Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq



Yüklə 1,01 Mb.
səhifə28/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   20   21   22   23   24   25   26   27   28
N 16


22-1. Qiblə
Dinlərin bir çoxunda qiblə məfhumu mövcuddur. Qiblə həm xü-susi bir məkan və yaxud dörd istiqamətdən biri ola bilər. Müqəddəs Məkkə şəhəri müsəlmanların, Urşəlim (Qüds) Yəhudilərin məkan qibləsidir (Samiri yəhudilər Cerezim dağını məkan qibləsi kimi qəbul edirlər). Şərq qədim zamanlarda bütün xristyanlar üçün istiqamət və cəhət qibləsi olmuşdur. Hal-hazırda isə yalnız ortodokslar bu adəti qoruyub saxlamışlar. Sabiilərin qiblə istiqaməti şimal istiqamətinə ol-muşdur. Hiduizm, caynizm, buddizm davamçılarının sitayiş etdikləri bütlər qiblə sayılmırlar.

Müxtəlif dinlərin və firqələrin davamçıları müqəddəs məkanlara görə bir-biriləri ilə savaşdadırlar. İslam dini ilə müşriklərin Kəbə üzə-rində apardıqları müharibələr sonda Hicri-Qəməri tarixi ilə 8-ci ildə müsəlmanların qələbəsi ilə nəticələndi.


358


Müxtəlif dinlər keçmiş zamanlarda Urşəlim (Qüds) şəhəri və onun hərəmi üzərində kəskin mübarizələr aparmışlar. Xaç yürüşləri zamanı müsəlmanlarla xristyanlar və müsəlmanlarla yəhudilər arasın-da meydana çıxan müharibələr hələ də müxtəlif formalarda davam et-məkdədir. Hal-hazırda həmin şəhər qəsbkar İsraillilərin və onun pak hərəmi Fələstin müsəlmanlarının ixtiyarındadır.

Müxtəlif dinlərin müqəddəs məkanlarına edilmiş hücumların bir neçə səbəbi vardır. İslam dinində qeyd olunmuş Əbrəhənin kəbəyə nəticəsiz nücumu, Yəzid ibn Müaviyənin ordusunun Hicri-Qəməri ta-rixi ilə 64-cü ildə Hüseyn ibn Numeyrin başçılığı altında hücumu, Hicri-Qəməri tarixi ilə 73-cü ildə Həccac ibn Yusifin başçılığı altında Əbdülməlik ibn Mərvanın hücumu. Bizə yaxın dövrlərdə isə Vəhabi-lərin Müqəddəs İmamların Bəqi qəbristanlığında və Kərbəladakı mə-zarlarına hücumu, Rusların toplarla Həzrət İmam Rızanın (ə) müba-rək hərəminə hücumu, Amerika işğalçılarının İraqdakı müqəddəs mə-kanlara hücumu və Hindlilərin Baberi məscidinə hücum edərək part-latması da İslam dininin müqəddəs məkanlarına olan hücumlardan bir neçəsidir.


Başqa məbədlər də tarix boyu belə hücumlara məruz qalmışlar. Misal üçün Buxtunnəsrin eradan əvvəl 587-ci ildə Süleyman məbə-dinə hücumu və Roma şahzadəsi Titusun 70-ci ildə həmən məbədə hücum edərək dağıtması. Soltan Mahmud Qəznəvinin təxminən min il öncə Hindistan bütxanalarına və hinduların 1984-cü ildə Hindista-nın Amritsar şəhərində yerləşən Sikhlərin Qızıl məbədinə hücum et-mələri də belə hücumlara bir nümunədir.
Eləcə də, bir dinə aid məbədin başqa bir dinin məbədinə çevril-məsi də geniş yayılmış məsələlərdən biridir. Məsələn, tövhid məbədi olan Kəbənin cahiliyyət dövründə bütxanaya çevrilməsi və Hicri-Qə-məri tarixi ilə 8-ci ildə yenidən tövhidi məbədə, Qüds şəhərindəki Süleyman məbədinin, Şam və Konstantinopol kilsələrinin, iran atəş-gahlarının və Hindistan bütxanalarının bəzilərinin məscidlərə çevril-məsi. Eyni zamanda Əndəlusdakı məscidlərin kilsələrə çevrilməsi.

359


22-2. Müqəddəs dil
Bütün dinlərdə müqəddəs dil məfhumu mövcuddur və müqəddəs dil dedikdə səmavi kitabın nazil olduğu dil nəzərdə tutulur. Islam di-ninin müqəddəs dili ərəb dilidir və namazın başqa dildə qılınması düzgün deyildir. Eləcə də, bəzi əqdlərin, o cümlədən nigah əqdinin də ərəb dilində oxunmasına təkid edilir. Yəhudilərin müqəddəs dili İb-rani dilidir. Xristyanlar müxtəlif zamanlarda və müxtəlif məkanlarda başqa dilləri, o cümlədən Yunan, Latın, Süryani, Qibti dillərini mü-qəddəs bilmişlər. Elə bu səbəbdən də, müxtəlif xristyan firqələrinin ibadət mərasimləri də yuxarıda qeyd etdiyimiz dillərdən birində keçirilir. Hal-hazırda dinlərin əksəriyyəti müqəddəs dil məfhumunun əhəmiyyətsiz olmasını vurğulayır və xristyanlar bu cəhətdən başqa dinlərdən daha irəlidə addımlayır. Katoliklər təxminən 40 il bundan öncəyə qədər Latın dilində ibadət edirdilər. İkinci Vatikan şurasında ibadət zamanı Latın dilindən istifadə vacibliyi ləğv olundu. Hal-hazırda katoliklərin bəzi azsaylı firqələri bu məsələni qəbul etməyə-rək hələ də latın dilində ibadət edirlər. Papa öz fitvalarını Latın dilin-də verir və bu dini fitvalar dərhal müxtəlif dillərə tərcümə olunur.
Ortodoks kilsəsi Yunan dilini, Suriya kilsəsi Süryani dilini, Er-məni kilsəsi erməni dilini və Qibti kilsəsi Misirdəki Qibti dilini (İs-lam dini meydana çıxmamışdan öncə) müqəddəs sanır. Protestantlar lap əvvəldən belə müqəddəs dil məfhumunu qəbul etməmişdilər və ibadətlərini, eləcə də, dini mərasimlərini öz ana dillərində icra etmiş-lər.

Zərdüştlərin müqəddəs dili Avesta dili, Hinduların müqəddəs di-li Sanskrit dili, Sabiilərin müqəddəs dili isə Mandayi dilidir. Buddiz-min müqəddəs kitabları Pali və Prakriti dillərində qələmə alınmışdır, amma artıq məlum olmuşdur ki, Buddistlə bu dilləri heç vaxt mü-qəddəs dil kimi qəbul etməmişlər.


Hindularda ləfzdən və sözdən istifadə olunmayan və barmaq işa-rələri ilə həyata keçirilən müqəddəs dil də mövcuddur. Bu dili Mud-ralar (Mudras) adlandırırlar. Bəzi bütlərin barmaqlarının dayanma forması da bu dildə olan bəzi məfhumlara dəlalət edir.

360



The past and current histories of humanity show that these questions are relevant to the vast majority of people: who created me? And in general, is there a creator? I wonder, will my life just end here or will it continue after death? What is my role in this life?
Doctor Ahmad Ahmadi
We present to Azerbaijani readers the book Introduction to Major Religions by Iranian author Hüseyn Tövfiqi. The book’s content and explanations set it apart from other works that are available to Azerbaijani readers, and for these characteristics it was selected to be translated into the Azerbaijani language.
Introduction to Major Religions consists of four sections that are similar to one another and that flow in a natural order according to their themes. The first section gives general information about religion, faiths of the ancient world and the religions of India, China and Japan. The second section is dedicated to Judaism, the third to Christianity, and the fourth to Islam and its comparison to other religions.

Prof. Hamlet Isaxanli

This book is published on the basis of a joint project by Khazar University (Baku, Azerbaijan Republic) and the SAMT organization (Iran Islamic Republic).

361

Hüseyn Tövfiqi




Introduction to Major Religions

Xəzər Universitəsi Nəşriyyatı



Khazar University Press
2013



362

Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin