Hüququ tətbiq edəndən onu tətbiq edənlərə yeni inzibati hüquqla bağlı


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə5/11
tarix14.01.2017
ölçüsü1,33 Mb.
#5431
1   2   3   4   5   6   7   8   9   10   11

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Miqrasiya  Məcəlləsinin  məsələ  ilə  bağlı  mövqeyi  də  maraq  doğurur.  Məcəllənin  Azərbaycan

Respublikasının  miqrasiya  qanunvericiliyi  adlanan  1‐ci  maddəsi  Azərbaycan Respublikasının

tərəfdar çıxdığı beynəlxalq müqavilələri miqrasiya qanunvericiliyinin tərkibinə daxil etsə də onun

milli  hüquqa  münasibətdə  mövqeyini  aşkar  şəkildə  təsbit  etməmişdir.  Bununla  belə  dolayısı  ilə

qanun beynəlxalq hüququnun primatlığını qəbul edir. Belə ki, Məcəllənin 2‐ci maddəsinə əsasən

Azərbaycan  Respublikasının  miqrasiya  qanunvericiliyi  Azərbaycan  Respublikası  miqrasiya

qanunvericiliyinin hamılıqla tanınan beynəlxalq hüquq normalarına uyğunluğunun təmin edilməsi

prinsipinə əsaslanır [44].

Bəzi hallarda isə qanunverici beynəlxalq hüququn milli hüquqla əlaqəsini mücərrəd formada ifadə

etmişdir.İnzibati  Xətalar  Məcəlləsinin  1.2‐ci  maddəsi  müəyyən  edir  ki,  Bu  Məcəllə  Azərbaycan

Respublikasının  Konstitusiyasına,  hamılıqla  qəbul  edilmiş  beynəlxalq  hüququn  normalarına  və

prinsiplərinə əsaslanır [45]. Eyni məzmunlu müddəaya biz Cinayət Məcəlləsinin 1.2‐ci maddəsində

rast gələ bilərik.

Seçki Məcəlləsində isə bu məsələyə ümumiyyətlə münasibət bildirilməmişdir [46]. Eyni hal İnzibati

Prosessual Məcəllədə də təkrarlanır.

Diqqəti cəlb edən digər fundamental qanunvericilk aktı Mülki Məcəllədir.Məcəllənin 2.1‐ci maddəsi

formal olaraq beynəlxalq müqaviləni mülki dövriyyə münasibətlərini tənzimləyən normativ bazaya

daxil etməsə də Məcəllənin 3.2‐ci maddəsi beynəlxalq müqavilələrin üstünlüyünü təsbit etmişdir.

Məcəllənin 3.1‐ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası

müqavilələr bu Məcəllə ilə tənzimlənən mülki hüquq münasibətlərinə (beynəlxalq müqavilədən

onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar

istisna edilməklə) birbaşa tətbiq edilir [47]. Bu müddəanın hüquqtətbiqetmə təcrübəsi üçün mühüm

əhəmiyyətə malik olması heç kim üçün sirr deyildir.

Beynəlxalq hüquq ilə milli hüququnun qarşılıqlı nisbəti məsələsi barədə danışarkən Konstitusiyanın

əhəmiyyəti barədə yuxarıda qeyd etmişdik. Qeyd edilməlidir ki, son dövrlərdə qəbul edilən aktlar

sırasında Normativ hüquqi aktlar haqqında 21 dekabr 2010‐cu il tarixli Konstitusiya Qanununun

[48]  adını  çəkməmək  mümkün  deyil.  Konstitusiyanın  qəbulundan  sonra  bu  konstitusion  aktın

qəbulu araşdırılan məsələ üzrə ən mühüm sənəd hesab edilə bilər. Bu akt Konstitusion prinsipləri

bir  daha  təstiq  etməklə  beynəlxalq  hüquq  ilə  milli  hüququn  nisbəti  məsələlərinə  dair  mühüm

müddəaları təsbit etmişdir.

Konstitusiya Qanununun 8.0.3‐cü maddəsi beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və

normalarının  üstünlüyünu  normayaratma  fəaliyyətinin  prinsipi  olmasını  təsbit etmişdir  ki,  bu

qanunvericilik fəaliyyəti üçün bir növ mayak rolunu daşımağa səbəb olacaq.

Normativ hüquqi aktlar haqqında əvvəlki qanunlardan fərqli olaraq yeni Konstitusiya Qanununun

əhəmiyyəti həm də onunla bağlıdır ki, yeni qanun beynəlxalq hüquq ilə milli hüququnun qarşılıqlı

nisbəti  məsələsinə  dair  ayrıca  fəsilə  malikdir.  “Azərbaycan  Respublikasının  normativ  hüquqi

aktlarında  beynəlxalq  hüququn  hamılıqla  qəbul  edilmiş  prinsip  və  normalarının  və  Azərbaycan

Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin normalarının həyata keçirilməsi” adlanan

V fəsil bundan sonrakı qanunvericilik fəaliyyəti üçün prinsip əhəmiyyətinə malikdir.

Konstitusiya  Qanununun  Beynəlxalq  hüququn  hamılıqla  qəbul  edilmiş  prinsip  və  normalarının

üstünlüyü  adlanan  22‐ci maddəsi  birmənalı  olaraq  təsbit  etmişdir  ki, Azərbaycan  Respublikası

beynəlxalq  hüququn  hamılıqla  qəbul  edilmiş  prinsip  və  normalarının  üstünlüyünü  tanıyır  və

Azərbaycan Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin edir.

Konstitusiyamızda, Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununda müəyyən edilmiş

qaydalar  və  qanunvericilik  təcrübəmizin  inkişafı  beynəlxalq  hüquq  ilə  milli  hüququnun  nisbəti

barədə  müddəaların  qanunvericilikdə  birmənalı  və  vahid  qaydada  təsbit  edilməsi  üçün  münbit

şərait yaratmışdır.

Bir sıra qanunvericilik aktlarından əlavə bu dövrdə mühüm əhəmiyyətə malik məhkəmə aktları da

qəbul edilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası məhkəmələrinin müstəqilliyi barədə

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumunun  16  oktyabr  1992‐ci  il  tarixli  1  №‐li


­  24 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IV nömrə

qərarının adını qeyd etmək lazımdır. Bu qərarda bir sıra mütərəqqi müddəalar təsbit edilmişdir.

Qərara  əsasən  müstəqil  məhkəmə  hakimiyyətinin  təminatı  kimi,  məhkəmələrin  fəaliyyətlərini

nizamlayan respublika qanunvericiliyi ilə yanaşı, 13 dekabr 1985‐ci il tarixdə BMT Baş məclisinin

qəbul  etdiyi  «Məhkəmə  orqanlarının  müstəqilliyinin  Əsas  prinsipləri»  haqqında  30/146 ¹­li

qətnaməsi də çıxış edir. Qərarın 1‐ci bəndində məhkəmələrə tapşırılmışdır ki, BMT‐in Baş məclisi

tərəfindən  qəbul  edilən  «Məhkəmələrin  müstəqilliyinin  Əsas  prinsipləri»  haqqında  13  dekabr

1985­ci il tarixli, 30/146 №‐li qətnaməsini rəhbər tutub, bu prinsiplərə dönmədən əməl etsinlər

[49].

Keçmiş SSRİ Ali Məhkəməsi Plenumlarının qərarları haqqında 3 may 1993‐cü il tarixli 4 №‐li qərara



əsasən  keçid  dövrü  ərzində  məhkəmələr  insan  hüquqları  haqqında  beynəlxalq  hüquqi  aktlara,

Azərbaycan  Respublikasının  Konstitusiyası  və  qanunlarına,  habelə  Azərbaycan  Respublikası  Ali

Məhkəməsi Plenumunun qərarlarına zidd deyilsə, SSRİ Ali Məhkəməsi Plenumunun qərarlarında

verilən göstərişləri rəhbər tutmalıdırlar [50].

Bundan  əlavə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenumunun  Məhkəmə  qətnaməsi

haqqında  24  noyabr  2005‐ci  il  4 №‐li  qərarını  və  Azərbaycan  Respublikası  Ali Məhkəməsinin

Plenumunun  Ədalət  mühakiməsinin  həyata  keçirilməsi  zamanı  «İnsan  hüquqlarının  və  əsas

azadlıqların  müdafiəsi  haqqında»  Avropa  Konvensiyası  müddəalarının  və  insan  hüquqları  üzrə

Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006‐cı il 5 №‐li Qərarının adını

xüsusilə vurğulamaq gərəkdir.

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  də  elə  ilk  qərarlarında  beynəlxalq‐hüquqi

sənədlərə  istinad  etmiş,  onlarda  müvafiq  milli  hüquq  normalarının  həmin  beynəlxalq  hüquq

normalarına uyğunluğu məsələsini əks etdirmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya

məhkəməsi  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  32‐ci  maddəsinin  Azərbaycan

Respublikası  Konstitusiyasının  29‐cu  maddəsinin  IV  hissəsinə  uyğunluğu  haqqında  özünün  12

yanvar  1999­cu  il  tarixli  qərarında  İnsan  Hüquqları  haqqında  Ümumi  Bəyannamənin  mülkiyyət

hüququndan bəhs edən 17‐ci maddəsinə istinad etmişdir [51]. Cinayət mühakimə icraatında zərər

çəkmiş şəxsin iştirakı haqqında 4 iyun 1999‐cu il qərarda bu dəfə həmin Bəyannamənin 8‐ci bəndinə

istinad edilmişdir [52]. Beynəlxalq aktlara istinad və onların əhəmiyyətinin önə çıxarılması təcrübəsi

bu məhkəmənin cari fəaliyyəti üçün də səciyyəvidir.

Beləliklə  beynəlxalq  hüquq  normalarının  implementasiyasının  ümumi  məsələlərinə  dair  milli

qanunvericiliyin  inkişafı  tarixinin  tədqiqi  zamanı  bir  sıra  qanunauyğunluqlar  aşakara  çıxır.

Ümumilikdə  qeyd  etmək  olar  ki,  beynəlxalq  hüququn  milli  hüquqla  nisbəti  məsələsi  milli

qanunvericilikdə hələ SSRİ dövründən təsbit edilsədə, bu məsələ müstəqillik dövründə daha geniş

vüsət  almışdır.  Qanunvericilik  aktlarının  preambulalarında  və  ya  maddələrinin  məzmununda

beynəlxalq hüquqa ümumilikdə və ya ayrı‐ayrı beynəlxalq sənədlərə qeyri‐müəyyən səciyyə daşıyan

istinadlara, beynəlxalq hüququ müvafiq münasibətləri tənzimləyən qanunlarla bir sıraya daxil edən

normativ hüquqi aktlara, beynəlxalq hüquq normalarının tənzimləyici funksiyalarının qanunlara

daxil  edilməsindən  əlavə  milli  hüquq  sisteminin  normaları  ilə  beynəlxalq  hüquq  sisteminin

normalarının  arasında  ziddiyyətlər  olduqda  beynəlxalq  hüququn  üstünlüyü  barədə  normaların

qanunvericiliyə daxil edilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Bununla belə müəyyən zaman

kəsiyində fərqli qanunvericilik təcrübəsinə də rast gəlmək olur. Belə ki, bəzi aktlarda beynəlxalq

müqavilələrə  ümumiyyətlə  yer  ayrılmamış,  bəzi  qanunlar  isə  beynəlxalq  hüquq  normalarının

tənzimləyici  funksiyalarının  qanunlara  formal  olaraq  daxil  etməsədə,  onun  tənzimləyici

funksiyalarını  dolayısı  ilə  qəbul  etmişdir.  Ümumilikdə  hesab  edirik  ki,  milli  qanunvericilikdə

beynəlxalq  hüququn  mövqeyi  müəyyən  edilərkən,  müvafiq  münasibətləri  tənzimləyən

qanunvericilik adlanan maddədə qanunvericilik aktları sadalanmaqla yanaşı beynəlxalq müqavilə

də sadalanmalı, həmin maddənin ikinci hissəsində beynəlxalq müqavilə qaydalarının üstün mövqeyə

malik olması təsbit edilməlidir.


­  25 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

İstinadlar:

1.  Azərbaycan  SSR  Mülki  Məcəlləs//  Azərbaycan  SSR  Ali  Sovetinin  Məlumatı,  1964‐cü  il, ¹  26,

maddə 121.

2. Azərbaycan SSR Mülki‐Prosessual Məcəlləs// Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,

1964‐cü il, № 26, maddə 122.

3. Azərbaycan SSR Mənzil Məcəlləsi// Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1982‐ci il,

№ 13, maddə 121.

4.  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyini  bərpa  etmək  haqqında  Azərbaycan

Respublikası  Ali  Sovetinin  Bəyannaməsi//  Azərbaycan  Respublikası  Ali  Sovetinin  Məlumatı, ¹

15­16 (844­845) 31 avqust 1991­ci il ¹ 262.

5.  Azərbaycan  Respublikasının  dövlət  müstəqilliyi  haqqında  Konstitusiya  Aktı//  Azərbaycan

Respublikası Ali Sovetinin Məlumatı, 30 oktyabr 1991‐ci il, № 19‐20 (848‐849), maddə 335.

6.  Azərbaycan  Respublikasının  məhkəmə  quruluşu haqqında  Qanun//  Azərbaycan  Respublikası

Ali Sovetinin məlumatı, 1990‐cı il, № 12, maddə 139.

7. Arbitraj məhkəməsi haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992‐ci

il, № 8, maddə 213.

8. Azərbaycan Respublikasının Təsərrüfat Prosessual Məcəlləsi// «Həyat», 9 aprel 1992‐ci il, № 70.

9. Məhkəmələr və hakimlər haqqında Qanun// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

30 noyabr 1997­ci il, № 5, maddə 413.

10. Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya Qanunu//

Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 31 may 1991‐ci il, № 9‐10, maddə 150.

11. Hərbi qulluqçuların statusu haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı,

29 fevral 1992­ci il, № 4, maddə 79.

12.  Həmkarlar  ittifaqları  haqqında  Qanun//  Azərbaycan  Respublikası  Ali  Sovetinin  Məlumatı,

1994‐cü il, № 17, maddə 235.

13.  Azərbaycan  Respublikasının  Hava  Məcəlləsi//  Azərbaycan  Respublikasının  Ali  Sovetinin

Məlumatı, 1994‐cü il, ¹ 12.

14.  Azərbaycan  Respublikasında  mülkiyyət  haqqında  Qanun//  Azərbaycan  Respublikası  Ali

Sovetinin Məlumatı, 1991‐ci il, № 23, maddə 411.

15.  Azərbaycan  Respublikasının  dövlət  sərhədi  haqqında  Qanun//  Azərbaycan  Respublikası  Ali

Sovetinin Məlumatı, 1992‐ci il, № 1, maddə 1.

16. Əməyin mühafizəsi haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992‐ci

il, № 22, maddə 945.

17.  Sahibkarlıq  fəaliyyəti  haqqında  Qanun//  Azərbaycan  Respublikası  Ali  Sovetinin  Məlumatı,

1992­ci il, № 23, maddə 1013.

18. Rəsmi statistika haqqında Qanun// Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı, 1994‐cü

il, № 11, maddə 115.

19. İnvestisiya  fəaliyyəti  haqqında  Qanun//  Azərbaycan  Respublikası  Ali  Sovetinin  Məlumatı,

1995­ci il, № 17‐18, maddə 275.

20.  Dövlət  gənclər  siyasəti  haqqında  Qanun//  Azərbaycan  Respublikası  Ali  Sovetinin  Məlumatı,

1991­ci il, № 24, maddə 446.

21.  Baytarlıq  təbabəti  haqqında  Qanun//  Azərbaycan  Respublikasının  Ali  Sovetinin  Məlumatı,

1994‐cü il, № 21, maddə 312.

22. Təbiəti mühafizə və təbiətdən istifadə haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin

Məlumatı, 1992‐ci il, № 6, maddə 154.

23. Sanitariya‐epidemioloji salamatlıq haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin

Məlumatı, 1992‐ci il, № 22, maddə 947.

24.  Azərbaycan  Respublikasında  fiziki  şəxslərdən  gəlir  vergisi  haqqında  Qanun//  Azərbaycan

Respublikası Ali Sovetinin Məlumatı, 1992‐ci il, № 12, maddə 451.

25. Sığorta haqqında Qanun// Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993‐cü il, № 1,

maddə 2.

26. Normativ‐hüquqi aktlar haqqında Qanun// Azərbaycan Respublikasının Ali Sovetinin Məlumatı,

30 may 1995­ci il, № 10, maddə 191.


­  26 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IV nömrə

27. Azərbaycan Respublikası Konstitusiyası// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

31 iyul 1997­ci il, ¹ 1.

28. Kooperasiya haqqında Qanun// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 31 iyul

1997­ci il, № 1, maddə 7.

29. Mülki Müdafiə haqqında Qanun// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 30 aprel

1998­ci il, № 4, maddə 222.

30.  Terrorçuluğa  qarşı  mübarizə  haqqında  Qanun//  Azərbaycan  Respublikası  Qanunvericilik

Toplusu, 31 avqust 1999­cu il, № 8, maddə 475.

31. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında Qanun// Azərbaycan

Respublikasının Qanunvericilik Toplusu, 31 iyul 1997‐ci il, № 1, maddə 19.

32. Rabitə haqqında Qanun// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997‐ci il, ¹ 6,

maddə 463.

33. Toxumçuluq haqqında Qanun// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 30 noyabr

1997‐ci il, № 5, maddə 354.

34.  Qaz  təchizatı  haqqında  Qanun//  Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  30

sentyabr 1998­ci il, № 9, maddə 563.

35.  Beynəlxalq  xüsusi  hüquq  haqqında  Qanun//  Azərbaycan  Respublikasının  Qanunvericilik

Toplusu, 30 noyabr 2000‐ci il, № 10, maddə 708.

36. Normativ hüquqi aktlar haqqında Qanun// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

31 yanvar 2000­ci il, № 1, maddə 9.

37. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi// Azərbaycan Respublikasının Qanunvericilik

Toplusu, 1997‐ci il, № 6, maddə 447.

38.  Azərbaycan  Respublikasının  Meşə  Məcəlləsi//  Azərbaycan  Respublikasının  Qanunvericilik

Toplusu, 1998­ci il, № 3, maddə 139.

39.  Azərbaycan  Respublikasının  Torpaq  Məcəlləsi//  Azərbaycan  Respublikasının Qanunvericilik

Toplusu, 1999‐cu il, № 8, maddə 478.

40. Azərbaycan Respublikasının Su Məcəlləsi// Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,

31 mart 1998­ci il, № 3, maddə 135.

41.  Azərbaycan  Respublikasının  Vergi  Məcəlləsi//  Azərbaycan  Respublikasının  Qanunvericilik

Toplusu, 31 avqust 2000­ci il, № 8, 1 kitab, maddə 583.

42.  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsi//  Azərbaycan  Respublikasının  Qanunvericilik

Toplusu, 1998­ci il, № 8, maddə 484.

43.  Azərbaycan  Respublikasının  Ailə  Məcəlləsi//  Azərbaycan  Respublikasının  Qanunvericilik

Toplusu, 2000­ci il, N 3­I kitab, Maddə 126.

44. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi// «Respublika» qəzeti, 10 iyul 2013‐cü il, ¹

147

45.  Azərbaycan  Respublikasının  İnzibati  Xətalar  Məcəlləsi//  Azərbaycan  Respublikasının



qanunvericilik toplusu, 2000­ci il № 8, kitab 1, maddə 584.

46.  Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi//  Azərbaycan  Respublikasının  qanunvericilik

toplusu, 2003‐cü il 30 iyun tarixli, 6‐cı nömrəsinə əlavə.

47.  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsi//  Azərbaycan  Respublikasının  Qanunvericilik

Toplusu, 30 aprel 2000­ci il, № 4, maddə 250.

48. Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanunu// «Azərbaycan» qəzeti, 17 fevral 2011‐ci

il, ¹ 37

49.  Azərbaycan  Respublikası  məhkəmələrinin  müstəqilliyi  barədə  Azərbaycan  Respublikası  Ali

Məhkəməsinin Plenumunun 16 oktyabr 1992‐ci il tarixli 1 №‐li qərarı// Azərbaycan Respublikası

Ali Məhkəməsi Plenumunun Qərarları Məcmuəsi. 1998‐ci il, № 6.

50. Keçmiş SSRİ Ali Məhkəməsi Plenumlarının qərarları haqqında 3 may 1993‐cü il tarixli 4 ¹­li

qərar// Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarları Məcmuəsi, (1961‐1997),

1998­ci il, ¹ 7.

51.  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  32‐ci  maddəsinin  Azərbaycan  Respublikası

Konstitusiyasının  29‐cu  maddəsinin  IV  hissəsinə  uyğunluğu  haqqında  Qərar//  Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı, № 1/99, səh. 32.

52. Cinayət mühakimə icraatında zərər çəkmiş şəxsin iştirakı haqqında Qərar// «Azərbaycan» qəzeti,

9 iyun 1999­cu il, ¹ 129.



­  27 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Aqil Layıcov

Vəkillər Kollegiyasının üzvü

İNZİBATİ HÜQUQ

YENİ HÜQUQ NÖVÜ KİMİ

Son zamanlar ölkəmizdə gedən hüquq və məhkəmə islahatlarından ən mütərəqqisi demək olar ki,

inzibati  hüquq  mühakimə  sisteminin  yaradılmasıdır.  Əlbəttə  ki,  müqayisəli  şəkildə

qanunvericiliyimizə və inzibati ədliyyə sistemimizə nəzər salmamışdan öndə  inzibati hüququn və

ədliyyənin yaranma tarixinə və zərurətinə nəzər salmaqda fayda vardır.

Ümumiyyətlə dünya huquq doktrinasına inzibati hüququ və inzibati mühakimə sistemini  Fransa

gətirmişdir. İnzibati hüquq (fransızca­droit adminstaratif ) geniş və dar mənada olmaq üzrə iki fərqli

yerə bölünür.



Geniş  anlamda  inzibati  hüquq (droit  adminstratif  au  sens  large)­inzibati  orqanların  təşkili  və

funksionallığına  tətbiq  olunan  bütün  hüquq  qaydalarının  topluluğunu  təşkil  edir.  Bu  qaydalar

adminstrativ hüquqla bərabər digər hüquq növlərini də ehtiva edir. Yəni inzibati münasibətlərə

istənilən  hüquq  növü  tətbiq  olunur.  Geniş  mənada  inzibati  hüquq  sistemi    ancaq  Anqlo‐Sakson

hüquq  sisteminə  aid  ölkələrdə  mövcuddur.  Bu  mənada  olan inzibati  hüquq  sistemi əslində

Qitə‐Avropa  hüquq  sistemində  olan  inzibati  hüquq  sistemindən  fərqlidir  və  tam  olaraq  inzibati

hüquq sistemi sayılmır.

Dar mənada inzibati hüquq sistemi (droit adminstratif au sens srtict) isə inzibati orqanın quruluş

və funksional işləyişinə tətbiq olunan inzibati hüquq sisteminin komleksini nəzərdə tutur. Geniş

mənada inzibati hüquqdan fərqli olaraq dar mənada hüquq sistemində münasibətlərə tətbiq olunan

hüquq  sistemi  spesifikləşmiş  və  konkretləşmişdir.  Bu  isə  tam  mənada  inzibati  hüquq  sistemini

əmələ gətirir. Dar mənada inzibati hüquq sisteminə ancaq inzibati qanunvericilik tətbiq olunur və

xüsusi münasibətlərə  hüquq sistemləri özəl hüquq sistemi tətbiq oluna bilməz.  Dar mənada inzibati

hüquq sistemi ancaq Qitə‐Avropa hüquq sisteminin tətbiq edildiyi ölkələr baxımından mövcuddur.

Həmçinin Azərbaycan hüquq sistemi baxımından da Qitə‐Avropa hüquq sistemində tətbiq olunan

inzibati hüquq sistemi tətbiq olunur. Bizim inzibati qanunvericilik baxımından da inzibati aktların

qəbul  edilməsi,  icra  olunması  və  ya  ləgv  edilməsi  ilə  bağlı  inzibati  orqanlar  tərəfindən  həyata

keçirilən  fəaliyyətin  hüquqi əsaslarını,  prinsiplərini  və  prosedur  qaydalarını  “İnzibati  icraat

haqqında” AR qanun müəyyən edir. Digər qanunvericilik sahələri isə inzibati hüquqa əlavə olaraq

tətbiq oluna bilər. Bu zaman isə tətbiq olunacaq Azərbaycan Respublikasının xüsusi qanunları bu

Qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi

qaydaları ehtiva etməlidir (İnzibati İcraat haqqında qanun 3.3‐cü maddəsi). Oxşar mövqe inziabti

mühakimə  icraatının  prosessual  qaydalarını    tənzilməyən  “İnzibati  Prosessual  Məcəllədə”  də

nəzərdə  tutulmuşdir.  Həmin  Məcəllənin  1.2‐ci  maddəsinə  əsasən  Bu  Məcəllə  ilə  başqa  qayda

müəyyən  edilmədiyi  və  bu  Məcəllə  ilə  nəzərdə  tutulmuş  prosessual  prinsiplərə  zidd  olmadığı

hallarda,  inzibati  mübahisələrə  dair  işlər  üzrə  məhkəmə  icraatında  (bundan  sonra  ‐  inzibati

məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq

oluna bilər. Hər iki qanunvericiliyin tələblərindən aydın olur ki, digər hüquq sahələrinin inzibati

icraat zamanı, həmçinin inzibati mühakimə zamanı tətbiqində məhdudiyyət  vardır.  Tətbiq  oluna



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IV nömrə

­  28 ­

bilmək  şansı  isə  iki  şərtə  bağlı  edilmişdir. Birinci  şərt­  inzibati  münasibətlərə  tətbiq  olunacaq

inzibati qanunvericilik yoxdur, ikinci şərt isə‐ tətbiq olunacaq digər hüquq sahələri inzibati hüquq

sisteminin  ümumi  prinsiplərinə  zidd  olmamalı,  tamamlayıcı  mahiyyətdə  olmalı,  inzibati icraatın

mahiyyətini  aradan  qaldırmamalıdır.  Göründüyü  kimi  xüsusiyyətlərinə  görə  Azərbaycan

qanunvericilik  sistemi  Qitə‐Avropa  hüquq  sistemində  mövcud  olan  dar  mənada  inziabti  hüquq

sistemini mənimsəmişdir. Bu isə tam olaraq inzibati hüquq sisteminin mövcudluğundan xəbər verir.

Eyni zamanda həmçini qeyd olunmalıdır ki, inzibati hüquq sistemi fərqli olduğu kimi Anqlo‐sakson

və Qitə‐Avropa hüquq sistemi baxımından həmçinin inzibati mühakimə sistemi də fərqlidir.



Anqlo‐Sakson  hüquq  sistemində  inzibati  mühakimə  sistemi  müstəqil  olaraq  mövcud  deyil.  Bu

sistem  “Ortaq hüquq sitemi (common law)”və ya “Ümumi Ədliyyə Sistemi” adlanır. Bu sistemdə

ümumi hüququn kənarında ayrıca bir inzibati ədliyyə sistemi yoxdur. Bütün mühakimələr ümumi

normalara əsasən  təşkil  olunan  məhkəmələr  tərəfindən  aparılır.  Şühbəsiz  ki,  İngiltərədə  və  ABŞ

kimi Anqlo‐Sakson hüquq ssitemini mənimsəyən ölkələrdə də inzibati orqanların və yaxud inzibati

orqan  mahiyyətindəki  şəxslərin  inzibati  fəaliyyətləri  vardır.  Əlbətdə  ki,  inzibati  fəaliyyətə  tətbiq

olunan  hüquq mövcuddur.  Lakin  yuxarıda  qeyd  etdiyimiz  kimi  bu  hüquq  sitemi  spesifik  hüquq

sistemi  olmayıb,  ümumi  hüquq  sistemidir  (common  law).  Bu  sistemin  mövcud  olduğu  ölkələrdə

inzibati idarəetmə zamanı və yaxud xüsusi münasibətlər zamanı tətbiq olunan hüquq sistemində

heç bir fərq yoxdur. Bu ölkələrdə “inzibati hüquq” (adminstrative law) dərsinin olması, belə adlı

kitabların  yazılması  belə  işin  mahiyyətinə  təsr  etmir.  Çünki  inzibati  hüquq  sisteminə  spesifiklik

verilməmiş, tətbiqat sahəsində isə özəl şəxslərlə heç bir fərq qoyulmamışdır. Qısa olaraq qeyd edilə

bilər ki, xüsusi münasibətlərə tətbiq oluna bilməyən və xüsusi hüquqda rast gəlinməyən ayrıca bir

qaydalar mövcud deyildir inzibati hüquq sahəsində. Bu isə öz növbəsində geniş mənada inzibati

hüquq sistemini əmələ gətirir.

Həmçinin  bu  ölkələr  baxımından  inzibati  mübahisələrə  baxmaqda  məsul  olan  xüsusi  inzibati

məhkəmələr  mövcud  deyil.  Bu  ölkələr  baxımından  “mühakimələrin  birliyi”  halı  spesifikdir.  Bu

ölkələrdə inzibati məhkəmələr adlı (adminstrative tribunals) ayrıca məhkəmələrin olması belə işin

mahiyyətinə qəti təsir göstərmir. Çünki bu məhkəmələrdə tətbiq olunacaq ayrıca spesifik inzibati

hüquq və məhkəmənin qərarını təftiş edən üst inzibati məhkəmə mövcud deyildir. Bu məhkəmələrin

ümumi məhkəmələrdən demək olar ki, heç bir fərqi yoxdur. Kiçik fərq isə sadəcə az həcmdə olan

ixtisaslaşma  ilə  bağlıdır.  Məhz  buna  görə  də  Anqo‐Sakson  hüquq  sistemi  “Ədli  nəzarət  sistemi”

adlanır.

Üzərində  daha  geniş  və  hətda  tarixinə  qısa  baxış  keçirəcəyimiz  əsl  iznibati  mühakimə icraatının

mövcud olduğu hüquq sistemi isə Qitə‐Avropası hüquq sistemidir.  Bu hüquq sisteminin mənbəyini

isə Fransa təşkil edir. Ona görə də Fransada bu sistemin yaranma tarixinə və inkişaf mərhələlərinə

nəzər salmaqda fayda vardır.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin