Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq


-2. Dinlərdə vədəsi verilmiş xilaskarlar



Yüklə 1,01 Mb.
səhifə26/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   ...   20   21   22   23   24   25   26   27   28
N 16


13-2. Dinlərdə vədəsi verilmiş xilaskarlar
Dünyanın bütün məşhur dinlərində barəsində vədə verilmiş xilas-kar mövcuddur və bu şəxsiyyətlərin hər birisinin öz adı və xüsusiyyəti vardır. Sonuncu xilaskarlardan öncə gələcək şəxsiyyətlər də, o cümlə-dən İlyas (ə), Həzrət İsa (ə), Seyyid Həsəni və sair, sonuncu xilaskarla mübarizə aparacaq adamlar, məsələn Dəccal, Süfyani və başqaları da müxtəlif dinlərdə müxtəlif formalarda qeyd olunmuşdur. Müxtəlif din-lərin davamçılarının öz xilaskarları barəsindəki düşüncələri onların öz-lərinin bu sahədəki düşüncələrinin güclü və yaxud zəif olmasından ası-lıdır. Yəhudilər hökumətlərinin Buxtunnasr tərəfindən süquta uğratma-sından sonra və xristyanlar Konstantinin köməkliyi ilə ilk dəfə dövlət yaratmasından öncə xilaskarın gəlməsini gözləmişlər. Müsəlmanlar arasında isə dövlət başında olmayan şiyələr dövləti əllərində saxlayan əhli-sünnətdən daha çox sonuncu xilaskarın intizarında olmuşlar.



  1. Ənkəbut surəsi, ayə 2

334


Yəhudilər Həzrət Davudun (ə) nəslindən olacaq xilaskarın gəl-məsini gözləyirlər və onun adının dəqiq nə olduğunu bilmirlər. (Bə-zən bu adın Davud və bəzən də, Minahim olduğunu bildirirlər) Xrist-yanlar təxminən 2000 il bundan öncə çarmıxa çəkilmiş və ölülərin arasından qalxaraq dirilmiş, sonra da göylərə getmiş Həzrət Məsihin (ə) yenidən geri qayıtmasının intizarındadırlar. Ümumiyyətlə xrist-yanlığın əsası xilaskarın gəlməsi etiqadının üzərində qurulmuşdur. Qeyd etdiyimiz kimi xristynalıq ilk olaraq yəhudiliyin irfanı kimi meydana çıxmışdır, amma özünün də özünəməxsus irfanı vardır.

Hinduizmdə bəzi insan və heyvan cildində olan Tanrıların zühur edəcəyi düşüncə tərzi mövcuddur və onu “avatar” adlandırılar. Hind-lilər əlində qılınc və ağ at üzərində olacaq Vişnunun onuncu cilvəsi-nin, yəni “Kalki”-nin intizarındadırlar. Buddistlər isə buddanın Mait-reya1 cildində zühr edəcəyini gözləyirlər.


13-3. Şəhid və xilaskar
Keçmiş dövrlərdə yaşamış şəhidlər və gələcəkdə gəlməsi gözlə-nilən xilaskarlar hər bir dinin sabitliyi və həyatını davam etdirməsi üçün olduqca böyük əhəmiyyət daşıyır. Şəhidlər heç vaxt ölmürlər və bəzi dinlərin şəhidlərin cismən də diri olmasını iddia edə bilərlər.
Xristyanlığın şəhidi və xilaskarı da Məsihdir.2 İncillərdə qeyd olunduğu kimi o öldürüldükdən sonra qəbrindən qalxaraq qırx gün ərzində öz silahdaşları ilə görüşlər keçirmişdir və sonra göylərə qalx-mışdır. İslam dünyasında şəhid sonuncu xilaskardan fərqlidir. Şiyələ-rin nəzərində Üçüncü İmam şəhiddir və On ikinci İmam vədə veril-miş xilaskar. O Həzrət Aşura günü olacaq öz qiyamının ilk anlarında ulu babasının məzlumcasına şəhid olmasınıbütün dünya əhlinə elan edəcəkdir. Digər tərəfdən O müqəddəs şəhid rəcət zamanı sevimli öv-



  1. Maitreya Sanskrit dilində “Sevən” mənasını kəsb edir.

  2. Bir məsələyə diqqət yetirmək lazımdır ki, xristyanlar heç vaxt həzrət İsanı (ə) “Şəhid” adlandırmırlar. Əksinə fədakarlıq əqidəsinə əsasən O Həzrəti “Qurban” ad-landırılar. Şəhid termini mətnlərdə yalnız müqayisə məqsədilə istifadə edilmişdir. Sözsüz ki, xristyanlıq da hər bir din kimi Həvarilərin zamanından indiyədək saysız-hesabsız şəhidlər vermişdir.

335


ladına qoşulacaqdır və ondan sonra üzün müddət ərzində hakimiyyət sürəcəkdir.1
Yəhudilərin xilaskarı əhli-sünnətdəki Mehdi anlayışı ilə üst-üstə düşür. Hər iki düşüncəyə əsasən xilaskar hələ dünyaya gəlməlidir.2 Xristyanların xilaskarı isə şiyələrin Həzrət Mehdi (əc) barəsindəki düşüncələri ilə eynilik təşkil edir. Bu iki firqənin nəzərincə xilaskar artıq çoxdan dünyaya gəlmişdir və dünyanın sonunda yenidən zühur etmək üçün qeybə çəkilmişdir. Başqa dinlərdə və məzhəblərdə qeyd etdiyimiz iki düşüncə tərzlərinə uyğun nəzərlər mövcuddur. Qurani Kərimdə mövcud olan axirəttanıma bəhslərində insanların yenidən dirilməsindən əlavə hesab-kitab, cənnət və cəhənnmə məsələləri də dünyanın sonunda baş verəcək hadisələr hesab olunurlar. Ənbiya su-rəsinin 95-96-cı ayələrində və Nəml surəsinin 82-85-ci ayələrində rə-cət, Yəcuc və Məcucun azadlığa çıxması, “Dəbbətul Ərz” məsələləri-nə işarə olunmuşdur. Ənbiya surəsinin 105-ci ayəsinə əsasən Allah-Taala Zəburda saleh insanları yerin varislərinə çevrəcəyi qeyd olun-muşdur. Bu sözlər 37:29cu Məzamirdə mövcuddur.3
13-4. Xilas intizarında olmaq
İbrahimi dinlərin ər üçündə dünyanın axrının (rəcətin və qiya-mətin) yaxın olması barəsində söz açılmışdır və hər üç din insanları dünyanın sonunun nə vaxt gələcəyi barəsində nəzər verməkdən uzaq olmağa çağırmışlar. Amma qeyd etmək lazımdır ki, dünyanın sonu-



  1. Bürhan təfsiri kitabında “Yəvmul Kərrət” barəsindəki hədislərə əsasən İsra surə-sinin 6-cı ayəsinin təfsirində qeyd olunmuşdur ki, Həzrət İmam Hüseyn (əs) rəcət (qayıdış) zamanı olduqca mühim rol oynayacaqdır və Həzrət Mehdini (əc) təchiz et-mək O Həzrətin üzərinə düşəcəkdir. İmam Cəfər Sadiqə (ə) istinadən nəql olunun bu hədisdə O Həzrət cəza gününün hakimi kimi qeyd olunmuşdur. Bu da öz növbəsində xristyanların Həzrət İsa (ə) barəsindəki dini əqidəsi ilə üst-üstə düşür.

  2. Əhli-sünnətin olduqca az bir hissəsi Məhdəviyyəti inkar edirlər və belə insanlardan biri də İbn Xəldundur. Eləcə də, Əhli-sünnətin az bir hissəsi də şiələrin On ikinici İmamının Məhdəviyyətinə inanırlar və belə şəxslərdən biri də İbn Ərəbidir. (Bu ba-rədə ətraflı məlumat toplamaq üçün Şəhid Mütəhhərinin əsərlər toplusunun 4-cü cil-dinə, səhifə 944-ə müraciət etmək mümkündür.)

  3. Hal-hazırda mövcud olan Zəbur Həzrət Davudun (ə) Allahla münacatları toplusu-dur və kitab əhli onu vəhy, eyni zamanda səmavi kitab kimi qəbul edir.

336


nun nə vaxt gələcəyi barəsində proqnoz vermək bu dinlərin davam-çılarının arasında həmişə kəskin şəkildə mövcud olmuşdur və hal-hazırda da mövcuddur. Onlar dinlərin adət-ənənələrində mövcud olan zühur əlamətlərini öz zamanları ilə uzlaşladırmağa çalışırlar. Bu əla-mətlərin bəziləri dünyada baş verən təbii hadisələr və bəzilər insanla-rın əxlaqi davranışları ilə əlaqədardır.

Düyanın sonunun nə vaxt olacağı barədə danışan insanlar Əbcəd hərflərindən istifadə etməklə zühurun dəqiq vaxtını müəyyənləşdir-məyə çalışırlar və buna inanırlar. Bu üç dininin hər birisində bəzi in-sanlar bütün döyüş yaraq-yasaqlarını hazırlayaraq tam təchiz olun-muş halda xilaskarın və dünyanın sonunun nə vaxt gələcəyini gözlə-mişlər. Yəhudilər onun dağın arxasından çıxacağı ümidi ilə üfüqə göz dikmişlər, xristyanlar onun üçün çox böyük bir bina icarəyə götür-müşlər və müsəlmanlar cümə günlərində çöllərə və səhralara gedərək “Əl Əcəl ya Sahibəz Zaman (əc)!” fəryadlarını qaldırmış və O Həzrə-tin mübarik zühurununun çatmasını böyük sevgi ilə gözləmişlər.


Vədə verilmiş xilaskarın müqəddəs özünəməxsusluqları vardır: Yəhudilərin xilaskarı Həzrət Davudun (ə) nəslindən olması səbəbindən O Həzrətin dünyaya gəldiyi Beyt-Ləhm şəhərində dünyaya göz aça-caqdır. Böyük ehtimala əsasən onun adı Davuddur. Xristyanların xilas-karının 12 Həvarisi1 var və onlar Bəni-İsrailinin 12 nəslinə başçılıq edəcəklər. İslam dinindəki xilaskarın adı və künyəsi (bəzi rəvayətlərə əsasən isə atasının adı) Həzrət Muhəmməd Mustafa (s) ilə eynilik təş-kil edir. Silahdaşlarının sayı Bədr döyüşündəki döyüşçülərin sayı qə-dər, yəni 313 nəfər olacaqdır. O Həzrətin qiyam etdiyi yer Kəbə evinin yanında olacaqdır. Hökumətinin əsas şəhəri Həzrət Əmirəlmöminin Əlinin (ə) hökumətinin əsas şəhəri Kufə şəhəri olacaqdır. Məlumat üçün bildirmək istərdik ki, Kufə şəhərinin sakinləri Həzrət Əmirəl-möminin Əliyə (ə) sədaqətsizlik göstərdikləri kimi O Həzrətin cani-şinləri İmam Həsən (ə) və İmam Hüseyn (ə) də sədaqətsizlik göstər-mişlər.



  1. Həvari sözü Həbəşi dilində Elçi mənasını verir

337


Qeyd etdiyimiz özünəməxsusluqlar bəzi iddiaçıları çarəsiz qoy-muşdur. Yəhudilər Həzrət İsanın (ə) aşağıda qeyd edəcəyimiz səbəb-lərdən xilaskar Məsiha omasını bildirmişdilər və O Həzrəti xilaskar kimi qəbul etməmişdilər. Həmən səbəblər bunlardır:

  1. O Həzrət Davudun (ə) nəslindən deyildir




  1. Beyt-Ləhmdə dünyaya gəlməmişdir.




  1. Heç kim onu müqəddəs yağla məsh etməmişdir




  1. Ondan öncə İlyas göylərdən geri dönməmişdir




  1. O, öz düşmənlərinə qalib gəlməmişdir

Bu iradları aradan götürmək məqsədilə bəzi addımlar atılmışdır:




  1. Həm Matta, Həm Luka (Bəlkə də bir-birindən xəbərsiz) Həz-rət İsa Məsihin (ə) ögey atası Dülgər Yusifin nəslini araşdıraraq Həz-rət Davudu (ə) da onun ata-babalarının arasında yerləşdirmişdilər. Bu iki şəcərənamə və nəsil piramidası bir-biri ilə üst-üstə düşmürlər.1 Di-gər tərəfdən Həzrət İsaya (ə) istinadən bildirmişlər ki vədə verilmiş xilaskar Məsihanın Həzrət Davudun (ə) nəslindən olması nəzərdə tu-tulmamışdı və vacib bilinmirdi.2

  2. Celil əyalətininin Nasirə şəhərindən3 olan Həzrət İsanın (ə) əslində Yəhudiyyə əyalətinin Beyt-Ləhm şəhərində dünyaya gəldi-yini iddia etmişlər.4



  1. Həzrət Məryəm (ə) da Həzrət Davudun (ə) nəslindən olmamışdır. Çünki, Luka İnci-linin birinci fəslinə diqqət yetirsək görərik ki, Həzrət Yəhyanın (ə) anası Elisabat Ha-run (əs)-ın nəslindən olmuşdur (Luka 1:5) və Həzrət Məryəm (ə) Elisabatın qohum-larından olmuşdur (Luka 1:36). Həzrət Harunun (ə) nəslindən olan şəxsin nə özü, nə də qohumları Həzrət Davudun (ə) nəslindən ola bilməz. Çünki, Həzrət Davud (ə) Həzrət Harunun (ə) nəslindən deyildir.

  2. Matta 22:41-46; Markos 12:35-37; Luka 20:41-44

  3. “Bəziləri dedilər: “O Məsihdir”, bəziləri isə dedilər ki, məgər Məsih Celildə dünya-ya gəlməli idi? Məgər müqəddəs kitabda onun Davudun nəslindən və Davudun dün-yaya gəldiyi Beyt-Ləhmdən olması bildirilməmişdir?! Beləliklə onun barəsində in-sanlar arasında fikir ayrılıqları meydana çıxdı” (Yühənna 7:41-43)




  1. Matta və Luka İncillərində Həzrət İsa Məsih (əs)-ın dünyaya gəlməsi hekayətlərinə müraciət edə bilərsiz. Yühənna İncilində (7:41-43)-də oxuyuruq: “Bəziləri dedilər: “O Məsihdir”, bəziləri isə dedilər ki, məgər Məsih Celildə dünyaya gəlməli idi? Mə-gər müqəddəs kitabda onun Davudun nəslindən və Davudun dünyaya gəldiyi Beyt-Ləhmdən olması bildirilməmişdir?!” “Beləliklə onun barəsində insanlar arasında fi-kir ayrılıqları meydana çıxdı”

338


  1. Onun məsh olunması barəsində isə onun Allah tərəfindən məsh olunması bildirilmişdir.1




  1. Həzrət İsanın (ə) özünə istinadən bildirmişdilər ki Həzrət Yəhya (ə) Məsihdən öncə gəlməli olan İlyasdır.2




  1. Düşmənlərin üzərində qələbə çalmağı isə hər bir insan üçün iddia etmək olar və elə bu səbəbdən də Həzrət İsaya (ə) istinadən bu sözlər nəql olunmuşdur: “Özünüzü ələ alın, çünki mən dünyaya qalib gəlmişəm!”3 Eləcə də, xristyanlar daim O Həzrətin ölümə və şeytan-lara qalib gəlməsindən söz açmışlar.

Həzrət İsanın (ə) Məsiha kimi qəbul olunması üçün Əhdi-Cədi-din bəzi yerlərində buna bənzər apokalipsislərə rast gəlmək mümkün-dür. Bu şübhələrin aradan götürülməsindən sonra xristyanlıq daha da möhkəmləndi və milyonlarla insan bu dini qəbul etməklə pak və din-dar həyatı seçdilər, özlərini Həzrət İsa Məsihin (ə) sevgisi odunda yandırdılar.


13-5. Dinlərdə mövcud olan yalançı xilaskarlar
Xilaskarın zühur etməsi istəyi yəhudilikdə çoxlu sayda Məsiha-nın, xristyanlıqda Məsihin və İslamda Mehdinin meydana çıxmasına səbəb oldu. Bunlardan əlavə hər üç dində saxta peyğəmbərlər və Tan-rılar meydana çıxmışlar. İstər saxta xilaskar olsun və istərsə də saxta peyğəmbər onların hamısı qiyam etməyə və çaxnaşma yaratmağa səy göstərmişlər. Yəhudilərin nəzərincə Həzrət İsa Məsih (əs) yalançı Məsiha olmuşdur və yəhudilik tarixində belə insanlar həddən ziya-dədir və onlar eləcə də, O Həzrətin edamı üçün münasib işlər gördük-lərini də gizlətmirlər. Amma qeyd etmək lazımdır ki, O Həzrət yəhu-dilərin ondan gözlədiklərini həyata keçirə bilmədi və yəhudilərin üz-ləşdikləri müsibətləri, əzab-əziyyətləri və müsibətləri azalda bilmədi.



  1. Həvarilərin işləri 4:27 və 10:38

  2. Matta 11:14 və 17:10-13 və Markos 9:11-13. Qeyd etmək lazımdır ki, Həzrət Yəh-ya (ə) özünü yəhudi rəhbərlərinə təqdim edərkən onun İlyas olmadığını bildirmişdir (Yühənna 1:21)




  1. Yühənna 16:33

339


Xilaskarın zühur vaxtı və əlamətləri barəsində araşdırma aparan və fikirlər irəli sürən insanların bəziləri özünəməxsus psixoloji xəstə-liyə tutulurlar. Onlar sonda özlərini ya xilaskar, ya da xilaskardan ön-cə gəlməli olan şəxs kimi qələmə verməyə çalışırlar. Amma onların bu iddiaları çox zaman mənsəb və var-dövlət qazanmaq məqsədi da-şıyır.

Seyyid Əli Muhəmməd Şirazi Hicri-Qəməri tarixi ilə 1260–cı il-də özünü Babe İmam Zman (əc) (Yəni İmam Zamanın (əc) qapısı) et-di və sonra da İmam Zamanın onun özü olduğunu bildirdi. O, sonda özünü peyğəmbər elan etdi. Tarixçilərin verdiyi məlumatlara əsasən onda psixoloji natarazlıq var idi.


İslam alimləri onu mühakimə etməyə başladılar və onu dəli ol-masına görə müəyyən müddətlik əl dəymədilər və edam etmədilər. Sonra o bütün iddialarına yazılı və şifahi formada tövbə etdi. Onun öz xətti ilə yazdığı tövbənaməsi İranın parlament kitabxanasında qo-runub saxlanılır.
O, bir müddətdən sonra öz tövbəsini pozdu və yenidən öz batil iddialarını irəli sürməyə başladı. Sonda ikinci dəfə Təbriz şəhərində mühakimə olunduqdan sonra edam olundu.
Babın canişinlərindən biri Hüseyəli Nuri idi. O, özünü Bəhaul-lah adlandırdı və Babiliyi Bəhailiyə çevirdi. Vəzifə və ad-san düşkü-nü olan bu insanın heç bir psixoloji problemi yox idi və o özünü ilk olaraq peyğəmbər və sonra Tanrı elan etdi. Ondan sonra oğlu Əbdül-bəha ləqəbi ilə tanınan Abbas Əfəndi hiyləgərliklə bəhailiyi genişlən-dirməyə və insanlar arasında yaymağa başladı. Onun canişini qızının nəvəsi Şövqi əfəndi idi. Onun övladı yox idi və ölümündən sonra, yə-ni 1975-ci ildə Beytül Ədl Əzəm Bəhailərin başçılığını ələ aldı. Bu üç şəxs Fələstinin Əkka şəhərində İngilislərin işğalı altında olan əra-zilərdə yaşayırdılar və bu istismarçı dövlət tərəfindən dəstəklənirdi-lər. İsrail ölkəsi Şövqi Əfəndinin zamanında yarandı və Beytül Ədl Əzəmin, bu firqə başçılarının qəbirləri hələ də qorunur və qorunmaq-dadır. (Bəzi iddialara əsasən edam olunmuş Bab da elə orada dəfn olunmuşdur.)

340


Müxtəlif dinlərdə meydana çıxmış saxta və yalançı xilaskarların sayını Allahdan başqa heç kim bilmir. Belə şəxsləri yəhudilikdə Ma-şiyah Şeker, xristyanlıqda Yalançı Məsih və İslamda Mutəməhdi ad-landırırlar.
13-6. Dəccal
Dəccal (Antixrist) hər üç dində, yəni istər yəhudilikdə, istər xristyanlıqda və istərsə də İslamda mövcuddur.1 Bu söz ərəb dilində “Qızıl suyu” mənasını verir və elə bu səbəbdən də, batili haqq kimi qələmə verən yalançı insanlar Dəccal adlandırılırlar. Dəccal dünyanın sonunda gələcək, insanları azdıracaq hiyləgər və zalım insana qo-yulmuş bir ləqəbdir. Yəhudilər onun adının “Armilos” və müsəlman-lar “Said ibni Seyd” olduğunu bildirirlər. Belə deyirlər ki, O müqəd-dəs Mədinə şəhərində dünyaya gələndə Həzrət Muhəmməd (s) onu görmək üçün evinə getdi və anası ilə söhbət edərkən onun dünyanı fitnə-fəsad meydanına çevirəcək Dəccal olduğunu buyurdu. İkinci xəlifə hətta Said ibni Seydi öldürmək qərarına gəldikdə belə Həzrət Muhəmməd (s) ona bu işi görməyə icazə vermədi. Belə ki, əgər o do-ğurdan da dünyanın sonunda fitnə-fəsad törədəcək Dəccaldırsa onu öldürə bilməyəcəkdi və əgər Dəccal olmasaydı onu öldürməkdə heç bir xeyir yoxdur.2
Dəccal barəsindəki narahatlıq o qədər kəskin olmuşdur ki, İkinci xəlifə Şamı fəth edərkən kitab əhlinin alimlərindən belə Dəccal barə-sində soruşmuşdur. Dəccalın adı həmişə dini cəmiyyətlər və şəxsiyyət-lərin arasında çəkilmişdir və bəzi kitabların, kinofilmlərin adı da Dəc-calın adı ilə bağlıdır. Hər üç İbrahimi dinin davamçılarının bəziləri onun dünyaya gəldiyini və hal-hazırda da sağ olduğunu bildirirlər.



  1. “Ay uşaqlar bu sonuncu saatdır və eşitdiyiniz kimi Dəccal gəlir. Hal-hazırda çoxlu dəccallar yaranmışdır və bundan sonuncu saatın çatmasını anlayırıq” (Yühənnanın birinci vəhyi 2:18) Əhdi Cədiddən götürülmüş bu mətn yəhudilikdə ən qədim za-manlardan belə Dəccala olan etiqadın bariz nümunəsidir. Qeyd etmək lazımdır ki, hər üç dində bu sahədə çoxlu sayda mənbələr mövcuddur və mütəxəssislər qeyd olu-nan mətnlərə çox müraciət edirlər.

  2. Müsnədül İmam Əhməd ibni Hənbəl, hədis 6063

341


İslamda eləcə də, (əsasən də şiyəlikdə) Süfyani adlı bir şəxsin adı təkrar olunur. Onun adı “Osman ibni Ənbəsə” olacaqdır. Təxmi-nən bir əsr bundan öncədən indiyədək bir çox insanlar onu Suriyada gördüklərini bildirirlər. İslam dünyasında eləcə də, Süfyani adı altın-da qiyam edən insanlar da olmuşdur.1

Xristyanların nəzərincə “Nişanəli vəhşi”-nin adının rəqəmləri 666-dır (Yühənnanın apokalipsisi 13:18) və bu ədədləri bir çox in-sanlar özlərinə aid etmişlər.


Lap qədim zamanlardan belə xristyan cəmiyyətinin bəzi dini və siyasi şəxsiyyətləri öz düşmənləri tərəfindən “Dəccal” (Antixrist) ki-mi tanıdılıblar. Xüsusən də, Avropada Papalarla şahlar arasında fikir ayrılıqları və düşmənçiliklər meydana çıxanda onlar bir-birilərini bu adla ittihamlandırırdılar. Lüter katolik kilsəsinə qarşı qiyam edəndə və Pap tərəfində kafir elan ediləndə Papanın idarəsi onu “Dəccal” adlandırdı. Fransa inqilabı, Sosializm və kommunizm də “Dəccal” hərəkətləri kimi qələmə verildi.
İndi sizin diqqətinizə həmişə ölümün pəncəsindən qaçan zülmün simvolu və hiyləgər “Dəccal” “Antixrist” və yaxud “666 nişanəli vəhşi” adına namizədlərdən bir neçəsinin adını açıqlayacağıq:


  • Napoleon və Hitler, dünyada müharibələr yaratdıqlarına görə




  • Mixail Qorbaçov, alnında olan qan rəngli xala görə




  • Amerika Birləşmiş Ştatlarının sabiq Dövlət Katibi Henri Ke-sincer, Hiyləgər sionist olduğuna görə




  • Amerika Birləşmiş Ştatlarının sabiq Prezidenti və “Ulduz müharibələri” planının banisi Ronald Reyqan. Onun adları da ümu-milikdə 666 rəqəmini bildirirdi (Ronald Wilson Reagan). Qeyd et-mək lazımdır ki, o bir sui-qəsd zamanı da ağır yaralanmasına baxma-yaraq ölməmişdir.



  1. Onlardan biri “Əbu Muhəmməd ibn Abdullah ibn Yəzid ibn Müaviyə” idi və Hicri-Qəməri tarixi ilə 132-ci ildə (yəni Abbasilərin xilafəti Əli Mərvanın əlindən almaq üçün Məhdəviyyətə diqqət yetirdikləri vaxtda) meydana çıxdı. Başqa birisi isə “Əli ibn Abdullah ibn Xalid ibn Yəzid ibn Müaviyə” idi və Hicri-Qəməri tarixi ilə 195-ci ildə qiyam etmək istəmişdir. (Təbərinin tarix kitabı)

342


  • Səddam Hüseyn, Küveyti işğal edərkən dünya ictimaiyyəti-nin istəklərinə qarşı çıxmasına görə




  • Papa İkinci Jan Pol. Ən əsas da, ona edilən sui-qəsd zamanı ağır yaralanmasına baxmayaraq ölümün pəncəsindən qaçmasına görə.

Eləcə də, bəşəriyyətin əldə etdiyi bir çox nailiyyətlər, o cümlə-dən atomun nüvəsinin parçalanması, kosmosa səfər, sputnik antenala-rının, kompyuterin və internet şəbəkəsinin ixtira olunması da dünyəvi dəyişikliklər, eləcə də, Dəccalın (Antixristin) zühurunun nişanələri kimi qəbul olunmuşdur.
13-7. Armageddon (Hərməciddun)
Fələstindəki Armageddon (Hərməciddun) adlı bir ərazi dünyanın sonunda olacaq müharibənin meydanı kimi qeyd olunmuşdur (Apoka-lipsis 16:16). Armageddon xristyanlar üçün olduqca böyük əhəmiyyət kəsb etmişdir və 2000-ci ilin tamamında yeni minilliyə daxil olmaq münasibətilə minlərlə turist bu məkanı ziyarət etmək üçün gəlmişdir.

Bəzi Evangelistlər (Evangelicals) İsrail dövlətinin təsis olunma-sını Həzrət İsa Məsihin (ə) zühur edəcəyinin nişanəsi kimi qəbul edir-lər və O Həzrətin zühur etməsi üçün sionistlərə daha böyük azadlığın verilməsinin tərəfdarıdırlar. Amma belə düşüncə tərzi ilə mübarizə aparan firqələr də mövcuddur. Belə firqələrə nümunə olaraq 1986-cı il-də təsis olunmuş “Yaxın Şərqi başa düşmək üçün İncil tərəfdarlarl” (Evangelicals for Middle East Understanding-EMEU) firqəsini misal çəkmək olar. Bu firqə davamçılarından biri sayılan Donald Vaqner be-lə sionist düşüncəsinin səhv olmasını sübut etmək üçün kitab yazmış-dır.1


13-8. Məad, savab və cəza
Axirəttanımanın digər sahələrindən biri də savab və cəza məsə-lələrinə aiddir. Demək olar ki bütün dinlər bu məsələyə inanırlar və fəlsəfə dinlə qarışmadan bu məsələni dərk edə bilməzlər.



  1. Donald E. Wagner, Anxious for Armageddon, Herald Press, 1995

343


İnsanların törətdikləri əməllərin savabı və cəzası barəsində din-lərdə üç müxtəlif düşüncə tərzi mövcuddur:

  1. Dünya nemətlərini əldə etmək yolu ilə savab və dünya ne-mətlərini özündən uzaqlaşdırmaqla günah qazanmaq. Belə düşüncə tərzi Tövratda təsniyə bölümünün 28-ci babında müqəddəs kitabın ən uzun fəslində, eləcə də Levilər bölümünün 26-cı babında qeyd olun-muşdur. Bu əqidə cüzi şəkildə də olsa İbrahimi dinlərdə gözə çarpır və məad məsələsi ilə heç bir əlaqəsi yoxdur.1




  1. Ölümdən və ölülərin başqa dünyada yenidən dirilməsindən sonra savab və günahın qarşılığının alınması. Belə dini yanaşma zər-düştlükdə, yəhudilikdə, xristyanlıqda və İslamda mövcuddur. Vədə

verilmiş xilaskarın zühuru ilə rəcət və qiyamət arasındakı vaxt, eləcə də, bu iki hadisə2 arasındakı digər məsələlər adları çəkilən hər dörd dində mübahisəli məsələlərdən biri olaraq qalmaqdadır. Dinlə əlaqəsi olmayan bir qrup tədqiqatçıların nəzərincə ölülərin yenidən dirilməsi və qiyamət xilaskarın intizarından yaranan məsələlərdəndir.




  1. Günahın və savabın qarşılığının ölümdən sonra elə bu dünya-da alınması. Bu yanaşma tərzi təsadüf nəticəsində yuxarıda qeyd etdi-yimiz iki yanaşmanın tərkibindən əmələ gəlmişdir və Tənasux-Yeni şəklə salma (Reincarnation) adlandırılır. Daha öncə diqqətinizə çat-dırdığımız kimi Hindularda belə bir əqidə mövcuddur və onu “Sam-sara” adlandırırlar. Bunun başqa formaları Buddizmdə, Caynizmdə, Sikhizmdə, bəzi yəhudi, xristyan və islam firqələrində gözə çarpır.



  1. Tövratdan əlavə İncil də dünyada baş verən bəlaların və fəlakətlərin insanların gü-nahları üzündən meydana çıxmasını bildirir (Luka 13:1-9). Qurani Kərimdə də bu ayəni oxuyuruq:

ﺮﻴِﺜَآٍ ﻦَﻋ ﻮُﻔْﻌَﻳَو ﻢُﻜﻳِﺪْﻳَأ ﺖَﺒَﺴَآْ ﺎَﻤِﺒَﻓ ﺔَﺒﻴِﺼﱡﻣٍ ﻦﱢﻣ ﻢُﻜَﺑﺎَﺻَأ ﺎَﻣَو


“Sizə üz verən hər bir müsibə t öz əllə rinizlə qazandığınız günahların (et-diyiniz əmə llərin) ucbatı ndandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarını zın) çoxunu əfv edər.” (Şura surəsi, ayə 30) Qeyd etmək lazımdır ki, Qurani Kərim bə-laların imtahan xarakteri daşımasını da vurğulayır və İslam mənbələri onların arasındakı fərqləri dəqiqliklə araşdırır.


  1. Bu hadisələrin hər ikisinin cismani və ruhi olması və onların bütün insanlara, yaxud bəzi insanlara aid olması və bundan başqa bütün heyvanların və canlıların həşri

Qurani-Kərimdə qeyd olunmuşdur. (Ənam surəsi, 38 və Təkvir surəsi, ayə 5)


344


İslamdakı bəzi firqələr arasında Tənasux mərhələləri Kəvr və Dəvr adlandırılır.1 Bu firqələrin davamçıları məad barəsində buyurulmuş ayələri Tənasux kimi yozurlar.
Bu yanaşmaya əsasən insan öldükdən sonra başqa bir yerdə ye-nidən dünyaya gəlir. O başqadığı yeni həyatında keçmiş həyatında et-diyi əməllərin cəzasını çəkir və yaxud mükafatını alır. İnsanların xoş-bəxt və bədbəxt olmalarının səbəbi də elə bidir. Onun hal-hazırda hə-yata keçirtdiyi əməllər də onun gələcəyini müəyyənləşdirir və yeni-dən dünyasını dəyişdikdən sonra onun nəticəsini görür. İnsanlarda mövcud olan əxlaqi pozğunluq da elə bu düşüncə tərzindən qaynaq-lanır.
Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin