Hüququ tətbiq edəndən onu tətbiq edənlərə yeni inzibati hüquqla bağlı



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix14.01.2017
ölçüsü1,33 Mb.
#5431
1   2   3   4   5   6   7   8   9   10   11

Kazus 6:

­  35 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Əvvəlki kazusdakı kimi, sadəcə burada Ö2 vəfat etmişdir?



Cavab:

Əvvəlki cavabdakı kimi, burada sadəcə Ö2 vəfat etdiyindən onun 3 övladı, yəni A‐nın 3 nəvəsi (N1,

N2 və N3) AMM‐in 1924.3‐cü maddəsi və ARMM‐nin 1159.1.3‐cü maddəsinə əsasən ölmüş atalarının

əvəzinə onun mirasdakı payını aralarında bərabər bölüşdürürlər.

Beləliklə pay bölgüsü belə olur:

Ö1 = 1/3


Ö2 = ölüb, onun payı bölüşdürülür: N1, N2 və N3 ümumi mirasdan hərəsinə 1/9 pay düşür

Ö3 = 1/3


Vərəsə olan 5 nəfər birlikdə miras şərikləri sayılırlar və miras bölgüsü aparıla qədər mirsaı bərabər

idarə edirlər. İkinci növbəyə aid olan insanların qrupu, birinci növbəlilikdə olduğu kimi burada da

hər  iki  ölkənin  MM‐də  bir‐birindən  fərqlənirlər.  Belə  ki,  ARMM‐nin  1159.2‐ci  maddəsinə  əsasən

ölənin  bacı  və  qardaşları,  onların  öldüyü  halda  isə  bacı  və  qardaşı  uşaqları  mirasa  yiyələnirlər.

AMM‐in 1925.1‐ci maddəsində isə bu qrupda ölənin bacı və qardaşları ilə yanaşı onun valideynləri

də göstərilmişdir. Bundan əlavə, mirasın açılması halında ilk öncə valideynlər mirasa yiyələnmək

hüququna sahib olurlar. Bacı və qardaşlar isə sadəcə ata və ya analarının və ya onlardan birinin

ölməsi halında onun payını aralarında bərabər bölüşdürürlər. Bunu daha da yaxından anlaya bilmək

üçün növbəti kazusa baxaq.

Kazus 7:

A‐nın heç bir övladı yoxdur və həyat yoldaşı ondan öncə vəfat etmişdir. Ondan geriyə sadəcə atası,

AT və bir qardaşı, Q qalmışdır. Qardaşının isə iki oğlu var, QU1 və QU2 (A‐nın qardaşı uşaqları). A‐nın

öləcəyi halda qanun üzrə kim və hansı payla vərəsə olacaqdır?



Cavab:

Cavaba gəldikdə birinci və ikinci növbəyə daxil olan insanların və onların pay hüquqlarının hər iki

ölkənin  qanununda  fərqli  tənzim  edilməsindən  fərqlər  meydana  gələcəkdir.  Belə  ki,  ARMM‐nin

1159.1.1‐ci maddəsində göstərildiyi kimi ölənin ata və anası birinci növbəyə daxil olan insanlara

aiddirlər  və  bu  səbəbdən  Azərbaycan  qanunvericiliyinə  əsasən  A‐nın  öləcəyi  halda,  övladlarının

olmaması və həyat yoldaşının və anasının ondan öncə ölməsinə görə, sadəcə onun atası onun varisu

olur. A‐nın qardaşı və qardaşı uşaqları ikinci növbəyə daxil olduqlarından birinci növbəlilikdə olan

insanlar tərəfindən vərəsəlikdən kənarda qalırlar, maddə 1160 ARMM.

ARMM‐ə əsasən pay bölgüsü:

AT = 100%

Q və QU1 və QU2 = 0%

AMM‐nin 1925.1‐ci maddəsinə əsasən A‐nın atası onun ikinci növbəyə aid olan varisi sayılır. Yuxarıda

deyildiyi  kimi  A‐nın  övladlarının  olmaması  və  həyat  yoldaşının  ondan  öncə  vəfat  etməsinə  görə

birinci növbəyə daxil olan insanlar daha geri qalmamışdır. Bu səbəbdən ikinci növbəyə daxil olan

A‐nın  anası  da  vəfat  etdiyindən  onun  atası  AT  və  qardaşı  Q  AMM‐nin  1925.1  və  1925.3‐cü

maddələrinə əsasən vərəsə olurlar. Çünki, A‐nın qardaşı Q, anasının payına yiyələnir. Bu da ARMM‐ə

olan əsas fərqin göstəricisidir.

AMM‐ə əsasən pay bölgüsü:

AT = 1/2 hissə

A‐nın qardaşı Q = 1/2 (vəfat etmiş analarının mirasdakı payı)

QU1 və QU2 = 0%, çünki ataları sağdır və onları mirasdan istisna edir.

Üçüncü  növbəyə  daxil  olan  insanların  sırasına  nəzər  saldıqda  da  fərqlər  nəzərə  çarpır.  Belə  ki,

ARMM‐nin 1159.3‐cü maddəsinə əsasən 3‐cü növbədə vərəsə sayılan insanların dairəsinə aiddir:

1. həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba,

2. həm ana, həm də ata tərəfdən nənənin anası və atası, babanın anası və atası.


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IV nömrə

­  36 ­

Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı

vaxt nənə və baba sağ olmasın.

AMM‐də isə bu qrupa aid olan insanların dairəsi belə göstərilmişdir:

1. həm ana, həm də ata tərəfdən nənə və baba,

2. onların övladları (dayı, xala, bibi və əmilər)

Göründüyü kimi ARMM‐də miras qoyanın baba və nənənin olmaması halında onlarına övladlarına,

yəni miras qoyanın dayı, bibi, xala və əmilərinə vərəsəlik hüququ ilk olaraq tanınmır və baba və

nənənin vəfat etmələri halında onların ata və analarına, yəni miras qoyanın urbaba və urnənələrinə

vərəsəlikdə üstünlük verilir.

ARMM‐nin 1159.4‐cü maddəsinə əsasən xala, bibi, dayı və əmi 4‐cü növbəyə daxildir. Necə ki, həm

ARMM‐də, həm də AMM‐də ata və ananın ölümü halında onların övladları vərəsə olmaq hüququna

malikdirlər, eləcə də burada baba və nənənin ölməsi halında onların ata və analarına yox, əksinə

onların  övladlarına,  yəni  A‐nın  xala,bibi, əmi  və  dayısına  vərəsə  olma  imkanı  tanınmalıdır.  Bu

səbəbdən  AMM‐də  olan  üçüncü  növbəyə  aid  olan  vərəsələrin  dairəsinin  ARMM‐ə  ötürülməsi

məqsədəuyğun hesab edilir.

AMM‐nin  1928‐ci  maddəsi  miras  qoyanın  urbaba  və  urnənələrini  AMM‐dən  fərqli  olaraq  4‐cü

növbəyə daxil etmişdir. Bu fərqlilikləri daha da yaxşı qavraya bilmək üçün növbəti kazus yardımcı

olacaqdır.



Kazus 8:

A‐nın heç bir övladı yoxdur və onun valideynləri və nənə və babaları da dünyasını dəyişiblər. Ata

tərəfdən babasının atası, UB isə hələ həyatdadır (124 yaş). Ana tərəfdən onun bir dayısı D1 yaşayır.

Ata  tərəfdən  isə  iki  bibisi,  B1  və  B2  həyatdadırlar.  A‐nın  vəfat  edəcəyi  halda  qanuni  vərəsələr

kimlərdir?

Cavab:

ARMM‐nin 1159.3‐cü maddəsinə əsasən baba və nənə ilk olaraq (primary) vərəsə olurlar və onların

hər birinin artıq vəfat etmiş olmalarına görə onların valideynləri vərəsə sayılırlar. Bu kazusa əsasən

A‐nın  ata  tərəfdən  babasının  atası,  yəni  urbabası,  UB,  A‐nın  yeganə  vərəsəsi  olur.  A‐nın  dayı  və

bibiləri mirasdan pay hüququndan kənarda qalırlar və yalnız UB‐nin öləcəyi halda dördüncü növbəyə

daxil olduqlarından vərəsə olmaq imkanları vardır.

ARMM‐ə əsasən pay bölgüsü:

UB = 100%

D1, B1 və B2 = 0%

AMM‐ə əsasən isə baba və nənənin öləcəyi halda onun övladları, yəni miras qoyanın dayı, xala, bibi

və  əmiləri  vərəsə  olmaq  hüququna  sahib  olurlar.  Urbaba  və  urnənə  dördüncü  növbəyə  daxil

olduqlarından onlar yalnız 3‐cü növbəyə daxil olan insanların vəfat etməsi halında miras payı alırlar.

Beləliklə AMM‐ə əsasən pay bölgüsü aşağıdakı kimi aparılacaqdır:

D1 = 1/3


B1 = 1/3

B2 = 1/3


UB = 0%

­  37 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Məhkəmə aktları

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

QƏRARI

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221‐ci maddələrinin

bəzi müddəalarının şərh edilməsinə dair

4 aprel 2014‐cü il                                                                           Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona

Salmanova,  Südabə  Həsənova,  Rövşən  İsmayılov,  Ceyhun  Qaracayev,  Rafael  Qvaladze,  Mahir

Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi‐hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı  subyektlərin  nümayəndələri  Gəncə  Apellyasiya  Məhkəməsinin  hakimi  Elçin

Xasməmmədovun,  Azərbaycan  Respublikası  Milli  Məclisi  Aparatının  İqtisadi  qanunvericilik

şöbəsinin Maliyyə və büdcə məsələləri üzrə qanunvericilik sektorunun müdiri Rövşən Muradovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini, Mülki hüquq kafedrasının

dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının,

mütəxəssislər  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  hakimi  Əsəd  Mirzəliyevin,  Bakı

Apellyasiya Məhkəməsinin hakimi İsmayıl Xəlilovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi

konstitusiya  icraatı  üzrə  açıq  məhkəmə  iclasında  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin

220.6  və  221‐ci  maddələrinin  bəzi  müddəalarının  şərh  edilməsinə  dair  Gəncə  Apellyasiya

Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin

çıxışlarını,  ekspertin  rəyini  dinləyib,  iş  materiallarını  araşdırıb  müzakirə  edərək,  Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Plenumu



MÜƏYYƏN ETDİ:

Gəncə Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki

Məcəllə)  220.6  və  221‐ci  maddələrinin  bəzi  müddəalarının  Azərbaycan  Respublikası

Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13, 29‐cu maddələri və “İnsan hüquqlarının və

əsas  azadlıqların  müdafiəsi  haqqında”  Konvensiyanın  (bundan  sonra  –  Konvensiya)  1  saylı

Protokolunun 1‐ci maddəsi baxımından şərh edilməsini Azərbaycan Respublikası Konstitusiya

Məhkəməsindən (bundan sonra – Konstitusiya Məhkəməsi) xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, Ağstafa rayon məhkəməsinin 10 avqust 2012‐ci il tarixli qətnaməsi

ilə mərhum F.Mehdiyevdən miras qalan və həmin rayonun Dağ Kəsəmən kəndində yerləşən 0,12

ha  həyətyanı  torpaq  sahəsinə  və  həmin  sahədə  yerləşən  fərdi  yaşayış  evinə  onun  5  nəfər

vərəsəsinin  hər  birinin  1/5  hissədə  miras  payı  olduğu  müəyyən  edilmiş,  vərəsələrdən

K.Mehdiyevin,  R.Mehdiyevanın,  K.Vəliyevanın,  S.Xəlilovanın,  həmçinin  vəfat  etmiş  vərəsə

E.Mehdiyevin qanun üzrə vərəsəsi R.Mehdiyevanın həmin torpaq sahəsinə və evə 1/5 hissədə

mülkiyyət hüquqları tanınmışdır.

Bundan sonra K.Mehdiyev, R.Mehdiyeva, K.Vəliyeva və S.Xəlilova R.Mehdiyevaya qarşı iddia ilə

məhkəməyə  müraciət  edərək,  ümumi  mülkiyyətdə  olan  0,12  ha  həyətyanı  torpaq  sahəsində

yerləşən mübahisəli evin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin mülkiyyətçilər


­  38 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

arasında paylara uyğun bölüşdürülməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmişlər.

Ağstafa rayon məhkəməsinin 5 iyul 2013‐cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

İddiaçılardan K.Mehdiyev birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti

verərək həmin məhkəmə aktının ləğv edilməsi və iddianın bütövlükdə təmin edilməsi haqqında

qətnamə çıxarılmasını xahiş etmişdir.

Müraciətdə qeyd olunmuşdur ki, Mülki Məcəllənin 220.3‐220.5‐ci maddələrində paylı mülkiyyətdə

olan əşyanın bölünməsi və ondan payın ayrılması qaydaları müəyyən edilmişdir.

Həmin normalarda ümumi mülkiyyətdən çıxmaq istəyən mülkiyyətçinin ümumi əmlakdakı payına

naturada  ayrılma,  pul  və  ya  digər  kompensasiya  ödənilməsi  yolu  ilə  xitam  verilməsi  zamanı

mülkiyyətçinin razılığının alınması zəruri şərt kimi müəyyən olunmuşdur. Lakin Mülki Məcəllənin

220.6‐cı  maddəsində  ümumi  əmlakın  açıq  hərracdan  satılması  barədə  qərar  qəbul  edərkən

məhkəmənin mülkiyyətçilərin hamısının və ya bir neçəsinin, yaxud payının ayrılmasını tələb edən

mülkiyyətçinin  razılığının  nəzərə  alınmasına  dair  müddəa  nəzərdə  tutulmamışdır,  bu  isə

qanunvericiliyin tətbiqində qeyri‐müəyyənlik yaranmasına səbəb olmuşdur.

Göstərilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsi Mülki Məcəllənin 220.6‐cı maddəsinin “bu

Məcəllənin 220.3‐220.5‐ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın

bölünməsi və ya ondan pay ayrılması açıq‐aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın

açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların

paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər” müddəasının və

həmin Məcəllənin 221‐ci maddəsinin “əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa

gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə

azalmadan  mümkün  olmadıqda  isə  açıq  hərracdan  və  ya  iştirakçılar  üçün  hərracdan  satılır”

müddəasının Konstitusiyanın 13 və 29‐cu maddələri, Konvensiyanın 1 saylı Protokolunun 1‐ci

maddəsi baxımından şərh edilməsini xahiş etmişdir.

Konstitusiya  Məhkəməsinin  Plenumu  müraciətlə  bağlı  aşağıdakıların  qeyd  olunmasını  zəruri

hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər

kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla

qorunur.  Hər  kəsin  mülkiyyətində  daşınar  və  daşınmaz  əmlak  ola  bilər.  Mülkiyyət  hüququ

mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək

və  onun  barəsində  sərəncam  vermək  hüquqlarından  ibarətdir  (Konstitusiyanın  13  və  29‐cu

maddələri).

Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki

Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə

olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir.

Mülkiyyət  hüququnun  subyekti  bir  şəxs,  habelə  iki  və  ya  daha  çox  şəxs  ola  bilər.  Ümumi

mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər‐arvadın mülkiyyəti) və paylı mülkiyyətdən

(iştirakçılardan,  ailə  üzvlərindən  hər  birinin  müəyyən  payı  olan  mülkiyyət)  ibarətdir.  Ümumi

mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması

və  onların  qanuni  mənafelərinin  nəzərə  alınması  zəruridir.  Ümumi  əmlak  üzərində  sərəncam

verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər.

Mülki  Məcəllənin  213‐cü  maddəsinə  görə  iki  və  ya  bir  neçə  şəxsin  mülkiyyətində  olan  əmlak

ümumi  mülkiyyət,  şəxslərin  hər  birinin  mülkiyyətində  (hüququnda)  olan  payı

müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.

Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin

ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan

istifadə  onun  bütün  mülkiyyətçilərinin  razılaşması  əsasında,  razılaşma  əldə  edilmədikdə  isə

məhkəmənin  müəyyənləşdirdiyi  qaydada  həyata  keçirilir;  2)  paylı  mülkiyyətin  mülkiyyətçisi

ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün

olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən


­  39 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə

əşyanın  bütün  mülkiyyətçilərinin  razılaşması  əsasında  həyata  keçirilir;  3)  razılaşma  əldə

olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın

ayrılması  üsulu  və  şərtləri  haqqında  razılığa  gələ  bilmədikdə  onlar  öz  paylarının  naturada

ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

Göründüyü  kimi,  fərdi  mülkiyyət  hüququna  malik  olan  mülkiyyətçilərdən  fərqli  olaraq  paylı

mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər.

Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və

ya  ümumi  mülkiyyətdən  ona  aid  olan  hissənin  naturada  ayrılmasını  həyata  keçirmək  hüququ

verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata

keçirilməsi formalarından biridir.

Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:

1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;

2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.

Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin

saxlanmasına  çəkilən  xərclərdə  mülkiyyətçilər,  payın  həcminə  müvafiq  olaraq  iştirak  edirlər

(Mülki Məcəllənin 217‐ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya

mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib

ümumi  əşyanın  istifadəsindən  götürülən  bəhər,  məhsul  və  gəlir  paylara  uyğun  şəkildə

bölüşdürülür  (Mülki  Məcəllənin  216‐cı  maddəsi).  Paylı  mülkiyyətin  mülkiyyətçisinə  naturada

ayrılan  əşyanın  onun  mülkiyyət  hüququndakı  payına  tənasübsüzlüyü  müvafiq  pul  məbləğinin

ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4‐cü maddəsi).

Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın

bölünməsinin  və  ya  payın  ayrılmasının  yeganə  ağlabatan  üsulu  pul  kompensasiyasının

ödənilməsidir.

Mülki Məcəllənin 220.1 və 220.2‐ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi

və  ya  ondan  mülkiyyətçilərdən  birinin  payının  ayrılmasının  üsul  və  şərtlərinə  dair  bütün

mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri

əks etdirir.

Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq

razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada

ayrılması  hüququndan  məhrum  etmir  və  maraqlı  mülkiyyətçi  öz  payının  ümumi  əmlakdan

ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol

verilmirsə  və  ya  bu,  ümumi  mülkiyyətdə  olan  əşyaya  tənasübsüz  zərər  vurmadan  mümkün

deyildirsə,  ayrılan  mülkiyyətçi  öz  payının  dəyərinin  paylı  mülkiyyətin  digər  mülkiyyətçiləri

tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3‐cü maddəsi).

Mülki  Məcəllənin  220.4‐cü  maddəsində  bu  hüququn  həyata  keçirilməsinin  mümkünlüyü  paylı

mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən

kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir.

Bununla,  mülkiyyətçiyə  düşən  pay  əvəzinə  pul  kompensasiyasının  ödənilməsi  yalnız  payın

naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər.

Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3‐cü maddəsinə müvafiq olaraq

payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər.

Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının

ödənilməsi  tələbini  irəli  sürmək  hüququna  malikdir.  Əgər  iddiaçı  tərəfindən  belə  tələb  irəli

sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz.

Belə  ki,  məhkəmə  iddia  tələbinin  hədlərindən  kənara  çıxa  bilməz.  Ümumi  paylı  mülkiyyətin

mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi

digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil.

Payların həcminin və mülkiyyətçinin iradəsinin nəzərə alınmaması mülki hüquq münasibətlərinin


­  40 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

iştirakçılarının məcburi qaydada istənilən əmlaka mülkiyyət hüquqlarının müəyyən edilməsinə

gətirib çıxarardı.

Mülki Məcəllənin 220.4‐cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real

surətdə  ayrıla  bilmədikdə  və  ümumi  əmlakdan  istifadə  edilməsində  onun  mühüm  mənafeyi

olmadıqda,  məhkəmə  həmin  mülkiyyətçinin  razılığı  olmadan  da  paylı  mülkiyyətin  qalan

iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür

(Mülki Məcəllənin 220.4‐cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın

istifadəsində  mühüm  mənafeyinin  olub‐olmaması  məsələsi  məhkəmələr  tərəfindən  hər  bir

konkret  halda  tərəflərin  təqdim  etdikləri  sübutları  məcmu  şəklində  tədqiq  etməklə  və

qiymətləndirməklə həll olunur.

Həmin  maddənin  üçüncü  cümləsinin  tətbiq  olunması  yalnız  qanunverici  tərəfindən  sadalanan

bütün  şərtlərin  eyni  zamanda  mövcud  olması  halında  mümkündür:  mülkiyyətçinin  payı  cüzi

olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun

mühüm mənafeyi olmadıqda.

Bununla, Mülki Məcəllənin 220.4‐cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini

irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq

digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə

tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı.

Mülki Məcəllənin 220.6‐ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin

əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına

mütənasib  surətdə  bölüşdürülməsi  haqqında  qərar  qəbul  edilməsi  səlahiyyəti  nəzərdə

tutulmuşdur.  Məhkəmə  tərəfindən  belə  qərarın  qəbul  edilməsi  bütün  paylı  mülkiyyətçilərin

razılığının  alınması  ilə  şərtləndirilməmişdır.  Həmin  maddənin  mənasına  görə  belə  qərar  paylı

mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülkiyyətçilərin razılığı olmadan

əmlakın  hərracdan  satılması  barədə  məhkəmənin  qərar  qəbul  etməsi  mülkiyyət  hüququnun

məhdudlaşdırılması (mülkiyyət hüququna müdaxilə) baxımından təhlil olunmalıdır.

Konstitusiya  Məhkəməsinin  Plenumu  Konstitusiyanın  29‐cu  maddəsində  təsbit  olunmuş

mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərinin müəyyən edilməsini vacib hesab edir.

Mülkiyyət hüququnu məhdudlaşdırılmasının əsasları Konstitusiyada və beynəlxalq aktlarda təsbit

edilmiş və bu hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər.

Bununla əlaqədar, nəzərə alınmalıdır ki, Konstitusiya mülkiyyət hüququnun təsbit etməklə yanaşı,

onun  ümumi  və  xüsusi  məhdudiyyətlərinin  hüdudlarını  (hədlərini)  müəyyən  etmişdir

(Konstitusiyanın 13‐cü maddəsinin III hissəsi, 29‐cu maddəsinin II hissəsi və 71‐ci maddəsinin II

hissəsi,  “Azərbaycan  Respublikasında  insan  hüquq  və  azadlıqlarının  həyata  keçirilməsinin

tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3‐cü maddəsi).

Konstitusiyanın 13‐cü maddəsində mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı əsaslar

müəyyən olunmuşdur. Həmin maddədə göstərilir ki, mülkiyyətdən insan və vətəndaş hüquqları

və  azadlıqları,  cəmiyyətin  və  dövlətin  mənafeləri,  şəxsiyyətin  ləyaqəti  əleyhinə  istifadə  edilə

bilməz.

“Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi



haqqında”  Azərbaycan  Respublikasının  Konstitusiya  Qanununda  hüquq  və  azadlıqların,  o

cümlədən  mülkiyyət  hüququnun  ümumi  məhdudiyyətlərinin  hüdudları  müəyyən  olunmuşdur.

Mülkiyyət  hüququnun  məhdudlaşdırılması  qanunçuluğun  tələbinə  cavab  verməli,  qoyulan

məhdudiyyətlər  həmin  hüququn  mahiyyətini  dəyişməməli,  başqa  şəxslərin  hüquq  və

azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə

mütənasib olmalıdır.

Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsinə əsasən heç kəs, cəmiyyətin maraqları naminə,

qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla,

öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd  olunan  normaların  məzmunundan  görünür  ki,


­  41 ­


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin