Hüququ tətbiq edəndən onu tətbiq edənlərə yeni inzibati hüquqla bağlı


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix14.01.2017
ölçüsü1,33 Mb.
#5431
1   2   3   4   5   6   7   8   9   10   11

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Bu baxımdan prof. R.İsgəndərovun preyudisiyanı “əvvəlki məhkəmə qərarları və hökmlərində əks

olunmuş fakt və hüquqi nəticələrin ibtidai araşdırma orqanları və məhkəmə üçün əhəmiyyəti”

kimi izahını(5, s.22) məsələnin mahiyyətinin əsas əlamətlərinin anlayışda ifadə olunmaması kimi

qiymətləndirmək lazım  gəlir.  Preyudisiyanın  məhkəmə  qərarının  preyudisiallıq əlamətinin

sübutetmə qaydası kimi ifadəsi olduğunu nəzərə alsaq, onda, belə bir məqamı da qeyd etməliyik

ki, məhkəmə qərarının preyudisial əhəmiyyəti onun digər prosessual əhəmiyyətini deyil, məhz

prosessual məcburiliyin təzahürünü ifadə edir.

Məhkəmə qərarının preyudisiallıq xüsusiyyəti əsasında AR CPM‐də preyudisiya institutunun təsbit

olunnmasına baxmayaraq, AR CPM‐in 139.0‐cı maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı

sübutetmə predmetinə aid olan hallar yalnız (kursiv bizimdir) sübutlara əsasən müəyyən edilir.

Bu da, bizə qanuni qüvvəyə minmiş məhkəmə qərarında sübutetmə predmetina aid olan məsələ

müəyyən edildiyi halda həmin qərarı sübut növü kimi nəzərdən keçirməyə əsas verir. Fikrimizcə,

belə bir hal bu iki məsələ arasında nəzəri dalanın yaranmasına gətirib çıxarır.

Qeyd  olunanları  ümumiləşdirərək,  preyudisiyanın  cinayət  prosesi  nəzəriyyəsindəki  anlayışını

“qanuni  qüvvəyə  minmiş  məhkəmə aktlarında  əks  olunmuş halların  (fakt  və hüquqi

nəticələrin) ibtidai araşdırma orqanları və məhkəmə tərəfindən əlavə araşdırılmadan istifadə

etmək  imkanı” kimi ifadə etmək olar. Bu anlayışa qarşı çıxanların əsas arqumenti ondan ibarət

olacaqdır  ki,  burada  məhkəmə  aktının  təkzibolunmazlıq  xüsusiyyəti  nəzərə  alınmamışdır  və

preyudisiyanın bu cür şərhi məhkəmə qərarının nüfuzunu aşağı sala bilər. Bu məsələyə də, AR

CPM‐in 142‐ci maddəsinin təhlili əsasında izah verəcəyik.



I.1. Həqiqət Azərbaycan Respublikasının cinayət prosesinin bütün institutlarına müəyyənedici təsir

göstərən determinant kimi

Azərbaycan  Respublikasının  cinayət‐prosessual  qanunvericililiyində  preyudisiya  institutunun

hansı məzmunda tənzimlənməsi məsələsindən əvvəl preyudisiyanın mahiyyəti ilə bilavasitə bağlı

olan həqiqət məsələsinə qısaca olaraq diqqət ayırmağı zəruri hesab edirik. Belə ki, bu, həm iki

anlayış arasında qarşılıqlı əlaqənin, həm də preyudisiyanın mahiyyətinin qanunvericiliyin mövqeyi

baxımdan qiymətləndirilməsi üçün mühüm nəzəri‐metodoloji əhəmiyyət kəsb edir.

Məlumat üçün bildirək ki, 18 mart 2009‐cu il tarixində AR Konstitusiyasının 125‐ci maddəsinə

“məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” məzmununda VII hissənin əlavə

olunması  ilə  məhkəmə  qərarının  hər  bir  halda  həqiqəti  əks  etdirməsi  müddəası  konstitusion

norma‐prinsipə çevrilmiş oldu.

Preyudisiya institutunun məntiqi əsası olan qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi

prezumpsiyasının mahiyyəti də məhz, həqiqətin müəyyənləşdirilməsi prinsipindən irəli gəlir. Belə

ki,  hər  bir  halda  qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarının  həqiqiliyi  ona  görə  prezumpsiya

(ehtimal) olunur ki, bu qərar, qarşısında həqiqətin müəyyənləşdirilməsi məqsədi olan və buna nail

olmaq  üçün  kifayət  qədər  prosessual  vasitələrin  olduğu  icraatın  nəticəsi  kimi  qəbul  olunur.

Prezumpsiya sözünün hərfi mənasının latın dilindən tərcümədə praesumptio – ehtimal, fərziyyə

olduğunu  nəzərə  alsaq,  onda  prosessual  ədəbiyyatda  formalaşmış  o  fikrə  istinad  etməliyik  ki,

qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi hər bir halda ehtimal və ya fərziyyə olunur.

Bu da, AR Konstitusiyasının 125‐ci maddəsinin VII‐ci hissəsi ilə ziddiyyət təşkil edir. Yeri gəlmişkən,

hüquq ədəbiyyatında  prezumpsiyanın  hüquqda  ehtimal,  fərziyyə  kimi  nəzərdən  keçirilməsinin

doğru olmaması ilə bağlı fikirlər də mövcuddur.(7, s.73)

Göründüyü  kimi,  Azərbaycan  mühakimə  icraatında  həqiqətin  müəyyən  edilməsi  müddəası

konstitusion normadır və bu norma preyudisiyanın mahiyyətində ifadə olunmalıdır.

Lakin burada digər vacib məsələ ondan ibarətdir ki, preyudisiallıq əlaməti müxtəlif növ mühakimə

icraatı şəklində həyata keçirilən məhkəmə icraatı nəticəsində qəbul edilən məhkəmə aktlarının

hər birinə aiddirmi? Bunun müəyyənləşdirilməsi üçün, ilk növbədə, mühakimə icraatlarının bütün

növləri çərçivəsində həqiqətin müəyyən edilməsinin məqsəd və ya prinsip olub‐olması məsələsi

ilə yanaşı, həm də kifayət qədər prosessual vasitələrin olub‐olmadığını aydınlaşdırmaq zəruridir.



­  8 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

AR  Konstitusiyasının  125‐ci  maddəsinin  VII  hissəsində  məhkəmə  icraatının  həqiqəti

müəyyənləşdirməli olmasının nəzərdə tutulmasına baxmayaraq Azərbaycan Respublikası Mülki‐

Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) bir çox müddəalarının sistemli təhlili onu deməyə

əsas verir ki, qanunla  məhkəmənin üzərinə həqiqəti müəyyənləşdirmək vəzifəsi qoyulmamışdır

və iş üzrə həqiqətin müəyyənləşdirilməsi, bir çox hallarda, mülki‐prosessual hüququn mahiyyətinə

və  əsas  təyinatına  (tərəflər  arasındakı  mübahisənin  həllinə),  ziddir.  Mülki  prosesdə  məhkəmə

həqiqətə nail olmaq üçün yalnız işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.

Həqiqətin  müəyyən  olunmasının  prinsip  kimi  işlərin  hərtərəfli,  tam  və  obyektiv  araşdırılması

məzmununda  ifadə  olunmasını  nəzərə  alsaq,  onda  qeyd  etmək lazımdır  ki,  AR  MPM­in  14­ci

maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işdə iştirak edən şəxslərə onların prosessual

hüquq və vəzifələrini izah etməklə, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə

onları xəbərdar etməklə, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməklə

buna  şərait  yaradır.  Bu  icraat  çərçivəsində  qəbul  olunmuş  məhkəmə  qərarlarının  həqiqiliyini

prezumpsiya (ehtimal) etmək olar.

İnzibati prosessual  icraat  üzrə  qəbul  edilmiş  məhkəmə  qərarlarının  preyudisiallığı  məsələsinin

dəqiqləşdirilməsi  üçün  həqiqətin  inzibati‐prosessual  icraatın  prinsipi  olub‐olmamasını

müəyyənləşdirmək də zəruridir. Ona görə də, həqiqətin AR inzibati‐prosessual qanunvericiliyin

prinsip olub‐olmamasına da qısaca nəzər yetirək.

Azərbaycan  Respublikasında  yeni  bir  hüquq  sahəsi  olan  inzibati  prosessual  hüquq  normaları  1

yanvar 2011­ci il tarixində qüvvəyə minən AR İnzibati‐Prosessual Məcəlləsi (bundan sonra AR İPM)

ilə  müəyyənləşdirilmişdir.  Bu  məcəllənin  12‐ci  maddəsində  məhkəmənin  həqiqəti

müəyyənləşdirmək vəzifəsi nisbətən fərqli məzmunda təsbit olunmuşdur. Belə ki, həmin maddəyə

əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri

sübutlarla  və  işdə  olan  digər  materiallarla  kifayətlənməyərək,  mübahisənin  düzgün  həlli  üçün

əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, həmçinin, müstəqil

şəkildə  öz  təşəbbüsü  ilə  və  ya  proses  iştirakçılarının  vəsatətinə  əsasən  digər  zəruri  sübutları

toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

Fikrimizcə, qeyd olunanlar əsasında birmənalı şəkildə iddia etmək olar ki, inzibati prosessual icraat

çərçivəsində  qəbul  edilmiş  və  qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarlarının  həqiqiliyini

prezumpsiya (ehtimal) etmək olar. Amma uzun illər ərzində mülki (bunu inzibati prosesə də aid

etmək olar) və cinayət prosesi çərçivəsində həqiqətin müəyyən edilməsi vasitələrinin eyni olmadığı

barədə fikirlər mövcuddur.

I.2. Azərbaycan cinayət‐prosessual qanunvericiliyində de lege lata mənasında preyudisiya institutu

Preyudisiya ilə bağlı məsələlər AR CPM‐in iki fərqli maddəsində tənzimlənmişdir. Belə ki, AR CPM‐in

65‐ci maddəsi “Prosessual qərarların preyudisial əhəmiyyəti” və 142‐ci maddəsi “Preyudisiya” kimi

adlandırılmışdır. Bu maddələrin məzmunun təhlili onu deməyə əsas verir ki, mahiyyət etibarilə

65‐ci  maddə  olmadan  da,  preyudisiya  ilə  bağlı  münasibətləri  142‐ci  maddə  ilə  tənzimləmək

mümkündür. Ona görə də, AR CPM‐in 65‐ci maddəsinin CPM‐dən çıxarılması barədə irəli sürülən

fikirlərə haqq qazandırmaq olar.

Sübut hüququnun tərkib hissəsi olan preyudisiya institutunun preyudisiallığın sübutetmə qaydası

kimi ifadə olunmasını nəzərə alaraq onu CPM‐in 142‐ci maddəsi əsasında təhlil edəcəyik. AR CPM‐in

142.1‐ci maddəsində göstərilir: “Cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü

cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə

təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir”.

Göründüyü kimi, AR CPM‐ə görə hakim araşdırdığı iş üzrə sübutetmə predmetinə daxil olan hallar

və  onların  hüquqi  qiymətləndirilməsinə  münasibətdə  qanuni  qüvvəyə  minmiş  digər  məhkəmə

hökmünün məzmununu olduğu kimi tətbiq etməlidir. Bu zaman hakimin həqiqəti öz daxili inamına

əsasən müəyyənləşdirmək səlahiyyəti mövcud deyildir. Yəni, əgər hakimin araşdırdığı işlə əlaqəli

digər məhkəmə hökmündə müəyyənləşdirilmiş hallar və ona verilən hüquqi qiymət barədə əsaslı

və hətta, sübutlara əsaslanan nəticələri olsa belə, onun qanuni qüvvəyə minmiş məhkəmə hökmünü



­  9 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

tətbiq  etməkdən  başqa  çıxış  yolu  yoxdur.  Çünki  AR  CPM‐in  142‐ci  maddəsində  bu  hal  nəzərdə

tutulmur və müvafiq olaraq AR CPM‐in 141.1.3‐cü maddəsinə görə məhkəmə üçün preyudisial

qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar sübut edilmiş hesab olunur.

CPM‐in 142.1‐ci maddəsinin məzmunu onu deməyə əsas verir ki, qanunverici cinayət işləri üzrə

qəbul olunmuş və qanuni qüvvəyə minmiş məhkəmə hökmü digər işlərə baxılması zamanı yenidən

araşdırmağa yol vermir və bununla da, cinayət prosesində həqiqətin müəyyən edilməsi prinsipinə

deyil,  məhkəmə  hökmünün  stabilliyi müddəasına  üstünlük  vermişdir.  Bu  zaman  həqiqətin

məhkəmə  icraatında  müəyyənləşdirilməsi  vəzifəsi  əvvəlki  məhkəmə  icraatı  çərçivəsində

müəyyənləşdirildiyi müddəasına əsaslanır, yəni barəsində baxılan iş üzrə qanuni qüvvəyə minmiş

hökmdə  artıq  həqiqət  müəyyən  olunduğu  üçün  onu  mübahisələndirməyə  ehtiyac  yoxdur.  Yeri

gəlmişkən, bu halda qanunun ziddiyyətlərin aradan qaldırılması funksiyasına üstünlük verdiyini

demək də mümkün deyildir. Bunu deməyə əsas verən hal CPM‐də əlavə kassasiya institutunun

mövcudluğudur.

CPM‐in 142.1‐ci maddəsi eyni zamanda ittiham, müdafiə və məhkəmənin cinayət işi üzrə qanuni

qüvvəyə minmiş məhkəmə hökmündə müəyyənləşdirilmiş və qiymətləndirilmiş hallar barəsində

sübutetmə  predmetinin  müəyyən  edilməsi  üzrə  sübutetmə  fəaliyyətini  (xüsusilə  sübutların

toplanması və qiymətləndirilməsi üzrə fəaliyyətini) tam mənada məhdudlaşdırır.

AR  CPM‐in  142.2‐ci  maddəsinə  görə  isə  mülki  işlər  üzrə  qanuni  qüvvəyə  minmiş  məhkəmənin

qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin

yaxud hərəkətin olub‐olmaması hissəsində məcburidir və bu qərar təqsirləndirilən şəxsin təqsirli

olub‐olmamasını  əvvəlcədən  həll  etmir.  Başqa  sözlə,  əgər  mülki  iş  üzrə  məhkəmə  qərarında

müəyyən olunmuş hadisə və ya hərəkətin olub‐olmaması halı ittihamın qanuni, əsaslı və ədalətli

həlli üçün əhəmiyyət kəsb edirsə, onun təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən

yenidən yoxlanması qadağan olunur və məsələ qanuni qüvvəyə minmiş məhkəmə qərarında olduğu

kimi həll olunur.

Bununla yanaşı, təhlil olunan maddənin məzmunundan aşağıdakı nəticələri çıxarmaq olar:

1. AR CPM mülki mühakimə icraatı qaydasında baxılan mülki işlər üzrə qanuni qüvvəyə minmiş

məhkəmə  qərarının  preyudisiallığını  müəyyən  məsələlərdə,    yəni  “hadisənin  yaxud  hərəkətin

olub‐olmaması  hissəsində  (bu  hadisə  və  ya  hərəkət  cinayət  işi  üzrə  hər  bir  halda  sübutetmə

predmetinə daxil olan “halı” nəzərdə tutur) ” [2] məhdud mənada qəbul edir;

2. Müvafiq məsələlər üzrə məhkəmə qərarında müəyyən olunan hal cinayət işi üzrə sübutetmə

predmetinə  aid  olduqda  müvafiq  halın  olub‐olmaması  ilə  əlaqəli  cinayət‐prosessual  fəaliyyət

həyata keçirmək imkanı nəzərdə tutulmur, yəni burada müvafiq məhdud mənada təkzibedilməz

preyudisiya növü nəzərdə tutulur;

3. Cinayət işi üzrə sübutetmə predmetinə daxil olan halın olub‐olmaması mülki işlər üzrə qanuni

qüvvəyə minmiş məhkəmə qərarında müəyyənləşdirilməsi iş üzrə təqsirləndirilən şəxsin təqsirli

olub‐olmamasını,  yəni  onun  təqsiri  məsələsini  həll  etmir. Özlüyündə  bu  o  deməkdir  ki,  qanuni

qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən hadisə və ya hərəkətinin olub‐olmaması

təqsirləndirilən şəxsin təqsiri ilə bağlı olduqda bu halların təkzibedilməz preyudisiallığı tanınmır.

AR  CPM‐in  142.2‐ci  maddəsinin  məzmununda  vacib  məsələlərdən  biri  də,  burada  məhkəmə

qərarının  məhz  hansı  növünün  nəzərdə  tutulmasının  aydın  olmamasıdır.  Lakin  kontekstə  görə

aydındır ki, burada qanun məhkəmə qətnaməsini nəzərdə tutmuşdur. Belə ki, mülki mühakimə

icraatında hadisə və ya hərəkətin olub‐olmaması işə mahiyyəti üzrə baxılarkən müəyyən olunduğu

üçün, bu, yalnız məhkəmə qətnaməsi ilə müəyyən olunur. Fikrimizcə, buna görə də, ədəbiyyatda

məsələnin  həllində  müvafiq  məhkəmə  qərarının  növünün  müəyyən  edilməməsinin  problemli

məqam kimi nəzərdə keçirilməsini əsaslı hesab etmək olmaz.

Qüvvədə  olan  cinayət‐prosessual  qanunvericilikdə  yalnız cinayət  və  mülki  mühakimə  icraatı

çərçivəsində  qəbul  olunan  məhkəmə  qərarlarının  preyudisiallığı  məsələsi  tənzimlənmişdir.

İnzibati‐prosessual qanunvericilik və inzibati xətalar üzrə qəbul olunmuş məhkəmə qərarlarının

preyudisiallığı  məsələsi   isə,   ümumiyyətlə,   hüquqi   tənzimetmədən   kənarda   qalmışdır. Heç


­  10 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

şübhəsizdir  ki,  bu  növ  qərarlarda  müəyyən  edilmiş  hallar  cinayət işinin  araşdırılması  zamanı

əhəmiyyət  kəsb  edə  bilər. Müvafiq  məhkəmə  qərarlarının  cinayət  prosesində  əhəmiyyəti

M.S.Stroqoviçin sovet cinayət prosesində məhkəmə qərarları barədə dediyi fikirlər çərçivəsində

həll  etməyə  heç  də  mane  olmur.  Lakin  yuxarıdakı  qısa  təhlildən  aydın  olduğu kimi,  Inzibati­

Prosessual Məcəllə bu icraat çərçivəsində həqiqətin müəyyənləşdirilməsini məhkəmənin üzərinə

vəzifə  kimi  qoyur  və  bu  növ  qərarların  həqiqiliyi prezumpsiyasına  əsaslanmaqla  onların

preyudisiallığını  qanunda  təsbit  etmək mümkündür  və  bu,  AR  CPM‐in  142‐ci  maddəsinin

məzmununun məntiqi davamı olardı.

Preyudisiya  ilə bağlı nəzəri  əhəmiyyət  kəsb  edən  məsələlərdən  biri  də, ibtidai  araşdırma

orqanlarının  qəbul  etdiyi  qərarların  preyudisiallığı  məsələsidir.  Belə  ki,  AR  CPM‐in  65.1‐ci

maddəsində qeyd olunur ki, “cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin

məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı,

şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun

qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir”.

Maddənin məzmununun qrammatik şərhi onu deməyə əsas verir ki, şəxsin cinayət təqibini istisna

edən qərarları hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi

qüvvəyə  malikdir  və  məhkəmə hökm  və  digər  yekun  qərarının  çıxarılması  zamanı  məsələni  bu

qərarlara  uyğun  olaraq  həll  etməli  və  ya  müvafiq  halda  ümumiyyətlə  işin  baxılmasına  xitam

verməlidir. Belə ki, bu növ qərarların dairəsi AR CPM‐in 39.1.6 və 39.1.7‐ci maddəsində cinayət

təqibini istisna edən hallar kimi əks olunmuşdur. Müvafiq qərarlara şəxs barəsində eyni ittiham

üzrə  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü  və  ya  digər  məhkəmənin  cinayət  təqibini

qeyri‐mümkün edən ləğv edilməmiş qərarı və təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət

işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı aiddir.

Bu növ qərarların məhkəmə üçün hüquqi qüvvəsinin cinayət prosesində qərarların preyudisiallığını

müəyyənləşdirən maddənin məzmununda əks olunmasının nəzəri baxımdan doğru olub‐olmaması

məsələsinin təfərrüatına varmadan qeyd etməliyik ki, burada qərarların istisnalığı ilə preyudisiallıq

əlamətləri qarışdırılmışdır. Xüsusilə şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin

və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv

edilməmiş  qərarının  məhkəmə  üçün  preyudisiallığının  müəyyənləşdirilməsi  işi  həll  etmə

funksiyasının faktiki olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən həyata keçirilməsinin

təzahürüdür ki, hətta bu halda məhkəmənin həmin qərara uyğun olaraq işi həll etmək vəzifəsi təsbit

olunur.

II. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6­ci

maddəsinin tələbləri və de lege lata mənasında preyudisiya institutu: müqayisəli təhlil

II.1. İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında  Avropa  Konvensiyasının  6­cı

maddəsinin tələbləri

Konvensiyanın 6‐cı maddəsinə görə hər kəsin ədalətli məhkəmə araşdırması hüququ vardır. Ədalətli

məhkəmə araşdırması hüququna görə,

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət

ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə,

ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq

elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə

görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi

bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza

biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və

ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər.

2.  Cinayət  törətməkdə  ittiham  olunan  hər  kəs  onun  təqsiri  qanun  əsasında  sübut  edilənədək

təqsirsiz hesab edilir.

3. Cinayət törətməkdə ittiham olunan hər kəs ən azı aşağıdakı hüquqlara malikdir:

a) ona qarşı irəli sürülmüş ittihamın xarakteri və əsasları haqqında onun başa düşdüyü dildə dərhal


­  11 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

və ətraflı məlumatlandırılmaq;

b) öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq;

c)  şəxsən  və  ya  özünün  seçdiyi  müdafiəçi  vasitəsi  ilə  özünü  müdafiə  etmək ya  müdafiəçinin

xidmətini  ödəmək  üçün  vəsaiti  kifayət  etmədiyi  zaman,  ədalət  mühakiməsinin  maraqları  tələb

etdikdə, belə müdafiədən pulsuz istifadə etmək;

d) onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malik

olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin

çağırılması və dindirilməsi hüququna malik olmaq;

e) məhkəmədə istifadə olunan dili başa düşmürsə və ya bu dildə danışa bilmirsə, tərcüməçinin

pulsuz köməyindən istifadə etmək.

Məlum olduğu kimi, Avropa Məhkəməsinin presedent hüququna təkcə Konvensiya deyil, Avropa

Məhkəməsinin ayrı‐ayrı işlər üzrə qəbul etdiyi qərarlar da daxildir. Yəni, Konvensiyanın maddələri

məhz Məhkəmənin qərarlarında bu maddələrə verilən şərhlərdəki  məzmun əsasında başa düşülür.

Bu tədqiqat çərçivəsində ədalətli məhkəmə araşdırılması hüququnun bütün tələblərini deyil, yalnız

“hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət

ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə,

ağlabatan  müddətdə  işinin ədalətli  və  açıq araşdırılması  hüququna  malikdir”  və  “cinayət



törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz

hesab edilir” göstərişlərini daha ətraflı təhlil edəcəyik.

II.1.  a. İlk  öncə  bildirməliyik  ki,  “məhkəmə  araşdırması”  anlayışı  prosesin  çəkişmə  xarakterli

olmasını tələb edir. Cinayət işləri üzrə məhkəmə araşdırmasının çəkişmə xarakterli olması onu

ifadə edir ki, həm ittiham, həm də müdafiə tərəfi üçün qarşı tərəfin təqdim etdiyi qeydlərdən və

sübutlardan xəbərdar olmaq və onlar barəsində izahat verməkdə tərəflər bərabər imkanlar malik

olmalıdır. Bu müddəanın zəruriliyi Azərbaycana qarşı olan işlərdə də qeyd olunmuşdur. Belə ki,

17 yanvar 2008‐ci il tarixli Abbasov Azərbaycana qarşı işində 30‐cu bənddə Məhkəmə xüsusi olaraq

qeyd  edir  ki, ədalətli  məhkəmə  baxışı  hüququ  özündə  tərəflərin  bərabərliyi  hüququnu  cinayət

işlərinə çəkişmə prinsipi əsasında baxılması hüququnu ehtiva edir. Bu, o deməkdir ki, həm ittiham,

həm  də  müdafiə  tərəfinə  məhkəməyə  təqdim  edilmiş  bütün  sübutlar  və  yazılı  qeydlər  barədə

məlumat  verilməli  və  onlar  həmin  sübutlar  və  qeydlər  barədə  izahat  vermək  imkanına  malik

olmalıdırlar (bax: Brandstetter Avstriyaya qarşı, 28 avqust 1991‐ci il məhkəmə qərarı, A Seriyası,

ərizə № 211, səh.27, § 66­67).(9)

Bununla yanaşı, elmi ədəbiyyatda da bildirildiyi kimi, Avropa Məhkəməsinin Presedent hüququnda

ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi kimi çəkişmə prinsipi məhkəmə baxışında

üsul və vasitələrin seçimində tərəflərin bərabərliyi kimi başa düşülür.(6, s.64)

Beləliklə  də,  ədalətli  araşdırma  hüququna  görə  tərəflər  məhkəmə  araşdırmasında  bərabər

hüquqlara malik olmalıdırlar ki, bu zaman prosesdə özünün seçdiyi mövqeni müdafiə edə bilsinlər.

II.1.b. Ədalətli məhkəmə araşdırması hüququnun digər bir elementi təqsirsizlik prezumsiyasıdır.

Təqsirsizlik prezumpsiyasının mahiyyəti ondan ibarətdir ki, cinayət törətməkdə ittiham olunan

hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.

İlk öncə, qeyd etməliyik ki, Avropa Məhkəməsinin presedent hüququnda bu müddəanın müxtəlif

aspektləri  ilə  bağlı  ümumi  qaydalar  mövcuddur. Preyudisiya  institutu  üçün  məsələnin  həm  də

müdafiə hüququnun təmin olunması zəruriliyi aspektindən nəzərdən keçirmək vacibdir. Məhkəmə

Minelli İsveçrəyə qarşı işində 37‐ci bənddə göstərir ki, təqsirləndirilən şəxsin təqsiri qanuna uyğun

olaraq  sübuta  yetirilməyibsə, xüsusən  müdafiə  hüquqlarının  həyata  keçirmək  imkanı



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin