Hüququ tətbiq edəndən onu tətbiq edənlərə yeni inzibati hüquqla bağlı


İnzibati  hüququn  (mühakimənin)  əmələ  gəlməsi  və  tarixi



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix14.01.2017
ölçüsü1,33 Mb.
#5431
1   2   3   4   5   6   7   8   9   10   11

İnzibati  hüququn  (mühakimənin)  əmələ  gəlməsi  və  tarixi. Əlbəttə ki,  bir  ölkədə  sözün əsl

mənasında  inzibati  hüququn əmələ  gəlməsi  üçün  ilk  öncə  xüsusi  və inzibati  hüquq  sistemləri

arasında fərqli yanaşmaların olması vacibdir. İnzibati hüquq 19‐cü əsrdə Fransada çox xüsusi şərtlər

nəticəsində əmələ gəlmişdir. Fransada inqilabdan sonra 24 avqust 1790‐cı il Qanunla inzibati və

ədli (ümumi) məqamların ayrılığı sistemi qəbul edilmişdir. Hakimlərə qəti olaraq inzibati orqanlara

və inzibatçılara qarşı şikayətlərə baxılması qadağan edilmişdir. Hətda bu şərti pozan hakimlər barədə

cinayət məsuliyyəti də müəyyən edilmişdir. Bu qanunun 13‐cü maddəsində  belə bir şərt vardır:

“Ədalət mühakimə vəzifəsi  inzibati vəzifələrdən  ayrıdır və hər zaman da ayrı qalacaqdır.  Hakimlər

necə olursa olsun inzibati məqamların işlərinə qarışa bilməz, vəzifələrinin icrası olaraq inzibatçılar

heç bir zaman ədalət mühakiməsinin təftiş subyekti ola bilməz.  İnzibatçılar heç bir zaman məhkəmələrə

çağrıla bilməzlər. Əks təqdirdə hakimlər vəzifə cinayəti törətmiş olacaqlar”.

Bu  minvalla  Fransada  inzibati  orqanların  hərəkətlərinə  görə  hərəkətlər  məhkəmə  predmeti

olmadıqca, vətəndaşlar daha çox inzibati orqanlara onların vurduqları zərərləri ödətdirmək üçün

müraciət  edirdilər.  Digər  tərəfdən  isə  müraciət  edə  bilməyən  şəxslər  daha  çox  narazı  eloktorata

çevrilidi. İdarəçi demək olar ki, öz   hərəkətlətini   özü   təftiş   edir   və   mühakimə   edirdi.   Bu  isə


­  29 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

subyektivliyə yol açırdı. Bu zamanlar Fransada inzibatçıları daha çox inibatçı‐hakim adlandırırdılar.

Çünki əvvəl qeyd etdiyimiz kimi öz hərəkətlərinin arbitrı məhz özü olurdu. Bu isə ədalət mühakiməsi

prinsipinə zidd idi.  Necə deyərlər bu praktika “heç kim öz mübahisəsində hakim ola bilməz” (nemo



debet esse iudex in propria causa) bəşəri‐hüquq prinsipinə zidd idi.

Nəticə  etibarilə  13  dekabr  1799‐cu  il  Fransa  Konstitusiyası  ilə  tarixdə  ilk  dəfə  olaraq  inzibati

mühakimə orqanı olan “Konsey Deta‐Conseil de Etat” təsis edildi.  Lakin həmin Konseyin özlüyündə

qərar vermək səlahiyyəti yox idi. Sadəcə bu orqan inzibati şikayətlərlə bağlı məsələyə dair təqdimatla

dövlət başçısına müraciət edirdi və dövlət başçısı da təqdimatda qeyd olunanan əsaslar üzrə qərar

verirdi. Bu mərhələ təxminən 75 il davam etdi. Hətda belə bir misal da qeyd edilməlidir ki, dövlət

başçıları bu Konseyin təqdimatlarına o qədər inanırmış ki, hətta Napaleon Bonapartın özü belə heç

bir tərəddüd etmədən təqdimata uyğun qərar qəbul edirdi.

Nəhayət 24 may 1872‐ci il tarixli qanunla Konseyə qəti qərar vermək səlahiyyəti verildi. Bu hadisəyə

Fransa hüquq tarixində “güzəşt edilmiş ədalət sistemi” də deyilir.  İngilis hüququndan fərqli olaraq

Fransada inzibati sahədə mühakimə səlahiyyətləri hakimiyyət tərəfindən Konseyə ötürmüş oldu.

Lakin İngiltərədə isə kraliyyət ədalət çeşməsi olaraq qalır (fontain of justice).

Qısaca olaraq inzibati hüquq Farnsada Konseyin inzibati mühabisələrə baxması ilə əlaqədar olaraq

yeni bir hüquq növü kimi hüquq doktrinasında meydana gəlmişdir. Məhşur Fransa hüquqşunası

olan Corc Vedelin dediyi kimi inzibati hüquq inzibati orqanları deyil, inzibati orqanlar inzibati

hüququn əmələ gəlmə zərurətini ortaya qoymuşdur.

Qitə‐Avropa hüquq sisteminə aid olan digər ölkələr isə mərhələli şəkildə bu hüquq sistemini Fransa

hüquq sistemindən mənimsəmişdilər.

İnzibati hüququn xüsusiyyətləri aşağıdakılardır:

1. İnzibati hüquq gənc hüquq növüdür. İnzibati hüquq 1800‐cü illərdə  Fransada əmələ gəlmiş

və bir çox bəşəri prinsiplərini isə Roma hüququndan mənimsəmişdir.



2. İnzibati hüquq kodifikasiya edilməmiş hüquq növüdür. Yeni hüquq növü olması ilə əlaqədar

olaraq inzibati hüquq qaydaları dağınıq haldadır. Dünya praktikasında bu hüquq növü  inkorporasiya,

məcəllələşdirmə, külliyat şəklində bir yerdə toplanmamış haldadır.

3. İnzibati hüquq əksər hallarda presedent əmələ gətirən və presedentlərə müraciət edən

bir hüquq növüdür. İnzibati hüququn dağınıq olmasının əsas səbəblərindən biri də onun daha çox

presendetal hüquqa meyilli olmasıdır. Bəzi alimlərin fikrinə görə məhz buna görə də inzibati hüququ

yarı‐gizli hüquq adlandırırlar.

4.  İnzibati  hüquq  müstəqil/avtonom  hüquq  növüdür.  İnzibati  hüquq  xüsusi  və  beynəlxalq

hüquqdan fərqli olaraq inzibati hüquq öz spesifikliyi ilə fərqlənən, xüsusi bir hüquq sistemini təşkil

edir. Bənzərlik və mahiyyət etibarilə digər hüquq sistemlərinə aiddiyyatı yoxdur.

5. İnzibati hüquq sistemində icraat təktərəflidir (uniletarial). Xüsusi hüquqdan fərqli olaraq

münasibətlərin  əmələ  gəlməsi  üçün  iradə  bəyanı,  qarşı  tərəfin  qəbulu  ilə  deyil  təktərəfli  olaraq

dövlətin səlahiyyətlərini mənimsəyərək verilən qərarlar, atılan adımlar şəklində qarşımıza çıxır. Və

yaxud beynəlxalq hüquqdakı kimi münasibətin əmələ gəlməsi üçün dövlətlərin suvener  iradəsinə

də gərək yoxdu.  İnzibati hüquqda digər tərəfdən tərəflər arasında bərabərlik prinsipi də gözlənilməz.

İnzibati hüquqda  “bərabərsizlik” (inegalite) prinsipi qüvvədədir. İnzibati hüquqda dövlətə səhaliyyət

və imtiyaz verilmişdir. Bu imtiyaz və hegemonluğun  verilməsininin yeganə məqsədi ümumi mənfəət

(actio popularis) və ictimai yarardır.

Azərbaycan baxıından inzibati hüququn əmələ gəlməsinə və ixtisaslaşmış inzibati məhkəmələrin

yaranma tarixinə baxsaq bizim ölkə üçün də yeni bir hüquq sahəsidir. Bu hüquq sahəsi hər zaman

özündə dəyişikliyə və təkamülə məruz qalır. 01 yanvar 2007‐ci il tarixindən qüvvəyə minən “İnzibati

icraat haqqında” AR qanunu inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləgv edilməsi ilə

bağlı  inzibati  orqanlar  tərəfindən  həyata  keçirilən  fəaliyyətin  hüquqi əsaslarını,  prinsiplərini  və

prosedur qaydalarını müəyyən edir. Həmçinin inzibati orqanlarla mühabisələr zamanı məhkəmə

prosessual  normalarını  müəyyən  edən  “İnzibati  Prosessual”  Məcəllə  qəbul  edilmişdir.

İnzibati‐

iqtisadi    məhkəmələr    yaradılana   və   qanunvericilikdə  müvafiq   islahatlar


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IV nömrə

­  30 ­

aparılana qədər inzibati mübahisələrə MPM‐ə əsasən baxılırdı. İslahatlar nəticəsində inzibati proses

fərqli bir sahəyə çevrildi. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklərin

edilməsi haqqında” Azərbaycan Respublikasının 10 iyun 2011‐ci il tarixli 143‐IVQD saylı Qanunu

ilə  ümumi  məhkəmələrin  baxdığı  işlərin  sırasından  “inzibati”  sözü  və  MPM‐dən  inzibati  prosesi

tənzimləyən  26‐29  və  38‐ci  fəsillər  çıxarıldı.    Yuxarıda  qeyd  etdiyimiz  kimi  bu  sahədə  ümumi

ixtisaslaşdırılmış  məhkəmələrin  olmaması  və  tətbiq  olunacaq  xüsusi,  spesifik  hüquq  sahəsini

olmaması  Anqlo‐Sakson  hüquq  sistemində  mövcud  olan  geniş  mənada inzibati  hüquq  sisteminə

daha  uyğun  idi.  Çünki  ümumi  məhkəmələr  bu  tip  işlərə  baxmaqda  məsul  idi.  Bu  isə  inzibati

mühakimə  icraatı  formasında  deyil  ümumi  mühakimə  icraatı  formasında  aparılırdı.  Lakin

unutmamaq  lazımdır  ki,  ölkəmizdə  bu  sistemin  ən  yeni  hüquq  sistemi  olmasını  nəzərə  alsaq  bu

sahədə çatışmamazlıqlar da mövcuddur.  Belə ki, tez‐tez məhkəmələr adi aktları inzibati aktlarla

qarışdırır və yuxarı nəzarət məhkəmələri haqlı olaraq aşağı instansiya məhkəmələrinin qərarlarını

ləğv  edərək  işi  yenidən  araşdırmaq  üçün  məhkəmə  baxışına  qaytarır.    Dəfələrcə  inzibati  akt

meyarının  müəyyən  edilməsi  mövzusu  Konstitusiya  Məhkəməsinin  icraat  predmeti  olmuş  və  bu

barədə müxtəlif qərarlar mövcuddur.

İnzibati Məhkəmələr baxımından digər problem sayılacaq məsələ ondan ibarətdir ki, bu məhkəmələr

Qitə‐Avropa hüquq sistemində olduğu kimi tam mənada ixtisaslaşmamışdır. Belə ki, Məhkəmələrin

adından da göründüyü kimi inzibati‐iqtisadi məhkəmələr adlanır. Bu isə eyni hakimin həm inzibati

həm də iqtisadi işlərə çıxa bilmə ehtimalını otaya qoyur. Nəticədə işin çevik və daha ixtisaslı hakimlər

tərəfindən  baxılmasına  mane  olur.  Əslində  inzibati  və  iqtisadi  işlərin  eyni  ixtisalı  məhkəmədə

birləşməsi məntiqi cəhətdən uyğunsuzluq təşkil edir. Yuxarıda qeyd etdiyimiz kimi inzibati icraat

tam  spesifik  hüquq  sistemi  olub  digər  hüquq  sistemlərindən  fərqlidir.  Xüsusilə  özəl  hüquq

sistemindən  tam  fərqlidir.  İqtisadi  məsələlər  isə  özəl  hüquq  sisteminin  bir  parçası  olduğu  üçün

iqtisadi  mübahisələrə      inzibati  məhkəmə  sisteminin  tərkibində  deyil,  elə  ümumi  məhkəmələrin

tərkibində baxılması daha məntiqli olardı. Fransa, Almaniya və digər Qitə‐Avropası hüquq sisteminə

daxil  olan  ölkələrin  məhkəmə  sisteminə  baxsaq  İnzibati  məhkəmələr  tam  müstəqil  olaraq

məhkəmənin bir qolunu təşkil edir və özündə özəl hüquqa aid hər hansı bir mübahisəyə baxmaq

səlahiyyətini  ehtiva  etmir.  Belə  olan  təqdirdə  isə  narazı  vətəndaş  çevik  olaraq  ixtisaslaşmış

məhkəmələr tərəfindən qaldırdığı mübahisəyə baxmaq hüququ əldə edir. Bu isə ilk öncə səlahiyyət

aiddiyyatı  qaydalarının  səmərəli  müəyyən  edilməsinə  xidmət  edir.  Avropa  Məhkəməsi  Avropa

ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini

də  xüsusi  vurğulamışdır.  Avropa  Məhkəməsi  Çerniçkin  Rusiya  Federasiyasına  qarşı  iş  üzrə  16

sentyabr 2010‐cu il tarixli qərarında bildirir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq

müəyyən  edilməməsi  şəxsin  məhkəmədə  müdafiə  olunmaq  hüququnu  və  Konvensiyanın  6‐cı

maddəsinin 1‐ci bəndinin tələblərini pozur.

İnzibati mübahisələr baxımından digər mübahisə və narazıçılıq doğuran məqam isə işlərin uzun

müddətdə  məhkəmə  icraatında  qalması  və  qərar  çıxarılmaması  ilə  bağlıdır.  “İnzibati  Prosessual

Məcəllədə”  işlərə  baxılma  müddətinin  son  həddini  müəyyən  edən  tələb  olmadığı  üçün  məhz  bu

problem  qaçınılmazdır.  Əslində  Qitə‐Avropa  ölkələri  üçün  də  bu  hal    rastlanan  haldır.  Dəfələrcə

Avropa  İnsan  Hüquqları  Məhkəməsi  məhkəmə  proesininin  uzun  sürməsini  ağlabatan  müddətdə

proseslərə baxılmaq hüququn pozuntusu kimi qiymətləndirib. Spesifik olaraq inzibati məhkəmələr

tərəfindən işin uzun müddətdə baxılması yönündə ən məhşur qərarlardan biri Rumfun Almaniyaya

qarşı 02 sentyabr 2010‐cu il tarixli Avropa Məhkəməsinin qərarıdır. Avropa Məhkəməsi bu qərarında

məhkəmə  icraatının  uzadılmasını  Konvensiyanın  “ağlabatan  müddətdə”  məhkəmə  araşdırma

hüququnun yəni Konvensiyanın 6‐cı maddəsinin və səmərəli hüquqi müdafiə vasitələrindən istifadə

etmək  hüququnun  (13‐cü  maddənin)  pozulması  kimi  qiymətləndirmişdir.  Ümumiyyətlə  Avropa

Məhkəməsinin presedentlərinə baxdıqda inzibati məhkəmələrin hədsiz və məntiqsiz uzanmasına

qarşı  ən  çox  Almaniyaya  qarşı  şikayət  vardır.  Demək  olar  ki,  inzibati  ədliyyənin  beşiyi  sayılan

Fransaya qarşı inzibati məhkəmə icraatının uzunluğuna dair şikayət mövcud deyil.

Eyni zamanda ağlabatan müddətlə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra –



­  31 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Avropa  Məhkəməsi)  öz  presedent  hüququnda  Konvensiyanın  6‐cı  maddəsi  baxımından ədalət

mühakiməsində “ağlabatan müddətin” qiymətləndirilməsində bir neçə faktorun nəzərə alınmasının

vacibliyini bildirmişdir: işin mürəkkəbliyi, iddiaçının davranışı, məhkəmə və ümumiyyətlə dövlət

hakimiyyət orqanlarının hərəkətləri və ərizəçi üçün riskin dərəcəsi. Məhkəmə aidiyyəti məsələsi isə

dövlət hakimiyyətinin üzərinə düşən məsuliyyət faktorudur. Avropa Məhkəməsinin Zimmermann

və Steiner İsveçrəyə qarşı iş üzrə 13 iyul 1983‐cü il tarixli qərarında qeyd edilmişdir ki, “dövlətlər

öz hüquq sistemlərini elə tənzimləməlidirlər ki, ağlabatan müddətdə məhkəmə araşdırmasını təmin

etmək  prinsipi  daxil  olmaqla,  məhkəmələr  öz  fəaliyyətini  Konvensiyanın  6‐cı  maddəsinin  1‐ci

bəndinin tələblərinə uyğun həyata keçirə bilsinlən.

Güman edirik ki, ağlabatan müddət baxımından AİHM presedentlərinə istinadən inzibati mühakiməni

həyata keçirən məhkəmələrimiz daha çevik məsələyə hüquqi qiymət verəcək və vətəndaşların əsas

hüquq və azadlıqları arasında olan məhkəməyə müraciət etmək hüququnun səmərəli istifadəsinə

zəmin yaradacaqlardır. Əks halda bu hüquq praktiki və effektli olmaqdan  daha çox  nəzəri və xəyali

olaraq yaddaşlarda qalacaqdır.


­  32 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IV nömrə

Elvin Cəbrayılov

Almaniyanın Vürtsburq Universitetinin

hüquq üzrə magistrı

ALMAN VƏ AZƏRBAYCAN VƏRƏSƏLİK

HÜQUQUNUN PRAKTİKİ MÜQAYİSƏSİ

Vərəsəlik hüququ həm Almaniya Konstitusiyası (Grundgesetz, 14‐cü maddə) həm də Azərbaycan

Respublikası Kostitusiyası (maddə 29, bənd 5) ilə təminatına zəmanət verilən hüquqlardan biridir.

Bu  hüquq,  Alman  Mülki  Məcəlləsinin  (bundan  sonra  AMM)  ən  sonuncu,  yəni  beşinci  kitabında,

Azərbaycan Respublikasının (bundan sonra AR) Mülki Məcəlləsinin (MM) isə onuncu bölməsində

öz əksini tapmışdır.

Ümumiyyətlə vərəsəlik hüququ subyektiv hüquqlardan biri olaraq şəxsin, öz ölümündən sonrakı

zaman  üçün  öz  mülkiyyəti  və  ya  digər  ötürüləbilən  hüquqları haqqında  qərar  vermə  və  bundan

əlavə bu imkandan yararlanan tərəf (vərəsə) olma imkanını özündə ehtiva edir. Obyektiv cəhətdən

isə vərəsəlik hüququ, ölüm anından sonra şəxsin mülkiyyətinin bir və ya bir neçə şəxsə ötürülməsini

müəyyən edən normativ hüquqi aktların məcmusu kimi başa düşülə bilər.

Kazus 1:

A, digər iki qardaşı ilə birlikdə atasından onlara qalan əmlakın yalnış bölüşdürülməsini nəzərdə

tutan məhkəmə aktından Konstitusiya məhkəməsinə şikayət verə bilərmi?

Cavab:

Vərəsəlik hüququ hər iki ölkənin Konstitusiyası ilə təmin olunduğu üçün (konstitusion hüquq)həm

AR vətəndaşlarının, həm də Almaniya Federativ Respubliksanın (AFR) vətəndaşlarının bu hüquq

pozuntusundan irəli gələn hallarla bağlı Konstitusiya Məhkəməsinə (KM) müraciət etmək hüququ

vardır.  AR‐da  hər  kəs  onun  hüquq  və  azadlıqlarını  pozan  qanunvericilik  və  icra  hakimiyyəti

orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş

qaydada Konstitusiya Məhkəməsinə şikayət vermək hüququna malikdir.

A, KM‐ə bununla bağlı şikayət verə bilər.



Mirasın açılması və vərəsəlik hüququnun əldə edilməsi imkanları

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra ARMM) 1133‐cü maddəsində olduğu

kimi,  AMM­nin  1922­ci  maddəsi  də  ölmüş  şəxsin  əmlakının  qanun  və  ya  vəsiyyət  üzrə  keçməsi

imkanlarını nəzərdə tutmuşdur. Əmlakın müəyyən edilən şəxslərə keçməsi üçün mirasın açılması

zəruridir ki, bu, hər iki ölkənin MM‐ində eyni formada tənzimlənmişdir. Belə ki, AMM‐in 1922 və

ARMM‐in 1145, 1146 ‐cı maddələrinə əsasən miras, fiziki şəxsin ölməsi ilə və ya məhkəmə tərəfindən

ölmüş hesab edilməsi ilə açılır.

Vərəsə olma qabiliyyəti

Həm qanun həm də vəsiyyət üzrə vərəsəlik hallarında aşağıdakı şəxslər vərəsə ola bilərlər:

­  mirasın  açılması zamanı sağ olan  şəxslər  (AMM‐in  1923‐cü  maddəsinin  1‐ci  bəndi;  ARMM‐in

1134‐cü maddəsi) və

­ miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən (mirasın açılması) sonra doğulmuş

şəxslər (AMM‐in 1923‐cü maddəsinin 2‐ci bəndi; ARMM‐in 1134‐cü maddəsi).



­  33 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ IV nömrə

Kazus 2:

A, yaxın zamanda öləcəyi xəbərini alır. O, bilmək istəyir ki, yazacağı vəsiyyətnamədə hələ dünyaya

gəlməmiş övladını vərəsə kimi göstərə bilərmi?

Cavab:

Mayası bağlanmış və hələ dünyaya gəlməmiş uşaq vərəsə ola bilərmi?

Vərəsə  olma  qabiliyyəti  (AMM‐in  1923‐cü  maddəsinin  2‐ci  bəndi;  ARMM‐in  1134‐cü  maddəsi),

beləliklə yazılacaq vəsiyyətnamə qanuni vərəsəliyi əvəz edir.

Beləliklə, A, öz vəsiyyətnaməsində doğulacaq övladını öz vərəsəsi kimi göstərə bilər.

Vəsiyyət edə bilmə qabiliyyəti

Vərəsəlik hüququ ilə bağlı mübahisələr zamanı ortaya çıxan suallardan biri və ən əsası ondan ibarət

olur  ki,  vəsiyyət  edən  şəxs,  vəsiyyətnaməni  yazan  zaman  vəsiyyət  edə  bilmə  qabiliyyətinə

malikdirmi (malik olubdurmu)?

Yuxarıda qeyd etdiyimiz kimi, vəsiyyət etmə azadlığı konstitusion hüquqlardan biridir. Frankfurt

am  Main  Yuxarı  Əyalət  Məhkəməsinin  1996‐cı  ildə  qəbul  etdiyi  bir  qərarında  göstərildiyi  kimi,

vəsiyyət edən şəxs (miras qoyan) bu kosntitusion hüquqdan çıxış edərək kimi hansı əmlak dəyəri

ilə  vərəsəsi  kimi  göstərməsini  sərbəst  şəkildə  müəyyən  edə  bilər  və  bunun  üçün  hər  hansı  bir

ağlabatan və ya üçüncü şəxslər tərəfindən anlaşıla bilən səbəblər gətirməyə borclu deyildir.

Kazus 3:

On beş yaşı tamam olan A, yaxın zamanda öləcəyi xəbərini alır. Yaşının 15 olmasına baxmayaraq

çox sayda əmlaka sahib olan A, vəsiyyətnamə yazmaq və yeni doğulacaq övladını vərəsəsi kimi təyin

etmək istəyir. A, bunu edə bilərmi?



Cavab:

AMM‐nin  2229‐cü  maddəsinin  birinci  bəndinə  əsasən  yetkinlik  yaşına  çatmayan  şəxs  yalnız  16

yaşına çatdıqdan sonra vəsiyyətnamə yaza bilər. Bunun üçün o, həmin maddənin dördüncü bəndinə

əsasən,  ruhi  xəstəlik,  ruhi  zəiflik  və  ya  hərəkətləri  barədə  şüurlu  mühakimə  yürüdə  bilmək

problemindən  əziyyət  çəkməməlidir.  Vəsiyyətnamənin  tərtibi  üçün  isə  16  yaşına  çatmış  şəxsin

qanuni nümayəndələrinin icazəsi tələb edilmir, maddə 2229 bənd 2 AMM.

ARMM‐ə əsasən isə bu qabiliyyətə yalnız tam yetkinlik yaşına çatmış şəxslər malikdirlər. Maddə

1167: Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə

bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs, yəni

18 yaşına çatmış şəxs vəsiyyət edə bilər.

A‐nın vəsiyyət edə bilmə qabiliyyəti?

AMM‐in 2229‐cu maddəsinin 1‐ci bəndi: 16 yaş!

ARMM‐in 1167‐ci maddəsi: 18 yaş!

Beləliklə A, vəsiyyətnamə tərtib edə bilməz və onun dünyaya hələ gəlməmiş övladı qanuni vərəsəlik

çərçivəsində atasının varisi olur. Qanuni vərəsəlik sonradan işıqlandırılacaqdır.

Hələ doğulmamış uşağın vərəsə olma qabiliyyəti?

maddə 1923, bənd 2, AMM

maddə 1134 ARMM

Beləliklə, A, nə ARMM nə də AMM ‐ə əsasən vəsiyyətnamə tərtib edə bilər.

Qanuni vərəsəlik

Qanuni vərəsəlik vəfat edən şəxsin vəsiyyətnamə tərtib etmədən dünyasını dəyişdiyi və ya tətbiq

etdiyi vəsiyyətnaməsinin etibarsız sayıldığı hallarda tətbiq edilir. Belə ki, vəfat edən şəxs nə zaman

vəfat  edəcəyini  və  hüquqi  münasibətlərin  sonradan  hansı  formada  inkişaf  edəcəyini  öncədən

bilmədiyindən vəsiyyətnamə tərtib etməyi sonrakı zamana buraxa bilər ki, ani və ya gözlənilməz

ölüm halında onun əmlakı itmək və ya məhv və ya onunla qohumluq münasibətində olan insanlar

arasında mübahisələr doğura bilmək təhlükəsi ilə üzləşə bilərdi. Digər bir məqsəd, miras qoyanın


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  IV nömrə

­  34 ­

ailə üzvlərinin və yaxın qohumlarının mirasdan məhrum edilməməsində görülə bilər. Bu səbəbdən

qanununverici orqan belə halların qarşısını almaq üçün qanuni vərəsəliyi hər iki ölkənin MM‐də

nəzərdə tutmuşdur.

Qanuni vərəsəlik növbəlilik əsasında həyata keçirilir. Növbələr, mirasın açılması zamanı yaşayan

insanların  miras  qoyana  daha  yaxın  qohumluq  bağından  asılı  olaraq  müəyyən  edilir.  Bu

növbəliliklərə münasibətdə hər iki ölkənin qanunvericiliyində kiçik fərqlər özünü göstərir.

Həm  AMM‐də  həm  də  ARMM‐də  qanuni  vərəsəlik  5  növbəlilik  əsasında  həyata  keçirilir.  Belə  ki,

AMM‐in 1924‐cü maddəsinə əsasən birinci növbəyə miras qoyan şəxsin törəmələri, yəni övladları

daxildir. Mirasın açılması zamanı yaşayan övlad onun vasitəsilə miras qoyanla qohumluq əlaqəsi

olan şəxsləri vərəsəlikdən kənar qoyur, məsələn əgər övlad sağdırsa həmin övladın övladı yəni miras

qoyanın nəvəsi vərəsə olmur (maddə 1924, bənd 2 AMM). Digər bir tərəfdən isə, mirasın açılması

zamanı vəfat etmiş olan övladın əvəzinə onun vasitəsilə miras qoyanla qohumluq əlaqəsi olan şəxs

(və  ya  şəxslər)  vərəsə  olur  (maddə  1924,  bənd  3  AMM).  Miras,  övladlar  arasında  bərabər

bölüşdürülür (maddə 1924, bənd 4 AMM).

ARMM‐də birinci növbəyə daxil olan insanların dairəsi bir qədər geniş göstərilib. Belə ki, 1159‐cu

maddənin  1‐ci  bəndinə  əsasən  bu  qrupa  miras  qoyanın  övladları  ilə  yanaşı  valideynləri  də  daxil

edilir. Bundan əlavə, miras qoyanın ər və ya arvadı övlad və qayınata və qayınanası ilə eyni pay

hüquqlu  olduğu  göstərilir.  AMM‐inə  əsasən  miras  qoyanın  həyat  yoldaşı  mirasın  yarı  hissəsinə

yiyələnir. Digər məsələlər AMM‐də olduğu kimi tənzim edilir.

Övladlığa götürülən şəxslər hər iki ölkənin MM‐də doğma övladlara bərabər tutulur və eyni pay

hüququna malikdirlər.

Kazus 4:

A, ani olaraq dünyasını dəyişir və ondan geriyə iki övladı, Ö1 və Ö2, qalır. Qanuni vərəsəlik hansı

formada həyata keçirilir?

Cavab:

Vəsiyyətnamə yazılmadığı üçün qanuni vərəsəlik tətbiq edilir. Həm AMM‐nin 1924.4‐cü, həm də

ARMM‐nin 1159.1‐ci maddəsinə əsasən övladlar bərabər pay hüquqlu sayılırlar. Bu o deməkdir ki,

həm Ö1 həm də Ö2 mirasın 1/2 hissəsinə yiyələnirlər. Bir neçə vərəsə olduğundan onlar birlikdə

miras şərikləri hesab edilirlər və miras, vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində

bütün vərəsələrə mənsub olur və onlar tərəfindən bərabər idarə olunur (AMM‐in 2032‐ci maddəsi;

ARMM‐in 1157, 1157‐1‐ci maddəsi).

Kazus 5:

Əvvəlki kazusdakı kimi, sadəcə A‐nın 3 övladı (Ö1, Ö2 və Ö3) var, onlar da öz növbəsində 3 övlada

sahibdirlər. Onların da öz növbəsində 3 övladı var. Qanuni vərəsəlik hansı formada həyata keçirilir?

Cavab:

Burada da qanuni vərəsəlik tətbiq edilir, çünki heç bir vəsiyyətnamə tərtib edilməmişdir. Burada

sual doğuran cəhət ondan ibarətdir ki, A‐nın hər 3 övladından olan 9 nəvəsi və 27 nəticəsi vərəsə

olurlarmı?

Maddə 1924.2 AMM;

Maddə 1159.1.3 ARMM.

Nəvə və nəticələr vərəsə olma imkanından uzaq qalırlar, çünki onların valideynləri mirasın açılması

zamanı sağdırlar və onlar A‐nın vərəsələri olaraq övladlarını vərəsəlikdən kənarlaşdırırlar.

Beləliklə, yuxarıda deyildiyi kimi övladlar bərabər pay hüquqlu olduğundan onların hər biri mirasın

1/3 hissəsinə yiyələnirlər və birgə miras şərikləri sayılırlar.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin