Hüceyrə, canlının bütün həyat fəaliyyətini əks etdirən, bölünüb çoxala bilən ən kiçik bir varlıqdır. Eukariot hüceyrə və hüceyrənin hissələrini öyrənən elmə sitologiya ( başqa sözlə hüceyrə elmi ) adı verilir



Yüklə 149,68 Kb.
səhifə11/141
tarix02.01.2022
ölçüsü149,68 Kb.
#36068
1   ...   7   8   9   10   11   12   13   14   ...   141
sitologiya

Üzvi molekullar

Monomerlər

Polimerlər

Zülallar

Amin turşular

Polipeptid

Karbohidratlar

Monosaxaridlər

Polisaxarid

Nuklein turşular

Nukleotidlər

Polinukleotid

Lipidlər

Yağ turşusu və spirt





3.2.1. Zülallar
Zülallar hüceyrənin ən vacib üzvi maddələrindən biridir. Zülalların əsas funksiyaları nuklein turşularının daşıdığı genetik kod ilə idarə olunan işlərin yerinə yetirilməsidir. Bundan başqa zülallar makromolekullar içərisində ən cox olan və ən cox müxtəliflik göstərən üzvi molekullardır. Hər hüceyrə fərqli funksiyalar daşıyan minlərcə fərqli zülallara malikdirlər. Zülalların hüceyrədəki vacib funksiyalarını bu cür ifadə edə bilərik:

  1. Hüceyrə zarı quruluşunda yer alaraq hüceyrələrin və toxumaların quruluş formalarını təşkil edirlər

  2. Kiçik molekulların daşınmasında və depolanmasında vəzifə daşıyırlar. Məsələn hemoqlobin tərəfindən oksigenin daşınmsı

  3. Hüceyrələr arası siqnal ötürmə işi yerinə yetirirlər. Məsələn zülal quruluşunda olan hormonlar

  4. Infeksiyalara qarşı qoruma funksiyasını daşıyırlar. Məsələn antixorlar

  5. Bioloji katalizator olaraq enzimlərin quruluşunu təşkil edirlər

Zülallar 20 müxtəlif amin turşusunun polimerləşməsi ilə yaranan polipeptiddirlər. Hər amin turşusu molekulunda mərkəzi karbon atomuna birləşən bir hidrogen atomu, bir amin qrupu, bir karboksil qrupu və bir yan zəncirdən təşkil olunur (şəkil 3.2) Amin turşularının bir-birindən fərqləndirən R yan zəncirinin müxtəlif olmasıyla bağlıdır. Amin turşular yan zəncirlərinin xüsusiyyətinə görə 4 sinifə ayrılırlar (şəkil 3.3). On amin turşulpolyar olmayan amin turşulardır və su ilə əlaqəyə girməyən hidrofobik yan zəncirlər daşıyırlar. Bu qrupda yer alan prolin həlqəvi bir quruluş almış, sistein və metionin amin turşularının yan zəncirləri isə kükürd atomu (SH) daşıyırlar. Sisteindəki bu SH qrupu sayəsində zülal molekullarının yan zəncirləri arasında disulfit körpüləri yaranaraq zülal zəncirlərində vacib funksiyalar daşıyırlar. Beş amin turşu isə polyar amin turşulardır və R yan zəncirlərində yer alan OH qrupları hesabına hidrofildirlər, su ilə əlaqəyə girə bilirlər. Üç amin turşusundan ibarət olan amin turşular isə lizin, arginin, histidindir. Bu baxımnanda bu qrup qüvvətli hidrofil xüsusiyyət göstərir. Son qrupda yer alan iki amin turşusu olan aspartik turşu və qlütamin turşu, yan zəncirlərində mənfi yüklü karboksil qrupları olduğundan turşudurlar və mənfi yüklüdürlər. Bunlar da qüvvətli hidrofildirlər.

Yan zəncir

R

amino H3N Cα COO- karboksil


H
Şəkil 3.2 Amino asitlərin xüsusi quruluşu
Amino asitlərin α-karbon atomuna bağlı olan amino və karboksil qruplardan başqa R yan zəncirlərində ikinci amino və karboksil qruplarıda daşıyırlar. Bu qruplar amin turşularına amfoterlik xüsusiyyəti qazandırır.

Şəkil 3.3. Hüceyrədə olan 20 müxtəlif amin turşu

Amin turşular bir-biriləri ilə peptid rabitələri ilə bağlanırlar və polipeptid adlanan zülal molekullarını yaradırlar (şəkil 3.4) Iki amin turşusu yan yana gəldikdə birindəki COOH qrupundan –OH, digərindəki NH2 qrupundan -H ayrılır və digər qruplar birləşərək bir dipeptid əmələ gətirirlər. Bunların yanına üçüncü amin turşu gəldiyində eyni şəkildə bir su molekulu cıxması ilə bir peptid əlaqəsi daha yaranır. Bu formada üç amin turşusunun birləşməsi ilə tripeptid yaranmış olur. Peptid rabitəsi üçün lazım olan enerji cox olmadığı üçün nRNT-ə bağlı amin turşusundakı enerji peptid rabitəsi üçün yetərli olur.

Şəkil 3.4. İki amin turşunun birləşməsi və peptid əlaqəsi


Polipeptidlər yüzlərcə və bəzən minlərcə amin turşudan ibarət zəncirlərdir. Lakin hər bir polipeptid zəncirinin sadəcə bir amin ucu (N ucu) və birdə karboksil ucu (C ucu) var. Polipeptdilər ribasomlarda amin ucundan karboksil ucuna doğru sintez olunurlar.

Yüklə 149,68 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin