yaradılmış bu quruluş İmperator üçün daha böyük ixtiyar nəzərdə tuturdu. Qeyd etmək lazımdır ki, kilsənin də özünəməxsus ixtiyarları var idi. Rusiyada da, dinlə dövlət arasındakı əlaqə möhkəm idi və Çar hökuməti zamanında Moskva kilsəsində Çarın tacqoyma mərasimini baş Yepiskop həyata keçirirdi.
1535-ci ildə Səkkizinci Henri və bəzi yepiskopların səyi ilə katolik kilsəsindən ayrılmış İngiltərə kilsəsində də şah həm dini, həm də dünyəvi məsələlər üzrə ən yüksək şəxs hesab edilirdi. İngilis kilsə-sinin yaradıcısı olan Səkkizinci Henrinin özü həm şah, həm də ruhani idi. Amma, onun canişinləri və varisləri şahlıq edirdilər və özlərin ən ali dini rəhbər olduqları üçün Yepiskopların ən böyüsünü dini sahəyə rəhbər kimi təyin edirdilər.
İngiltərə şahlığının tərəfdarları 17-ci əsrdə şahlıq gücündən və qüdrətindən yararlanmaq üçün İlahi hüququn mövcud olmasına ina-nırdılar. Parlament tərəfdarları isə onların belə fikirlərinə qarşı çıxa-raq siyasi qüdrətin insanların iradəsi ilə meydana çıxmasını bildirir-dilər. 1643-1715-ci illərdə Dördüncü Luinin hakimiyyəti illərində (Onun hakimiyyəti 72 il davam etmişdir və bu Avropa tarixində ən uzun hakimiyyət kimi hesab olunur) şahın İlahi hüquqa bağlılığı kəs-kin şəkildə gözə çarpır və bu sonda Fransa inqilabının meydana çıx-ması ilə nəticələndi.

203

17. Əhdi-Cədid

Xristyanların müqəddəs kitabı iki hissədən ibarətdir: Əhdi-Cədid və Əhdi-Ətiq. Bu müqəddəs kitabların belə adlandırılmasının səbəbi Allahu-Taalanın insanla iki dəfə əhd-peyman bağlaması olmuşdur. Biri köhnə əhd-peymandır və o Həzrəti İsa Məsihdən (ə) öncə yaşa-mış başqa peyğəmbərlərlə bağlanılmışdır. Bu əhd-peymanda yaxşı və pis vədələrin, qanunların və şəriətin köməkliyi ilə nicat tapmağın bəzi yolları müəyyənləşdirilmişdir. Köhnə əhdin, yəni Əhdi-Ətiqin tərəf-darları Bəni-İsrail olmuşlar. İkincisi yeni Əhd-peymandır və Allahu-Taala onu Həzrət İsa Məsihə və onun tərəfdarlarına nazil etmişdir. Yeni Əhddə nicatın yalnız məhəbbət yolu ilə əldə olunması müəy-yənləşir. Belə ki, onların nəzərinə görə Allah insan cildində görsənir, insan övladının günahlarını öz üzərinə götürür, çarmıxa çəkilmə əza-bına dözərək bütün günahların müqabilində qurbana çevrilir. Tarixə nəzər salsaq görərik ki, belə düşüncə ağıl və məntiqlə üst-üstə düşmə-məsinə baxmayaraq xristyanlığın əsasını qoymuşdur. Yühənna İncilində bu sözlər qeyd olunmuşdur:


Allah bu dünyada o qədər məhəbbət bəslədir ki, öz yeganə oğ-lunu göndərdi və ona iman gətirənlərin həlak olmamasını, əbədi hə-yata qovuşmalarını buyurdu. Çünki, Allah öz oğlunu yer üzünə mü-hakimə etmək üçün göndərməmişdir, əksinə onun vasitəsilə dünya ni-cat tapsın. (Yühənna 3:16-17)
Müqəddəs kitabın Köhnə Əhd barəsində olan hissəsi Əhdi-Ətiq və yeni Əhd barəsində olan hissəsi Əhdi-Cədid adlandırılır. Həqiqət-də isə Əhdi-Ətiq Yəhudilərin səmavi kitabıdır və xristyanlar həmən kitaba hörmət göstərərək onu öz kitablarının önündə yerləşdirmişlər.

Xristyanların nəzərincə Allahın bəşər əhli ilə bağladığı iki əhd-peyman mahiyyət baxımından bir-biriləri ilə ixtilafdadır və iki müx-təlif yolla ərsəyə gəlmişdir. Əhdi-Əiq Həzrət İsadan (ə) öncə yaşamış peyğəmbərlərin vasitəsilə şıfahi yolla bəyan edilmişdir, halbuki, Əh-di-Cədid Həzrət İsanın (ə) vasitəsilə insanlara çatdırılmışdır. Bu çat-


204


dırılma şifahi bəyanla məhdudlaşdırılmamışdır və ilahi qüvvənin in-san formasına düşməsi yolu ilə insanların arasında yaşamaq yolu ilə həyata keçirilmişdir. Elə bu səbəbdən də, xristyanların nəzərincə bu əhd-peymanın bağlanılması zaman Allah iyirmi əsr bundan öncə in-san cildinə girərək İsa adlı bir şəxsin daxilində qərar tapmışdır. Xrist-yanlar arasında çox yayılmış bir cümlə kimi istifadə etsək; “Kəlmə cismə çevrildi”. “Kəlmə” (Logos) sözü xristyan ilahiyyatında ən qədimi fəlsəfi terminlərdən biri kimi qəbul olunur.
Xristyanların nəzərincə Allahın insanlar üçün bəşər formasında təcəssüm etməsi şəriət barəsində, halal-haram barəsində söz açmaq üçün olmamışdır, əksinə Allah insan formasında təcəssüm edilməsin-dən sonra özünü insanların günahları yolunda özünün qurban vermək istəyirdi. Tarixə diqqət yetirsək bu düşüncə tərzinin xristyanların dini düşüncələrinin əsasını təşkil etməsinin şahidi olarıq.
Əhdi-Ətiqlə Əhdi-Cədid arasındakı fərqi sizin diqqətinizə çat-dırmaq istərdim. Əhdi-Ətiqdə şəri məsələlər, dinin əhkamlar və hansı işlərin görülməsi, hansı işlərin yerinə yetirilməməsi barəsində söz açılır. Məsələn hansı işin görülməsinə icazə verilməsi, hansı işlərin qadağan buyurulması, hansı ətin halal və hansı ətin haram olması və


  1. kimi məsələlərə işarə edilir. Amma, Əhdi-Cədiddə belə məsələlər mövcud deyildir. Bu kitabda Allahın insanlara olan məhəbbəti üzün-dən insan cildində təcəssüm etməsi və bir müddətdən, yəni qısa və əzablı həyat yaşadıqdan sonra bəşəriyyətin günahları yolunda çarmı-xa çəkilərək qətlə yetirildi.

Xristyanlar bu sahədə “Şəhid” və “Şəhidlik” sözündən istifadə etməyə daha çox təkid göstərirlər. Onların iddiasına görə Həzrət İsa (ə) “Qurban” edildi və insanların günahlarının bağışlanması yolunda fədakarlıq edərək özünü qurban verdi. Qeyd etmək lazımdır ki, dün-yada mövcud olan bütün cəmiyyətlərdə olduğu kimi xristyan cəmiy-yətində də şəhid məfhumu mövcuddur və həvarilər kimi tanınan ilk xristyanların əksəriyyəti şəhid adlandırılırlar. Amma Həzrət İsa (ə) barəsində bu sözdən istifadə etmirlər.
Əhdi-Cədid Yunan dilində qələmə alınmışdır. Əhdi-Cədidin baş-lanğıcında dörd incil qeyd olunmuşdur. İncil sözü Yunan dilində

205


“müjdə” mənasını verir, Səmavi mələkutun yaxınlaşması münasibə-tilə müjdə.
Əhdi-Cədidin hamısı xristyanlar tərəfindən qəbul olunur və on-ların arasında Epokrifa mövcud deyildir. Qeyd etmək lazımdır ki, Əhdi-Cədid barəsindəki epokrifa kitabları Əhdi-Ətiq sahəsindəki epokrifa kitablarından daha çoxdur. Amma elə ilk iki-üç əsrdə xrist-yanlar yavaş-yavaş Əhdi-Cədid sahəsindəki bütün kitabları ətrafında vahid məxrəcə gəldilər.
Müqəddəs kitab dəfələrlə dünyanın müxtəlif dillərinə tərcümə olunmuşdur və bu kitabın dünyanın hər yerində yayımlanması sahə-sində müxtəlif təşkilatlar mövcuddur. Onlardan biri 1804-cü ildə Londonda təsis edilmiş “Müqəddəs kitablar üzrə agentlik”-dir. Bu agentliyin dünyanın müxtəlif ölkələrində nümayəndəlikləri də vardır. YUNESCO1-nun illik hesabatlarına və statistik məlumatlarına əsasən xristyanların müqəddəs kitabları dünyadaən çox çap olunan və ya-yımlanan kitabdır. Marksizmin süquta uğramasından öncə Marksizm barəsində mövcud olan kitablar ən çox satılan kitab idi. Müqəddəs kitablardan sonra ən çox satılan kitablar nağıl və hekayə kitablarıdır.
Əhdi-Ətiq və Əhdi-Cədid kitablar toplusu 66 kitabdan ibarətdir: Əhdi-Ətiq 39 kitabdan ibarətdir və onun mündərəcatı yəhudilik bö-lümündə sadalandı. Əhdi-Cədid 27 kitabdan ibarətdir və onlar mövzu baxımınan dörd hissəyə bölünürlər:


  1. İncillər




  1. Həvarilərin işləri




  1. Həvarilərin məktubları




  1. Apokolipsis və vəhylər


17-1. İncillər
Həzrət İsanın (ə) dostlarının və davamçılarının böyük əksəriy-yəti O Həzrətin həyatını və dəyərli sözlərini yazmağa başladılar.


  1. YUNESCO və Birləşmiş Millətlər Təşkilatının digər bölmələri (Əsas qərar qəbul edici Təhlükəsizlik Şurasından başqa) müstəqil şəkildə fəaliyyət göstərirlər və onla-rın yaradılmasındakı əsas məqsəd müqəddəs və böyük arzular olmuşdur.

206


Sonralar həmən şəxsiyyətləri qələmə aldığı bütün yazıları bir yerə toplayaraq İncil adlandırdılar. Zaman ötdükcə həmən İncillərdən dör-dü rəsmiləşdi və qalan İncillər isə unuduldu.1
Birinci və dördüncü İncilləri qələmə alan şəxslər Həvarilərdən-dirlər və digər ikisi isə Həvarilərin Həvariləridirlər. İlk üç incil ara-sında ahəngdarlıq mövcuddur və elə bu səbəbdən də onları eyni məz-munlu İncillər adlandırırlar.Dörd İncil kitabı bunlardır:


  1. Matta İncili (Əhdi-Ətiqin verdiyi qeybi xəbərləri əsas tut-maqla Məsihin həyatı və sözləri barəsində)

  2. Mark İncili (Məsihin həyatı barəsində ən qədimi və ən qısa kitab)

  3. Luka İncili (Ən xırdalıqlara işarə etməklə Məsihin həyatı və sözləri barəsində)

  4. Yühənna İncili (Həzrət Məsihin qeyri-adi insan olmasına təkid etməklə O Həzrətin həyatı və sözləri barəsində yazıl-mış ən sonuncu kitab)


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin