Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq


Adət və mərasimlərin dəyişdirilməsi



Yüklə 1,01 Mb.
səhifə21/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   17   18   19   20   21   22   23   24   ...   28
N 16


8. Adət və mərasimlərin dəyişdirilməsi

Dinlər və məzhəblər ictimai, siyasi, hərbi və emosional hadisələ-rin hadisələri tarixdə və coğrafiyada yazmış dindarlar okeanından ibarətdir. Bu okeanlardan olan bəzi damlalar isə bəzən başqa okean-lara düşə və yaxud keçə bilirlər. Başqa okeanların yeni damlalarını öz sularında görən hər bir okean onları ən bahalı mirvarid dənələri kimi əzizləyir və belə bir bahalı damlaya sahib olduqlarına görə çox sevinir və fəxr edir. Bu damlalar əslində yeni din seçənlərdir.


Yeni din qəbul etmiş insanların keçmişi və əxlaqi dəyərləri barə-sində araşdırmalar apardıqda onların əksəriyyətinin avam insanlar arasından olduğunu və öz dinləri barəsində heç bir elmə sahib olma-dığını görürük. Digər tərəfdən hər hansı bir dini alimin öz ata-baba dinindən imtina edərək yeni bir din qəbul etməsinə nadir hallarda təsadüf olunur. Keşiş Cezuit Tomas Mişel belə yazır:
Tarixi mənbələrdən əldə olunmuş məlumatlar bunu göstərir ki, öz dini və mənəvi aləminə tam qəlbilə bağlı olan hər hansı bir müsəl-man və ya xristyanın öz dinindən üz döndərərək başqa bir dini qəbul etməsi olduqca azdır. Bunu da qeyd etmək lazımdır ki, istər keçmişdə, istərsə də indi bəzi insanların evlilik, peşə seçimi, mədəni göstərici-lərinin yüksəldilməsi və ictimai təzyiqdən yaxa qurtarmaq üçün baş-qa bir dinin sıralarına daxil olmuşlar. Amma yuxarıda qeyd etdiyimiz məsələlərə baxmayaraq öz dininə tam şəkildə bağlı olan insanın baş-



  1. Əsərlər toplusu, cild 3, səhifə 439

273


qa bir din seçərək öz dinini tərk etməsinə olduqca nadir hallarda rast gəlmək olar.”1

Bir şəxsin öz dinini tərk edərək başqa bir din sıralarına daxil ol-ması məsələsi sahəsində verilmiş dinlərarası bu açıqlama kəlam el-mində qəbul olunmaz məsələdir. Kəlam elmində dini dəyişmək pro-sesi yalnız bir yolla mümkündür. Həmən şəxs seçdiyi dinin düzgün və başqa dinin isə səhv olmasını sübut etməlidir.


Yeni din qəbul edən şəxslər çox vaxt hansı səbəblər üzündən ye-ni bir din seçmələrini izah edə bilmirlər. Dinini yeni dəyişmiş şəxsin dostları yeni dinin hansı tərəflərinin onu özünə cəlb etməsini soruşur-lar. Amma yeni din qəbul etmiş insanların əksəriyyəti nə əvvəlki, nə də yeni qəbul etdiyi din sahəsində heç bir məlumata malik olmamala-rına görə onların arasında müqayisə aparmaqda aciz qalırlar və onla-rın suallarına heç bir cavab tapa bilmirlər. Bir məsələni də unutmayaq ki, dindarların öz ata-babalarından qalan dinlərinin davamçıları olması üçün səbəbləri olduqları kimi dinlərini dəyişmiş insanların da yeni din seçmələri sahəsində özünəməxsus səbəbləri vardır.
Dinlərin əksəriyyəti sıralarına yeni insanları qəbul edirlər. Am-ma, bəzi dinlər həmin dini qəbul etməyən şəxsləri qəbul etmirlər və onları rəsmən bu dinin davamçıları kimi tanımırlar. Belə dinlərə mi-sal olaraq Livandakı Dürziləri, İranda və İraqda olan sabiiləri misal çəkmək olar. Bu din nözteyi-nəzərindən yalnız həmən dinin davamçı-larından ibarət olan ailədə dünyaya gəlmiş uşaqlar qeyd olunmuş di-nin davamçıları ola bilərlər.
Öz sıralarına yeni insanlar qəbul edən dinlərdə təbliğ məfhumu mövcuddur. Bəzi dinlərdə təbliğ məfhumu yoxdur, amma hər hansı bir şəxs bu dinin sıralarına daxil olmaq istəsə onu qəbul edirlər. Buna misal olaraq Yəhudiliyi nümunə gətirmək olar.
Yarandığı ilk dövründən indiyədək Xristyanlıqda güclü təbliğat məsələsi mövcud olmuşdur. Bu din təbliğatçıları və missionerləri dünyanın bütün yerlərinə gedərək böyük uğurlar qazanmışlar. Onlar



  1. Məsihi kəlamı, səh 16-17

274


müxtəlif xalqların dillərini öyərnmək, müqəddəs kitabı həmin dillərə tərcümə etmək, rəngarəng təbliğat kitabları hazırlamaq sahələrində ciddi formada səy göstərirlər. Dünyanın istismarçı ölkələri də daim belə missioner fəlaiyyətlərini dəstəkləmişlər.

Xristyan missionerlərin əksəriyyəti protestantdırlar. Onlar xəstə-xanalar inşa etməklə, insanları savadlandırmaqla, insanlar üçün ümu-mi əyləncə və istirahət mərkəzləri təsis etməklə onları xristyanlığa dəvət edirlər. Eləcə də, olduqca maraqlı radio-televizya verilişləri ha-zırlamaqla insanları öz dinlərinin sıralarına gətirmək üçün çalışırlar.




  1. Allahın qüdrət dini, Allahın məhəbbət dini və Allahın rəhmət dini

Xristyanlar təxminən 2 min il bundan öncə Həzrət İsanın (ə) zü-huruna qədər yəhudiliyin Allahın nəzəri altındakı din olmasını qəbul edirlər. Amma, bundan sonra, yəni Həzrət İsanın (ə) zühurundan son-ra İlahi feyz artıq xrityanlığa aid olunmağa başladı. Müsəlmanlar da özlərindən öncə mövcud olmuş dinlərin haqq dini olmasını qəbul edirlər, amma İslam dinin bütün bu dinlərin hamısını qüvvədən saldı-ğını bildirirlər.


Digər tərəfdən isə qeyd etmək lazımdır ki, yəhudilik Allahın qüdrət dini, xristyanlıq Allahın məhəbbət dini və İslam Allahın rəh-mət dinidir.
Yəhudilik Allahın qüdrət dinidir, çünki Allah-Taala bir çox hal-larda bu qövmün xeyrinə işlər görmüşdür. Məsələn, onlar Misirdə Fi-ron və onun ətrafındakıların təzyiqi altında yaşayanda onları Qırmızı dənizdən keçirtdi və Fironun ordusunu isə suda batırdı. Daha sonra Sina səhrasında öz nemətlərini onlara əta etdi.
Xristyanlıq Allahın məhəbbət dinidir, çünki xristyanların nəzə-rincə Allah öz məhəbbəti üzündən özünü bəşər övladına göstərmişdir. Qeyd etmək lazımdır ki, xristyanlar “İnsanın Allaha məhəbbəti” mövzusundan daha çox “Allahın insana olan məhəbbəti” mövzusu

275


barəsində danışmağı sevirlər. Xristyan irfani ədəbiyyatında Allah aşiqdir və insan məşuqdur.
İslam Allahın rəhmət dinidir, çünki Allahu-Taala Həzrət Mu-həmmədi (s) dünyada olan bütün insanlara rəhmət rəmzi olaraq göndərdi. (Ənbiya surəsi, 107)
10. Allahı tanımaq

Tövhid termini İslam kəlamı elmində ilk olaraq yalnız Allahı ta-nımaq məsələsinə aid ediliri və sonrakı mərhələd isə “Tövhidə əsas-lanaraq Allahı tanımaq” məsələsinə şamil olunmağa başlanıldı.

Dinlərin əksəriyyəti (bəlkə də indiki dinlərin hamısı) Allahın varlığına inanır. Allahın varlığına inan dinlərin əksəriyyəti onun üçün özünəməxsus ad qoymuşlar. Bəzən Allahın xüsusi adı bəzi dinlərdə və inancı olan bəzi insanların zehnində unudulur. Hinduizmdə Alla-hın xüsusi adı “Brahman”, Yəhudilikdə “Yəhvə”, Zərdüştlükdə “Ahura Mazda” və İslam dinində “Allah”-dır. Xristyanlıqda Allahın xüsusi adı yoxdur və Əhdi-Cədiddə (Yunanca olan mətndə) Allaha ümumi bir ad, yəni “Tanrı” adı verilmişdir.
Din dili ilə yerli dil arasında fərq olanda bəzi vaxtlar yerli dil üçün bəzi problemlər meydana çıxa bilər. Hal-hazırda Fars dilində tərcümədə “İlah” mənasını verən “Xoda” ümumi adı “Allah” sözü-nün yerinə də istifadə olunur. Çünki, ilk farsdilli müsəlmanlar “Al-lah” xüsusi adının əvəvzinə “Ahura Mazda” sözündən istifadə etməyi rəva bilmədilər. Elə bu səbəbdən də, “La İlahə illəllah” sözünü tərcü-mə etmə böyük problemlər yaratdı. Xoşbəxtlikdən Türk dilində “İlah” sözünün yerinə “Tanrı” (Tenqri) sözündən istifadə olunur və xüsusi ad olan “Allah” üçün isə elə “Allah” kəlməsindən istifadə olu-nur. Bir çox başqa dinlərə, o cümlədən Avropa dillərində (xristyanlıq üçün) Allah üçün xüsusi ad mövcud deyildir. Məsələn, İngilis dilin-dəki “god” sözü həm Allahın ümumi, həm də xüsusi adıdır. Amma yüngül fərq mövcuddur və həmin fərq bundan ibarətdir ki, Allahın xüsusi adı qeyd olunanda “God” formasında, yəni böyük hərflərlə ya-

276


zılır. Bu o qədər də yaxşı çıxış yolu hesab olunmur. Çünki, daha çox istifadə olunan şifahi dildə bu fərqi anlamaq mümkün deyildir.
Allahın adına olan hörmət və ehtiram dinlərdə bəzi tabular yarat-mışdır. Öncə qeyd etdiyimiz kimi yəhudilər on fərmandan üçüncüsü-nə çox diqqətlə əməl edirlər. Üçüncü fərmanda belə qeyd olunmuş-dur; “Allahın adını səhv şəkildə demə!” Elə bu səbəbdən də, yəhudi-lər hətta Tövrat oxuyarkən belə “Yəhvə” sözünü dillərinə gətirməyi özlərinə haram bilirlər və bu sözün yerinə “Adonay”, yəni “Bizim ağamız” sözündən istifadə edirlər. Bu tabu hətta başqa dillərdə olsa belə Allahın adına dəlalət edən bütün adlar barəsində də özünü gös-tərir. Məsələn, yəhudilərin əksəriyyəti “Xoda” sözünü “Hoda”, “İlah” sözünü “İ-lah” və “God” sözünü “G-d” formasında yazırlar. Xrist-yanlar və başqa ümmətlərdə də belə məsələlər mövcud olmuşdur. İyirmi cildlik “Oxford” lüğətində “God” sözündə bu sözün əksərən 17-18-ci əsrlərə aid olan iyirmi cür tələffüz forması qeyd olunmuşdur və bunların bəzilərinin tələffüzü olduqca qarışıqdır.1
10-1. Tək və çox
Dünya xalqlarının Allaha olan etiqadı iki cürdür: Tövhid (yəni Allahın tək olmasını qəbul etmək) və Şirk (yəni Allaha şərik qoş-maq). Amma bu iki müxtəlif baxışı bir-biri ilə üst-üstə düşəcək formada da açıqlamaq mümkündür.

Xristyanlıqda tövhid müqəddəs üçlüklə bir yerdədir və xristyan-lar Allahın təkliyinə inanmalarından əlavə müqəddəs üçlüyə də ina-nırlar. Onlar həm tövhidi baxışlarına, həm də müqəddəs üçlük baxış-larına heç bir xələl gəlməməsi üçün öz dini etiqadlarını uyğunlaşdır-mağa çalışırlar. Amma bu iki məsələni uyğunlaşdırmaq mümkün ol-madığı üçün sonda müqəddəs üçlüyün ilahi bir sirr olduğunu bildirir-lər.





  1. İran müsəlmanları da ﷲﺁ sözünü ...ﺁ formasında qeyd edirlər. Yəni “Əlif” hərfini yazdıqdan sonra üç nöqtə qoyurlar və Allahın adını tam yazmırlar.

277


Digər tərəfdən çoxallahlılığa inanan insanlar öz etiqadlarına belə açıqlama verirlər ki, onların çoxlu sayda tanrılarından birinin məqamı digərlərindən daha yüksəkdir. Elə bu səbəbdən də, o biri tanrılar onun mələkləri və vasitəçiləri rolunu daşıyırlar. Yalnız İbrahimi dinlərdə bütün mələyin yerinə Allahın köməkçisi olması məsələsi qəbuledil-məzdir. Qurani-Kərimdə bu barədə belə buyurulur:
نﺎَﻄْﻠُﺳٍ ﻦِﻣ ﺎَﻬِﺑ ﻪّﻠﻟاُ لَﺰﻧَأ ﺎﱠﻣ ﻢُآُؤﺂَﺑﺁَو ﻢُﺘﻧَأْ ﺎَهﻮُﻤُﺘْﻴﱠﻤَﺳ ءﺎَﻤْﺳَأ ﻻِإﱠ ﻪِﻧوُد ﻦِﻣ نوُﺪُﺒْﻌَﺗ ﺎَﻣ “(Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özün-

dən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlar-dan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edil-məsinə dair) heç bir dəlil nazil etməmişdir.”1


İnsan vəhy olmadan tövhidlə şirk arasındakı sərhədi təyin edə bilməz. “Allahın izni olmadan (qiyamətdə) Onun yanında (hüzu-runda) kim şəfaət (bu və ya digər şəxsin günahlarının bağışlanma-sını xahiş) edə bilər?(Bəqərə surəsi, ayə 255)
Tövhidə inananlar hər şeydən əzəmətli olan və insanın təsəvvü-ründən belə çox yüksəklərdə dayanan Allaha inanırlar. Onların eti-qadlarına əsasən Allahın elmi və qüdrəti sonsuzdur və onlar dini mətnlərdə bu nəzəriyyəyə zidd yazılmış hər bir sözü məcazi mənada açıqlamağa çalışırlar.
Müşriklərin bəziləri “Allah o qədər böyük, əzəmətli və pakdır ki, maddi dünya ilə heç bir əlaqəsi yoxdur. Elə bu səbəbdən də, öz istək-lərimizə çatmaq üçün onun şəriklərindən kömək istəməliyik” kimi fi-kirləri irəli sürürlər. Onlar belə mövcudları dünya işlərini həyata ke-çirən işçilər kimi adlandırmağa çalışırlar və gündəlik tələbatların ödə-nilməsi üçün onlara müraciət olunmağın vacibliyini vurğulayırlar. Əzəmətli peyğəmbərlər bu şəriklərin Allah tərəfindən təyin olunma-dıqlarını və elə bu səbəbdən də, onların heç bir qüdrətə sahib olma-dıqlarını, onlara sitayiş olunmamağı və onlardan kömək istəməməyi bildirmişlər.



  1. Yusif surəsi, ayə 40

278


10-2. İnsanlara oxşarlığı və insani sifətlərdən uzaq olması
İbrahimi dinlər yaradndığı ilk dövürlərdə fəlsəfə ilə o qədərdə yaxşı əlaqədə deyildilər və elçi Pavlos öz davamçılarına xəbərdalıq verərək belə deyirdi:
Diqqətli olun ki heç kim sizi fəlsəfə və yalnış hiylələrlə yoldan çıxartmasın (Kolusiyalılara məktub, 2:8)
Kilsənin ilk Papalarından olan Tertuliyan (Tertulian) belə demiş-
dir: “Afinanın Urşəlimlə nə əlaqəsi var?”1

Amma çox keçmədən bütün İbrahimi dinlərin davamçıları bir-birinin arxasınca fəlsəfəyə tərəf getdilər və fəlsəfə də onlara tərəf gəl-di. İlkin fəlsəfə kəlam elminin əsasını qoydu və bu hadisə də öz növ-bəsində bütün müsəlmanların təşvişə düşməsinə səbəb oldu.2 Daha sonra isə fəlsəfə özü meydana çıxdı, yəhudi, xristyan və islam fəl-səfələrinin əmələ gəlməsilə çaxnaşma yarandı. Ondan sonra İbrahimi dinlərin davamçılarının əksəriyyəti Allahı tanıma mövzuları sahəsin-də fəlsəfənin köməyindən yararlanmağa başladılar.


Fəlsəfi bəhslərdə adətən maddi və qeyri-maddi varlıqdan, mate-riyadan söz açılır. Amma insan yalnız maddə və təbiəti təsəvvür et-mək bacarığına malikdir və qeyri-maddi həyata, təbiətdən kənarda olan məsələlərə inansa bu barədəki bütün təsdiqləyici dəlilləri onun təsəvvürü çərçivəsinə sığmayacaqdır. Ən çoxu isə o sirli aləmdən in-kar sözlərindən istifadə etməklə söz açacaqdır. Elə bu səbəbdən də, Allah-Taala, mənəvi məsələlər və əqlani bəhslər barəsində söz açan-da söz qıtlığı ilə üzləşirik. Həqiqətdə isə bütün bu bəhslərdə gündəlik həyatımızda istifadə etdiyimiz adi sözlərdən yararlanırıq və bu məsələ də bizim üçün bəzi çətinliklər yaradır.
Allah-Taala barəsindəki yaranmış hər bir təsəvvür (məsələn o müqəddəs zatın mövcudluq təsəvvürü), hər bir davranış (məsələn, ona sitayiş etmək), hər bir söz (məsələn Allahla insan arasındakı əla-qəni çatdırmaq üçü istifadə olunan “Ağa və qul”, “Ata və oğul” söz-



  1. Bidətçilərə rədd cavabı, 7

  2. Sələfilər hələ də kəlam elminin müsəlmanlar arasında əmələ gəlməsindən narahat-dılar.

279


ləri) Allahın insana bənzədilməsi (Anthropomorphism) təəssüratını yaradır. Bu məfhumları anlamaq üçün isə insan ağlı müqayisə yolun-dan yaralanır və bununla nəticəyə çatır.1
Onda yəhudilərin və xristyanların müqəddəs kitabları Allah-Taa-lanın güləşmək2 məsələsini meydana çıxartmaqdan çəkinmirsə Qura-ni-Kərim də bəzi məqamlarda Allahın pak zatına məkr, hiylə, intiqam kimi hissləri aid edə bilər. Qurani-Kərim eləcə də, Allahın ona əziy-yət verənləri cəzalandıracağını, möminlərin ona kömək etmək məc-buriyyətində olmalarını, ona borc vermələrini və xəyanətdən ona sı-ğınmaları kimi məsələləri də qeyd etmişdir. Eləcə də, Allahın taxtda oturması, onun göydə olması, pərvərdigarın gəlməsi, qiyamət günü ona baxilması və ələ, gözə, üzə və kürəyə sahib olması kimi bəzi fi-kirlərin Qurani-Kərimin bəzi ayələrində qeyd olunması Allahı cis-manləşdirənlərin əlində şüar olmuşdur. Hədis əhli həmin sözlərin za-hiri mənası ilə kifayətlənərək birbaşa olaraq cismi olmayan varlığın “Mövcud” olması mümükün deyildir fikirlərini söyləmişlər. Halbuki, Şiyələr və Mötəzililər Həzrət Əmirəlmöminin Əlinin (ə) bələdçiliyi ilə bu sözləri daha geniş şərh etmişlər və onlara çox münasib açıqla-malar vermişlər.3 Əş’ərilər də illər boyunca yavaş-yavaş Hədis əhli-nin belə dini etiqadlarından uzaqlaşaraq şiyələrin və mötəzililərin bu


  1. İnsanın materialist düşüncəsi İlahi vəhyin köməyi olmadan dünyada baş verən təbii hadisələri (məsələn, sevinci, qəmi, xoşbəxtliyi, bədbəxtliyi, hamı tərəfindən sevilmə-yi, bədnamlığı, ehtiyacsızlığı, ehtiyaclı olmağı, sağlamlığı, xəstəliyi, ömrün uzun və yaxud qısalığını, ruzinin çox və yaxud az olmasını, sel, zəlzələ, quraqlığı, təhlükəni və başqa məsələləri)insanla Allah arasındakı möhkəm bağlılığı nəzərə almadan açıq-laya bilməz. Yəhudiliyin, xristyanlığın və islamın müqəddəs kitabları, xüsusən də Qurani-Kərim yuxarıda qeyd etdiyimiz hadisələri bəşəri fəlsəfənin köməkliyi ilə əcr, savab, əzab və s. kimi açıqlayır və bunların hamısının əxlaqa və mənəvi aləmə aid olduğunu bildirir.

  2. Yaranış, 32:24-32

  3. Kəlam elmi alimlərinin əksəriyyəti Hədis əhli ilə müxalif olduqlarını bildirmişlər. Onlar Allahdan başqa hər bir varlığın, hətta mələklərin belə cismə malik olduqlarını bildirdilər. Məad və axirət dünyası barəsindəki ayələrin də zahirən şərh olunmağa ehtiyacı vardır, amma müsəlmanların əksəriyyəti belə ayələri məcazən şərh etmək-dən çəkinmişlər və məadın cismən olacağını rəsmi şəkildə qəbul etdilər. Məadın və axirət dünyasının ruhi olacağına inanmaq İslam cəmiyyətində həmişə məhkum olun-muşdur.

280


sahədəki düşüncələrinə yaxın olan mövqedən çıxış etməyə başladılar. Amma bunu da qeyd etmək lazımdır ki, Hədis əhlinin düşüncələri hə-lə də qalmaqdadır.
Eləcə də, Allah-Taalaya Tövratda “Alov”1, İncildə “Ruh”2 və Qurani-Kərimdə “Nur”3 adların ilə xitab olunmuşdur. Allahın bütün sifətlərdən uzaq bilinməsi zərurəti səmavi kitabların davamçılarını bu sözləri məcazi mənada şərh etməyə məcbur etdi. Din alimləri bu məqsədlə əqli və nəqli sübutlardan çox istifadə edirlər. Əqli dəlillər-dən daha üstün sayılan nəqli dəlillərdən biri kimi Tövratda qeyd olunmuş “Allah insan deyil”4 cümləsini nümunə gətirə bilərik. Mü-səlmanların nəqli dəlillərindən biri kimi Qurani-Kərimdəki “Ona bən-zər heç bir şey yoxdur.”5 ayəsini nümunə gətirə bilərik.
Yəhudi filosofu Filo (Philo) 1-ci əsrdə Əhdi-Ətiqi fəlsəfənin kö-məkliyi ilə şərh etmişdir. Filonun elmi irsi 215-ci ildə vəfat etmiş Klement İskəndərlinin (Clement of Alexandria) vasitəsi ilə xristyan-lığa gətirildi və 254-cü ildə vəfat etmiş Origen onu sistemləşdirdi.
Allahın bütün sifətlərdən uzaq olması məsələsi o qədər əhəmiy-yətli məsələlərdən birinə çevrildi ki dinlərin kəlam elminin alimləri “Allah necədir?” sualının əvəzinə “Allah necə deyil?” sualını soruş-mağı meydana çıxartdılar. Yəhudilikdə və xristyanlıqda əmələ gəlmiş belə baxış “Apofatik ilahiyyatın” meydana çıxmasına səbəb oldu. Apofatik ilahiyyat nöqteyi-nəzərindən bütün insani sifətlər Allaha şa-mil edilmir, hətta “mövcud” sözündən belə Allah barəsində istifadəyə icazə verilmir. Digər tərəfdən Allah-Taalanın özünü insana göstər-məsi Apofatik ilahiyyatın da kamil olmamasını sübuta yetirir.
Biz müsəlmanlar Allah-Taalanın bütün sifətlərdən uzaq olması sahəsində atılan addımlara görə sevinc hissi keçirməliyik və qeyd et-məliyik ki, kitab əhli ilə əməkdaşlıq sahələrindən biri də elə budur.
Bütün deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki, heç kim-başqa dinlərin mənbələrini söz çatışmamazlığı üzündən əmələ gələn



  1. Təsniyə və ikilik bölümü 4:24

  2. Yühənna İncili, 4:24

  3. Nur surəsi, ayə 35

  4. Ədədlər bölümü 23:19

  5. Şura surəsi, ayə 11

281


anlaşılmazlıqlara görə tənqid etməməlidir. Digər tərəfdən də, həmin kitabların İslam dini nöqteyi-nəzərindən insanlar tərəfindən hazır-lanmalarına görə biz müsəlmanların şübhəli sözləri açıqlamaq sahəsin-də üzərimizə heç bir öhdəlik düşmür. Amma biz müsəlmanlar insaflı olmalıyıq və Qurani-Kərimdə buyurulduğu kimi kitab əhli ilə söhbət zamanı ən yaxşı yollardan istifadə etməliyik. (Ənkəbut surəsi, ayə 46)
10-3. İrfan və sufilik
Bütün dinlərdə olan irfan və sufilik bəhsləri həmən dinlərin fiqhi və fəlsəfi bəhslərinə qarşı göstərilmiş reaksiya mənasını daşıyır. İrfan zövqdən yaranır, isbat və yaxud inkar edilmir və incəsənətlə yaxın əlaqəyə malikdir. İrfan olduqca incə bir alov kimidir. Qarşısına keçən hər şeyi yandıraraq irəliləyir. Hindistan və uzaq şərq dinlərinin hamı-sı irfanidir və hal-hazırda da cüzi bir təbliğat aparmaq bütün Amerika və Avropa xalqlarını öz tərəfinə çəkir. Mərhum Əllamə Təbatəbai “İslamda şiyə anlamı” adlı kitabının ikinci cildində belə yazır:
Arif Allaha eşq və məhəbbətlə sitayiş edən şəxsdir. Onun nə sa-vab qazanmaq ümidi, nə də əzabdan qorxma hissi vardır. Bu sözlər-dən İrfanın digər məzhəblərin müqabilində dayanan yeni bir məzhəb kimi qəbul etmək düzgün deyildir. İrfan Allaha sitayiş etmə yolların-dan biridir (qorxu və yaxud ümidlə edilən sitayiş yox, eşqlə edilən si-tayiş)və dinin həqiqətlərini əqli düşüncə və zahiri görünüşlə yox mə-həbbətlə anlamaq yoludur. Allaha sitayiş edən dinlərin, hətta bütpə-rəstliyin davamçıları belə bu yolun, yəni irfan yolunun köməkliyi ilə həqiqətə çatırlar. Həm bütpərəstlikdə, həm yəhudilikdə, həm xrist-yanlıqda, həm zərdüştlükdə və həm İslamda irfan əhli olan və olma-yan insanlar mövcuddur.”
Həqiqətən də irfan hər bir ölkədə özünü zamanın və məkanın dini ilə ahəngdar edir. Andalusiya səkkiz əsr İslam dininin bölgələ-rindən biri olmuşdur və 1240-cı ildə vəfat etmiş İbn Ərəbi kimi arif-lər həmən diyarda dünyaya gəlmişlər. O ərazilər 1492-ci ildə təma-milə xristyanlaşdı və rahibliyin banilərindən biri olan 1556-cı ildə və-fat etmiş Cezuit İqnatos Dolevivla kimi arifləri ərsəyə gətirdi.

282


İslam irfanı Həzrət Əmirəlmöminin Əlidən (ə) qalmışdır və bü-tün ariflərin sıralaması sonda O Həzrətə çatır. İrfan və sufilik sözləri İslamın əsas mənbələrində, eləcə də İslam ölkələrində eyni məna da-şıyır. Şeyx Əkbər Muhiyəddin İbni Ərəbi və Mövlana Cəlaləddin Ru-mi kimi şəxsiyyətlər asanlıqla “Arif” və “Sufi” adlandırılırlar. Bəzi ölkələrdə, o cümlədən İranda “Sufi” sözü bəzi səbəblər üzündən o qə-dər də müsbət məna kəsb etmir.
Daha öncə qeyd etdiyimiz kimi yəhudilərin irfanı “Qebala” ad-landırılır. Unutmamalıyıq ki, xristyanlığın yarandığı zamanlarda yə-hudi irfanının bir növü mövcud idi və davamçıları onu “Təriqət” ad-landırırdılar. (Həvarilərin işləri 9:2 və 22:4) Sonda onlar müstəqil bir din yaratdılar. Xristyanlıqda daha öncə qeyd etdiyimiz kimi yəhudi irfanı üzərində qurulmuş irfan mövcuddur. Amma bundan əlavə xristyanlıqda dərin irfan və böyük ariflər mövcuddur. Daha öncə qeyd etdiyimiz kimi Hindistan və Uzaq şərq dinləri təmamilə irfan üzərində qurulmuşdur. 1 Xristyan irfanındakı rahiblik, Hindistan və Uzaq Şərq irfanı çətinliklərə dözmək və düşünməkdən ibarətdir. Bəzi dinlər teorik və bəziləri praktik irfana üstünlük verirlər, amma ümu-milikdə böyük dinlərin hamısında irfanın hər iki növü mövcuddur. Bir müsəlman nöqteyi-nəzərindən dağın başında nitq söyləyən (Matta 5:7) və Tövrata əməl olunması məsələsinə təkid edən (Matta 5:17) Həzrət İsanın (ə) irfanı düzgün irfandır. Amma Pavelin Tövratda bu-yurulan şəriətə qarşı çıxan irfanı təmamilə yalnışdır.2 (Romalılara



  1. Mərhum Əllamə Təbatəbainin sözləri mətndə qeyd olunmuşdur: “Həm bütpərəst-likdə, həm yəhudilikdə, həm xristyanlıqda, həm zərdüştlükdə və həm İslamda irfan əhli olan və olmayan insanlar mövcuddur” Bu sözlərə əlavə olaraq bildirmək istəyi-rik ki, bütpərəst arifdən “irfanla bütpərəstlik arasında nə əlaqə vardır?” sualını soruş-saq belə cavab verəcək ki, “İnsanların bəziləri bu bütlərin vasitəsilə mənəfi paklığa çatırlar.”

  2. Bəzi ölkələrdə və xüsusən də İranda düzgün olmayan irfanı “Təsəvvüf-sufilik” və bununla məşğul olan insanı isə “Sufi adlandırılar. Bəzi səhv sufilər “Yəqin” məqamı-na çatdığını və “Allahın eşqi onu “məst” elədiyini iddia edərək “Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!” (Hicr surəsi, ayə 99) və “Sərxoş ikən nə dedi-yinizi anlamayana qədər namaza (namaz qılınan yerə) yaxınlaşmayın.” (Nisa surəsi, ayə 43) ayələrini əllərində rəhbər tutaraq ibadəti tərk etmişlər.

283


məktub, 4:13-15) Hər iki irfan xristyanlıqda bir-birinə qarışmışdır və hər hansı bir xristyan üçün onları ayırmağın heç bir mənası yoxdur.
10-4. Vəhy
Vəhy əsası və mənşəyi Allaha qayıdan hər bir dində Allahla insanlar arasındakı əlaqə mənasını kəsb edir. İslam dinində istifadə olunan “Vəhy” termini ilə xristyanlıqda istifadə olunan “revelation” (yəni, açılış) termini arasında azacıq fərq mövcuddur:
“Vəhy” ərəb dilində”İşarə” mənası verir və İslam terminalogiya-sında İlahi hidayətə dəlalət edir. Qurani-Kərim bu termindən dəfələr-lə varlıqların, insanın və bütün yaradılmışların hidayət məsələləri barəsində istifadə etmişdir. Məsələn; Səmaya olan vəhy (Fussilat su-rəsi, 12), bal arısına olan vəhy (Nəhl surəsi, 68), Mələklərə olan vəhy (Ənfal surəsi, 12), Peyğəmbərlərə olan vəhy (Nisa surəsi, 163),öz ye-ni dünyaya gəlmiş körpəsini qorumaq üçün Həzrət Musanın (ə) anasına olunan vəhy (Qəsəs surəsi, 7)
“Revelation” (Latın dilindəki “revelare”, yəni zühur və açılış sö-zündən götürülmüşdür)xristyanlıq terminologiyasında insanları xilas etmək məqsədilə Allahın insanların gözü önündə zühur etməsi məsə-ləsinə dəlalət edir. Yaradanın təzahürlərindən sayılan bu dünyadan əlavə Bəni-İsrailin dənizin parçalanması ilə nicat tapması, Tövratın əhkamı və Həzrət İsa Məsihin (ə) həyatı xristyan vəhyinin nümunələ-rindən sayılır.
Yəhudilikdə olan irfan isə İslam dinində mövcud olan irfana bənzəyir və yəhudilərin dini etiqadlarına əsasən vəhy və peyğəmbər-lik eradan 400 il öncə başa çatmışdır.
Dünyanın əksər dinlərində vəhy mövcuddur. Amma ibtidai din-lərdə də vəhyin olub-olmaması məsələsi isə bizim vəhyə necə tərif və açıqlama verməmizdən asılıdır.
Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin