Hüseyn Tövfiqi Böyük dinlərlə tanışlıq


-3. Veda tərbiyəsi və mədəniyyəti



Yüklə 1,01 Mb.
səhifə4/28
tarix29.11.2019
ölçüsü1,01 Mb.
#29747
1   2   3   4   5   6   7   8   9   ...   28
N 16


1-3. Veda tərbiyəsi və mədəniyyəti
Təxminə b. eradan əvvəl 6-cı əsrdə Hindu ruhanilərin, yəni Brahmanların ən güclü və qüdrətli vaxtında cəmiyyətdə kəskin təbə-qələnmə prossesi meydana çıxdı və təxminən 2500 il müddətində öz dəhşətli təsirini böyük Hindistan ölkəsinin hər yerində nümayiş et-dirdi. Qeyd etmək lazımdır ki, bu təbəqələşmənin qalıqları hələ də cəmiyyətdə mövcuddur. Tədqiqatçılar və sosioloqlar ictimai təbə-qələri “Kasta” adlandırırlar. Kasta sözü Portuqaliya dilindən götürül-müşdür və nəsl mənasını verir. Həmin quruluşda dörd əsas kasta mövcud idi:

  1. Brahmanlar-Ruhanilər təbəqəsi




  1. Kşatriyalar- Şahlar, şahzadələr və döyüşçülər təbəqəsi




  1. Vişyalar- Tacirlər və torpaq sahibləri, mülkədarlar




  1. Şudralar-İşçilər və fəhlələr

Müxtəlif və fərqli sektalar arasında əlaqələrin mövcudluğu həm şəri, həm də milli adət-ənənə nöqteyi-nəzərindən qəti qadağan idi. Sərt qanunların əksəriyyəti də sonuncu sektaya aid idi. Belə ki, onla-rın özlərindən yüksək sektanın nümayəndələrinə toxunması və hətta baxması belə ən böyük günahlardan biri kimi qələmə verilirdi.


52


Bunlardan daha aşağı səviyyədə Hindistanın qeyri-Ariyayi yerli əhalisi sayılırdı və onları nəces, yaxud toxunulmazlar (Untouchables-toxunulmzlar) adlandırırdılar. Bu sektaya aid olan insanların digər dörd sektaya aid insanların yaşadığı məhəllərindən keçmələrinə belə icazə vermirdilər. Onlar zibil və digər tullantıları toplamaq üçün zə-rurət üzündən həmin məhəllələrə daxil olanda həmin məhəllədə ol-malarını uca səslə bildirmək məcburiyyətində idilər. Nəceslərin bu işi görmələrində əsas məqsəd dörd sektaya aid insanları onları görmə-məsi zərurətindən doğurdu və əgər təsadüfən həmin dörd sektaya aid insanlardan kimsə nəceslər sektasına aid bir şəxsi görsəydi qüsl alaraq özlərini paklaşdırmalı idilər. Alış-veriş də bir-birilərini gör-mədən, yəni pulu bir yerə qoymaq və sonra aşağı sektaya aid insan-ların həmin pulu götürməsi ilə baş tuturdu.

Müqəddəs kitabların tilavətinə qulaq asmaq da onlar üçün qada-ğan edilmişdi. Əgər onlardan kimsə müqəddəs kitabların tilavətinə qulaq asardısa onu cəzalandırırdılar və qulağına əridilmiş qurğuşun tökürdülər.


Məsələnin ən təəccübləndirici məqamı bundan ibarət idi ki, Nə-ces və yaxud Toxunulmazlar sektasına aid insanların özləri də bu və-ziyyəti səhv qiymətləndirərək bunu öz hüquqları kimi qəbul edirdilər. Onların inancına əsasən bu bədbəxtlikləri ötən həyatlarında törətdik-ləri günahlardan və pis işlərdən əmələ gəlmişdir. Dörd Sekta arasında olan fasiləni azaltmaq və Nəcesləri müdafiə etmək sahəsində atılmış hər bir addım şəriət baxımından qəbul olunmurdu və bağışlanmaz bir günah kimi qəbul edilirdi. Qeyd etmək lazımdır ki, həmin dörd sekta 2000-dən artıq müxtəlif sektaların tarix boyu qruplaşmasından yaran-mışdır. Bu ictimai problem sonda 1955-ci ildə rəsmi şəkildə ləğv edildi və hal-hazırda həmin adət-ənənənin yalnız cüzi bir hissəsi gözə çarpmaqdadır.
Qanqa tərcümədə sürətli axan mənasını verir və coşub-daşan və bərəkətli olan bu çay Hindistanın böyük bir hissəsində axmaqdadır. Qanqa çayı olduqca müqəddəs sayıllır və bu çayda, xüsusən Benares

53


ayında qüsl almaq ən mühüm ibadətlərdən biri kimi qəbul edilir.1 Hindlilər nilufər gülünü də müqəddəs qəbul edirlər.
Qurban kəsmək və xüsusən də, at qurban kəsmək ibadət əməllə-rindən biri kimi onların arasında geniş yayılmışdır. Buddizm və Cay-nizmin Hindastana hakim kəsildiyi illərdə bu adət dayandırıldı. Bud-dizmin Hindistanda aradan getməsindən sonra arzu-istəklərinə çat-maq üçün qurban kəsilməsi anlamı yenidən gündəmə gəldi və bu adət indiyə qədər də davam etməkdədir. Son əsrlərə qədər insanın qurban kəsilməsi də mövcud idi və bu qeyri-insani adət hal-hazırda qadağan edilmişdir.2
Ahimsa, yəni canlılara əzab verməkdən uzaq olmaq sonrakı dövrlərdə Caynizmin əqidəsinin banisi Mahaviranın təlimlərinin təs-iri ilə diqqət mərkəzinə gəldi və indiyədək də bu düşüncə tərzinə cid-di şəkildə riayət olunmaqdadır. Bu təlimlərə və düşüncə tərzinə əsa-sən heyvanların ətini yemək qeyri-əxlaqi bir iş kimi qəbul olunur. Bu düşüncə tərzi Hindlilərin həyat və yaşayış tərzinə də inanılmaz təsir-lər qoymuşdur.
Hindlilər ölülərinin cənazələrinin xüsusi mərasim təşkil edərək yandırırlar və külünü Qanqa çayının sularına səpirlər. Qədim zaman-larda adət-ənənə belə idi ki, ölən insanın cənazəsini yandırdıqları za-man onun həyat yoldaşı da öz vəfadarlığını nümayiş etdirmək məqsə-dilə yanar odunların arasına uzanırdı və öz əri ilə birlikdə yanırdı. Belə qadınlara Sati, yəni vəfalı və fəzilətli xanım adı verilirdi. (Əsli Sanskrit olan bu sözdən Ərəb və Fars dillərində çox möhtərəm xa-nımların tərifi zamanı istifadə edilir). Belə fədakarlığa dözə bilməyən qadınlar isə saçlarını qırxdırırdılar və xeyirli işlərlə məşğul olurdular. Həyat yoldaşlarının diri-diri yandırılması adətini ilk dəfə olaraq İngi-lislər 1829-cu ildə Hindistanın bəzi bölgələrində qadağan etdilər və



  1. Bu mərasimlərdən biri də on iki ildə bir dəfə baş verir. Belə mərasimlərdən biri 1998-ci ilin Bahar fəslində keçirildi. Mərasimdə təxminən on milyon Hindli iştirak edirdi və mərasimdə nizam-intizamın qorunması üçün iyirmi beş min polis cəlb olunmuşdu.




  1. İnformasiya agentliklərinin məlumatına görə Hindlilərin bəziləri undan insanın heykəlini hazırlayaraq onu qurban kəsmişdilər.

54


bu qadağa getdikcə Hindistanın bütün bölgələrində həyata keçirilmə-yə başladı. Saib Təbrizi yazır: “Heç kim Hind qadınları kimi sevgi və eşqdə mərd və vəfalı deyil. Sönmüş şam yolunda yanmaq da hər pər-vanin işi deyil.”
1-4. Upanişadların fəlsəfəsi
Brahmanın zamanında (Eramızdan əvvəl 800-500-cü illərdə) qurban etmək dini adət-ənənəsi ifrat nöqtəsinə çatdı və onun geniş-lənməsilə dinin ən dərin düşüncəli və mənalı məsələləri belə unudul-mağa başlanıldı. Atın və digər canlıların qurban kəsilməsi ölkənin iq-tisadiyyatına böyük zərbələr vurdu və şahlıq xəzinəsi boşaldı. Elə bu-na görə də, Brahmanlar çıxış yolunun yalnız dində referendumun aparılmasında və yeniləşdirilməsində gördülər. Onlar meydana iki növ ideologiya çıxartdılar:


  1. Aranyakelər (Aranyakas), yəni meşə namələri. Bu namələrdə özlərinə müxtəlif zülmlər edən insanlara aid məsələlər barədə söz açı-lıb.




  1. Upanişadlar (Upanishads), yəni yaxın oturmaq və daha geniş açıqlama versək dinin sirlərini öyrənmək məsələlərinə aydınlıq gəti-rilib.

Upanişad daha böyük şöhrət qazandı. Bu kitab ilk dəfə alim, in-cəsənətçi və arif şahzadə olan Hindistanın müsəlman padişahı Şah Cahanın oğlu Daraşukuhun zamanında İslam irfanı ilə Hinduizim arasındakı oxşar cəhətləri çatdırmaq məqsədi ilə hicri-qəməri tarixi ilə 1067-ci ildə fars dilinə tərcümə olunmuşdur. Bu kitabı “Böyük sirr” adlandırmışdılar. (Əcnəbilərin Upanişadla ilk tanışlığı da elə bu kitabın köməkliyi ilə baş tutmuşdur).
Upanişad Vedanta, yəni “Vedaların sonu” adı ilə də adlandırıl-mışdır. Bu kitab Vedaların daxilini açıqlayır və insanların diqqətini zahiri yayınmalardan mənəvi böyüklüyə və batini məzmunlara diqqət yetirməyə çağırır. Qeyd etdiyimiz bu kitab bütün dünyada tanınmış kitablardan biridir.

55


1-5. Hinduizmin əsasları
Hinduizmin əsasları Brahmanların dini adət-ənənələrinə və antik kitablara etiqad və ehtiramdan, qədim dövrlərdə zühur etmiş tanrılara sitayış etməkdən ibarətdir. Ruhun yeni cismlər içərisində yenidən yerləşməsi və əlaqələr qurmaqda, eləcə də, ailə qurmaqda ictimai tə-bəqələşməyə, yəni kastalara riayət etmək, diri varlıqlara, xüsusən də inəyə hörmət etmək bu dinin əsas prinsiplərindən biridir.

Hindular inəyi ən müqəddəs heyvan kimi qəbul edirlər və onun heykəlini mənzillərdə, məbədlərdə və şəhər meydanlarında yerləş-dirirlər. İnəklər küçələrdə azad şəkildə dolanırlar və dükanlarda olan meyvə və tərəvəzləri yeyirlər, tıxaclar yaradırlar və onların belə hə-rəkətlərinə heç kim etiraz belə etmir. İnəyin ətindən və dərisindən istifadə etmək qəti qadağandır və inək öləndə həmin inək xüsusi dini mərasim keçirərək torpağa tapşırılır. İnəkdən əlavə digər heyvanlara qarşı da hörmət və ehtiram çoxdur. Bu canlı xırda həşəratdan filə qə-dər ola bilər. Amma Hindistanın digər bölgələrində hindular yaşama-dıqları üçün bu yerlərdə vəziyyət adidir. Hinduların azlıq kimi yaşa-dıqları ərazilərdə isə inəyin kəsilməsinin və ətinin satışa çıxarılma-sının tam açıq formada həyata keçirilməməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Qeyd etmək lazımdır ki, bəzi Hidular keçi və digər heyvanların ətindən istifadə edirlər, amma bəzi yerlərdə isə hətta yu-murtanın yeyilməsinə belə qadağa qoyulmuşdur. İnsanın daxilinin də mübarək olması üçün İnəyin sidiyinin içilməsi və peyinin yeyilməsi geniş yayılmışdır və Hindlilərin bir çoxu təzə inək sidiyi əldə etmək üçün əllərində müxtəlif qablarla otlaqlarda inəklərin arxasıyca qaçır-lar. Həmin sidiyin bir hissəsini içirlər və qalan hissəsini əllərinə, üz-lərin və paltarlarına vururlar. Zahı qadının və Hindistan torpaqların-dan kənara çıxmış insanların pak olması üçün onlar “Pança qavya”, yəni inəyə aid olan beş şey-süd, qatıq, yağ, sidik və peyin yeməlidir-lər. Bəzən də, hər hansı bir yerin pak olması üçün bir inəyi müəyyən zaman ərzində orada saxlamalıdırlar və bu müddət ərzində həmin yerə lazımi qədər inək sidiyi və peyini dəyməlidir. Hindular üçün təx-minən Amin mənası verən “Om” sözü olduqca müqəddəsdir və iba-


56


dətlər, xüsusi mərasimlər zamanı həmin sözü xüsusi avazla təkrarla-mağa başlayırlar. Bu söz Tanrının ən böyük adıdır və müqəddəslikdə Yəhudi dinindəki “Yəhvə” adına çox bənzəyir.
1-6. Veda Tanrıları
Hindlilər qəribə adlara və görünüşlərə malik olan çoxlu sayda yer və göy Tanrılarına inanırlar və onların hər birisi üçün əzəmətli bütxana inşa edirlər. Bu Tanrılar arasında yaxınlıq və qohumluq əla-qələri də mövcuddur. Onların hər birinin cismi və ruhi xüsusiyyətləri Hinduların müqəddəs və dini-mədəni kitablarında geniş şəkildə açıq-lanmışdır. Müxtəlif dövrlərdə tanrıların insan və heyvan formalarında təzahür etmələri məsələsi də diqqət yetirilməsi vacib olan məqamlar-dan biridir. Tanrıların da kastalara uyğun olaraq qruplara bölünməsi mövcuddur. Hinduların ən tanınmış və məşhur tanrıları aşağıdakılar-dır:


  1. Aqni (Agni), yəni atəş




  1. Varuna (Varuna), yəni səma




  1. İşvara (İsvara), yəni qüdrətli və aliməqam




  1. Rurdra (Rurdra), yəni dəhşətli




  1. Rama (Rama), yəni ürəyəyatan




  1. Krişna (Krishna), yəni tünd mavi




  1. Yama (Yama), yəni ölülərin ruhlarına hakim Tanrının ara-baçısı. Zərdüştlükdə Yamanın müqabilində Cəm dayanır.

  2. Aşvin (Asvin), yəni at çapan. Hindu dinində iki mələkin adı-

dır. Onların dini nəzərlərinə əsasən bu iki səmavi həkim in-san üçün sağlamlıq, xoşbəxtlik və var-dövlət gətirir.


Çirkin, eybəcər və pis zatlı dişi bütə, yəni tərcümədə qara mə-nasını verən Kaliyə sitayiş edənlər bu büt üçün hədiyyələri yol kəs-məklə əldə edə və oğurluq ilə əldə etdiyi qəniməti ona hədiyyə edə bilərlər. Bunu da qeyd etmək lazımdır ki, bütləri çox gözəl düzəldir-lər. Belə ki, Fars ədəbiyyatında, ümumiyyətlə klassik şərq ədəbiyya-tında büt dedikdə gözəl məhbub nəzərdə tutulur.

57


Hinduların sitayiş etdikləri bütlərin bəziləri bütxanalarda və bəziləri evlərdə saxlanılır. Bütlərin əksəriyyəti məxsusi görünüşləri olan metal oyuncaqlardır. İnsanlar belə bütləri mağazalrdan alaraq evlərinə gətirirlər. Onlar əldə etdikləri bu oyuncaqlarla insanlarla davrandıqları kimi davranırlar. Belə ki, onları yuxudan oyadırlar, pal-tar geyindirirlər, onların qabaqlarına yeməklər qoyurlar, onları tərif-ləyir və bəzən də tənbeh edirlər.
1-7. Üç tanrı
Hindistan Ariyayiləri bir çox müşriklər kimi dünyanın yaradıcısı olan Tanrıya da inanırdılar və onu Brahma, yəni əzəli və əbədi olan varlıq adlandırırdılar. Onların ilk zamanlarda bütləri və bütxanaları yox idi. Dini mərasimlərini isə açıq havada həyata keçirirdilər və on-ların sitayiş etdikləri Tanrılar səma cismləri olan erkək Tanrılar idi-lər. Sonrakı dövrlərdə saysız-hesabsız bütlər və bütxanalar meydana çıxdı və Ana ilahə, yer ilahəsi, Kobra ilanı və sair məfhumları da Tanrılaşdıraraq öz Tanrılarının cərgəsinə əlavə etdilər.
Hinduların üç tanrısı (Hindu Trimurti) aşağıdakılardır:


  1. Brahma; Dünyanın yaradıcısı və xaliqi.




  1. Şiva (Siva); Fani edən Tanrı. Bu Tanrının dörd əlli rəqs edən heykəli hər yerdə gözə çarpır. Şivanın rəqs eləməsi, onun məhv edə bilməsi və yenidən yaratmaq qabiliyyətinə malik olmasını nümayiş etdirir.

  2. Vişnu (Vishnu); Qoruyucu Tanrı. Vişnunun 1000 adı möv-cuddur və Hindistanın dini əfsanələrində1 onun insanlara yardım et-mək üçün on cildə düşməsi qeyd olunmuşdur. Vişnanın cildləri bun-lardır: Balıq, tisbağa, qaban, liliput, yarı insan və yarı şir olan məx-luq, əlində balta tutmuş Rama, Rama, Krişna, Budda, Kalki. Hindu-larına dini nəzərincə Buddizmin banisi olan Budda və qiyamət günü zühur edəcək şəxs Kalki dünyanı islah etmək və yenidən düz yola də-vət etmək üçün əllərində qılınc, at üstündə zühur edəcəklər.



  1. Şahnamədə də əfasənəvi Simurğ quşu belə xidmətlər göstərir.

58


Hinduizmin saysız-hesabsız firqələri vardır və onların hamısı sülh və əmin-amanlıqla bir yerdə yaşayırlar. Bu firqələrin davamçı-ları dinin xüsusi bir sahəsinə daha çox diqqət ayırırlar və çox vaxt da Tanrılardan birinə tapınırlar. Şiva və Vişnu tərəfdarları ayrı-ayrılıqda böyük dəstələr yarada bilmişlər.
Şivaya sitayiş edənlər onun cinsiyyət üzvünə də, yəni onun er-kəklik üzvü olan Linqaya da sitayiş edirlər. Bəzən də onun qadın cin-siyyət üzvünü Yoni adlandıraraq onu boşqab formasında hazırlayırlar və erkək cinsiyyət üzvünü isə onu üzərində yerləşdirirlər. Linqanın heykəli və məbədlərinin sayı çoxdur. Sonsuzluq bəlası və nəslin artı-rılması sahəsində mühim rol oynaması qədim zamanalardan bu inan-cın geniş şəkildə yayılmasına gətirib çıxarmışdır. Cinsiyyət orqanına sitayiş edənlər qeyd olunmuş heykəllərdən kömək istəyirlər. Onlar üçün insanların əsrlər boyu saxladıqları abır-həyanın mənası yoxdur. Vill Dorantın sözlərinə əsasən Qandi qərb missionerlərinin Hindlilə-rin cinsiyyət orqanına sitayiş etmələrinin eybəcərlikləri barədə yaz-malarından gileylənirdi.1
Linqaya hörmət və ehtiram məqsədilə ona ibadət üçün inşa edil-miş 12 məbəddən biri də Sumanat məbədidir. On dörd qızıl gümbəzi, saysız-hesabsız sərvəti olan bu məbəd Soltan Mahmud Qəznəvini təhrik etdi. O, hicri-Qəməri tarixilə 416-cı ildə ora hücum etdi və ora-da olan qızıl, gümüş, ləl-cəvahirat və bütün qiymətli şeyləri taladı. Hindular Sultan Mahmud Qəznəvinin bundan öncə digər bütxanalara hücum edərək qarət etməsini Sumanat bütxanasında olan bütün digər məbədlərdəki bütlərə qəzəblənməsi ilə açıqlayırdılar və elə buna görə bu məbədə daha çox diqqət ayırırdılar. Soltan Mahmud böyük qoşun-la büt sındırma şüarı altında Sumanat məbədinə hücum etdi və say-sız-hesabsız hinduları qətlə yetirdikdən sonra öz ağır gürzü ilə Linqa heykəlinin başından vurdu. O, öz böyük qələbəsini nümayiş etdir-məkdən ötrü həmin heykəlin bir parçasını Qəzneyn şəhərinə gətirdi və cümə məscidinin kənarında insanlara göstərdi. Eləcə də, həmin



  1. Sivilizasiya tarixi, Tehran, cild 1, səh 591

59


heykəlin bəzi hissələrini Məkkəyə və xilafətin mərkəzi olan Bağdada və digər İslam ölkələrinə göndərdi.1
Şivaya sitayiş edən dəstələrdən başqa birisi də Lanqavatdır, yəni Linqa daşıyıcılarıdır. Bu firqənin əsası 12-ci əsrdə qoyulmuşdur. Onlar balaca bağlama içərisində olan Linqanın xırda heykəllərinin daim boyunlarından asılı vəziyyətdə gəzdirirlər. İnsan qurban kəsmək və ölülərin kəllə sümüklərində şərab içmək də Şiva firqələrindən bə-zilərinə aid edilir. Tərcümədə güc mənasını verən Şakti firqəsinin da-vamçılarının inancına əsasən ilahi qüvvə zərif cinsin daxilində yerləş-mişdir. Elə buna görə də, şakti məbədlərində gənc qız və qadınlar rəqs edirlər. Bəzi firqələrdə daha vəhşi rəqslərin, qulaq batıran səslə-rin çıxarılmasının və dəlilərin qeyri-adi hərəkətlərinə bənzər rəqslərin edilməsinin ruhun təkamülünə kömək etməsi bildirilir.
Hinduizmdə qədim zamanlardan xüsusi terminlər mövcud ol-muşdur və Buddizm də həmin dini terminlərdən biri ola bilər. Son əsrlərdə Hinduizmin xristiyanlıq və Avropa mədəniyyətilə tanışlığın-dan sonra 1828-ci ildə Kalkatada Ram Mohan Roy tərəfindən “Brah-mo samac” (yəni Brahmanlar təşkilatı) adlı islahatçı hərəkat yarandı. Həmin hərəkatın əsas məqsədi Hinduizmi müşriklikdən və xürafat-dan uzaqlaşdırmaq idi. 1875-ci ildə isə Bombey şəhərində Dayananda Sarasvati tərəfindən “Ariya samac” (yəni qədim Hinduizmə qayıtma) hərəkatı meydana çıxdı. Ramakrişna da dinlərin vəhdəti və birliyinə əsaslanan yeni əqidə yaratdı və bir qrup insanlar da onun islahatçı məktəbinə daxil oldular. Bu üç firqənin Hindistan cəmiyyətində az davamçıları vardır və Hinduizm xristiyanlığa meyilliləşməkdədir.
Bu hərəkatın əksinə olan hərəkat, yəni xristiyanlığın Hinduizmə yaxınlaşması “Teosofi” (Teosophy) adlandırılır. Bu hərəkatı xanım Blavatski və xanım Besant meydana çıxartdılar. Bu məktəb “New Age”, yəni “Yeni əsr” məktəbinə çevrilmişdir.



  1. Sumanat məbədi dəfələrlə dağıdılmışdır və onun hal-hazırkı binasının əsası 1951-ci ildə qoyulmuşdur.

60


1-8. Karma, Samsara, Mokşa və Nirvana
Tərcümədə rəftar, davranış və əməl mənasını verən Karma qa-nunlarına əsasən insan öz əməllərinin nəticələrini bu dünyaya ye-nidən qayıtdıqda görə bilər. Yaxşı əməl sahibləri sonrakı mərhələdə rifah və xoşluq içərisində yaşayacaqlar, amma pis əməl sahibləri isə yenidən qayıtdıqda səfillik və bədbəxtlik içərisində yaşayacaqlar. Bəzilərinin heyvan şəklində qayıtması da mümkündür. Ruhun digər canlılarda yerləşməsinə inanan insanların bəzilərinin əqidəsinə görə insanın qayıtması dörd cür ola bilər. Bu cansızlardan tutmuş insanlara qədər ola bilər və əlifba sırasıyla tərtib etsək belə alınar:

  1. Rəsx; Ölən insanın ruhunun daşa köçməsi




  1. Fəsx; Ölən insanın ruhunun bitgiyə köçməsi




  1. Məsx; Ölən insanın ruhunun heyvana köçməsi




  1. Nəsx; Ölən insanın ruhunun insana köçməsi

Tənasux (İnsanın ruhunun yeni bədənə transformasiya olunması) mənasını verən Samsara dünyanın bir çox din və məzhəblərində (Yə-hudilik, xristiyanlıq və İslam dinin bəzi səhv firqələrində) müxtəlif adlar altında mövcuddur. Amma Hinduizmdə bu əqidə böyük əhə-miyyətə malikdir. Hinduizm davamçılarının nəzərincə insan ruhu ci-simləri dəyişməkdə davam edir. Yəni bu dairəvi hərəkətdə dəyişən cismlər olur, amma ruh eyniliklə qalır.


İnsanın dayanmadan dövr edən və əzab-əziyyətlə dolu ruhun cismlərdə yerləşməsində yeganə çıxış yolu onun Moşkanı (Azadlığı) əldə etməsi və Nirvanaya çatmasıdır. Bu söz tərcümədə sakitlik və sabitlik, amma terminalogiyada isə “Allahın fənasına və varlığına qo-vuşmaq” deməkdir.
1-9. Vücudun vəhdəti (Vəhdəti-vücud) fəlsəfəsi
Hindu alimləri və filosoflarının nəzərincə həmin dinin saysız-hesabsız Tanrıları bir Allahın təzahürləridir və bütün varlıqlar ilahili-yin əzəmətli bədəninin üzvləridir. Onların nəzərincə bu dünya və on-da olan hər bir şey xəyaldan başqa heç nə deyildir. Bu xəyalı Maya, yəni yalan və təvəhhüm adlandırırlar. Onların inanclarına görə bütün

61


bu xəyallar və yalan surətlər sonda məhv olacaq, həmişə var olan Brahman qalacaq. Son əsrlərdə Hinduizm irfanı qərbliləri öz sehrinə salmışdır. Qeyd etmək lazımdır ki, İslam irfanı da qərblilərin bir his-səsini İslam dininə yaxınlaşdırmışdır.

Hinduizmin əxlaq qanunları, sufiliyi və zərif düşüncələri qədim zamanlardan indiyə qədər özünəməxsus cazibəyə malik olmuşdur. Bəzilərinin sözlərinə əsasən Hinduizmin bəzi düşüncələrinin həm Xristiyanlıq, həm də İslamda olan sufi əhlinə düşüncə baxımından güclü təsiri olmuşdur.1


Hinduların imanlarının əsası dörd məfhumdan ibarətdir:


  1. Ruhun ilahiliyi




  1. Varlıqların vəhdəti və birliyi




  1. Tanrıların vəhdəti və birliyi




  1. Dinləri və məzhəblərin vəhdəti və birliyi

Hinduizm özünə qapanmağı və özünü mərkəzləşdirməyi qəbul etmir və hər bir Hindus öz dinindən əlavə dünyanın hər hansı dinlə-rindən birini qəbul edə bilər. Amma buna baxmayaraq Hindusların arasında ən kəskin təəssübkeşlik mövcudur. Yalnız bir məsələni qeyd etsək kifayət edər ki, Mhatma Qandi Hindularla Müsəlmanlar arasın-da bərabərliyə inandığı üçün bir qrup Hindusun düşməninə çevrildi və sonda həmin təəssübkeş Hinduslardan biri onu güllə ilə qətlə ye-tirdi. Son zamanlar Hindusların təəssübkeşliyi daha da güclənmişdir. Bunun ən yeni və amansız təzahürü Babərilər məscidinin dağıdıl-ması, çoxlu sayda müsəlman və hindusun həmin hadisədə ölməsidir. Onların bu işi etməkdə bəhanələri isə Babəri məscidinin yerləşdiyi məkanın Ram bütünün doğulduğu yer olması idi. Onlar belə iddia edirdilər ki, Vişnu həmin yerdə Ram bütü formasında gözə görün-müşdü və Hinduslar həmin məkanda bütxana tikmişdilər. Amma sonralar həmin məbəd məscid formasına salınmışdır. Təəssübkeş Hinduslar bu bəhanələri əllərində saxlayaraq öz bütlərini məscidin dağıntıları üzərində yerləşdirmişlər və onlara sitayiş etməyə başla-





  1. Mircea Eliade (ed), The Encyclopedia of Religion, vol 15, pp 1-460

62


mışlar. Hinduslar həmin yerdə Ram məbədinin inşa etmək istəyirlər, amma müsəlmanların İslami məscidin Hindus bütxanasına dəyişdiril-məsi məsələsinə kəskin etirazlarına görə məsələ hələ də havada qal-maqdadır.

Hindusların Kəşmirdə törətdikləri cinayətlər də diqqətə layiqdir. Onların İslam dini və müsəlmanlarla savaşması və bu məqsəd uğrun-da Sionist İsrail rejimi ilə əməkdaşlıq aparması www.Hindruunity. com internet saytında aydın şəkildə öz əksini tapmışdır.


1-10. Yoqa fəlsəfəsi, yaxud Cukyan metodu
Hindusların nəzərincə həqiqətə çatmaq və qadir Allaha qovuş-maq yalnız yoqanın köməkliyi ilə mümkündür. Yoqa çətin və nəfəs-kəsici əzablara dəlalət edir və çox zaman sakit oturmaq, bardaş qurub düşünməklə meydana çıxır. Amma bunun üçün başqa metodlar da mövcuddur. Məsələn; dayanmaq, başaşağı durmaq, əyilmək, qollar-dan sallanmaq və üzərinə mismarlar vururlmuş taxtanın üzərində uzanmaq. Bu işlər on il belə davam edə bilər və bununla yanaşı digər çətin məqamlar, suyu önünə qoyub susuz vəziyyətdə ona baxmaq ki-mi məşəqqətli anlar yaşanıla bilər.1
Nəfəsin həbs edilməsi məsələsi belədir ki, güclü məşqlərdən sonra tənəffüs sayları aşağı düşməyə başlayır və əsil yoqaçı bir ildə bir neçə dəfə nəfəs almaqla yaşaya bilir. Yoqa ilə nəbzin vurmasını və bədənin digər fəaliyyətlərini də ələ almaq olur. Belə hallarda insan bədəni digər yollardan istifadə etməklə sağ qala bilir. Belə ki, Yoqa ilə məşğul olan şəxsi altı ay ərzində qəbrdə dəfn edirlər və altı aydan sonra onun qəbrini açdıqda sağ olduğunu görürlər.2
Bu qədər çətinliyə və əzab-əziyyətə dözmənin həqiqətə çatmaq üçün həyata keçirilməsinə baxmayaraq belə ağır əziyyətlərə tab gətir-mək yeni bacarıq və kəramət əldə olunması ilə nəticələnir. Yoqaçı



  1. Yoqanın adətləri və bunun üçün, yəni insan üçün lazım olan bütün şərtlər Patancali kitabında qeyd olunmuşdur. Böyük alim Əbu Reyhan Biruni bu kitabı Ərəb dilinə trəcümə etmişdir.




  1. Bunun həqiqət olmasına şübhə var (Redaktor)

63


belə məsələlərin onun kəmala çatması yolunda maniə kimi qəbul edir və çox vaxt belə qeyri-adi vərdişləri heç vaxt üzə çıxartmır.

Qərb alimləri bir neçə yoqaçı üzərində təcrübələr apardıqdan sonra həmin halların bəzilərinin həqiqi olmasını sübuta yetirmişlər. Məsələn, 1936-cı ildə Doktor Brossun başçılığı altında həkim heyəti nəfəsin həbsi barəsində təcrübə və tədqiqatlar apardıqdan sonra öz nəticələrini çap etdirmişlər.1


Yüklə 1,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin